Bu sifarişçidə eyni kateqoriyada 1 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
24 satınalma, 19 müxtəlif qalib
Ən çox udan: "EMBAWOOD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (3, 12.5%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.09% ilə 70.75% arasında aşağı düşüblər, medianı 12.95%.
Bu tender üçün bu 72.575 ₼ ilə 65.884 ₼ arasıdır.
22.138 ₼ məbləğindən aşağı heç kim udmayıb.
176 ₼
Sənədlər 25 ₼ + iştirak 151 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Mətbəx mebel dəsti Ölçülər: 4 p/m Xüsusiyyətlər: düz, 3 siyirməli, qapılı, penal daxil. Material: Üst və yan lay 25 mm-lik, digər hissələr 18 mm-lik, arxa lay 8 mm-lik laminat Kənar bant: Üst və yan layda 2 mm-lik PVC, digər hissələrdə 1 mm-lik PVC. Aksesuarlar: 450 mm-lik əyləcli teleskopik ray, gümüşü mat dəstək, əyləcli xrom həncama. Montaj Tələbləri: Mebellər istənilən zaman sökülə və yenidən yığıla bilən olması üçün minifiks və şarnir vasitəsilə yığılmalıdır. Keyfiyyət Standartları: Mebellər QOST 16371-2014, QOST 32289-2013 standartlarına tam uyğun şəkildə hazırlanmalıdır. İstifadə olunan aksessuarlar və digər materialların standartlara uyğunluğunu və mənşəsinin (markası, istehsalçı firması və modeli) təsdiq edən sənədlər, sertifikatlar təqdim olunmalıdır. Dizayn və rəng: Razılaşdırılacaq nümunə əsasında hazırlanmalıdır. | 4 | dəst |
| 2 | Akt zalı üçün masa (tribuna-masa) Ölçülər: 3000x870x750 mm. Material: Üst lay 25 mm-lik, digər hissələr 18 mm-lik laminat; Kənar bant: Üst lay 2 mm-lik, digər laylar 1 mm-lik PVC kənar bant; Montaj Tələbləri: Mebellər istənilən zaman sökülə və yenidən yığıla bilən olması üçün minifiks və şarnir vasitəsilə yığılmalıdır. Zəmanət Tələbləri: Təchizatçı tərəfindən 2 il yazılı zəmanət verilməlidir. Keyfiyyət Standartları: Mebellər QOST 16371-2014 standartlarına tam uyğun şəkildə hazırlanmalıdır. İstifadə olunan aksessuarlar və digər materialların standartlara uyğunluğunu və mənşəsinin (markası, istehsalçı firması və modeli) təsdiq edən sənədlər, sertifikatlar təqdim olunmalıdır. Dizayn və rəng: Razılaşdırılacaq nümunə əsasında hazırlanmalıdır. | 1 | ədəd |
| 3 | Akt zalı üçün rəhbər kreslo Ölçüsü: Arxalıq hündürlüyü ən az 750 mm. Oturacaq hündürlüyü 400-500 mm, eni 520 mm. Material: Oturacaq və söykənəcək sərtsüngərli yüksək keyfiyyətli dəri. Ortopedik. kürək hissəsinin baş tərəfi və kənarları iri qabaritli. Üzəri paxlava toxunmalı. Xrom qoltuqlu və qol qoyulan hissədə 2 sm qalınlığında, üz hissəsi dəridən və içəri hissəsi xüsusi yumşaq materialdan ibarət olan sərt süngər. Mexanizm: amartizator A class, aşağı və yuxarı hərəkətli, beli arxaya və önə hərəkətli, dik vəziyyətdə sabitlənən 2-li mexanizm. Təkərlər: 60mm diametrli, 360 dərəcə dönən döşəməni cızmayan plastik 2-li təkərlər. Yük götürmə:140 kq | 4 | ədəd |
