Sifarişçi: "TİKİNTİ VƏ QURAŞDIRMA İŞLƏRİ ÜZRƏ BAKI DÖVLƏT PEŞƏ TƏHSİL MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçi işi bölüşdürür: 7 satınalmanı 6 müxtəlif təchizatçı udub.
7 satınalma, 6 müxtəlif qalib
Ən çox udan: "RƏZ" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 28.6%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.07% ilə 76.06% arasında aşağı düşüblər, medianı 20.02%.
Bu tender üçün bu 20.658 ₼ ilə 17.390 ₼ arasıdır.
5.205 ₼ məbləğindən aşağı heç kim udmayıb.
68 ₼
Sənədlər 25 ₼ + iştirak 43 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Mətbəx üçün iş dəzgahı "Ölçülər: Eni 70–80 sm, uzunluğu 200–225 sm, hündürlüyü 70–90 sm. Material: AISI 304 markalı və ya ekvivalent keyfiyyətdə, qida sənayesində istifadəyə uyğun paslanmayan polad. Poladın qalınlığı: minimum 1,2–1,5 mm. Konstruksiya: Paslanmayan poladdan hazırlanmış möhkəm karkaslı, minimum 1 ədəd alt rəfli və tənzimlənən ayaqlı olmalıdır. İş səthi: Minimum 50 mm hündürlükdə gücləndirilmiş konstruksiyaya malik olmalıdır. Daşıma qabiliyyəti: Minimum 250 kq. İş səthinin alt hissəsi: Su keçirməyən (waterproof), nəmlikdən təsirlənməyən, alüminium folqa örtüklü xüsusi poliuretan səs və vibrasiya izolyasiya təbəqəsi ilə gücləndirilmiş olmalıdır. İş səthinin daxili hissəsində ağac, MDF, DSP və ya sadə metal omeqa profil istifadə edilməməlidir. Gigiyenik tələblər: HACCP və NSF standartlarına uyğun olaraq iş səthinin ön və yan kənarları tikişsiz hazırlanmalı, minimum R=12 mm radiuslu yuvarlaq bükümə malik olmalıdır. İstehsal texnologiyası: Bütün konstruksiya robotlaşdırılmış lazer kəsimi və avtomatlaşdırılmış qaynaq texnologiyası ilə istehsal edilməli, görünən kəskin qaynaq tikişləri olmamalı, səth tam hamar və gigiyenik olmalıdır." | 3 | ədəd |
| 2 | Stasionar Mikser "Mühərrik gücü: minimum 500 W gücündə Direct Drive (birbaşa ötürücülü) mühərrik. Qarışdırma sistemi: Planetar qarışdırma sistemi. Kasa tutumu: Minimum 6,8–7,5 litr. Kasa mexanizmi: Bowl-Lift (kasa qaldırıcı) tipli, sabit üst korpuslu konstruksiya. Kasa materialı: Qida sənayesində istifadəyə uyğun paslanmayan polad. Korpus materialı: Tam metal korpus. Sürət sayı: Minimum 8 müxtəlif sürət rejimi. Ölçüləri (E × D × H): Təxminən 240–320 × 380–470 × 400–500 mm." | 1 | ədəd |
| 3 | İnduksion plitə 6 zonalı, alt dolablı "İş səthi: Minimum 6 mm qalınlığında yekpare şüşə-keramika paneldən və ya ekvivalent xüsusiyyətlərə malik yüksək temperatura davamlı materialdan hazırlanmış olmalıdır. Bişirmə zonalarının sayı: Minimum 6 ədəd müstəqil induksiya bişirmə zonası. Ümumi güc: 18–21 kW. Elektrik qidalanması: 380–400 V, 3 faza, 50 Hz. Ölçüləri (E × D × H): Təxminən 1200 × 900–930 × 850 mm. Çəkisi: Təxminən 100–160 kq. Korpus: AISI 304 markalı və ya ekvivalent keyfiyyətdə, qida sənayesində istifadəyə uyğun paslanmayan poladdan hazırlanmış olmalıdır. Alt hissə: Paslanmayan poladdan hazırlanmış alt