Sifarişçi: "NAXÇIVAN QİDA TƏHLÜKƏSİZLİYİ İNSTİTUTU" PUBLİK HÜQUQİ ŞƏXS
Bu sifarişçidə eyni kateqoriyada 4 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
10 satınalma, 7 müxtəlif qalib
Ən çox udan: "BAYRAMLI GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (3, 30%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.06% ilə 66.42% arasında aşağı düşüblər, medianı 19.99%.
Bu tender üçün bu 21.712 ₼ ilə 18.338 ₼ arasıdır.
7.697 ₼ məbləğindən aşağı heç kim udmayıb.
71 ₼
Sənədlər 25 ₼ + iştirak 46 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Elektrikli samovar Minimum tələblər: Ofis və ictimai iaşə şəraitində istifadə üçün nəzərdə tutulmuş elektrikli suqaynadıcı cihaz olmalıdır. Tutumu minimum 14 litr, nominal elektrik gücü minimum 2000 Vt olmalıdır. Korpus qida məhsulları və su ilə təmas üçün yararlı, korroziyaya davamlı materialdan hazırlanmalıdır. Həddindən artıq qızmaya və susuz işləməyə qarşı avtomatik mühafizə funksiyası olmalıdır. Su səviyyəsinə nəzarət etmək üçün vizual göstərici ilə təchiz edilməlidir. | 1 | ədəd |
| 2 | Rəqəmsal Laboratoriya Nəmlik (Rütubət) Ölçən Cihaz (Hygrometer) Minimum tələblər: Temperatur və nisbi rütubəti ölçməlidir. Temperatur ölçmə diapazonu minimum -10 °C-dən +50 °C-dək, nisbi rütubət ölçmə diapazonu minimum 10–99 % RH olmalıdır. Temperatur ölçmə xətası maksimum ±1 °C, nisbi rütubət ölçmə xətası maksimum ±5 % RH olmalıdır. Arxa işıqlı rəqəmsal ekranı və minimum/maksimum göstəricilərin yadda saxlanılması funksiyası olmalıdır. Masaüstü və ya divara quraşdırılma imkanına malik olmalıdır. | 5 | ədəd |
| 3 | Standart zoom obyektivi Minimum tələblər: Dəyişdirilə bilən obyektivli rəqəmsal fotoaparatlarda istifadə üçün nəzərdə tutulmuş standart zoom obyektiv olmalıdır. Geniş bucaqdan standart fokus məsafəsi diapazonuna qədər çəkiliş imkanını təmin etməlidir. Avtomatik fokuslama sistemi olmalıdır. Təklif olunan fotoaparatın sensoru və obyektiv yuvası ilə mexaniki və elektron baxımdan uyğun olmalıdır. | 1 | ədəd |
| 4 | Telefoto zoom obyektivi Minimum tələblər: Dəyişdirilə bilən obyektivli rəqəmsal fotoaparat üçün telefoto zoom obyektiv olmalıdır. Fokus məsafəsi minimum 50 mm-dən başlayaraq ən azı 200 mm-ə qədər zoom imkanını təmin etməlidir. Avtomatik fokuslama sistemi olmalıdır. Optik görüntü sabitləşdirmə və ya eyni funksional nəticəni təmin edən texnologiyaya malik olmalıdır. Təklif olunan fotoaparat korpusu ilə mexaniki və elektron uyğunluğu təmin edilməlidir. | 1 | ədəd |
| 5 | Kamera stabilizatoru Minimum tələblər: Pan, tilt və roll olmaqla 3 ox üzrə stabilizasiya təmin etməlidir. Minimum yükdaşıma qabiliyyəti 2 kq olmalıdır. Mobil tətbiq və ya simsiz idarəetmə vasitəsilə əsas funksiyaların idarə edilməsinə imkan verməlidir. Daxili təkrar doldurulan batareyaya malik olmalıdır. Batareyanın tam doldurulması ilə təmin edilən iş müddəti istehsalçı tərəfindən göstərilməlidir. Komplektdə şarj kabeli və daşınma üçün qoruyucu çanta və ya qutu olmalıdır. | 1 | ədəd |
