Sifarişçi: AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ
Bu sifarişçi işi bölüşdürür: 62 satınalmanı 37 müxtəlif təchizatçı udub.
62 satınalma, 37 müxtəlif qalib
Ən çox udan: "İDEAL MOTORS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (6, 9.7%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.04% ilə 93.1% arasında aşağı düşüblər, medianı 23.01%.
Bu tender üçün bu 66.241 ₼ ilə 53.893 ₼ arasıdır.
4.830 ₼ məbləğindən aşağı heç kim udmayıb.
165 ₼
Sənədlər 25 ₼ + iştirak 140 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Rəhbər kürsüsü Rəhbər kreslosu təşkil etməlidir. Rəhbər üçün nəzərdə tutulmuş erqonomik konstruksiyalı ofis kreslosu olmalıdır. Arxa dayaq bel, kürək və çiyin nahiyəsini dəstəkləyən hündür konstruksiyaya malik olmalıdır. Oturacaq və arxa hissə uzunmüddətli istifadəyə uyğun möhkəm karkas (metal və ya kompozit) əsaslı olmalıdır. Kreslonun üzlüyü qara rəngli poliuretan (PU) əsaslı eko-dəri və ya ekvivalent keyfiyyətli süni dəri materialdan hazırlanmalı, oturacaq və arxa dayaq hissəsi yüksək sıxlıqlı elastik süngərlə doldurulmalıdır. Qollar üçün dayaqlarla təchiz edilməli, dayaqlar möhkəm konstruksiyalı və üst hissəsi yumşaq örtüklü olmalıdır. Kreslo hündürlüyün tənzimlənməsi, yellənmə funksiyası (multiblok və ya ekvivalent mexanizm) və müxtəlif mövqelərdə kilidlənmə imkanına malik mexanizmlə təchiz edilməlidir. Qaz lifti amortizatoru Class 4 və ya ekvivalent keyfiyyət/təhlükəsizlik sinfinə uyğun olmalıdır. Kreslo minimum 150 kq dinamik yükə davamlı olmalıdır. Ayaqlıq beşşüalı möhkəm konstruksiyaya malik olmalı, korroziyaya davamlı materialdan (metal) və ya qoruyucu örtüklə hazırlanmalıdır. Təkərlər minimum 60 mm diametrli poliuretan (PU) materialdan hazırlanmalı, sərt və yumşaq döşəmələrdə səssiz hərəkəti təmin etməli və aşınmaya davamlı olmalıdır. Bakı şəhərinə çatdırılma, quraşdırılma və daşınma qiymətə daxil edilməlidir. | 5 | ədəd |
| 2 | İşçi kürsüsü İşçi kreslosu təşkil etməlidir, işçi heyətinin gündəlik istifadəsi üçün nəzərdə tutulmuş erqonomik konstruksiyalı ofis kreslosu olmalıdır. Arxa dayaq bel, kürək və çiyin nahiyəsini dəstəkləyən hündür və geniş, anatomik formaya malik olmalıdır. Üzlük materialı aşınmaya davamlı, qara rəngli eko-dəri və ya ekvivalent keyfiyyətli süni dəri materialdan ibarət olmalıdır. Oturacaq və arxa hissə bədənin formasına uyğun dəstək yaradan tikişlərlə işlənməli, yüksək sıxlıqlı və deformasiyaya uğramayan yumşaq süngər materialla doldurulmalıdır. Qollar üçün nəzərdə tutulmuş dayaqlar metal karkaslı olmalı, üst hissəsi ağac elementlər və dəri örtüklə tamamlanmalıdır. Kreslo hündürlüyün tənzimlənməsi, irəli-geri hərəkət və yellənmə funksiyası ilə təchiz olunmalı, mexanizm kreslonu bir neçə fərqli meyl bucağı mövqeyində kilidləmə (fiksasiya) imkanına malik olmalıdır. Amortizasiya sistemi Class 3 və ya ekvivalent keyfiyyət/təhlükəsizlik sinfinə uyğun qaz lifti (Gas lift) mexanizmindən ibarət olmalıdır. Kreslo minimum 130 kq dinamik yükə davamlı olmalı, qaldırılıb-endirilmə mexanizmi minimum 80.000 dövr üzrə sınaqdan keçmiş və müvafiq keyfiyyət standartlarına cavab verən olmalıdır. Alt hissə xrom formalı möhkəmləndirilmiş metal ulduz (beşşüalı) baza quruluşlu olmalı və korroziyaya davamlı paslanmaz örtüklə işlənməlidir. Təkərlər diametri minimum 60 mm olan, səssiz hərəkət edən, aşınmaya davamlı, həm sərt (laminat/parket), həm də yumşaq (xalça) döşəmələr üçün uyğun poliuretan (PU) materialdan hazırlanmalıdır. Bakı şəhərinə çatdırılma, quraşdırılma və daşınma qiymətə daxil edilməlidir. | 53 | ədəd |
| 3 | Yarıyumşaq oturacaq Funksional və davamlı konstruksiyalı, dörd ayaqlı sabit quruluşa malik ofis stulu olmalıdır. Üzlük materialı aşınmaya və sürtünməyə davamlı, qara rəngli parça materialdan ibarət olmalıdır. Oturacaq və arxa dayaq hissəsi yüksək sıxlıqlı, deformasiyaya uğramayan yumşaq süngər materialla doldurulmalı və erqonomik oturuşu təmin etməlidir. Oturacağın karkası 30x15x1.3 oval profildən zərbəyə və yüklənməyə davamlı möhkəm metal konstruksiyadan ibarət olmalı, korroziyaya qarşı qoruyucu boya və ya örtüklə işlənməlidir. Oturacaq yüngül çəkili olmalı, istifadə edilmədikdə yerə qənaət məqsədilə şaquli şəkildə bir-birinin üzərinə yığılaraq (stackable) saxlanılmasına imkan verməlidir. Metal ayaqların uclarında döşəmənin cızılmasının qarşısını alan və sürüşməyə qarşı plastik qoruyucu ayaqlıqlar (tıxaclar) olmalıdır. Təklif olunan məhsul yeni, istifadə olunmamış və istehsal qüsuru olmayan olmalıdır. Məhsulun Bakı şəhərinə çatdırılması, daşınması və istifadəyə tam hazır vəziyyətdə təhvil verilməsi təklif qiymətinə daxil edilməlidir. | 15 | ədəd |
