Sifarişçi: "K.Y.FƏRƏCOVA ADINA ELMİ-TƏDQİQAT PEDİATRİYA İNSTİTUTU" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 1 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
3 satınalma, 2 müxtəlif qalib
Ən çox udan: "ARASH MEDİCAL COMPANY" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (2, 66.7%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.06% ilə 68.39% arasında aşağı düşüblər, medianı 21.43%.
Bu tender üçün bu 68.664 ₼ ilə 57.356 ₼ arasıdır.
23.075 ₼ məbləğindən aşağı heç kim udmayıb.
171 ₼
Sənədlər 25 ₼ + iştirak 146 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Mövcud "AD" markalı hava/oksigen qarışdırıcısına uyğun nəmləndirici şüşə qabı Mövcud "AD" markalı hava/oksigen qarışdırıcısına uyğun nəmləndirici şüşə qabı | 10 | ədəd |
| 2 | Mövcud "Hamilton C1" avadanlığı ücün oksigen sensoru Mövcud "Hamilton C1" avadanlığı ücün oksigen sensoru | 10 | ədəd |
| 3 | Mövcud "Hamilton C1" avadanlığı üçün hepa filter Mövcud "Hamilton C1" avadanlığı üçün hepa filter | 10 | ədəd |
| 4 | Mövcud "Medin Sindi" CPAP avadanlığı üçün oksigen sensoru Mövcud "Medin Sindi" CPAP avadanlığı üçün oksigen sensoru | 10 | ədəd |
| 5 | Mövcud "Nüve" Vakuum rejimli buxar sterilizatoru avadanlığı üçün rezin (Çən tutumu 100L) Mövcud "Nüve" Vakuum rejimli buxar sterilizatoru avadanlığı üçün rezin (Çən tutumu 100L) | 10 | ədəd |
| 6 | Mövcud "Karl Storz" avadanlığına uyğun - Optik Uretrotom Rezektoskop xarici örtüyü (Sheath): Rezektoskopik müdaxilələr üçün nəzərdə tutulmuş olmalıdır. Luer-Lock tipli stopcock bağlantısına malik olmalıdır. Ölçüsü 11 Fr olmalıdır. Avtoklav üsulu ilə sterilizasiya oluna bilməlidir. Teleskop: Endoskopik görüntüləmə üçün nəzərdə tutulmuş sərt teleskop olmalıdır. Görüntü bucağı 0° olmalıdır. Xarici diametri təxminən 1.9–2.1 mm diapazonunda olmalıdır. İşçi uzunluğu təxminən 18 sm olmalıdır. Avtoklav üsulu ilə sterilizasiyaedilə bilməlidir. Fiber-optik işıq ötürmə sistemi teleskopa inteqrasiya olunmuş olmalıdır. Teleskop istifadə zamanı qoruyucu boru/protection tube ilə uyğun işləyə bilməli və komplektin bütün komponentləri bir-biri ilə tam uyğun olmalıdır. | 1 | ədəd |
| 7 | Yenidoğulmuş və pediatrik pasiyentlər üçün guidewire üzərindən keçirilən özofageal dilatator dəsti Dəst yenidoğulmuş və pediatrik pasiyentlərdə özofageal strikturaların mərhələli genişləndirilməsi üçün nəzərdə tutulmalıdır. Dilatatorlar əvvəlcədən yerləşdirilmiş guidewire üzərindən keçirilən konstruksiyaya malik olmalıdır. Dəst aşağıdakı ölçülərdə, hər ölçüdən 1 ədəd olmaqla ümumilikdə 7 ədəd dilatatordan ibarət olmalıdır: 15 Fr — 5,00 mm 16 Fr — 5,33 mm 17 Fr — 5,67 mm 18 Fr — 6,00 mm 19 Fr — 6,33 mm 20 Fr — 6,67 mm 21 Fr — 7,00 mm Hər bir