Sifarişçi: AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ MƏHKƏMƏ EKSPERTİZASI MƏRKƏZİ
Bu sifarişçidə eyni kateqoriyada 4 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
11 satınalma, 9 müxtəlif qalib
Ən çox udan: "AVTO TƏMİR" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (2, 18.2%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.1% ilə 81.06% arasında aşağı düşüblər, medianı 20.77%.
Bu tender üçün bu 87.687 ₼ ilə 73.371 ₼ arasıdır.
17.539 ₼ məbləğindən aşağı heç kim udmayıb.
210 ₼
Sənədlər 25 ₼ + iştirak 185 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Komputer dəsti Masaüstü kompüter dəsti: avadanlıq yeni, istifadə olunmamış, zavod istehsalı və orijinal qablaşdırmada olmalı, ofis işləri, elektron sənəd dövriyyəsi, internet, təqdimat, videokonfrans, tədris, idarəetmə və gündəlik biznes tətbiqləri üçün nəzərdə tutulmalıdır; sistem desktop form-faktorlu masaüstü kompüter olmalıdır; prosessor müasir x86-64 arxitekturalı çoxnüvəli prosessor olmalı, fiziki nüvə sayı ən azı 6 nüvə, icra axını sayı ən azı 12 axın olmalıdır; prosessorun baza tezliyi ən azı 2.5 GHz olmalıdır; keş yaddaşı ən azı 18 MB olmalıdır; operativ yaddaş RAM azı 8 GB olmalıdır; yaddaş qurğusu ən azı 512 GB M.2 PCIe NVMe SSD olmalıdır; kompüter Wi-Fi bağlantısını dəstəkləməli, simsiz şəbəkə modulu ən azı IEEE 802.11ac standartına və ya daha üstün standarta uyğun olmalıdır; Bluetooth bağlantısı dəstəklənməlidir; cihazda ən azı 8 ədəd USB port olmalı, onlardan ən azı 4 ədədi USB Type-A 5 Gb/s sürətli port olmalıdır; video çıxışları ən azı 1 ədəd HDMI və ən azı 1 ədəd VGA portundan ibarət olmalıdır; əlavə interfeyslər ən azı 1 ədəd Serial port, ən azı 1 ədəd qulaqlıq/mikrofon kombinə portu, ən azı 1 ədəd xətt girişi və ən azı 1 ədəd xətt çıxışı ilə təmin edilməlidir; simli şəbəkə bağlantısı üçün ən azı 1 ədəd RJ-45 Gigabit Ethernet portu olmalıdır; Wake on LAN funksiyası dəstəklənməlidir; səs sistemi yüksək dəqiqlikli audio texnologiyasını, daxili dinamik və audio çıxış dəstəyini təmin etməlidir; təhlükəsizlik funksiyaları diskret TPM v2.0 modulunu, Kensington tipli fiziki təhlükəsizlik kilidi yuvasını, BIOS user password, BIOS supervisor password və BIOS səviyyəsində hard drive password protection funksiyalarını dəstəkləməlidir; sistem Preboot eXecution Environment və ya ekvivalent şəbəkədən yüklənmə funksiyasını dəstəkləməlidir; əməliyyat sistemi lisenziyalı 64-bit Professional sinifli əməliyyat sistemi olmalı və təşkilatın mövcud Windows 10/11 Pro mühiti ilə tam uyğun işləməlidir; monitor dəstə daxil olmalı, ekran ölçüsü 24 inch sinfində, faktiki görünən sahə ən azı 23.8 inch olmalıdır; monitorun təsvir imkanı ən azı Full HD 1920 × 1080 @ 60 Hz olmalıdır; ekran nisbəti 16:9 olmalıdır; monitorun video girişləri ən azı 1 ədəd HDMI portu və ən azı 1 ədəd VGA portundan ibarət olmalıdır; monitor VESA montaj dəstəyinə malik olmalıdır; monitorun korpus rəngi qara olmalıdır; periferiya dəstinə simli klaviatura və simli optik mouse daxil olmalıdır; avadanlığın FCC, CE, CB, TCO və EPEAT və ya ekvivalent beynəlxalq uyğunluq və ekoloji standartlara cavab verməsi rəsmi datasheet və ya rəsmi istehsalçı sənədi ilə təsdiqlənməlidir; komplektə masaüstü kompüter, monitor, monitor dayağı, enerji kabelləri, monitor bağlantı kabeli, simli klaviatura, simli optik mouse, istifadəçi sənədləri, zəmanət sənədi və zavod komplektasiyasına daxil olan digər aksesuarlar daxil olmalıdır; avadanlığa istehsalçı və ya rəsmi distribyutor tərəfindən minimum 1 il rəsmi zəmanət verilməlidir; təchizatçı tərəfindən MAF və ya DAF sənədi təqdim olunmalıdır. Göstərilən tələblərə cavab verən və ya onları üstələyən texniki göstəricilərə malik ekvivalent məhsulların təklif olunmasına icazə verilir. | 20 | ədəd |
| 2 | Komputer dəsti Masaüstü kompüter: cihaz tipi compact tower masaüstü kompüter; Prosessor arxitekturu 64-bit olmalıdır; əsas nüvə sayı minimum 8 nüvə olmalıdır; ümumi axın sayı minimum 24 thread olmalıdır; tezlik minimum 5.20 GHz olmalıdır; keş yaddaşı minimum 36 MB Cache olmalıdır; yaddaş kanalı minimum 2 kanal olmalıdır; inteqrasiya olunmuş qrafik adapter olmalı, qrafik çıxışları eDP 1.4b, DisplayPort 1.4a və HDMI 2.1 dəstəkləməlidir; HDMI üzrə maksimum təsvir imkanı 4096 × 2160 @60Hz, DisplayPort üzrə maksimum təsvir imkanı 7680 × 4320 @60Hz olmalıdır; DirectX 12, OpenGL 4.5 və OpenCL 3.0 dəstəyi olmalıdır; Intel Quick Sync Video və ya ekvivalent video sürətləndirmə texnologiyası dəstəklənməlidir; eyni zamanda minimum 4 ekran dəstəyi olmalıdır; PCI Express 5.0 və 4.0 dəstəyi olmalıdır; maksimum PCI Express xətt sayı minimum 20 olmalıdır; virtualizasiya, hardware təhlükəsizlik, şifrələmə, Secure Key, AES New Instructions, TPM uyğunluğu, Boot Guard, OS Guard və uzaqdan idarəetmə texnologiyaları dəstəklənməlidir. operativ yaddaş minimum 16 GB DDR5 olmalıdır; maksimum