Sifarişçi: "RESPUBLİKA SANİTARİYA-KARANTİN MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Tarixçə azdır: cəmi 3 müqayisə oluna bilən satınalma. Nəticə zəifdir.
3 satınalma, 3 müxtəlif qalib
Ən çox udan: "UNİSELL" Məhdud Məsuliyyətli Cəmiyyəti (1, 33.3%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.06% ilə 68.39% arasında aşağı düşüblər, medianı 21.43%.
Bu tender üçün bu 1.452.752 ₼ ilə 1.213.510 ₼ arasıdır.
488.215 ₼ məbləğindən aşağı heç kim udmayıb.
625 ₼
Sənədlər 25 ₼ + iştirak 600 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | İnduktiv əlaqəli plazma kütlə spektrometri - ICP-MS sistemi Avadanlıq iz və ultra-iz səviyyəsində çoxelementli analizlərin aparılması üçün nəzərdə tutulmuş müasir ICP-MS sistemi olmalıdır. Sistem su, qida, farmasevtika, kosmetik və gigiyenik məhsullar, ətraf mühit, geoloji, sənaye və digər mürəkkəb matrisli nümunələrdə ağır metalların, toksik elementlərin və digər kimyəvi elementlərin yüksək həssaslıq, dəqiqlik və təkrarlanabilən nəticələrlə təyinini təmin etməlidir. Cihaz ən azı m/z 2 - 260 və ya daha geniş kütlə diapazonunda işləməli, rutin ICP-MS analizləri üçün uyğun kütlə ayırdetmə qabiliyyətinə və stabil kütlə kalibrlənməsinə malik olmalıdır. Kütlə rezolyusiyası element və izotop siqnallarının etibarlı ayrılmasını, identifikasiyasını və ölçülməsini təmin etməli, bu göstəricilər istehsalçının rəsmi texniki sənədləri ilə təsdiq edilməlidir. Sistem yüksək duzluluq, yüksək mineral tərkib və mürəkkəb kimyəvi matrisli nümunələrin analizinə uyğun olmalıdır. Avadanlıq yüksək ümumi həll olmuş bərk maddə - TDS tərkibli nümunələrdə plazmanın sabitliyini, siqnalın dayanıqlığını və nəticələrin təkrarlanmasını təmin etməli, yüksək matrisli nümunələrdə həddindən artıq durulaşdırma ehtiyacını azaltmalıdır. Cihaz 25%-dək TDS tərkibli nümunələrlə işləmə imkanını və ya texniki cəhətdən ekvivalent yüksək matris tolerantlığını təmin etməlidir. İnterferensiyaların azaldılması üçün cihaz "collision/reaction cell" və ya texniki cəhətdən ekvivalent aparat və/və ya proqram həllərinə malik olmalıdır. Sistem poliatomik, izobarik, matris mənşəli və ikiqat yüklənmiş ion interferensiyalarının təsirini azaltmalı və mürəkkəb matrislərdə arsen, selen, xrom, kadmium, civə, qurğuşun və digər elementlərin etibarlı təyininə imkan verməlidir. Sistem avtomatik nümunə verilməsi üçün avtosampler, nümunə daxil etmə sistemi, plazma sistemi, vakuum sistemi, soyutma sistemi, idarəetmə kompüteri və orijinal istehsalçı proqram təminatı ilə tam komplekt şəkildə təqdim edilməlidir. Proqram təminatı cihazın idarə olunmasını, metodların yaradılmasını, kalibrləməni, ölçmələrin aparılmasını, keyfiyyətə nəzarəti, nəticələrin yoxlanılmasını, hesabatların hazırlanmasını və məlumatların arxivləşdirilməsini təmin etməlidir. Avadanlıq laboratoriyada ISO/IEC 17025 tələblərinə uyğun fəaliyyətin aparılmasını dəstəkləməli, analiz nəticələrinin izlənməsi, sənədləşdirilməsi, keyfiyyətə nəzarət və hesabatlılıq imkanlarına malik olmalıdır. Təchizatçı cihazın yeni, istifadə olunmamış və orijinal istehsalçı komplektasiyasında olduğunu təsdiq etməli, quraşdırma, işə salma, performans yoxlaması, istifadəçi təlimi, zəmanət, servis xidməti mövcudluğu barədə rəsmi məlumat təqdim etməlidir. Təklif olunan avadanlığın bütün texniki və funksional tələblərə uyğunluğu rəsmi istehsalçı sənədləri ilə təsdiq edilməlidir. Ekvivalent avadanlıq təklif edildiyi halda, onun tələb olunan minimum analitik və funksional göstəricilərə tam cavab verdiyi müqayisəli uyğunluq cədvəli ilə əsaslandırılmalıdır. | 1 | ədəd |
