Bu sifarişçi işi bölüşdürür: 12 satınalmanı 11 müxtəlif təchizatçı udub.
12 satınalma, 11 müxtəlif qalib
Ən çox udan: "ALİYEV MOTORS COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 16.7%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.05% ilə 81.06% arasında aşağı düşüblər, medianı 17.41%.
Bu tender üçün bu 9.509 ₼ ilə 8.246 ₼ arasıdır.
1.891 ₼ məbləğindən aşağı heç kim udmayıb.
45 ₼
Sənədlər 25 ₼ + iştirak 20 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Televizor Minimum tələblər: 65 düym Smart TV tələb olunur. Ekran ölçüsü minimum 65 düym, təsvir ölçüsü minimum 3840×2160 (4K UHD), panel texnologiyası geniş rəng gamutunu dəstəkləyən QNED və ya ekvivalent, arxa işıqlandırma tipi Direct LED və ya ekvivalent, yenilənmə tezliyi minimum 60 Hz olmalıdır. Cihaz HDR10 və HLG və ya ekvivalent HDR formatlarını dəstəkləməli, aşağı təsvir keyfiyyətli məzmunun 4K səviyyəsinə yüksəldilməsi funksiyasına malik olmalıdır. Smart TV daxili əməliyyat sisteminə, tam veb-brauzerə, səsli idarəetməyə, mobil cihazdan görüntü ötürülməsinə və simsiz ekran paylaşma funksiyalarına malik olmalıdır. Cihaz dəyişən yenilənmə tezliyi funksiyasını minimum 60 Hz-dək, avtomatik aşağı gecikmə rejimini və oyun optimallaşdırma funksiyasını dəstəkləməlidir. Daxili səs sistemi minimum 2.0 kanal, ümumi audio çıxış gücü minimum 20 W olmalıdır. Cihaz minimum 3 ədəd HDMI girişinə, 1 ədəd USB girişinə, 1 ədəd optik rəqəmsal audio çıxışına, 1 ədəd Ethernet girişinə və minimum 2 ədəd RF antenna/kabel girişinə malik olmalıdır. Simsiz şəbəkə bağlantısı minimum IEEE 802.11ac səviyyəsini, qısa məsafəli simsiz əlaqə isə minimum 5.0 versiya səviyyəsini dəstəkləməlidir. HDMI portlarından minimum biri audio geri ötürmə funksiyasını dəstəkləməlidir. Divar montajı üçün minimum 300×200 mm VESA uyğunluğu olmalıdır. Elektrik təchizatı AC 100–240 V, 50/60 Hz olmalı, gözləmə rejimində enerji sərfiyyatı maksimum 0,5 W olmalıdır. Komplektə uyğun pult və elektrik kabeli daxil edilməlidir. | 1 | ədəd |
| 2 | Notebook Minimum tələblər: Noutbuk tipli kompüter tələb olunur. Prosessor minimum 8 nüvəli və 12 axınlı olmalı, maksimal takt tezliyi minimum 4,6 GHz, keş yaddaşı minimum 12 MB olmalıdır. Operativ yaddaş minimum 16 GB DDR5, tezliyi minimum 4800 MHz olmalıdır. Yaddaş qurğusu minimum 512 GB M.2 PCIe NVMe SSD olmalı, cihaz minimum 2 ədəd M.2 SSD yuvasına malik olmalıdır. Qrafik prosessor inteqrasiya olunmuş olmalıdır. Ekran ölçüsü minimum 15 düym, təsvir ölçüsü minimum 1920×1200, panel tipi IPS və ya ekvivalent, parlaqlığı minimum 300 nit, ekran səthi parıltı əleyhinə olmalıdır. Batareya tutumu minimum 60 Wh olmalıdır. Simsiz bağlantı minimum Wi-Fi 6 və Bluetooth 5.2 standartlarını dəstəkləməlidir. Minimum 2 ədəd USB-A, 1 ədəd USB-C, 1 ədəd HDMI, 1 ədəd 3,5 mm audio giriş/çıxışı və SD kart oxuyucusu olmalıdır. USB-C portu enerji ötürülməsini və görüntü çıxışını dəstəkləməlidir. Cihazda minimum HD kamera və məxfiliyin qorunması üçün fiziki kamera örtüyü, minimum 2 ədəd daxili mikrofon və stereo dinamiklər olmalıdır. Çəkisi maksimum 1,7 kq olmalıdır.MAF sənədi tələb olunur. | 3 | ədəd |
