Sifarişçi: AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ NAZİRLİYİ YANINDA DÖVLƏT MÜƏSSİSƏLƏRİNİN MONİTORİNQİ AGENTLİYİ
Tarixçə azdır: cəmi 3 müqayisə oluna bilən satınalma. Nəticə zəifdir.
3 satınalma, 3 müxtəlif qalib
Ən çox udan: "GLOBAL OUTSOURCING" Məhdud Məsuliyyətli Cəmiyyəti (1, 33.3%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.02% ilə 71.75% arasında aşağı düşüblər, medianı 19.01%.
Bu tender üçün bu 70.119 ₼ ilə 59.384 ₼ arasıdır.
20.714 ₼ məbləğindən aşağı heç kim udmayıb.
172 ₼
Sənədlər 25 ₼ + iştirak 147 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Ofis mebelidən ibarət geniş təklif. 12 ədəd lot ilə müxtəlif mebel növləri: kreslolar (3 növ), divan, paltar dolabı, sənəd dolabı, tumba, seyf, masa, asılqanlar və oturacaq stulları. Hər vahid üçün ölçü, material və mexanizm tələbləri ətraflı verilib. Qeyd olunan materiallar və mexanizmlər yüksək sinif və özəlləşdirilmiş xüsusiyyətlər ehtiva edir; eyni zamanda bəzi hissələrdə ölçü və quruluş dəqiq spesifikasiyalara bağlıdır.
Lotun açıq mövqelərindən avtomatik hazırlanıb. Tender sənədlərini əvəz etmir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Kreslo 1 Rəhbər üçün Rəhbər kreslosu high class. Material ergonomik kreslo Premium keyfiyyətli, sürtünməyə dözümlü təbii dəri və ya yüksək sinif ekoloji dəri. Qolaltılı- 3D və ya 4D tənzimlənən, yellənmə mexanizmi: Sinxron şəkildə 1:3 əyilmə və bir neçə mövqedə yerləşdirilə bilən bel və oturacaq, təhlükəsizlik əleyhinə anti-şok funksiyalı premium mexanizm olmalıdır. 4 klass amortizator. Çərçivə: qeyri-monolitik (kürək və oturacaq hissələri bir-birindən ayrı hərəkət edən). Oturacaq dərinliyinin Seat slider mexanizmi (Oturacaq dərinlik ayarı sistemi) və kreslonun aşağı, yuxarı tənzimlənməsi. Dolğu: 55-65 kq/m3 sıxlığı olan köpüklü poliuretan. Ayaqları beşgüşəli ulduz şəklində, çarpaz quruluşlu, yüksək dözümlü metal xrom və diyircəkli təkərlərdən ibarət olmalıdır.Təkərlər: Minimum 60 mm diametrində, tam səssiz hərəkət edən və həssas döşəmələri (parket, laminat və s.) cızmayan quruluşda olmalıdır. Təkərlərin gövdə və diyircək materialı Poliamid (PA), Polipropilen (PP) və Termoplastik Elastomer (TPE) xüsusi birləşməsindən ibarət olmalıdır. (Tövsiyə olunan rəng: qara).Oturacaq hissənin ölçüsü- minimum 500x520/Söykənəcək hissənin ölçüsü-minimum 450 x 650/Kreslonun ümumi hündürlüyü- 1140mm, minumum çəki götürmə qabiliyyəti 150 kq. | 3 | ədəd |
| 2 | Kreslo 2 Şöbə müdiri üçün Baş,Arxa və Bel dayağı: ABS qabığı yüksək sıxlıqlı qəliblənmiş köpük,Mesh Alu bracket tərkibli. Qoltuqaltı 5D: sərt PU pad, hündürlüyün tənzimlənməsi, ön arxa sürüşmə, yastığı yuxarı çevirmək, fırlanma mexanizmə malik. Mexanizm alüminiy karkas, 5 li idarə olunan mövqelərin kilidlənməsi mexanizm ilə, irəli əyilmə 7°, sürüşmə oturacağı ilə, əyilmə gərginliyi tənzimləyici mexanizmli. Qaz lifti: 100 mm vuruşlu 4-cü klass (Class 4) amortizator. Baza: PA+PU+65 mm metal alüminium ayaq. Hündürlüyü ilə tənzimləmə adaptiv dəstək.Yüksək funksionallı ve erqonomik; başlığı, oturacağı, bel və kürək hissəsi Torlu; başlıqlı ve başlığı hərəkət qabiliyyətli; Oturacaq dərinliyi tənzimlənən (seat slide) knopka ilə idarə olunur.; beli iki hissəli, arxaya əyilmə (recline) mexanizmi və çoxpozisiyalı fiksasiya (lock); oturacaq, bel, ayaq daşıyıcı karkas və baza metal (alüminium); uzun müddətli istifadəyə uyğun;baza:360°dönmə imkanı. Rəng: Tünd rənglər/təkərlər: səssiz, parket və laminata uyğun.minumum çəki götürmə qabiliyyəti 150 kq. |
