Sifarişçi: "AZƏRENERJİKOMPLEKTLƏŞDİRMƏ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Bu sifarişçi işi bölüşdürür: 6 satınalmanı 5 müxtəlif təchizatçı udub.
6 satınalma, 5 müxtəlif qalib
Ən çox udan: "ELECTRO SERVİCE" QAPALI SƏHMDAR CƏMİYYƏTİ (2, 33.3%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.07% ilə 81.06% arasında aşağı düşüblər, medianı 16.1%.
Bu tender üçün bu 3.592.778 ₼ ilə 3.117.208 ₼ arasıdır.
703.694 ₼ məbləğindən aşağı heç kim udmayıb.
1.025 ₼
Sənədlər 25 ₼ + iştirak 1.000 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Kompressor yağı Mobil Gear-600 XP100 (kanistr 10-20 lt) | 400 | litr |
| 2 | Kompressor yağı Mobil Gear-600 XP220 (kanistr 10-20 lt) | 400 | litr |
| 3 | Sənaye yağı Mobil Delvac 1330 (çəllək 190-215 lt) | 600 | litr |
| 4 | Yastıq üçün yağ Mobil Polyrex EM (kanistr 10-20 kq) | 300 | kg |
| 5 | Hidravlik yağ Mobil DTE 25 ultra (çəllək 190-215 lt) | 1700 | litr |
| 6 | Hidravlik yağ Mobil DTE 24 ultra (çəllək 190-215 lt) | 1700 | litr |
| 7 | Hidravlik yağ Mobil Nuto H46 (çəllək 190-215 lt) | 1700 | litr |
| 8 | Turbin yağı Total Preslia GT 32 (çəllək 190-215 lt) | 20000 | litr |
| 9 | Turbin yağı Total Preslia 46 (çəllək 190-215 lt) | 24000 | litr |
| 10 | Generator yastıqları üçün yağ Total Azolla ZS46 (çəllək 190-215 lt) | 8000 | litr |
| 11 | Reduktor yağı Total Carter EP 220 (çəllək 190-215 lt) | 1800 | litr |
| 12 | Sənaye yağı Total Equivis ZS 68 (çəllək 190-215 lt) | 1800 | litr |
| 13 | Turbin yağı Total Preslia 32 (çəllək 190-215 lt) | 20000 | litr |
| 14 | Hidravlik yağ Total Equivis ZS 32 (çəllək 190-215 lt) | 1800 | litr |
| 15 | Hidravlik yağ Total Azolla ZS32 (çəllək 190-215 lt) | 1800 | litr |
| 16 | Transmissiya yağı Total Carter EP 320 (çəllək 190-215 lt) | 1000 | litr |
| 17 | Turbin yağı T-22 (qablaşma fərq etmir) | 34000 | litr |
| 18 | Turbin yağı T-30 (qablaşma fərq etmir) | 15000 | litr |
| 19 | Transformator yağı T-1500 (qablaşma fərq etmir) | 34000 | litr |
| 20 | Turbin yağı Castrol Perfecto XEP-46 (çəllək 190-215 lt) | 1000 | litr |
| 21 | Kompressor yağı Castrol Aircol SR 46 (kanistr 20 lt) | 80 | litr |
| 22 | Kompressor yağı Castrol Aircol SR 68 (kanistr 20 lt) | 350 | litr |
| 23 | Sürtkü yağı Castrol Spheerol EPL-3 (kanistr 10-20 kq) | 50 | kg |
| 24 | Sürtkü yağı Castrol Spheerol AP-2 (kanistr 10-20 kq) | 200 | kg |
| 25 | Sürtkü yağı Castrol Spheerol AP-3 (kanistr 10-20 kq) | 80 | kg |
| 26 | Sürtkü yağı Castrol Spheerol EPL00 (kanistr 10-20 kq) | 50 | kg |
| 27 | Hidravlik yağ Castrol Anvol PE 46B (çəllək 190-215 lt) | 4000 | litr |
| 28 | Turbin yağı Castrol Perfecto XPG 32 (çəllək 190-215 lt və ya IBC 1000 lt) | 12000 | litr |
| 29 | Kompressor yağı Castrol Aircol SN 100 (çəllək 190-215 lt və ya kanistr 10-20 lt) | 1000 | litr |
Satınalmalarının 6 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 28 avq 2026
son qələbə 30 sen 2026
son qələbə 12 avq 2026
son qələbə 10 iyl 2026
son qələbə 24 iyn 2026
Sifarişçinin elandan sonra bu satınalma üzrə dərc etdikləri. Başlıq bizim oxunuşumuzdur, altındakı mətn isə sifarişçinindir, dəyişilmədən.