| 2 | Şaquli laborator avtoklav Avadanlıq laboratoriya alətlərinin, şüşə və metal laborator qabların, qida mühitlərinin, mayelərin, mikrobioloji materialların və laborator tullantıların yüksək temperatur və təzyiq altında sterilizasiyası üçün nəzərdə tutulmuş şaquli tip, üst yükləməli laborator avtoklav olmalıdır. Avtoklavın kamera həcmi ən azı 65 litr olmalı, kamera ölçüləri təqribən Ø 400 × 500 mm və ya ekvivalent faydalı həcmə malik olmalıdır. Cihaz ən azı 140 °C sterilizasiya temperaturunu və ən azı 4 bar absolute buxar təzyiqini təmin etməlidir. Daha yüksək temperatur və təzyiq rejimlərinin mövcudluğu üstünlük hesab oluna bilər. Sistem tam avtomatik mikroprosessor idarəetməsinə malik olmalı, bərk materiallar, maye mühitlər, maye tullantılar, tullantı paketləri və təmizləmə/dekontaminasiya prosesləri üçün standart sterilizasiya proqramlarını dəstəkləməlidir. Sterilizasiya prosesləri operator tərəfindən təhlükəsiz və təkrarlanabilən şəkildə seçilə və icra oluna bilməlidir. Kamera və sterilizasiya ilə təmasda olan əsas hissələr paslanmayan poladdan hazırlanmalı, cihaz təhlükəsiz qapaq kilidləmə sistemi, təzyiq və temperatur nəzarəti, prosesin təhlükəsiz tamamlanmasına qədər qapağın açılmasının qarşısını alan mexanizm və zəruri xəbərdarlıq siqnalları ilə təchiz edilməlidir. Cihaz ayrıca və ya inteqrasiya olunmuş buxar generatoru ilə təmin edilməli, mikrobiologiya, qida, farmasevtika, kimya və ümumi laborator sterilizasiya proseslərində istifadəyə uyğun olmalıdır. Təchizatçı cihazın quraşdırılması, işə salınması, istifadəçi təlimi, texniki sənədləri, zəmanət və servis dəstəyini təmin etməlidir. | 1 | ədəd |
| 3 | Avtomatik spiral əkici cihaz Avadanlıq mikrobioloji analizlərdə nümunələrin Petri qablarına avtomatik, bərabər və təkrarlanabilən şəkildə yayılması üçün nəzərdə tutulmuş avtomatik spiral paylanması sistemi olmalıdır. Cihaz bakterial sayım, mikrobioloji yüklənmənin qiymətləndirilməsi və nümunə hazırlığı proseslərində istifadə üçün uyğun olmalıdır. Sistem 90 mm və 150 mm Petri qabları ilə işləməli, bir tam əkim dövrünü təqribən 30 saniyə və ya daha qısa müddətdə yerinə yetirməlidir. Əkim prosesinin təkrarlanma göstəricisi ən azı 99% səviyyəsində olmalı və bu göstərici istehsalçı sənədləri ilə təsdiq edilməlidir. Cihaz ən azı 100 µL maksimal pipetləmə həcmini və 10 nL-dən aşağı minimal dozalama addımını təmin etməlidir. Müxtəlif mikrobioloji tətbiqlər üçün proqramlaşdırıla bilən bir neçə yayma rejimi olmalı, 90 mm və 150 mm Petri qabları üzrə fərqli əkin rejimləri dəstəklənməlidir. Dozalama sistemi steril birdəfəlik mikroşpris və ya ekvivalent təhlükəsiz, çarpaz kontaminasiya riskini azaldan sistem əsasında işləməlidir. Avadanlıq avtomatik yoxlama və nəzarət funksiyasına, sensor ekranlı idarəetməyə, Ethernet, USB, RS232 və ya ekvivalent məlumat və cihaz bağlantısı imkanlarına malik olmalıdır. Barkod skaner və printer bağlantısı imkanı üstünlük hesab olunur. Təklifə cihazın tam komplektasiyası, dozalama üçün başlanğıc sərf materialları, istifadəçi təlimatı, quraşdırma, işə salma, praktiki təlim və zəmanət xidməti daxil edilməlidir. | 1 | ədəd |
| 4 | "Class II Type A2" bioloji təhlükəsizlik şkafı (Laminar dolab) Avadanlıq operatoru, nümunəni və laboratoriya mühitini bioloji təhlükələrdən qorumaq üçün Class II Type A2 bioloji təhlükəsizlik kabineti olmalıdır. Cihaz mikrobiologiya, biotexnologiya, klinik laboratoriya, əczaçılıq və tədqiqat laboratoriyalarında bioloji materiallarla təhlükəsiz işləmək üçün nəzərdə tutulmalıdır. Kabinetin hava axını sistemi təqribən 70% resirkulyasiya və 30% çıxış prinsipi əsasında işləməli, nümunə və işçi mühitin qorunması üçün HEPA filtrasiya sistemi ilə təchiz edilməlidir. İşçi zona eni ən azı 1300 mm olmalı, daxili işçi ölçülər laborator manipulyasiyalar üçün kifayət etməlidir. Təhlükəsiz işçi açılış hündürlüyü təqribən 200 mm, maksimal açılış hündürlüyü təqribən 400 mm olmalıdır. İş səthinin hündürlüyü operatorun erqonomik işləməsinə uyğun olmalıdır. "Downflow" və "inflow" hava sürətləri bioloji təhlükəsizlik tələblərinə uyğun stabil saxlanılmalıdır. Cihaz LCD və ya sensor idarəetmə panelinə malik olmalı, hava axını nasazlığı, filtr nasazlığı, UV lampa nasazlığı, ön pəncərənin təhlükəsiz olmayan mövqeyi və digər kritik vəziyyətlər üzrə vizual və səsli xəbərdarlıq siqnalları verməlidir. İşçi səth və daxili hissələr dezinfeksiyaya davamlı, asan təmizlənən materiallardan hazırlanmalıdır. Təklifə quraşdırma, hava axını və filtrasiya performansının ilkin yoxlanılması, istifadəçi təlimi, texniki sənədlər, zəmanət və servis dəstəyi daxil edilməlidir. | 1 | ədəd |
