Bu sifarişçidə eyni kateqoriyada 1 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
1734 satınalma, 465 müxtəlif qalib
Ən çox udan: "OFİS-A.M." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (55, 3.2%)
Əsas: bu kateqoriya, bütün sifarişçilər
Qaliblər ehtimal olunan qiymətdən 0.04% ilə 79.19% arasında aşağı düşüblər, medianı 12.95%.
Bu tender üçün bu 29.082 ₼ ilə 26.234 ₼ arasıdır.
6.271 ₼ məbləğindən aşağı heç kim udmayıb.
85 ₼
Sənədlər 25 ₼ + iştirak 60 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Bu Lot 24 hissədən ibarət müasir informasiya-kommunikasiya avadanlığı təkliflərini əhatə edir. Əsas fəallıq Simli/şəbəkə və hesablama qurğuları, monitorlar, kameralar və ofis mebelləri ilə bağlı çoxsaylı xüsusi texniki tələbləri ehtiva edir. Qismən yüksək səviyyəli prosessorlar, AI/NPU dəstəyi, böyük RAM və sürətli saxlama kimi kriteriyalar mövcuddur. Hər bir predmet üçün təyin olunan texniki göstəricilər (məsələn CPU nüvələrinin sayı, AI/dəyirmi motorlar, GPU performansı, 23 düyindən 55 düyənə qədər ekranlar, PoE portlar, NVR dəstəyi və s.) anbarda mövcud məhsullara qarşı müəyyənləşdirilmiş risklər yaradır. Bu təkliflərdə çoxsaylı tələblər bir-biri ilə uyumlu sistemlərin tərkibində olması üçün əlavə uyğunluq və inteqrasiya sınaqlarını tələb edir. 24 maddə, həm də fiziki mebel və kabinetlər kimi qeyri-texniki komponentləri də əhatə edir, bu isə lojistik və quraşdırma işlərinin genişlənməsinə səbəb ola bilər.
Lotun açıq mövqelərindən avtomatik hazırlanıb. Tender sənədlərini əvəz etmir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Monoblok (All-in-One kompüter) Tipi: Monoblok (All-in-One), ekran və sistem bloku inteqrasiya olunmuş, tənzimlənən erqonomik altlıq və xarici enerji adapteri ilə. Prosessor: minimum 20 nüvə (8 Performance + 12 Efficiency), 28 axın (Thread) və ya ekvivalent. RAM: minimum 16 GB, minimum 2 slot, Dual-Channel dəstəyi. Qrafika: inteqrə olunmuş Intel UHD Graphics və ya ekvivalent, Full HD, DirectX və OpenGL dəstəyi. Ekran: minimum 23.8 düym IPS, 1920 × 1080 Full HD, TouchScreen. Yaddaş: minimum 512 GB M.2 PCIe NVMe SSD, M.2 2280 slotu və əlavə M.2 2230 WLAN slotu. Səs və bağlantı: daxili stereo HD audio, kamera, Bluetooth 5.0 və ya daha yeni. Yan portlar: minimum 2 × USB 2.0 Type-A, 1 × USB Type-C, 1 × Combo Audio Jack, SD kart oxuyucu. Arxa portlar: minimum 4 × USB 3.2 Gen 2 Type-A, 1 × HDMI (4K dəstəyi), 1 × RJ-45 LAN, Mic-in və Line-out. Əməliyyat sistemi: orijinal lisenziyalı Windows 11 Pro və orijinal lisenziyalı Microsoft Office 365 Business və ya ekvivalent lisenziya. Təklif olunan avadanlıq bütün göstərilən minimum texniki tələblərə cavab verməli və ya onları üstələməlidir. | 2 | ədəd |