| 6 | Tripod Minimum tələblər: Fotoaparat və video avadanlığının yerləşdirilməsi üçün nəzərdə tutulmuş üçayaqlı ştativ olmalıdır. Tənzimlənən ayaqlara və üfüqi/şaquli hərəkəti təmin edən başlıq mexanizminə malik olmalıdır. Sürətli çıxarılan montaj lövhəsi olmalıdır. İşçi hündürlüyü minimum 150 sm olmalıdır. Daşınma üçün yığıla bilməli və davamlı materialdan hazırlanmalıdır. | 1 | ədəd |
| 7 | Yaxa mikrofonu Minimum tələblər: Danışıq və video çəkilişi zamanı istifadə üçün yaxaya bərkidilən mikrofon olmalıdır. Simli və ya simsiz variantda təqdim edilə bilər. Qoşulma interfeysi və ya qəbuledici qurğusu təklif olunan foto/video avadanlığı ilə uyğun olmalıdır. Aydın səs qəbulunu təmin etməli və ətraf səs-küyün təsirini azaltmaq üçün uyğun texniki funksiyaya malik olmalıdır. | 1 | ədəd |
| 8 | Drel Minimum tələblər: Dəyişdirilə bilən litium-ion akkumulyatorla işləyən elektrikli drel olmalıdır. Nominal gərginlik minimum 16 V olmalıdır. Burğu və ucluqların bərkidilməsi üçün patron və ya tez-dəyişmə mexanizminə malik olmalıdır. Minimum 2 sürət rejimi, elektron sürət tənzimlənməsi, torkun tənzimlənməsi və iş sahəsinin işıqlandırılması funksiyası olmalıdır. Tələb olunan işlərə uyğun zərbəli və/və ya zərbəsiz işləmə rejimi olmalıdır. Komplektdə minimum 1 akkumulyator, şarj qurğusu və daşınma üçün çanta və ya qutu olmalıdır. | 1 | ədəd |
| 9 | Ot biçən maşın Minimum tələblər:Benzin mühərrikli otbiçən/otkəsən avadanlıq olmalıdır. 2-taktlı və ya 4-taktlı mühərriklə təqdim edilə bilər. Sərt ot örtüyünün və kol bitkilərinin kəsilməsi üçün uyğun kəsmə sisteminə malik olmalıdır. Operatorun rahat və təhlükəsiz istifadəsi üçün çiyin kəməri və uyğun idarəetmə sistemi ilə təchiz edilməlidir. | 1 | ədəd |
| 10 | Multimetr (Tester) Minimum tələblər: Gərginlik ölçmə diapazonu minimum 600 V AC/DC olmalıdır. DC cərəyan ölçmə diapazonu minimum 10 A olmalıdır. Müqavimət ölçmə diapazonu minimum 20 MΩ olmalıdır. Diod testi və elektrik davamlılığının (continuity) yoxlanılması funksiyalarına malik olmalıdır. Temperatur ölçmə funksiyası olmalıdır. Arxa işıqlı rəqəmsal displey ilə təchiz edilməlidir. Ölçmə ayırdetmə qabiliyyəti minimum 3½ rəqəm (1999 count) olmalıdır. Gərginlik, cərəyan və müqavimət ölçmələri üzrə dəqiqlik göstəriciləri istehsalçının texniki sənədlərində göstərilməlidir. Cihazın elektrik təhlükəsizlik kateqoriyası (CAT) və müvafiq nominal gərginlik göstəricisi təklif olunan məhsulun texniki sənədlərində qeyd edilməlidir. Cihaz ölçmə zamanı istifadəçinin təhlükəsizliyini təmin edən müvafiq elektrik mühafizə vasitələrinə malik olmalıdır. Təklif olunan məhsul üzrə texniki göstəriciləri təsdiq edən istehsalçı texniki sənədi (datasheet və ya texniki spesifikasiya) təqdim edilməlidir. Hər hansı konkret marka, model, istehsalçı və ya mənşə ölkəsinə üstünlük verilmir və ya məhdudiyyət tətbiq edilmir. Texniki tələblərə cavab verən ekvivalent məhsulların təklif edilməsinə yol verilir. Zəmanət müddəti minimum 12 ay olmalıdır. | 1 | ədəd |
