Sifarişçi: ABŞERON RAYON İCRA HAKİMİYYƏTİ
Bu sifarişçidə eyni kateqoriyada 1 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
7 satınalma, 7 müxtəlif qalib
Ən çox udan: "MEDİCAL MEDİA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (1, 14.3%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.03% ilə 91.11% arasında aşağı düşüblər, medianı 27.66%.
Bu tender üçün bu 141.719 ₼ ilə 111.652 ₼ arasıdır.
13.721 ₼ məbləğindən aşağı heç kim udmayıb.
275 ₼
Sənədlər 25 ₼ + iştirak 250 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Abşeron rayonu ərazisində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbirlərin keçirilməsi xidmətlərinin satınalınması. Layihə müxtəlif xidmətləri əhatə edir: restoran xidməti, hədiyyə qutuları, şou proqramı, foto və video çəkiliş, nəqliyyat, məkanın bəzədilməsi və bədii proqram.
Lotun açıq mövqelərindən avtomatik hazırlanıb. Tender sənədlərini əvəz etmir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Restoran xidməti (Abşeron rayonu Xırdalan şəhərində yerləşən qapalı məkanda ) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə 200 nəfərlik şəhid və qazi ailələri üçün Abşeron rayonu Xırdalan şəhərində yerləşən qapalı məkanda bayram tədbirinin təşkili nəzərdə tutulur. Tədbirin menyusuna soyuq qəlyanaltılar (lavaş, qarışıq çörək, pomidor, xiyar, pendir, göyərti, iki növ zeytun, turşu assortisi, ət assortisi, paytaxt, mimoza və sezar salatları, ləbləbi), isti qəlyanaltılar (çolpa soyutması, ət və kəsmik ilə blinçik), isti yeməklər (şah plov, quzu əti ilə sac), kabab növləri (quzu ətindən lülə, tikə, toyuq və dana ətindən basdırma, tərəvəz kababı), desert (mövsümi meyvələr, tort) və içkilər (kompot, qazlı və qazsız su, iki növdə təbii şirələr, iki növ limonad və samovar çayı) daxil olmalıdır. Tədbirin keçirildiyi məkanda LED monitor (minimum 15 kv.m), canlı ifa üçün nəzərdə tutulan yüksək keyfiyyətli səs sistemi və peşəkar musiqiçilərdən ibarət ansambl təmin edilməli, tədbir boyu yüksək səviyyədə xidmət göstərilməlidir. Tədbir keçiriləcək məkan və tədbir zamanı göstəriləcək xidmətlər, istifadə olunacaq ərzaq məhsulları əvvəlcədən sifarişçi ilə razılaşdırılmalıdır. (Qiymət təklifi hesablanarkən nəzərdə tutlmuş bütün amillər qiymətləndirilsin) | 1 | ədəd |
| 2 | Şəhid və qazi övladlarına "Yeni il bayramı" ilə bağlı hədiyyə qutusu 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təqdim olunacaq qutu təxminən 25x25x25 sm ölçüdə olmalı, bərk kartondan hazırlanmalı, üzəri şam ağacı, bəzəklər, hədiyyə fiqurları və digər yeni il bayramına uyğun dizaynla bəzədilməli, daşıma üçün iplə təchiz edilməlidir. İçərisində ən azı 6 ay müddətli, əsasən uşaqlar üçün nəzərdə tutulmuş minimum 15 adda - müxtəlif formalı şokolad konfetləri, kiçik qablaşdırılmış peçenyelər, mini biskvitlər, şokoladlı şirin krekerlər, sürprizli yumurta və digər şirniyyatlar, həmçinin Yeni il fiqurlu suvenir və ya oyuncaq yerləşdirilmiş olmalıdır. Qiymət təklifləri verilərkən bütün tələblər nəzərə alınmalı və hədiyyələr tədbirin keçiriləcəyi gün həmin məkana çatdırılmalıdır.(Qiymət təklifi hesablanarkən nəzərdə tutlmuş bütün amillər qiymətləndirilsin) |