| 4 | Akt zalı üçün kreslo Konstruksiya: Döşəməyə sabitlənən metal karkaslı, oturacağı yığılan mexanizmli kreslo. Ümumi ölçülər: Hündürlük: 95–105 sm, En: 55–60 sm, Dərinlik: 60–65 sm, Oturacaq hissə: 45–48 sm x 45–50 sm. Mexanizm: yaylı və ya qravitasiya tipli avtomatik yığılan. Material: yüksək sıxlıqlı poliuretan süngər (min. 40 kg/m³). Üzlük: parça və ya dəri. Söykənəcək hissə: Hündürlük: 50–60 sm. Material: formalı poliuretan süngər və ya kontrplak əsaslı yumşaq üzlük. Erqonomik əyim bucağı: 100–110°. Karkas: Material: toz boya ilə örtülmüş polad və ya paslanmayan metal. Metal qalınlığı: minimum 1.5–2 mm. Qollar (dirsəkliklər): Material: təbii ağac, MDF və ya plastik. Üst hissə aşınmaya davamlı örtüklü. Yan dayaqlar: Döşəməyə bolt vasitəsilə sabitlənən metal dayaqlar. Toz boya ilə qoruyucu örtük. Mexanizm: Səssiz işləyən oturacaq yığılma mexanizmi. Uzunmüddətli istifadə üçün möhkəmləndirilmiş konstruksiya. Yükdaşıma qabiliyyəti: Minimum 120–150 kq. Sıra nömrəsi və yer nömrəsi yerləşdirmə imkanı | 48 | ədəd |
| 5 | İclas masası İclas masası - 3300x1200x750 Materialı: Üst lay : TAM 54 mm-lik, digər hissələr 36 mm-lik laminat lövhədən ibarət olmalıdır. Kənar bant: Üst lay 2 mm-lik; digər laylar 1 mm-lik PVC kənar bant olmalıdır. Mebellər: yığılarkən minifiks, şarnirdən istifadə edilməlidir ki, istənilən zaman sökülüb-yığılan olsun. Masa nümunə əsasında razılaşdırılıb, hazırlanmalıdır. Mebellər QOST 16371-2014 tələblərinə uyğun olmalıdır. | 2 | ədəd |
| 6 | İclas masası üçün rəhbər kreslo Ölçüsü: Oturacağın eni 520 mm, dərinliyi 500 mm, yerdən hündürlüyü 480-550 mm. Arxalıq hündürlüyü ən az 600 mm. Material: Korpus paslanmaz metal. Oturacaq və söykənəcək sərt süngərli yüksək keyfiyyətli dəri. Ortopedik. Xrom materialdan qoltuqlu və qol qoyulan hissədə dəridən xüsusi üzləmə. Mexanizm: amartizator A class, aşağı və yuxarı hərəkətli, beli arxaya və önə hərəkətli və sabitlənən 2-li mexanizm. Təkərlər: 60mm diametrli, 360 dərəcə dönən döşəməni cızmayan plastik 2-li təkərlər. Rəng: Qara, Yük götürmə: 130 kq. Zəmanət təklif verən tərəfindən ən az 1il müddətinə verilməlidir. | 2 | ədəd |
| 7 | İclas masa ətrafı kreslolar Ölçüsü: Oturacağın eni 520 mm, dərinliyi 500 mm, yerdən hündürlüyü 480-550 mm. Arxalıq hündürlüyü ən az 600 mm. Material: Korpus paslanmaz metal. Oturacaq və söykənəcək sərt süngərli yüksək keyfiyyətli dəri. Ortopedik. Xrom materialdan qoltuqlu və qol qoyulan hissədə dəridən xüsusi üzləmə. Mexanizm: amartizator A class, aşağı və yuxarı hərəkətli, beli arxaya və önə hərəkətli və sabitlənən 2-li mexanizm. Təkərlər: 60mm diametrli, 360 dərəcə dönən döşəməni cızmayan plastik 2-li təkərlər.Rəng: Qara, Yük götürmə: 130 kq. | 20 | ədəd |
