Sifarişçi: AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
Bu sifarişçi işi bölüşdürür: 43 satınalmanı 28 müxtəlif təchizatçı udub.
43 satınalma, 28 müxtəlif qalib
Ən çox udan: "CN POLİQRAF" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (4, 9.3%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.1% ilə 68.15% arasında aşağı düşüblər, medianı 27.19%.
Bu tender üçün bu 82.341 ₼ ilə 68.151 ₼ arasıdır.
29.812 ₼ məbləğindən aşağı heç kim udmayıb.
212 ₼
Sənədlər 25 ₼ + iştirak 187 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Sorğu üçün seçmə çərçivəsinin müəyyən edilməsi, anketin və təlimatların hazırlanması Sorğu üçün seçmə çərçivəsinin müəyyən edilməsi: Sorğunun keçirilməsi məqsədilə formalaşdırılacaq seçmə çərçivəsi ümumilikdə 4000 nəfər valideyni əhatə etməlidir. Seçmə zamanı şəhər və kənd, paytaxt və regionlar və dövlət və özəl mülkiyyətdə olan məktəbəqədər təhsil müəssisələri üzrə bölgü ölkə əhalisinin mövcud rəsmi statistik göstəricilərinə uyğun şəkildə aparılmalıdır. Valideynlərin seçilməsi ilə bağlı prinsiplər, istifadə olunacaq üsullar və prosesə dair təlimatlar aidiyyəti sənəddə ətraflı və aydın şəkildə təqdim olunmalıdır. Sənəddə aşağıdakılar əks etdirilməlidir: - Valideynlərin seçim meyarları; - Seçmə üsulu (təsadüfi və/ya kvotalı yanaşma); - Valideynlərin coğrafi bölgələr üzrə proporsional şəkildə təmsil olunması mexanizmi; - Seçmə və təsdiqləmə mərhələsində tətbiq olunacaq prosedur və ardıcıllıq. Seçmə çərçivəsinin və prosedurların düzgün şəkildə qurulması sorğunun nəticələrinin obyektivliyini və təmsilçilik qabiliyyətini təmin etməyə xidmət etməlidir. Sorğu anketinin hazırlanması: Sorğunun predmetinə uyğun göstəricilər müəyyən edilməli və həmin göstəricilər əsasında açıq və qapalı tipli sorğu sualları hazırlanmalıdır. Sorğu anketi valideynlər üçün nəzərdə tutulmalı və onların müəssisənin fəaliyyəti ilə bağlı təcrübə və fikirlərini qiymətləndirməyə yönəldilməlidir. Hazırlanacaq sorğunun sual sayı 25-dən çox olmamalıdır. Anketin strukturuvalideynlərin fikirlərini aydın ifadə etməsinə şərait yaradacaq şəkildə qurulmalı, istifadə olunan terminlər sadə və anlaşıqlı olmalı, suallar neytral və qərəzsiz şəkildə tərtib edilməlidir. Sualların cavab variantları isə təhlil və nəticələrin sistemləşdirilməsi baxımından əlverişli formatda təqdim olunmalıdır (məsələn, Likert şkalası, çoxseçimli və ya bəli/xeyr formatında). Sorğu vərəqi ən azı aşağıdakı əsas mövzuları əhatə etməlidir. Suallar məmnunluq səviyyəsini ölçmək üçün mövzunu tam əhatə etməlidir: - Müəssisənin fəaliyyətindən ümumi məmnunluq səviyyəsi; - İnfrastruktur və maddi-texniki təminatla bağlı məmnunluq; - Uşaqlara verilən qidanın keyfiyyəti və uyğunluğu; - Təhlükəsizlik və gigiyena şəraitinin uyğunluğu; - Uşaqların psixoloji və emosional inkişafı üçün mühitin uyğunluğu; - Təlim-tərbiyə və uşaqlara göstərilən qayğının səviyyəsi; - Tərbiyəçilərin uşaqlarla ünsiyyətinin səmərəliliyi və münasibətlərin keyfiyyəti; - Tərbiyəçilərin valideynlərlə ünsiyyətinin keyfiyyəti və geri dönüş mexanizmləri; - Uşaqların məktəbə hazırlıq bacarıqlarının formalaşdırılması səviyyəsi - Müəssisə rəhbərliyinin valideynlərlə ünsiyyəti və əlaqələrin səviyyəsi. Sorğu anketinin layihəsi tərtib edildikdən sonra uyğun ekspertizadan keçməli və tətbiqə başlamazdan əvvəl pilot yoxlamaya təqdim olunmalıdır (əgər texniki tapşırıq bunu tələb edirsə). 