operativ yaddaş dəstəyi minimum 64 GB Dual-channel olmalıdır; daxili yaddaş minimum 512 GB M.2 2280 PCIe Gen4 SSD olmalıdır; əlavə yaddaş üçün 3.5 düymlük HDD dəstəyi olmalıdır; əməliyyat sistemi Windows 11 Pro 64-bit olmalıdır; səs sistemi inteqrasiya olunmuş yüksək dəqiqlikli audio, 5.1 kanal surround sound dəstəyi ilə olmalıdır; video çıxışlar minimum HDMI, DisplayPort və VGA portlarından ibarət olmalıdır; şəbəkə interfeysi Ethernet RJ-45 port olmalıdır; simsiz şəbəkə Wi-Fi 6 və ya Wi-Fi 6E, Bluetooth 5 dəstəyi ilə olmalıdır; ön paneldə minimum 3×USB 3.2 Gen 1 Type-A və 1×USB 3.2 Gen 1 Type-C port olmalıdır; arxa paneldə minimum 4×USB 2.0 port olmalıdır; audio giriş/çıxış portları və combo jack olmalıdır; genişlənmə slotları minimum 1×PCIe x16, 1×PCIe x1, 1×M.2 SSD və 1×M.2 WLAN slot olmalıdır; təhlükəsizlik funksiyaları Kensington Lock Slot, TPM 2.0 və Wake-on-LAN dəstəyi ilə olmalıdır; enerji bloku minimum 80PLUS Bronze və ya daha yüksək sertifikatlı olmalıdır; Monitor. Ekran ölçüsüI: 24 - 27 inch aralığında, Çözünürlük: Full HD (1920x1080), Nisbət: 16:9, Yeniləmə tezliyi: 144 Hz, Kontrast: 3000:1, Cavab vaxtı (Response time): 2 ms, Rəng gamutu (genişliyi): 99% sRGB. Video girişləri: 1x HDMI və ya 1xDP port və həmçinin 1 x VGA portu. Bərkidilmə: VESA dəstəkli. Dayaq: Hündürlük, tilt tənzimləmələri. Korpus rəngi: Qara. Səs: 2x2 W daxili dinamiklər dəst tərkibinə sistem bloku, elektrik kabeli, klaviatura və siçan daxil olmalıdır; Windows 11 pro və MS Office standart - Tenant İD və ya OEM versiya quraşdırılmış olmalıdır. FCC, CE, CB, TCO, Epeat standartlarına uyğunluq datasheet sənədində qeyd olunmalıdır. PC monitor üzərində quraşdırmaq üçün müvafiq ölçülərə uyğun VESA quraşdırma dəsti ilə birlikdə təchiz olunmalıdır. 1 il istehsalçı zəmanəti, MAF və ya DAF sənədi təqdim olunmalıdır. Göstərilən tələblərə cavab verən və ya onları üstələyən texniki göstəricilərə malik ekvivalent məhsulların təklif olunmasına icazə verilir. | ||
| 3 | Mikroskop başlığı (Kamera) Mikroskop üçün rəqəmsal kamera, minimum 8 MP ayırdetmə qabiliyyətinə malik CMOS təsvir sensoru ilə təchiz olunmalı, minimum 4K (3840 × 2160) ayırdetmə qabiliyyətində 30 kadr/saniyə video çıxışını dəstəkləməli, HDMI, USB və RJ-45 Ethernet interfeyslərinə malik olmalıdır. Təsvir sensoru minimum 1/2 düym optik formata və ya ekvivalent göstəriciyə, təxminən 2 μm və ya daha yüksək piksel həssaslığına malik olmalıdır. Ekspozisiya müddəti minimum 1000 ms və ya daha geniş tənzimləmə aralığını dəstəkləməli, avtomatik və əl ilə ekspozisiya, ağ balansı, parlaqlıq, kontrast, doyma və rəng tənzimlənməsi funksiyalarına malik olmalıdır. WIFI şəbəkə üzərindən görüntü ötürülməsi və uzaqdan idarəetmə imkanını, SD kart və ya USB yaddaş qurğusuna foto və video yazılmasını dəstəkləməlidir. H.264, H.265 və ya ekvivalent video sıxılma texnologiyalarını, görüntü keyfiyyətinin yaxşılaşdırılması və səs-küyün azaldılması funksiyalarını dəstəkləməlidir. Foto çəkilişi, video qeydiyyatı, görüntünün dondurulması, rəqəmsal yaxınlaşdırma, ölçmə, müqayisə və baxış funksiyalarına malik olmalı, daxili menyu və ya proqram təminatı vasitəsilə kamera parametrlərinin idarə olunmasını və yaddaşa yazılmış faylların baxılmasını təmin etməlidir. Windows, Linux, macOS və ya ekvivalent əməliyyat sistemləri ilə uyğun işləməli, C-Mount obyektiv birləşməsini dəstəkləməli, 12 V DC və ya ekvivalent enerji təchizatı ilə işləməlidir. Komplektə enerji adapteri, HDMI kabeli, USB kabeli və istifadə təlimatı daxil edilməlidir. Göstərilən tələblərə cavab verən və ya onları üstələyən texniki göstəricilərə malik ekvivalent məhsulların təklif olunmasına icazə verilir. | 1 | ədəd |
| 4 | UPS UPS: Güc minimum 650VA / 390W; giriş fazası 1 faz; çıxış fazası 1 faz; giriş gərginliyi 220/230/240V üçün 165–292VAC aralığında olmalıdır; giriş tezliyi 50/60Hz ±8%, avtomatik təyin olunmalıdır; çıxış gərginliyi 220/230/240VAC ±8%; çıxış tezliyi 50/60Hz ±1%, avtomatik təyin olunmalıdır; dalğa forması şəbəkə rejimində pure sine wave, batareya rejimində simulated sine wave; transfer müddəti tipik 8 ms, maksimum 10 ms; şarj müddəti 5–9 saat; AVR funksiyası gərginliyin stabilizasiyası üçün artırıcı və azaldıcı AVR olmalıdır; idarəetmə mikroprosessor əsaslı rəqəmsal idarəetmə olmalıdır; Cold Start funksiyası batareyadan işə salma funksiyası olmalıdır; avtomatik yenidən başlatma şəbəkə enerjisi bərpa olunduqda avtomatik yenidən başlama funksiyası olmalıdır; batareya idarəetməsi ağıllı batareya idarəetməsi və üç mərhələli şarj sistemi olmalıdır; qoruma funksiyaları qısaqapanma, batareyanın artıq şarjı, artıq boşalması, artıq yüklənmə və ani gərginlik artımından qoruma olmalıdır; kommunikasiya portu USB və ya RS232 dəstəyi olmalıdır; səs-küy səviyyəsi maksimum 46 dB; minimum 1 il rəsmi zəmanət. Göstərilən tələblərə cavab verən və ya onları üstələyən texniki göstəricilərə malik ekvivalent məhsulların təklif olunmasına icazə verilir. | 10 | ədəd |