| 8 | Müsafir stulu - iclas zalı üçün Ölçüsü: Oturacağın eni 520 mm, dərinliyi 500 mm, yerdən hündürlüyü ən az 480 mm, Arxalıq hündürlüyü ən az 600 mm. Material: Korpus paslanmaz metal. Oturacaq və söykənəcək sərt süngərli yüksək keyfiyyətli dəri. Ortopedik. Xrom materialdan qoltuqlu və qol qoyulan hissədə dəridən xüsusi üzləmə. (31-ci punktda olan kreslonun materialında) Mexanizm: amartizator A class, beli arxaya və önə hərəkətli. Dizayn olaraq iclas masası üçün olan kreslonun eynisi, sadəcə olaraq təkərsiz müsafir stulu formasında olmalıdır. Rəng: Qara, Yük götürmə: ən az 130 kq. | 35 | ədəd |
| 9 | Mətbəx masası (dairəvi) 800(d)×750 mm. Masa ayağı yüksək keyfiyyətli paslanmaz xrom olmalıdır. üst hissə Verzalit material. Rəng və dizayn seçimi sifarişçinin tələbinə uyğun olaraq müəyyən ediləcəkdir. | 8 | ədəd |
| 10 | Mətbəx stulu (masanın dəsti) 4 ayaqlı xrom paslanmaz material stul, oturacağı dəri material, söykənəcək dəmir. Ölçüləri: hündürlüyü minumum 75 sm, oturacağın yerdən hündürlüyü 44sm, oturacaqdan söykənəcəyin hündürlüyü 34sm, oturacağın diametri 40 sm, söykənəcək (konusvari) aşağı hissə 30 sm, yuxarı hissə 40 sm. rəngi razılaşdırmaqla | 36 | ədəd |
| 11 | Bel taxtası Laminat materialından olmalı. Bütün tinlər 45 dərəcə bucaq altında kəsilməli və bütün tinlərə 2 mm-lik PVC kənar bant yapışdırılmalıdır. (quraşdırma daxil). Bel taxtaları adətən 1200x200x18mm ölçüdə hazırlanması nəzərdə tutulur. (fərq ölçülər də ola bilər) Rəng və dizayn razılaşdırılmalıdır. | 400 | m |
| 12 | Tribuna Bərk ağacdan (palıd, qoz və ya tik) hazırlanmış, davamlı, cızılmalara və rütubətə qarşı dayanıqlı materiallı və lak örtüklü tribuna olmalıdır. Üst hissə: 60 sm enində, 50 sm dərinlikdə, ümumi hündürlüyü 130 sm. Dayaq hissənin genişliyi 53 sm, hündürlük isə 85 sm olmalıdır. hissədə diametri 50 sm ölçüdə Dövlət Gerbinin təsviri olsun, altından da "Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti" sözü yazılmalıdır. Dizayn sadə və erqonomik olmalıdır. | 4 | ədəd |
| 13 | Divan Ölçü: 2400x950x950. 3 yerlik, açılıb yığıla bilən mexanizimlə və oturacaq və söykənəcəyində eni 700mm, qalınlığı150mm olan döşəklərlə təchiz olmalıdır. Divanın iç uzunluğu 2100mm, oturacaq hissəsinin dərinliyi 600mm, bel hissəsinin yerdən hündürlüyü 800mm, yerdən oturacaq hissəsinə qədər 400mm olmalıdır. Divanın üzlük parçası üçün Premium tekstil materialı olamlıdır. bu material yüksək dayanıqlı olmalıdır. Karkas təbii fıstıq ağacından hazırlanmalıdır. İstifadə olunan aksessuarlar və digər materialların standartlara uyğunluğu və mənşəyinin (markası, istehsalçı firması və modeli) təsdiq edən sənədlər, sertifikatlar təqdim olunmalıdır. Divan QOST 19917-2014 və ya ekvivalent standartına tam uyğun şəkildə hazırlanmalıdır. | 1 | ədəd |
| 14 | Jurnal masası Divana dizaynına uyğun olan : bərk ağacdan (palıd, qoz və ya tik) hazırlanmış, davamlı, cızılmalara və rütubətə qarşı dayanıqlı materiallı masa. Dizayn sadə və erqonomik olmalı, lak örtüklü olmalıdır. Jurnal masa qapı və rəfli olmalıdır. En: 80 sm, dərinlik: 80 sm, hündürlük: 54 sm Dizayn və rəng: Razılaşdırılacaq nümunə əsasında hazırlanmalıdır. | 1 | ədəd |