“Azərenerji” ASC tərəfindən 24.08.2026-cı il tarixində dərc edilmiş “Elektrik stansiyalar üçün müxtəlif energetik yağların satınalınması” (2026/AT/04121/V1 nömrəli müsabiqə) üzrə təchizatçı tərəfindən aşağıda qeyd olunan sorğu ünvanlanmışdır. Sorğu: Hörmətli Satınalan təşkilat, Şərtlər toplusu ilə tanış olduq. Tələblərinizdə Total, Castrol və Mobil markaları qeyd etmisiniz. Və bu markallarda olan məhsullar üzrə də çatdırılma müddəti 20-25 gün tələb edilmişdir. Məhsulların Azərbaycana gəlməsi üçün 20-25 gün çox az bir müddətdir. Bu məhsulların da əksəriyyəti Azərbaycan bazarında olmayan məhsullardır. İlk məhsulun tələbatı Müqavilə bağlanıldıqdan sonra 60 gün sonra verilməsi tələb olunacaqsa 20-25 gün tələbiniz uyğun gəlir. Əgər sifariş 60 gündən az müddət ərzində veriləcəksə 20-25 gün tələbiniz uyğun deyil. Əsasən də birbaşa marka tələbiniz olduğu üçün. Əgər marka tələbiniz olmasaydı yerli məhsulların təqdim edilməsi üçün 20-25 gün çatdırılma müddəti tələbini düzgün hesab etmək olardı. Çatdırılma müddəti ilə bağlı açıqlama vermənizi xahiş edirik. Cavab: Hörmətli təchizatçı. Əsas şərtlər toplusunda malların çatdırılma müddəti (20-25 gün) ilə bağlı göndərdiyiniz sorğuya baxılmışdır. Bildirmək istərdik ki, qeyd olunan müddətlərin reallığını və tərəfimizdən müəyyən edilən şərtlərin əsaslı olduğunu diqqətinizə çatdırmaq üçün aşağıdakı amilləri nəzərə almağınızı xahiş edirik: Sözügedən malların böyük əksəriyyətinin, təcrübəmizə və indiyədək əməkdaşlıq etdiyimiz tərəfdaş şirkətlərin yerli anbar göstəricilərinə əsasən, daxili bazarda hazır vəziyyətdə mövcud olduğu müəyyən edilmişdir. Siyahıda qeyd olunan hər hansı spesifik məhsul yerli bazarda tapılmasa belə bu növ mallar xarici istehsalçıların anbarlarında hazır vəziyyətdədir və logistika baxımından heç bir risk yaratmır. Mövcud logistik göstəricilər qonşu ölkələrdən (məsələn, Türkiyə və ya Rusiya) çatdırılma üçün təxminən 10 gün, Avropa ölkələrindən isə ortalama 15-18 günün kifayət etdiyini təsdiqləyir. Bu reallıq bütövlükdə nəzərdə tutulan 20-25 günlük tədarük müddətinin tamamilə real, əsaslı və icraolunan olduğunu sübut edir. Marka tələbimiz haqqında bildiririk ki, tender müsabiqəsində göstərilən malların, əsasən mövcud avadanlıqlar üçün alınması nəzərdə tutulmuşdur. Həmin avadanlıqların bir hissəsi zəmanət müddətində, digər hissəsi isə servis öhdəliyində olması səbəbindən avadanlıqların istehsalçı şirkəti tərəfindən qətiyyətlə və birmənalı olaraq siyahıda qeyd olunan yağlardan istifadə edilməsi tələb olunur, əks halda həmin avadanlıqlar üzrə istehsalçının zəmanət və servis öhdəlikləri birtərəfli qaydada ləğv edilir. Bundan başqa qeyd etmək istərdik ki, hal-hazırda mövcud avadanlıqlardan bəzilərində siyahıda göstərilən yağlar istifadə olunarkən, təbii hal olaraq yağ itkisi baş verir və həmin avadanlıqlara yağ əlavə edilməsi (Top-up/Доливка масла) tələb olunduqda eyni marka-model yağdan istifadə etmək zəruridir. Əks halda, analoq yağ istifadəsi üçün, avadanlıq tam şəkildə mövcud yağdan azad edilərək yuyulmalı, daha sonra analoq olaraq nəzərdə tutulan yağ ilə əvəz edilməlidir. Bu da öz növbəsində maliyyə cəhətdən səmərəli deyildir. Nümunə izah: Hər hansı bir avadanlığın tutumunun 20 000 litr olduğunu nəzərə alsaq, itki və azalma baş verdiyi üçün 1 000 litr əlavə olunmalıdır. Lakin analoq yağ mövcud yağın əvəzinə istifadə olunacaqsa, 20 000 litr yağ boşaldılmalı, avadanlığın yağ sistemi xüsusi kimyəvi maddələr ilə yuyulmalı və sonra yenidən 20 000 litr nəzərdə tutulan yeni analoq yağ satınalınmalıdır. Hörmətlə, satınalma komissiyası.