Sifarişçi: "İÇƏRİŞƏHƏR" DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU İDARƏSİ PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 1 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
6 satınalma, 5 müxtəlif qalib
Ən çox udan: "İFM" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 33.3%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.05% ilə 81.06% arasında aşağı düşüblər, medianı 17.41%.
Bu tender üçün bu 571.421 ₼ ilə 495.524 ₼ arasıdır.
113.636 ₼ məbləğindən aşağı heç kim udmayıb.
475 ₼
Sənədlər 25 ₼ + iştirak 450 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Bullet Kamera Açıq məkan üçün Bullet tipli AI IP kamera; minimum 4 MP təsvir ölçüsü, PoE/PoE+ enerji təchizatı, motorlaşdırılmış varifokal obyektiv, H.265/H.264 video sıxılma, WDR və aşağı işıq şəraitində keyfiyyətli görüntü dəstəyi, IR işıqlandırma, gündüz/gecə rejimi, IP67 və ya daha yüksək hava şəraitinə davamlı korpus, IK10 mexaniki dayanıqlılıq, RTSP/ONVIF uyğunluğu, əsas və alt video axınlarının dəstəklənməsi, insan aşkarlanması, insan sayımı, istiqamətli xətt keçidi, GİRİŞ/ÇIXIŞ analitikası və zona əsaslı analitika funksiyalarının kamera, mərkəzi AI analitika platforması və ya hibrid emal arxitekturası vasitəsilə həyata keçirilməsini dəstəkləməlidir. Kamera ilə birlikdə layihədə nəzərdə tutulan montaj üsuluna uyğun tam quraşdırma üçün tələb olunan montaj kronşteynləri, montaj qutuları, birləşmə qutuları, adapterlər, bərkidicilər və digər zəruri montaj aksesuarları təchiz edilməlidir. | 15 | ədəd |
| 2 | Dome Kamera Qapalı məkan üçün Dome tipli AI IP kamera; minimum 4 MP təsvir ölçüsü, PoE/PoE+ enerji təchizatı, motorlaşdırılmış varifokal obyektiv, H.265/H.264 video sıxılma, WDR və aşağı işıq şəraitində keyfiyyətli görüntü dəstəyi, IR işıqlandırma, gündüz/gecə rejimi, IP67, IK10, RTSP/ONVIF uyğunluğu, əsas və alt video axınlarının dəstəklənməsi, insan aşkarlanması, insan sayımı, istiqamətli xətt keçidi, GİRİŞ/ÇIXIŞ analitikası, zona əsaslı doluluq, sıxlıq monitorinqi və istilik xəritəsi funksiyalarının kamera, mərkəzi AI analitika platforması və ya hibrid emal arxitekturası vasitəsilə həyata keçirilməsini dəstəkləməlidir. Kamera ilə birlikdə layihədə nəzərdə tutulan montaj üsuluna uyğun tam quraşdırma üçün tələb olunan montaj kronşteynləri, montaj qutuları, birləşmə qutuları, adapterlər, bərkidicilər və digər zəruri montaj aksesuarları təchiz edilməlidir. | 16 | ədəd |
| 3 | NVR Video qeydiyyat Minimum 64 kanallı şəbəkə video qeydiyyat qurğusu; H.265/H.264 video formatları, layihədə nəzərdə tutulan 31 ədəd IP kameranın qeydiyyatı üçün uyğun giriş bant genişliyi, çoxdiskli SATA yaddaş və RAID dəstəyi, minimum 16 kanal sinxron playback, minimum 1 × HDMI və 1 × VGA video çıxışı, ONVIF uyğunluğu, minimum 2 × 1GbE Ethernet şəbəkə interfeysi, video axtarış və ixrac funksiyaları, uzaqdan idarəetmə və 24/7 fasiləsiz video qeydiyyat rejimini dəstəkləməlidir. | 1 | ədəd |
