Sifarişçi: "TEXNİKA VƏ TEXNOLOGİYALAR ÜZRƏ BAKI DÖVLƏT PEŞƏ TƏHSİL MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 1 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
8 satınalma, 7 müxtəlif qalib
Ən çox udan: "POLİNOM" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 25%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.07% ilə 80.8% arasında aşağı düşüblər, medianı 22.14%.
Bu tender üçün bu 73.608 ₼ ilə 60.950 ₼ arasıdır.
15.030 ₼ məbləğindən aşağı heç kim udmayıb.
182 ₼
Sənədlər 25 ₼ + iştirak 157 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Parta dəsti tənzimlənən iki nəfərlik Masasının hündürlüyü, sm: 70,uzunluğu, sm: 110,eni, sm:45, iki nəfərlik, tənzimlənən hündürlüklü və erqonomik dizayna malik parta dəsti olsun, masa və oturacaqların hündürlüyü fərqli yaş və boya sahib şagirdlər üçün 4 müxtəlif səviyyədə tənzimlənə bilən teleskopik sistemlə təchiz edilsin, oturacaq və bel dayaqları insan anatomiyasına uyğun əyriliklərlə formalaşdırılmış, qıvrımlı şok-absorbsiyalı çoxqatlı şüalanmış kontrplakdan hazırlanmış olsun, oturacaq səthi və arxa dayaqlar nəfəsalan, nəm tutmayan və antistatik lakla işlənmiş yüksək sıxlıqlı şellak örtüklə qorunmuş olmalıdır.Masa səthi ən az 18 mm qalınlığında hissənin materialı MDF-kənar PVC vəya boyalı vəya Verzalit materialından olmalıdır, sulu təmizlənməyə və cızılmaya qarşı dayanıqlı, antibakterial, cızılmaya davamlı olsun, küncləri radiuslu və təhlükəsiz formada yumşaldılmış, uşaq üçün təhlükə yaratmayacaq şəkildə polivinil klorid (PVC) kənar bantlama texnologiyası ilə bərkidilmiş. Masa altı metal ön sipər paneli əlavə olaraq səliqəni təmin edən estetik dizayn elementi kimi istifadə edilsin və şagirdin əşyalarını gizlətmək üçün vizual məxfilik funksiyası daşısın.Parta altlığı çantalar və kitablar üçün əlavə gücləndirilmiş metal ızgaralı rəf ilə təchiz olunsun, hər oturacaq altında fərdi saxlama bölməsi yerləşdirilsin, ayaq dayaqları rezin əsaslı, döşəmə cızmayan və səs izolyasiyalı, tənzimlənə bilən balanslaşdırıcı tapançalarla sabitlənmiş olsun. Quruluşda istifadə olunan metal konstruksiya elektrostatik toz boya ilə örtülmüş, paslanmaya və kimyəvi maddələrə qarşı davamlı 40x40 və 40x20 mm-lik möhkəmləndirilmiş profillərlə hazırlanmış olmalı, qaynaq texnologiyası tətbiq olunmuş olsun.Mexaniki və konstruktiv sabitliyi sınaqdan keçmiş,həm ibtidai, həm də orta məktəblərdə təhlükəsiz və uzunmüddətli istifadə üçün tövsiyə olunmuş model olsun. Parta modulyar sistemdə yığıla bilsin və ehtiyac olduqda quraşdırma/demonte rahatlığı təmin edən sürətli montaj dizaynına malik olsun.Rəng seçimi məktəbin interyerinə uyğun olmalıdır, metal hissələr toz boya ilə boyanmış olsun. Məhsul yerli və beynəlxalq testlərdən keçmiş, gigiyenik təhlükəsizlik və təhsil müəssisələrinə uyğun təchiz olunmuş olmalıdır.(1 parta 2 stul) | 150 | ədəd |
| 2 | Müəllim üçün masa Masnın ölçüləri 1400 × 700 × 750 mm olmalıdır. Masaüstü hissəsi yüksək keyfiyyətli laminat materialdan hazırlanmalı, səthi cızılmaya davamlı, antibakterial xüsusiyyətə malik və minimum 18 mm qalınlığında olmalıdır. Masaüstünün kənarları minimum 1 × 22 mm ölçüdə PVC bantla möhkəmləndirilməlidir. Masa möhkəm konstruksiyaya malik olmalı, gündəlik intensiv istifadəyə uyğun hazırlanmalı və erqonomik istifadəni təmin etməlidir. Məhsul 3 siyirtməli, kilidli tumba ilə təchiz edilməli, tumba ən azı 2 açarla birlikdə təqdim olunmalıdır. İstifadə olunan materiallar keyfiyyətli, asan təmizlənən, uzunömürlü və təhsil müəssisələrində istifadəyə yararlı olmalıdır. | 15 | ədəd |