| 21 |
| ədəd |
| 3 | Kreslo 3 İşçi üçün Başlıq və Kürək Hissəsi: Hündürlüyü və bucağı tənzimlənən, boyun nahiyəsini dəstəkləyən erqonomik parça başlığı olmalıdır. Kürək hissəsi yüksək sıxlıqlı, cırılmaya davamlı, hava keçirən (tərləməyən) premium torlu (mesh) materialdan hazırlanmalıdır.Oturacaq Hissəsi: Uzunmüddətli istifadə zamanı deformasiyaya uğramayan və çökməyən, yüksək sıxlıqlı (minimum 50-55 kg/m³) poliüretan tökmə (qəlib) süngər olmalıdır. Oturacağın xarici örtüyü sürtünməyə davamlı parça olmalıdır.Mexanizm: Çoxfunksiyalı Multitilt (və ya Sinxron) mexanizm olmalıdır. Kürək və oturacaq hissələri bir birindən müstəqil hərəkət etməli, kürək geriyə yatarkən istənilən bucaqda kilidlənə bilməli və təhlükəsizlik əleyhinə anti-şok funksiyasına malik olmalıdır.Amortizator (Qaz lift): Kreslonun aşağı-yuxarı hündürlük tənzimlənməsini təmin edən, 360 dərəcə dönə bilən, yüksək təzyiqə və ağır çəkiyə dözümlü 4-cü klass (Class 4) amortizator olmalıdır.Qollar (3D Tənzimlənən): Hər istiqamətə nizamlanan 3D poliüretan (PU) qollar olmalıdır. Qolaltıların hündürlüyü (yuxarı-aşağı), irəli-geri hərəkəti və sağa-sola fırlanma bucağı istifadəçinin boyuna uyğun tənzimlənməlidir. Qolun üst hissəsi yumşaq PU materialdan olmalıdır.Ayaq və Təkərlər: Kreslonun əsası minimum 650-700 mm diametrində, 5 güşəli ulduz şəklində, yüksək çəkiyə davamlı gücləndirilmiş plastik (neylon) və ya tökmə alüminium materialdan olmalıdır. Təkərlər döşəməni cızmayan, səssiz hərəkət edən poliüretan (PU) örtüklü diyircəkli olmalıdır.Ölçü və Erqonomika: Kreslo hündürboy və böyük bədən ölçülərinə sahib istifadəçilər üçün uyğun (High-back ) olmalı, bel nahiyəsini dəstəkləyən (lumbar support) hündürlüyü tənzimlənən mexanizmə malik olmalıdır.Çəkiötürmə və Rəng: Minimum çəki götürmə qabiliyyəti 150 kq olmalıdır. Tövsiyə olunan rəng: Qara. | 21 | ədəd |
| 4 | Divan 1/Növü və Konstruksiyası: Üçyerlik (3-lü) mexanizmli qonaq otağı divanı. Konstruksiyası Antipas, statik boya ilə boyanmış metal profil, daxili sandıqsız (bazasız) olmalıdır. 2. Mexanizmi: Divanın arxa kürək hissəsi geriyə doğru xüsusi mexanizm vasitəsilə sürüşərək/açılaraq genişlənməli və rahat yataq sahəsi yaratmalıdır. 3. Ölçüləri: o Eni (qollar daxil): 2000 – 2200 mm aralığında; o Hündürlüyü: 850 mm (±20 mm); o Dərinliyi: 1050 – 1100 mm aralığında. 4. Materialı və Üzlüyü: Divanın üzlüyü yüksək keyfiyyətli, aşınmaya, sürtünməyə və tüklənməyə davamlı, ləkəyə qarşı dözümlü və asan təmizlənən (ləkə saxlamayan) mikrofiber və ya süet teksturalı parça materialdan olmalıdır. 5. Rəngi: Boz (Dəqiq ton sifarişçi ilə razılaşdırılacaqdır). 