Sifarişçi: İMİŞLİ SU MELİORASİYA SİSTEMLƏRİNİN İSTİSMARI İDARƏSİ
Bu sifarişçi işi bölüşdürür: 10 satınalmanı 10 müxtəlif təchizatçı udub.
10 satınalma, 10 müxtəlif qalib
Ən çox udan: "AVTO TEXNİKA DETALİNG" Məhdud Məsuliyyətli Cəmiyyəti (1, 10%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.02% ilə 93.1% arasında aşağı düşüblər, medianı 15.44%.
Bu tender üçün bu 3.326 ₼ ilə 2.925 ₼ arasıdır.
239 ₼ məbləğindən aşağı heç kim udmayıb.
35 ₼
Sənədlər 25 ₼ + iştirak 10 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Mikrodalğalı soba Məişət təyinatlı, minimum 23 litr daxili həcmə malik, minimum 700 Vt mikrodalğa gücü ilə işləyən, 220–240 V, 50 Hz elektrik şəbəkəsinə uyğun, minimum 10 güc səviyyəsini dəstəkləyən, dondurulmuş məhsulların əridilməsi (Defrost) funksiyasına, minimum 6 avtomatik bişirmə proqramına, 99 dəqiqə 99 saniyəyədək tənzimlənə bilən taymerə, qidanın bərabər qızdırılmasını təmin edən fırlanan şüşə platformaya, daxili işıqlandırma sisteminə, bişirmə başa çatdıqda səsli xəbərdarlıq funksiyasına, təhlükəsizlik məqsədilə qapı açıldıqda mikrodalğa şüalanmasını avtomatik dayandıran qoruyucu sistemə, istiliyədavamlı və asan təmizlənən daxili kameraya, mexaniki, elektron və ya sensor idarəetmə panelinə malik, korroziyaya davamlı materialdan hazırlanmış, yeni, istifadə olunmamış, tam komplekt | 3 | ədəd |
| 2 | Elektrik samovar Gücü minimum 2300 W olmalıdır. Samovarın su tutumu minimum 5 litr, dəmlik tutumu minimum 0,8 litr olmalıdır. Korpus və daxili su çəni paslanmayan poladdan hazırlanmalıdır. Qızdırıcı element gizli tipli və paslanmayan poladdan olmalıdır. Cihaz 220–240 V, 50/60 Hz elektrik şəbəkəsində işləməlidir. Su qaynadıqdan sonra avtomatik isti saxlama rejiminə keçməli, su olmadıqda və ya həddindən artıq qızdıqda avtomatik qoruma sistemi ilə təchiz edilməlidir. Qaynama başa çatdıqda avtomatik sönmə funksiyası olmalıdır. İstifadəsi rahat kranlı su buraxma sistemi, istiliyədavamlı tutacaqlar və sürüşməyən altlıqla təchiz edilməlidir. Dəmlik istiliyədavamlı materialdan hazırlanmalı, çay dəmləmək üçün uyğun olmalı və qapaqlı konstruksiyaya malik olmalıdır | 1 | ədəd |
| 3 | Elektrikli su qızdırıcı Elektriklə qızdırılan stasionar su qızdırıcısı,10 litr Cilalanmış parlaq metal səth,Təkqatlı paslanmayan polad ,İstilik keçirməyən termoizolyasiyalı yan tutacaqlar, Kilidlənə bilən təhlükəsiz qapaq sistemi | 1 | ədəd |
| 4 | Elektrikli çaydan Minimum 2 litr su tutumuna malik olmalı, minimum 2200 Vt güclə işləməli, suyun qısa müddətdə qaynadılmasını təmin etməlidir. Gövdə yüksək tempuratura davamlı şüşə və ya paslanmayan poladdan hazırlanmalı, qida ilə təmasa uyğun materiallardan istehsal edilməlidir. Cihaz 220–240 V, 50/60 Hz elektrik şəbəkəsində işləməli, gizli tip paslanmayan polad qızdırıcı elementə malik olmalıdır. Su qaynadıqdan sonra avtomatik sönmə funksiyası, susuz işləməyə qarşı mühafizə sistemi, açılıb-bağlanan qapaq, su səviyyəsini göstərən indikator, 360° fırlanan baza, çıxarıla bilən elektrik bazası, istiliyədavamlı tutacaq və işıqlandırılmış iş rejimi göstəricisi ilə təchiz edilməlidir | 2 | ədəd |