| 4 | NVR üçün video qeydiyyat diskləri NVR üçün minimum 8 TB tutumlu, 3.5 düym, SATA 6 Gbit/s interfeysli, minimum 256 MB keş yaddaşına malik və fasiləsiz 24/7 video qeydiyyat istifadəsi üçün nəzərdə tutulmuş HDD. | 4 | ədəd |
| 5 | Video İdarəetmə Sistemi Əsas Lisenziyası Daimi istifadə hüququ verən, Video İdarəetmə Sistemi Əsas Lisenziyası; mərkəzləşdirilmiş kamera idarəetməsi, canlı görüntü, video qeydiyyatı, playback, alarm və hadisələrin idarə olunması, istifadəçi və rol idarəetməsi, sistem monitorinqi, kamera qruplaşdırılması və Video İdarəetmə Sisteminin əsas funksiyalarını təmin edən əsas proqram təminatı lisenziyası. | 1 | ədəd |
| 6 | Video İdarəetmə Sistemi Proqram Təminatı üçün Kamera Kanal Lisenziyası Daimi istifadə hüququ verən, Video İdarəetmə Sistemi Kanal Lisenziyası; hər bir IP kameranın Video İdarəetmə Sisteminə inteqrasiyası, canlı görüntü, video qeydiyyatı, playback, kamera idarəetməsi, alarm / hadisə inteqrasiyası və mərkəzləşdirilmiş video müşahidə funksiyalarını dəstəkləyən kanal əsaslı lisenziya. | 31 | ədəd |
| 7 | Video müşahidə serveri Rack-montaj tipli server, minimum 8 fiziki nüvəyə və 16 icra axınına (thread) malik prosessor, minimum 32 GB ECC operativ yaddaş (RAM), minimum 2 × 960 GB SSD sistem yaddaşı, RAID 1 və ya ekvivalent məlumat mühafizəsi texnologiyasını dəstəkləyən disk alt sistemi, minimum 2 ədəd şəbəkə interfeysi (ən azı 1 Gbit/s sürətli və ya daha yüksək), çoxsaylı video axınlarının dekodlaşdırılması və renderinqi üçün ayrıca GPU sürətləndiricisi ilə təchiz edilməlidir,təklif olunan video müşahidə proqram təminatı ilə tam uyğun lisenziyalı server əməliyyat sistemi, uzaqdan idarəetmə funksiyası, redundant enerji təchizatı və 24/7 fasiləsiz video müşahidə xidmətinin istismarı üçün uyğun server arxitekturası ilə təchiz edilməlidir. | 1 | ədəd |
| 8 | Sviç Sənaye tipli PoE sahə kommutatoru; minimum 4 × Gigabit PoE/PoE+ RJ45 port, minimum 2 × Gigabit SFP uplink port, IEEE 802.3af/at standartlarına uyğun PoE dəstəyi, hər PoE portu üzrə minimum 30 W PoE çıxış gücü, minimum 120 W ümumi PoE güc büdcəsi, bütün portların eyni vaxtda nominal xətt sürətində işləməsini təmin edən kommutasiya tutumu, geniş iş temperaturu diapazonu, fansız sənaye tipli metal korpus, rezervli enerji girişi və DIN rels montajına uyğunluq. | 11 | ədəd |
| 9 | Sviç Sənaye tipli PoE sahə kommutatoru; minimum 8 × Gigabit PoE/PoE+ RJ45 port, minimum 2 × Gigabit SFP uplink port, IEEE 802.3af/at standartlarına uyğun PoE dəstəyi, hər PoE portu üzrə minimum 30 W PoE çıxış gücü, minimum 120 W ümumi PoE güc büdcəsi, minimum 20 Gbit/s kommutasiya tutumu, geniş iş temperaturu diapazonu, fansız sənaye tipli metal korpus, rezervli enerji girişi və DIN rels montajına uyğunluq. | 2 | ədəd |
| 10 | Fiber-optik aqreqasiya kommutatoru; Minimum 24 × 1G SFP port, minimum 4 × 10G SFP+ uplink port, VLAN, QoS, link aggregation, SNMP idarəetmə, rack-montaj konstruksiyası və bir modlu fiber uplink bağlantıları üçün uyğun olmalıdır. | 1 | ədəd |