| 5 | Yaddaş kartı Yaddaş kartı: tip SDXC; tutum minimum 64 GB; bus tipi UHS-I olmalıdır; sürət sinfi Class 10 / U3 / V30 olmalıdır; maksimal oxuma sürəti azı 200 MB/s olmalıdır; maksimal yazma sürəti azı 90 MB/s olmalıdır; minimum davamlı yazma sürəti azı 30 MB/s olmalıdır; Full HD, 3D və 4K video çəkilişini, RAW formatlı foto və ardıcıl çəkilişi dəstəkləməlidir; daxili yazmadan qoruma açarı olmalıdır; işləmə temperaturu -25°C-dən +85°C-yə qədər olmalıdır; saxlanma temperaturu -40°C-dən +85°C-yə qədər olmalıdır; rəsmi zəmanət minimum 1 il olmalıdır, Göstərilən tələblərə cavab verən və ya onları üstələyən texniki göstəricilərə malik ekvivalent məhsulların təklif olunmasına icazə verilir. | 7 | ədəd |
| 6 | Printer Monoxrom lazer çoxfunksiyalı printer: cihaz tipi monoxrom lazer MFP; funksiyalar çap, skan və surətçıxarma; çap sürəti A4 formatında azı 38 səhifə/dəqiqə; ikiüzlü çap sürəti A4 formatında azı 30 təsvir/dəqiqə; çap texnologiyası monoxrom lazer; çap keyfiyyəti azı 1200 × 1200 dpi; ilk səhifənin çıxma vaxtı 5 saniyə və ya daha az; təhlükəsiz çap və USB yaddaşdan çap funksiyası olmalıdır; surətçıxarma sürəti A4 formatında azı 38 səhifə/dəqiqə; surətçıxarma keyfiyyəti azı 600 × 600 dpi; avtomatik ikiüzlü surətçıxarma funksiyası olmalıdır; bir dövrdə 999 nüsxəyə qədər surətçıxarma imkanı olmalıdır; miqyaslandırma 25–400% aralığında olmalıdır; skan tipi rəngli olmalıdır; optik skan keyfiyyəti azı 600 × 600 dpi; skan sürəti monoxrom birüzlü azı 50 təsvir/dəqiqə, rəngli birüzlü azı 38 təsvir/dəqiqə, monoxrom ikiüzlü azı 90 təsvir/dəqiqə, rəngli ikiüzlü azı 70 təsvir/dəqiqə olmalıdır; TWAIN, WIA və ICA uyğunluğu olmalıdır; e-mail, PC, USB, FTP və bulud servislərinə skan dəstəyi olmalıdır; standart kağız tutumu azı 250 vərəqlik kasseta və 100 vərəqlik universal lotokdan ibarət olmalıdır; maksimum kağız tutumu azı 900 vərəq olmalıdır; kağız çıxışı azı 150 vərəq olmalıdır; avtomatik sənəd qidalandırıcı olmalıdır; avtomatik ikiüzlü çap dəstəyi olmalıdır; interfeyslər USB 2.0 Hi-Speed, Gigabit Ethernet 10/100/1000Base-T, Wi-Fi 802.11b/g/n və Wireless Direct olmalıdır; dəstəklənən əməliyyat sistemləri Windows 11, macOS və Linux olmalıdır; şəbəkə protokolları TCP/IP, LPD, Port9100, IPP, IPPS, WSD, FTP, SMB, SMTP, POP3, SNMPv1 və SNMPv3 dəstəklənməlidir; təhlükəsizlik funksiyaları TLS 1.3, IPSec, IP/MAC filtrasiya, IEEE 802.1X, SNMPv3, SSL/HTTPS/IPPS dəstəyinə malik olmalıdır; idarəetmə paneli rəngli sensor LCD ekran olmalıdır; prosessor tezliyi azı 1200 MHz olmalıdır; əməli yaddaş azı 1 GB olmalıdır; daxili yaddaş azı 4 GB olmalıdır; maksimum məhsuldarlıq azə 100 000 səhifəyə olmalıdır; avadanlığa istehsalçı və ya rəsmi distribyutor tərəfindən minimum 1 il rəsmi zəmanət verilməlidir. Göstərilən tələblərə cavab verən və ya onları üstələyən texniki göstəricilərə malik ekvivalent məhsulların təklif olunmasına icazə verilir. | 2 | ədəd |
| 7 | Elektron mikrometr Elektron xarici mikrometr: ölçmə diapazonu 0–25 mm olmalıdır; oxuma tipi elektron olmalıdır; displey tipi maye kristal LCD ekran olmalıdır; ölçmə dəqiqliyi ±0.002 mm / ±0.0001 inch olmalıdır; ölçmə ayırdetməsi 0.001 mm / 0.00005 inch olmalıdır; ölçmə qüvvəsi 5–10 N aralığında olmalıdır; metrik və düym ölçü vahidlərini dəstəkləməlidir; materialı karbon polad, alüminium və PVC tərkibli olmalıdır; qidalanma tipi batareya ilə olmalıdır; batareya tipi 1.55V SR44 olmalıdır; gözləmə rejimində enerji sərfiyyatı ≤35 μA olmalıdır; işləmə temperaturu 5–40°C aralığında olmalıdır; saxlanma temperaturu -20°C-dən +60°C-yə qədər olmalıdır; nisbi rütubətin 80%-dən aşağı olduğu şəraitdə ölçmə sabitliyi təmin edilməlidir; cihaz dəqiq ölçmə və nəticələrin rahat oxunması üçün nəzərdə tutulmalıdır; kiçik səthli detalların ölçülməsi üçün ölçmə səthinə quraşdırılan polad kürəcik aksesuarı dəstəklənməlidir; rəsmi zəmanət minimum 1 il olmalıdır. Göstərilən tələblərə cavab verən və ya onları üstələyən texniki göstəricilərə malik ekvivalent məhsulların təklif olunmasına icazə verilir. | 1 | ədəd |
| 8 | Yağla işləyən radiator Yağ radiatoru, minimum 1800 W istilik gücünə malik, təxminən 18 m² sahənin qızdırılması üçün nəzərdə tutulmuş, Ən azı 9 seksiyalı, döşəmə tipli konstruksiyada, mexaniki idarəetmə və termostat ilə təchiz olunmuş, həddindən artıq qızmaya və aşmaya qarşı qorunma funksiyalarına malik olmalı, minimum IP20 və ya ekvivalent mühafizə səviyyəsini dəstəkləməli, elektrik şəbəkəsi ilə işləməli, rahat daşınma üçün təkərlər və tutacaq, kabelin yığılması üçün xüsusi bölmə ilə təchiz olunmalıdır. Komplektə radiator, təkərlər və istifadə təlimatı daxil edilməlidir.Göstərilən texniki göstəricilər minimal tələblərdir. Göstərilən tələblərə cavab verən və ya onları üstələyən texniki göstəricilərə malik ekvivalent məhsulların təklif olunmasına icazə verilir. | 3 | ədəd |