| 5 | Siqaret tüstüsünün generasiyası və analizi üçün laborator sistem (smoking machine) Avadanlıq tütün məmulatlarının laborator nəzarəti məqsədilə siqaretlərin standartlaşdırılmış rejimdə avtomatik çəkilməsi, tüstü kondensatının toplanması və sonrakı fiziki-kimyəvi analizlər üçün nümunə hazırlanması üçün nəzərdə tutulmalıdır. Sistem ISO 3308, ISO 4387 və ya bu sahədə tətbiq olunan ekvivalent beynəlxalq metodların tələblərinə uyğun işləməli, puff həcmi, puff müddəti, puff tezliyi, çəkim rejimi və digər əsas çəkim parametrlərinin stabil və təkrarlanabilən icrasını təmin etməlidir. Cihaz siqaretlərin avtomatik çəkilməsi, tüstü axınının idarə edilməsi, kondensatın müvafiq filtr və ya tutucu sistemlərdə toplanması, analizdən əvvəl nümunənin təhlükəsiz və standartlaşdırılmış şəkildə hazırlanması funksiyalarını dəstəkləməlidir. Avadanlıq laboratoriya istifadəsi üçün uyğun idarəetmə və hesabat imkanlarına malik olmalı, çəkim parametrlərinin proqramlaşdırılması, prosesin izlənməsi, test nəticələrinin sənədləşdirilməsi və operator tərəfindən rutin işlərin təhlükəsiz icrası üçün zəruri funksiyaları təmin etməlidir. Təklif olunan sistem tütün və tütün məmulatlarında laborator nəzarət, tüstü kondensatı, nikotin, qatran, karbon monoksid və digər müvafiq göstəricilərin sonrakı analizinə uyğun nümunə hazırlığı üçün istifadəyə yararlı olmalıdır. Təklifə quraşdırma, işə salma, təlim, texniki sənədlər, zəmanət, servis xidməti və zəruri başlanğıc aksesuarları daxil edilməlidir. | 1 | ədəd |
| 6 | Nəmlik (Rütubət) analizatoru (nəmlik ölçən cihaz) Avadanlıq müxtəlif laborator nümunələrində nəmliyi sürətli və dəqiq təyini üçün nəzərdə tutulmuş nəmlik analizatoru olmalıdır. Cihaz qida, kimya, farmasevtika, kosmetika, xammal və digər laborator nümunələrində istifadə üçün uyğun olmalıdır. Sistem halogen qızdırma texnologiyası və ya texniki cəhətdən ekvivalent sürətli və sabit istilik mənbəyi ilə işləməlidir. Maksimal çəki tutumu maksimum 120 q, oxunma dəqiqliyi 1 mq-dan az, nəmliyin nəticələrinin göstərilməsi üzrə ayırdetmə isə 0.01%-dan az olmalıdır. Ölçmə diapazonu 0–100% rütubət aralığını əhatə etməlidir. Cihaz müxtəlif nümunə tiplərinə uyğun qurutma profillərini dəstəkləməlidir. Ən azı standart, sürətli, mərhələli və tədricən qızdırma rejimləri mövcud olmalıdır. Qurutma prosesi operator tərəfindən proqramlaşdırıla bilməli, nəticələr avtomatik hesablanmalı və ekranda aydın göstərilməlidir. Avadanlıq rəngli sensor ekran və ya ekvivalent rahat idarəetmə panelinə, ən azı Ø 90 mm nümunə qabı ilə işləmə imkanına, USB, RS232 və ya ekvivalent məlumat ötürmə bağlantılarına malik olmalıdır. İşçi temperatur şəraiti laborator mühitə uyğun olmalı, cihaz 230 V elektrik şəbəkəsində işləməyə yararlı olmalıdır. Təklifə cihaz, nümunə qabları üçün başlanğıc dəst, istifadəçi təlimatı, kalibrləmə və yoxlama sənədləri, quraşdırma, istifadəçi təlimi, zəmanət və servis xidməti daxil edilməlidir. | 1 | ədəd |