| 11 | Ethernet core sviç Minimum 24 × Gigabit RJ45 Ethernet port, minimum 4 × 10G SFP+ uplink port, Layer 3 routing funksiyaları, VLAN, inter-VLAN routing, QoS, ACL, STP/RSTP, link aggregation, port mirroring, SNMP və uzaqdan idarəetmə dəstəyi, rack-montaj konstruksiyası və server, NVR, Video müşahidə serveri, operator iş stansiyası və fiber-optik aqreqasiya kommutatoru arasında mərkəzi bağlantı üçün uyğun olmalıdır. | 1 | ədəd |
| 12 | SFP modul 1G bir modlu SFP modulu; 1000BASE-LX və ya ekvivalent standarta uyğun, single-mode fiber dəstəyi, LC konnektor, minimum 10 km ötürmə məsafəsi, təklif olunan sənaye tipli PoE kommutatoru və fiber-optik aqreqasiya kommutatoru ilə uyğun olmalıdır. | 26 | ədəd |
| 13 | SFP modulu 10G SFP+ optik modul; 10Gbps sürət, single-mode və ya layihə tələbinə uyğun fiber dəstəyi, LC konnektor, kommutatorlar və server / storage 10G bağlantıları ilə uyğun, mərkəzi şəbəkə uplink bağlantıları üçün istifadə edilməyə uyğun olmalıdır. | 6 | ədəd |
| 14 | Ağıllı şəhər AI Analitikası serveri Rack-montaj AI analitika serveri; minimum 16 fiziki nüvəli prosessor, 64 GB ECC RAM, 500 GB SSD/NVMe sistem yaddaşı, tətbiq və verilənlər bazası üçün SSD/NVMe yaddaş, minimum 24 GB ümumi GPU yaddaşı, 31 AI kamera kanalının real vaxt emalı, minimum 2 × 10 Gbit/s şəbəkə interfeysi, uyğun lisenziyalı əməliyyat sistemi, uzaqdan idarəetmə, redundant enerji təchizatı və 24/7 iş rejimi. | 1 | ədəd |
| 15 | Operator iş stansiyası Fasiləsiz əməliyyat istifadəsinə uyğun masaüstü kompüter və ya iş stansiyası, minimum 6 fiziki nüvəyə malik prosessor, minimum 16 GB operativ yaddaş (RAM), minimum 512 GB SSD yaddaş, minimum 1 × 1 Gbit/s Ethernet şəbəkə interfeysi, eyni vaxtda ən azı iki monitoru dəstəkləyən video çıxışları, təklif olunan proqram təminatı ilə tam uyğun lisenziyalı əməliyyat sistemi, klaviatura, siçan və tələb olunan video kabellər daxil olmaqla təchiz edilməlidir. | 1 | ədəd |
| 16 | Monitor Minimum Full HD təsvir ölçüsü,minimum 2 port HDMI / DisplayPort və ya ekvivalent bağlantı, masaüstü dayağı, operator iş stansiyası ilə uyğunluq və tələb olunan bağlantı kabelləri daxil olmaqla. Minimum 32 düym ölçülü peşəkar monitor | 2 | ədəd |
| 17 | Rack-montaj serveri Rack tipli server; minimum 1 × 12 nüvəli / 24 thread server prosessoru və ya ekvivalent, minimum 128 GB ECC Registered RAM və ya ekvivalent, əməliyyat sistemi və tətbiqlər üçün tələb olunan tutumu, performansı və etibarlılığı təmin edən hot-plug disk alt sistemi, minimum 2 × 1GbE daxili Ethernet interfeysi, minimum 2 × 10GbE SFP+ şəbəkə interfeysi, minimum 2 ədəd uyğun SFP+ optik modul, RAID kontrolleri, uzaqdan idarəetmə interfeysi, genişləndirmə riser kartı, rezervli enerji təchizatı və rack-montaj aksesuarları daxil olmaqla. | 1 | ədəd |
| 18 | Rack-montaj NAS / yaddaş sistemi; Minimum 8 disk yuvası, minimum dördnüvəli prosessor, minimum 16 GB RAM, minimum 2 × 10GbE SFP+ və əlavə Ethernet portları, rezervli enerji təchizatı, rack rels dəsti, minimum 2 × 10G SFP+ optik modul; optik modulların fiber növü və ötürmə məsafəsi layihənin mərkəzi şəbəkə infrastrukturuna uyğun olmalıdır. Sistem 24/7 fasiləsiz istifadə üçün nəzərdə tutulmuş və yaddaş sistemi istehsalçısı tərəfindən dəstəklənən SSD və ya HDD disklər, RAID 6 və ya funksional baxımdan ekvivalent rezervlilik tətbiq edildikdən sonra minimum 12 TB xalis istifadə oluna bilən yaddaş tutumu və minimum 1 Hot Spare disk və ya funksional baxımdan ekvivalent həll təmin etməlidir. | 1 | ədəd |