dilatatorun daxilində guidewire üzərindən keçirilməsi üçün bütün işçi uzunluğu boyunca mərkəzi kanal olmalıdır. Dilatatorlar elastik, bükülməyə davamlı və tibbi dərəcəli biouyğun polimer materialdan hazırlanmalıdır. Dilatatorların distal hissəsi hamar, tədricən daralan, konusvari və atravmatik ucluğa malik olmalıdır. Ucluqdan dilatatorun əsas gövdəsinə keçid hamar və mərhələli olmalıdır. Dilatatorlar fluoroskopik nəzarət zamanı görünməni təmin edən radiopak xüsusiyyətə və ya radiopak markerlərə malik olmalıdır. Hər bir dilatatorun üzərində minimum aşağıdakı silinməyən göstəricilər olmalıdır: Fr ölçüsü; diametr göstəricisi; daxilolma dərinliyini göstərən məsafə işarələri. Dilatatorların səthi hamar, məsaməsiz və təmizlənməsi asan olmalıdır. Məhsulların tərkibində təbii rezin lateks olmamalıdır. Dilatatorlar çoxistifadəli olmalı və istehsalçının müəyyən etdiyi təmizləmə, yüksək səviyyəli dezinfeksiya və ya sterilizasiya prosedurlarına uyğun olmalıdır. Məhsullar təkrar emal zamanı ölçüsünü, formasını və funksional xüsusiyyətlərini saxlamalıdır. Dəstə minimum aşağıdakılar daxil olmalıdır: 15–21 Fr ölçülərində 7 ədəd dilatator; minimum 1 ədəd çevik guidewire; guidewire atravmatik və yayvari distal ucluğa malik olmalıdır; guidewire üzərində məsafə işarələri olmalıdır; dilatatorların daxili kanalının təmizlənməsi üçün uyğun fırça; təmizləmə və yumaadapterləri; bütün komponentlərin təhlükəsiz saxlanılması üçün sərt qoruyucu çanta və ya konteyner. Guidewire bütün təqdim edilən dilatator ölçüləri ilə tam uyğun olmalıdır. Dəstin bütün komponentləri eyni sistemin tərkib hissəsi olmalı və qarşılıqlı tam uyğun işləməlidir. Təkliflə birlikdə aşağıdakı sənədlər təqdim edilməlidir: məhsulun texniki kataloqu və ya datasheet-i; istifadə təlimatı; təmizləmə, dezinfeksiya və sterilizasiya təlimatı; istehsalçının ISO 13485 sertifikatı; CE uyğunluq sənədi. | 1 | ədəd |
| 8 | Damar təyinedici cihaz Cihaz səthi damarların aşkarlanması və damar strukturunun pasiyentin dərisi üzərinə real vaxt rejimində proyeksiya edilməsi üçün nəzərdə tutulmalıdır. Görüntüləmə texnologiyası yaxın infraqırmızı (Near-Infrared) işıq mənbəyinə əsaslanmalıdır. İnfraqırmızı işığın dalğa uzunluğu 850 nm olmalı və cihaz ikiqat işıq mənbəyinə malik olmalıdır. Görüntüləmə proyeksiya üsulu ilə həyata keçirilməlidir. Proyeksiya görüntüsünün ölçüsü minimum 720 × 576 piksel olmalıdır. Cihaz ağ, qırmızı, yaşıl, mavi və bənövşəyi rənglərdə damar görüntüsünün proyeksiyasını təmin etməli, həmçinin Inverse görüntüləmə rejiminə malik olmalıdır. Optimal fokus məsafəsi 210 ± 30 mm olmalıdır. Görüntüləmə sahəsinin dərinliyi 30 mm-dən çox olmalıdır. İnfraqırmızı şüalanma enerjisi 0.6 mW/m²-dən çox