Sifarişçi: SAMUX MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATI İSTEHSALAT BİRLİYİ
Bu sifarişçi işi bölüşdürür: 9 satınalmanı 7 müxtəlif təchizatçı udub.
9 satınalma, 7 müxtəlif qalib
Ən çox udan: "GUE GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 22.2%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.05% ilə 91.69% arasında aşağı düşüblər, medianı 25.73%.
Bu tender üçün bu 10.272 ₼ ilə 8.172 ₼ arasıdır.
914 ₼ məbləğindən aşağı heç kim udmayıb.
47 ₼
Sənədlər 25 ₼ + iştirak 22 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Ayaqqabı (çəkmə) Çəkmənin üst hissəsi minimum 1,8–2,2 mm qalınlığında, suya və mexaniki təsirlərə davamlı, yüksək keyfiyyətli təbii mal-qara dərisindən hazırlanmalıdır. Üst materialın səthi hamar və ya xırda teksturalı olmaqla, asan təmizlənə bilən və çirklənməyə qarşı davamlı olmalıdır. Nəfəsalan, sürtünməyə davamlı tekstil materialından hazırlanmalı, uzunmüddətli istifadə zamanı ayaqda həddindən artıq tərləməni minimuma endirməlidir. Burun hissəsində ayaq barmaqlarını mexaniki təsirlərdən qoruyan qoruyucu burun elementi olmalıdır. Qoruyucu burun minimum 200 J zərbə enerjisinə və 15 kN sıxılma qüvvəsinə davamlı olmalıdır. Altlıq SRC səviyyəli sürüşməyə davamlılıq tələbinə cavab verməlidir. Altlıq materialı minimum PU/PU, PU/TPU və ya ekvivalent texniki göstəricilərə malik materialdan hazırlanmalıdır. | 50 | cüt |
| 2 | Qaloş Məhsul tam qapalı konstruksiyalı, ayağı nəm, su, palçıq və digər xarici təsirlərdən qorumaq üçün nəzərdə tutulmuş işçi qaloş olmalıdır. Qaloşun gövdəsi su keçirməyən, elastik və aşağı temperaturda kövrəkləşməyən polimer materialdan hazırlanmalıdır. Material PVC, EVA, rezin və ya ekvivalent texniki göstəricilərə malik material ola bilər. Gövdə materialı mexaniki sürtünməyə, cırılmaya, təkrar əyilməyə, yağlara və məişətdə istifadə olunan kimyəvi maddələrə qarşı davamlı olmalıdır. Məhsul -20°C-dən +50°C-dək temperatur diapazonunda öz elastikliyini və əsas fiziki-mexaniki xüsusiyyətlərini saxlamalıdır. Qaloşun materialında kəskin qoxu yaradan və normal istifadə şəraitində insan sağlamlığı üçün təhlükə yarada biləcək komponentlər olmamalıdır. Altlıq dərin və çoxistiqamətli protektorlu, sürüşmə riskini minimuma endirən konstruksiyaya malik olmalıdır. Altlıq yaş, palçıqlı, hamar və nəm səthlərdə yüksək sürüşmə müqaviməti təmin etməlidir. Altlığın protektoru daban və pəncə hissələrində bərabər aşınmanı təmin edən konstruksiyada olmalıdır. İç hissə ayağın rahat yerləşməsini təmin edən, sürtünməni və ayağın tərləməsini minimuma endirən materialla işlənməlidir. | 50 | cüt |
| 3 | Rezin əlcək Təsərrüfat, təmizlik, yuma və müxtəlif məişət işləri üçün nəzərdə tutulmuş, çoxistifadəli rezin qoruyucu əlcək. Material: yüksək elastikliyə və mexaniki davamlılığa malik NBR (nitril-butadien kauçuk), təbii rezin/lateks və ya ekvivalent elastomer. Əlcək tam su keçirməyən konstruksiyaya malik olmalıdır. Əlcəyin səthi hamar olmamalı, ovuc və barmaq hissələri sürüşməyə qarşı relyefli/teksturalı olmalıdır. Yaş, sabunlu və sürüşkən əşyaların tutulmasını təmin etməlidir. Əlcəyin materialı məişət yuyucu vasitələrinə, zəif turşu və qələvi məhlullara, yağlara və piylərə qarşı davamlı olmalıdır. Əlcək EN ISO 21420 standartının ümumi tələblərinə, tətbiq dairəsinə uyğun olaraq EN 388 mexaniki qoruma tələblərinə cavab verməlidir. | 100 | cüt |