| 3 | Komputer masası 1. Ümumi tələblər -Masa ofis şəraitində gündəlik istifadəyə uyğun olmalıdır. Erqonomik, möhkəm və keyfiyyətli olmalıdır.Asan təmizlənən və zədələnməyə davamlı materialdan hazırlanmalıdır. 2. Çərçivə: Yüksək keyfiyyətli laminatlı löhvə. Masaüstü: lamina edilmiş örtüklü. Masaüstünün kənarları PVC 1*22 mm və ya ABS lentlə bərkidilməlidir. Kabel keçidi üçün dəlik nəzərdə tutulmalıdır. Ayaqlar hündürlükdə sabit və balanslı olmalıdır. 3. Ölçülər (təxmini, 1 nəfərlik masa üçün) Uzunluq: 140 sm. Eni:60 sm. Hündürlük: 75 sm. 4. Masaüstü qalınlığı: minimum 18 mm.Rəng: şablıdı rəng. 5. Əlavə tələblər sistem bloku üçün yerdən minimum 6 sm məsafədə olmalı və əlavə klaviatura yerliyi olmalıdır . Montaj və daşınma rahatlığı təmin olunmalıdır. | 22 | ədəd |
| 4 | Stul "İso" Oturacaq növü ISO tipli olsun,oturacaq və bel hissəsi sıxlıqlı süngər ilə doldurulmuş və parça (stof) materialla örtülmüş olsun, bel hissəsi oturacaqla birgə bərkidilmiş, ergonomik dizayna malik və uzun müddət oturarkən bel üçün dəstək təmin edən formada hazırlanmış olsun; dirsəkaltılar yüksək keyfiyyətli plastik materialdan olsun və rahatlıq üçün yüngül əyriliklə dizayn edilmiş olsun.Ayaqlar və karkas hissə qalın divarlı metal borudan hazırlanmış, paslanmaya qarşı elektrostatik toz boya ilə örtülmüş, döşəməyə zərər verməməsi və səs-küy yaratmaması üçün alt hissəsində rezin buferlərlə (ayaq başlıqları) təchiz olunmuş olsun. Ayaqlar bir-birinə dəstək verən formada yerləşdirilmiş və ümumi daşıma qabiliyyəti ən az 100 kq təşkil etsin.Ümumi ölçüləri ən az 400x440x480 mm olsun, oturacaq hündürlüyü standart masa hündürlüyü ilə uyğun olsun, ümumi quruluş yığcam, yüngül və istənilən interyerə uyğun olacaq şəkildə minimalist dizayna malik olsun. Rəngi qara olsun, lakin sifarişə əsasən rəng seçimi də mümkün olsun.Məhsulun çəkisi ən az 4.5–5 kq aralığında olsun, daşınması və yığılması asan, uzunömürlü və gündəlik intensiv istifadəyə dözümlü olsun. İstifadə sahəsi qonaq otaqları, ofislər, iclas zalları, gözləmə salonları və digər ictimai yerlər üçün uyğun olsun. Yarıyumşaq oturacaq-Qara rəngli, yumşaq oturacaqlı daxili süngərli, dəmir ayaqlı,15*30 mm oval profil. (oval profilin müqavimət əmisalı 408n/mm2 nisbi uzanması 37% olmalıdır) Profil elektrostatik toz boya ilə boyanmalıdır.Boyanın qalınlığı 100-120 mikron olmalı, hamar və yarıparlaq olmalıdır.Oturacağın və kürəyin arxası plastik materiallı olmalıdır. | 40 | ədəd |
| 5 | Ofis masası Masa ofis şəraitində gündəlik intensiv istifadəyə uyğun, erqonomik quruluşa malik, möhkəm və yüksək keyfiyyətli materiallardan hazırlanmış olmalıdır. Məhsulun səthi asan təmizlənən, cızılmaya, nəmə və digər mexaniki təsirlərə davamlı olmalıdır. Masa yüksək keyfiyyətli laminat örtüklü MDF və ya laminatlı yonqar lövhədən hazırlanmalı, masaüstü laminat örtüklü olmalı, kənar hissələri minimum 2 mm qalınlığında PVC və ya ABS lentlə bərkidilməlidir. Masaüstündə kabel keçirilməsi üçün ən azı bir ədəd kabel keçid dəliyi nəzərdə tutulmalıdır. Ayaqları möhkəm konstruksiyaya malik olmalı, istifadə zamanı sabitliyi və tarazlığı təmin etməlidir. Masanın ölçüləri təxminən uzunluğu 1400 mm, eni 700 mm, hündürlüyü 750 mm olmalı, masaüstünün ümumi qalınlığı minimum 36 mm təşkil etməlidir. Rəngi sifarişçinin seçiminə əsasən təhsil müəssisəsinin interyerinə uyğun olmalıdır. Masa 3 siyirtməli, açarlı tumba ilə təchiz edilməli, siyirtmələr metal rels mexanizmi üzərində rahat açılıb-bağlanmalı və tumba ən azı iki açarla birlikdə təqdim edilməlidir. Məhsulun daşınması və montajı rahat olmalı, montaj işləri təchizatçı tərəfindən həyata keçirilməlidir. Təklif edilən məhsul yeni, istifadə olunmamış, insan sağlamlığı üçün təhlükəsiz materiallardan hazırlanmalı, gigiyenik normalara və təhsil müəssisələrində istifadəyə dair tələblərə cavab verməlidir. | 10 | ədəd |
