Bu sifarişçi işi bölüşdürür: 11 satınalmanı 9 müxtəlif təchizatçı udub.
11 satınalma, 9 müxtəlif qalib
Ən çox udan: "SK SERVİS" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 18.2%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.02% ilə 71.75% arasında aşağı düşüblər, medianı 19.01%.
Bu tender üçün bu 321.920 ₼ ilə 272.637 ₼ arasıdır.
95.098 ₼ məbləğindən aşağı heç kim udmayıb.
375 ₼
Sənədlər 25 ₼ + iştirak 350 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Kreslo İdarə rəis müavinləri üçün OYüksək möhkəmliyə malik hava keçirən tor (Mesh) materialdan hazırlanmalıdır. Hər hissəsi yüksək sıxlıqlı mesh materialla üzlənməlidir. Aşağı dayağı mövcud olmalı, hündürlüyü və meyl bucağı tənzimlənə bilməlidir. Bel hissəsində hündürlüyü və dərinliyi tənzimlənən erqonomik bel dəstəyi olmalıdır. Qoltuqaltılar minimum 5D funksiyaya malik olmalıdır. Oturacağın hündürlüyü qazlift mexanizmi vasitəsilə 450–550 mm diapazonunda tənzimlənməlidir. Oturacağın dərinliyi irəli-geriyə tənzimlənə bilməlidir . Arxa söykənəcək minimum 90°–135° bucaq intervalında tənzimlənməli və müxtəlif mövqelərdə kilidlənə bilməlidir. Kreslonun karkas hissəsi və bel hissələri xüsusi paslanmaz formada dayanıqlığı olmalıdır. Sinxron əyilmə mexanizmi ilə təchiz olunmalı, oturacaq və arxa hissə bədən hərəkətinə uyğun sinxron hərəkət etməlidir. Əyilmə sərtliyi istifadəçinin çəkisinə uyğun tənzimlənməlidir. Kreslo 360° sərbəst fırlanma funksiyasına malik olmalıdır. Altlıq beşşüalı, alüminium örtüklü yüksək möhkəmlikli metaldan hazırlanmalıdır. Təkərlər poliuretan örtüklü, səssiz hərəkət edən və parket, laminat, kafel kimi döşəmə örtüklərinə zərər verməyən tipdə olmalıdır. Maksimum yükdaşıma qabiliyyəti minimum 150 kq olmalıdır. | 1 | ədəd |
| 2 | Kreslo İdarə rəis müavinləri üçün Oturacaq və bel hissəsi yüksək sıxlıqlı poliuretan süngərlə doldurulmalı, üzlüyü yüksək keyfiyyətli süni dəri və ya ekvivalent materialdan hazırlanmalıdır. Arxa hissəsi hündür konstruksiyalı olmalı və baş dayağı ilə təchiz edilməlidir. Baş dayağı hündürlüyü tənzimlənən olmalıdır. Qoltuqaltılar möhkəm materialdan hazırlanmalı və 3D tənzimlənən olmalıdır. Arxaya əyilmə mexanizminə malik olmalı, istənilən iş vəziyyətində kilidlənə bilməlidir. Altlıq beşşüalı, yüksək möhkəmlikli xrom metal materialdan hazırlanmalıdır. Təkərlər səssiz hərəkət edən, döşəmə örtüyünə zərər verməyən örtüklü ikiqat diyircəkli olmalıdır. Arxa karkas hissəsi möhkəm paslanmaz xrom materildan olmalıdır. Daşıma qabiliyyəti minimum 120 kq olmalıdır. | 2 | ədəd |
| 3 | Şöbə və hissə rəisləri üçün kreslolar Materil yüksək sıxlıqlı poliuretan süngərlə doldurulmalı, yüksək keyfiyyətli süni dəri materialla üzlənməlidir. Arxa söykənəcək hündür tipli olmalı, baş və boyun nahiyəsi üçün inteqrasiya olunmuş yumşaq baş dayağına malik olmalıdır. Qoltuqaltılar metal xrom karkas üzərində yumşaq örtüklü və möhkəm konstruksiyalı olmalıdır. Kreslo sərbəst yellənmə sinxron əyilmə mexanizmi ilə təchiz edilməli, arxa söykənəcək müxtəlif mövqelərdə kilidlənə bilməlidir. Kreslo 360° sərbəst fırlanma funksiyasına malik olmalıdır. Altlıq beşşüalı, xrom örtüklü metal materialdan hazırlanmalıdır. Təkərlər səssiz hərəkət edən, döşəmə örtüklərinə zərər verməyən ikiqat poliuretan diyircəklərdən ibarət olmalıdır. Maksimum yükdaşıma qabiliyyəti minimum 120 kq olmalıdır. | 23 | ədəd |