| 7 | Laborator su təmizləmə sistemi (demineralizə edilmiş su sistemi) Avadanlıq laborator analizlər üçün yüksək təmizlik dərəcəsinə malik suyun istehsalını təmin edən kompleks su təmizləmə sistemi olmalıdır. Sistem həm Type 1 ultra-təmiz su, həm də Type 3 RO su istehsal etməyə imkan verməlidir. Giriş suyu kimi kran suyundan istifadə imkanı olmalıdır. RO su istehsal gücü ən azı 8 L/saat olmalı, Type 1 ultra-təmiz suyun müqaviməti 18.2 MΩ·cm @ 25 °C səviyyəsini təmin etməlidir. Ümumi üzvi karbon — TOC göstəricisi ≤5 ppb olmalı və bu göstəricilər istehsalçının rəsmi texniki sənədləri ilə təsdiq edilməlidir. Sistem HPLC, LC-MS, mikrobiologiya, molekulyar biologiya, reagent hazırlığı, iz element analizi və ümumi laborator tətbiqlər üçün uyğun su keyfiyyətini təmin etməlidir. Su keyfiyyəti real vaxt rejimində izlənməli, əsas göstəricilər idarəetmə panelində göstərilməlidir. Avadanlıq sensor idarəetmə paneli və ya ekvivalent rahat istifadəçi interfeysi, dispenserlə işləmə imkanı, filtr və kartriclərin vəziyyətinə nəzarət, sistem xəbərdarlıqları və təhlükəsiz istismar funksiyaları ilə təmin edilməlidir. Təklifə əsas sistem, dispenser və ya su götürmə modulu, başlanğıc filtr/kartric dəsti, quraşdırma üçün zəruri bağlantılar, istifadəçi təlimatı, quraşdırma, işə salma, istifadəçi təlimi, zəmanət, servis və sərf materiallarının təchizatı barədə məlumat daxil edilməlidir. | 1 | ədəd |
| 8 | Qızdırıcılı və deqazasiya funksiyalı ultrasəs hamamı (vannası) Avadanlıq laborator qabların, kiçik alətlərin, hissələrin, aksesuarların və nümunə hazırlığı vasitələrinin ultrasəs üsulu ilə təmizlənməsi üçün nəzərdə tutulmuş qızdırıcılı ultrasəs vannası olmalıdır. Vanna həcmi təqribən 5–6 litr olmalı, ultrasəs tezliyi təqribən 40 kHz və ya ekvivalent effektiv təmizləmə tezliyi olmalıdır. Cihaz 0–99 dəqiqə aralığında tənzimlənən taymerə və davamlı işləmə rejiminə malik olmalıdır. Qızdırma sistemi ən azı 69 °C-dək temperaturu təmin etməli, laborator təmizləmə və nümunə hazırlığı prosesləri üçün temperaturun stabil saxlanılmasına imkan verməlidir. Deqazasiya funksiyası mövcud olmalı və mayedə həll olunmuş qazların çıxarılmasını təmin etməlidir. Sistem dəyişkən tezlik ("sweep frequency") və ya ekvivalent ultrasəs paylanmasını bərabərləşdirən texnologiyaya, ultrasəs gücünün stabil saxlanılması funksiyasına və həssas nümunələr üçün yüksək/aşağı güc seçimi imkanına malik olmalıdır. Vanna və maye ilə təmasda olan hissələr paslanmayan poladdan hazırlanmalı, cihaz laboratoriya şəraitində davamlı və təhlükəsiz işləməyə uyğun olmalıdır. Təklifə qapaq, səbət və ya ekvivalent aksesuarlar, istifadəçi təlimatı, zəmanət və servis xidməti daxil edilməlidir. | 1 | ədəd |
| 9 | Çoxmövqeli (yuvalı) qızdırıcılı maqnit qarışdırıcı Avadanlıq eyni vaxtda bir neçə nümunənin qarışdırılması və qızdırılması üçün nəzərdə tutulmuş çoxmövqeli qızdırıcılı maqnit qarışdırıcı olmalıdır. Cihaz kimyəvi məhlulların, reagentlərin, laborator nümunələrinin və analitik proseslər üçün maye sistemlərin hazırlanmasında istifadə üçün uyğun olmalıdır. Qarışdırma mövqelərinin sayı ən azı 5 olmalı, mövqelərarası məsafə bir neçə qabın eyni vaxtda təhlükəsiz yerləşdirilməsinə imkan verməlidir. Hər mövqe üzrə maksimal qarışdırma həcmi ən azı 0,4 L olmalıdır. Sürət diapazonu 0-1000 rpm aralığını əhatə etməli, sürət tənzimlənməsi dəqiq və təkrarlanabilən olmalıdır. Qarışdırıcı çubuq uzunluğu təqribən 25–30 mm diapazonunda olan maqnit çubuqlarla işləmə imkanı təmin edilməlidir. Qızdırma sistemi ən azı 175 W gücə malik olmalı və işçi səthin otaq temperaturundan ən azı 120 °C-dək qızdırılmasını təmin etməlidir. Təhlükəsizlik temperatur limiti tənzimlənə bilməli və ən azı 50–150 °C aralığını əhatə etməlidir. İşçi səth istiliyə davamlı alüminium ərintisi və ya ekvivalent materialdan hazırlanmalı, ümumi maksimal yük ən azı 5 kq olmalıdır. Təklifə cihaz, qarışdırıcı çubuq komplekti, qarışdırıcı çubuqların xaric edilməsi üçün maqnit çubuq, enerji kabeli, istifadəçi təlimatı, zəmanət və servis dəstəyi daxil edilməlidir. | 2 | ədəd |
