Sifarişçi: "İÇƏRİŞƏHƏR" DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU İDARƏSİ PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçi işi bölüşdürür: 32 satınalmanı 27 müxtəlif təchizatçı udub.
32 satınalma, 27 müxtəlif qalib
Ən çox udan: "COPY" Məhdud Məsuliyyətli Cəmiyyəti (3, 9.4%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.1% ilə 68.15% arasında aşağı düşüblər, medianı 27.19%.
Bu tender üçün bu 27.249 ₼ ilə 22.553 ₼ arasıdır.
9.866 ₼ məbləğindən aşağı heç kim udmayıb.
87 ₼
Sənədlər 25 ₼ + iştirak 62 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | 8 Noyabr – Zəfər Günü tədbiri üçün modul səhnənin (ölçüsü: 6 x 4 metr) və əlaqədar avadanlıqların icarəsi Xidmət aşağıdakıları əhatə etməlidir: 6 metr × 4 metr ölçüsündə sökülüb-quraşdırılan modul səhnənin təmin edilməsi;Səhnənin təhlükəsizlik standartlarına uyğun quraşdırılması və tədbirdən sonra demontajı; Səhnə pilləkənlərinin (minimum 2 ədəd) təmin edilməsi; Təhlükəsizlik barikadlarının səhnənin ön hissəsində və zəruri sahələrdə quraşdırılması; Alüminium truss (ferma) konstruksiyasının (konstruksiyanın hündürlüyü azı 5 m olmaqla) quraşdırılması; Səhnə üçün üst örtük (roof/tent) və hava şəraitindən qoruyucu konstruksiyanın təmin edilməsi; Səhnə ölçüsünə uyğun peşəkar səs sistemi (line array və ya ekvivalent) və səhnə səs gücləndirici 6 ədəd monitorun təmin edilməsi;Səs sistemi barədə tələblər: Ən azı 2 ədəd əsas akustik sistem (Line Array və ya ekvivalent yüksək güclü aktiv/passiv kolonlar); 2 ədəd subwoofer (18"); Ümumi çıxış gücü: minimum 8 000 W RMS; Rəqəmsal səs mikseri (Digital Mixer) – minimum 24 girişli və peşəkar idarəetmə imkanlı; 4 ədəd simsiz əl mikrofonu (stendləri ilə birlikdə); 4 ədəd simsiz qulaqüstü mikrofonu (headset); Səhnə ölçüsünə uyğun peşəkar işıqlandırma (Səhnə üçün 14 ədəd peşəkar hərəkətli (moving head) işıq (minimum 230W gücündə 'Beam' və 'LED Wash' tipli və ya ekvivalent işıqlandırma avadanlıqları)) sisteminin quraşdırılması; İşıq və digər avadanlıqlar üçün tələb olunan motorlu qaldırıcı sistemlərin (Chain Hoist) təmin edilməsi; LED səhnə monitoru 6x4 metr (24 m2) və ya tədbirin texniki tələbinə uyğun monitor sisteminin təmin edilməsi; Monitor barədə tələblər: Piksel ölçüsü P3.91 yuxarı olmamaq şərti ilə; Musiqiçilər və texniki heyət üçün səhnə arxasında 4x4 metr (16 kv.m) ölçüdə çadırın (backstage tent) təmin edilməsi; Çadır daxilində 8 ədəd ofis tipli oturacaq və 2 ədəd (1,4 × 0,7 m ölçüdə) masa ilə birlikdə təqdim edilməlidir. Bütün zəruri elektrik bağlantıları, kabellər və aksesuarların təmin edilməsi; Tədbir müddətində texniki dəstəyin göstərilməsi; 1 nəfər səs rejisoru və səhnə proqramını yüksək səviyyədə idarə etmək üçün komandanın mövcudluğu. Quraşdırılacaq səhnə ən azı 5 saat əvvəldən tam yoxlanılmış və hazırlıqlı səviyyədə Satınalan təşkilata təqdim edilməlidir; Qiymətə daxildir: Avadanlıqların icarə haqqı; Nəqliyyat və logistika; İçərişəhər Qoşa Qala meydanında montaj və demontaj işləri; Texniki heyətin xidməti; Tədbir müddətində texniki nəzarət və operativ dəstək. Qeyd: Təklif edilən bütün avadanlıqlar peşəkar tədbirlər üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olmalı və qüvvədə olan təhlükəsizlik normalarına uyğun quraşdırılmalıdır. | 1 | gün |