| 4 | Qəhvəi Kürsü Rəhbər kreslosu təşkil etməlidir. Rəhbər heyəti üçün nəzərdə tutulmuş erqonomik konstruksiyalı ofis kreslosu olmalıdır. Arxa dayaq bel, kürək və çiyin nahiyəsini dəstəkləyən hündür və geniş, anatomik formaya malik olmalıdır. Üzlük materialı aşınmaya davamlı, qara rəngli eko-dəri və ya ekvivalent keyfiyyətli süni dəri materialdan ibarət olmalıdır. Geniş və dərin oturacaq, həmçinin arxa hissə yüksək sıxlıqlı və deformasiyaya uğramayan yumşaq süngər materialla doldurulmalı, bədənin anatomik quruluşuna uyğun dəstək yaradan tikişlərlə işlənməlidir. Qollar üçün nəzərdə tutulmuş dayaqların üst hissəsi yumşaq örtüklə təmin olunmalı; yan, qol və ayaqlıq hissələrdə taxta və ya taxta teksturlu dekorativ elementlərdən istifadə edilməlidir. Kreslo hündürlüyün tənzimlənməsi, kürəyin irəli-geri və yuxarı-aşağı hərəkəti, həmçinin yellənmə funksiyası ilə təchiz olunmalı, mexanizm kreslonu bir neçə fərqli meyl bucağı mövqeyində kilidləmə (fiksasiya) imkanına malik olmalıdır. Amortizasiya sistemi Class 4 və ya ekvivalent keyfiyyət təhlükəsizlik sinfinə uyğun qaz lifti (Gas lift) mexanizmindən ibarət olmalıdır. Kreslo minimum 150 kq dinamik yükə davamlı olmalı, qaldırılıb-endirilmə mexanizmi minimum 100.000 dövr üzrə sınaqdan keçmiş və müvafiq keyfiyyət standartlarına cavab verən olmalıdır. Alt hissə beşşüalı möhkəmləndirilmiş baza quruluşlu olmalı, konstruksiyanın metal hissələri korroziyaya davamlı paslanmaz örtüklə işlənməlidir. Təkərlər diametri minimum 60 mm olan, səssiz hərəkət edən, aşınmaya davamlı, həm sərt (laminat/parket), həm də yumşaq (xalça) döşəmələr üçün uyğun poliuretan (PU) materialdan hazırlanmalıdır. Bakı şəhərinə çatdırılma, daşınma və quraşdırılma qiymətə daxil edilməlidir. | 8 | ədəd |
| 5 | Paltar dolabı 2 qapılı (1900*900*500) Paltar dolabı təşkil etməlidir. Dolab 1900x900x500 mm (hündürlüyü x eni x dərinliyi) ölçülərində, ikiqapılı olmalıdır. Dolabın üst panelinin (layının) qalınlığı minimum 25 mm, gövdə və daxili bölmələrinin qalınlığı isə minimum 18 mm olan yüksək sıxlıqlı laminat materialdan hazırlanmalıdır. (malın hazırlanması üçün istifadə olunacaq laminatın sıxlığı 660-700 kq/m³ formaldehid emissiyası E1 sinfinə aid olmalıdır.) Üst panelin kənarlarına minimum 2 mm-lik, dolabın qalan daxili və xarici hissələrinə isə minimum 0,4 mm-lik PVC kənar bantları termiki üsulla vurulmalıdır. Dolabın daxili konstruksiyası funksional olmalı, ayaqqabı və papaqların yerləşdirilməsi üçün minimum 2 ədəd rəfdən və geyimlərin asılması üçün müvafiq asılqan mexanizmindən (metal boru və ya çıxarılan mexanizm) ibarət olmalıdır. Dolabın arxa divarı (layı) minimum 8 mm-lik laminat və ya analoji davamlı materialdan hazırlanmalıdır. Xarici görünüşü iki ədəd qapıdan ibarət olmalıdır. Qapıların materialı rütubətə, suya və aşınmaya qarşı yüksək davamlılığa malik polivinil-xlorid (PVC) və ya ekvivalent tərkibli qoruyucu təbəqə ilə örtülmüş minimum 18 mm-lik panellərdən hazırlanmalıdır. Qapıların kənar tərəfləri erqonomik, dairəviləşdirilmiş postforming (posforminq) quruluşlu və ya minimum 2 mm-lik PVC kənar bantı ilə işlənmiş olmalıdır. Qapıların açılıb-bağlanması üçün amortizatorlu, səssiz bağlanma sisteminə malik vakuumlu petlələrdən istifadə olunmalıdır. Qapılar üzərində oxlararası məsafəsi minimum 128 mm olan xrom örtüklü möhkəm metal dəstəklər (qulplar) quraşdırılmalıdır. Dolabın alt hissəsi qeyri-bərabər döşəmələrdə tənzimlənməni təmin edən 4 ədəd nizamlanan dayaq (ayaq) üzərində qurulmalıdır. Mebelin rəngi sifarişçi ilə razılaşdırılmaqla mövcud mebellərə uyğun seçilməlidir. Bakı və Şirvan şəhərlərinə çatdırılma, quraşdırılma və daşınma xərcləri qiymətə daxil edilməlidir. | 8 | ədəd |
| 6 | Şüşəli sənəd dolabı 1900*900*500 Şüşəli sənəd dolabı təşkil etməlidir. Dolab 1900x900x500 mm (hündürlüyü x eni x dərinliyi) ölçülərində olmalıdır. Dolabın üst panelinin (layının) qalınlığı 25 mm, gövdə və daxili bölmələrinin qalınlığı isə 18 mm olan yüksək sıxlıqlı laminat materialdan hazırlanmalıdır. (malın hazırlanması üçün istifadə olunacaq laminatın sıxlığı 660-700 kq/m³ formaldehid emissiyası E1 sinfinə aid olmalıdır.) Üst panelin və qapıların kənarlarına 2 mm-lik, dolabın qalan daxili və xarici hissələrinə isə 1 mm-lik PVC kənar bantları termiki üsulla vurulmalıdır. Dolabın daxili konstruksiyası 4 ədəd rəfdən ibarət olmaqla ümumilikdə 5 hissəyə (gözə) bölünməlidir. Arxiv qovluqlarının (papkalarının) yerləşməsi üçün 4 ədəd əsas gözün hündürlüyü 350 mm, 1 ədəd yardımçı gözün hündürlüyü isə qalıq daxili ölçüyə uyğun olmalıdır. Dolabın arxa divarı (layı) 4 mm-lik HDF materialdan hazırlanmalıdır. Dolab iki hissəli qapı sistemindən ibarət olmalıdır. Həm üst, həm də alt hissə müstəqil, təhlükəsizliyi təmin edən qapı kilidi mexanizmləri ilə təchiz edilməlidir. Alt hissə iki ədəd bağlı (laminatlı MDF) qapılı və kilidli olmalıdır. Üst hissə isə zərbəyə davamlı, qalınlığı 5 mm olan temperli şəffaf şüşə qapılardan və kilid mexanizmindən ibarət olmalıdır. Qapıların açılıb-bağlanması üçün amortizatorlu, səssiz bağlanma sisteminə malik vakuumlu petlələrdən istifadə olunmalıdır. Şüşə və laminat qapılar üzərində oxlararası məsafəsi 128 mm olan xrom örtüklü möhkəm metal dəstəklər (qulplar) quraşdırılmalıdır. Dolabın alt hissəsi qeyri-bərabər döşəmələrdə tənzimlənməni təmin edən 4 ədəd nizamlanan dayaq (ayaq) üzərində qurulmalıdır. Mebelin rəngi sifarişçi ilə razılaşdırılmaqla mövcud mebellərə uyğun seçilməlidir. Bakı və Şirvan şəhərlərinə daşınma, çatdırılma və quraşdırılma xərcləri qiymətə daxil edilməlidir. | 5 | ədəd |