| 9 | yüksək keyfiyyətli elektron əl metr ölçəni Lazer məsafəölçən: cihaz tipi elektron lazer məsafəölçən; ölçmə diapazonu minimum 0.05–50 m olmalıdır; ölçmə dəqiqliyi ±1.5 mm olmalıdır; bucaq ölçmə dəqiqliyi ±0.2° olmalıdır; meyl ölçmə diapazonu 0°–360° olmalıdır; ölçmə vaxtı tipik 0.5 saniyə, maksimum 4 saniyə olmalıdır; lazer diodu 515 nm, <1 mW olmalıdır; lazer sinfi Class 2 olmalıdır; lazer rəngi yaşıl olmalıdır; ölçü vahidləri m/cm və ft/inch formatlarını dəstəkləməlidir; yaddaş tutumu minimum 30 ölçmə nəticəsini saxlamalıdır; məlumat ötürülməsi üçün Bluetooth 4.2 Low Energy və ya daha üstün texnologiya dəstəyi olmalıdır; toz və suya qarşı qorunma səviyyəsi minimum IP65 olmalıdır; korpus zərbəyə davamlı rezin örtüklü olmalı və minimum 1.5 metr hündürlükdən düşməyə davamlı olmalıdır; tripod bağlantısı üçün 1/4" yiv olmalıdır; enerji təchizatı 2×1.5V LR6 AA batareya ilə olmalıdır; avtomatik sönmə funksiyası maksimum 5 dəqiqə ərzində işləməlidir; cihazın çəkisi təxminən 0.2 kq olmalıdır; səs və vibrasiya ilə ölçmə təsdiqi funksiyası olmalıdır; cihaz uzun məsafəli ölçmələr, sahə və otaq ölçülərinin hesablanması, tikinti və quraşdırma işləri üçün nəzərdə tutulmalıdır; dəst tərkibinə lazer məsafəölçən, qoruyucu çanta və istehsalçı sertifikatı daxil olmalıdır; rəsmi zəmanət minimum 1 il olmalıdır. Göstərilən tələblərə cavab verən və ya onları üstələyən texniki göstəricilərə malik ekvivalent məhsulların təklif olunmasına icazə verilir. | 1 | ədəd |
| 10 | Portativ böyüdücü Böyütmə — 23 dəfə. Görmə sahəsinin diametri — 6,5 ± 1 mm. Okulyarın dioptrik tənzimlənməsi — ±2 dioptr. Obyektlərin ölçüsünü qiymətləndirmək üçün ölçü şkalası. Enerji təchizatı 6 V olan LED işıq mənbəyi: Yuxarı ağ işıqlandırma; ağ maili işıqlandırma; Ultrabənövşəyi işıq — 365 nm. Qabarit ölçüləri (uzunluq × en × hündürlük): 72×50×50 mm Obyektlərin ölçüsünü qiymətləndirmək üçün şkala. Xətti şkalanın diapazonu, mm — 0–10. Xətti şkalanın bölmə qiyməti, mm — 0,1. Bucaq şkalasının diapazonu — 0–90°. Bucaq şkalasının bölmə qiyməti — 1°. Radial şkalanın bölmə qiyməti, mm — 1. Etalon ştrixlərin qalınlığı, mm — 0,01; 0,02; 0,03. Göstərilən tələblərə cavab verən və ya onları üstələyən texniki göstəricilərə malik ekvivalent məhsulların təklif olunmasına icazə verilir. | 1 | ədəd |
| 11 | Elektron metrə azer məsafəölçən: cihaz tipi elektron lazer məsafəölçən; ölçmə diapazonu minimum 0.15–40 m olmalıdır; ölçmə dəqiqliyi ±1.5 mm olmalıdır; ölçmə vaxtı tipik 0.5 saniyə, maksimum 4 saniyə olmalıdır; lazer diodu 635 nm, <1 mW olmalıdır; lazer sinfi Class 2 olmalıdır; lazer rəngi qırmızı olmalıdır; ölçü vahidləri m/cm və ft/inch formatlarını dəstəkləməlidir; əsas ölçmə rejimləri uzunluq, sahə, həcm və dolayı hündürlük ölçməsini dəstəkləməlidir; işıqlı displey olmalıdır və son ölçmə nəticələrinin göstərilməsini dəstəkləməlidir; yaddaş funksiyası minimum son 10 ölçmə nəticəsini saxlamalıdır; toz və su sıçramasına qarşı qorunma səviyyəsi minimum IP54 olmalıdır; korpus zərbəyə davamlı olmalı və 1 metrə qədər düşməyə qarşı qorunma təmin etməlidir; enerji təchizatı 2×1.5V LR03 AAA batareya ilə olmalıdır; avtomatik sönmə funksiyası maksimum 5 dəqiqə ərzində işləməlidir; cihazın çəkisi təxminən 0.09 kq olmalıdır; dəst tərkibinə lazer məsafəölçən, qoruyucu çanta, 2 ədəd AAA batareya və istehsalçı sertifikatı daxil olmalıdır; rəsmi zəmanət minimum 1 il olmalıdır. Göstərilən tələblərə cavab verən və ya onları üstələyən texniki göstəricilərə malik ekvivalent məhsulların təklif olunmasına icazə verilir. | 2 | ədəd |
| 12 | Simsiz DECT telefon Simsiz DECT telefon - Müəssisə, ofis və digər iş mühitlərində şəhər və daxili telefon rabitəsinin təmin edilməsi üçün DECT texnologiyasını və GAP standartını dəstəkləyən simsiz telefon təqdim edilməlidir. Telefon minimum 1 telefon xətti ilə işləməli və bir baza qurğusuna minimum 6 simsiz telefon dəstinin qoşulmasına imkan verməlidir. Telefon daxili şəraitdə minimum 60 metr rabitə məsafəsini təmin etməli və rabitənin sabitliyini təmin edən simsiz rabitə texnologiyasını dəstəkləməlidir. Səsli rabitə zamanı aydın və keyfiyyətli danışıq təmin edilməli, səs səviyyəsinin tənzimlənməsi və səs-küyün azaldılması funksiyalarına malik olmalıdır. Telefon minimum 1.8 düym ölçülü ekran və işıqlandırılmış klaviatura ilə təchiz edilməli, zəngə cavab vermə, səssizə alma, gözlətmə, yenidən yığma, sürətli yığım və klaviatura kilidlənməsi kimi əsas funksiyaları dəstəkləməlidir. Telefon kitabçası minimum 100 ad və nömrənin, daxil olan zənglər yaddaşı minimum 50 nömrənin, yenidən yığma yaddaşı isə minimum 10 nömrənin saxlanılmasını dəstəkləməlidir. Daxil olan zənglərin bloklanması funksiyası olmalıdır. Telefon təkrar doldurulan batareya ilə işləməli və bir tam doldurulmadan sonra minimum 10 saat danışıq və minimum 150 saat gözləmə