| 11 | Benzin mühərrikli zəncirli mişar Minimum tələblər: Hava ilə soyudulan benzin mühərrikli zəncirli mişar olmalıdır. Mühərrikin işçi həcmi minimum 45 sm³, mühərrik gücü minimum 2,0 kVt olmalıdır. Şin uzunluğu minimum 16 düym olmalıdır. Avtomatik zəncir yağlama sistemi və zəncir dartılmasının tənzimlənməsi mexanizmi olmalıdır. Zəncir əyləci və operator təhlükəsizliyini təmin edən əsas qoruyucu sistemlərlə təchiz edilməlidir. | 1 | ədəd |
| 12 | Yüksək Təzyiqli Maşın Yuma Aparatı Minimum tələblər: Elektrik mühərrikli portativ yüksək təzyiqli yuma aparatı olmalıdır. İşçi təzyiqi minimum 140 bar, mühərrik gücü minimum 1500 Vt olmalıdır. Minimum 5 metr yüksək təzyiq şlanqı ilə təchiz edilməlidir. Müxtəlif yuma rejimləri üçün dəyişdirilə bilən ucluqlar komplektə daxil olmalıdır. Xarici su mənbəyindən su qəbul etməyə imkan verməlidir. Təzyiqin tənzimlənməsi funksiyasına malik olmalıdır. | 1 | ədəd |
| 13 | UPS Minimum tələblər: Line-Interactive və ya eyni funksional nəticəni təmin edən UPS sistemi olmalıdır. Nominal gücü minimum 1000 VA, aktiv gücü minimum 500 W olmalıdır. 220/230 V AC, 50 Hz elektrik şəbəkəsində işləməlidir. AVR funksiyası olmalıdır. Minimum 2 enerji çıxışı, daxili təkrar doldurulan batareya və həddindən artıq yüklənmə, qısaqapanma və gərginlik dəyişmələrinə qarşı mühafizə funksiyaları olmalıdır.Şəbəkədən batareya rejiminə keçid müddəti maksimum 10 ms olmalıdır. 500 W aktiv yükdə ehtiyat enerji müddəti minimum 5 dəqiqə olmalıdır. İş rejimi və batareyanın vəziyyəti barədə vizual və/və ya səsli xəbərdarlıq sistemi olmalıdır. İşləmə temperaturu minimum 0–40 °C diapazonunu əhatə etməlidir. Minimum 12 ay zəmanət təqdim edilməlidir. | 30 | ədəd |
| 14 | Dəyişdirilə bilən obyektivli rəqəmsal fotoaparat dəsti Minimum tələblər: Güzgüsüz, dəyişdirilə bilən obyektivli rəqəmsal fotoaparat olmalıdır. Sensor ölçüsü minimum APS-C və ya eyni və ya daha böyük effektiv təsvir sahəsini təmin edən texnologiya olmalıdır. Effektiv təsvir imkanları minimum 24 MP olmalıdır. Video çəkilişində minimum 4K təsvir ölçüsünü dəstəkləməlidir.Ekran ölçüsü minimum 3 düym olmalı və müxtəlif çəkiliş bucaqlarında müşahidəyə imkan verən hərəkətli/fırlanan konstruksiyaya malik olmalıdır. Avtomatik fokuslama və hərəkətli obyektlərin izlənilməsi funksiyası olmalıdır. Ardıcıl çəkiliş sürəti minimum 8 kadr/saniyə olmalıdır. Kamera ilə birlikdə təqdim olunan obyektivlər 6-cı və 7-ci mövqelərdə müəyyən edilmiş texniki tələblərə uyğun olmalıdır. Minimum 12 ay zəmanət təqdim edilməlidir. | 1 | ədəd |
| 15 | Şlaqbaum Minimum tələblər: Avtomobil giriş-çıxışına nəzarət üçün avtomatik baryer sistemi olmalıdır. Baryer qolunun uzunluğu minimum 4 metr olmalıdır. Tam açılma və bağlanma müddəti maksimum 6 saniyə olmalıdır. Xarici mühitdə istifadəyə uyğun və minimum IP54 qorunma səviyyəsinə malik olmalıdır. İşləmə temperaturu minimum -20 °C-dən +50 °C-dək olmalıdır.Minimum 2 ədəd uzaqdan idarəetmə vasitəsi ilə təmin edilməlidir. Maneə aşkarlandıqda qolun hərəkətini dayandıran və ya əks istiqamətdə hərəkət