Sifarişçi: "ƏSASLI TİKİNTİ VƏ TƏCHİZAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Bu sifarişçidə eyni kateqoriyada 1 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
3 satınalma, 2 müxtəlif qalib
Ən çox udan: "TEXNOLOG" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 66.7%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.05% ilə 86.71% arasında aşağı düşüblər, medianı 23.35%.
Bu tender üçün bu 28.694 ₼ ilə 23.388 ₼ arasıdır.
4.055 ₼ məbləğindən aşağı heç kim udmayıb.
86 ₼
Sənədlər 25 ₼ + iştirak 61 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Elektron kağız planşeti yeni, istifadə edilməmiş və orijinal elektron kağız (E Ink) planşetidir. Cihaz beynəlxalq standartlara cavab verməli, CE və ya ekvivalent sertifikatlara malik olmalıdır. Məhsul istehsalçının rəsmi qutusunda; planşet, rəqəmsal qələm (Stylus), USB-C şarj kabeli və istifadəçi təlimatı ilə tam komplekt şəklində təhvil verilməlidir.Cihaz minimum 10.3 düym ölçülü, gözü yormayan E Ink Carta (və ya ekvivalent) elektron mürəkkəb texnologiyalı ekranla təchiz olunmuşdur. Ekranın icazəsi minimum 1872 × 1404 piksel, sıxlığı isə 226 PPI-dır. Ekran səthi real kağız üzərində yazı hissini tam təmin edir, çoxnöqtəli toxunuşu (Multi-touch) və təzyiqə həssas qələmi dəstəkləyir. Yazı zamanı gecikmə müddəti maksimum 30 ms təşkil edir.Planşetin daxili sistem performansı minimum 1.2 GHz saat tezlikli stabil prosessor, əməliyyat sisteminin tam funksional işləməsinə bəs edən minimum 1 GB RAM və minimum 8 GB daxili yaddaş ilə təmin olunur. Cihaz 2.4 GHz və 5 GHz Wi-Fi simsiz əlaqə modullarına və USB Type-C interfeysinə malikdir. Batareya tutumu normal istifadə şəraitində birdəfəlik şarj ilə minimum 2 həftə avtonom işləmə müddəti təqdim edir.Proqram təminatı tərəfində cihaz istehsalçının xüsusi və ya Linux əsaslı stabil əməliyyat sistemi ilə çalışır. Planşet PDF və EPUB formatlı sənədləri birbaşa idxal edərək oxumağı, aparılan qeydləri isə PDF, PNG və SVG formatlarında ixrac etməyi dəstəkləyir. Cihazda əlyazmanın rəqəmsal mətnə çevrilməsi, sənədlərin qovluq strukturu ilə sistemli idarə edilməsi və bulud (Cloud) sinxronizasiyası funksiyaları mövcuddur. Həmçinin, sənədlərin digər cihazlarla rahat mübadiləsi üçün Windows, macOS, Android və iOS tətbiqləri ilə tam uyğunluq təmin edilir. | 10 | ədəd |
| 2 | Elektron kağız planşeti Book Folio yeni, istifadə edilməmiş, orijinal elektron kağız (E Ink) planşeti və onun qoruyucu çexol (Book Folio) dəstidir. Brend məhdudiyyəti qoyulmayan bu dəst CE və ya ekvivalent beynəlxalq sertifikatlara malik olmalı və rəsmi qutusunda 1 ədəd planşet, 1 ədəd rəqəmsal qələm (Stylus), 1 ədəd USB-C kabeli, 1 ədəd Book Folio çexol və istifadəçi təlimatı ilə tam komplekt şəklində təhvil verilməlidir.Planşet minimum 10.3 düym ölçülü, minimum 1872 × 1404 piksel icazəli və minimum 226 PPI sıxlıqlı E Ink Carta (və ya ekvivalent) ekranla təchiz olunmalıdır. Ekran səthi kağız üzərində yazı hissi verməli, çoxnöqtəli toxunuşu (Multi-touch) və təzyiqə həssas qələmi dəstəkləməlidir (yazı gecikməsi maksimum 30 ms). Cihaz minimum 1.2 GHz prosessor, minimum 1 GB RAM, minimum 8 GB daxili yaddaş, 2.4/5 GHz Wi-Fi və USB Type-C interfeysinə malik olmalıdır. Batareyası normal istifadədə minimum 2 həftə işləməlidir. Sistem istehsalçının xüsusi və ya Linux əsaslı stabil əməliyyat proqramı ilə çalışmalı, idxalda PDF/EPUB, ixracda isə PDF/PNG/SVG formatlarını dəstəkləməlidir. Cihazda əlyazmanı mətnə çevirmə, qovluq strukturu, rəsmi bulud sinxronizasiyası və Windows, macOS, Android, iOS tətbiqləri ilə tam uyğunluq olmalıdır.Dəstə daxil olan Book Folio (Qoruyucu çexol) planşetlə tam uyğun orijinal və ya sertifikatlaşdırılmış ekvivalent məhsul olmalıdır. Çexol planşeti ön və arxadan tam örtməli, cihaza maqnitlə möhkəm bərkidilməlidir. Cihazın düymələrinə və USB-C girişinə mane olmayan, qalınlığı minimum səviyyədə saxlayan, qara və ya boz rəngdə dizayna malik olmalıdır. Xarici materialı premium dəri, yüksək keyfiyyətli Polymer Weave və ya ekvivalent davamlı materialdan, daxili isə ekranı qoruyan yumşaq mikrofiberdən (və ya ekvivalent) ibarət olmalıdır. Çexolun üzərində qələmin təhlükəsiz daşınması üçün xüsusi tutacaq və ya inteqrasiya olunmuş bölmə mövcud olmalıdır. | 10 | ədəd |
Satınalmalarının 139 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 30 iyl 2026
son qələbə 29 iyl 2026
son qələbə 24 iyn 2026
son qələbə 21 noy 2025
son qələbə 18 sen 2026