Sifarişçi: "LƏNKƏRAN DÖVLƏT PEŞƏ TƏHSİL MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 1 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
13 satınalma, 12 müxtəlif qalib
Ən çox udan: "HƏDƏF BİR 2025" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 15.4%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.06% ilə 64.58% arasında aşağı düşüblər, medianı 15.68%.
Bu tender üçün bu 151.058 ₼ ilə 133.949 ₼ arasıdır.
56.267 ₼ məbləğindən aşağı heç kim udmayıb.
275 ₼
Sənədlər 25 ₼ + iştirak 250 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Qısa təsvir: 6 hissədən ibarət tender — maşın və avadanlıqların (noutbuk, videokamera, ştativ, yaxa mikrofonu, işıq, LED monitor genişləndirməsi) satın alınması.
Lotun açıq mövqelərindən avtomatik hazırlanıb. Tender sənədlərini əvəz etmir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Noutbuk Minimum tələblər: Noutbuk tipli kompüter tələb olunur. Ekran ölçüsü minimum 15,6 düym, təsvir ölçüsü minimum 1920×1080 (Full HD), geniş baxış bucaqlı panelə və 16:9 tərəf nisbətinə malik olmalıdır. Prosessor minimum 10 fiziki nüvəyə, minimum 12 hesablama axınına və minimum 4,6 GHz maksimal takt tezliyinə malik olmalıdır. Operativ yaddaş minimum 16 GB DDR4 olmalı, iki yaddaş yuvası vasitəsilə minimum 32 GB-a qədər artırılmanı dəstəkləməlidir. Daxili yaddaş minimum 512 GB PCIe SSD olmalıdır. Qrafik sistem prosessora inteqrasiya olunmuş olmalıdır.Cihaz minimum Full HD veb-kamera, minimum 2 daxili stereo dinamik və 2 daxili mikrofon ilə təchiz edilməlidir. Simsiz şəbəkə bağlantısı minimum 802.11ax (Wi-Fi 6) standartını, 2,4 GHz və 5 GHz tezlik diapazonlarını dəstəkləməli, Bluetooth versiyası minimum 5.2 olmalıdır.Noutbuk minimum 3 ədəd USB 3.2 Type-A və ya daha yüksək sürətli ekvivalent port, minimum 2 ədəd USB Type-C, minimum 1 ədəd HDMI, yaddaş kartı oxuyucusu və kombinə edilmiş qulaqlıq/mikrofon audio giriş-çıxışına malik olmalıdır. USB Type-C portlarından minimum biri cihazın enerji ilə təmin edilməsini dəstəkləməlidir.Batareyanın tutumu minimum 58 Wh, enerji adapterinin gücü minimum 65 W olmalıdır. Cihazın çəkisi maksimum 2 kq olmalıdır.MAF sənədi tələb olunur.Ölkədə ən azı 1 resmi servis mərkəzi olmalıdır. | 70 | ədəd |
| 2 | Videokamera Minimum tələblər: Peşəkar kino, televiziya və video çəkilişləri üçün dəyişdirilə bilən obyektivli rəqəmsal video kamera tələb olunur. Kamera 35 mm Full Frame formatlı CMOS və ya ekvivalent görüntü sensoruna malik olmalı, effektiv piksel sayı minimum 10 MP olmalıdır. Kamera minimum 3840×2160 (4K UHD) və 4096×2160 (DCI 4K) təsvir ölçülərində minimum 60 kadr/saniyə video çəkilişini dəstəkləməlidir. Bundan əlavə, 4K UHD təsvir ölçüsündə minimum 120 kadr/saniyə, Full HD təsvir ölçüsündə isə minimum 240 kadr/saniyə sürətlə yüksək kadr tezlikli çəkiliş mümkün olmalıdır. Standart 59,94, 119,88 və 239,76 kadr/saniyə rejimləri müvafiq olaraq 60, 120 və 240 kadr/saniyəyə ekvivalent qəbul edilməlidir. Kamera minimum 10-bit 4:2:2 rəng nümunələməsini, H.264 və ya ekvivalent video kodekini, kadrdaxili və uzun GOP sıxılma rejimlərini dəstəkləməlidir. Maksimal video yazma sürəti minimum 600 Mbit/s olmalıdır. Dinamik diapazon minimum 15 stop olmalı, standart və geniş dinamik diapazonlu (HDR) görüntü profilləri mövcud olmalıdır. Kamera daxili neytral sıxlıqlı (ND) filtr sistemi ilə təchiz edilməli, mexaniki və ya elektron idarəetməyə malik filtr sistemləri qəbul edilməlidir. Ağ balansı avtomatik və əl ilə tənzimlənməlidir. Kamera minimum iki yaddaş kartı yuvasına malik olmalı, SD və ya ekvivalent yüksək sürətli yaddaş kartlarını dəstəkləməlidir. Minimum 12G-SDI, tamölçülü HDMI, USB-C, iki ədəd 3-pin XLR audio girişi, 48 V fantom qidalanma, qulaqlıq çıxışı və xarici zaman kodunun sinxronlaşdırılması üçün giriş-çıxış interfeysləri mövcud olmalıdır. Kamera minimum 4 kanallı, 48 kHz/24-bit rəqəmsal səs yazılmasını dəstəkləməlidir. Monitor minimum 3,4 düym ölçüdə və 2,7 milyon nöqtə təsvir dəqiqliyində olmalıdır. Wi-Fi bağlantısı 2,4 GHz və 5 GHz tezlik diapazonlarını dəstəkləməlidir.DAF sənədi tələb olunur |
