Sifarişçi: "YEVLAX RAYON MƏRKƏZİ XƏSTƏXANASI" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 8 satınalmanı 6 müxtəlif təchizatçı udub. Sahə açıqdır.
8 satınalma, 6 müxtəlif qalib
Ən çox udan: "MİNGƏÇEVİR POLİQRAFİYA MÜƏSSİSƏSİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (3, 37.5%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.02% ilə 91.69% arasında aşağı düşüblər, medianı 26.44%.
Bu tender üçün bu 11.997 ₼ ilə 9.407 ₼ arasıdır.
1.063 ₼ məbləğindən aşağı heç kim udmayıb.
51 ₼
Sənədlər 25 ₼ + iştirak 26 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Pərdə Məhsulun ümumi ölçüsü eni 2 m, hündürlüyü 2,5 m quraşdırma daxil. | 13 | ədəd |
| 2 | Pərdə Məhsulun ümumi ölçüsü eni eni 2 m, hündürlüyü 2,9 m quraşdırma daxil. | 1 | ədəd |
| 3 | Pərdə Məhsulun ümumi ölçüsü eni 3 m, hündürlüyü 2,80 m quraşdırma daxil. | 2 | ədəd |
| 4 | Pərdə Məhsulun ümumi ölçüsü eni 1,80 m, hündürlüyü 2,20 m quraşdırma daxil. | 18 | ədəd |
| 5 | Pərdə Keçirtmələri ilə birlikdə təhvil verilməlidir.eni 1,65 m, hündürlüyü 2,45 m | 11 | ədəd |
| 6 | Pərdə Məhsulun ümumi ölçüsü eni 2,65 m, hündürlüyü 2,93 m quraşdırma daxil. | 1 | ədəd |
| 7 | Pərdə Məhsulun ümumi ölçüsü eni 2,45 m, hündürlüyü 2,45 m quraşdırma daxil. | 2 | ədəd |
| 8 | Pərdə Keçirtmələri ilə birlikdə təhvil verilməlidir.eni 3,50 m, hündürlüyü 2,45 m | 1 | ədəd |
| 9 | Pərdə Məhsulun ümumi ölçüsü eni eni 3,30 m, hündürlüyü 2,95 m quraşdırma daxil. | 1 | ədəd |
| 10 | Pərdə Məhsulun ümumi ölçüsü eni eni 2 m, hündürlüyü 2,45 m quraşdırma daxil. | 1 | ədəd |
| 11 | Pərdə Məhsulun ümumi ölçüsü eni 80 m, hündürlüyü 2,45 m quraşdırma daxil. | 2 | ədəd |
| 12 | Pərdə Məhsulun ümumi ölçüsü eni 2,35 m, hündürlüyü 2,45 m quraşdırma daxil. | 3 | ədəd |
| 13 | Yataq dəsti Dəstə daxildir: Çexol (1,80x2,20sm) (Ağ, Açıq narıncı, Açıq çəhrayı, Açıq mavi rənglərdə);+ Mələfə (2x2,20sm) (Ağ, Açıq narıncı, Açıq çəhrayı, Açıq mavi rənglərdə). 100% Pambıq tərkibli, .Parça sıxlığı minimum 68 tel/düyüm², səth çəkisi isə 140 q/m²-dən az olmamalıdır. Yorğan uzu düyməli və ya cırt-cırtlı bağlanma sisteminə malik olmalıdır. 50x70 sm ölçüdə, düyməli və ya cırt-cırtlı bağlanma sisteminə malik balış üzü (Açıq mavi, Açıq çəhrayı, Açıq narıncı, Ağ rənglərdə). Məhsullar tibbi sanitariya-gigiyena normalarına cavab verməli, sənaye üsulu ilə davamlı tikilməlidir Bütün yataq dəstlərinin üzərində TƏBİB-in loqosu və Tibb müəssisəsinin adı əks olunmalı və hopdurulmuş boya ilə, rəngsiz solmaz və yuyulmaya davamlı texnologiya ilə vurulmalıdır.Loqonun ölçüsü təxminən 7–10 sm aralığında olmalı, korporativ şəxsiyyəti və müəssisə inventarını vizual olaraq ayırd etməyə xidmət etməlidir. Məhsul minimum 60°C temperaturda