müddətini təmin etməlidir. Baza qurğusunda elektrik enerjisi kəsildikdə əlaqənin müvəqqəti saxlanılmasına imkan verən enerji ehtiyatı funksiyası olmalıdır. Baza qurğusunda minimum 30 dəqiqəlik səs yazısını saxlaya bilən avtomatik cavablandırma sistemi olmalı, yeni mesaj bildirişi və məsafədən idarəetmə funksiyalarını dəstəkləməlidir. Telefon gecə rejimi, zənglərin məhdudlaşdırılması, enerji sərfiyyatının azaldılması və əsas idarəetmə funksiyalarına girişin məhdudlaşdırılması imkanlarını dəstəkləməlidir. Baza qurğusu 220–240 V, 50 Hz elektrik şəbəkəsi ilə işləməli və normal istifadə şəraitində istismara yararlı olmalıdır. Komplektə minimum 1 ədəd simsiz telefon dəsti, baza qurğusu, şarj qurğusu, təkrar doldurulan batareya və elektrik qidalanma adapteri daxil edilməlidir. Qeyd: Göstərilən tələblərə cavab verən və ya onları üstələyən texniki göstəricilərə malik ekvivalent məhsulların təklif olunmasına icazə verilir. | 2 | ədəd |
| 13 | Maddi sübut otağına yeni tüner (yaddaş kartı ilə birlikdə) Şəbəkə videoqeydiyyatçısı (NVR) minimum 4 IP kamera dəstəkləməli, minimum 6 MP ayırdetmə qabiliyyətinə malik kameralarla işləməli, minimum 1 ədəd SATA interfeysi vasitəsilə 2 TB tutumlu, video müşahidə sistemləri üçün nəzərdə tutulmuş 3.5 düym SATA sərt disk ilə komplektləşdirilməlidir. Minimum 4 ədəd PoE şəbəkə portu, RJ-45 Ethernet, HDMI və VGA video çıxışları, minimum 1 ədəd USB portu, audio giriş və çıxışı ilə təchiz olunmalıdır. H.265/H.265+, H.264/H.264+ və ya ekvivalent video sıxılma texnologiyalarını dəstəkləməli, eyni vaxtda canlı görüntü, video yazılması, arxivə baxış və ehtiyat nüsxəsinin çıxarılması funksiyalarına malik olmalıdır. ONVIF və ya ekvivalent standartını dəstəkləməli, veb interfeys və mobil tətbiq vasitəsilə uzaqdan idarəetmə və izləmə imkanını təmin etməlidir. Hərəkət aşkarlanması və digər əsas hadisə əsaslı qeyd funksiyalarını dəstəkləməli, video müşahidə sistemlərində 24/7 fasiləsiz istismar üçün nəzərdə tutulmuş olmalıdır.Göstərilən texniki göstəricilər minimal tələblərdir. Göstərilən tələblərə cavab verən və ya onları üstələyən texniki göstəricilərə malik ekvivalent məhsulların təklif olunmasına icazə verilir. | 1 | dəst |
| 14 | Tirə nəzarət üçün kamera sistemi ( 3 ədəd kamera və 01 ədəd tüner) Video müşahidə sistemi: (NVR, 3 IP kamera və 2 TB sərt disk ilə birlikdə), video müşahidə sistemləri üçün nəzərdə tutulmuş 3.5 düym SATA sərt diskdən ibarət olmalıdır.Şəbəkə videoqeydiyyatçısı (NVR) minimum 4 IP kamera dəstəkləməli, minimum 6 MP ayırdetmə qabiliyyətinə malik kameralarla işləməli, minimum 1 ədəd SATA interfeysi vasitəsilə 2 TB tutumlu sərt disk ilə komplektləşdirilməlidir. Minimum 4 ədəd PoE şəbəkə portu, RJ-45 Ethernet, HDMI və VGA video çıxışları, minimum 1 ədəd USB portu, audio giriş və çıxışı ilə təchiz olunmalıdır. H.265/H.265+, H.264/H.264+ və ya ekvivalent video sıxılma texnologiyalarını dəstəkləməli, canlı görüntü, video yazılması, arxivə baxış və ehtiyat nüsxəsinin çıxarılması funksiyalarına malik olmalıdır. ONVIF və ya ekvivalent standartını dəstəkləməli, veb interfeys və mobil tətbiq vasitəsilə uzaqdan idarəetmə və izləmə imkanını təmin etməlidir. Hərəkət aşkarlanması və digər əsas hadisə əsaslı qeyd funksiyalarını dəstəkləməli, 24/7 fasiləsiz istismar üçün nəzərdə tutulmuş olmalıdır.IP kameralar xarici mühitdə istifadə üçün nəzərdə tutulmuş güllə tipli (Bullet) korpus konstruksiyasında, minimum 2 MP ayırdetmə qabiliyyətinə malik olmalı, gecəgörmə funksiyasını, H.265/H.265+, H.264/H.264+ və ya ekvivalent video sıxılma texnologiyalarını dəstəkləməlidir. Hərəkət aşkarlanması, insan və nəqliyyat vasitələrinin ayırd edilməsi və digər əsas analitika funksiyalarına malik olmalı, ONVIF və ya ekvivalent standartını dəstəkləməli, PoE (802.3af və ya ekvivalent) və ya 12 V DC enerji təchizatını dəstəkləməli, RJ-45 Ethernet portu ilə təchiz olunmalı, IP67 və ya ekvivalent mühafizə səviyyəsinə malik olmalıdır.Göstərilən texniki göstəricilər minimal tələblərdir. Göstərilən tələblərə cavab verən və ya onları üstələyən texniki göstəricilərə malik ekvivalent məhsulların təklif olunmasına icazə verilir. | 1 | dəst |
| 15 | Ultra bənövşəyi (UV) işıqlandırıcı lampa Əl UV lampası: cihaz tipi portativ əl tipli ultrabənövşəyi UV lampa; tətbiq sahəsi laboratoriya, yoxlama və inspeksiya işləri üçün nəzərdə tutulmalıdır; UV dalğa uzunluğu 365 nm longwave olmalıdır; lampa gücü minimum 6 W olmalıdır; UV işıq mənbəyi uzun dalğalı olmalıdır; korpus davamlı metal materialdan hazırlanmalı və cızılmaya davamlı boya örtüyünə malik olmalıdır; daxili reflektor UV işıqlandırmanın gücləndirilməsini təmin etməlidir; cihaz geniş işıqlandırma sahəsi və stabil UV intensivliyi təmin etməlidir; cihaz əl ilə istifadə üçün yüngül və rahat olmalı, həmçinin stend və ya kabinet daxilində əllərsiz istifadə üçün uyğun olmalıdır; elektrik kabelinin uzunluğu minimum 2.4 m olmalıdır; enerji təchizatı 115V, 60Hz olmalıdır; cərəyan sərfiyyatı təxminən 0.32A olmalıdır; ölçüləri 12-13 × 3,8-4,0 × 2,5-3,0 düym aralığında olmalıdır; cihaz yüksək istifadə intensivliyinə uyğun möhkəm konstruksiyaya malik olmalıdır; rəsmi zəmanət minimum 1 il olmalıdır. Göstərilən tələblərə cavab verən və ya onları üstələyən texniki göstəricilərə malik ekvivalent məhsulların təklif olunmasına icazə verilir. | 1 | ədəd |