| 7 | Siyirməli tumba 420x500x600 Siyirməli tumba təşkil etməlidir. Tumbanın xarici ölçüləri 600x420x500 mm (hündürlüyü x eni x dərinliyi) təşkil etməlidir. Tumbanın üst panelinin (layının) qalınlığı 25 mm, gövdə, qabaq panellər (fasadlar) və daxili siyirmə hissələrinin qalınlığı isə 18 mm olan yüksək sıxlıqlı laminat materialdan hazırlanmalıdır. (malın hazırlanması üçün istifadə olunacaq laminatın sıxlığı 660-700 kq/m³ formaldehid emissiyası E1 sinfinə aid olmalıdır.) Üst panelin və siyirmə qapaqlarının kənarlarına 2 mm-lik, tumbanın qalan görünən daxili və xarici hissələrinə isə 0,4 mm-lik PVC kənar bantları termiki üsulla vurulmalıdır. Tumba 3 ədəd siyirmədən ibarət olmalıdır. Siyirmələrin hamısının eyni anda təhlükəsiz bağlanmasını təmin edən 1 ədəd mərkəzi kilid mexanizmi (mərkəzi kilid sistemi) ilə təchiz edilməlidir. Siyirmələrin rahat, tam və səssiz açılıb-bağlanması üçün amortizatorlu, teleskopik vakuumlu mexaniki ray sistemlərindən istifadə olunmalıdır. Siyirmə qapaqları üzərində oxlararası məsafəsi 128 mm olan xrom örtüklü möhkəm metal dəstəklər (qulplar) quraşdırılmalıdır. Tumbanın rahat hərəkət etdirilməsi üçün alt hissəsində 4 ədəd dayanıqlı, öz-özünə yönələn təkərli-diyirçəkli ayaq quraşdırılmalıdır. Təkərlərdən 2 ədədi tumbanın sabit qalmasını təmin edən kilidləmə (əyləc) mexanizminə malik olmalıdır. Mebelin rəngi sifarişçi ilə razılaşdırılmaqla mövcud mebellərə uyğun seçilməlidir. Bakı şəhərinə çatdırılma, quraşdırılma və daşınma xərcləri qiymətə daxil edilməlidir. | 15 | ədəd |
| 8 | Siyirməli tumba 450x450x500 Masaaltı tumba (3 siyirməli və ya ekvivalenti) İşçi masalarının altında istifadə üçün nəzərdə tutulmuş, funksional konstruksiyalı mobil tumba olmalıdır. Xarici ölçüləri 500x450x450 mm (hündürlüyü x eni x dərinliyi) təşkil etməlidir. Tumbanın üst panelinin (layının) qalınlığı 25 mm, gövdə, qabaq panellər (fasadlar) və daxili siyirmə hissələrinin qalınlığı isə 18 mm olan yüksək sıxlıqlı laminat materialdan hazırlanmalıdır. (malın hazırlanması üçün istifadə olunacaq laminatın sıxlığı 660-700 kq/m³ formaldehid emissiyası E1 sinfinə aid olmalıdır.) Üst panelin və siyirmə qapaqlarının kənarlarına 2 mm-lik, tumbanın qalan görünən daxili və xarici hissələrinə isə 0,4 mm-lik PVC kənar bantları termiki üsulla vurulmalıdır. Tumba 3 ədəd siyirmədən ibarət olmalıdır. Siyirmələrin hamısının eyni anda təhlükəsiz bağlanmasını təmin edən 1 ədəd mərkəzi kilid mexanizmi (mərkəzi kilid sistemi) ilə təchiz edilməlidir. Siyirmələrin rahat, tam və səssiz açılıb-bağlanması üçün amortizatorlu, teleskopik vakuumlu mexaniki ray sistemlərindən istifadə olunmalıdır. Siyirmə qapaqları üzərində oxlararası məsafəsi 128 mm olan xrom örtüklü möhkəm metal dəstəklər (qulplar) quraşdırılmalıdır. Tumbanın rahat hərəkət etdirilməsi üçün alt hissəsində 4 ədəd dayanıqlı, öz-özünə yönələn təkərli-diyirçəkli ayaq quraşdırılmalıdır. Təkərlərdən 2 ədədi tumbanın sabit qalmasını təmin edən kilidləmə (əyləc) mexanizminə malik olmalıdır. Mebelin rəngi sifarişçi ilə razılaşdırılmaqla mövcud mebellərə uyğun seçilməlidir. Bakı şəhərinə çatdırılma, quraşdırılma və daşınma qiymətə daxil edilməlidir. | 1 | ədəd |
| 9 | Tumba (qapısız) 450x450x450 Tumba qapısız, xarici ölçüləri minimum 450x450x450 mm (hündürlüyü x eni x dərinliyi) təşkil etməlidir. Tumbanın üst panelinin (layının) qalınlığı minimum 25 mm, gövdə və daxili bölmələrinin qalınlığı isə minimum 18 mm olan yüksək sıxlıqlı laminat materialdan hazırlanmalıdır. (malın hazırlanması üçün istifadə olunacaq laminatın sıxlığı 660-700 kq/m³ formaldehid emissiyası E1 sinfinə aid olmalıdır.) Üst panelin kənarlarına minimum 2 mm-lik, tumbanın qalan görünən daxili və xarici hissələrinə isə minimum 0,4 mm-lik PVC kənar bantları termiki üsulla vurulmalıdır. Mebelin rəngi sifarişçi ilə razılaşdırılmalıdır. Bakı şəhərinə çatdırılma, quraşdırılma və daşınma xərcləri qiymətə daxil edilməlidir. | 2 | ədəd |
| 10 | Tumba 1 qapılı 420x500x600 Tumba 1 qapılı, 600x420x500 mm (hündürlüyü x eni x dərinliyi) təşkil etməlidir. Tumbanın üst panelinin (layının) qalınlığı 25 mm, gövdə, qapı paneli (fasad) və daxili rəf hissələrinin qalınlığı isə 18 mm olan yüksək sıxlıqlı laminat materialdan hazırlanmalıdır. (malın hazırlanması üçün istifadə olunacaq laminatın sıxlığı 660-700 kq/m³ formaldehid emissiyası E1 sinfinə aid olmalıdır.) Üst panelin və qapının kənarlarına 2 mm-lik, tumbanın qalan görünən daxili və xarici hissələrinə isə 0,4 mm-lik PVC kənar bantları termiki üsulla vurulmalıdır. Tumba 1 ədəd qapıdan ibarət olmalı, qapının açılıb-bağlanması üçün amortizatorlu, səssiz bağlanma sisteminə malik vakuumlu petlələrdən istifadə olunmalıdır. Qapı paneli üzərində oxlararası məsafəsi 128 mm olan xrom örtüklü möhkəm metal dəstək (qulp) quraşdırılmalıdır. Tumbanın rahat hərəkət etdirilməsi üçün alt hissəsində 4 ədəd dayanıqlı, öz-özünə yönələn təkərli-diyirçəkli ayaq quraşdırılmalıdır. Təkərlərdən 2 ədədi tumbanın sabit qalmasını təmin edən kilidləmə (əyləc) mexanizminə malik olmalıdır. Mebelin rəngi sifarişçi ilə razılaşdırılmaqla mövcud mebellərə uyğun seçilməlidir. Bakı şəhərinə çatdırılma, quraşdırılma və daşınma xərcləri qiymətə daxil edilməlidir. | 1 | ədəd |