| 2 | 8 Noyabr – Zəfər Günü tədbiri üçün səhnə (ölçüləri:6 metr x 4 metr) dekorunun hazırlanması və quraşdırılması Xidmət aşağıdakıları əhatə etməlidir: Zəfər Günü tədbirinin konsepsiyasına uyğun fərdi səhnə dekorunun hazırlanması, istehsalı və quraşdırılması; Satınalan təşkilatın təqdim etdiyi konsept və dizayn tələblərinə uyğun dekor həllərinin hazırlanması; Səhnənin ölçülərinə (24 kv.m) uyğun arxa fon (backdrop), dekorativ elementlər və həcmli konstruksiyaların istehsalı; Zəfər Günü və dövlət rəmzlərinə uyğun tematik dekor elementlərinin hazırlanması; Dekorun təhlükəsizlik tələblərinə uyğun şəkildə montajı və tədbirdən sonra demontajı; Dekorun daşınması, quraşdırılması və sökülməsi üçün tələb olunan bütün logistika və texniki işlərin yerinə yetirilməsi; Tədbir məkanına uyğun materiallardan istifadə olunması və estetik görünüşün təmin edilməsi; Dekor elementlərinin təmin edilməsi; Çap məhsulları və dekorativ üzlüklər - 18 kv.m Taxta karkas, banner; Daşıma, montaj və demontaj; Bütün konstruksiya, bərkidici elementlər və texniki avadanlıqlar;Tədbir müddətində texniki nəzarət. Ölçüsü 6 × 4 metr olan podium tipli səhnənin rəsmi dövlət tədbirlərinə uyğun konsepsiyada dekorativ tərtibatı təmin edilməlidir. Səhnənin ön hissəsi və görünən kənarları yüksək keyfiyyətli süni ağ və şampan rəngli qızılgüllərdən hazırlanmış sıx gül kompozisiyası ilə bəzədilməlidir. Gül kompozisiyası səhnənin bütün ön hissəsini əhatə etməli, boşluq yaratmamalı və estetik, vahid görünüş təmin etməlidir. Dekorasiya peşəkar floristlər tərəfindən hazırlanmalı, tədbir müddətində formasını və estetik görünüşünü saxlamalıdır. Gül kompozisiyalarının montajı səhnə konstruksiyasına zərər vermədən və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilməlidir; Dekorasiya rəsmi dövlət tədbirlərinin protokol tələblərinə uyğun, səliqəli və təqdimat xarakterli olmalıdır; Podiumun ön hissəsində istifadə ediləcək gül kompozisiyasının hündürlüyü minimum 40 sm, eni isə səhnənin bütün 6 metrlik ön hissəsini əhatə etməlidir; İstifadə olunan bütün dekorativ elementlər yeni, təmiz, qüsursuz və yüksək estetik keyfiyyətə malik olmalıdır. Qeyd: Dekorların son dizaynı Satınalan təşkilatla razılaşdırıldıqdan sonra istehsal olunmalıdır.Təklif qiymətinə dekorun hazırlanması və quraşdırılması ilə bağlı bütün material, istehsal, logistika və əmək xərcləri daxil edilməlidir. | 1 | ədəd |
| 3 | 8 Noyabr – Zəfər Günü tədbiri münasibətilə konsertin təşkili (3 saat) Xidmət aşağıdakıları əhatə etməlidir: Zəfər Günü tədbiri çərçivəsində 3 saatlıq canlı musiqi proqramının təşkili; Musiqili proqram üçün tələb olunan peşəkar heyət: Müxtəlif musiqi janrlarını və proqramın fasiləsiz icrasını təmin etmək məqsədilə minimum 4 nəfər peşəkar vokal ifaçısı və minimum 3 ədəd peşəkar musiqi qrupu; Təklif olunan repertuarın ən azı 70%-i klassik Azərbaycan bəstəkarlarının əsərləri, vətənpərvərlik ruhunu, dövlətçilik ənənələrini, qəhrəmanlıq və Zəfər Gününün mahiyyətini əks etdirən musiqilərdən ibarət olmalı; İfaçıların repertuarının Satınalan təşkilatla razılaşdırma əsasında seçilməsi; Proqramda Azərbaycan klassik musiqisi, estrada, xalq mahnıları, marşlar və müasir vətənpərvərlik əsərləri arasında balans qorunmalı; Təklif olunan bütün vokal ifaçıları canlı ifa etməli, fonoqramdan yalnız zəruri texniki hallarda istifadə edilməli; Musiqi qrupları peşəkar canlı ifa heyətindən ibarət olmalı və klaviş, gitara, bas gitara, zərb alətləri və zəruri olduqda nəfəsli və ya simli musiqi alətləri ilə təmin edilməli; İfaçı heyəti tədbirin rəsmi statusuna uyğun səhnə geyimləri ilə çıxış