Sifarişçi: AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN MADDİ TEXNİKİ-TƏCHİZAT İDARƏSİ
Bu sifarişçidə eyni kateqoriyada 5 satınalmanı 4 müxtəlif təchizatçı udub. Sahə açıqdır.
5 satınalma, 4 müxtəlif qalib
Ən çox udan: "CLIMASERVICE BAKU" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 40%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0% ilə 77.7% arasında aşağı düşüblər, medianı 17.54%.
Bu tender üçün bu 484.813 ₼ ilə 419.229 ₼ arasıdır.
113.374 ₼ məbləğindən aşağı heç kim udmayıb.
475 ₼
Sənədlər 25 ₼ + iştirak 450 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Tələb olunan işlər Siemens Magnetom Sempra 1.5 Tesla MRT cihazı üçün Cold Head avadanlığı və əsaslı təmirini, eləcə də Maye Heliumin dolumu ilə bağlıdır. Paketə krio-soyutmanı təmin edən 4 Kelvin səviyyəsində hissə və krio-stat/helium kompressor sistemləri ilə tam uyğunluq, OEM tərəfindən sertifikatlaşdırılmış olması, ilkin montaj üçün xüsusi O-ring dəstinin və adsorber/yağ süzgəclərinin təminatı daxildir. Həmçinin 20 metr qaz boruları üçün sızdırmazlığa və təzyiqə dayanıklılıq, zavod şəraitində presslənmiş sürətli Aeroquip muftaları ilə birləşmələr, sızdırmazlıq testi və krio-sistem standartlarına uyğunluq kimi əlavə tələblər var. Maye Heliumun dolumu üçün keyfiyyət göstəriciləri: minimum 99.999% saflıq, rütubət ≤ 2 ppm, oksigen ≤ 1 ppm, azot ≤ 4 ppm.
Lotun açıq mövqelərindən avtomatik hazırlanıb. Tender sənədlərini əvəz etmir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Mövcud olan Siemens Magnetom sempra 1.5 tesla MRT cihazı üçün Cold Head avadanlığı MRT aparatının helium kompressor sistemində 4 Kelvin (-269°C) səviyyəsində krio-soyutmanı təmin etmək. Mövcud Siemens MRT krio-stat və helium kompressor sistemləri ilə 100% tam mexaniki və proqram uyğunluğu olmalıdır. Orijinal (OEM) və ya istehsalçı tərəfindən rəsmi sertifikatlaşdırılmış olmalıdır. İlkin montaj üçün tələb olunan xüsusi kipləşdirici halqalar (O-ring) və adsorber/yağ süzgəcləri dəstə daxil olmalıdır. İstismara verildiyi və Ramp-up prosesi tamamlandığı tarixdən etibarən minimum 6 ay rəsmi zəmanət. | 1 | ədəd |
| 2 | Mövcud olan Siemens Magnetom sempra 1.5 tesla MRT cihazı Cold Head avadanlığı və əsaslı təmir 20m qaz boruları Cold Head üçün: Bütöv halda, heç bir əlavə bərpa və ya qaynaq olmadan düz 20 metr (± 5 sm tolerantlıq). Minimum 25-30 bar dinamik təzyiqə və kəskin təzyiq fərqlərinə dayanıqlı olmalıdır. Hər iki ucunda krio-sistem standartlarına uyğun, zavod şəraitində presslənmiş sürətli Aeroquip (və ya ekvivalent) birləşmə muftaları olmalıdır . İstehsalçı tərəfindən aparılmış sızdırmazlıq (Leak test) hesabatı sənədlərə əlavə olunmalıdır. Metal halqa NW16 : Krio-temperaturlara və yüksək vakuuma davamlı AISI 304 və ya AISI 316 markalı paslanmaz polad. Sızmanın qarşısını almaq üçün kənarları mikron səviyyəsində hamar və qüsursuz işlənmiş olmalıdır. Metal sıxıcı NW16 : Ağır iş şəraitinə və gərginliyə davamlı alüminium ərintisi və ya paslanmaz polad korpus. Əl ilə sürətli montaj və demontaj imkanı verən kəpənək tipli qayka (və ya qanadlı bolt) mexanizminə sahib olmalıdır. Kipkəc İD158X5.33 : Daxili diametri (Internal Diameter) dəqiq 158.00 mm, kəsik qalınlığı (Cross Section) dəqiq 5.33 mm (ISO 3601 standartına uyğun). Helium qazının kiçik molekullarına qarşı yüksək sızdırmazlıq