| 4 | Şöbə və Hissə rəislərinin müavinləri üçün kreslolar Materil yüksək sıxlıqlı poliuretan süngərlə doldurulmalı, yüksək keyfiyyətli süni dəri materialla üzlənməlidir. Başlıqlı. Qollar sabit tipli,üzərində yumşaq örtüklü dayaq hissəsinə malik olmalıdır. Kreslo sərbəst yellənmə sinxron əyilmə mexanizmi ilə təchiz edilməli, arxa söykənəcək müxtəlif mövqelərdə kilidlənə bilməlidir. Arxalığın istirahət mövqeyində sabitlənməsi imkanı olmalıdır. Oturacaq hündürlüyü qazlift mexanizmi vasitəsilə tənzimlənməlidir. Kreslo 360° sərbəst fırlanma funksiyasına malik olmalıdır. Altlıq beşşüalı, xrom örtüklü metal materialdan hazırlanmalıdır. Təkərlər səssiz hərəkət edən, döşəmə örtüklərinə zərər verməyən ikiqat poliuretan diyircəklərdən ibarət olmalıdır. Maksimum yükdaşıma qabiliyyəti minimum 120 kq olmalıdır. | 34 | ədəd |
| 5 | İşçi stulu Oturacaq və arxa söykənəcək yüksək sıxlıqlı poliuretan süngərlə doldurulmalı, yüksək keyfiyyətli süni dəri (PU) və ya ekvivalent materialla üzlənməlidir. Arxa söykənəcək bel nahiyəsini dəstəkləyən erqonomik formaya malik olmalıdır. Oturacaq geniş və rahat konstruksiyada hazırlanmalı, uzun müddətli istifadə zamanı komfort təmin etməlidir. Qoltuqaltılar xrom metal karkas üzərində möhkəm bərkidilmiş, üst hissəsi yumşaq örtüklü olmalıdır. Daşıyıcı karkas xrom örtüklü polad borudan hazırlanmalı, paslanmaya və mexaniki təsirlərə davamlı olmalıdır. Ayaqlar U formalı konstruksiyalı olmalı, sabitliyi təmin etməlidir. Ayaqların alt hissəsində döşəmə örtüyünü cızıqlardan qoruyan plastik qoruyucular olmalıdır. Maksimum yükdaşıma qabiliyyəti minimum 120 kq olmalıdır. | 126 | ədəd |
| 6 | Dərs otağı üçün akt zalı tipli kreslo Oturacaq və arxa söykənəcək yüksək sıxlıqlı, deformasiyaya davamlı poliuretan süngərlə doldurulmalı və aşınmaya davamlı parça materialla üzlənməlidir. Arxa söykənəcək erqonomik formaya malik olmalı, bel nahiyəsini dəstəkləməlidir. Oturacaq avtomatik qatlanan yaylı mexanizmli konstruksiyaya malik olmalıdır. Yan panellər yüksək möhkəmliyə malik mdf materialdan hazırlanmalıdır. Hər iki tərəfdə qoltuqaltılar mövcud olmalı, zərbəyə və aşınmaya davamlı materialdan hazırlanmalıdır. Karkas elektrostatik toz boya ilə örtülmüş poladdan hazırlanmalı, korroziyaya davamlı olmalıdır. Döşəməyə bərkidilmə üçün bütün montaj elementləri komplekt şəkildə təqdim edilməlidir. Metal hissələr paslanmaya və mexaniki təsirlərə davamlı olmalıdır. Hər bir oturacağın yükdaşıma qabiliyyəti minimum 120 kq olmalıdır. Məhsul yeni, istifadə olunmamış və bütün bərkidici aksesuarları ilə birlikdə təhvil verilməlidir. | 65 | ədəd |
| 7 | Akt zalı üçün rəhbər kresloları Material: süni dəri və xrom. Oturacaq və Kürək: Oturacaq və söykənəcək hissəsi yüksək sıxlıqlı poliuretan süngərlə doldurulmuş olmalıdır. Üzlük yüksək keyfiyyətli süni dəri materialından hazırlanmalıdır. Başlıqlı.Karkas: Metal daxili konstruksiya. Qollar sabit tipli, üzərində yumşaq örtüklü dayaq hissəsinə malik olmalıdır. Kreslo yellənmə mexanizmi ilə təchiz olunmalı, sərtliyi istifadəçinin çəkisinə uyğun tənzimlənə bilməlidir. Kürəyin bir neçə mövqedə sabitlənməsi və yellənmə funksiyasına malik olmalıdır. Arxalığın istirahət mövqeyində sabitlənməsi imkanı olmalıdır. Oturacaq hündürlüyü qazlift mexanizmi vasitəsilə tənzimlənməlidir. Kreslo 360° sərbəst fırlanma funksiyasına malik olmalıdır. Altlıq beşşüalı, xrom örtüklü metal materialdan hazırlanmalıdır. Təkərlər səssiz hərəkət edən, döşəmə örtüklərinə zərər verməyən ikiqat poliuretan (PU) diyircəklərdən ibarət olmalıdır. Maksimum yükdaşıma qabiliyyəti minimum 120 kq olmalıdır. | 4 | ədəd |
