Sifarişçi: "İCTİMAİ SƏHİYYƏ VƏ İSLAHATLAR MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 10 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
5 satınalma, 3 müxtəlif qalib
Ən çox udan: "MEDİCAL MEDİA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (2, 40%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.1% ilə 68.15% arasında aşağı düşüblər, medianı 27.19%.
Bu tender üçün bu 277.917 ₼ ilə 230.023 ₼ arasıdır.
100.621 ₼ məbləğindən aşağı heç kim udmayıb.
375 ₼
Sənədlər 25 ₼ + iştirak 350 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Sağlamlığı Təşviq edən Məktəblərin yaradılması’ layihəsi çərçivəsində yeni 4 SHE məktəbin yaradılması məqsədilə ÜST metodologiyasına əsasən qiymətləndirmənin aparılması və prioritetlərin müəyyən edilməsi. Həmçinin, ÜST SHE metodologiyasına uyğun metodik qiymətləndirmənin və SHE alətinin hazırlanması. Uşaqlara sağlam həyat tərzinin əhəmiyyətini aşılamaq və bu istiqamətdə təşviqi təmin etmək məqsədilə İSİM-in “Sağlamlığı Təşviq edən Məktəblər” layihəsi çərçivəsində 177, 110, 149 və 5 nömrəli tam orta ümumtəhsil məktəblərində mütəmadi maarifləndirmə təlimləri həyata keçirilməlidir. Təlimlər 2017-ci ildə ÜST tərəfindən müəyyən edilmiş master trenerlər tərəfindən aparılmalıdır. “Sağlamlığı Təşviq edən Məktəblər” layihəsinə daxil olan məktəblərin sayının artırılması məqsədilə 32, 46 və 158 nömrəli tam orta ümumtəhsil məktəbləri, eləcə də “Ankara Məktəbi” məktəb-liseyi layihəyə daxil edilməlidir. İctimai səhiyyə ekspertləri tərəfindən yeni seçilmiş məktəblərdə qiymətləndirmə aləti vasitəsilə qiymətləndirmələr aparılmalı və prioritet mövzular müəyyən edilməlidir. Monitorinqlər başa çatdıqdan sonra yeni seçilmiş məktəblərdə sağlam həyat tərzinin təşviqinə yönəlmiş tədbirlər, o cümlədən fiziki aktivlik festivalları, yarışmalar və sağlamlıq viktorinaları keçirilməlidir. Tədbirlər üçün zəruri idman inventarları, texniki avadanlıqlar və maarifləndirici materiallar təmin edilməlidir. Tədbirlərdə iştirak edən şəxslərin qeydiyyatı aparılmalı, görülmüş işlərə dair foto-video materiallar və yekun hesabat sifarişçiyə təqdim edilməlidir. Tədbirlərin Bakı şəhərində yerləşən minimum 4 ulduzlu otellərdən birində, şəhər mərkəzindən ən çoxu 3 km məsafədə keçirilməsi nəzərdə tutulmalıdır. Hər tədbir üçün müvafiq məkan təmin edilməli, açıq bufet təşkil olunmalı, iştirakçılar üçün qazlı və qazsız mineral sular, təbii şirələr və digər qida məhsulları təqdim edilməlidir.. Qida məhsullarının son istifadə müddəti tədbirin keçiriləcəyi tarixdən etibarən ən azı 6 ay olmalıdır. Tədbirin keçiriləcəyi məkanın AQTA tərəfindən verilmiş qüvvədə olan müvafiq gigiyenik və uyğunluq sənədləri təqdim edilməlidir. | 4 | ədəd |
| 2 | Uşaqların zorakılıq, cinsi istismar və sui-istifadədən, o cümlədən rəqəmsal mühitdə qorunması’ adlı metodik vəsait əsasında pediatrlar üçün təlimlərin keçirilməsi BBSİ-yə müraciət edilərək Bakı şəhərində yerləşən poliklinikalarda çalışan pediatrların siyahısı müəyyən edilməli və onların mövzuya dair təlimlərdə iştirakına müvafiq icazə alınmalıdır. Ümumilikdə 3 təlimin, hər biri 2 tam gün olmaqla, 20 nəfər iştirakçı üçün keçirilməsi nəzərdə tutulur. Təlimlər 3 təlimçi tərəfindən aparılmalıdır. Layihə ictimai səhiyyə sahəsində xüsusi bilik, ixtisas və təcrübəyə malik, dövlət və beynəlxalq təşkilatlarla, universitetlər və elmi-tədqiqat institutları ilə əməkdaşlıq təcrübəsi olan ekspertlər tərəfindən icra edilməlidir. Təlimlər əvvəlcədən Davamlı Tibbi Təhsil (DTT) balları ilə akkreditasiya olunmalıdır. Görülmüş işlər haqqında KİV-lərdə, həmçinin