| 11 | Rəhbər masası (Əsas masa 1800x800x750 / Qabaq masa 1200x700x720) Masa (əsas və qabaq hissəli) təşkil etməlidir. Əsas masanın ölçüləri 1800x800x750 mm (uzunluğu x eni x hündürlüyü), qabaq masanın ölçüləri isə 1200x700x720 mm (uzunluğu x eni x hündürlüyü) olmalıdır. Masaların üst panelinin (layının) qalınlığı 25 mm, qalan bütün daxili və xarici gövdə hissələrinin qalınlığı isə 18 mm olan yüksək sıxlıqlı laminat materialdan hazırlanmalıdır. (malın hazırlanması üçün istifadə olunacaq laminatın sıxlığı 660-700 kq/m³ formaldehid emissiyası E1 sinfinə aid olmalıdır.) Üst panellərin kənarlarına 2 mm-lik, masaların qalan görünən hissələrinə isə 0,4 mm-lik PVC kənar bantları termiki üsulla vurulmalıdır. Konstruksiyanın monolitliyini və dayanıqlılığını təmin etmək üçün əsas və qabaq masalar alt hissədən metal birləşdirici furniturlarla (plankalarla) bir-birinə bərkidilməlidir. Kompüter və digər cihazların naqillərinin nizamlı keçməsini təmin etmək üçün əsas masanın üst panelində 1 ədəd plastik kabel qapağı (grommet) quraşdırılmalıdır. Mebelin rəngi sifarişçi ilə razılaşdırılmaqla mövcud mebellərə uyğun seçilməlidir. Bakı və Şirvan şəhərlərinə çatdırılma, quraşdırılma və daşınma xərcləri qiymətə daxil edilməlidir. | 4 | ədəd |
| 12 | İşçi masası 3 siyirməli 1300*700*750 İşçi masa siyirməli, 1300x700x750 mm (uzunluğu x eni x hündürlüyü) ölçülərində olmalıdır. Masanın üst panelinin (layının) qalınlığı 25 mm, gövdə, daxili bölmələr və siyirmə hissələrinin qalınlığı isə 18 mm olan yüksək sıxlıqlı laminat materialdan hazırlanmalıdır. (malın hazırlanması üçün istifadə olunacaq laminatın sıxlığı 660-700 kq/m³ formaldehid emissiyası E1 sinfinə aid olmalıdır.) Üst panelin kənarlarına 2 mm-lik, masanın qalan görünən daxili və xarici hissələrinə isə 0,4 mm-lik PVC kənar bantları termiki üsulla vurulmalıdır. Masa gövdəyə bitişik konstruksiyaya malik (yerləşmə istiqaməti sifarişçi ilə razılaşdırılmaqla) 3 ədəd siyirmədən (çəkməcədən) ibarət olmalı, siyirmələrin rahat, səssiz və rəvan açılıb-bağlanmasını təmin etmək üçün amortizatorlu, səssiz bağlanma sisteminə malik vakuumlu raylardan istifadə olunmalıdır. Siyirmələrin təhlükəsizliyini təmin etmək üçün mərkəzi kilid sistemi (açar) quraşdırılmalıdır. Siyirmə panellərinin (fasadların) üzərində oxlararası məsafəsi 128 mm olan xrom örtüklü möhkəm metal dəstəklər (qulplar) quraşdırılmalıdır. Kompüter və digər cihazların naqillərinin nizamlı keçməsini təmin etmək üçün masanın üst panelində 1 ədəd plastik kabel qapağı (grommet) quraşdırılmalıdır. Masanın alt hissəsi qeyri-bərabər döşəmələrdə tənzimlənməni təmin edən nizamlanan plastik dayaqlar (ayaqlar) üzərində qurulmalıdır. Mebelin rəngi sifarişçi ilə razılaşdırılmaqla mövcud mebellərə uyğun seçilməlidir. Bakı və Şirvan şəhərlərinə çatdırılma, quraşdırılma və daşınma xərcləri qiymətə daxil edilməlidir. | 3 | ədəd |
| 13 | Masa stomotoloji otaq 1500*800*750 Stomatoloji iş masasının xarici ölçüləri 1500x800x750 mm (uzunluğu x eni x hündürlüyü) olmalıdır. Masanın üst panelinin (layının) qalınlığı 25 mm, gövdə və digər bütün daxili-xarici hissələrinin qalınlığı isə 18 mm olmalıdır. (malın hazırlanması üçün istifadə olunacaq laminatın sıxlığı 660-700 kq/m³ formaldehid emissiyası E1 sinfinə aid olmalıdır.) Stomatoloji otağın sterillik şərtlərinə uyğun olaraq, masa rütubətə və nəm mühitə dözümlü, deformasiyaya uğramayan, gigiyenik kompakt laminat materialdan (Compact Laminate) hazırlanmalıdır. İstifadə olunacaq material və səthlər spirt, xlor, tibbi dezinfeksiyaedici məhlullara və kimyəvi maddələrə tam davamlı olmalı, ləkə saxlamamalıdır. Masanın iti bucaqları olmamalı, təhlükəsizliyin təmin edilməsi üçün kənarları radiuslu emal edilməlidir. Masa təhlükəsizliyi təmin edən kilid mexanizminə malik 1 ədəd siyirmədən (çəkməcədən) ibarət olmalı, siyirmədə tam açılan, 40 kq yükqaldırma qabiliyyətinə malik teleskopik rels (ray) sistemindən istifadə olunmalıdır. Cihazların naqillərinin nizamlı keçməsini təmin etmək üçün masanın üst panelində 1 ədəd plastik kabel qapağı (grommet) quraşdırılmalıdır. Masanın alt hissəsində döşəmə səthlərini cızmayan, sürüşməyən və hündürlüyü tənzimlənən dayaqlar quraşdırılmalıdır. Mebelin rəngi sifarişçi ilə razılaşdırılmaqla mövcud interyerə uyğun seçilməlidir. Bakı şəhərinə çatdırılma, quraşdırılma və daşınma xərcləri qiymətə daxil edilməlidir. | 1 | ədəd |