| 2 | Monoblok (All-in-One kompüter) Prosessor minimum 10 nüvəli CPU-ya, o cümlədən 4 Performance və 6 Efficiency nüvəyə və ya ekvivalent nüvə arxitekturasına malik olmalıdır. Qrafik prosessor minimum 10 nüvəli GPU və ya ekvivalent qrafik məhsuldarlığı təmin etməlidir. Süni intellekt və maşın öyrənməsi əməliyyatlarının sürətləndirilməsi üçün minimum 16 nüvəli Neural Engine (NPU) və ya ekvivalent texnologiya olmalıdır. Operativ və daxili yaddaş Operativ yaddaş minimum 16 GB olmalıdır. Unified Memory və ya funksional və performans baxımından ekvivalent yaddaş texnologiyası qəbul edilir. Daxili yaddaş minimum 512 GB SSD olmalıdır. SSD yüksək sürətli olmalı, NVMe və ya ekvivalent texnologiyanı dəstəkləməlidir. Ekranın ölçüsü minimum 24 düym olmalıdır. Ekranın təsvir ölçüsü minimum 4480 × 2520 piksel (4.5K səviyyəsi) və ya ekvivalent olmalıdır. Ekranın parlaqlığı minimum 500 nit olmalıdır. P3 Wide Color və ya ekvivalent geniş rəng gamutunu dəstəkləməlidir. True Tone və ya ekvivalent avtomatik rəng uyğunlaşdırma texnologiyası olmalıdır. Kamera minimum 1080p HD video dəstəkləməlidir. Avtomatik kadr mərkəzləşdirmə/kadrlaşdırma (Center Stage və ya ekvivalent) funksiyası olmalıdır. Daxili stereo dinamiklər və mikrofonlar olmalıdır. Şəbəkə və simsiz rabitə Gigabit Ethernet (RJ-45) bağlantısı olmalıdır. Daxili RJ-45 portunun olmadığı halda istehsalçının rəsmi uyğun adapteri vasitəsilə Gigabit Ethernet bağlantısı təmin edilə bilər. Wi-Fi 6E və ya daha yeni standart dəstəklənməlidir. Bluetooth 5.3 və ya daha yeni versiya olmalıdır. Portlar və xarici ekran Minimum 4 ədəd USB-C/Thunderbolt 4 və ya ekvivalent port olmalıdır. Minimum 1 ədəd 3.5 mm audio çıxışı olmalıdır. Xarici monitor qoşulmasını dəstəkləməli və minimum 2 ədəd 6K və ya 1 ədəd 8K xarici ekranın qoşulmasını təmin etməlidir. Komplektasiya Komplektə istehsalçının orijinal və kompüterlə uyğun simsiz klaviaturası daxil edilməlidir. Klaviatura Touch ID və ya ekvivalent biometrik identifikasiya funksiyasını dəstəkləməlidir. Komplektə istehsalçının orijinal və kompüterlə uyğun simsiz siçanı daxil edilməlidir. Əməliyyat sistemi Kompüter istehsalçı tərəfindən lisenziyalaşdırılmış, qanuni və aktivləşdirilmiş əməliyyat sistemi ilə əvvəlcədən quraşdırılmış şəkildə təqdim edilməlidir. |
| 1 |
| ədəd |
| 3 | Tənzimlənən smart masa Elektrik mühərrikli, hündürlüyü tənzimlənən ofis masası. İdarəetmə paneli və yaddaş funksiyası ilə. Ölçü - 180x80x60/125 - quraşdırılma daxil (təklif olunan model göstərilən texniki tələblərə tam uyğun və ya daha üstün xususiyyətlərə malik olmalıdır. | 1 | ədəd |
| 4 | Qəhvəbişirən maşın (Tam avtomatik) Növ Qəhvəbişirən Displeyli/ Güc 1550 Vt / Su qabının həcmi i 2.1 lt Maksimal təzyiqi 19 bar Qəhvə üyüdən Quraşdırılma növü Solo İçki növü Americano, cappuccino, espresso, latte, Kapuçinator Korpusun materialı Metal Təklif olunan model göstərilən texniki tələblərə tam uyğun və ya daha üstün xüsusiyyətlərə malik olmalıdır. | 2 | ədəd |
| 5 | Noutbuk Ekran: Minimum 15 düym, IPS, Liquid Retina və ya ekvivalent texnologiya; minimum 2880 × 1864 piksel təsvir ölçüsü. Prosessor: Qabaqcıl ARM arxitekturalı, minimum 10 nüvəli CPU və 10 nüvəli GPU və ya ekvivalent performans. AI/NPU: Minimum 16 nüvəli Neural Engine (NPU) və ya ekvivalent texnologiya. Operativ yaddaş: Minimum 16 GB Unified Memory və ya ekvivalent. Daxili yaddaş: Minimum 256 GB SSD. Korpus: Tam metal, Alüminium Unibody və ya ekvivalent konstruksiya. Əməliyyat sistemi: İstehsalçı