İSİM-in Facebook və Instagram səhifələrində məlumatlandırma və işıqlandırma təmin edilməlidir. Təlimlərin Bakı şəhərində yerləşən 5 ulduzlu otellərdən birində keçirilməsi nəzərdə tutulur. Ümumilikdə 6 təlim, hər biri 1 tam gün olmaqla, 6 gün davam etməlidir. Təlimlərin keçirilməsi üçün hər gün 100 nəfər iştirakçının yerləşə biləcəyi tədbir zalı ayrılmalı, zal təlim prosesinin səmərəli təşkili üçün zəruri mebel və texniki avadanlıqlarla təmin edilməlidir. Təlim günündən 12 saat əvvəl sınaq prosesi üçün zəruri texniki avadanlıqlar təmin edilməlidir. Avadanlıqlara səsləndirmə sistemi, 4 ədəd əl mikrofonu, 3 ədəd masaüstü mikrofon, 1 ədəd suflyor və minimum 30 Mbit/s sürətində internetə çıxış daxil olmalıdır. Təlim zalında təlimə dair məlumatların elektron qaydada nümayiş etdirilməsi üçün ekran, 1 ədəd ağ rəngli tribuna, moderator və təlimçilər üçün 2 ədəd krem rəngli kreslo, 2 ədəd krem rəngli elektron masa və 3 ədəd stolüstü mikrofon (2-si moderatorlar, 1-i tribuna üçün) təmin edilməlidir. Hər təlim günü 100 nəfər üçün otelin foyesində 2 dəfə çay/kofe fasiləsi, otelin restoranında isə 1 dəfə nahar təşkil edilməlidir. Qidalanma xidmətləri təlimin ümumi gedişinə mane olmamaq şərtilə həyata keçirilməlidir. Təlimlər üçün aşağıdakı loqolu promo materiallar hazırlanaraq təqdim edilməlidir: * Loqolu buklet – 6 000 ədəd * Loqolu broşür – 600 ədəd * Loqolu bloknot – 600 ədəd * Loqolu qələm – 600 ədəd * Loqolu qeyd dəftəri – 600 ədəd * Loqolu sertifikat qovluğu – 600 ədəd * Loqolu iştirakçı boyunbağı (lanyard) – 600 ədəd * Loqolu iştirakçı nişanı (badge) – 600 ədəd Təlim proqramı, iştirakçı qeydiyyat siyahıları, DTT akkreditasiya sənədi, iştirakçı sertifikatları və yekun hesabat sifarişçiyə təqdim edilməlidir. | 6 | gün |
| 3 | İSİM tərəfindən həyata keçirilən ‘Selektiv Abort’ tədqiqatının nəticələrinə dair dəyirmi masanın keçirilməsi İSİM-də aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 40 nəfər üçün birgünlük tədbir təşkil edilməlidir. Tədbirdə iştirak edəcək qonaqların siyahısı İSİM tərəfindən təsdiq edilməlidir. Tədbir çərçivəsində bütün iştirakçılara sənət toplusu təqdim edilməlidir. Tədbirin Bakı şəhərində yerləşən minimum 5 ulduzlu otellərdən birində keçirilməsi nəzərdə tutulur. Tədbirin keçirilməsi üçün 200 nəfərin yerləşə biləcəyi konqres zalı ayrılmalı və zəruri mebel və texniki avadanlıqlarla təmin edilməlidir. Tədbir günündən 12 saat əvvəl sınaq prosesi üçün zəruri texniki avadanlıqlar təmin edilməlidir. Avadanlıqlara səsləndirmə sistemi, 4 ədəd əl mikrofonu, 3 ədəd masaüstü mikrofon, 1 ədəd suflyor və minimum 30 Mbit/s sürətində internetə çıxış daxil olmalıdır. Konqres zalında tədbirlə bağlı məlumatların elektron qaydada nümayiş etdirilməsi üçün ekran, 1 ədəd ağ rəngli tribuna, moderator və məruzəçilər üçün 2 ədəd krem rəngli kreslo, 2 ədəd krem rəngli elektron masa və 3 ədəd stolüstü mikrofon (2-si moderatorlar, 1-i tribuna üçün) təmin edilməlidir. Konqres zalında 200 nəfər üçün uyğun oturacaq düzülüşü təmin edilməlidir. Tədbirin ümumi gedişinə mane olmamaq şərtilə, bütün iştirakçılar üçün 2 dəfə çay/kofe fasiləsi otelin foyesində, 1 dəfə nahar isə otelin restoranında təşkil edilməlidir. Tədbir üzrə iştirakçı siyahısı, foto-video materiallar və görülmüş işlərə dair yekun hesabat sifarişçiyə təqdim edilməlidir. | 40 | nəfər |