yuyulmaya və 200-dək sənaye tipli yuyulma dövrünə dözümlü olmalı, xüsusilə qan, ifrazat, dərman izləri kimi çətin ləkələrin çıxarılması üçün uyğunluq göstərməlidir. Yuyulma sonrası parça deformasiya səviyyəsi ±3%-dən çox olmamalı, rəngdə solma və tikişlərdə açılma müşahidə olunmamalıdır. .Hər bir yataq dəsti üzərində sabit tikilmiş yuyulmaya davamlı etiket olmalı və orada məhsul tərkibi və yuma qaydaları açıq şəkildə qeyd olunmalıdır.Yataq dəsti sanitar norma və standartlara uyğun qapalı şəffaf qablaşdırmada və ya fərdi büzüşmə paketində təqdim olunmalı, uzunmüddətli saxlanmaya və daşımaya uyğun şəkildə bükülməlidir. Dəstdən 140 ədəd ağ rəng, 15 ədəd açıq mavi, 30 ədəd açıq çəhrayı 15 ədəd açıq narıncı olsun umumilikdə 200 ədəd yataq dəsti olsun | 200 | ədəd |
| 14 | Yastıq üzü Məhsulun ölçüləri 50×70 sm təşkil etməli, tipik tibbi yastıq ölçülərinə tam uyğun gəlməlidir.Parça tərkibi minimum 100% pambıq olmalıdır. Parça sıxlığı minimum 68 tel/düyüm², səth çəkisi isə minimum 140 q/m² olmalı və parça təkrar yuyulmalardan sonra formalaşmanı itirməməlidir.Yastıq üzünün rəngi (25 ədəd Ağ, 25 ədəd Açıq mavi rənglərdə) üzərində TƏBİB-in loqosu və Tibb müəssisəsinin adı əks olunmalı və hopdurulmuş boya ilə, rəngsiz solmaz və yuyulmaya davamlı texnologiya ilə vurulmalıdır. Loqonun ölçüsü təxminən 7–10 sm, simmetrik və zövqlü tərtibdə olmalıdır.Məhsul 60°C temperaturda təkrar yuyulmalara dözümlü olmalı və qan, dərman maddələri, bədən ifrazatları kimi çətin ləkələrin çıxarılması üçün uyğun təmizlənmə xüsusiyyətinə malik olmalıdır. 200-dək sənaye tipli yuma dövründə forma və ölçü sabitliyi qorunmalı, tikişlərdə açılma, rəngdə solma və parçada büzülmə müşahidə edilməməlidir. Parçanın yuyulma sonrası çəkilmə faizi maksimum ±3% həddində qalmalıdır.Tikiş texnologiyası overlok + düz tikiş kombinasiyası ilə icra olunmalı, saplar isə yüksək dartılma gücünə malik, yuyulmaya, buxara və mexaniki təsirə dözümlü poliester saplardan hazırlanmalıdır. bağlanan hissəssi düyməli və ya cırt-cırtlı bağlanma sisteminə malik olmalıdır. | 50 | ədəd |
| 15 | Yastıq Məhsulun ölçüləri 50×70 sm, standart tibbi yataq dəstinə uyğunlaşdırılmış formatda olmalıdır.Yastığın iç dolğusu yüksək keyfiyyətli hipoallergen silikonlaşdırılmış sintifon (polyester) liflərdən ibarət olmalı, formanın uzun müddət saxlanmasını, yumşaqlıq və dəstəkləyici effektin qorunmasını təmin etməlidir. Dolğunluq çəkisi minimum 1200 qram təşkil etməli və bu çəkidə homojen paylanma sayəsində deformasiya olmadan istifadə imkanı təmin edilməlidir.Yastığın üzlük materialı 64 tel sıxlığa malik, 100% pambıq parça ilə örtülməlidir. Pambıq parça nəfəsalma qabiliyyətli, dəridə irritasiya yaratmayan, təkrar