| 10 | Masaüstü mikro sentrifuqa Avadanlıq yüksək sürətli laborator nümunə hazırlığı üçün nəzərdə tutulmuş masaüstü mikro sentrifuqa olmalıdır. Cihaz mikrobiologiya, molekulyar biologiya, biokimya, farmasevtika, kimya və ümumi laborator tətbiqlər üçün uyğun olmalıdır. Sürət diapazonu ən azı 200–15 000 rpm və ya daha geniş aralığı əhatə etməli, maksimal nisbi mərkəzdənqaçma qüvvəsi ən azı 17 000 × g, üstün halda daha yüksək göstəriciyə malik olmalıdır. Rotor tutumu ən azı 24 × 1.5/2.0 ml mikroboru (sınaq tüb/şüşə) üçün uyğun olmalıdır. Daha böyük rotor tutumu və əlavə rotorlarla işləmə imkanı üstünlük hesab edilir. Cihaz proqram yaddaşına malik olmalı, ən azı çoxsaylı istifadəçi proqramlarının saxlanılmasına imkan verməlidir. Sürətlənmə və yavaşıma mərhələləri operator tərəfindən seçilə bilməli, ən azı 10 sürətlənmə və 10 yavaşıma mərhələsi və ya ekvivalent çevik idarəetmə təmin edilməlidir. İdarəetmə arxa işıqlı LCD ekran və ya ekvivalent aydın interfeys vasitəsilə həyata keçirilməlidir. Cihaz motorlu təhlükəsizlik qapaq kilidi, balanssızlıq və təhlükəsizlik nəzarəti, aşağı səs səviyyəsi və laborator masaüstü istifadəyə uyğun kompakt konstruksiya ilə təmin edilməlidir. Təklifə əsas cihaz, uyğun rotor, adapterlər, istifadəçi təlimatı, quraşdırma, istifadəçi təlimi, zəmanət və servis xidməti daxil edilməlidir. | 1 | ədəd |
| 11 | Laboratoriya şüşə qab yuyucusu Avadanlıq laboratoriyada istifadə olunan şüşə qabların, laborator alətlərin və digər uyğun qabların avtomatik yuyulması üçün nəzərdə tutulmuş laboratoriya tipli şüşə qab yuyucusu olmalıdır. Cihaz ümumi laboratoriya, mikrobiologiya, kimya, farmasevtika və analitik laboratoriyalarda istifadə üçün uyğun olmalıdır. Yuma kamerası AISI 316L paslanmayan poladdan və ya ekvivalent korroziyaya davamlı materialdan hazırlanmalı, laborator kimyəvi təsirlərinə davamlı olmalıdır. Qapı paslanmayan poladdan hazırlanmalı və aşağı açılan konstruksiyaya malik olmalıdır. İşçi temperatur ən azı 95 °C-dək olmalı, cihaz laborator qabların yuyulması, yaxalanması və termiki dezinfeksiya/təmizləmə prosesləri üçün uyğun temperatur rejimlərini təmin etməlidir. Sistem ən azı 2 yuma səviyyəsini dəstəkləməli, üst səviyyə müxtəlif qab ölçülərinə uyğun olaraq ən azı 2 fərqli hündürlükdə tənzimlənə bilməlidir. Cihaz ən azı 20 standart proqram və ən azı 20 dəyişdirilə bilən proqram yaddaşına malik olmalı, proqram redaktə funksiyasını dəstəkləməlidir. Masanın altına yerləşdirilmə imkanı olmalı, ölçülər təqribən 60 sm laboratoriya tipli qurğu formatına uyğun olmalıdır. Yuma kameranın effektiv işçi həcmi 160 L az olmamalıdır. Təklifə əsas cihaz, laborator səbət və ya uyğun başlanğıc aksesuarları, istifadəçi təlimatı, quraşdırma, işə salma, istifadəçi təlimi, zəmanət və servis xidməti daxil edilməlidir. | 1 | ədəd |
| 12 | Rəqəmsal vorteks mikser Avadanlıq gündəlik laborator işlərində boru, mikroboru, kiçik flakon və digər kiçik həcmli nümunələrin sürətli və effektiv qarışdırılması üçün nəzərdə tutulmuş rəqəmsal idarəetməli vorteks mikser olmalıdır. Cihaz rəqəmsal idarəetmə sisteminə malik olmalı, qarışdırma parametrlərinin operator tərəfindən rahat seçilməsini və təkrarlanabilən nəticə əldə olunmasını təmin etməlidir. İş rejimi fasiləli ("intermittent") və davamlı qarışdırma funksiyasını dəstəkləməlidir. Orbital hərəkət təqribən 4,8-5,0 mm və ya ekvivalent qarışdırma effektivliyini təmin edən göstəricidə olmalıdır. Cihaz toxunma ilə işə salınma və davamlı işləmə rejimlərinə malik olmalı, müxtəlif nümunə tutumları ilə işləməyə imkan verməlidir. Konstruksiya laborator masaüstü istifadəyə uyğun, dayanıqlı, vibrasiya zamanı stabil və asan təmizlənən olmalıdır. Müxtəlif boru və kiçik konteyner adapterləri ilə işləmə imkanı üstünlük hesab olunur. Təklifə əsas cihaz, standart qarışdırma başlığı və ya adapter, istifadəçi təlimatı, zəmanət və servis xidməti daxil edilməlidir. | 1 | ədəd |