| 4 | İxtioz və bullyoz epidermolizdən əziyyət çəkən şəxslərin aşkarlanması, xəstəliklərin profilaktikası və müalicəsi üzrə müvafiq tibb müəssisələrində çalışan tibb işçilərinin peşə bilik və bacarıqlarının artırılması. Bakı Baş Səhiyyə İdarəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan həkim və tibb bacıları üçün Davamlı Tibbi Təhsil (DTT) balları ilə akkreditasiya olunmuş 5 təlim təşkil edilməlidir. Hər təlim 1 tam gün olmaqla, 50 nəfər iştirakçı üçün keçirilməli, ümumilikdə 250 iştirakçı yeri təmin edilməlidir. Təlimlər ictimai səhiyyə sahəsində xüsusi bilik, ixtisas və təcrübəyə malik, dövlət və beynəlxalq təşkilatlarla, universitetlər və elmi-tədqiqat institutları ilə əməkdaşlıq təcrübəsi olan ekspertlər tərəfindən aparılmalıdır. Təlim iştirakçıları üçün müvafiq təlim materialları hazırlanaraq paylanılmalıdır. Təlimlər Bakı şəhərində yerləşən otellərdən birində keçirilməli, hər təlim günü 50 nəfər iştirakçı üçün səhər yeməyi, 2 dəfə çay/kofe fasiləsi və 1 dəfə nahar xidməti təchizatçı tərəfindən təmin edilməlidir. Hər təlim üzrə iştirakçıların qeydiyyat siyahısı, təlim proqramı, DTT akkreditasiya sənədi və görülmüş işlərə dair yekun hesabat sifarişçiyə təqdim edilməlidir. | 5 | gün |
| 5 | HPV peyvəndinin ölkəmizdə tətbiqi istiqamətində görülən işlər çərçivəsində tibb işçilərinin ‘İnsan Papilloma Virusu (HPV) infeksiyası’ mövzusunda maarifləndirilməsi. Bakı Baş Səhiyyə İdarəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan həkim və tibb bacıları üçün Davamlı Tibbi Təhsil (DTT) balları ilə akkreditasiya olunmuş 5 təlim təşkil edilməlidir. Hər təlim 1 tam gün olmaqla, 50 nəfər iştirakçı üçün keçirilməli, ümumilikdə 250 iştirakçı yeri təmin edilməlidir. Təlimlər ictimai səhiyyə sahəsində xüsusi bilik, ixtisas və təcrübəyə malik, dövlət və beynəlxalq təşkilatlarla, universitetlər və elmi-tədqiqat institutları ilə əməkdaşlıq təcrübəsi olan ekspertlər tərəfindən aparılmalıdır. Təlimlər Bakı şəhərində yerləşən otellərdən birində keçirilməli, hər təlim üçün 50 nəfər iştirakçının yerləşə biləcəyi tədbir zalı ayrılmalı və zəruri avadanlıqlarla təmin edilməlidir. Hər təlim günü 50 nəfər iştirakçı üçün səhər yeməyi, 2 dəfə çay/kofe fasiləsi və 1 dəfə nahar xidməti təchizatçı tərəfindən təşkil edilməlidir. Hər təlim üçün ayrıca 50 nəfər iştirakçıya təqdim edilmək üçün loqolu promo materiallar hazırlanmalı və fərdi qaydada paylanılmalıdır. Hər təlim üzrə iştirakçıların qeydiyyat siyahısı, təlim proqramı, DTT akkreditasiya sənədi və görülmüş işlərə dair yekun hesabat sifarişçiyə təqdim edilməlidir. | 5 | gün |
| 6 | Tibbi təhsil alan gənclər və səhiyyə könüllüləri arasında təlimlərin keçirilməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi. ATU tələbələri, o cümlədən ictimai səhiyyəyə maraq göstərən tələbə-gənclər və səhiyyə könüllülərinin iştirakı ilə müxtəlif mövzularda təlim və görüşlər təşkil edilməlidir. Tədbirlər çərçivəsində səhiyyə sistemindəki yeni innovativ vasitələr (mobil tətbiqlər, internet saytları və s.), sorğu-tədqiqatların məqsədi, aparılma qaydası və nəticələri barədə iştirakçılara ətraflı məlumat verilməlidir. Təlim və görüşlər ictimai səhiyyə sahəsində müvafiq bilik və təcrübəyə malik mütəxəssislər tərəfindən aparılmalı, proqram və təqdimat materialları əvvəlcədən hazırlanmalıdır. İştirakçıların qeydiyyatı aparılmalı, təlim materialları və zəruri texniki avadanlıqlar təmin edilməlidir. Tədbirlər zamanı interaktiv müzakirələr, praktiki məşğələlər və sual-cavab sessiyaları təşkil edilməlidir. İştirakçılara səhiyyə sahəsində innovativ həllərdən istifadə qaydaları və sorğu-tədqiqatlarda iştirak imkanları izah edilməlidir. Tədbirlərin keçirilməsi üçün məkan, texniki təminat və zəruri təşkilati işlər təmin edilməlidir. Tədbirlər başa çatdıqdan sonra iştirakçı siyahıları, foto-video materiallar və görülmüş işlərə dair yekun hesabat sifarişçiyə təqdim edilməlidir. | 5 | ədəd |