| 14 | Stol yanı tumba 2 qapılı 1000x420x600 Yan tumba təşkil etməlidir. Tumbanın xarici ölçüləri 600x1000x420 mm (hündürlüyü x eni x dərinliyi) olmalıdır. Tumbanın üst panelinin (layının) qalınlığı 25 mm, gövdə, daxili rəf və qapı panellərinin (fasadların) qalınlığı 18 mm olan yüksək sıxlıqlı laminat materialdan, arxa paneli (divarı) isə 8 mm-lik laminat materialdan hazırlanmalıdır. (malın hazırlanması üçün istifadə olunacaq laminatın sıxlığı 660-700 kq/m³ formaldehid emissiyası E1 sinfinə aid olmalıdır.) Üst panelin kənarlarına 2 mm-lik, tumbanın qalan görünən daxili və xarici hissələrinə isə 0,4 mm-lik PVC kənar bantları termiki üsulla vurulmalıdır. Tumba 2 ədəd qapıdan ibarət olmalı, qapıların açılıb-bağlanması üçün amortizatorlu, səssiz bağlanma sisteminə malik vakuumlu petlələrdən istifadə olunmalıdır. Tumbanın daxili hissəsi 1 ədəd rəf vasitəsilə 2 bərabər bölməyə ayrılmalıdır. Qapı panellərinin üzərində oxlararası məsafəsi 128 mm olan xrom örtüklü möhkəm metal dəstəklər (qulplar) quraşdırılmalıdır. Tumbanın sabit dayanması və döşəmə səthlərini cızmaması üçün alt hissəsində hündürlüyü tənzimlənən 4 ədəd plastik dayaq (ayaqcıq) quraşdırılmalıdır. Mebelin rəngi sifarişçi ilə razılaşdırılmaqla mövcud mebellərə uyğun seçilməlidir. Bakı şəhərinə çatdırılma, quraşdırılma və daşınma xərcləri qiymətə daxil edilməlidir. | 3 | ədəd |
| 15 | Samovar altı dolab 1000*800*550 Dolab 2 qapılı təşkil etməlidir. Dolabın xarici ölçüləri 1000x800x550 mm (hündürlüyü x eni x dərinliyi) olmalıdır. Suya və rütubətə davamlılığın təmin edilməsi üçün dolabın xarici və daxili səthləri laminasiya olunmalıdır. Konstruktiv xüsusiyyətlərinə uyğun olaraq dolabın üst panelinin (layının) qalınlığı 36 mm, arxa paneli (divarı) 8 mm, qalan bütün gövdə, qapı və daxili rəf hissələrinin qalınlığı isə 18 mm olan yüksək sıxlıqlı laminat materialdan hazırlanmalıdır. (malın hazırlanması üçün istifadə olunacaq laminatın sıxlığı 660-700 kq/m³ formaldehid emissiyası E1 sinfinə aid olmalıdır.) Dolab 2 ədəd qapıdan ibarət olmalı, qapıların açılıb-bağlanması üçün amortizatorlu, səssiz bağlanma sisteminə malik vakuumlu petlələrdən istifadə olunmalıdır. Dolabın daxili hissəsi 2 ədəd rəf vasitəsilə 3 bərabər bölməyə ayrılmalıdır. Qapı panellərinin üzərində oxlararası məsafəsi 128 mm olan xrom örtüklü möhkəm metal dəstəklər (qulplar) quraşdırılmalıdır. Dolabın sabit dayanması və döşəmə səthlərini cızmaması üçün alt hissəsində hündürlüyü tənzimlənən 4 ədəd plastik dayaq (ayaqcıq) quraşdırılmalıdır. Mebelin rəngi sifarişçi ilə razılaşdırılmaqla mövcud mebellərə uyğun seçilməlidir. Şəki şəhərinə çatdırılma, quraşdırılma və daşınma xərcləri qiymətə daxil edilməlidir. | 1 | ədəd |
| 16 | Divardan asılan, şüşəli qapılı telefon saxlama qutusu 800*800*200 Divardan asılan telefon saxlama qutusu təşkil etməlidir. Qutunun xarici ölçüləri 800x800x200 mm (hündürlüyü x eni x dərinliyi) olmalıdır. Gövdə və daxili bölmə hissələrinin qalınlığı 25 mm olan yüksək sıxlıqlı laminat materialdan hazırlanmalıdır. (malın hazırlanması üçün istifadə olunacaq laminatın sıxlığı 660-700 kq/m³ formaldehid emissiyası E1 sinfinə aid olmalıdır.) Gövdənin kənarlarına 2 mm-lik, daxili bölmələrin görünən hissələrinə isə 0,4 mm-lik PVC kənar bantları termiki üsulla vurulmalıdır. Qutunun daxili hissəsi telefonların rahat yerləşdirilməsi üçün 16 ədəd bərabər bölməyə (hüceyrəyə) ayrılmalıdır. Hər bir bölmə müstəqil açılan, şəffaf və zərbəyə davamlı temperli şüşədən (temperli şüşə qapı) ibarət olmalıdır. Hər bir şüşə qapının üzərində təhlükəsizliyi təmin edən fərdi açarlı kilid mexanizmi və rahat açılması üçün kiçik xrom örtüklü metal qulp (tutacaq) quraşdırılmalıdır. Qutunun divardan etibarlı və təhlükəsiz asılması üçün arxa hissəsində lazımi metal asqı aparatları (bərkidicilər) mövcud olmalıdır. Mebelin rəngi sifarişçi ilə razılaşdırılmaqla mövcud mebellərə uyğun seçilməlidir. Yevlax şəhərinə çatdırılma, quraşdırılma və daşınma xərcləri qiymətə daxil edilməlidir. | 2 | ədəd |
| 17 | Telefon şkafı 400*300*150 Divardan asılan telefon saxlama qutusu təşkil etməlidir. Qutunun xarici ölçüləri 300x400x150 mm (hündürlüyü x eni x dərinliyi) olmalıdır. Gövdə hissəsinin qalınlığı 18 mm, daxili bölmə (arakəsmə) hissələrinin qalınlığı isə 8 mm olan yüksək sıxlıqlı laminatl materialdan hazırlanmalıdır. (malın hazırlanması üçün istifadə olunacaq laminatın sıxlığı 660-700 kq/m³ formaldehid emissiyası E1 sinfinə aid olmalıdır.) Gövdənin kənarlarına 2 mm-lik, daxili bölmələrin görünən hissələrinə isə 0,4 mm-lik PVC kənar bantları termiki üsulla vurulmalıdır. Qutunun daxili hissəsi telefonların rahat yerləşdirilməsi üçün 8 ədəd bərabər bölməyə (hüceyrəyə) ayrılmalıdır. Hər bir bölmə müstəqil açılan, şəffaf və zərbəyə davamlı 4 mm-lik temperli şəffaf şüşə qapıdan ibarət olmalıdır. Hər bir şüşə qapının üzərində təhlükəsizliyi təmin edən fərdi açarlı kilid mexanizmi və rahat açılması üçün kiçik xrom örtüklü metal qulp (tutacaq) quraşdırılmalıdır. Qutunun divardan etibarlı və təhlükəsiz asılması üçün arxa hissəsində lazımi metal asqı aparatları (bərkidicilər) mövcud olmalıdır. Mebelin rəngi sifarişçi ilə razılaşdırılmaqla mövcud mebellərə uyğun seçilməlidir. Gəncə şəhərinə çatdırılma, quraşdırılma və daşınma xərcləri qiymətə daxil edilməlidir. | 1 | ədəd |