| 13 | Laborator inkubator Avadanlıq mikrobioloji və ümumi laborator inkubasiya prosesləri üçün nəzərdə tutulmuş təbii konveksiyalı laborator inkubator olmalıdır. Cihaz mikrobiologiya, qida, farmasevtika, biotexnologiya, tədqiqat və ümumi laborator tətbiqlər üçün uyğun olmalıdır. Kamera həcmi ən azı 160 litr olmalı, temperatur diapazonu +20 °C-dən +80 °C-dək və ya daha geniş olmalıdır. İşçi temperatur diapazonu ətraf mühit temperaturundan ən azı +5 °C yuxarıdan +80 °C-dək olmalıdır. Temperatur ayırdetməsi 0,1 °C və daha az olmalı, temperatur sensoru Pt100 DIN Class A, 4 naqilli sistem və ya texniki cəhətdən ekvivalent yüksək dəqiqlikli sensor olmalıdır. Temperaturun sabitliyi və homogenliyi istehsalçının rəsmi sənədləri ilə təsdiq edilməlidir. Daxili kamera paslanmayan poladdan hazırlanmalı, cihaz tam izolyasiyalı xarici qapı paslanmayan poladdan və daxili şüşə qapı ilə təchiz olunmalıdır. Daxili ölçülər ən azı faydalı həcmə malik olmalıdır və ən azı 4 rəf yerləşməsini təmin etməlidir. Cihaz ən azı 2 standart rəflə təqdim edilməli, rəflərin sayı artırıla bilməli, hər rəf üzrə ən azı 20 kq yüklənmə imkanı və ümumi kamera yüklənməsi üçün yüksək daşıma qabiliyyəti təmin edilməlidir. Təklifə cihaz, rəflər, istifadəçi təlimatı, quraşdırma, təlim, zəmanət və servis xidməti daxil edilməlidir. | 2 | ədəd |
| 14 | Analitik tərəzi Avadanlıq yüksək dəqiqlikli laborator çəki ölçmələri üçün nəzərdə tutulmuş analitik tərəzi olmalıdır. Cihaz reagentlərin, standartların, nümunələrin və yüksək dəqiqlik tələb edən laborator materialların çəkilməsi üçün istifadə edilməlidir. Maksimal çəki tutumu ən azı 220 q, oxunma dəqiqliyi 0,1 mq qədər olmalıdır. Xəttilik ən azı ±0,2 mq, təkrarlanma ±0,1 mq-dan az səviyyəsində təmin edilməlidir və bu göstəricilər istehsalçının rəsmi sənədləri ilə təsdiq olunmalıdır. Tərəzi avtomatik daxili kalibrləmə funksiyasına və ya ekvivalent daxili kalibrləmə mexanizminə malik olmalıdır. Çəki platforması təqribən Ø 90 mm ölçüdə paslanmayan poladdan hazırlanmalıdır. Cihaz qoruyucu kamera ilə təchiz olunmalı, hava axını və xarici təsirlərin ölçmələrə təsirini azaltmalıdır. Cihaz arxa işıqlı LCD ekran və İdarəetmə rəngli sensor ekran və ya ekvivalent rahat interfeys vasitəsilə həyata keçirilməlidir. Cihaz daxili kalibrləmə funksiyasına və ya ekvivalent kalibrləmə həllinə malik olmalıdır. Tərəzi USB, RS232, USB Host və ya ekvivalent məlumat ötürmə imkanlarına malik olmalı, laborator məlumat sistemlərinə və printerə qoşulmanı dəstəkləməlidir. Təklifə cihaz, qoruyucu kamera, enerji adapteri, kalibrləmə və uyğunluq sənədləri, istifadəçi təlimatı, zəmanət və servis xidməti daxil edilməlidir. | 2 | ədəd |
| 15 | Tərəzi masası Analitik və laborator tərəzilərin sabit, təhlükəsiz və vibrasiya təsirindən qorunmuş şəraitdə istifadəsi üçün nəzərdə tutulmalıdır. Xarici ölçülər: 750 × 700 × 880 mm (±10 mm) və ya laborator otağın layihəsinə uyğun ekvivalent ölçüdə olmalıdır. Masa ən azı 40 × 40 × 2 mm ölçülü polad profildən və ya ekvivalent daşıyıcı möhkəmliyə malik metal konstruksiyadan, daxili və xarici daşıyıcı şassi sistemi tətbiq edilməklə hazırlanmalıdır. Metal səthlər yağ, pas, çapıq və digər çirkləndiricilərdən təmizləndikdən sonra korroziyaya davamlı qoruyucu örtüklə, o cümlədən polyester əsaslı elektrostatik toz boya və ya ekvivalent davamlı örtüklə örtülməlidir. Tərəzidən istifadə zamanı yarana biləcək vibrasiyaların minimum səviyyəyə endirilməsi üçün tərəzi platformasında vibrasiya udan kauçuk panel, inert dolğu, quru silis qumu və ya ekvivalent vibrasiya azaldıcı konstruktiv həll tətbiq edilməlidir. Vibrasiya azaldıcı qatın qalınlığı ən azı 10 mm olmalı və ya eyni funksional effektivliyi təmin edən ekvivalent həll təqdim edilməlidir. Masanın döşəmə ilə təmasda olan ayaqlarında vibrasiyanın ötürülməsini azaltmaq üçün kauçuk əsaslı, vibrasiya əleyhinə, tənzimlənən plastik dayaqlar və ya ekvivalent tənzimlənən dayaq sistemi istifadə edilməlidir. İşçi istifadə tablası ən azı 12 mm qalınlığında, kimyəvi maddələrə və turşulara davamlı Compact Laminat materialdan və ya ekvivalent kimyəvi davamlı laborator səth