yuyulmalara dözümlü və yumuşaq teksturaya malik olmalıdır. Parçanın səth çəkisi azı 125 q/m² təşkil etməli, lif sıxlığı isə formanın qorunmasına və mexaniki davamlılığa zəmanət verməlidir.Yastığın üzərində TƏBİB loqosu olmalıdır. Loqo yuyulmaya və istiliyə davamlı boya texnologiyası ilə çap edilməli və ön sağ küncdə, 7–10 sm ölçüdə yerləşdirilməlidir. Loqo rəngsiz solmayan, dəqiq konturlu və gigiyenik risk yaratmayan formada tətbiq olunmalıdır.Yastıq 60 °C temperaturda təkrar yuyulmalara və sanitar çərçivədə sterilizasiya prosedurlarına davamlı olmalıdır. Sintifon içlik deformasiya etməməli, yuyulma sonrası topalanmamalı və orijinal formasını saxlamalıdır. Tikişlər tam perimetr üzrə möhkəmləndirilmiş düz tikişlə aparılmalı, saplar antibakterial, rəngsiz, yüksək dartılma gücünə malik poliester materialdan istifadə olunmaqla tikilməlidir. Yastığın iç hissəsi sızmalara qarşı dayanıqlı, formanın paylanmasını qoruyacaq şəkildə bərabər doldurulmuş və partlayışa, açılmaya qarşı test edilmiş tikiş standartlarına cavab verməlidir.Hər bir yastıq üzərində etiket yerləşdirilməlidir. Etiketdə istehsalçı və ya təchizatçı adı, məhsulun tərkibi və yuma qaydaları açıq şəkildə qeyd olunmalı və etiket materialı yuyulmaya və istiliyə dözümlü olmalıdır.Yastıqlar fərdi büzüşmə qablaşdırmasında, qapalı şəraitdə, tozdan və nəm təsirindən qorunacaq şəkildə təqdim olunmalıdır. | 100 | ədəd |
| 16 | Yorğan Məhsulun ölçüləri 1,60 × 2,20 m olmalı və tibbi standart ölçülü çarpayılara tam uyğun gəlməlidir.Yorğanın dolğusu hipoallergen, silikonlaşdırılmış sintifon (polyester liflər) materialından hazırlanmalı, bu material formasını saxlayan, yuyulmaya qarşı davamlı, bakteriyaların çoxalmasına şərait yaratmayan xüsusiyyətlərə malik olmalıdır. Dolğu homojen paylanma ilə yerbəyer edilməli və uzunmüddətli istifadədə topalanma və ya sıxılma müşahidə edilməməlidir. Sintifon qatın ümumi çəkisi məhsulun effektiv istilik saxlama və nəfəs alma xüsusiyyətini balanslaşdırmalıdır (adətən 300–400 q/m² aralığında).Yorğanın üzlük hissəsi minimum 64 tel/düyüm² sıxlığa malik 100% pambıq parça ilə örtülməlidir. Parça səth çəkisi minimum 130–150 q/m², toxunuşda yumşaq və eyni zamanda sənaye tipli yuyulmalara qarşı fiziki və termal davamlılıq baxımından möhkəm olmalıdır.Məhsul çətin ləkələrin çıxarılması üçün 60°C temperaturda yuyulmaya davamlı olmalı, forması və strukturu təkrar yuyulmalardan sonra da qorunmalıdır. Minimum 100–150 yuyulma dövrünə qədər formanın saxlanması və dolğunun bərabər qalması təmin edilməlidir. Yuyulma sonrası deformasiya (çəkilmə, dolğu sıxılması) maksimum ±3% səviyyəsində olmalıdır. Üzlük parça, dəri ilə birbaşa təmas üçün təhlükəsiz, dermatoloji