etdirən təhlükəsizlik sistemi olmalıdır. Giriş-çıxışa nəzarət sistemləri ilə inteqrasiya üçün uyğun idarəetmə interfeysinə malik olmalıdır.Avtomatik baryer sistemi müəyyən edilmiş ünvanda təchizatçı tərəfindən quraşdırılmalı, montaj edilməli, sazlanmalı və istismara hazır vəziyyətdə təhvil verilməlidir. Quraşdırma işləri istehsalçının texniki və quraşdırma tələblərinə uyğun həyata keçirilməlidir. Avadanlığın quraşdırılması üçün zəruri olan montaj dayaqları, bərkidici elementlər, kabel və digər köməkçi materiallar təchizatçı tərəfindən təmin edilməlidir. Baryer qolunun hərəkət trayektoriyası avtomobillərin təhlükəsiz giriş-çıxışını təmin edəcək şəkildə müəyyən edilməli və quraşdırılmalıdır. Elektrik enerjisi və idarəetmə bağlantıları avadanlığın texniki tələblərinə uyğun şəkildə həyata keçirilməli, uzaqdan idarəetmə vasitələrinin baryer sistemi ilə əlaqələndirilməsi və funksionallığının yoxlanılması təmin edilməlidir. Quraşdırma başa çatdıqdan sonra baryer sistemi sınaqdan keçirilməli, açılma və bağlanma, təhlükəsizlik və idarəetmə funksiyalarının düzgün işləməsi yoxlanılmalı və sistem tam işlək vəziyyətdə təhvil verilməlidir. Təchizatçı quraşdırılmış avadanlıq üzrə texniki və zəmanət sənədlərini təqdim etməli və sistemin istifadəsi barədə aidiyyəti məsul şəxslərə ilkin təlimat verməlidir. Minimum 12 ay zəmanət təqdim edilməlidir. | 1 | ədəd |
| 16 | Planşet Minimum tələblər: Android əməliyyat sistemi ilə təchiz edilməlidir. Prosessor minimum 8 nüvəli olmalı, əsas və ya maksimum işləmə tezliyi minimum 2,4 GHz təşkil etməlidir. Ekranın diaqonal ölçüsü minimum 11 düym olmalıdır. Ekranın təsvir ölçüsü minimum 2560 × 1600 piksel olmalıdır. Ekran parlaqlığı minimum 500 nit olmalıdır. Ekranın yenilənmə tezliyi minimum 90 Hz olmalıdır. Operativ yaddaş minimum 8 GB, daxili yaddaş minimum 128 GB olmalıdır. microSD və ya eyni funksional imkanı təmin edən ekvivalent yaddaş artırma texnologiyasını dəstəkləməlidir. Batareyanın tutumu minimum 8000 mAh olmalıdır. Sürətli şarj funksiyası və şarj gücü minimum 25 W olmalıdır. Arxa kamera minimum 13 MP, ön kamera minimum 8 MP olmalıdır. Wi-Fi 6 və ya daha yüksək standartı dəstəkləməlidir. Bluetooth 5.2 və ya daha yüksək versiyaya malik olmalıdır. Minimum 1 ədəd USB Type-C portu olmalıdır. Minimum 4 ədəd daxili dinamikə malik olmalıdır. Aktiv rəqəmsal qələmlə (stylus) işləmə funksiyasını dəstəkləməlidir. İstifadəçinin autentifikasiyası üçün barmaq izi və ya üz tanıma vasitələrindən ən azı birinə malik olmalıdır. Cihazın çəkisi maksimum 700 qram olmalıdır. Klaviatura və qoruyucu örtük (kabura) ilə birlikdə təqdim edilməlidir. Təklif olunan məhsulun texniki göstəriciləri istehsalçının texniki sənədləri (datasheet, texniki spesifikasiya və ya ekvivalent sənəd) ilə təsdiq edilməlidir. Hər hansı konkret marka, model, istehsalçı və ya mənşə ölkəsinə üstünlük verilmir və ya məhdudiyyət tətbiq edilmir. Texniki tələblərə cavab verən ekvivalent məhsulların təklif edilməsinə yol verilir. Zəmanət müddəti minimum 12 ay olmalıdır. | 2 | ədəd |