| 15 | Oturacaq Ölçüsü: Oturacağın eni 470 mm, dərinliyi 410 mm, ümumi hündürlüyü 810 mm. Oturacaq hündürlüyü 500 mm. Material: 20 mm diametrli və metal qalınlığı 1,2 mm olan oval tipli polad borudan hazırlanmalı, qara rəngdə və yük götürmə qabliyyəti 130 kq olmalıdır. Korroziyaya və digər xarici amillərə qarşı müqaviməti artıran polimer toz boya ilə örtülmüş, tam qaynaqlanmış, ayrılmayan çərçivəyə malik, ekoloji cəhətdən təmiz poliesterdən ibarət materialdan olmaqla, oturacağı və arxası birbaşa çərçivənin profil borusuna bərkitməklə, ayaqları döşəmə səthində sürüşmənin qarşısını alan və hərəkət zamanı səs-küyü istisna edən poliuretan tıxacları olmalıdır. Oturacaq və söykənəcək sərt süngərli parça üzlüklü olmalıdır. | 40 | ədəd |
| 16 | Sənəd dolabı Sənəd dolabı - 800x420x1900 ; Materialı: Üst lay : 25 mm-lik, digər hissələr 18 mm-lik laminat lövhədən ibarət olmalıdır. Kənar bant: Üst lay 2 mm-lik PVC kənar bant; Digər laylar 1 mm-lik PVC kənar bant. Alt qapılar mebel materialı, üst qapılar şüşə olmalıdır. Aksesuarlar: Gümüşü mat dəstək. Qapılar: əyləcli xrom həncama. 50 mm ölçüdə paslanmaz xrom ayaq olmalıdır. Mebellər: yığılarkən minifiks, şarnirdən istifadə edilməlidir ki, istənilən zaman sökülüb - yığılan olsun. Mebellər QOST 16371-2014 tələblərinə uyğun olmalıdır. Dizayn və rəng: Razılaşdırılacaq nümunə əsasında hazırlanmalıdır. | 10 | ədəd |
| 17 | Paltar dolabı Paltar dolabı - 800x420x1900 Materialı: Üst lay : 25 mm-lik, digər hissələr 18 mm-lik laminat lövhədən ibarət olmalıdır. Kənar bant: Üst lay 2 mm-lik PVC kənar bant; Digər laylar 1 mm-lik PVC kənar bant. 2 qapılı. yuxarıda papaqlıq, aşağıda ayaqqapı rəfi Aksesuarlar: Gümüşü mat dəstək. Paltar asmaq üçün paslanmaz boru asılqan. Qapılar: əyləcli xrom həncama. 50 mm ölçüdə paslanmaz xrom ayaq olmalıdır. Mebellər: yığılarkən minifiks, şarnirdən istifadə edilməlidir ki,istənilən zaman sökülüb-yığılan olsun. Mebellər QOST 16371-2014 tələblərinə uyğun olmalıdır. Dizayn və rəng: razılaşdırılacaq nümunə əsasında hazırlanmalıdır. | 10 | ədəd |
| 18 | Masa Ölçülər: 1200x700x750 mm. Material: Üst və yan lay 25 mm-lik, digər hissələr 18 mm-lik laminat; Kənar bant: Üst lay 2 mm-lik, digər laylar 1 mm-lik PVC kənar bant; Montaj Tələbləri: Mebellər istənilən zaman sökülə və yenidən yığıla bilən olması üçün minifiks və şarnir vasitəsilə yığılmalıdır. Keyfiyyət Standartları: Mebellər QOST 16371-2014 standartlarına tam uyğun şəkildə hazırlanmalıdır. İstifadə olunan aksessuarlar və digər materialların standartlara uyğunluğunu və mənşəsinin (markası, istehsalçı firması və modeli) təsdiq edən sənədlər, sertifikatlar təqdim olunmalıdır. Dizayn və rəng: razılaşdırılacaq nümunə əsasında hazırlanmalıdır. | 9 | ədəd |