| 4 | Jilet Məhsul işçi heyətin gündəlik istifadəsi üçün nəzərdə tutulmuş, qolsuz, ön hissədən fermuarla bağlanan işçi jileti olmalıdır. Xarici material minimum 65% polyester / 35% pambıq tərkibli və ya ekvivalent fiziki-mexaniki göstəricilərə malik parça olmalıdır. Parçanın səthi sıx toxunuşlu, sürtünməyə və təkrar yuyulmaya davamlı olmalıdır. Parçanın qramajı minimum 180 q/m², tövsiyə olunan göstərici 200–240 q/m² olmalıdır. Parça təkrar istifadə və yuma zamanı formasını, rəngini və tikiş konstruksiyasını saxlamalıdır. Jiletin ön hissəsində bütün uzunluq boyunca möhkəmləndirilmiş fermuar olmalıdır. Jilet minimum 30°C-də 50 yuma dövründən sonra əsas fiziki xüsusiyyətlərini və rəngini qoruyacaq keyfiyyətdə olmalıdır. | 50 | ədəd |
| 5 | Xalat Məhsul işçi heyətin gündəlik istifadəsi üçün nəzərdə tutulmuş, uzunqollu, tam qapalı, düyməli işçi xalatı olmalıdır. Xarici material minimum 65% polyester / 35% pambıq tərkibli və ya ekvivalent fiziki-mexaniki göstəricilərə malik parça olmalıdır. Parçanın sıxlığı minimum 180 q/m², tövsiyə olunan göstərici 200–240 q/m² olmalıdır. Parça yüksək sürtünmə davamlılığına malik olmalı, təkrar yuyulma zamanı cırılmamalı, həddindən artıq büzülməməli və formasını itirməməlidir. Parça hava keçirən, nəmuducu və istifadə zamanı rahatlıq təmin edən xüsusiyyətlərə malik olmalıdır. Xalatın ön hissəsi bütün uzunluğu boyunca 5–7 ədəd möhkəmləndirilmiş düymə ilə bağlanmalıdır. Düymələr yüksək möhkəmlikli və təkrar açılıb-bağlanmaya davamlı olmalıdır. Xalatın ön hissəsində minimum 3 ədəd funksional cib olmalıdır: 2 ədəd aşağı ön cib; 1 ədəd döş cib. | 50 | ədəd |
| 6 | Əlcək Məhsul müxtəlif təsərrüfat, texniki və istehsalat işlərində istifadə üçün nəzərdə tutulmuş qoruyucu işçi əlcəyi olmalıdır. Əlcək anatomik konstruksiyaya malik olmalı, barmaqların sərbəst hərəkətini və əlin rahat istifadəsini təmin etməlidir. Əsas material pambıq/polyester trikotaj və ya yüksək möhkəmlikli sintetik lifdən hazırlanmalı, materialın tərkibi istehsalçı tərəfindən göstərilməlidir. Ovuc və barmaq hissələri nitril, lateks, PVC və ya ekvivalent sürüşməyə davamlı örtüklə örtülməlidir. Örtük materialı əsas daşıyıcı parçaya möhkəm birləşməli, istifadə zamanı soyulmamalı və qopmamalıdır. Ovuc və barmaq səthi relyefli və ya teksturalı olmalı, quru və nəm əşyaların təhlükəsiz tutulmasını təmin etməlidir. Əlcək mexaniki risklərə qarşı minimum EN 388 standartının tələblərinə uyğun olmalıdır. Minimum mexaniki qoruma səviyyəsi 4X42B və ya daha yüksək olmalıdır. Əlcək sürtünməyə, kəsilməyə, cırılmaya və deşilməyə qarşı davamlı olmalıdır. Barmaq uclarında və ovuc hissəsində materialın aşınmaya davamlılığı artırılmış olmalıdır. Əlcəyin bilək hissəsi elastik manjetlə təmin edilməli, istifadə zamanı əlcəyin əldən çıxmasının qarşısını almalıdır. Manjet minimum 60 mm uzunluqda olmalı və bilək nahiyəsini etibarlı şəkildə örtməlidir. Əlcəyin daxili hissəsi əlin uzunmüddətli istifadədə rahatlığını təmin etməli, dəridə həddindən artıq qıcıqlanma yaratmamalıdır. Material hava keçiriciliyinə malik olmalı və normal iş şəraitində əlin həddindən artıq tərləməsini minimuma endirməlidir. Əlcək təkrar istifadə zamanı formasını saxlamalı, dartılma və bükülmə nəticəsində deformasiyaya uğramamalıdır. | 2000 | cüt |
| 7 | Polietilen plaş Məhsul yağış, qar, külək və yüksək rütubətli şəraitdə iş zamanı istifadə üçün nəzərdə tutulmuş birdəfəlik və ya çoxistifadəli su keçirməz qoruyucu plaş olmalıdır. Plaşın əsas materialı polietilen (PE) və ya ekvivalent su keçirməyən polimer materialdan hazırlanmalıdır. Material tam su keçirməz olmalı, yağış suyunun plaşın xarici səthindən daxili hissəyə keçməsinin qarşısını almalıdır. Material minimum 0,08 mm (80 mikron) qalınlığa malik olmalıdır. Plaşın materialı dartılmaya, cırılmaya və təkrar bükülməyə qarşı kifayət