| 16 | Akkumulyatorlu budama mişarı Avadanlıq ağacların, kolların və digər yaşıllıqların budanması, müxtəlif qalınlıqlı ağac budaqlarının kəsilməsi və bağçılıq-təsərrüfat işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş akkumulyatorla işləyən portativ zəncirli budama mişarı olmalıdır. / Cihaz elektrik şəbəkəsinə birbaşa qoşulmadan, təkrar doldurulan akkumulyator vasitəsilə işləməli və açıq sahədə rahat istifadəyə imkan verməlidir. / Funksional tələblər: Ağac və kol budaqlarının kəsilməsi və budanması üçün nəzərdə tutulmalıdır. / Zəncirli kəsmə prinsipi ilə və ya eyni funksional nəticəni təmin edən ekvivalent kəsmə texnologiyası ilə işləməlidir. / Müxtəlif diametrli gündəlik bağ və təsərrüfat budama işlərinin həyata keçirilməsinə uyğun məhsuldarlığa malik olmalıdır. / Kabelsiz və portativ istifadə imkanına malik olmalıdır. / Akkumulyator təkrar doldurula bilən olmalıdır. / Cihazla birlikdə onun normal istismarını təmin edən uyğun akkumulyator və şarj cihazı təqdim edilməlidir. / Akkumulyator və şarj cihazı istehsalçı tərəfindən həmin cihaz üçün nəzərdə tutulmuş və ya rəsmi olaraq uyğunluğu təsdiqlənmiş olmalıdır. / Şarj cihazı Azərbaycan Respublikasında istifadə olunan elektrik şəbəkəsinə uyğun olmalıdır. / Konstruksiya və istifadə rahatlığı: Cihaz kompakt və daşınması rahat konstruksiyaya, əl ilə rahat idarə edilməsinə imkan verən erqonomik tutacağa, sürüşməni azaldan tutacaq səthinə və ya ekvivalent konstruktiv həllə, uzunmüddətli budama zamanı istifadəçinin əl və qol yorğunluğunu minimuma endirən konstruksiyaya malik olmalıdır. / Cihazın akkumulyator daxil olmaqla işə hazır vəziyyətdə çəkisi maksimum 2,5 kq olmalıdır. / Daha aşağı çəkiyə malik avadanlıq qəbul edilir. / Təhlükəsizlik: Avadanlıq istifadə zamanı operatorun təhlükəsizliyini təmin edən konstruktiv və funksional qoruma vasitələrinə malik olmalıdır. / Bura aşağıdakılardan biri və ya bir neçəsi daxil ola bilər: kəsici/zəncir hissəsinin qoruyucusu; təsadüfi işə düşmənin qarşısını alan təhlükəsizlik düyməsi və ya kilidləmə mexanizmi; əl və barmaqların kəsici hissə ilə təsadüfi təmasının qarşısını alan konstruksiya; elektrik və akkumulyator sisteminin həddindən artıq yüklənmədən, qızmadan və digər təhlükəli iş rejimlərindən qorunması; və ya eyni funksional təhlükəsizlik nəticəsini təmin edən istehsalçıya məxsus ekvivalent texnologiyalar. / Texniki xidmət: Kəsici elementlərin aşınması zamanı dəyişdirilməsi mümkün olmalıdır. / Zəncir istifadə edilirsə, onun gərginliyinin tənzimlənməsi və texniki qulluq aparılması mümkün olmalıdır. / Kəsici hissələrin yağlanması tələb olunan konstruksiyada uyğun yağlama imkanı təmin edilməlidir. / İstehsalçının istifadəçi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan gündəlik texniki xidmət əməliyyatları xüsusi mürəkkəb avadanlıq tələb etməməlidir. / Komplektasiya: Minimum komplektə aşağıdakılar daxil edilməlidir: 1 ədəd portativ akkumulyatorlu budama mişarı; cihazın işləməsi üçün uyğun minimum 1 ədəd akkumulyator; uyğun şarj cihazı; kəsici sistemin işləməsi üçün zəruri zəncir, şina və ya istehsalçının tətbiq etdiyi ekvivalent kəsici element; cihazın gündəlik texniki xidməti üçün zavod komplektasiyasında nəzərdə tutulmuş alət və aksesuarlar; istifadəçi təlimatı; istehsalçının standart zavod komplektasiyasına daxil olan digər zəruri aksesuarlar. / Məhsula dair ümumi tələblər: Məhsul yeni və istifadə olunmamış olmalıdır. / Zavod istehsalı olmalıdır. / Təklif olunan avadanlıq kommersiya və ya peşəkar bağçılıq/budama işlərində istifadəyə uyğun olmalıdır. / Avadanlığın texniki və funksional göstəriciləri istehsalçının rəsmi kataloqu, məhsul səhifəsi, datasheet-i və ya digər rəsmi texniki sənədləri ilə təsdiq edilə bilməlidir. / Minimum 1 il zəmanət verilməlidir. / Alternativ və ekvivalent həllərin qəbul edilməsi: Qeyd: Bu texniki şərtdə göstərilən tələblər hər hansı konkret istehsalçı, marka, model, akkumulyator platforması, gərginlik səviyyəsi, batareya tutumu, şina ölçüsü, zəncir sürəti və ya istehsalçıya məxsus texnologiyaya yönləndirmə məqsədi daşımır. / Əsas tələb avadanlığın nəzərdə tutulan ağac və kol budama funksiyasını təhlükəsiz, stabil və effektiv şəkildə yerinə yetirməsidir. / Müxtəlif istehsalçıların fərqli akkumulyator gərginliyi, akkumulyator tutumu, mühərrik texnologiyası, kəsici sistem, zəncir və şina konstruksiyası, zəncir sürəti, idarəetmə sistemi, qoruma mexanizmi istifadə etməsinə icazə verilir. / İstehsalçı tərəfindən tətbiq olunan alternativ texnologiya tələb olunan funksional nəticəni eyni və ya daha yüksək səviyyədə təmin edirsə və bu istehsalçının rəsmi texniki sənədləri ilə təsdiq edilirsə, həmin avadanlıq ekvivalent hesab edilməli və qəbul edilir. / Tələblərdən daha yüksək məhsuldarlığa, daha aşağı çəkiyə, daha uzun iş müddətinə, daha müasir təhlükəsizlik sistemlərinə və daha geniş komplektasiyaya malik avadanlıqların təklif edilməsinə icazə verilir | ||