tərəfindən lisenziyalaşdırılmış və əvvəlcədən quraşdırılmış macOS. Simsiz bağlantı: Minimum Wi-Fi 6E və Bluetooth 5.3. Portlar: Minimum 2 × USB-C/Thunderbolt 4, 1 × MagSafe və ya USB-C enerji girişi, 1 × 3.5 mm audio çıxışı. Kamera: Minimum 1080p Full HD daxili kamera. Səs: Daxili mikrofon və stereo dinamiklər. Klaviatura: Arxa işıqlı, Touch ID və ya ekvivalent biometrik identifikasiya funksiyalı. Batareya: Normal istifadə rejimində minimum 15 saat işləmə müddəti. Təklif olunan məhsul göstərilən minimum texniki tələblərə cavab verməli və ya onları üstələməlidir | 1 | ədəd |
| 6 | Nəzarət kamerası Məhsul yeni, istifadə olunmamış və orijinal istehsalçı məhsulu olmalıdır.quraşdırılma daxil olmalıdır Təklifə avadanlığın çatdırılması, quraşdırılması, sazlanması, test edilməsi və istismara verilməsi daxil olmalıdır. Kamera IP əsaslı rəqəmsal müşahidə kamerası olmalıdır. Təsvir ölçüsü minimum 2 MP (1920 × 1080 Full HD) olmalıdır. Sensor minimum 1/2.8" Progressive Scan CMOS və ya ekvivalent olmalıdır. Video sıxılma standartları minimum H.265/H.265+, H.264/H.264+ dəstəklənməlidir. Gecə görmə (IR) funksiyası olmalı, minimum 30 metr məsafəyə qədər görüntü təmin etməlidir. Minimum işıqlandırma səviyyəsi rəngli rejimdə 0.005 Lux, IR rejimində 0 Lux olmalıdır. Obyektiv minimum 2.8 mm sabit fokuslu və ya ekvivalent baxış bucağına malik olmalıdır. Minimum 120 dB WDR, 3D DNR, BLC və HLC görüntü emalı texnologiyalarını dəstəkləməlidir. Şəbəkə interfeysi minimum 1 × RJ-45 (10/100 Mbps Ethernet) olmalıdır. PoE (IEEE 802.3af) və ya ekvivalent enerji təchizatını dəstəkləməlidir. ONVIF standartını dəstəkləməli və müxtəlif istehsalçıların NVR sistemləri ilə uyğun işləməlidir. Mühafizə sinfi minimum IP67 olmalı, xarici mühitdə istifadəyə yararlı olmalıdır. İşləmə temperaturu minimum -30°C ilə +60°C arasında olmalıdır. Təklifə bütün zəruri montaj aksesuarları, kabellər, konnektorlar və quraşdırma materialları daxil edilməlidir. Quraşdırma işləri mövcud şəbəkə və enerji infrastrukturuna uyğun şəkildə həyata keçirilməlidir. Məhsul CE, FCC, RoHS və ya ekvivalent beynəlxalq sertifikatlara malik olmalıdır. Təklif olunan model göstərilən texniki tələblərə tam uyğun və ya daha üstün xüsusiyyətlərə malik | 8 | ədəd |
| 7 | Kamera üçün qeydiyyat cihazı (NVR) Təklifə avadanlığın çatdırılması, quraşdırılması, sazlanması, test edilməsi və istismara verilməsi daxil olmalıdır. Qurğu minimum 8 IP kamera kanalını dəstəkləməlidir. Şəbəkə əsaslı (Network Video Recorder – NVR) olmalıdır. Video sıxılma standartları minimum H.265+, H.265, H.264+ və H.264 formatlarını dəstəkləməlidir. Yazma və canlı izləmə keyfiyyəti minimum 2 MP, maksimum isə ən azı 8 MP (4K) IP kameraları dəstəkləməlidir. Minimum 1 × SATA interfeysi vasitəsilə ən azı 10 TB tutumlu sərt diski dəstəkləməlidir. Şəbəkə interfeysi minimum 1 × Gigabit Ethernet (10/100/1000 Mbps RJ-45) olmalıdır. Video çıxışları minimum: 1 × HDMI (minimum 4K çıxış dəstəyi); 1 × VGA. ONVIF standartını dəstəkləməli və müxtəlif istehsalçıların IP kameraları ilə uyğun işləməlidir. Hərəkət aşkarlama (Motion