etməli və vahid səhnə etikası nümayiş etdirməli; Təchizatçı tədbirdən əvvəl Satınalan təşkilat ilə razılaşdırılmış repertuar siyahısını və çıxış ardıcıllığını təqdim etməlidir. Tədbirin ssenarisinə uyğun çıxış ardıcıllığının və proqram axınının hazırlanması; İfaçıların çıxışları üçün zəruri koordinasiya və təşkilati dəstəyin göstərilməsi; Repetisiya prosesinin təşkili; Tədbir müddətində proqramın fasiləsiz və ssenariyə uyğun icrasının təmin edilməsi. Təklif qiymətinə ifaçıların təşkilati xərcləri, koordinasiya və proqramın idarə olunması daxil edilməlidir. | 1 | gün |
| 4 | 8 Noyabr – Zəfər Gününə həsr olunmuş 3 saatlıq konsert üçün rəqs ansamblının çıxışlarının təşkili Xidmət aşağıdakıları əhatə etməlidir: Zəfər Günü tədbiri çərçivəsində rəqs Ansamblının (ümumilikdə 12 nəfər, 6 bəy və 6 xanımın dəvət olunması) çıxışlarının təşkili; Ümumilikdə 6 rəqs nömrəsinin 20 dəqiqə ərzində peşəkar səviyyədə təqdim olunmasının təmin edilməsi; Rəqs proqramının tədbirin konseptinə və ssenarisinə uyğun hazırlanması; İştirakçı heyətin, xoreoqrafik qrupun və müşayiətedici personalın koordinasiyası; Repetisiya və səhnə məşqlərinin təşkili; İfaçıların qonorarı, nəqliyyatı və təşkilati xərclərinin təmin edilməsi; Çıxışların tədbirin proqram axınına uyğun idarə olunması və koordinasiyası. Qeyd: Təklif qiymətinə ansamblın çıxışları ilə bağlı bütün təşkilati və logistika xərcləri daxil edilməlidir. Rəqs nömrələrinin siyahısı və ardıcıllığı Satınalan təşkilatla razılaşdırılaraq təsdiq ediləcək. | 1 | gün |
| 5 | 8 Noyabr – Zəfər Gününə həsr olunmuş 3 saatlıq konsert üçün peşəkar aparıcının təmin edilməsi Tədbir ssenarisinin əvvəlcədən öyrənilməsi və proqramın ssenariyə uyğun idarə edilməsi; Rəsmi protokol qaydalarına və dövlət tədbirlərinin formatına uyğun aparıcılığın təmin edilməsi; Tədbirdən əvvəl keçiriləcək texniki məşqlərdə və baş məşqdə iştirak edilməsi. Aparıcı konserti açılışından sonuna qədər idarə etməlidir. | 1 | gün |
| 6 | 8 Noyabr – Zəfər Gününə həsr olunmuş 3 saatlıq konsert üçün xor kollektivinin çıxışının təşkili Xidmət aşağıdakıları əhatə etməlidir: Xor Kollektivinin tədbirə dəvət olunması 20 dəqiqəlik; Bədii rəhbər və minimum 25 nəfərdən ibarət xor heyətinin çıxışının təşkili; Tədbirin konsepsiyasına uyğun repertuarın Satınalan təşkilatla razılaşdırılması; Repetisiya və səhnə məşqlərinin təşkili; İfaçı heyətin qonorarı, nəqliyyatı və digər təşkilati xərclərinin təmin edilməsi; Çıxışların tədbirin ssenarisinə uyğun koordinasiyası və idarə olunması. Qeyd: Təklif qiymətinə kollektivin iştirakı ilə bağlı bütün təşkilati, logistika və qonorarla əlaqədar xərclər daxil edilməlidir. Repertuar və çıxış müddəti Satınalan təşkilat ilə əvvəlcədən razılaşdırılaraq təsdiq edilməlidir. | 1 | gün |
| 7 | 8 Noyabr – Zəfər Günü tədbirinin tam foto çəkilişinin təşkili Xidmət aşağıdakıları əhatə etməlidir: Tədbirin proqramına uyğun olaraq 3 saatlıq tədbir boyu tam peşəkar foto çəkilişin həyata keçirilməsi; Öncədən Satınalan təşkilatla razılaşdırılır; Tədbirin bütün əsas mərhələlərinin, rəsmi hissəsinin, çıxışların və qonaqların əhatəli şəkildə çəkilməsi; Peşəkar kamera, obyektiv və digər zəruri texniki vasitələrin təmin edilməsi; Çəkilmiş foto materiallarının ilkin seçimi, rəng korreksiyası və texniki emalı; Foto üçün minimum 24 Megapixel formatında təqdim edilməsi; Bütün materialların Satınalan təşkilata xarici yaddaş daşıyıcısı və ya bulud platforması vasitəsilə təhvil verilməsi. Təhvil veriləcək materiallar: Emal olunmuş fotoşəkillərin yüksək keyfiyyətli JPEG formatında, zərurət olduqda isə orijinal RAW faylları ilə birlikdə təqdim edilməsi. Qeyd: Təklif qiymətinə çəkiliş, montaj, nəqliyyat, avadanlıqların istifadəsi və materialların təqdim edilməsi ilə bağlı bütün xərclər daxil edilməlidir. | 1 | ədəd |