| 19 | Mövcud server üçün 10GbE şəbəkə bağlantısı üçün təkmilləşdirmə dəsti Rack server infrastrukturunda 10 Gbit/s şəbəkə bağlantısının təmin edilməsi üçün serverlə uyğun minimum 2 × 10GbE SFP+ şəbəkə interfeysi, OCP, PCIe və ya funksional baxımdan ekvivalent interfeys, fiber-optik infrastrukturun növünə və texniki xüsusiyyətlərinə uyğun minimum 2 ədəd SFP+ optik modul və tələb olunan quraşdırma komponentləri daxil olmaqla. | 1 | ədəd |
| 20 | Açıq məkan(çöl tipli) avadanlıq şkafı Kilidlənə bilən, IP65 və ya daha yüksək qorunma dərəcəsinə malik, DIN-rels montajına uyğun, fiber-optik splice kaseti, MCB / sığorta mühafizəsi, DIN relsinə quraşdırılan, torpaqlama kontaktlı 230 V AC elektrik rozetkaları, kabel glandları, torpaqlama terminalı, markalanma və daxili kabel idarəetmə aksesuarları daxil olmaqla, açıq hava şəraitində sahə avadanlıqlarının qorunması və yerləşdirilməsi üçün uyğun olmalıdır. Ölçülər 30x30x30 sm – 40x40x40 sm | 10 | ədəd |
| 21 | Qız Qalası üçün IP65 qorunmalı sahə şkafı Qız Qalası üçün IP65 qorunmalı sahə şkafı; Qız Qalası kameralarına xidmət edən sənaye tipli PoE kommutatorun, fiber-optik sonlandırma elementlərinin, enerji mühafizəsinin və lokal patching aksesuarlarının yerləşdirilməsi üçün IP65 və ya daha yüksək qorunma dərəcəsinə malik kilidlənə bilən sahə şkafı; DIN-rels montajı, fiber-optik splice kaseti, MCB / sığorta mühafizəsi, DIN relsinə quraşdırılan, torpaqlama kontaktlı 230 V AC elektrik rozetkaları, kabel glandları, torpaqlama terminalı, markalanma və daxili kabel idarəetmə aksesuarları daxil olmaqla, Qız Qalasının daxili, isti və havasız texniki mühitində 24/7 istifadə üçün uyğun olmalıdır.ölçülər 40x40x40 sm – 50x50x50 sm | 1 | ədəd |
| 22 | Rack şkafı Minimum 42U mərkəzi avadanlıq rack şkafı; Minimum 800 × 1000 mm ölçüdə, 19 düymlük rack-montaj avadanlıqları üçün uyğun, kilidlənə bilən ön və arxa qapılar, yan panellər, 19” montaj relsləri, termostatlı fan bloku, minimum 8 çıxışlı PDU, fiber-optik və mis patch panel, kabel təşkilatçıları, torpaqlama, markalanma və tələb olunan montaj aksesuarları daxil olmaqla, mərkəzi İT və şəbəkə avadanlıqlarının yerləşdirilməsi üçün uyğun olmalıdır. | 1 | ədəd |
| 23 | Ağıllı Şəhər İdarəetmə Platforması əsas proqram təminatı üçün lisenziya; Daimi istifadə hüququ verən, Mərkəzləşdirilmiş əməliyyat interfeysi, istifadəçi və rol idarəetməsi, idarəetmə paneli, real vaxt monitorinqi, hesabatvermə, alarm / hadisə idarəetməsi, sistem sağlamlığı monitorinqi, modul idarəetməsi və gələcək modulların inteqrasiyasını dəstəkləyən əsas platforma lisenziyası. | 1 | ədəd |