Detection), hadisə qeydi, cədvəl üzrə yazma və uzaqdan izləmə funksiyalarını dəstəkləməlidir. Təklifə sistemin tam quraşdırılması, kameraların NVR-ə inteqrasiyası, sazlanması, istifadəçi təlimatı və sınaq istismarı daxil edilməlidir. Təklifə bütün zəruri montaj aksesuarları, kabellər, konnektorlar və digər quraşdırma materialları daxil edilməlidir. Təklif olunan model göstərilən texniki tələblərə tam uyğun və ya daha üstün xüsusiyyətlərə malik olmalıdır. | 1 | ədəd |
| 8 | Yaddaş qurğusu Məhsul yeni, istifadə olunmamış və orijinal istehsalçı məhsulu olmalıdır. Tutumu minimum 2 TB olmalıdır. 3.5 düym SATA tipli daxili sərt disk olmalıdır. SATA III (6 Gb/s) interfeysini dəstəkləməlidir. Videomüşahidə (CCTV/NVR/DVR) sistemlərində 24/7 fasiləsiz işləmə üçün nəzərdə tutulmuş olmalıdır. Minimum 64 MB keş (Cache) yaddaşa malik olmalıdır. Fırlanma sürəti minimum 5400 RPM və ya istehsalçı tərəfindən videomüşahidə sistemləri üçün ekvivalent performanslı texnologiya olmalıdır. Disk minimum 180 TB/il iş yükünü (Workload Rating) dəstəkləməlidir. Minimum 1 000 000 saat MTBF və ya ekvivalent etibarlılıq göstəricisinə malik olmalıdır. NVR/DVR sistemlərində eyni vaxtda çoxkanallı video yazılış üçün optimallaşdırılmış olmalıdır. Məhsul CE, RoHS və ya ekvivalent beynəlxalq sertifikatlara malik olmalıdır. İstehsalçı tərəfindən minimum 2 il rəsmi zəmanət təqdim edilməlidir. | 1 | ədəd |
| 9 | Elektrik uzadıcı Kabel uzunluğu minimum 5 metr olmalıdır. Minimum 5 ədəd 220–240 V AC elektrik çıxış yuvasına malik olmalıdır. Maksimum yük gücü minimum 3500 Vt və ya 16 A olmalıdır. Torpaqlama (Ground/Earth) kontaktına malik olmalıdır. Kabel minimum 3 × 1.5 mm² mis keçiricili olmalıdır. Kabel izolyasiyası alov gecikdirici PVC və ya ekvivalent materialdan hazırlanmalıdır. Nominal gərginlik 220–250 V AC, 50/60 Hz olmalıdır. Təklif olunan məhsul göstərilən texniki tələblərə tam uyğun və ya daha üstün xüsusiyyətlərə malik olmalıdır. | 1 | ədəd |
| 10 | Konnektor Rj 45 | 30 | ədəd |
| 11 | kamera qutusu IP müşahidə kameralarının quraşdırılması üçün nəzərdə tutulmuş birləşdirmə (junction) qutusu olmalıdır. Divar və ya tavana montaj üçün uyğun olmalıdır. Material yüksək möhkəmlikli alüminium ərintisi və ya UV şüalarına davamlı yüksək keyfiyyətli polikarbonatdan hazırlanmalıdır. Minimum 3 kq yükdaşıma qabiliyyətini təmin etməlidir. | 8 | ədəd |
| 12 | Rack cabin 19 düymlük, 6U ölçülü divar tipli şəbəkə kabineti olmalıdır. Ölçüləri minimum 600 × 450 mm (En × Dərinlik) və ya daha böyük olmalıdır. Konstruksiya yüksək möhkəmlikli, minimum 1.0–1.2 mm qalınlığında polad təbəqədən hazırlanmalıdır. Ön qapı temperli şüşəli, kilidlənə bilən və açılıb-bağlanan tipdə olmalıdır. Yan panellər çıxarıla bilən və kilidlənə bilən konstruksiyada olmalıdır. Minimum 60 kq statik yükdaşıma qabiliyyətinə malik olmalıdır. Kabel girişləri yuxarı və aşağı hissələrdə yerləşməli və kabel idarəetməsini təmin etməlidir. Təbii ventilyasiya dəliklərinə malik olmalı, əlavə fan modulunun quraşdırılmasını dəstəkləməlidir. Minimum 1 ədəd 120 mm fanın quraşdırılması üçün yer nəzərdə tutulmalıdır. Daxili