| 18 | Ehtiyat açarlar qutusu 600*600*250 Divardan asılan açar qutusu təşkil etməlidir. Qutunun xarici ölçüləri 600x600x250 mm (hündürlüyü x eni x dərinliyi) olmalıdır. Gövdə və daxili panel hissələrinin qalınlığı 25 mm olan yüksək sıxlıqlı laminat materialdan hazırlanmalıdır. (malın hazırlanması üçün istifadə olunacaq laminatın sıxlığı 660-700 kq/m³ formaldehid emissiyası E1 sinfinə aid olmalıdır. Gövdənin kənarlarına 2 mm-lik, daxili hissələrin görünən kənarlarına isə 0,4 mm-lik PVC kənar bantları termiki üsulla vurulmalıdır.) Qutunun daxili hissəsində açarların nizamlı asılması üçün 30 ədəd metal asılqan (qarmaq) quraşdırılmalıdır. Qutu şəffaf və zərbəyə davamlı temperli şüşədən ibarət qapıya malik olmalıdır. Şüşə qapının üzərində təhlükəsizliyi təmin edən açarlı kilid mexanizmi və rahat açılıb-bağlanması üçün 1 ədəd xrom örtüklü metal qulp (tutacaq) quraşdırılmalıdır. Qutunun divardan etibarlı asılması üçün arxa hissəsində lazımi metal asqı aparatları (bərkidicilər) mövcud olmalıdır. Mebelin rəngi sifarişçi ilə razılaşdırılmaqla mövcud mebellərə uyğun seçilməlidir. Yevlax şəhərinə çatdırılma, quraşdırılma və daşınma xərcləri qiymətə daxil edilməlidir. | 1 | ədəd |
| 19 | Mətbəx mebeli Mətbəx mebeli təşkil etməlidir. Mebelin xarici ölçüləri 2600x3500 mm (hündürlüyü x eni) olmalıdır. Mebelin gövdə, qapı və daxili rəf hissələri nəmə və rütubətə davamlı yüksək sıxlıqlı laminat materialdan hazırlanmalı, arxa paneli (divarı) isə 8 mm qalınlığında olmalıdır. (malın hazırlanması üçün istifadə olunacaq laminatın sıxlığı 660-700 kq/m³ formaldehid emissiyası E1 sinfinə aid olmalıdır.) Mebelin üst işçi səthi (tezgahı) 38 mm qalınlığında, suya, yüksək temperatura və cızılmaya qarşı xüsusi qoruyucu təbəqə ilə örtülmüş nəmə davamlı laminat materialdan (HPL) olmalıdır. Suyun təsirini nəzərə alaraq, yuma vannası (moyka) və qabyuyan maşının quraşdırılacağı yaxınlıqdakı bütün səthlər və kənarlar əlavə nəm qoruyucu təbəqə (izolyasiya materialı) ilə emal edilməlidir. Siyirmələrin (çəkməcələrin) rahat, səssiz və rəvan açılıb-bağlanmasını təmin etmək üçün tam açılan teleskopik və ya gizli rels (ray) sistemindən istifadə olunmalı və bu relslər 40 kq yükdaşıma qabiliyyətinə malik olmalıdır. Qapıların açılıb-bağlanması üçün amortizatorlu, səssiz bağlanma sisteminə malik vakuumlu petlələrdən istifadə olunmalıdır. Bütün qapı və siyirmələr bağlanarkən zərbəni və səsi azaldan mexanizmlərlə (stoper/demfer) təchiz edilməlidir. Qapı və siyirmə panellərinin (fasadların) üzərində oxlararası məsafəsi 128 mm olan xrom örtüklü möhkəm metal dəstəklər (qulplar) quraşdırılmalıdır. Konstruksiyada istifadə olunan bütün metal bərkidicilər, furniturlar və vidalar paslanmaya qarşı davamlı materialdan olmalıdır. Mebelin rəngi sifarişçi ilə razılaşdırılmaqla mövcud interyerə uyğun seçilməlidir. Şirvan şəhərinə çatdırılma, quraşdırılma və daşınma xərcləri qiymətə daxil edilməlidir. | 1 | ədəd |
| 20 | Metal arxiv dolabı (2000*450*900 / 1000*450*900) Metal arxiv dolabı ümumilikdə 8 ədəd olmaqla 2 fərqli ölçüdə olmalıdır. 4 ədədinin ölçüləri 2000x900x450 mm (hündürlüyü x eni x dərinliyi), qalan 4 ədədinin ölçüləri isə 1000x900x450 mm (hündürlüyü x eni x dərinliyi) olmalıdır. Dolabların gövdə hissəsi ən azı 0.8 mm metal qalınlığı olan soyuq haddələnmiş polad lövhədən hazırlanmalı, xarici və daxili səthləri korroziyaya qarşı davamlı, qalınlığı minimum 70 mikron olan elektrostatik toz boya ilə rənglənməlidir. Boya səthində çat, qabarcıq, soyulma, rəng fərqi olmamalı, məişət təmizləyici vasitələrinə qarşı davamlı olmalıdır. Konstruksiyanın qaynaq tikişləri tam hamar olmalı, qaynaq yerlərində çat, deşik və kəskin çıxıntılar olmamalıdır. Hündürlüyü 2000 mm olan dolabların daxili hissəsi hündürlüyü tənzimlənən 4 ədəd rəfdən (ümumilikdə 5 bərabər göz yaradacaq şəkildə), hündürlüyü 1000 mm olan dolabların daxili hissəsi isə 2 ədəd tənzimlənən rəfdən ibarət olmalıdır. Hər bir rəf 80 kq bərabər paylanmış yükə davamlı olmalı, tam yüklənmiş vəziyyətdə rəflərdə əyilmə qeydə alınmamalıdır. Ümumi konstruksiya deformasiyaya uğramadan 500 kq statik yükə davamlı, yığılmış vəziyyətdə tam sabit olmalıdır. Qapıların açılma bucağı 110° təşkil etməli, xrom örtüklü və 3 nöqtəli kilidləmə sisteminə malik mexanizmlə təchiz olunmalıdır. Hər bir dolab 2 ədəd açarla təhvil verilməlidir. Dolabların alt və üst hissələri boltlu birləşmə ilə möhkəm bərkidilməli, təhlükəsizlik üçün bütün kənarları bükülmüş (radiuslu) işlənməlidir. Dolabların arxa hissəsində divara bərkidilməsi üçün hazır montaj deşikləri mövcud olmalıdır. Dolabın rəngi sifarişçi ilə razılaşdırılmaqla mövcud dolablara uyğun seçilməlidir. Bakı şəhərinə çatdırılma, quraşdırılma və daşınma xərcləri qiymətə daxil edilməlidir. | 8 | ədəd |