testlərdən keçmiş olmalı, antiallergik və tənəffüsə uyğun struktura malik olmalıdır.Yorğanın üzərində TƏBİB-in rəsmi loqosu tətbiq edilməlidir. Loqo sabit çap və ya parça içi broderiya ilə, rəngsiz solmayan, yuyulmaya və istiliyə davamlı texnologiya ilə hazırlanmalıdır. Loqonun ölçüsü 7–10 sm, aydın və oxunaqlı formatda olmalıdır.Tikiş sistemi romb və ya kvadrat tipli stepləmə ilə həyata keçirilməli, dolğunun bərabər paylanması və yerdəyişməsinin qarşısı alınmalıdır. Perimetr boyu möhkəmləndirilmiş kənar dikişlər istifadə olunmalı, tikiş sapları termal və kimyəvi təsirlərə dözümlü, yüksək dartılma güclü poliester saplar olmalıdır. Hər bir yorğanda daimi etiket yerləşdirilməlidir. Etiketdə məhsul tərkibi, yuma və saxlanma qaydaları açıq və oxunaqlı şəkildə qeyd olunmalıdır. Etiket materialı yuyulmaya, istiliyə və sürtünməyə qarşı dözümlü olmalı, çap silinməməlidir.Yorğanlar hər biri ayrıca büzüşən plastik və ya gigiyenik tekstil kisəsində qablaşdırılmalı, nəql və saxlama zamanı toz, rütubət və xarici təsirlərdən qorunmalıdır. | 30 | ədəd |
| 17 | Adyal (pikə) Məhsulun ölçüləri 1,60 × 2,20 m təşkil etməli, bu ölçü tibbi çarpayı və standart yataq dəsti elementlərinə uyğunlaşdırılmış olmalıdır. Adyal yüngül, nəfəsalan, lakin eyni zamanda istilik saxlayan tekstil strukturu ilə həm yaz-yay mövsümündə istifadə üçün komfort təmin etməli, həm də qapalı məkanlarda temperatur tarazlığını qoruyacaq şəkildə hazırlanmalıdır.Adyalın əsas materialı təbii tərkibli, yüksək sıxlıqlı 100% pambıq olan pikə toxunuşlu parça olmalıdır. Parça sıxlığı ən azı 250–300 q/m² təşkil etməli, tək qatlı istifadə zamanı belə dərini örtmək və istiliyi qoruma funksiyasını yerinə yetirməlidir. Pambıq tərkibi dəridə irritasiya yaratmamalı, nəfəs alma xüsusiyyətinə malik olmalı və yuyulmadan sonra büzülmə səviyyəsi ±3% həddini keçməməlidir.Məhsul çətin ləkələrin (qan, ifrazat, dərman maddələri) çıxarılmasına imkan verəcək tərkibdə hazırlanmalı və minimum 60°C temperaturda 150–200 sənaye yuyulma dövrünə dözümlü olmalıdır. Parça təkrar yuyulmalardan sonra formasını, toxuma strukturunu və rəngini itirməməli, deformasiya və parçalanma müşahidə olunmamalıdır. Toxuma səthində topalanma olmamalıdır.Adyal üzərində TƏBİB-in rəsmi loqosu sabit çap və ya broderiya texnologiyası ilə tətbiq olunmalıdır. Loqo rəngsiz solmayan, yuyulmaya və buxar təsirinə davamlı şəkildə vurulmalı, ölçüsü 7–10 sm olacaq formada yerləşdirilməlidir. Loqo vizual olaraq dəqiq konturla seçilməli və müəssisə inventar qeydiyyatı məqsədini də daşımalıdır.Kənar tikmələr və haşiyələr dördtərəfli perimetr boyunca möhkəmləndirilmiş formada aparılmalı, tikiş sapları yüksək dartılma gücünə malik, antibakterial