| 5 | Soyuducu məişət soyuducusu ərzaq məhsullarının uzunmüddətli və təhlükəsiz saxlanılması, soyudulması və dondurulması məqsədilə istifadə olunmalıdır. Soyuducunun ümumi faydalı həcmi minimum 250 litr, o cümlədən soyuducu kamerasının faydalı həcmi minimum 175 litr, dondurucu kamerasının faydalı həcmi isə minimum 75 litr olmalıdır. Məhsulun hündürlüyü minimum 1650 mm, eni minimum 595 mm, dərinliyi minimum 640 mm olmalı və standart mətbəx sahələrində quraşdırılmağa uyğun olmalıdır. Qurğu müasir soyutma Nofrost sistemi ilə təchiz edilməli, temperaturun sabit saxlanılmasını təmin etməli, aşağı səs səviyyəsində və enerji səmərəli rejimdə işləməlidir. Daxili hissəsi zərbəyə davamlı şüşə rəflər, meyvə və tərəvəz bölməsi, qapı rəfləri və dondurucu çekməcələri ilə təchiz edilməli, daxili LED işıqlandırma, temperaturun tənzimlənməsi və qapının açılma istiqamətinin dəyişdirilməsi funksiyalarına malik olmalıdır. Təklif edilən məhsul yeni, istifadə olunmamış, zavod istehsalı olmalı, tam komplekt şəkildə təqdim edilməli, qüvvədə olan keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməli, istismara tam yararlı vəziyyətdə təhvil verilməli və minimum 12 ay rəsmi zəmanətlə təmin edilməlidir. | 1 | ədəd |
| 6 | Dispenser Döşəmə tipli olmalı, korpusu PP plastik materialdan hazırlanmalı, ağ rəngdə təqdim edilməli, kompressor tipli soyutma sistemi (və ya ekvivalent) ilə təchiz olunmalı, qızdırma gücü minimum 550 W, soyutma gücü minimum 75 W olmalı, 220 V, 50 Hz elektrik şəbəkəsi ilə işləməli, isti suyun temperaturu minimum 85°C–95°C diapazonunda olmaqla saatda minimum 5 litr qızdırma məhsuldarlığına malik olmalı, soyuq suyun temperaturu minimum 5°C–10°C diapazonunda olmaqla saatda minimum 2 litr soyutma məhsuldarlığı təmin etməli, qurğunun ölçüləri istifadə və daşınma üçün əlverişli olmalıdır. | 2 | ədəd |
| 7 | Termopot Elektrik termopotu minimum 6 litr su tutumuna malik olmalı, minimum 1600 Vt-2000 Vt güclə işləməli və suyun sürətli qaynadılması ilə yanaşı uzun müddət isti saxlanılması funksiyasını təmin etməlidir. Cihaz 220–240 V, 50/60 Hz elektrik şəbəkəsində işləməli, daxili su çəni qida ilə təmasa uyğun paslanmayan poladdan hazırlanmalıdır. Məhsul müxtəlif temperatur rejimlərinin seçilməsi, avtomatik qaynatma və isti saxlama funksiyaları, su səviyyəsini göstərən indikator, çıxarıla bilən qapaq, təhlükəsiz su paylama sistemi, avtomatik sönmə, susuz işləməyə qarşı mühafizə və uşaq təhlükəsizlik kilidi ilə təchiz olunmalıdır. | 2 | ədəd |
| 8 | Elektrik cəzvə Elektrik cəzvə, minimum 0,4 litr tutuma malik olmalı, eyni vaxtda minimum 4–5 fincan qəhvə hazırlamaq imkanını təmin etməlidir. Cihaz minimum 1000 Vt güclə işləməli, 220–240 Vt, 50/60 Hz, elektrik şəbəkəsinə uyğun olmalıdır. Daxili səthi qida ilə təmasa uyğun, istiliyədavamlı və asan təmizlənən materialdan hazırlanmalı, qızdırıcı elementi yüksək istilik ötürmə qabiliyyətinə malik olmalıdır. | 3 | ədəd |
Satınalmalarının 10 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 23 sen 2026
son qələbə 10 sen 2026
son qələbə 29 dek 2025
son qələbə 20 okt 2025
son qələbə 09 okt 2025