| 7 | Tütünlə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbirləri Müxtəlif qurumlar ilə əməkdaşlıq çərçivəsində sağlam həyat tərzi, o cümlədən tütünçəkmə, sağlamlıq hüquqları və digər aidiyyəti mövzulara dair təlimlərin keçirilməsi Bakı şəhərində 5 təhsil ocağı və institut, regionlarda isə 5 universitet və institut əhatə olunmaqla maarifləndirmə tədbirləri təşkil edilməlidir. Tədbirlərin keçirilməsi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən müvafiq razılıq alınmalı və təhsil müəssisələri ilə əməkdaşlıq təmin edilməlidir. Təlimlər ictimai səhiyyə sahəsində xüsusi bilik, ixtisas və təcrübəyə malik, dövlət və beynəlxalq təşkilatlarla, universitetlər və elmi-tədqiqat institutları ilə əməkdaşlıq təcrübəsi olan ekspertlər tərəfindən aparılmalıdır. Təlim proqramları və təqdimat materialları hazırlanmalı, iştirakçıların qeydiyyatı aparılmalı, zəruri texniki və təşkilati təminat həyata keçirilməlidir. Tədbirlər zamanı interaktiv müzakirələr və sual-cavab sessiyaları təşkil edilməlidir. Regionlarda keçiriləcək təlimlər üçün 2 nəfər üzrə ümumilikdə 20 ezamiyyə günü nəzərdə tutulmalıdır. Ezamiyyə ilə bağlı nəqliyyat, yaşayış və digər zəruri xərclər təmin edilməlidir. Tədbirlər başa çatdıqdan sonra iştirakçı siyahıları, foto-video materiallar və görülmüş işlərə dair yekun hesabat sifarişçiyə təqdim edilməlidir. | 10 | ədəd |
| 8 | Reproduktiv sağlamlıq mövzusunda məlumatlandırma təlimləri Bakı və regionlarda 8-10-cu sinif şagirdləri üçün (oğlan və qızlar üçün ayrı-ayrılıqda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən müvafiq razılıq alınmaqla, əməkdaşlıq çərçivəsində Bakı şəhəri üzrə 20 ümumtəhsil müəssisəsinin siyahısı müəyyən edilməlidir. Həmin müəssisələrin 8–10-cu sinif şagirdləri üçün oğlan və qızlar ayrı-ayrılıqda olmaqla maarifləndirmə tədbirləri keçirilməlidir. Hər təlimdə ən azı 20 nəfərin iştirakı təmin edilməlidir. Mövzuya uyğun 2 növ buklet və broşür hazırlanmalı, İSİM tərəfindən təsdiq edildikdən sonra hər növdən 3 000 ədəd olmaqla çap edilməlidir. Maarifləndirmə materialları təlimlər zamanı iştirakçılara paylanılmalıdır. Təlimlər ictimai səhiyyə sahəsində xüsusi bilik, ixtisas və təcrübəyə malik, dövlət və beynəlxalq təşkilatlarla, universitetlər və elmi-tədqiqat institutları ilə əməkdaşlıq təcrübəsi olan 2 ekspert tərəfindən aparılmalıdır. Təlimlərin təşkili üçün nəqliyyat, foto-video çəkiliş və fasilitasiya xidmətləri təmin edilməlidir. Təlim proqramı, iştirakçı siyahıları, foto-video materiallar və yekun hesabat sifarişçiyə təqdim edilməlidir. | 10 | ədəd |
| 9 | Məktəbli uşaqlar arasında bullinq, psixi zorakılıq, psixi sağlamlıq mövzusunda maarifləndirmə təlimləri təşkil olunub keçirilməlidir Məktəbli uşaqlar arasında bullinq (psixi zorakılıq) mövzusunda maarifləndirmə təlimləri təşkil edilməlidir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən müvafiq razılıq alınmalı və əməkdaşlıq çərçivəsində Bakı şəhəri üzrə 10 ümumtəhsil müəssisəsinin siyahısı müəyyən edilməlidir. Mövzuya uyğun buklet və broşürlər hazırlanmalı, İSİM tərəfindən təsdiq edildikdən sonra iki növdən hər birinin 3 000 ədəd olmaqla çapı təmin edilməlidir. Maarifləndirmə materialları təlimlər zamanı iştirakçılara paylanılmalıdır. Təlimlər ictimai səhiyyə sahəsində xüsusi bilik, ixtisas və təcrübəyə malik, dövlət və beynəlxalq təşkilatlarla, universitetlər və elmi-tədqiqat institutları ilə əməkdaşlıq təcrübəsi olan 2 ekspert tərəfindən aparılmalıdır. Təlimlərin təşkili üçün nəqliyyat, foto-video çəkiliş və fasilitasiya xidmətləri təmin edilməlidir. Təlim proqramı, iştirakçı siyahıları, foto-video materiallar və görülmüş işlərə dair yekun hesabat sifarişçiyə təqdim edilməlidir. Təlimlər zamanı uşaqların yaş xüsusiyyətləri nəzərə alınmalı, onların təhlükəsizliyi və şəxsi məlumatlarının məxfiliyi qorunmalıdır. Bullinq halları ilə bağlı müraciətlərin yönləndirilməsi və müvafiq dəstək mexanizmləri barədə iştirakçılara məlumat verilməlidir. | 10 | gün |