montaj profilləri 19 düymlük standart avadanlıqların quraşdırılması üçün tənzimlənən olmalıdır. Ön və arxa hissədən avadanlıqlara rahat çıxış təmin etməlidir. Elektrostatik toz boya ilə örtülmüş, korroziyaya davamlı səthə malik olmalıdır. Rəngi qara (RAL 9005), boz (RAL 7035) və ya ekvivalent olmalıdır. Təklifə divara bərkitmə üçün bütün montaj aksesuarları daxil edilməlidir. Məhsul IEC 60297, EIA-310-D, CE, RoHS və ya ekvivalent beynəlxalq standartlara uyğun olmalıdır. | 1 | ədəd |
| 13 | Kabel CAT6 F/UTP PVC GREY 4X2X23 AWG COPPER-305 metrə | 1 | ədəd |
| 14 | Monitor Ekran ölçüsü minimum 22 düym olmalıdır. Panel tipi IPS, VA və ya ekvivalent texnologiyalı olmalıdır. Təsvir ölçüsü minimum Full HD (1920 × 1080 piksel) olmalıdır. Ekran formatı 16:9 olmalıdır. Parlaqlıq minimum 250 cd/m² olmalıdır. Kontrast nisbəti minimum 1000:1 olmalıdır. Baxış bucağı minimum 178° üfüqi / 178° şaquli olmalıdır. Yenilənmə tezliyi minimum 60 Hz olmalıdır. Cavab müddəti maksimum 8 ms olmalıdır. Minimum aşağıdakı giriş portlarına malik olmalıdır: 1 × HDMI 1 × VGA və ya DisplayPort VESA montaj standartını (100 × 100 mm) dəstəkləməlidir. Enerji təchizatı 220–240 V AC, 50/60 Hz olmalıdır. Aşağı mavi işıq (Low Blue Light) və titrəməsiz (Flicker-Free) görüntü texnologiyalarını dəstəkləməlidir. Komplektə monitor dayağı, enerji kabeli və video kabeli (HDMI və ya uyğun interfeys) daxil olmalıdır. Məhsul CE, RoHS, Energy Star və ya ekvivalent beynəlxalq sertifikatlara malik olmalıdır. İstehsalçı tərəfindən minimum 3 il rəsmi zəmanət təqdim edilməlidir. Təklif olunan məhsul göstərilən texniki tələblərə tam uyğun və ya daha üstün xüsusiyyətlərə malik olmalıdır. | 1 | ədəd |
| 15 | Kamera üçün qida bloku Məhsul yeni, istifadə olunmamış və orijinal istehsalçı məhsulu olmalıdır. Təklifə avadanlıqların çatdırılması, quraşdırılması, sazlanması, test edilməsi və istismara verilməsi daxil olmalıdır. Kommutator minimum 8 × 10/100/1000 Mbps RJ45 PoE portuna malik olmalıdır. Minimum 2 × Gigabit Uplink portu (RJ45 və ya SFP) olmalıdır. PoE standartları minimum IEEE 802.3af və IEEE 802.3at (PoE+) standartlarını dəstəkləməlidir. Ümumi PoE güc büdcəsi minimum 120 W olmalıdır. Hər bir PoE portu minimum 30 W güc təmin etməlidir. Switching Capacity minimum 20 Gbps və ya ekvivalent olmalıdır. Paket ötürmə sürəti minimum 14.88 Mpps olmalıdır. MAC ünvan cədvəli minimum 4K olmalıdır. Avtomatik MDI/MDIX, Auto Negotiation və Store-and-Forward funksiyalarını dəstəkləməlidir. IEEE 802.3x Flow Control funksiyasını dəstəkləməlidir. Kamera, NVR və digər IP şəbəkə avadanlıqları ilə tam uyğun işləməlidir. Komplektə bütün zəruri RJ45 konnektorlar, enerji qidalanma elementləri, montaj aksesuarları və patch kabellər daxil edilməlidir. Quraşdırma zamanı kabellərin sonlandırılması, cihazların qoşulması, sistemin sazlanması və tam funksional testləri həyata keçirilməlidir. Enerji təchizatı 100–240 V AC, 50/60 Hz olmalıdır. Məhsul CE, FCC, RoHS və ya ekvivalent beynəlxalq keyfiyyət və təhlükəsizlik sertifikatlarına malik olmalıdır. İstehsalçı tərəfindən minimum 2 il rəsmi zəmanət təqdim edilməlidir. Təklif olunan məhsul göstərilən texniki tələblərə tam uyğun və ya daha üstün xüsusiyyətlərə malik olmalıdır. | 1 | ədəd |