| 19 | 3 siyirməli masa Tumba - 400x500x600 (3 siyirməli,təkərli,mərkəzi kilidli) Materialı: Üst lay: 25 mm-lik, digər hissələr 18 mm-lik laminat lövhədən ibarət olmalıdır. Kənar bant: Üst lay 2 mm-lik, digər laylar 1 mm-lik PVC kənar bant. Gümüşü mat dəstək. Mebellər: yığılarkən minifiks, şarnirdən istifadə edilməlidir ki,istənilən zaman sökülüb -yığılan olsun. Mebellər QOST 16371-2014 tələblərinə uyğun olmalıdır. Dizayn və rəng: razılaşdırılacaq nümunə əsasında hazırlanmalıdır. | 9 | ədəd |
| 20 | Mətbəx masası 1200x800×750 mm. Masa ayağı yüksək keyfiyyətli paslanmaz xrom olmalıdır. üst hissə Verzalit material. Rəng və dizayn seçimi sifarişçinin tələbinə uyğun olaraq müəyyən ediləcəkdir. | 4 | ədəd |
| 21 | Mətbəx stulu (masanın dəsti) 4 ayaqlı xrom paslanmaz material stul, oturacağı dəri material, söykənəcək dəmir. Ölçüləri: hündürlüyü minumum 75 sm, oturacağın yerdən hündürlüyü 44sm, oturacaqdan söykənəcəyin hündürlüyü 34sm, oturacağın diametri 40 sm, söykənəcək (konusvari) aşağı hissə 30 sm, yuxarı hissə 40 sm. rəngi razılaşdırmaqla | 12 | ədəd |
| 22 | işçi kreslosu (setkalı) Ölçüsü: Oturacağın eni 500 mm, dərinliyi 500 mm, yerdən hündürlüyü 440-510 mm. Arxalıq hündürlüyü 740 mm. Material: oturacağı yüksək keyfiyyətli məsaməli parça, söykənəcəyi sərt tor söykənəcək. Başlıqlı və qolları tənzimlənən olmalıdır. Qol qoyulan hissədə plastik material örtüklü. Plastik ayaq. Mexanizm: amartizator A class, aşağı və yuxarı hərəkətli, beli açılıb hərəkət edən və istənilən bucaqda sabitlənən 2-li mexanizmli olmalıdır. 360 dərəcə fırlanan dirsək altı, istənilən bucaqda sabitlənə bilən kürək hissə, onurğa dəstəyi, beli arxaya və önə hərəkətli sabitlənən 2-li mexanizm, yelləncək mexanizmi, Oturacağın sinxron tənzimlənməsi, tənzimlənən oturacaq, yüksəklik tənzimlənməsi mexanizmləri olmalıdır. Təkərlər: 60mm diametrli, 360 dərəcə dönən döşəməni cızmayan poliuretan 2-li təkərlər.Yük götürmə:130 kq, çəkisi isə ən 25 kq olmalıdır. Rəng seçimi, təqdim ediləcək dizayna uyğun, tək rəng və ya kreslonun detalları ayrı-ayrı rənglərdən ola bilər. Kreslonun dizaynı şəkildə təqdim edilən nümunədəki kimi olmalıdır. | 9 | ədəd |
Satınalmalarının 24 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 14 may 2026
son qələbə 30 iyl 2026
son qələbə 07 noy 2025
son qələbə 25 dek 2024
son qələbə 22 sen 2026
Sifarişçinin elandan sonra bu satınalma üzrə dərc etdikləri. Başlıq bizim oxunuşumuzdur, altındakı mətn isə sifarişçinindir, dəyişilmədən.
· 44.839 ₼
Mebel və inventarların satın alınması ilə bağlı 06.07.2026-ci il tarixli 2026/AT/ 03324/V1 nömrəli açıq tender müsabiqəsinin qalibi 44.838,82 manat (güzəştli düzəliş: 36.554,46 manat) qiymət təklifi ilə Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova, ev 15B ünvanında qeydiyyatda olan "İDEAL DİZAYN OFFİCE" MMC (VÖEN: 1306377551) olmuşdur. Müsabiqənin digər iştirakçılarından olan “VVOOD STORE GROUP” MMC ikinci, "M-KONTAKT" MMC isə üçüncü yerin sabihi olmuşdur. Gözləmə müddəti 01.09.2026-cı il tarixindən 5 iş günü müddətinə başlayır.