| 17 | Nömrə tanıma kamerası Minimum tələblər: Xarici mühitdə quraşdırılaraq avtomobil dövlət qeydiyyat nişanlarının avtomatik aşkarlanması və tanınması üçün nəzərdə tutulmuş kamera sistemi olmalıdır. Qorunma səviyyəsi minimum IP67 olmalıdır.Təsvir sensoru minimum 1/1.8 düym ölçüdə və ya eyni və ya daha yüksək işıq həssaslığı və təsvir keyfiyyəti təmin edən texnologiyaya malik olmalıdır. Təsvir imkanları minimum 4 MP olmalıdır. Gündüz və gecə şəraitində dövlət qeydiyyat nişanlarının tanınmasını təmin edən optik və infraqırmızı işıqlandırma imkanına malik olmalıdır. Minimum 25 fps video ötürməsini dəstəkləməlidir.ANPR funksiyası dövlət qeydiyyat nişanlarının avtomatik aşkarlanması və tanınmasını təmin etməlidir. Tanınma məsafəsi, tövsiyə olunan avtomobil sürəti və tanınma dəqiqliyi istehsalçının texniki sənədində göstərilməlidir. Azərbaycan Respublikasında istifadə edilən dövlət qeydiyyat nişanlarının tanınmasına uyğun olmalıdır. Minimum 128 GB yaddaş dəstəyi, Ethernet şəbəkə interfeysi və ONVIF və ya uyğun açıq inteqrasiya protokolu olmalıdır. ANPR kamera sistemi müəyyən edilmiş ünvanda təchizatçı tərəfindən quraşdırılmalı, montaj edilməli, sazlanmalı və istismara hazır vəziyyətdə təhvil verilməlidir. Kamera dövlət qeydiyyat nişanlarının müəyyən edilmiş məsafədən və müxtəlif işıqlandırma şəraitində optimal şəkildə aşkarlanması və tanınmasını təmin edəcək hündürlükdə, istiqamətdə və baxış bucağında quraşdırılmalıdır. Kamera üçün zəruri olan montaj dayaqları, kronşteynlər, bərkidici elementlər, kabel və digər köməkçi materiallar təchizatçı tərəfindən təmin edilməlidir. Elektrik enerjisi və şəbəkə bağlantıları avadanlığın texniki tələblərinə uyğun şəkildə həyata keçirilməli, kamera şəbəkəyə qoşularaq ilkin konfiqurasiya və sazlama işləri aparılmalıdır. ANPR funksiyası aktivləşdirilməli, Azərbaycan Respublikasında istifadə olunan dövlət qeydiyyat nişanlarının aşkarlanması və tanınması üzrə funksional sınaq həyata keçirilməlidir. Kamera sistemi tələb olunan inteqrasiya interfeysləri vasitəsilə giriş-çıxışa nəzarət sistemi ilə əlaqələndirilməli və qarşılıqlı məlumat mübadiləsinin düzgün işləməsi yoxlanılmalıdır. Quraşdırma və sazlama işləri başa çatdıqdan sonra sistem sınaqdan keçirilməli və tam işlək vəziyyətdə təhvil verilməlidir. Təchizatçı avadanlığın texniki və zəmanət sənədlərini təqdim etməli və sistemin istifadəsi, ilkin konfiqurasiyası və idarə edilməsi barədə aidiyyəti məsul şəxslərə təlimat verməlidir. | 1 | ədəd |
| 18 | İP Telefon Minimum tələblər: SIP protokolunu dəstəkləyən IP telefon olmalıdır. Rəngli və ya monoxrom displey vasitəsilə əsas telefon funksiyalarının idarə edilməsinə imkan verməlidir.Şəbəkə bağlantısı üçün minimum 2 Ethernet portu və PoE enerji təchizatı imkanına malik olmalıdır. HD səs keyfiyyəti, səs-küyün azaldılması və minimum 2 SIP hesabının dəstəklənməsi təmin edilməlidir. Ən azı G.711 və G.722 səs kodeklərini dəstəkləməlidir. Konfrans zəngi və zəng gözlətmə funksiyaları olmalıdır. Minimum 12 ay zəmanət təqdim edilməlidir. | 8 | ədəd |