| 16 | Biometrik davamiyyət terminalı Məhsul yeni, istifadə olunmamış və orijinal istehsalçı məhsulu olmalıdır. Təklifə avadanlığın çatdırılması, quraşdırılması, sazlanması, test edilməsi, proqram təminatının qurulması və istismara verilməsi daxil olmalıdır. Qurğu barmaq izi, MIFARE (13.56 MHz) RFID kart və şifrə (PIN) ilə identifikasiya funksiyalarını dəstəkləməlidir. Qurğu TCP/IP və Wi-Fi (IEEE 802.11 b/g/n) şəbəkə bağlantısını dəstəkləməlidir. Minimum 2.4 düym rəngli LCD ekranla təchiz olunmalıdır. Barmaq izi sensoru optik və ya yarımkeçirici tipli, yüksək dəqiqlikli olmalıdır. Barmaq izi tutumu minimum 3 000 istifadəçi olmalıdır. Kart tutumu minimum 5 000 MIFARE kart olmalıdır. Hadisə (log) yaddaşı minimum 100 000 qeyd saxlamalıdır. Barmaq izinin tanınma müddəti maksimum 1 saniyə olmalıdır. Yanlış qəbul (FAR) və yanlış rədd (FRR) göstəriciləri istehsalçı tərəfindən beynəlxalq standartlara uyğun olmalıdır. Qapı kilidi, çıxış düyməsi, qapı sensoru və siqnalizasiya giriş/çıxışlarını dəstəkləməlidir. Wiegand 26/34 və ya OSDP interfeyslərini dəstəkləməlidir. USB vasitəsilə məlumatların ehtiyat nüsxəsinin çıxarılması və yenilənməsi mümkün olmalıdır. Elektrik qidalanması 12 V DC və ya istehsalçı tərəfindən nəzərdə tutulmuş enerji təchizatı ilə təmin edilməlidir. Qurğu Azərbaycan dili də daxil olmaqla çoxdilli interfeysi və istifadəçi idarəetmə proqramını dəstəkləməlidir. Uzaqdan idarəetmə və hesabatların hazırlanması üçün proqram təminatı təqdim edilməlidir. Təklifə bütün montaj materialları, enerji adapteri, kabel, konnektor və digər zəruri aksesuarlar daxil edilməlidir. Məhsul CE, FCC, RoHS və ya ekvivalent beynəlxalq keyfiyyət və təhlükəsizlik sertifikatlarına malik olmalıdır. İstehsalçı tərəfindən minimum 2 il rəsmi zəmanət təqdim edilməlidir. Təklif olunan məhsul göstərilən texniki tələblərə tam uyğun və ya daha üstün xüsusiyyətlərə malik olmalıdır. | 1 | ədəd |
| 17 | Televizor Ekran diaqonalı: min. 55 düym (139 sm). Matrisa: QLED (və ya ekvivalenti). Smart TV dəstəyli | 1 | ədəd |
| 18 | Şəbəkə marşrutlaşdırıcısı (Router) Məhsul yeni, istifadə olunmamış və orijinal istehsalçı məhsulu olmalıdır. Dual-Band Wi-Fi texnologiyasını dəstəkləməli, 2.4 GHz və 5 GHz diapazonlarında eyni vaxtda işləməlidir. Wi-Fi standartı minimum IEEE 802.11ax (Wi-Fi 6) və ya daha yeni olmalıdır. Simsiz ötürmə sürəti minimum AX1800 (574 Mbps @ 2.4 GHz + 1201 Mbps @ 5 GHz) və ya daha yüksək olmalıdır. Minimum 1 ədəd Gigabit WAN (RJ45) portuna malik olmalıdır. Minimum 4 ədəd Gigabit LAN (RJ45) portuna malik olmalıdır. MU-MIMO, OFDMA, Beamforming və WPA3 təhlükəsizlik standartlarını dəstəkləməlidir. IPv4 və IPv6 protokollarını dəstəkləməlidir. DHCP Server, NAT, QoS, Port Forwarding, VLAN, VPN Passthrough və Firewall funksiyalarını dəstəkləməlidir. Valideyn nəzarəti (Parental Control) və Qonaq Şəbəkəsi (Guest Network) funksiyalarına malik olmalıdır. İdarəetmə veb interfeys və mobil tətbiq