qədər davamlı olmalıdır. Material aşağı və yüksək temperatur şəraitində öz əsas fiziki xüsusiyyətlərini saxlamalı, normal istifadə zamanı kövrəkləşməməli və asanlıqla cırılmamalıdır. Plaş bir hissəli, bədəni və geyimi mümkün qədər tam örtən geniş kəsimli konstruksiyaya malik olmalıdır. Plaşın uzunluğu minimum 120 sm, arxa hissənin örtücülüyü isə diz səviyyəsinə qədər olmalıdır. Qollar uzun və geniş kəsimli olmalı, hərəkət zamanı geyimin altına su daxil olmasının qarşısını almalıdır. Bilək hissələri elastik manjet və ya tənzimlənən bağlama elementi ilə təmin edilməlidir. Plaşın ön hissəsində bütün uzunluğu boyunca düyməli, fermuarlı və ya press-düyməli bağlama sistemi olmalıdır. Bağlama sistemi yağış və külək şəraitində açılmamalı və istifadəçinin sərbəst hərəkətinə mane olmamalıdır. Başlıq (kapüşon) plaşla birləşik olmalı və başı, boyun və qulaq nahiyəsini yağışdan qoruyacaq ölçüdə hazırlanmalıdır. Kapüşonun üz hissəsində yağış suyunun üzə axmasının qarşısını alan tənzimlənən bərkidici və ya elastik element olmalıdır. Plaşın tikiş və birləşmə yerləri suyun keçməsinə qarşı qorunmuş olmalıdır. Əgər tikişli konstruksiya tətbiq olunubsa, tikişlər su keçirməz və ya suyun keçməsini minimuma endirən üsulla işlənməlidir. Plaşın materialı yağ, toz, palçıq və digər xarici çirklənmələrə qarşı asan təmizlənən səthə malik olmalıdır. | 50 | ədəd |
| 8 | Rezin cəkmə Məhsul yağışlı, nəmli, palçıqlı və su ilə təmasda olan iş şəraitində istifadə üçün nəzərdə tutulmuş tam su keçirməyən qoruyucu rezin çəkmə olmalıdır. Çəkmənin gövdəsi yüksək keyfiyyətli təbii rezin, sintetik kauçuk (PVC/NBR) və ya ekvivalent elastomer materialdan hazırlanmalıdır. Çəkmə birparça və ya su keçirməyən texnologiya ilə istehsal edilməli, gövdədə suyun daxil olmasına səbəb ola biləcək açıq tikiş və birləşmələr olmamalıdır. Material elastik, cırılmaya və deformasiyaya davamlı olmalı, təkrar əyilmələr zamanı çatlamamalıdır. Gövdə materialının qalınlığı əsas hissədə minimum 1,5 mm, burun və daban nahiyələrində isə möhkəmləndirilmiş olmalıdır. Çəkmənin boğaz hündürlüyü minimum 30 sm olmalı və baldırın aşağı hissəsini etibarlı şəkildə örtməlidir. Çəkmənin iç hissəsi ayağın rahat yerləşməsini təmin edən nəmuducu və sürtünməyə davamlı tekstil astarla işlənməlidir. İçlik anatomik formalı, çıxarıla bilən və yuyula bilən olmalıdır. Daban hissəsi zərbə udmanı təmin edən konstruksiyaya malik olmalıdır. Altlıq yağ, yanacaq, su və digər işçi mayelərin təsirinə qarşı davamlı olmalıdır. Altlıq dərin, çoxistiqamətli və sürüşməyə qarşı protektorlu olmalı, yaş və palçıqlı səthlərdə etibarlı tutuş təmin etməlidir. Altlıq materialı aşınmaya və mexaniki sürtünməyə qarşı yüksək davamlılığa malik olmalıdır. Çəkmə minimum EN ISO 20347 standartının müvafiq tələblərinə, qoruyucu burun tələb olunduğu halda isə EN ISO 20345 standartına uyğun olmalıdır. Əgər məhsul qoruyucu işçi çəkmə kimi təqdim edilirsə, minimum təhlükəsizlik səviyyəsi S5/S5L/S5S, SRC və ya qüvvədə olan ekvivalent göstəricilər üzrə müəyyən edilməlidir. Çəkmənin daban və burun hissələri mexaniki zədələnməyə qarşı əlavə möhkəmləndirilmiş olmalıdır. Çəkmə -20°C-dən +50°C-dək temperatur diapazonunda elastikliyini və əsas fiziki-mexaniki xüsusiyyətlərini saxlamalıdır. Material yağlara, piylərə, zəif turşu və qələvi məhlullara, məişət və texniki kimyəvi maddələrə qarşı tətbiq sahəsinə uyğun davamlılığa malik olmalıdır. | 30 | cüt |
Satınalmalarının 9 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 12 avq 2026
son qələbə 22 may 2026
son qələbə 11 mar 2026
son qələbə 06 okt 2025
son qələbə 08 iyl 2025