| 24 | Proqram təminatı (lisenziya) - Ziyarətçi Axını Analitikası modulu lisenziyası Daimi istifadə hüququ verən, Giriş və çıxış nöqtələri üzrə insan sayımı, istiqamətli giriş/çıxış analizi, real vaxt ziyarətçi statistikası, tarixi məlumatların saxlanması, pik saat analizi, giriş nöqtəsi əsaslı hesabatvermə və idarəetmə panelində vizuallaşdırma funksiyalarını dəstəkləməlidir. | 1 | ədəd |
| 25 | Proqram təminatı (lisenziya) - Qız Qalası ziyarətçi analitikası modulu lisenziyası Daimi istifadə hüququ verən, Qız Qalası üzrə giriş/çıxış insan sayımı, mərtəbə əsaslı doluluq, zona əsaslı sıxlıq monitorinqi, real vaxt ziyarətçi statistikası, tarixi hesabatlar, pik saat analizi və idarəetmə panelində vizuallaşdırma funksiyalarını dəstəkləməlidir. | 1 | ədəd |
| 26 | Proqram təminatı (lisenziya) - Əməkdaşların optimallaşdırılması modulu lisenziyası Daimi istifadə hüququ verən, Qız Qalası üzrə ziyarətçi sıxlığı, pik saatlar, mərtəbə və zona doluluğu, giriş/çıxış statistikası və tarixi məlumatlar əsasında əməkdaş ehtiyacı və resurs bölgüsü üzrə tövsiyələrin, real vaxt göstəricilərinin və tarixi hesabatların hazırlanmasını dəstəkləyən proqram modulu. | 1 | ədəd |
| 27 | Proqram təminatı (lisenziya) - AI analitika / görüntü emalı lisenziyaları; Daimi istifadə hüququ verən, AI analitika / görüntü emalı lisenziyaları; Kamera axınları üzrə insan aşkarlanması, insan sayımı, istiqamətli xətt keçidi, giriş/çıxış analitikası, zona əsaslı analitika, sıxlıq monitorinqi və digər təklif olunan AI platforması tərəfindən dəstəklənən görüntü emalı funksiyalarını təmin edən kanal əsaslı lisenziya. | 31 | ədəd |
| 28 | Proqram təminatı (lisenziya) - Əməliyyat sistemi və üçüncü tərəf lisenziyaları; Serverlərin, Video müşahidə serverinin, platformanın, verilənlər bazasının və əlaqədar proqram təminatı komponentlərinin tam və qanuni fəaliyyət göstərməsi üçün tələb olunan əməliyyat sistemi, verilənlər bazası, middleware, driver və digər zəruri üçüncü tərəf proqram təminatı lisenziyalarını əhatə etməlidir. Lisenziyalar müvafiq istehsalçının lisenziyalaşdırma şərtlərinə uyğun təqdim edilməlidir. | 1 | ədəd |
| 29 | Sahə yoxlaması və yekun layihələndirmə xidməti Kamera yerləşmə nöqtələrinin, baxış sahələrinin, şkaf yerlərinin, şəbəkə bağlantılarının, enerji və kommunikasiya hazırlığının yoxlanılması, yekun avadanlıq yerləşmə planının (cizgilərinin) və icra yanaşmasının hazırlanması və təqdim edilməsi. Xidmətin ətraflı təsviri və tələbləri Texniki Tapşırıqda müəyyən edilmişdir. | 1 | ədəd |
| 30 | Quraşdırma və montaj işləri; Kameraların, şkafların, rack avadanlıqlarının, Ağıllı Şəhər / AI analitika serverinin, Video müşahidə serverinin, kommutatorların, NVR-in, operator iş stansiyasının, ekranların və əlaqədar aksesuarların layihəyə uyğun quraşdırılması, montajı və ilkin fiziki bağlantılarının tamamlanması. İş həcmlərinin 17–19-cu mövqelərində göstərilən əlavə İT avadanlıqlarının quraşdırılması, konfiqurasiyası, inteqrasiyası və miqrasiyası bu xidmət mövqeyinin əhatə dairəsinə daxil deyil.Xidmətin ətraflı təsviri və tələbləri Texniki Tapşırıqda müəyyən edilmişdir. | 1 | ədəd |