| 8 | Dərs otağı üçün masa 140*60*75 Stolun üst səthi minimum 25 mm qalınlığında yüksək sıxlıqlı mdf laminat örtüklü materialından hazırlanmalıdır. Kənarları 2 mm PVC lentlə örtülməli, zərbəyə, nəmə və aşınmaya davamlı olmalıdır. Ön panel 18 mm qalınlığında mdf laminat materialından hazırlanmalıdır. Metal ayaqlar 40-42x40-42x2mm qalınlıqda profildən hazırlanmalı, elektrostatik toz boya ilə örtülmüş və korroziyaya davamlı olmalıdır.Ayaqların alt hissəsində döşəmənin nahamarlığını kompensasiya edən tənzimlənən plastik dayaqlar olmalıdır. Bütün metal hissələr paslanmaya, mexaniki təsirlərə və cızıqlara qarşı davamlı olmalıdır. Birləşdirici elementlər gizli və möhkəm bərkidilmə sistemi ilə hazırlanmalıdır. Masa sabit konstruksiyaya malik olmalı, silkələnmə və deformasiyaya yol verməməlidir. Üzərində kablo kanal nəzərə alına bilər. Məhsul tam komplekt, yeni, istifadə olunmamış və quraşdırılmış vəziyyətdə təhvil verilməlidir. | 90 | ədəd |
| 9 | Dərs otağı üçün stul Oturacaq və arxa söykənəcək yüksək sıxlıqlı poliuretan süngərlə doldurulmalı, aşınmaya davamlı parça materialla üzlənməlidir. Daşıyıcı karkas minimum 1,3 mm qalınlığında 30x15 polad boru profildən hazırlanmalı və elektrostatik toz boya ilə örtülməlidir. Oturacağın və belliyin arxaları plastik örtüklü olmalıdır. Ayaqların alt hissəsində döşəməni cızıqlardan qoruyan plastik qoruyucu başlıqlar olmalıdır. | 180 | ədəd |
| 10 | Yeməkxana masası 140*80*75 Material: Yüksək keyfiyyətli verzalit materialdan və dayanıqlı metal konstruksiya; deformasiya və çatlamaya davamlı olmalıdır.Verzalitin Həcm vahidinin aralığı ən azı 0,7qr/sm.3.Rütubət azı %8 +, -3 olmalıdır.Əyilmə müqaviməti ən azı 200 kg/sm2 (20 N/mm2).Sərtlik ən azı 6,2 kg/mm2 (62 N/mm2).Karkas minimum 30×30x2mm ölçülü polad profildən hazırlanmalı, elektrostatik toz boya ilə örtülməlidir.Ayaqların alt hissəsində döşəmənin nahamarlığını kompensasiya edən və döşəməni qoruyan plastik dayaqlar olmalıdır.Masa möhkəm konstruksiyaya malik olmalı, silkələnməyə və deformasiyaya yol verməməlidir. | 40 | ədəd |
| 11 | Yeməkxana stulu Karkas minimum 1,2 mm qalınlığında polad borudan hazırlanmalı və elektrostatik toz boya ilə örtülməlidir.Oturacaq və arxa söykənəcək verzalit materialdan hazırlanmalıdır.Oturacağın bel hissəsi tam metal boru ilə bağlanmalıdır.Ayaqların alt hissəsində döşəməni cızıqlardan qoruyan plastik başlıqlar olmalıdır.ər bir stulun yükdaşıma qabiliyyəti minimum 100 kq olmalıdır. | 212 | ədəd |
| 12 | Metal dolab 2 qapılı 400*450*2100 Dolab işçi heyətinin, şagirdlərin və digər istifadəçilərin geyim və şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş olmalıdır.Konstruksiya yüksək keyfiyyətli, soyuq haddələnmiş polad təbəqədən hazırlanmalıdır.Metal təbəqənin qalınlığı minimum 2 mm olmalıdır.Bütün metal hissələr korroziyaya qarşı fosfatlaşdırılmalı və elektrostatik toz boya ilə örtülməlidir.Boya örtüyü cızılmaya, zərbəyə və korroziyaya davamlı olmalıdır.Dolab iki müstəqil, ayrıca kilidlənən bölmədən ibarət olmalıdır.Hər bölmənin ayrıca qapısı və təhlükəsiz açar kilidi olmalıdır.Qapılar möhkəmləndirici qatlanmış kənarlara malik olmalı, deformasiyaya davamlı olmalıdır.Hər qapıda hava dövranını təmin edən ventilyasiya dəlikləri olmalıdır.Menteşələr gizli və ya daxili tipdə olmalı, uzunmüddətli istismara uyğun seçilməlidir.Dolabın alt hissəsində döşəməni cızıqlardan qoruyan plastik dayaqlar və ayaqlar olmalıdır. | 440 | ədəd |