| 6 | Ofis kreslosu Ümumi tələblər: Oturacaqlar ofis şəraitində gündəlik istifadəyə uyğun olmalıdır.Erqonomik dizayna malik olmalı, işçinin uzun müddət rahat oturmasını təmin etməlidir.Dayanıqlı və asan təmizlənən materialdan hazırlanmalıdır.Konstruksiya:Çərçivə: metaldan və ya yüksək keyfiyyətli möhkəm plastik materialdan. Oturacaq və bel hissəsi yumşaq süngər + parça ilə üzlənmiş. Oturacaq hündürlüyü tənzimlənən (qaldırılıb-endirilə bilən). • 360° fırlanma funksiyası.Bel hissəsi arxaya əyilə bilən (Yüksək keyfiyyətli mexanizmi ilə). 5 ayaqlı təkərli, poliamid və ya metaldan.Ölçülər: Oturacaq eni: 45–55 sm aralığında olmalıdır.Oturacaq dərinliyi: 45–55 sm aralığında olmalıdır.Bel hissəsinin hündürlüyü: minimum 50-60 sm aralığında olmalıdır.Bel hissəsinin eni: minimum 45-55 sm aralığında olmalıdır. Daşıma qabiliyyəti: minimum 100 kq.Material-Üzlük: nəfəsalan parça.Süngər qalınlığı: minimum 5 sm.Təkərlər: sərt və yumşaq səthlərdə istifadəyə uyğun, səssiz hərəkət edən.Rəng: qara. Minimum 12 ay (1 il) zəmanət. | 10 | ədəd |
| 7 | Yazı Lövhəsi Növü: Maqnitli, Ölçüsü 100*200 sm,Rəngi: ağ,parlaq ağ rəngli, xüsusi materialdan hazırlanmış , marker izi asanlıqla silinən,alüminium çərçivəli,divara asılan. | 15 | ədəd |
| 8 | Jalüz Jalüz tipi:zebra pərdə olmalıdır, hazırlanmış material yüksək sıxlıqlı, pərdədə istifadə olunan parça antistatik, antiallergen və antibakterial komponentlərlə işlənmiş olsun ki, toz, mikrozərərvericilər və qoxu tutmasın, istehsal olunmuş rulonlu zəncirli idarəetmə mexanizmi vasitəsilə səssiz və rahat şəkildə idarə olunsun.Pərdə həm tavan, həm də divar montajına uyğun universal modul konstruksiyaya malik olsun.Karnizin kasa seçimi: bağlı kasa (alüminium profil) lent mexanizm, iç mexanizm, alt yük daşıyıcı sep aksesuarlar.Quraşdırma prosesi peşəkar texniki heyət tərəfindən həyata keçirilsin, montaj zamanı lazer ölçü cihazları və xüsusi səviyyələndirici vasitələrlə tam simmetrik qurulum təmin olunsun. Minimum 12 ay (1 il) zəmanət. | 280 | m(2) |
| 9 | Molbert – Rəssam Dəzgahı Yerləşdirmə yeri:Döşəməüstü,Uzunluğu: 130 sm,Eni:50sm,material taxta vəya möhkəm keyfiyyətli materialdan olmalıdır.Təhsil və Uşaq / Məktəb mebelləri | 10 | ədəd |
Satınalmalarının 13 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 30 iyl 2026
son qələbə 23 sen 2026
son qələbə 12 avq 2026
son qələbə 06 avq 2026
son qələbə 04 avq 2026
Sifarişçinin elandan sonra bu satınalma üzrə dərc etdikləri. Başlıq bizim oxunuşumuzdur, altındakı mətn isə sifarişçinindir, dəyişilmədən.
· 74.895 ₼
Məlumat üçün bildiririk ki, "Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi" Publik Hüquqi Şəxsi tərəfindən keçirilmiş Müxtəlif növ malların satın alınması (Müsabiqə İN: 2026/AT/03926/V1) üzrə açıq tender proseduru yekunlaşmışdır. Satınalma komissiyasının qərarına əsasən, ən uyğun təklif təqdim etmiş "M-KONTAKT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (VÖEN: 1400263291) qalib elan edilmişdir. Təklifin məbləği və valyutası 74.894,60 (Yetmiş dörd min səkkiz yüz doğsan dörd manat 60 qəpik) AZN təşkil edir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, satınalma üzrə gözləmə müddəti 10.09.2026-cı il tarixindən etibarən start götürür və 5 (beş) iş günü ərzində qüvvədə saxlanılır. Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən gözləmə müddəti təchizatçılara satınalmanın nəticələri ilə bağlı satınalan təşkilata müraciət etmək (o cümlədən nəticələrdən şikayət etmək) hüququnu verir.