| 200 |
| ədəd |
| 3 | Şou proqramı Şaxda Baba və Qar Qızın iştirakı ilə təxminən 60 dəqiqəlik bayram şou proqramı təşkil edilməli, proqram çərçivəsində aparıcı və 6 animatorun (kloun, müxtəlif cizgi filmi və nağıl qəhrəmanları geyimində) iştirakı ilə maraqlı çıxışlar, interaktiv oyunlar, musiqili nömrələr, köpük şousu, fokus və digər əyləncəli hissələr yer almalıdır. Tədbir uşaqlar üçün əyləncəli və interaktiv şəkildə keçirilməli, bayram atmosferini əks etdirən şən və rəngarəng proqram hazırlanmalıdır. Proqramın senarisi əvvəlcədən sifarişçi ilə razılaşdırılmalıdır. | 1 | ədəd |
| 4 | Fotoqraf xidməti Tədbirin əvvəlindən sonunadək peşəkar foto çəkilişi həyata keçirilməli, tədbir boyu bütün mühüm anlar yüksək keyfiyyətlə lentə alınmalıdır. Tədbir başa çatdıqdan qısa müddət sonra çəkilmiş şəkillər fotokorreksiya olunmalı və tam keyfiyyətli şəkildə elektron daşıyıcıda sifarişçiyə təhvil verilməlidir | 1 | ədəd |
| 5 | Videoqraf xidməti Tədbirin əvvəlindən sonunadək peşəkar video çəkilişi həyata keçirilməli, tədbir boyu bütün mühüm anlar yüksək keyfiyyətlə lentə alınmalıdır. Tədbir başa çatdıqdan qısa müddət sonra çəkilmiş video materiallar montaj olunmalı və tam keyfiyyətli şəkildə elektron daşıyıcıda sifarişçiyə təhvil verilməlidir | 1 | ədəd |
| 6 | Nəqliyyat və daşınma xidməti Abşeron rayonunun 16 yaşayış məntəqəsindən şəhid ailələrinin və qazi ailələrinin tədbirin keçiriləcəyi vaxtdan ən geci 30 dəqiqə əvvəl məkana gətirilməsi və tədbir bitdikdən sonra geri qaytarılması təmin olunmalıdır. Daşınma prosesi eyni anda ümumilikdə 150 nəfərin rahat və təhlükəsiz şəkildə daşınmasını nəzərdə tutmalı, nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətdə olmalı, təmiz və səliqəli vəziyyətdə təqdim edilməlidir. | 1 | ədəd |
| 7 | Təbdir məkanının bəzədilməsi Tədbir məkanında Yeni il mövzusunda bəzəklər və (minimum 3 metr) quraşdırılmalı, hər bir uşaq üçün yeni il mövzusunda bəzəkli baş geyimləri hazırlanmalı, məkan masaüstü bayraqlar, işıqlar, şarlar və digər dekorativ elementlərlə bəzədilməlidir. Bəzəklər zövqlü və estetik şəkildə yerləşdirilməli, ümumi məkanın dizaynı bayramın ruhunu və Yeni il ab-havasını əks etdirməlidir (tədbir sonrası, şam ağacı RİH-nə təhvil verilməlidir) | 1 | ədəd |
| 8 | Bədii proqram Keçiriləcək bayram şənliyi zamanı xalq arasında populyar Əməkdar və Xalq artistləri olmaq şərti ilə ümumilikdə minimum 5 nəfər müğənninin (minimum 2 nəfər “Xalq artisti”, minimum 2 nəfər “Əməkdar artist” və minimum 1 nəfər populyar müğənni) iştirakı təmin edilməlidir. Müğənnilər, müğənilərin çıxış ardıcıllığı və ifa edəcəkləri mahnılar əvvəlcədən sifarişçi ilə razılaşdırılmalıdır. Musiqi proqramı bayram əhvalına uyğun və vətənpərvər ruhda hazırlanmalıdır. | 1 | ədəd |
Satınalmalarının 32 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 07 may 2026
son qələbə 03 avq 2026
son qələbə 16 iyl 2026
son qələbə 01 iyl 2026
son qələbə 19 may 2026