| 21 | Metal arxiv dolabı / Metal fayl kabinet 1950*900*400 Metal arxiv dolabın xarici ölçüləri 1950x900x400 mm (hündürlüyü x eni x dərinliyi) olmalıdır. Dolabın gövdə hissəsi soyuq haddələnmiş polad lövhədən hazırlanmalı, xarici və daxili səthləri korroziyaya qarşı davamlı, qalınlığı minimum 70 mikron olan elektrostatik toz boya ilə rənglənməlidir. Boya səthində çat, qabarcıq, soyulma, rəng fərqi olmamalı, məişət təmizləyici vasitələrinə qarşı davamlı olmalıdır. Konstruksiyanın qaynaq tikişləri tam hamar olmalı, qaynaq yerlərində çat, deşik və kəskin çıxıntılar olmamalıdır. Dolabın daxili hissəsi hündürlüyü tənzimlənən 4 ədəd əsas rəfdən (ümumilikdə 5 bərabər göz yaradacaq şəkildə) ibarət olmalıdır. Hər bir rəf 80 kq bərabər paylanmış yükə davamlı olmalı, tam yüklənmiş vəziyyətdə rəflərdə əyilmə qeydə alınmamalıdır. Ümumi konstruksiya deformasiyaya uğramadan 500 kq statik yükə davamlı, yığılmış vəziyyətdə tam sabit olmalı və yellənməməlidir. Qapıların açılma bucağı 110° təşkil etməli, xrom örtüklü və 3 nöqtəli kilidləmə sisteminə malik mexanizmlə təchiz olunmalıdır. Hər bir dolab 2 ədəd açarla təhvil verilməlidir. Təhlükəsizlik üçün bütün kənarları bükülmüş işlənməli, iti hissələr olmamalı və qapılar təhlükəsiz bağlanmalıdır. Dolabın arxa hissəsində divara bərkidilməsi üçün hazır montaj deşikləri mövcud olmalıdır. Dolabın rəngi sifarişçi ilə razılaşdırılmaqla mövcud dolablara uyğun seçilməlidir. Naxçıvan şəhərinə çatdırılma, quraşdırılma və daşınma xərcləri qiymətə daxil edilməlidir. | 2 | ədəd |
| 22 | Güzgü 38*160 Paltar dolabı üçün güzgü təşkil etməlidir. Güzgünün ölçüləri 1600x380 mm (hündürlüyü x eni), qalınlığı 4 mm olmalıdır. Güzgü paltar dolabının qapısına daxili tərəfdən, qapının konstruksiyasına zərər verməyən və qopma riskini tam aradan qaldıran yüksək yapışqanlılığa malik xüsusi mebel yapışdırıcısı və mexaniki bərkidicilər vasitəsilə etibarlı şəkildə quraşdırılmalıdır. İstifadə zamanı təhlükəsizliyin təmin edilməsi üçün güzgünün bütün kənarları hamar rodajlı üsulla işlənməli, iti və kəsici hissələri olmamalı, habelə arxa hissəsi qoruyucu plyonkalı materialdan olmalıdır. Bakı şəhərinə çatdırılma, quraşdırılma və daşınma xərcləri qiymətə daxil edilməlidir. | 5 | ədəd |
| 23 | Divan Yumşaq mebel (3 yerlik) təşkil etməlidir. Mebelin gövdə (karkas) hissəsi deformasiyaya uğramayan, qurudulmuş və rütubət dərəcəsi maksimum 10% və ya 8-12% aralığında təşkil edən möhkəm ağac materialından hazırlanmalıdır. Üzləmə parçası yüksək keyfiyyətli, asan təmizlənən, aşınmaya qarşı 80 000 Martindale dövrünə davamlı materialdan olmalıdır. Parçanın rəng davamlılığı quru sürtünməyə qarşı 4 bal, yaş sürtünməyə qarşı isə 4 bal standartına cavab verməlidir. Tikiliş zamanı yüksək möhkəmlikli saplardan istifadə edilməli, qoşa tikişli olmalı, saplarda boşalma, sökülmə və qopma halları olmamalıdır. Mebel deformasiyaya uğramadan 300 kq bərabər paylanmış statik yükə davamlı olmalıdır. Təhlükəsizlik baxımından mebelin künclərində iti kənarlar olmamalı, hamar və radiuslu işlənməlidir. Məhsulda istehsalatdan qaynaqlanan kəskin kimyəvi qoxu, yapışqan, boya və ya parça qoxusu olmamalıdır. Mebelin rəngi sifarişçi ilə razılaşdırılmaqla mövcud interyerə uyğun seçilməlidir. Bakı şəhərinə çatdırılma, quraşdırılma və daşınma xərcləri qiymətə daxil edilməlidir. | 3 | ədəd |
| 24 | Jalüz Zebra Zebra tipli jalüz pərdənin parçası şəffaf və qeyri-şəffaf zolaqların növbələşməsindən ibarət, şaquli xətli və müxtəlif ölçülərdə pəncərə konstruksiyalarına uyğunlaşdırıla bilən xüsusi toxunuşa malik olmalıdır. İşıq tənzimləmə funksiyasına malik pərdənin parça materialı 100% poliester tərkibli, nəm təmizləməyə tam yararlı, toz və ləkə saxlamayan xüsusiyyətdə olmalıdır. Pərdənin idarəetmə mexanizmi zəncirli sistemlə rəvan və səssiz işləməli, yuxarı və aşağı profilləri alüminium materialdan hazırlanmalıdır. Jalüz pərdənin rəngi sifarişçi ilə razılaşdırılmaqla mövcud daxili interyerə uyğun seçilməlidir. Bakı, Şirvan, Xaçmaz, Lənkəran, Ağsu, Şəki, Yevlax və Gəncə şəhərlərinə çatdırılma, quraşdırılma və daşınma xərcləri qiymətə daxil edilməlidir. | 220 | m(2) |
| 25 | Məxfi sənədlərin yığılması üçün metal dolab 2100*440*1000 Dolabın xarici ölçüləri 2100x1000x440 mm (hündürlüyü x eni x dərinliyi) olmalıdır. Dolabın gövdə hissəsi soyuq haddələnmiş polad lövhədən hazırlanmalıdır. Konstruksiyanın qaynaq tikişləri tam hamar olmalı, qaynaq yerlərində çat, deşik və kəskin çıxıntılar olmamalıdır. Təhlükəsizlik üçün bütün kənarları bükülmüş işlənməli, iti hissələr olmamalıdır. Dolabın arxa hissəsində divara bərkidilməsi üçün hazır montaj deşikləri mövcud olmalıdır. Metal hissələr korroziyaya, kimyəvi və mexaniki təsirlərə, həmçinin ultrabənövşəyi (UV) şüalara qarşı davamlı, yanğına dözümlü elektrostatik polyester toz boya ilə rənglənməlidir. Boya səthində çat, qabarcıq, soyulma, rəng fərqi olmamalı, məişət təmizləyici vasitələrinə qarşı davamlı olmalıdır. Dolabın daxili hissəsi hündürlüyü tənzimlənən 4 ədəd əsas rəfdən (ümumilikdə 5 göz yaradacaq şəkildə) ibarət olmalıdır. Hər bir rəf minimum 80 kq bərabər paylanmış yükə davamlı olmalı, tam yüklənmiş vəziyyətdə rəflərdə əyilmə qeydə alınmamalıdır. Ümumi konstruksiya deformasiyaya uğramadan minimum 500 kq statik yükə davamlı, yığılmış vəziyyətdə tam sabit olmalı və yellənməməlidir. Qapılar rahat açılma bucağına malik olmalı, xrom örtüklü və minimum 3 nöqtəli kilidləmə sisteminə malik mexanizmlə təchiz olunmalıdır. Qapı və kilid mexanizmlərinin davamlılığı beynəlxalq sənaye və mexaniki aşınma standartlarına (məsələn, EN seriyası və ya ekvivalentinə) cavab verməlidir. Hər bir dolab 2 ədəd açarla təhvil verilməlidir. | 1 | ədəd |