| 31 | Şəbəkə konfiqurasiyası və inteqrasiya; Kommutatorların konfiqurasiyası, VLAN, IP ünvanlandırma, uplink, SFP bağlantıları, QoS, routing, ACL, port təhlükəsizliyi və şəbəkə monitorinqi parametrlərinin qurulması, avadanlıqların ümumi sistemə inteqrasiyası.Xidmətin ətraflı təsviri və tələbləri Texniki Tapşırıqda müəyyən edilmişdir. | 1 | ədəd |
| 32 | Platforma, Video müşahidə serveri, NVR və AI analitika konfiqurasiyası; Ağıllı Şəhər platformasının, Video müşahidə serveri və NVR sistemlərinin qurulması, kamera axınlarının əlavə edilməsi, AI analitika qaydalarının, sayım xətlərinin, zonaların, dashboard-ların, alarm/hadisə və hesabat parametrlərinin konfiqurasiyası. Xidmətin ətraflı təsviri və tələbləri Texniki Tapşırıqda müəyyən edilmişdir. | 1 | ədəd |
| 33 | Sınaq, kalibrləmə və istismara vermə; Kamera görüntülərinin, şəbəkə bağlantılarının, Video müşahidə serveri/NVR, Ağıllı Şəhər platforması və AI analitika funksiyalarının yoxlanılması, sayım xətləri və zonaların kalibrlənməsi, ucdan-uca funksional testlərin aparılması və sistemin istismara hazır vəziyyətdə təhvil verilməsi. Xidmətin ətraflı təsviri və tələbləri Texniki Tapşırıqda müəyyən edilmişdir. | 1 | ədəd |
| 34 | İstifadəçilərə və texniki heyətə sistemin istifadəsi üzrə təlimin keçirilməsi istifadəçi təlimatları, administrator təlimatları, konfiqurasiya məlumatları, lisenziya qeydləri, test protokolları, as-built sənədlər və təhvil sənədlərinin hazırlanması və təqdim edilməsi.Təlim minimum 10 saat həcmində, Sifarişçinin ünvanında (tələb olunduğu hallarda uzaqdan formada), sistemin istismara verilməsindən sonra və yekun təhvil-qəbuldan əvvəl keçirilməlidir. Təlim iki hissəyə bölünməlidir: operatorlar üçün gündəlik istismar təlimi və administratorlar üçün sistem administrasiyası təlimi. Təchizatçı təlimi Sifarişçi tərəfindən müəyyən edilmiş minimum 10 nəfər əməkdaş üçün təmin etməlidir. İştirakçıların siyahısı təlimdən əvvəl Sifarişçi tərəfindən Təchizatçıya təqdim edilir. Təlim Azərbaycan dilində keçirilməli, təlim materialları və istifadəçi təlimatları Azərbaycan dilində elektron formatda təqdim edilməlidir. | 1 | ədəd |
Sifarişçinin elandan sonra bu satınalma üzrə dərc etdikləri. Başlıq bizim oxunuşumuzdur, altındakı mətn isə sifarişçinindir, dəyişilmədən.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi publik hüquqi şəxsi tərəfindən 18.08.2026-cı il tarixində elan edilmiş "İçərişəhər Ağıllı Şəhər İdarəetmə Platforması və süni intellekt dəstəkli analitika sisteminin qurulması üçün avadanlıq, proqram təminatı və quraşdırma xidmətlərinin satın alınması" adlı 2026/AT/04046/V1 nömrəli müsabiqə üzrə təqdim olunmuş təkliflərin heç birinin şərtlər toplusunun tələblərinə uyğun olmaması səbəbindən, müsabiqə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 36.1.2-ci maddəsinə əsasən ləğv edilmişdir.
Satınalmalarının 32 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 10 sen 2025
son qələbə 07 iyl 2026
son qələbə 29 apr 2026
son qələbə 22 noy 2024
son qələbə 01 okt 2026