| 17 | İdarəolunan şəbəkə switch-i, 48 port Təklif olunan avadanlıq müəssisənin lokal şəbəkəsində kompüterlərin, serverlərin, printerlərin, IP telefonların və digər Ethernet əsaslı şəbəkə qurğularının qoşulması, şəbəkənin məntiqi seqmentlərə ayrılması, müxtəlif şəbəkə seqmentləri arasında məlumat mübadiləsinin təmin edilməsi, trafikə nəzarət və mərkəzləşdirilmiş şəbəkə idarəetməsi üçün nəzərdə tutulmuş idarə olunan şəbəkə switch-i olmalıdır. / Avadanlıq yeni, istifadə olunmamış, zavod istehsalı və istehsalçı tərəfindən dəstəklənən məhsul olmalıdır. / Avadanlıq minimum 48 ədəd 10/100/1000 Mbps RJ45 Ethernet portuna malik olmalıdır. / Digər switch-lərə, serverlərə və magistral şəbəkəyə qoşulma üçün minimum 4 ədəd ayrıca uplink interfeysi mövcud olmalıdır. / Uplink interfeysləri minimum 1 Gbps sürəti dəstəkləməlidir. / SFP, SFP+, SFP28, RJ45 və ya eyni funksional nəticəni təmin edən digər uplink interfeysləri qəbul edilir. / Minimum tələb edilən sürətdən daha yüksək sürətli uplink interfeysləri qəbul edilir. / Avadanlıq VLAN əsaslı şəbəkə seqmentasiyasını dəstəkləməli, müxtəlif istifadəçi, server, IP telefon və digər şəbəkə cihazlarının ayrı-ayrı məntiqi şəbəkələrdə işləməsinə imkan verməlidir. / Avadanlıq minimum IEEE 802.1Q VLAN və ya eyni funksional nəticəni təmin edən ekvivalent VLAN texnologiyasını dəstəkləməlidir. / Bir fiziki bağlantı üzərindən bir neçə VLAN trafikinin ötürülməsi mümkün olmalıdır. / Müxtəlif VLAN və lokal IP şəbəkələri arasında məlumat mübadiləsini təmin etmək üçün Layer 3 marşrutlaşdırma funksiyası mövcud olmalıdır. / Avadanlıq IPv4 və IPv6 şəbəkələrini dəstəkləməlidir. / Static routing dəstəklənməlidir. / Şəbəkənin gələcəkdə genişləndirilməsi və müxtəlif marşrutların avtomatik idarə olunması üçün dinamik routing funksiyası mövcud olmalıdır. / OSPF, RIP və ya eyni funksional nəticəni təmin edən alternativ standart və ya istehsalçıya məxsus ekvivalent routing texnologiyaları qəbul edilir. / Müxtəlif şəbəkə seqmentləri arasında DHCP sorğularının ötürülməsini təmin edən DHCP Relay funksiyası və ya ekvivalent texnologiya dəstəklənməlidir. / Şəbəkədə bir neçə fiziki bağlantının vahid məntiqi bağlantı kimi birləşdirilməsi, trafik yükünün bölüşdürülməsi və bağlantılardan birinin sıradan çıxması halında əlaqənin digər bağlantılar üzərindən davam etdirilməsi mümkün olmalıdır. / Link Aggregation, LACP və ya eyni funksional nəticəni təmin edən ekvivalent texnologiyalar qəbul edilir. / Şəbəkədə təsadüfi və ya səhv qoşulma nəticəsində yaranan dövrələrin şəbəkənin fəaliyyətini dayandırmasının qarşısını alan mexanizm mövcud olmalıdır. / STP, RSTP, MSTP və ya eyni funksional nəticəni təmin edən alternativ loop prevention/protection texnologiyaları qəbul edilir. / Avadanlıq bir neçə switch-in vahid və ya mərkəzləşdirilmiş şəkildə idarə edilməsinə imkan verməlidir. / Fiziki stacking, virtual stacking, virtual chassis, cluster, controller əsaslı idarəetmə və ya eyni funksional nəticəni təmin edən digər texnologiyalar qəbul edilir. / Konkret istehsalçıya məxsus xüsusi stacking portunun və ya konkret stacking texnologiyasının olması tələb edilmir. / Avadanlıq istifadəçilərin və şəbəkə cihazlarının şəbəkəyə girişinə nəzarət etmək imkanına malik olmalıdır. / Port, istifadəçi, MAC ünvanı, IP ünvanı, protokol və ya digər müvafiq meyarlar əsasında trafikə icazə verilməsi və ya trafikin bloklanması mümkün olmalıdır. / IEEE 802.1X, MAC əsaslı autentifikasiya, RADIUS, TACACS+, AAA və ya eyni funksional nəticəni təmin edən alternativ autentifikasiya və girişə nəzarət mexanizmləri qəbul edilir. / Saxta DHCP serverlərin, ARP əsaslı hücumların və icazəsiz mənbələrdən trafik göndərilməsinin qarşısının alınmasını təmin edən təhlükəsizlik mexanizmləri dəstəklənməlidir. / DHCP Snooping, Dynamic ARP Inspection, IP Source Guard və ya eyni funksional nəticəni təmin edən alternativ təhlükəsizlik texnologiyaları qəbul edilir. / IPv4 və IPv6 trafikinin idarə olunması üçün Access Control List və ya eyni funksional nəticəni təmin edən trafik filtrləmə mexanizmi mövcud olmalıdır. / Avadanlıq səs, video, biznes tətbiqləri və digər şəbəkə trafikinin prioritetləşdirilməsini təmin edən QoS funksiyalarını dəstəkləməlidir. / Trafikin prioritetləşdirilməsi, müəyyən trafik növlərinə üstünlük verilməsi və zərurət yarandıqda müəyyən istifadəçi, port və ya trafik növü üzrə