materialından hazırlanmalıdır. Tərəzinin yerləşdiriləcəyi platforma istifadə tablasından tam müstəqil şəkildə layihələndirilməli və işçi səthlə birbaşa təmasda olmamalıdır. Platformada ən azı 30 mm qalınlığında təbii mərmər, qranit və ya ekvivalent ağır inert daş materialdan hazırlanmış plitə istifadə edilməli, plitə vibrasiya ötürülməsinin qarşısını alacaq şəkildə izolyasiya edilməlidir. Tərəzi platforması xarici zərbələrin, işçi səthdən və masa konstruksiyasından yarana biləcək vibrasiyaların tərəziyə təsirini minimuma endirmək üçün konstruksiya daxilində müstəqil şəkildə quraşdırılmalıdır. Təklif edilən məhsul göstərilən tələblərə bərabər və ya daha üstün funksional, mexaniki və vibrasiya azaldıcı göstəricilərə malik ekvivalent həll ola bilər. | 1 | ədəd |
| 16 | Masaüstü pH metr Avadanlıq pH, mV/ORP və temperatur ölçmələri üçün nəzərdə tutulmuş masaüstü laborator pH metr olmalıdır. Cihaz su, qida, kosmetik-gigiyenik, kimyəvi, mikrobioloji və digər laborator nümunələrində standart pH ölçmələri üçün uyğun olmalıdır. pH ölçmə diapazonu ən azı -2,00 – 16,00 pH, mV ölçmə diapazonu ən azı -2000,00 – +2000,00 mV, temperatur ölçmə diapazonu ən azı -5 °C – 110 °C olmalıdır. pH ölçmə dəqiqliyi ən azı ±0,01 pH, mV dəqiqliyi ±1 mV, temperatur dəqiqliyi ±0,5 °C olmalıdır. Ölçmə ayırdetməsi 0,01 pH, 1 mV və 0.1 °C səviyyəsində təmin edilməlidir. Cihaz arxa işıqlı LCD ekran və İdarəetmə rəngli sensor ekran və ya ekvivalent aydın ekranla təchiz olunmalı, kalibrləmə prosedurunu dəstəkləməli, temperatur kompensasiyası ilə işləməli və uyğun pH elektrodu ilə təqdim edilməlidir. ORP/mV ölçmələri üçün elektrod qoşulması imkanı olmalıdır. Təklifə pH metr, pH elektrodu, temperatur sensoru və ya inteqrasiya olunmuş temperatur ölçmə imkanı, kalibrləmə buferləri üçün başlanğıc dəst və ya uyğun aksesuarlar, istifadəçi təlimatı, zəmanət və servis xidməti daxil edilməlidir. | 3 | ədəd |
| 17 | Laborator tərəzi Avadanlıq ümumi laborator çəki ölçmələri üçün nəzərdə tutulmuş presizion laborator tərəzi olmalıdır. Cihaz reagentlərin, xammalın, nümunələrin və daha yüksək çəki tutumu tələb edən laborator materialların ölçülməsi üçün uyğun olmalıdır. Maksimal çəki tutumu ən azı 3200 q, oxunma dəqiqliyi 0,01 q olmalıdır. Təkrarlanma 0,01 q, xəttilik ±0,02 q səviyyəsində təmin edilməlidir. Stabilizasiya müddəti qısa olmalı, təqribən 1 saniyə və ya ekvivalent sürətli ölçmə imkanı təmin edilməlidir. Çəki platforması ən azı Ø 180 mm ölçüdə paslanmayan poladdan hazırlanmalı, konstruksiya laborator şəraitdə davamlı istifadəyə uyğun olmalıdır. Cihaz daxili kalibrləmə funksiyasına və ya ekvivalent kalibrləmə həllinə malik olmalıdır. İdarəetmə arxa işıqlı iki sətirli LCD ekran və ya ekvivalent aydın ekran vasitəsilə həyata keçirilməlidir. Tərəzi RS232, USB və ya ekvivalent məlumat ötürmə imkanlarına malik olmalı, printer və laborator məlumat sistemləri ilə inteqrasiya imkanını dəstəkləməlidir. Təklifə cihaz, enerji adapteri, kalibrləmə və uyğunluq sənədləri, istifadəçi təlimatı, zəmanət və servis xidməti daxil edilməlidir. | 1 | ədəd |
| 18 | Dəyişən həcmli mexaniki mikropipetlər və stend Avadanlıq laborator şəraitində mayelərin dəqiq və təkrarlanabilən dozalanması üçün nəzərdə tutulmuş təkkanallı, dəyişən həcmli mexaniki mikropipetlərdən ibarət olmalıdır. Mikropipetlər kimya, mikrobiologiya, molekulyar biologiya, qida, farmasevtika və ümumi laborator analizlərdə istifadə üçün uyğun olmalıdır. Həcm diapazonları istifadə məqsədinə uyğun seçilməli və laboratoriyanın müxtəlif dozalama ehtiyaclarını əhatə etməlidir. Təklif olunan dəst aşağıdakı diapazonlardan birini və ya bir neçəsini əhatə edə bilər: 0.5-10 µL, 10-100 µL, 20-200 µL, 100=1000 µL, 500-5000 µL, 1-10 mL. Həcm tənzimlənməsi mexaniki fırlanma sistemi ilə həyata keçirilməli, seçilmiş həcm göstəricidə aydın görünməlidir. Pipetlər ISO 8655 və ya ekvivalent