təmin edən, krio-temperaturlarda elastikliyini itirməyən və çatlamayan xüsusi Viton (FKM)(və ya ekvivalenti) və ya yüksək keyfiyyətli krio-rezin. ColdHead üçün adapter kabeli : Siemens krio-sisteminin çıxış yuvalarına və Cold Head-in giriş ştekerinə 100% uyğun gələn zavod istehsalı xüsusi krio-konnektorlar olmalıdır . MRT-nin yaratdığı güclü radiotezlikli (RF) və maqnit sahələrinin maneələrindən qorunmaq üçün elektromaqnit ekranlaşdırmaya (shielded) və yüksək dərəcəli xarici izolyasiya qatına sahib olmalıdır. Sıxıcı hissəslər seti : MRT otağının daxilində və maqnit sahəsinə yaxın zonada istifadə olunacağı üçün set daxilindəki bütün metal hissələr tamamilə qeyri-maqnit (non-magnetic - mis, bürünc və ya xüsusi polad) materiallardan hazırlanmalıdır. 1/2 tez açılıb-bağlanan mufta : 1/2 düymlük tez açılıb bağlanan sürətli krio-birləşmə (Quick Connect) muftalarına tam uyğun olmalıdır . Helium xətlərinin qoşulması zamanı helium qazının mikron səviyyəsində sızmasının qarşısını 100% almalıdır . Yüksək təzyiq altında sıxıldıqda formasını itirməyən və krio-temperaturlara dayanıqlı material. Ramp up : İcraçı mühəndisə dair tələb: Ramp-up (maqnit sahəsinin qaldırılması) və onunla bağlı bütün xidmətlər uyğun MRT sistemləri üzrə rəsmi istehsalçı sertifikatına (FSE - Field Service Engineer) və krio-ogen qazlarla işləmək üçün xüsusi təhlükəsizlik icazəsinə malik olan səlahiyyətli mühəndislər tərəfindən icra olunmalıdır. Sistem parametrlərinin yoxlanılması: Maqnit sahəsinin qaldırılması prosesindən əvvəl krio-statın vakuum səviyyəsi, maye heliumun miqdarı, təzyiq göstəriciləri və kompressorun iş rejimi tam yoxlanılmalı və prosesə hazır vəziyyətə gətirilməlidir. Maqnit sahəsinin qaldırılması (Ramp-up): Səlahiyyətli mühəndislər tərəfindən xüsusi Ramp-up avadanlıqları (güc mənbəyi və xüsusi kabellər) MRT sisteminə qoşularaq, maqnit sahəsinin gücü təhlükəsiz şəkildə addım-addım zavod tərəfindən təyin olunmuş işçi səviyyəsinə (məsələn, 1.5T və ya 3T) qaldırılmalıdır. Krio-ogen qazların monitorinqi: Proses zamanı baş verə biləcək helium itkisinin qarşısını almaq üçün krio-ogen qazların temperatur və təzyiq dəyişiklikləri mühəndislər tərəfindən fasiləsiz olaraq nəzarətdə saxlanılmalıdır. Sahənin homogenlik tənzimlənməsi (Shimming): Ramp-up prosesi uğurla tamamlandıqdan sonra, MRT-nin təsvir keyfiyyətini təmin etmək məqsədilə maqnit sahəsinin homogenlik (shimming) tənzimlənməsi mütləq qaydada aparılmalıdır. RF və Qradient sistemlərinin kalibrasiyası: Sahə qaldırıldıqdan və sabitləşdikdən sonra Radiotezlik (RF) və Qradient alt-sistemlərinin yeni maqnit sahəsinə uyğun olaraq kalibrasiya işləri icra edilməlidir. Yekun testlər və sənədləşmə: Sistemin bütün işçi parametrləri yoxlanılmalı, yekun işçi göstəricilərini əks etdirən rəsmi servis hesabatı və görülmüş işlərə dair təhvil-təslim aktı sifarişçiyə təqdim edilməlidir. |
| 1 |
| dəst |
| 3 | Mövcud olan Siemens Magnetom sempra 1.5 tesla MRT cihazı üçün Maye Heliumun dolumu Minimum Grade 5.0 (99.999% saflıq). Tərkibindəki kənar qatışıqların maksimal həddi: rütubət (H2O) ≤ 2 ppm, oksigen (O2) ≤ 1 ppm, azot (N2) ≤ 4 ppm olmalıdır. | 2000 | litr |
Satınalmalarının 55 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 20 avq 2026
son qələbə 30 iyn 2026
son qələbə 08 may 2026
son qələbə 07 may 2026
son qələbə 23 dek 2025