Sifarişçi: "SU VƏ MELİORASİYA KOMPLEKSİNİN LAYİHƏLƏNDİRİLMƏSİ İNSTİTUTU" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 1 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
28 satınalma, 26 müxtəlif qalib
Ən çox udan: "AZİMUT TƏCHİZAT" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 7.1%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.02% ilə 66% arasında aşağı düşüblər, medianı 7.12%.
Bu tender üçün bu 108.428 ₼ ilə 102.554 ₼ arasıdır.
37.541 ₼ məbləğindən aşağı heç kim udmayıb.
275 ₼
Sənədlər 25 ₼ + iştirak 250 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | İri ölçülü SUV/krossover tipli plug-in hibrid xidməti minik avtomobil 2025-ci il və ya daha yeni istehsal ili olan, yeni, istismar olunmamış, iri ölçülü SUV/krossover tipli, minimum 6 oturacaqlı plug-in hibrid xidməti minik avtomobili olmalıdır. Avtomobilin uzunluğu 5000–5350 mm, eni 1900–2050 mm, hündürlüyü 1700–1900 mm, təkər bazası 2950–3250 mm, yerdən hündürlüyü (klirensi) 150–240 mm aralığında olmalı və zavod istehsalı qara rəngdə təqdim edilməlidir. Güc qurğusu minimum 1,5 litr həcmli benzin mühərriki və bir və ya bir neçə elektrik mühərrikindən ibarət, xarici elektrik şəbəkəsindən doldurula bilən plug-in hibrid sistem olmalı, avtomobil tam ötürücülü və avtomatik idarə olunan gücötürmə sisteminə malik olmalıdır. Hibrid sistemin ümumi maksimal gücü minimum 250 kVt, dartı batareyasının tutumu minimum 30 kVt·saat, tam elektrik rejimində yürüş məsafəsi CLTC, WLTC, WLTP və ya digər rəsmi ölçmə standartı üzrə minimum 120 km olmalı və DC sürətli enerji doldurma funksiyası mövcud olmalıdır. Avtomobil ABS, EBD, ESP/ESC və ya ekvivalent sabitlik sistemi, təkər təzyiqinə nəzarət sistemi, ön, yan və pərdə tipli minimum 6 təhlükəsizlik hava yastığı, 360° ətraf görüntü kamera sistemi, ön və arxa parklama sensorları, adaptiv kruiz-kontrol, avtomatik fövqəladə əyləc, zolaqda hərəkətin saxlanılması və kor zona xəbərdarlığı funksiyaları ilə təchiz edilməlidir. Avtomobildə LED işıqlandırma sistemi, panoramik şüşə dam, elektriklə idarə olunan baqaj qapağı, açarsız daxilolma və düymə ilə işə salınma sistemi, dəri və ya ekvivalent süni dəri üzlüklü, elektriklə tənzimlənən, isitmə və havalandırma funksiyalı sürücü və ön sərnişin oturacaqları, minimum 3 zonalı avtomatik iqlim nəzarət sistemi, sensorlu multimedia ekranı, rəqəmsal cihazlar paneli, Bluetooth bağlantısı, USB/Type-C girişləri, simsiz mobil telefon enerji doldurma paneli və minimum R20 ölçülü yüngül lehimli disklər olmalıdır. İddiaçı təklif etdiyi avtomobilin marka, model, modifikasiya və ya versiyasını, istehsal ilini, əsas texniki göstəricilərini və komplektasiyasını istehsalçının rəsmi kataloqu, texniki məlumat vərəqi və ya digər rəsmi texniki sənədlərlə təsdiq etməlidir. Avtomobil istehsalçının və ya Azərbaycan Respublikasında həmin marka üzrə rəsmi distribyutorun qüvvədə olan zəmanət şərtləri ilə təqdim edilməli, zəmanət müddəti, yürüş limiti və zəmanət xidmətinin həyata keçiriləcəyi rəsmi servis mərkəzinin məlumatları təklifdə göstərilməli, zəmanəti təsdiq edən rəsmi sənəd avtomobil təhvil verilərkən təqdim edilməli, zəmanət müddətində servis xidməti və ehtiyat hissələri ilə təmin olunmalıdır. Avtomobilin dövlət qeydiyyatı, texniki pasportlaşdırılması, dövlət nömrə nişanlarının alınması və digər zəruri sənədləşmə işləri təchizatçı tərəfindən həyata keçirilməlidir və bununla bağlı bütün xərclər təklif qiymətinə daxil edilməlidir | 1 | ədəd |
Satınalmalarının 28 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 03 noy 2025
son qələbə 22 okt 2025
son qələbə 17 sen 2026
son qələbə 14 sen 2026
son qələbə 14 sen 2026