6. Dizayn və Estetik elementləri: Divanın yan (qol) hissələrinin kənarlarında dəbli, simmetrik kapitone (düyməli) naxışlar işlənməlidir. Qolaltı hissələrində və karkasın alt kənarlarında estetik görünüş verən, cilalanmış təbii ağac kəsimləri (dekasiyası) nəzərdə tutulmalıdır. 7. Daxili dolğusu və Süngər (Qubka): Oturacaq və kürək hissəsində çökməyə qarşı dözümlü, yüksək sıxlıqlı (minimum 28-32 DNS) ortopedik poliuretan köpük (süngər) istifadə olunmalıdır. 8. Ayaqları: Alt hissəsinin rahat təmizlənməsini təmin etmək məqsədilə, yerdən hündür (minimum 12-15 sm), çəkiyə davamlı, bərk cinsli təbii ağacdan hazırlanmış ayaqları olmalıdır. Divanın yerdən hündür olan taxta ayaqları çəkini bərabər paylamaq üçün gövdəyə polad bolt-qayka sistemi ilə möhkəmləndirilməli və qəfil şok yüklənmələrə (məsələn, sürətli oturma) qarşı dözümlü konstruksiyada hazırlanmalıdır. 9. Ümumi statik yük: Divanın əsas daşıyıcı karkası eyni anda oturan 3 nəfərin ümumi ağırlığını tam qarşılamaq üçün minimum 300 kq statik yükə davamlı olmalıdır. 10. Mexanizmin dözümlülüyü: Arxaya açılan mexanizm (kürək hissəsi) yataq vəziyyətinə gətirildikdə, həmin hərəkətli hissənin təkbaşına təzyiq altında qalma ehtimalı nəzərə alınaraq, mexanizmin özünün yükdaşıma qabiliyyəti minimum 150 kq olmalıdır. | 1 | ədəd |
| 5 | Paltar dolabı Ölçüsü: 800x420x2000 2 laminat qapılı, içərisi 2 hissəli və tənzimlənən metal asılqan. İstiliyə, nəmə, sürtülməyə və zədələnmələrə qarşı dayanıqlı olmalıdır. 1mm qalınlığında pvc ilə kənarları üzlənməlidir. Aksesuarlar: Dəstək: metal qara mat, 304 paslanmaz metal petlə öz-özünə bağlanma. Material: 18 mm laminat Laminatdan hazırlanan hissələrdə istifadə olunacaq laminatın 280x207 ölçüdə olan təbəqəsinin çəkisi 70kq dan aşağı olmaması barədə təsdiqedici sənəd və ya məktub təqdim edilməlidir.Eyni zamanda laminatın formaldehid emissiyasının E1 sinfinə aid olması və laminatın sıxlığının 665kq/m3-dan yuksək olması barədə təsdiqedici sənədin təqdim edilməsi. Rəng: seçimə uyğun. | 8 | ədəd |
| 6 | Sənəd dolabı 800*420*1900 - Materialı: Üst laylar 25 mm-lik lövhədən, karkas 18 mm laydan olmalıdir. Dolab əncamaları stoperli , şüşəli kilidli və temperli 0,6mm olmalıdır. Laylar bir-birinə şarnirli minifikslə işlənməlidir kı, istənilən zaman sökülüb daşınan olmalıdır.Kənar bant: Üst və üz laylar 2 mm-lik, qalan hissələr 0,4mm PVC olmalıdır.Rəng: seçimə uyğun. | 5 | ədəd |
| 7 | Tumba Təkərli və Mərkəzi Kilidli Tumba Ölçüsü: 420 x 500 x 550 mm (Enü x Dərinliyi x Hündürlüyü — təkərlər daxil) Material: Tumbanın karkası 18 mm, üst tavası (layı) isə 25 mm qalınlığında, TS EN standartlarına uyğun yüksək sıxlıqlı MDF lövhədən olmalıdır.Konstruksiya: Karkas detalları bir-birinə "Minifiks" (gizli birləşmə) sistemi ilə qoşulmalıdır. Məhsul istənilən zaman zədələnmədən sökülüb yenidən daşına bilən konstruksiyaya malik olmalıdır.Rənglər: Tumbanın karkası antrasit rəngdə, siyirmə qapaqları isə 18 mm-lik Sicilya (silijan) və ya sifarişçi tərəfindən təsdiq olunacaq alternativ rəngdə MDF-dən olmalıdır.Kənar