olmamalıdır. Görüntü parlaqlığı minimum 4 səviyyədə tənzimlənə bilməlidir. Cihaz damarların dərinliyini müəyyən etməyə imkan verən Depth Indicator funksiyasına malik olmalıdır. Cihazın idarəetmə ekranında cari batareya vəziyyəti, seçilmiş görüntü rəngi, parlaqlıq səviyyəsi və görüntü pəncərəsinin ölçüsü göstərilməlidir. Cihaz daxili təkrar doldurulan 7.4 V, minimum 3000 mAh litium batareya ilə təchiz edilməlidir. Tam doldurulmuş batareya ilə fasiləsiz işləmə müddəti minimum 2.5 saat olmalıdır. Tam boşalmış batareyanın doldurulmamüddəti 4 saatdan çox olmamalıdır. Elektrik adapteri AC 100–240 V, 50/60 Hz şəbəkəsində işləməlidir. Cihaz kompakt konstruksiyaya malik olmalı, əsas qurğunun çəkisi təxminən 0.5 kq, ölçüləri isə təxminən 224 × 68 × 64 mm olmalıdır. Cihaz fasiləsiz iş rejimini dəstəkləməlidir. Cihaz tibbi elektrik avadanlıqları üzrə IEC 60601-1 və elektromaqnit uyğunluğu üzrə IEC 60601-1-2 standartlarının tələblərinə uyğun olmalıdır. Cihaz klinik istifadəyə hazır vəziyyətdə, işləməsi üçün tələb olunan elektrik adapteri və zəruri aksesuarlarla birlikdə təqdim edilməlidir. | 1 | ədəd |
| 9 | Drager Vista120 üçün Spo2 aralıq naqili Drager Vista120 üçün Spo2 aralıq naqili | 15 | ədəd |
| 10 | Edan X12 üçün Spo2 aralıq naqili Edan X12 üçün Spo2 aralıq naqili | 10 | ədəd |
| 11 | Mindray Umec100 üçün Spo2 aralıq naqili Mindray Umec100 üçün Spo2 aralıq naqili | 15 | ədəd |
| 12 | Bionet BM7 üçün Spo2 aralıq naqili Bionet BM7 üçün Spo2 aralıq naqili | 10 | ədəd |
| 13 | A4 Rəngli Lazer Çoxfunksiyalı Printer (Çap + Skan + Kopya) A4 Rəngli Lazer Çoxfunksiyalı Printer (Çap + Skan + Kopya) Texniki tələblər: Çap texnologiyası – Rəngli lazer. Funksiyalar – Çap, skan və kopyalama (3-ü 1-də). Maksimum çap formatı – A4. Çap sürəti – minimum 25 səh./dəq (qara-ağ və rəngli). Çap keyfiyyəti – minimum 1200 × 1200 dpi (ekvivalent). Avtomatik ikiüzlü (dupleks) çap. Skan texnologiyası – Rəngli CIS. Optik skan keyfiyyəti – minimum 600 × 600 dpi. ADF – minimum 50 vərəq, avtomatik ikiüzlü skan. Kopyalama – 25–400% miqyaslama, maksimum 999 nüsxə. Kağız giriş tutumu – minimum 250 + 50 vərəq. Bağlantılar – USB 2.0, Gigabit Ethernet, Wi-Fi, Wi-Fi Direct. Mobil çap – AirPrint, Mopria və yaekvivalent. İdarəetmə paneli – minimum 5 düym rəngli sensor ekran. Dəstəklənən əməliyyat sistemləri – Windows 10/11 və ya daha yeni, macOS. Elektrik qidalanması – 220–240 V, 50/60 Hz. Komplektə başlanğıc toner kartricləri və bütün quraşdırma aksesuarları daxil olmalıdır. Zəmanət – minimum 12 ay. | 5 | ədəd |
Satınalmalarının 17 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 24 avq 2026
son qələbə 07 may 2026
son qələbə 12 dek 2025
son qələbə 25 sen 2025
son qələbə 07 avq 2026