vasitəsilə mümkün olmalıdır. Enerji təchizatı 100–240 V AC, 50/60 Hz olmalıdır. Komplektə enerji adapteri, Ethernet kabeli və bütün zəruri quraşdırma aksesuarları daxil edilməlidir. Məhsul CE, FCC, RoHS və ya ekvivalent beynəlxalq keyfiyyət və təhlükəsizlik sertifikatlarına malik olmalıdır. İstehsalçı tərəfindən minimum 3 il rəsmi zəmanət təqdim edilməlidir. Təklif olunan məhsul göstərilən texniki tələblərə tam uyğun və ya daha üstün xüsusiyyətlərə malik olmalıdır. | 2 | ədəd |
| 19 | Şəbəkə kommutatoru (Switch) Məhsul yeni, istifadə olunmamış və orijinal istehsalçı məhsulu olmalıdır. Minimum 8 ədəd 10/100/1000 Mbps RJ45 Gigabit Ethernet portuna malik olmalıdır. IEEE 802.3, 802.3u, 802.3ab, 802.3x standartlarını dəstəkləməlidir. Switching Capacity minimum 16 Gbps olmalıdır. Paket ötürmə sürəti minimum 11.9 Mpps olmalıdır. MAC ünvan cədvəli minimum 4K giriş dəstəkləməlidir. Auto Negotiation və Auto MDI/MDIX funksiyalarını dəstəkləməlidir. Store-and-Forward ötürmə texnologiyasını dəstəkləməlidir. IEEE 802.3x Flow Control funksiyasını dəstəkləməlidir. Jumbo Frame dəstəyi minimum 9 KB olmalıdır. Enerji qənaəti üçün IEEE 802.3az Energy Efficient Ethernet (EEE) və ya ekvivalent texnologiyanı dəstəkləməlidir. Fansız (Fanless) konstruksiyaya malik olmalı və səssiz işləməlidir. Metal korpuslu, masaüstü və ya divara montaj üçün uyğun olmalıdır. Enerji təchizatı 100–240 V AC, 50/60 Hz olmalıdır. Komplektə enerji adapteri (və ya daxili enerji təchizatı), istifadəçi sənədləri və quraşdırma üçün zəruri aksesuarlar daxil olmalıdır. Məhsul CE, FCC, RoHS və ya ekvivalent beynəlxalq keyfiyyət və təhlükəsizlik sertifikatlarına malik olmalıdır. İstehsalçı tərəfindən minimum 3 il rəsmi zəmanət təqdim edilməlidir. Təklif olunan məhsul göstərilən texniki tələblərə tam uyğun və ya daha üstün xüsusiyyətlərə malik olmalıdır. | 2 | ədəd |
| 20 | Rəhbər kreslosu Erqonomik dizayn, başaltlıqlı, hündürlük və meyl tənzimlənməsi, torlu (mesh) və ya parça arxalıq.Təklif olunan məhsul göstərilən texniki tələblərə tam uyğun və ya daha üstün xüsusiyyətlərə malik olmalıdır. | 1 | ədəd |
| 21 | Jurnal masası Ofis və ya qonaq otağı üçün, davamlı materialdan (MDF/DSP və ya taxta), müasir dizaynlı.Təklif olunan məhsul göstərilən texniki tələblərə tam uyğun və ya daha üstün xüsusiyyətlərə malik olmalıdır. | 1 | ədəd |
| 22 | Kitab və sənəd rəfi Açıq rəfli, ofis sənədləri və kitablar üçün nəzərdə tutulmuş, MDF/DSP materialından.Təklif olunan məhsul göstərilən texniki tələblərə tam uyğun və ya daha üstün xüsusiyyətlərə malik olmalıdır. | 1 | ədəd |
| 23 | TV altlığı (şkaf) Materialı: MDF/DSP, rəfləri və qapıları olan altlıq.Təklif olunan məhsul göstərilən texniki tələblərə tam uyğun və ya daha üstün xüsusiyyətlərə malik olmalıdır. | 1 | ədəd |
| 24 | Ofis divanı 2 və ya 3 nəfərlik, parça örtüklü, rahat arxalıqlı ofis divanı.Təklif olunan məhsul göstərilən texniki tələblərə tam uyğun və ya daha üstün xüsusiyyətlərə malik olmalıdır. | 1 | ədəd |
Satınalmalarının 1 dərc olunmuş nəticəsi üzrə. Nəticələr azdır, paylar hələ az şey deyir.
son qələbə 30 iyn 2026