dolablı konstruksiyaya malik olmalıdır. Ayaqları: Tənzimlənən hündürlüklü olmalıdır. Təhlükəsizlik: Həddindən artıq qızmaya qarşı mühafizə, avtomatik sönmə funksiyası və qalıq istilik göstəricisi (Residual Heat Indicator) ilə təchiz olunmalıdır. İnduksiya sistemi: Hər bir bişirmə zonası müstəqil induksiya generatoru ilə təchiz olunmalı, qabın səthdə olmasını avtomatik müəyyən edən Pan Detection sensorlarına malik olmalıdır. Mühafizə sinfi: Minimum IPX4 və ya daha yüksək (IPX5) sukeçirməzlik mühafizə sinfinə malik olmalıdır." | 1 | ədəd |
| 4 | İzqara "Elektrik qidalanması: 220–240 V, 50 Hz. Güc: Minimum 4 kW, maksimum 6 kW. Ölçüləri (E × D): Təxminən 700 × 400 mm. İş səthi: Minimum 2 müstəqil bişirmə zonası, hər bir zonanın ölçüsü təxminən 350 × 400 mm. Bişirmə səthi: 1 ədəd hamar (düz) və 1 ədəd yivli (dişli) səthdən ibarət olmalı, çuqun və ya yüksək istiliyədavamlı qalın karbon poladdan hazırlanmalıdır. Temperatur diapazonu: 50–300°C. İdarəetmə: Hər bişirmə zonası üçün ayrıca temperatur tənzimləyicisi və müstəqil idarəetmə sistemi olmalıdır. Üst işçi səthi: Minimum 1,5 mm qalınlığında, tikişsiz, tək parça preslənmiş AISI 304 markalı və ya ekvivalent keyfiyyətdə qida sənayesinə uyğun paslanmayan poladdan hazırlanmalıdır. Yağ toplama sistemi: Asan çıxarılan yağ toplama çekmecəsi ilə təchiz olunmalıdır. Ayaqları: Sürüşməyən, hündürlüyü tənzimlənən ayaqlara malik olmalıdır. Qızdırıcı elementlər: İnfraqırmızı və ya ekvivalent yüksək səmərəli qızdırıcı elementlər bişirmə səthinin altında istiliyin bərabər paylanmasını təmin etməlidir. İstilik paylanması: Bişirmə səthi temperaturun bərabər paylanmasını təmin etməli, ön hissədə isə hazır məhsulların yanmadan isti saxlanılmasına imkan verən aşağı temperaturlu zona və ya ekvivalent texnologiya ilə təchiz olunmalıdır. Mühafizə sinfi: Minimum IPX4 və ya daha yüksək sukeçirməzlik mühafizə sinfinə malik olmalıdır. Təhlükəsizlik: Həddindən artıq qızmaya qarşı mühafizə sistemi ilə təchiz olunmalıdır." | 1 | ədəd |
| 5 | Blender "Mühərrik gücü: Minimum 1800 W. Fırlanma sürəti: Bıçaqların fırlanma sürəti minimum 30 000 dövr/dəqiqə (RPM) olmalıdır. Sürət tənzimlənməsi: Minimum 12 pilləli elektron və ya rəqəmsal sürət tənzimləmə sistemi ilə təchiz olunmalıdır. Səs azaldılması:""Səs azaldılması sistemi (Sound Enclosure) və ya ekvivalent texnologiya"" Kasa: Tutumu 1,5–2 litr olan, minimum 4 ədəd, zərbəyə davamlı, qida sənayesində istifadəyə uyğun materialdan hazırlanmış kasa ilə təchiz olunmalıdır. Bıçaqlar: Yüksək möhkəmliyə malik paslanmayan poladdan hazırlanmış çoxqanadlı bıçaq sistemi. Korpus: Metal və ya tökmə metal konstruksiyalı olmalıdır. İş rejimləri: Minimum 2 sürət rejimi və Pulse funksiyası. İdarəetmə paneli: Rəqəmsal LCD və ya ekvivalent displeyə malik olmalıdır. Təhlükəsizlik: Qapağın təhlükəsizlik kilidi, həddindən artıq yüklənmədən qorunma sistemi və sürüşməyən rezin ayaqlarla təchiz olunmalıdır." | 1 | ədəd |