| 1 |
| ədəd |
| 3 | Ştativ Minimum tələblər: Foto və video kameralar üçün nəzərdə tutulmuş üçayaqlı (tripod) dayaq tələb olunur. Tripod alüminium ərintisindən hazırlanmalıdır. Maksimal yükdaşıma qabiliyyəti minimum 15 kq, tripod başlığının yükdaşıma qabiliyyəti isə minimum 8 kq olmalıdır. İşlək hündürlüyü 23–200 sm diapazonunda tənzimlənə bilməlidir. Tripodun xalis çəkisi maksimum 1,6 kq olmalıdır. | 1 | ədəd |
| 4 | Yaxa mikrofonu Minimum tələblər: Portativ simsiz mikrofon sistemi tələb olunur. Sistem minimum 2 ədəd verici mikrofon, minimum 1 ədəd qəbuledici və minimum 1 ədəd şarj qutusundan ibarət olmalıdır. Vericilər çoxistiqamətli səs qəbul etməli, tezlik cavabı aşağı kəsmə funksiyası söndürülmüş halda 20 Hz–20 kHz, aktiv olduqda isə 100 Hz–20 kHz diapazonunu əhatə etməlidir. Maksimal səs təzyiqi səviyyəsi minimum 110 dB SPL, ekvivalent səs-küy səviyyəsi maksimum 25 dBA olmalıdır. Açıq və maneəsiz şəraitdə maksimal ötürmə məsafəsi minimum 300 m olmalıdır. Vericilər 2,400–2,500 GHz tezlik diapazonunda işləməli, qısa məsafəli simsiz əlaqə üçün minimum 5.3 versiya səviyyəsini dəstəkləməlidir. Batareya tutumu minimum 110 mAh, fasiləsiz işləmə müddəti minimum 10 saat olmalıdır.batareya tutumu minimum 150 mAh, fasiləsiz işləmə müddəti minimum 10 saat olmalıdır. Şarj qutusu minimum 1900 mAh tutumlu litium-ion batareyaya malik olmalı, Şarj qutusunun tam şarj müddəti maksimum 2 saat olmalıdır. | 1 | ədəd |
| 5 | Kamera üçün işıq Minimum tələblər: Peşəkar foto və video çəkilişləri üçün nəzərdə tutulmuş, daimi işıqlandırmanı təmin edən LED işıq cihazı tələb olunur. Cihazın rəng temperaturu minimum 2800–6500 K diapazonunda tənzimlənə bilməli, işıq intensivliyi 0–100% aralığında idarə olunmalıdır | 1 | ədəd |
| 6 | Led monitor genişləndirməsi Minimum tələblər: Mövcud 3,0 m hündürlük × 4,5 m en ölçüsündə LED monitor sisteminin genişləndirilməsi tələb olunur. Mövcud ekranın yalnız sağ və sol tərəflərinin hər birindən təxminən 64 sm artırılması nəzərdə tutulmalıdır. Ekranın hündürlüyü dəyişməz qalmalı, genişləndirmədən sonra ümumi ölçü təxminən 3,0 m hündürlük × 5,78 m en təşkil etməlidir.Əlavə ediləcək LED modullar mövcud ekranla piksel addımı, modul ölçüsü, piksel sıxlığı, parlaqlıq, rəng temperaturu və görüntü keyfiyyəti üzrə uyğun olmalı, genişləndirmədən sonra bütün ekran vahid və bütöv görüntü kimi işləməlidir.Hazırda istifadə olunan video kontrollerin idarəetmə tutumu təxminən 3 milyon piksel olduğundan, genişləndirmə nəticəsində yaranacaq ümumi piksel sayı nəzərə alınmalı və mövcud kontroller tələb olunan tutumu təmin etmədiyi halda daha yüksək piksel tutumlu video kontroller ilə əvəz edilməlidir.Genişləndirmə üçün tələb olunan LED modullar, receiving card-lar, video kontroller, enerji blokları, HUB kartları, məlumat və enerji kabelləri, konnektorlar və digər zəruri komponentlər yeni ekran ölçüsünə və ümumi piksel yükünə uyğun hesablanaraq təmin edilməlidir.Mövcud metal karkas və daşıyıcı konstruksiya ekranın sağ və sol istiqamətlərdə genişləndirilməsinə uyğun dəyişdirilməli və ya genişləndirilməli, zərurət olduqda gücləndirilməlidir. Konstruksiya bütün modulların eyni səviyyədə, təhlükəsiz və stabil yerləşdirilməsini təmin etməlidir.Artan elektrik və siqnal yükü nəzərə alınaraq mövcud enerji təchizatı, enerji paylanması və siqnal sistemi uyğunlaşdırılmalı, tələb olunan əlavə avadanlıq və komponentlər təmin edilməlidir. | 1 | ədəd |
Satınalmalarının 13 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 22 sen 2026
son qələbə 29 sen 2026
son qələbə 23 sen 2026
son qələbə 08 sen 2026
son qələbə 03 sen 2026