| 3 | Notebook çantası Minimum tələblər: Noutbukların daşınması və gündəlik qorunması üçün işgüzar tipli çanta tələb olunur. Çanta minimum 15,6–16 düym ölçülü noutbuklarla uyğun olmalıdır. Korpus yüksək sıxlıqlı, suya davamlı polyester və ya ekvivalent materialdan hazırlanmalı, əsas noutbuk bölməsi zərbəni yumşaldan köpük dolğu və cihazı sabit saxlayan bərkidici qayışlarla təchiz edilməlidir. Ön hissədə fermuarlı ayrıca təşkilatçı bölmə olmalı və bu bölmə smartfon, kompüter siçanı, şarj cihazı, yazı ləvazimatları və digər kiçik aksesuarların yerləşdirilməsinə imkan verməlidir. Çanta əl ilə daşınma üçün tutacaqlara, uzunluğu tənzimlənən çiyin qayışına və təkərli çamadana bərkidilmə üçün arxa keçid qayışına malik olmalıdır. | 1 | ədəd |
| 4 | Simsiz siçan Minimum tələblər: Noutbuk və masaüstü kompüterlərlə istifadə üçün simsiz siçan tələb olunur. Cihaz simsiz USB qəbuledici vasitəsilə qoşulmalı və Plug & Play funksiyasını dəstəkləməlidir. Sensor həssaslığı minimum 800 / 1200 / 1600 dpi səviyyələri arasında tənzimlənə bilməlidir. Cihaz minimum 2 əsas düymə, DPI tənzimləmə düyməsi və basma funksiyasını dəstəkləyən 1 ədəd şaquli sürüşdürmə çarxına malik olmalıdır. Simsiz işləmə məsafəsi minimum 10 metr olmalıdır. Enerji təchizatı 2 ədəd AAA tipli batareya vasitəsilə təmin edilməlidir. Cihaz simmetrik korpus quruluşuna malik olmalı və həm sağ, həm də sol əllə istifadəyə uyğun olmalıdır. Korpus səthi yumşaq toxunuşlu örtüklə hazırlanmalıdır | 1 | ədəd |
| 5 | Simsiz klaviatura Minimum tələblər: Noutbuk və masaüstü kompüterlərlə istifadə üçün simsiz membran klaviatura tələb olunur. Klaviatura tamölçülü quruluşa malik olmalı və minimum 106 düymədən, o cümlədən minimum 12 multimedia düyməsindən ibarət olmalıdır. Simsiz işləmə məsafəsi minimum 10 metr olmalıdır. Qoşulma üçün USB Type-A simsiz qəbuledici istifadə edilməli və qəbuledici komplektə daxil edilməlidir. Klaviatura Plug & Play texnologiyasını dəstəkləməlidir. | 1 | ədəd |
| 6 | Printer Minimum tələblər: Monoxrom lazer çap texnologiyalı çoxfunksiyalı qurğu tələb olunur, çap, surətçıxarma və skan etmə funksiyalarını dəstəkləməlidir, çap sürəti A4 formatında minimum 28 səhifə/dəqiqə olmalıdır, çap icazəsi minimum 1200 × 1200 dpi təşkil etməlidir, ilk səhifənin çıxma müddəti maksimum 5.5 saniyə olmalıdır, avtomatik ikitərəfli çap funksiyasını dəstəkləməlidir, surətçıxarma sürəti minimum 28 səhifə/dəqiqə olmalı, bir əməliyyatda minimum 999 nüsxəyə qədər surət çıxarma imkanı təmin etməlidir, miqyaslama diapazonu minimum 25%-400% aralığında olmalıdır, rəngli skan etməni dəstəkləməli, optik skan icazəsi minimum 600 × 600 dpi, təkmilləşdirilmiş skan icazəsi minimum 9600 × 9600 dpi olmalıdır, skan sürəti minimum 20 təsvir/dəqiqə təşkil etməlidir, planşet tipli və avtomatik sənəd qidalandırıcısı (ADF) ilə təchiz edilməli, ADF tutumu minimum 35 vərəq olmalıdır, standart kağız tutumu minimum 250 vərəq olmalıdır, çıxış qabı minimum 50 vərəq tutumuna malik olmalıdır, USB 2.0, Ethernet 10/100 və Wi-Fi bağlantılarını dəstəkləməlidir, mobil çap imkanlarına malik olmalıdır, minimum 256 MB daxili yaddaşa malik olmalıdır, aylıq tövsiyə olunan çap həcmi minimum 250–2500 səhifə, maksimal aylıq yüklənmə minimum 30000 səhifə olmalıdır, enerji təchizatı 220–240V AC şəbəkəsindən təmin edilməlidir. | 1 | ədəd |
Satınalmalarının 12 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 03 avq 2026
son qələbə 28 sen 2026
son qələbə 23 iyl 2026
son qələbə 22 dek 2025
son qələbə 12 dek 2025