| 13 | Paltar dolabı (döyüş geyim) 60*60*115 Konstruksiya ən azı 18 mm qalınlığında yüksək sıxlıqlı mdf laminat örtüklü materialından hazırlanmalıdır. Kənarları azı 2 mm qalınlıqda PVC lentlə örtülməli, zərbəyə, nəmə və aşınmaya davamlı olmalıdır. Aşağı hissədə qapılı saxlama bölməsinə, yuxarı hissədə isə açıq rəf (niş) bölməsinə malik olmalıdır.Açıq rəf çanta və digər əşyaların saxlanılması üçün uyğun ölçüdə olmalıdır.Qapılar məntəşəli açılma sisteminə malik olmalı və keyfiyyətli metal vakumlu məntəşələrlə təchiz edilməlidir.5sm xrom ayaqlarla təchiz olunmalıdır. Arxa panel minimum 8 mm qalınlığında mdf laminat materialdan hazırlanmalıdır. Tutacaqlar erqonomik formalı, möhkəm metal materialdan hazırlanmalıdır. Rəngi sifarişçinin seçiminə uyğun təqdim edilməlidir. | 200 | ədəd |
| 14 | Rəyəsət heyyəti üçün masa 350*70*90 Masa düzbucaqlı formalı, ön hissəsi dekorativ panellərlə işlənmiş və üzərində (ön hissəsində) idarənin logosu olmalıdır.Korpus azı 18 mm, üstü azı 36 mm qalınlığında mdf laminat materialdan hazırlanmalıdır. Kənarlar azı 2mm PVC lentlə örtülməli, zərbəyə və aşınmaya davamlı olmalıdır. Konstruksiya möhkəm olmalı, uzunmüddətli istifadə zamanı deformasiyaya uğramamalıdır. Bütün birləşmələr gizli bərkidici elementlərlə yerinə yetirilməlidir.Masa kabel idarəetmə sistemi (kabel keçidi və ya kabel kanalı) ilə təchiz edilə bilməlidir. Alt hissədə döşəmənin nahamarlığını kompensasiya edən tənzimlənən dayaqlar olmalıdır. | 1 | ədəd |
| 15 | Divar üzlənməsi Divar üzlənməsi daxili məkanın dekorativ tərtibatı üçün nəzərdə tutulmuş olmalıdır. Üzlənmə sistemi müasir dizayna malik, dekorativ nişlərlə inteqrasiya olunmuş modul konstruksiyada hazırlanmalıdır. | 6 | m(2) |
Sifarişçinin elandan sonra bu satınalma üzrə dərc etdikləri. Başlıq bizim oxunuşumuzdur, altındakı mətn isə sifarişçinindir, dəyişilmədən.
212.400 ₼
"AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİNİN AZƏRBAYCAN DÖVLƏT NEFT ŞİRKƏTİNİN OBYEKTLƏRİ ÜZRƏ YANĞINDAN MÜHAFİZƏ İDARƏSİ" tərəfindən www.etendergov.az portalında 31.08.2026-cı il tarixdə elan edilmiş "Mebel və invertarların” satın alınması" üzrə keçirilən Açıq tender prosedurunun qalibi "VVOOD STORE GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (Ünvan: Az 1007, Bakı şəhəri Nərimanov rayonu, Natiq Şahbazov küçəsi, ev 44, mənzil 47, VÖEN: (15066684551) müəyyən edilmişdir. Qalib təşkilatla dəyəri 212.400,00 (İki yüz on iki min dörd yüz manat sıfır qəpik) AZN olan müqavilə bağlanması nəzərdə tutulur. Qeyd edilənləri nəzərə alaraq, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinin tələbinə uyğun olaraq, Bildiriş üçün gözləmə müddəti 01.10.2026-cı il tarixdən başlayır və 07.10.2026-cı ilədək qüvvədədir. Gözləmə müddəti təchizatçılara satınalmanın nəticələri ilə bağlı satınalan təşkilata müraciət etmək (o cümlədən nəticələrdən şikayət etmək) hüququnu verir.
Satınalmalarının 11 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 20 iyl 2026
son qələbə 14 iyl 2025
son qələbə 15 may 2026
son qələbə 28 yan 2026
son qələbə 23 dek 2025