| 26 | Tumba 2 qapılı (1800*450*750) Tumba 2 qapılının xarici ölçüləri 750x1800x450 mm (hündürlüyü x uzunluğu x eni) olmalıdır. Tumba 2 ədəd qapıdan ibarət olmalı, daxili hissəsi 1 ədəd rəf vasitəsilə 2 bərabər bölməyə ayrılmalıdır. Tumbanın üst panelinin (layının) qalınlığı 25 mm, korpus, qapı, daxili rəf və arakəsmə hissələrinin qalınlığı isə 18 mm olan yüksək sıxlıqlı laminat materialından hazırlanmalıdır. (malın hazırlanması üçün istifadə olunacaq laminatın sıxlığı 660-700 kq/m³ formaldehid emissiyası E1 sinfinə aid olmalıdır.) Məhsulun bütün görünən xarici kənarlarına 2 mm-lik, daxili hissələrinin kənarlarına isə 0,4 mm-lik PVC kənar bantları termiki üsulla vurulmalıdır. Bantlar səthə tam möhkəm yapışdırılmalı, sonradan ayrılma, çatlama və ya qopma halları olmamalıdır. Mebelin səthləri cızılmaya, nəmə, məişət təmizləyici vasitələrinə və gündəlik istifadədən yaranan aşınmaya qarşı davamlı olmalıdır. Qapıların açılıb-bağlanması üçün amortizatorlu, səssiz bağlanma sisteminə malik vakuumlu metal petlələrdən istifadə olunmalı və qapılar bağlandıqda korpusla tam eyni səviyyədə dayanmalıdır. Qapı panellərinin üzərində oxlararası məsafəsi 128 mm olan xrom örtüklü möhkəm metal dəstəklər (qulplar) quraşdırılmalıdır. Tumba möhkəm konstruksiyaya malik olmalı, yırğalanmamalı, yük altında əyilmə və deformasiyaya uğramamalıdır. Mebelin rəngi sifarişçi ilə razılaşdırılmaqla mövcud mebellərə uyğun seçilməlidir. Bakı şəhərinə çatdırılma, daşınma və quraşdırılma xərcləri qiymətə daxil edilməlidir. | 1 | ədəd |
| 27 | Dolab samovar altlığı 300*450*200 Samovar altlığı təşkil etməlidir. Mebelin xarici ölçüləri 200x300x450 mm (hündürlüyü x eni x dərinliyi), qapısız və açıq konstruksiyalı olmalıdır. Mebelin gövdə və daxili rəf hissələri nəmə və rütubətə davamlı yüksək sıxlıqlı 18 mm laminat materialdan hazırlanmalı, arxa paneli (divarı) isə 8 mm qalınlığında olmalıdır. (malın hazırlanması üçün istifadə olunacaq laminatın sıxlığı 660-700 kq/m³ formaldehid emissiyası E1 sinfinə aid olmalıdır.) Samovarın istifadəsindən yarana biləcək buxar və yüksək temperatur riskini nəzərə alaraq, mebelin üst paneli temperatura və nəmə qarşı xüsusi dözümlü materialla izolyasiya olunmalıdır. Konstruksiyada istifadə olunan bütün metal bərkidicilər, furniturlar və vidalar paslanmaya qarşı davamlı materialdan olmalıdır. Mebelin rəngi sifarişçi ilə razılaşdırılmaqla mövcud mebellərə uyğun seçilməlidir. Bakı şəhərinə çatdırılma, quraşdırılma və daşınma xərcləri qiymətə daxil edilməlidir. | 1 | ədəd |
| 28 | Mebelin təmiri - Kreslo və kürsülərin təmiri Qəhvəyi rəngli kreslo və kürsü üçün metal xrom örtüklü ulduz ayağın plastik təkərlərinin müvafiq texniki parametrlərə malik ehtiyat hissələri (və ya ekvivalenti) ilə dəyişdirilməsi. | 10 | dəst |
| 29 | Mebelin təmiri - Kreslo və kürsülərin təmiri Qəhvəyi rəngli kreslo və kürsü üçün metal xrom örtüklü qolları olan və üst hissəsi dəridən ibarət olan qol hissəsinin müvafiq texniki parametrlərə malik ehtiyat hissələri (və ya ekvivalenti) ilə dəyişdirilməsi. | 30 | dəst |
| 30 | Mebelin təmiri - Kreslo və kürsülərin təmiri Qəhvəyi rəngli kreslo və kürsü üçün metal xrom örtüklü hissədən ibarət amortizatorun müvafiq texniki parametrlərə malik ehtiyat hissələri (və ya ekvivalenti) ilə dəyişdirilməsi. | 10 | ədəd |
| 31 | Mebelin təmiri - Kreslo və kürsülərin təmiri Qəhvəyi rəngli kreslo və kürsü üçün metal hissədən ibarət qara rəngli fiksator mexanizminin müvafiq texniki parametrlərə malik ehtiyat hissələri (və ya ekvivalenti) ilə dəyişdirilməsi və təmir edilməsi. | 31 | ədəd |
| 32 | Mebelin təmiri - Sənəd dolabının təmiri (1900*900*500) Qapılar, kilidlər, petlələr (menteşələr), tutacaqlar (qulplar), rəflər, siyirmələr (çəkməcələr), şüşə hissələr və digər konstruksiya elementlərinin bərpası, zədələnmiş hissələrin yeni material və müvafiq keyfiyyətə malik ehtiyat hissələri ilə dəyişdirilməsi və təmir edilməsi. | 8 | dəst |
| 33 | Mebelin təmiri - Paltar dolabının təmiri (1900*900*500) Qapılar, kilidlər, petlələr (menteşələr), tutacaqlar (qulplar), rəflər, siyirmələr (çəkməcələr) və digər konstruksiya elementlərinin bərpası, zədələnmiş hissələrin yeni material və müvafiq keyfiyyətə malik ehtiyat hissələri ilə dəyişdirilməsi və təmir edilməsi. | 5 | dəst |
| 34 | Mebelin təmiri - Dolabüstü uşaq bələmə modulu 1005*700*700 Modulun üst hissəsinin təmir edilməsi və daxili (iç) hissəsinin yüksək sıxlıqlı, gigiyenik yumşaq materialdan hazırlanması və yenilənməsi. | 1 | ədəd |
Satınalmalarının 62 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 16 fev 2026
son qələbə 11 mar 2026
son qələbə 13 fev 2026
son qələbə 30 sen 2025
son qələbə 18 fev 2025