| 19 | Switch(şəbəkə kommutatoru) Minimum tələblər: Layer 3 idarəolunan Ethernet switch olmalıdır.Minimum 48 ədəd 10/100/1000 Mbps RJ45 Ethernet portu olmalıdır.Əlavə uplink bağlantıları üçün minimum 4 ədəd 10 Gbps Ethernet interfeysi olmalıdır. Uplink interfeysləri SFP+ və ya eyni ötürmə sürətini və funksional imkanları təmin edən digər uyğun interfeys texnologiyasında ola bilər.IEEE 802.3af və IEEE 802.3at PoE standartlarını dəstəkləməlidir.PoE portları vasitəsilə uyğun şəbəkə avadanlıqlarının elektrik enerjisi ilə təmin edilməsini dəstəkləməlidir.Switch bütün əsas Ethernet portları və uplink interfeyslərinin nominal ötürmə sürətlərində şəbəkə trafikinin emalını təmin etməlidir.Minimum 16 000 MAC ünvanı dəstəkləməlidir.VLAN funksiyasını dəstəkləməlidir.IPv4 və IPv6 statik marşrutlaşdırma funksiyasını dəstəkləməlidir.QoS, STP/RSTP/MSTP, LACP, IGMP Snooping, DHCP Snooping, 802.1X və ACL funksiyalarını dəstəkləməlidir.İdarəetmə Web interfeysi, CLI və SNMP vasitəsilə həyata keçirilməlidir.Konfiqurasiyanın ehtiyat nüsxəsinin çıxarılması və bərpası, proqram təminatının yenilənməsi və hadisə jurnallarının aparılması funksiyaları olmalıdır.Minimum 4 cihazın vahid sistem kimi idarə olunmasına imkan verən stacking və ya eyni funksional nəticəni təmin edən digər texnologiyanı dəstəkləməlidir.19 düymlük standart rack kabinetə quraşdırılmağa uyğun olmalıdır. Təklif olunan məhsulun təchizat hüququnu təsdiq edən MAF (Manufacturer Authorization Form) və ya eyni hüquqi və funksional məqsədə xidmət edən ekvivalent sənəd təqdim edilməlidir. Minimum 12 ay zəmanət təqdim edilməlidir. | 1 | ədəd |
| 20 | CAT-6 şəbəkə kabeli (RJ45 başlıqla) Minimum tələblər: Kabel CAT-6 kateqoriyasına uyğun olmalı və ANSI/TIA-568.2-D, ISO/IEC 11801 və ya ekvivalent beynəlxalq standartların tələblərinə cavab verməlidir. Kabel 4 cüt (8 damarlı) burulmuş cütdən ibarət olmalıdır. Keçiricilər 100% mis (solid bare copper) olmalıdır. Keçiricinin ölçüsü 23–24 AWG diapazonunda olmalıdır. Kabel UTP və ya FTP konstruksiyada təqdim edilə bilər. Nominal ötürmə tezliyi minimum 250 MHz olmalıdır. Kabel 1000BASE-T (Gigabit Ethernet) məlumat ötürülməsini dəstəkləməlidir. Kabel daxili şəbəkə kabelləşdirilməsində istifadəyə uyğun olmalıdır. Kabel rulon formasında təqdim edilməlidir. Hər bir rulonun uzunluğu minumum 300 metr olmalıdır. Kabelin uclarında əvvəlcədən RJ45 konnektorların quraşdırılması tələb edilir; kabel rulon şəklində, montaj üçün nəzərdə tutulmuş vəziyyətdə təqdim edilməlidir. Kabelin xarici örtüyü kabelin nəzərdə tutulan istifadə mühitinə uyğun olmalı və mexaniki qorunmanı təmin etməlidir. Təklif olunan kabelin texniki sənədlərində CAT-6 kateqoriyasına və müvafiq standartlara uyğunluğu təsdiq edilməlidir. | 2 | ədəd |
Satınalmalarının 17 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 20 avq 2025
son qələbə 26 fev 2026
son qələbə 17 avq 2026
son qələbə 22 iyn 2026
son qələbə 04 may 2026