sürətin məhdudlaşdırılması mümkün olmalıdır. / QoS funksiyalarının həyata keçirilməsi üçün istehsalçı tərəfindən istifadə edilən konkret alqoritm və ya kommersiya texnologiyası tələb edilmir. / Eyni funksional nəticəni təmin edən alternativ texnologiyalar qəbul edilir. / IP telefon və digər real vaxt rabitə cihazlarının şəbəkədə stabil işləməsini təmin edən trafik prioritetləşdirmə və şəbəkə seqmentasiyası imkanları mövcud olmalıdır. / Voice VLAN, LLDP-MED və ya ekvivalent texnologiyalar qəbul edilir. / Multicast əsaslı video, IPTV və digər xidmətlərin səmərəli işləməsi üçün multicast trafikin idarə olunması mümkün olmalıdır. / IGMP Snooping, MLD Snooping və ya eyni funksional nəticəni təmin edən ekvivalent texnologiyalar qəbul edilir. / Avadanlıq lokal və uzaqdan təhlükəsiz şəkildə idarə oluna bilməlidir. / Portların vəziyyətinin, bağlantıların, şəbəkə trafikinin, sistem hadisələrinin və cihazın ümumi vəziyyətinin monitorinqi mümkün olmalıdır. / İdarəetmə üçün CLI, Web interfeys, SSH, SNMP, lokal controller, virtual controller, cloud platforması və ya eyni funksional nəticəni təmin edən digər idarəetmə texnologiyalarının istifadəsi qəbul edilir. / Avadanlığın konfiqurasiyasının ehtiyat nüsxəsinin yaradılması və bərpası mümkün olmalıdır. / Avadanlığın sistem proqram təminatının yenilənməsi mümkün olmalıdır. / Administrator və digər idarəetmə istifadəçiləri üçün təhlükəsiz giriş və istifadəçi səlahiyyətlərinin idarə olunması təmin edilməlidir. / Avadanlığın digər şəbəkə cihazları ilə birlikdə mərkəzləşdirilmiş idarəetmə sisteminə qoşulması mümkün olmalıdır. / Mərkəzləşdirilmiş idarəetmə sistemi vasitəsilə cihazların aşkarlanması, vəziyyətinin monitorinqi, konfiqurasiyanın idarə olunması, proqram təminatının yenilənməsi və xəta bildirişlərinin alınması mümkün olmalıdır. / Mərkəzləşdirilmiş idarəetmənin lokal proqram təminatı, virtual sistem, aparat controller-i, cloud platforması və ya digər ekvivalent texnologiya ilə həyata keçirilməsi qəbul edilir. / Avadanlıq standart 19 düymlük rack kabinetdə quraşdırıla bilən konstruksiyaya malik olmalıdır. / Rack montajı üçün tələb olunan əsas montaj elementləri komplektə daxil olmalıdır. / Avadanlıq müəssisə şəbəkəsində fasiləsiz və uzunmüddətli iş üçün nəzərdə tutulmalıdır. / Avadanlığın işləməsi və texniki şərtdə göstərilən əsas funksiyaların istifadəsi üçün tələb olunan proqram təminatı və lisenziyalar təklif olunan komplektə daxil olmalıdır. / İstehsalçının perpetual, subscription, cihaz əsaslı, controller əsaslı və ya digər lisenziyalaşdırma modelindən istifadə etməsi qəbul edilir. / Əgər tələb olunan funksiyalardan istifadə üçün əlavə məcburi lisenziya tələb olunursa, həmin lisenziya təklifin tərkibinə daxil edilməlidir. / Komplektə minimum switch, enerji kabeli, rack montaj aksesuarları və istehsalçının standart zavod komplektasiyasına daxil olan digər zəruri aksesuarlar daxil olmalıdır. / Təklif olunan avadanlığın əsas texniki və funksional göstəriciləri istehsalçının rəsmi datasheet, kataloq, məhsul səhifəsi və ya digər rəsmi texniki sənədləri ilə təsdiqlənməlidir. / Avadanlığa minimum 1 il zəmanət verilməlidir. / Ekvivalentlik haqqında qeyd: Texniki şərtdə göstərilən terminlər və funksiyalar hər hansı konkret istehsalçı, marka, model, əməliyyat sistemi, lisenziya adı və ya istehsalçıya məxsus kommersiya texnologiyasına yönləndirmə məqsədi daşımır. / Texniki şərtin əsas məqsədi minimum 48 ədəd Gigabit Ethernet istifadəçi portuna və minimum 4 ədəd uplink interfeysinə malik, idarə olunan, VLAN, Layer 3 marşrutlaşdırma, təhlükəsizlik, trafik prioritetləşdirilməsi, şəbəkə dayanıqlığı və mərkəzləşdirilmiş idarəetmə funksiyalarını təmin edən şəbəkə switch-inin alınmasıdır. / Təklif olunan avadanlıqda göstərilən funksiyalar fərqli texniki üsul, protokol, kommersiya adı və ya istehsalçıya məxsus texnologiya vasitəsilə həyata keçirilə bilər. / Eyni və ya daha üstün funksional nəticəni təmin edən alternativ avadanlıq, ekvivalent məhsul və ekvivalent texnologiyalar qəbul edilir. / Təklif olunan alternativ həllin texniki şərtdə tələb edilən funksiyanı eyni və ya daha yüksək səviyyədə yerinə yetirməsi istehsalçının rəsmi texniki sənədləri ilə təsdiq edildiyi halda, texnologiyanın, protokolun, idarəetmə üsulunun və ya kommersiya adının fərqli olması uyğunsuzluq hesab edilir. / Minimum tələblərdən daha yüksək port sürətinə, daha yüksək uplink sürətinə, daha geniş routing, təhlükəsizlik və idarəetmə imkanlarına malik avadanlıqlar qəbul edilir. Göstərilən tələblərə cavab verən və ya onları üstələyən texniki göstəricilərə malik ekvivalent məhsulların təklif olunmasına icazə verilir. |
| 10 |
| ədəd |
| 1 |
| ədəd |
| 1 |
| ədəd |
Satınalmalarının 28 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 21 sen 2026
son qələbə 07 sen 2026
son qələbə 03 sen 2026
son qələbə 13 may 2026
son qələbə 01 dek 2025