| 10 | Süd vəzi xərçənginin profilaktikasına dair fabrik və zavodlarda çalışan qadınlar üçün maarifləndirmə tədbiri 5 fabrik və zavodun rəhbərliyi ilə əvvəlcədən razılıq əldə edilməli, onların müəyyən etdiyi gün və saatlarda işçilər üçün maarifləndirmə tədbirləri təşkil olunmalıdır. Hər tədbirdə 100 nəfər iştirakçının iştirakı təmin edilməlidir. Təlimlər ictimai səhiyyə sahəsində xüsusi bilik, ixtisas və təcrübəyə malik, dövlət və beynəlxalq təşkilatlarla, universitetlər və elmi-tədqiqat institutları ilə əməkdaşlıq təcrübəsi olan ekspert, eləcə də Milli Onkologiya Mərkəzinin həkim-eksperti tərəfindən aparılmalıdır. Tədbirlərin keçirilməsi üçün 200 nəfərlik tədbir zalı ayrılmalı, hər tədbir üzrə iştirakçılar üçün 2 dəfə çay/kofe fasiləsi və 1 dəfə nahar xidməti təmin edilməlidir. Tədbirlərin təşkili çərçivəsində nəqliyyat, foto-video çəkiliş və fasilitasiya xidmətləri də göstərilməlidir. Təlimdən sonra tədbir iştirakçıları portativ Doppler cihazı vasitəsilə müvafiq skrininq müayinəsindən keçirilməli, nəticələrə uyğun olaraq həkim tərəfindən məsləhət və tövsiyələr verilməlidir. Müayinələr müvafiq ixtisaslı tibb işçiləri tərəfindən aparılmalı, tibbi məlumatların məxfiliyi qorunmalıdır. Mövzuya uyğun buklet və broşürlər hazırlanmalı, İSİM tərəfindən təsdiq edildikdən sonra hər növdən 3 000 ədəd olmaqla çap edilməli və tədbirlər zamanı iştirakçılara paylanılmalıdır. Hər tədbir üçün ayrıca aşağıdakı loqolu promo materiallar hazırlanaraq təqdim edilməlidir: * Loqolu buklet – 200 ədəd * Loqolu broşür – 200 ədəd * Loqolu bloknot – 200 ədəd * Loqolu qələm – 200 ədəd * Loqolu qeyd dəftəri – 200 ədəd * Loqolu sertifikat qovluğu – 200 ədəd * Loqolu iştirakçı boyunbağı (lanyard) – 200 ədəd * Loqolu iştirakçı nişanı (badge) – 200 ədəd Təlim proqramı, iştirakçı siyahıları, foto-video materiallar və görülmüş işlərə dair yekun hesabat sifarişçiyə təqdim edilməlidir. | 5 | ədəd |
| 11 | Ətraf mühit və iqlim dəyişiklikləri mövzusunda məktəblərdə maarifləndirmə tədbiri. Ətraf mühitin mühafizəsi və iqlim dəyişiklikləri mövzusunda maarifləndirmə tədbirləri təşkil edilməlidir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müvafiq razılıqlar əldə edilməli və əməkdaşlıq çərçivəsində Bakı şəhəri üzrə 10 ümumtəhsil müəssisəsində tədbirlər keçirilməlidir. Təlimlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsinin iştirakı təmin edilməli, ətraf mühitin mühafizəsi, iqlim dəyişiklikləri və elektron tullantıların düzgün idarə olunması barədə məlumat verilməlidir. Hər təlimdə ən azı 20 nəfərin iştirakı təmin edilməlidir. Təlimlər ictimai səhiyyə və ətraf mühit sahəsində müvafiq bilik, ixtisas və təcrübəyə malik, dövlət və beynəlxalq təşkilatlarla, universitetlər və elmi-tədqiqat institutları ilə əməkdaşlıq təcrübəsi olan ekspert tərəfindən aparılmalıdır. Mövzuya uyğun maarifləndirici buklet hazırlanmalı və çap edilməlidir. Tədbirlər zamanı iştirakçılara maarifləndirici və promo materiallar paylanılmalıdır. Maarifləndirmə və çap materialları: Loqolu brelok – 2 200 ədəd Loqolu bloknot – 1 700 ədəd Loqolu çanta – 2 500 ədəd Loqolu qələm – 4 000 ədəd Mövzuya dair buklet – 10 000 ədəd Tədbirlərin təşkili üçün zəruri nəqliyyat, texniki və təşkilati təminat həyata keçirilməlidir. Təlim proqramı, iştirakçı siyahıları, foto-video materiallar və görülmüş işlərə dair yekun hesabat sifarişçiyə təqdim edilməlidir. | 10 | ədəd |