| 6 | Elektrik samovar "Güc: Minimum 1800–2000 W. Su qazanının tutumu: Minimum 3,5 litr. Çaydanın tutumu: Minimum 1,0–1,1 litr. Korpus: 18/10 Cr-Ni (AISI 304 və ya ekvivalent keyfiyyətdə) qida sənayesində istifadəyə uyğun paslanmayan poladdan hazırlanmış olmalıdır. Qızdırıcı element: Qapalı tipli paslanmayan polad qızdırıcı element. Funksiyalar: Avtomatik qaynatma və suyun temperaturunu saxlama (isti saxlama) funksiyalarına malik olmalıdır. Təhlükəsizlik: Həddindən artıq qızmaya, susuz işləməyə (boil-dry protection) və avtomatik sönmə funksiyasına malik olmalıdır. Filtr: Çıxarıla bilən ərp (əhəng) əleyhinə filtr ilə təchiz olunmalıdır. Tutacaqlar: Erqonomik, istiliyədavamlı tutacaqlara malik olmalıdır. İndikatorlar: Enerji və iş rejimini göstərən LED göstərici lampaları ilə təchiz olunmalıdır. Baza: 360° fırlanan baza. Elektrik təchizatı: 220–240 V, 50/60 Hz. CE nişanına malik olmalı və müvafiq elektrik təhlükəsizliyi standartlarına uyğun istehsal edilməlidir." | 2 | ədəd |
| 7 | Ətçəkən maşın "Məhsuldarlıq: Minimum 100–150 kq/saat. Mühərrik gücü: 600–750 W. Elektrik təchizatı: 220–240 V, 50/60 Hz. Korpus: Paslanmayan poladdan və ya metal örtüklü yüksək möhkəmliyə malik materialdan hazırlanmış olmalıdır. Qida ilə təmasda olan hissələr: Qida sənayesində istifadəyə uyğun paslanmayan poladdan hazırlanmalıdır. Komplektasiya: Minimum 2 ədəd müxtəlif ölçülü deşikli disk və minimum 1 ədəd paslanmayan polad bıçaq ilə təchiz olunmalıdır. Funksiyalar: Geri fırlanma (Reverse) funksiyasına malik olmalıdır. Təhlükəsizlik: Həddindən artıq yüklənməyə qarşı mühərrik mühafizə sistemi ilə təchiz olunmalıdır. Konstruksiya: Asan sökülüb yuyula və təmizlənə bilən konstruksiyaya malik olmalıdır. Ayaqlar: Sürüşməyən rezin ayaqlarla təchiz olunmalıdır. Fasiləsiz işləmə müddəti: Minimum 15–20 dəqiqə. Qorunma sinfi: Minimum IPX4. CE uyğunluq nişanına malik olmalıdır. Ötürücü mexanizmi: Uzunmüddətli intensiv istismar üçün nəzərdə tutulmuş möhkəm reduktor mexanizminə, o cümlədən yağ vannasında işləyən hermetik spiral dişli reduktor (Oil-Bath Helical Reducer Gear) və ya ekvivalent texniki həllə malik olmalıdır." | 1 | ədəd |
| 8 | İnduksion tava dəsti Minimum tələblər:İnduksion tava dəsti-paslanmayan material, induksion altlıq. Dəstə, diametri-24 sm, 30 sm, 32 sm, 34 sm olan 4 ədəd tava daxildir və induksion tavaların dəstəkləri və qapaqları yüksək keyfiyyətli olmalıdır. | 2 | dəst |
| 9 | İnduksion qazan dəsti Minimum tələblər:İnduksion qazan dəsti-paslanmayan material, induksion altlıq. Dəstə, diametri-18 sm, 20 sm, 22 sm, 24 sm və 32 sm olan 5 ədəd qazan daxildir və induksion qazanların dəstəkləri və qapaqları yüksək keyfiyyətli olmalıdır. | 2 | dəst |
Satınalmalarının 7 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 18 mar 2025
son qələbə 10 sen 2026
son qələbə 14 avq 2026
son qələbə 14 apr 2025
son qələbə 18 mar 2025