bantlar: Detalların görünən ön kənarları 2 mm-lik PVC, daxili və görünməyən hissələri isə layihəyə uyğun olaraq müvafiq qalınlıqda PVC band ilə örtülməlidir.Mexanizmlər və Aksesuarlar: Tumba mərkəzi kilid sistemli, siyirmələri isə özüçəkən və stoperli (səssiz bağlanan) rels sisteminə malik olmalıdır. Siyirmə dəstəkləri (tutacaqları) xrom-metal materialdan olmalıdır. İstifadə olunan bütün furniturlar və aksesuarlar İSO standartlarına uyğun olmalıdır.Rəng: seçimə uyğun. | 20 | ədəd |
| 8 | Seyf Material: Polad (qalınlıq 2–3 mm, gövdə), 4–6 mm (qapı) Yanğına davamlılıq: 30–60 dəqiqə (vermikulit, keramika və ya mineral plitə içlikli)Ölçülər: Hündürlük: 55–60 sm, En: 40–45 sm, Dərinlik: 35–40 sm, Çəki: ~48–52 kq, Qapı: Tək qapılı, çox laylı. Qapanma sistemi: 2–3 istiqamətli bolt mexanizmi (çapı 18–22 mm) 2 açarlı (mexaniki açar + ehtiyat açar) və ya kombinə edilmiş (açar + şifrəli kilid) İçlik: Yüngül odadavamlı material (qum əvəzinə keramika/vermikulit) Rəng və örtük: Toz boya, pasadavamlı | 8 | ədəd |
| 9 | Masa Əsas masa - 170x70x75 sm, yan masa(Əsas masaya bitişik, L-formalı) - 100x50x75 sm, Tumba (3 siyirməli, təkərli): 42x50x55 sm (Təkərlərlə birlikdə ümumi hündürlük, daxili siyirmələr teleskopik relsli olmalıdır).Laminatdan hazırlanan hissələrdə istifadə olunacaq laminatın 280x207 ölçüdə olan təbəqəsinin çəkisi 70kq-da aşağı olmaması barədə təsdiqedici sənəd və ya məktub təqdim edilməlidir.Eyni zamanda laminatın formaldehid emissiyasının E1 sinfinə aid olması və laminatın sıxlığının 665kq/m3-dan yuksək olması barədə təsdiqedici sənədin təqdim edilməsi mütləqdir. 1mm qalınlığında pvc ilə kənarları üzlənməlidir.Rəng: seçimə uyğun. | 30 | ədəd |
| 10 | Asılqan 1 Rəhbər üçün İkiqat Asılqan Sistemi: Eyni anda həm pencək, həm də köynək asmaq üçün nəzərdə tutulmuş çift təpəli.Xüsusi şalvar və qalstuk bölməsinin orta hissədə yerləşən horizontal çubuqlar olmalıdır.Alt hissəsində 4 ədəd fırlanan təkər olmalıdır.Rəngi tünd qəhvəyi (qoz rəngi).Material: Dayanıqlı və keyfiyyətli taxta material.Ölçü: hündürlüyü 130 sm, eni azı 40 sm | 10 | ədəd |
| 11 | Asılqan 2 Döşəmə üzərində sabit dayanan,şaquli dayaqlı,coxsaylı asqı qarmaqları olan konstruksiya.Təbii ağacdan və ya keyfiyyətli ağac materialından hazırlanmış olmalıdır.Hündürlük 180-190 sm, Altlığın diametri 35-50 sm, Asqı qarmaqlarının sayı ən azı 6 ədəd və qarmaqların materialı möhkəm ağac materialından hazırlanmalıdır.Asılqan ağacın təbi görünüşünü qoruyan lak, boya və ya digər qoruyucu örtüklə işlənməlidir. | 16 | ədəd |
| 12 | Oturacaq Stul Müasir dizayna malik qonaq stulu, Metal karkaslı xrom, konsol (U-formalı bütöv metal) əsaslı, oturacaq və kürək hissəsi ekodəri və ya süni dəri üzlüklü, qoltuqaltılı, oturacaq və kürək hissəsi bitişik, tövsiyə olunan rəng qara və ya tünd rəngli. eni: 60 sm, dərinliyi: 58 sm, hündürlüyü: 85sm, oturacaq hündürlüyü: 47 sm | 20 | ədəd |
Satınalmalarının 3 dərc olunmuş nəticəsi üzrə. Nəticələr azdır, paylar hələ az şey deyir.
son qələbə 15 sen 2026
son qələbə 17 avq 2026
son qələbə 11 avq 2026