| 12 | Rəqəmsal savadlıq: məktəblilər arasında oyun asılılığı və oturaq həyat tərzi ilə bağlı maarifləndirmə tədbirləri. Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Bakı şəhərində yerləşən 10 ümumtəhsil müəssisəsində maarifləndirmə tədbirləri təşkil edilməlidir. Hər bir təlimdə iştirakçı sayı minimum 20 nəfər olmalıdır. Təlim mövzusuna uyğun buklet və broşürlər hazırlanmalı, İSİM tərəfindən təsdiq edildikdən sonra çap olunmalıdır. İki növ maarifləndirmə materialının hər birindən 3 000 ədəd olmaqla, ümumilikdə 6 000 ədəd çap edilməli və təlimlər zamanı iştirakçılara paylanılmalıdır. Təlimlər ictimai səhiyyə sahəsində xüsusi bilik, müvafiq ixtisas və təcrübəyə malik, dövlət və beynəlxalq təşkilatlar, universitetlər və elmi-tədqiqat institutları ilə əməkdaşlıq təcrübəsi olan iki ekspert tərəfindən keçirilməlidir. Təlimlərin təşkili üçün zəruri nəqliyyat, foto-video çəkiliş və fasilitasiya xidmətləri təmin edilməlidir. | 10 | ədəd |
| 13 | Bakı şəhəri və Sumqayıtda yerləşən internatlarda “Sağlam həyat tərzi’nin təbliği məqsədilə tədbirlərin təşkili. Təhsil Nazirliyi ilə razılıq əldə edilməklə, əməkdaşlıq çərçivəsində Bakı şəhəri və Sumqayıt şəhərində yerləşən internat müəssisələrinin siyahısı müəyyən edilməlidir. Müəyyən edilmiş internatlarda maarifləndirmə tədbirləri təşkil olunmalı və hər bir təlimdə iştirakçı sayı minimum 20 nəfər olmalıdır. Təlimlər zamanı iştirakçılara mövzuya uyğun maarifləndirmə materialları və aşağıda qeyd olunan loqolu suvenirlər paylanılmalıdır. Təlimlər ictimai səhiyyə sahəsində xüsusi bilik, müvafiq ixtisas və təcrübəyə malik, dövlət və beynəlxalq təşkilatlar, universitetlər və elmi-tədqiqat institutları ilə əməkdaşlıq təcrübəsi olan iki ekspert tərəfindən keçirilməlidir. İnternat müəllimləri üçün 130/80 göstəricisi üzrə skrininq müayinələri aparılmalıdır. Təlimlərin təşkili üçün zəruri nəqliyyat, foto-video çəkiliş və fasilitasiya xidmətləri təmin edilməlidir. Ümumilikdə 1 200 nəfərin daşınması üçün nəqliyyat xidməti təşkil olunmalıdır. Maarifləndirmə və suvenir materialları: Loqolu brelok – 1 200 ədəd Loqolu bloknot – 1 200 ədəd Loqolu çanta – 1 200 ədəd Loqolu qələm – 1 200 ədəd Mövzuya uyğun buklet – 1 200 ədəd | 30 | gün |
| 14 | “Sağlam Gənc!” şüarı altında 10 ali təhsil müəssisəsində məlumatlandırma tədbirlərinin keçirilməsi və skrininqlərin aparılması. Təhsil Nazirliyi və müvafiq universitet və institutların rektorları ilə razılıq əldə edilməklə, Bakı şəhərində yerləşən 5, regionlarda yerləşən isə 5 universitet və institutda olmaqla, ümumilikdə 10 ali təhsil müəssisəsində maarifləndirmə tədbirləri təşkil edilməlidir. Maarifləndirmə tədbirləri iki hissədən ibarət olmalıdır: Təlim hissəsi: Diabet, sağlam qidalanma, sağlam həyat tərzi, diabetin risk amilləri və profilaktikası, fiziki aktivliyin əhəmiyyəti barədə məlumatlandırma aparılmalıdır. Skrininq müayinələri: İştirakçıların qanda şəkər miqdarının müəyyən edilməsi və qan təzyiqinin ölçülməsi təmin edilməlidir. Müayinələrin nəticələrinə uyğun olaraq, zərurət yarandıqda iştirakçılara müvafiq tibb müəssisələrinə müraciət etmələri tövsiyə olunmalıdır. Tədbirlər zamanı ÜST-nin müvafiq monitorinq alətlərindən istifadə edilməklə sağlam həyat tərzinə dair sorğu keçirilməli, sorğunun nəticələri toplanmalı və təhlil edilməlidir. Təlim və skrininq müayinələrinin təşkili üçün zəruri tibbi avadanlıq, ləvazimatlar, texniki və təşkilati təminat, eləcə də foto-video çəkiliş və fasilitasiya xidmətləri nəzərdə tutulmalıdır. Tədbirlərin keçirilməsi üçün ekspertlərin 10 ezam günü və bununla bağlı müvafiq ezamiyyə xərcləri nəzərə alınmalıdır. Tədbirlərin yekununda iştirakçı siyahıları, skrininq və sorğu nəticələrinin ümumiləşdirilmiş hesabatı, foto-video materiallar və yekun hesabat təqdim edilməlidir. | 10 | ədəd |