standartın dəqiqlik və təkrarlanma tələblərinə uyğun olmalıdır. Mikropipetlər erqonomik dizayna, rahat tutuşa, ucluq atma sisteminə və kimyəvi təsirlərə davamlı materialdan hazırlanmış korpusa malik olmalıdır. Avtoklavlana bilən alt hissə üstünlük hesab edilir. Təklifə dəyişən həcmli mikropipetlər, pipet saxlayıcı stend, pipet ucları azı 5000 ədəd hər müvafiq pipetit həminə uyğun, uyğun ucluqlar barədə məlumat, istifadəçi təlimatı, kalibrləmə və uyğunluq sertifikatları daxil edilməlidir. Təchizatçı kalibrləmə, servis mövcudluğu barədə məlumat təqdim etməlidir. | 3 | ədəd |
| 19 | Laboratoriya kənar masası (turşuya dözümlü kompakt laminat) laborator şəraitdə cihazların, reaktivlərin, nümunələrin və laborator ləvazimatların yerləşdirilməsi üçün nəzərdə tutulmuş, metal karkaslı, anti-turşu Compact Laminat işçi səthli laborator masa. Karkas ən azı 40 × 40 × 1.5 mm polad profildən və ya ekvivalent daşıyıcı möhkəmliyə malik metal konstruksiyadan hazırlanmalı, metal səthlər korroziyaya davamlı elektrostatik toz boya və ya ekvivalent qoruyucu örtüklə örtülməlidir. İşçi səth ən azı 12 mm qalınlığında, kimyəvi maddələrə, güclü və qatı turşulara, qələvilərə, rütubətə, dezinfeksiyaedici və təmizləyici vasitələrə davamlı Compact Laminat və ya ekvivalent laborator səth materialından hazırlanmalıdır. Masanın dərinliyi 750 mm, hündürlüyü 900 mm olmalıdır. Masanın uzunluğu poqon metr üzrə sifariş olunan miqdara və laborator otağın yerləşmə layihəsinə uyğun hazırlanmalıdır. Ölçülərdə ±10 mm tolerans qəbul edilir. Masa tənzimlənən ayaq dayaqları ilə təchiz edilməli, sabit, silkələnməyən, asan təmizlənən və laborator sanitariya-gigiyena tələblərinə uyğun olmalıdır. Təklif olunan məhsul göstərilən tələblərə bərabər və ya daha üstün texniki göstəricilərə malik ekvivalent həll ola bilər. | 12 | m |
| 20 | Laborator analitik üyüdücü (dəyirman) Avadanlıq laborator şəraitində quru, kövrək, yumşaq və orta sərtlikdə nümunələrin üyüdülməsi və homogenizasiyası üçün nəzərdə tutulmuş analitik laborator üyüdücü olmalıdır. Cihaz qida, kimya, farmasevtika, material analizi və ümumi laborator nümunə hazırlığı üçün uyğun olmalıdır. İş prinsipi zərbə və kəsmə ilə üyütmə olmalı, proses tipi batch rejimində aparılmalıdır. Cihaz sürətli və bərabər homogenizasiya təmin etməli, analizdən əvvəl nümunənin ölçü və tərkib baxımından daha vahid hala gətirilməsinə imkan verməlidir. Maksimal sürət ən azı 28 000 rpm olmalı, maksimal istifadə həcmi ən azı 80 ml təşkil etməlidir. Maksimal giriş hissəcik ölçüsü ən azı 10 mm, emal oluna bilən material sərtliyi ən azı 6 Mohs-dək olmalıdır. Mühərrik gücü laborator nümunə hazırlığı üçün kifayət etməli, ən azı 150 W giriş / 95 W çıxış gücü və ya texniki cəhətdən ekvivalent performans təmin edilməlidir. Üyütmə kamerası paslanmayan poladdan hazırlanmalı, təmizlənməsi və nümunələr arasında kontaminasiya riskinin azaldılması üçün əlçatan olmalıdır. Quru buz ilə soyutma imkanı mövcud olmalı və istiliyə həssas nümunələrin emalında istifadə üçün uyğunluq təmin edilməlidir. Təklifə əsas cihaz, üyütmə kamerası, uyğun bıçaq və ya üyütmə elementi, istifadəçi təlimatı, zəmanət və servis xidməti daxil edilməlidir. | 1 | ədəd |
Sifarişçinin elandan sonra bu satınalma üzrə dərc etdikləri. Başlıq bizim oxunuşumuzdur, altındakı mətn isə sifarişçinindir, dəyişilmədən.
“Respublika Sanitariya - Karantin Mərkəzi” PHŞ tərəfindən laborator avadanlıqların satınalınması ilə bağlı 06.08.2026-cı il tarixində dərc edilmiş açıq tenderdə “SEM-AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1401575381) qalib seçilmiş və gözləmə müddətinə başlanılmışdır. Gözləmə müddəti 25.09.2026-cı il tarixi, iş gününün sonunadək qüvvədədir.
Satınalmalarının 8 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 26 may 2025
son qələbə 22 apr 2026
son qələbə 31 mar 2026
son qələbə 06 yan 2026
son qələbə 28 avq 2025