və yuyulmaya davamlı poliester saplardan istifadə olunmaqla tikilməlidir. Parçanın kənarları sürtünməyə və dartılmaya qarşı əlavə qoruma tikişi ilə hazırlanmalıdır.Hər bir adyalda etiket sabit tikilməli, orada məhsulun tərkibi, yuma və qurutma qaydaları açıq və silinməyən şəkildə göstərilməlidir. Etiket materialı temperatur, sürtünmə və yuyulmaya dözümlü olmalıdır.Adyallar hər biri ayrıca büzüşən polietilen və ya nəfəsalan tekstil kisəsində qablaşdırılmalı, gigiyenik şəkildə daşınmalı və uzunmüddətli saxlanmaya uyğun şəkildə təqdim olunmalıdır. | 15 | ədəd |
| 18 | Matras üzlük Materialın növü: Su keçirməyən, maye itələyici və nəfəs alan elastik parça. Anti-bakterial, anti-alergik, dezinfeksiyaedici məhlullara və silinməyə davamlı, qan və digər tibbi mayeləri daxilə keçirməyən. Üst hissəsi tünd göy, alt hissəsi ağ rəngli. Matrasa rahat geyindirilib-çıxarılması üçün kənar boyunca keyfiyyətli fermualı (zamoklu) olmalıdır. standart süngər matraslara tam uyğun gəlməlidir. Ölçülər: uzunluğu 192 sm, eni 86 sm, hündürlüyü 12 sm Yuyulma və Qulluq: Minimum 60°C–90°C dərəcədə yuyulmaya və dezinfeksiyaya dözümlü olmalıdır. | 50 | ədəd |
| 19 | Matras üzlük Matreyialin növu : 100% pambıq Ağ Üstü dəsmal altı pvc, su keçirməz. Dörd küncü rezinli.uzunluğu 200 sm, eni 90 sm, Üst qatın materialı: 100% pambıq dəsmal (xovlu / frote) parça. Xəstənin bədəni ilə birbaşa təmas edən bu qat yüksək nəmhopdurma qabiliyyətinə malik olmalı, dərini qıcıqlandırmasın həmçinin yumşaq və antiallergik olmalıdır .Alt qatın materialı: Sukeçirməz PVC (Polivnilxlorid) membran örtük olmalı, bu qat qan, sidik, dərman və digər tibbi mayelərin altındakı matrasa (süngərə) keçməsinin qarşısını 100% almalı, Dizayn və konstruksiya (Bərkidilmə forması): Üzlüyün dörd küncündə dayanıqlı və enli elastik rezinlər mövcud olmalıdır. Bu rezinlər qoruyucunun matrasın künclərinə rahat keçməsini, çarpayı hərəkət edərkən üzlüyün sürüşməməsini və yerindən oynamamasını nəzərə alınmalıdır. Əsas funksional xüsusiyyətlərində tam Maye Keçirməzlik (Waterproof): PVC alt qat sayəsində matrasın içinə maye sızması tamamilə qeyri-mümkün olmalı, Üst qatın pambıq dəsmal olması xəstənin bədənindəki təri özünə çəkməli, dərinin yaş qalmasının və bununla bağlı yarana biləcək yataq yaralarının olmamasına diqqət edilməli. Təmizlik və Dezinfeksiya: Tibbi yuyulma standartlarına uyğundur, infeksiyaya nəzarət qaydalarına əsasən dezinfeksiyaedici məhlullarla silinə və ya müvafiq temperaturda yuyula bilən olmalıdır. | 50 | ədəd |
Satınalmalarının 26 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 16 iyl 2026
son qələbə 04 sen 2026
son qələbə 30 iyl 2026
son qələbə 25 may 2026
son qələbə 21 may 2026