| 15 | Sağlam ətraf mühit: plastik tullantıların düzgün atılması və təkrar emalı ilə bağlı məktəblilər üçün maarifləndirmə təlimləri Təhsil Nazirliyi ilə razılıq əldə edilməklə və əməkdaşlıq çərçivəsində Bakı şəhərində yerləşən 10 ümumtəhsil müəssisəsinin siyahısı müəyyən edilməli və həmin müəssisələrdə maarifləndirmə tədbirləri təşkil olunmalıdır. Təlimlərin mövzusuna uyğun buklet və broşürlər hazırlanmalı, İSİM tərəfindən təsdiq edildikdən sonra çap olunmalıdır. İki növ maarifləndirmə materialının hər birindən 3 000 ədəd olmaqla, ümumilikdə 6 000 ədəd çap edilməli və təlimlər zamanı iştirakçılara paylanılmalıdır. Təlimlər ictimai səhiyyə sahəsində xüsusi bilik, müvafiq ixtisas və təcrübəyə malik, dövlət və beynəlxalq təşkilatlar, universitetlər və elmi-tədqiqat institutları ilə əməkdaşlıq təcrübəsi olan iki ekspert tərəfindən keçirilməlidir. Təlimlərin təşkili və keçirilməsi üçün zəruri nəqliyyat, foto-video çəkiliş və fasilitasiya xidmətləri təmin edilməlidir. Tədbirlərin yekununda iştirakçı siyahıları, foto-video materiallar və yekun hesabat təqdim olunmalıdır | 10 | gün |
| 16 | Əhali arasında dəm qazının təhlükəsi barədə məlumatlılığın artırılması Əhali arasında dəm qazının təhlükəsi barədə məlumatlılığın artırılması, risk faktorlarının izahı və profilaktik davranışların təşviqi, zəhərlənmə hallarının və ölüm riskinin azaldılması məqsədilə 5 maarifləndirmə tədbiri təşkil edilməlidir. Tədbirlərin mövzusuna uyğun buklet və broşürlər hazırlanmalı, İSİM tərəfindən təsdiq edildikdən sonra çap olunmalıdır. İki növ maarifləndirmə materialının hər birindən 3 000 ədəd olmaqla, ümumilikdə 6 000 ədəd çap edilməli və tədbirlər zamanı iştirakçılara paylanılmalıdır. Təlimlər dəm qazı zəhərlənməsinin səbəbləri və risk faktorları, ilkin əlamətləri, profilaktik tədbirlər, təhlükəsiz davranış qaydaları və zəhərlənmə zamanı görülməli ilkin tədbirlər barədə məlumatları əhatə etməlidir. Təlimlər ictimai səhiyyə sahəsində xüsusi bilik, müvafiq ixtisas və təcrübəyə malik, dövlət və beynəlxalq təşkilatlar, universitetlər və elmi-tədqiqat institutları ilə əməkdaşlıq təcrübəsi olan iki ekspert tərəfindən keçirilməlidir. Tədbirlərin təşkili və keçirilməsi üçün zəruri nəqliyyat, foto-video çəkiliş və fasilitasiya xidmətləri təmin edilməlidir. Tədbirlərin yekununda iştirakçı siyahıları, foto-video materiallar və yekun hesabat təqdim olunmalıdır. | 5 | ədəd |
| 17 | Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) 20 illiyinə həsr olunmuş tədbir üçün video çarxın hazırlanması, çəkilişlərin olunması, video təqdimatların hazırlanması və video dəvətnamələrin hazırlanması. Professional çəkiliş Müəssisənin fəaliyyətini, xidmətlərini, infrastrukturunu və üstünlüklərini yüksək keyfiyyətlə təqdim edən peşəkar foto və video materiallar hazırlanmalıdır. Peşəkar foto çəkilişlər və video çəkilişlər həyata keçirilməli, reklam və təqdimat video çarxları, sosial media və rəqəmsal platformalar üçün qısa video kontentlər hazırlanmalıdır. Çəkilmiş materialların peşəkar montajı, rəng korreksiyası (Color