| 8 | 8 Noyabr – Zəfər Günü tədbirinin tam video çəkilişinin təşkili Tədbirin proqramına uyğun olaraq 3 saatlıq tədbir boyu peşəkar video çəkilişin həyata keçirilməsi; Tədbirin bütün əsas mərhələlərinin, rəsmi hissəsinin, çıxışların, ifaların, qonaqların və ümumi atmosferin tam şəkildə lentə alınması; Öncədən Satınalan təşkilatla razılaşdırılır; Peşəkar video avadanlıqları ilə çəkilişin təmin edilməsi; Çəkilmiş video materialların seçilməsi, emalı və montajı; Çəkilmiş bütün video materialların Satınalan təşkilata tam həcmdə təqdim edilməsi; Tədbir yekunlaşdıqdan sonra bütün materialların rəqəmsal formatda (yüksək keyfiyyətli (Minimum 4k) təhvil (bulud platforması və ya xarici yaddaş daşıyıcısı vasitəsilə) verilməsi. Təhvil veriləcək materiallar: Tam video material (Raw Footage); Tədbirin tam montaj edilmiş video versiyası; Instagram və digər sosial media platformaları üçün şaquli (9:16) formatda hazırlanmış, hər biri təxminən 2 dəqiqə olmaqla minimum 3 ədəd montaj edilmiş videoçarx. Qeyd: Videoçarxlar tədbirin ən önəmli məqamlarını əhatə etməli, peşəkar montaj, rəng korreksiyası, musiqi və qrafik elementlərlə hazırlanmalıdır. Təklif qiymətinə çəkiliş, montaj, post-produksiya, nəqliyyat, avadanlıq, materialların təqdim edilməsi daxil edilməlidir. | 1 | ədəd |
| 9 | 8 Noyabr – Zəfər Günü tədbirinin dron vasitəsilə hava çəkilişinin təşkili Xidmət aşağıdakıları əhatə etməlidir:Tədbirin 3 saatlıq proqramına uyğun olaraq peşəkar pilotsuz uçuş aparatı (dron) vasitəsilə hava çəkilişinin həyata keçirilməsi; Öncədən gün ərzində təşkil ediləcək proqram üzrə Satınalan təşkilat tərəfindən müəyyən edilmiş saatlarda dron çəkilişin həyata keçirilməsi:Tədbir məkanının, səhnənin, iştirakçıların, ümumi atmosferin və əsas proqram elementlərinin müxtəlif rakurslardan lentə alınması;Dron çəkilişinin qüvvədə olan aviasiya və təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilməsi;Lazımi uçuş icazələrinin əldə edilməsi və bütün normativ tələblərə əməl olunması;Çəkilmiş hava görüntülərinin seçilməsi, texniki emalı və rəng korreksiyasının aparılması;Tədbirin sonunda bütün dron görüntülərinin Satınalan təşkilata yüksək keyfiyyətli (Minimum 4k) rəqəmsal formatda təqdim edilməsi.Təhvil veriləcək materiallar:Dron ilə çəkilmiş bütün xam görüntülər (Raw Footage);Emal olunmuş yüksək keyfiyyətli hava görüntüləri;Montaj edilmiş hava çəkilişləri.Tədbirin sonunda hər birinin xronometrajı minimum 1 dəqiqə 30 saniyə olmaqla, 2 ədəd montaj edilmiş videoçarxın təqdim edilməsi.Qeyd:Təklif qiymətinə dron operatorunun xidməti, avadanlıq, nəqliyyat, uçuş icazələri, çəkiliş, post-produksiya və materialların təqdim edilməsi ilə bağlı bütün xərclər daxil edilməlidir.İstifadə olunacaq dron peşəkar video çəkilişi (minimum 4K keyfiyyət) təmin etməli və sığortalanmış, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun istismar edilməlidir. | 1 | ədəd |
Satınalmalarının 32 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 10 sen 2025
son qələbə 07 iyl 2026
son qələbə 29 apr 2026
son qələbə 22 noy 2024
son qələbə 01 okt 2026