Grading), səsin emalı və miksajı təmin edilməlidir. Zərurət olduqda qrafik elementlər, animasiyalar, subtitrlər və loqolar əlavə edilməli, tələb olunduqda Azərbaycan dilində titrlər hazırlanmalıdır. Texniki tələblər Video çəkiliş Minimum 4K (3840×2160) keyfiyyətində çəkiliş; Minimum 10-bit rəng dərinliyi; Peşəkar kino səviyyəli kamera (Sony FX seriyası, Canon Cinema EOS, RED, Blackmagic və ya ekvivalent); Sabit görüntü üçün gimbal və ya stabilizatorlardan istifadə; Zərurət olduqda dron çəkilişlərinin həyata keçirilməsi; Müxtəlif rakurslardan ümumi, orta və yaxın plan çəkilişləri; Peşəkar işıqlandırma avadanlıqlarından istifadə; Xarici mikrofonlarla yüksək keyfiyyətli səs yazılması. Foto çəkiliş Minimum 24 MP təsvir ölçülü peşəkar kamera; RAW formatında çəkiliş; Peşəkar retuş və rəng korreksiyası; Çap və rəqəmsal istifadə üçün yüksək keyfiyyətli JPEG formatında təqdimat. Hazırlanacaq materiallar 1 əsas təqdimat videosu (10–12 dəqiqə); 3 qısa reklam və sosial media videosu (45–60 saniyə); Minimum 100 ədəd peşəkar emal olunmuş fotoşəkil; Müxtəlif platformalar üçün uyğun formatlar (16:9, 9:16 və 1:1). Təqdimat formatı və keyfiyyət tələbləri Videolar MP4 (H.264/H.265) formatında təqdim edilməlidir; Fotoşəkillər JPEG və RAW formatlarında təqdim edilməlidir; Bütün yekun materiallar elektron daşıyıcıda və ya bulud üzərindən təqdim edilməlidir; Bütün materiallar yüksək texniki və estetik keyfiyyətə malik olmalıdır; Təsvirlərdə səs-küy, titrəmə və fokus problemləri olmamalıdır; Rənglər təbii və balanslaşdırılmış olmalıdır; Materiallar müasir video istehsalı standartlarına cavab verməlidir. Hazırlanmış bütün foto və video materiallardan istifadə və müəlliflik hüquqları sifarişçiyə məxsus olmalıdır. İcraçı sifarişçinin yazılı razılığı olmadan materiallardan istifadə edə və ya onları üçüncü şəxslərə təqdim edə bilməz. İşlər tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq müəyyən edilmiş müddətdə tam şəkildə təhvil verilməlidir. Tədbir iştirakçıları üçün: Loqolu çanta – 200 ədəd; Loqolu bloknot – 200 ədəd; Loqolu qələm – 200 ədəd; Loqolu brelok – 200 ədəd; Loqolu fleş kart – 200 ədəd; 5 × 3 m ölçüsündə bannerin hazırlanması; Fotozonanın təşkili; LED ekranın icarəsi. | 140 | |
| 18 | Benəlxalq sağlamlıq forumu keçirilməsi Beynəlxalq forumun keçirilməsi üçün 4 günlük müddətə müvafiq məkanın təmin edilməsi və tədbirin təşkili. Forum 200 nəfərin iştirakı ilə keçirilməli, hər gün iki kofe fasiləsi və nahar xidməti nəzərdə tutulmalıdır. Forumun məqsəd və mövzusuna uyğun olaraq 4 günlük proqram tərtib edilməli və İSİM ilə razılaşdırılmalıdır. Forumda iştirak edəcək ekspertlər İSİM tərəfindən müəyyən edilməli, onların qonorarları və müvafiq xərcləri nəzərə alınmalıdır. Forum çərçivəsində təlim materialları hazırlanmalı və iştirakçılara təqdim edilməlidir. Təlimlərin təşkili üçün zəruri nəqliyyat, foto-video çəkiliş və fasilitasiya xidmətləri təmin olunmalıdır. İştirakçıların 5 ulduzlu oteldə yerləşdirilməsi təmin edilməlidir. Forum iştirakçıları üçün promo materiallar hazırlanmalı və hər tədbir üçün fərdi şəkildə təqdim edilməlidir. Materiallar: Loqolu buklet – 2000 ədəd Loqolu broşür – 200 ədəd Loqolu bloknot – 200 ədəd Loqolu qələm – 200 ədəd Loqolu qeyd dəftəri – 200 ədəd Loqolu sertifikat qovluğu –2400 ədəd Loqolu iştirakçı boyunbağı (lanyard) – 200 ədəd Loqolu iştirakçı nişanı (badge) – 200 ədəd | 4 | gün |
| ədəd |
Satınalmalarının 29 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 15 iyl 2026
son qələbə 29 yan 2026
son qələbə 27 noy 2025
son qələbə 18 may 2026
son qələbə 08 may 2026