2025-ci il nəticələri ilə müqayisəli dinamika üçün xüsusi tələblər (2025-ci ilin nəticələri müqavilə bağlandıqdan sonra təchizatçıya təqdim olunacaq): • Sorğu anketi 2025-ci ildə istifadə olunan sual strukturuna uyğunluğunu qorumalıdır • Əsas göstəricilər üzrə 1-5 Likert şkalası saxlanılmalıdır. • Eyni sorğu bölgəsi üzrə nümunə təmsilçiliyi 2025-ci ildəki proporsiyalara uyğun gəlməlidir. Sorğunun aparılmasına dair təlimatın hazırlanması Məktəbəqədər təhsil müəssisələrindən valideyn məmnunluğunun qiymətləndirilməsi üzrə həyata keçiriləcək sorğunun keyfiyyətli və etibarlı aparılması məqsədilə müsahibəçilər üçün təlimat sənədinin hazırlanması tələb olunur. Təlimat sorğunun metodoloji və əməli icrasını dəstəkləyən əsas sənəd kimi çıxış etməlidir. Sənədin məqsədi müsahibəçilərin fəaliyyətini vahid standart üzrə tənzimləmək, sorğunun düzgün və etik çərçivədə aparılmasını təmin etməkdir. Hazırlanacaq təlimatda aşağıdakı əsas mövzu və prosedurlar ətraflı şəkildə işlənməlidir: - Sorğu anketlərinin nəzarətçidən düzgün və vaxtında qəbulu qaydaları – Müsahibəçilərin hər günün əvvəlində sorğu anketlərini qeydiyyat əsasında nəzarətçidən təhvil alma, say, kod və tarix uyğunluğunu yoxlama prosedurları izah edilməlidir. - Valideynlərlə etik normalara uyğun və peşəkar şəkildə müsahibənin aparılması prinsipləri – Müsahibəyə başlamazdan öncə özünü təqdimetmə, sorğunun məqsədinin izahı, könüllülük prinsipinin vurğulanması, şəxsi məlumatların məxfiliyinin təminatı, təşəkkür və mədəni ünsiyyət formaları qeyd edilməlidir. Etik pozuntuların qarşısını almaq üçün mümkün risk hallarına dair nümunələr və onlarla davranış qaydaları təqdim olunmalıdır. - Sorğu anketlərinin dəqiq, ardıcıl və aydın şəkildə doldurulması qaydaları – Anketin hər bir sualının məzmununun düzgün anlaşılması, cavabların olduğu kimi və qərəzsiz şəkildə qeyd edilməsi, seçilməmiş cavab variantlarının işarələnməməsi və yazının oxunaqlı olması ilə bağlı standartlar izah edilməlidir. - Doldurulmuş anketlərin nəzarətçi ilə birlikdə yoxlanılması və təhvil verilməsi prosesi – Gün sonunda anketlərin nəzarətçi ilə birgə yoxlanılması, boş buraxılmış sualların olub-olmaması, kodlaşdırmanın düzgünlüyü və təhvil-təslim aktı ilə anketlərin təhvil verilməsi proseduru detallı göstərilməlidir. - Sorğunun müəyyən hallarda yenidən keçirilməsi şərtləri və proseduru – Anketin natamam doldurulması, texniki səhvlər, cavab verənin fikrini dəyişməsi və ya ciddi uyğunsuzluqlar zamanı həmin sorğunun təkrar keçirilməsi üçün əsaslar və prosedur qaydaları müəyyən edilməlidir. - Valideynlərin sorğuya cəlb edilmə meyarları və cəlb etmə metodları – Cəlb ediləcək valideynin uşaq bağçasına faktiki şəkildə davamiyyət göstərən uşağın valideyni (və ya qəyyumu) olması, yaş və razılıq meyarları müəyyən edilməlidir. Cəlbetmə metodları – məktəbəqədər müəssisələrdə yerləşmə, əvvəlcədən əlaqə, sadə dil və izahla təşviq metodları təsvir olunmalıdır. - Korlanmış və ya düzgün doldurulmamış anketlərin ləğv edilməsi və ya geri qaytarılması proseduru – Korlanmış, yarımçıq və ya texniki səhvlərlə doldurulmuş anketlərin qeydiyyatı, ləğvi, yeni anketlə əvəzlənməsi və hesabatlaşdırma proseduru izah edilməlidir. - Sorğu prosesi yarımçıq qaldıqda, onun növbəti gün davam etdirilməsi ilə bağlı təlimatlar – Müsahibə hər hansı səbəbdən yarımçıq qaldıqda həmin respondentin məlumatlarının qeydiyyatı və növbəti gün üçün cədvəl üzrə davam etdirilməsi proseduru göstərilməlidir. - Gözlənilməz və ya çətin vəziyyətlərdə müraciət ediləcək məsul şəxslər və əlaqə qaydaları – Valideynin imtinası, aqressiv davranış, texniki çətinliklər, obyektə girişin mümkün olmaması və digər fövqəladə hallar zamanı müsahibəçinin hansı məsul şəxsə və hansı formatda (zəng, mesaj və s.) müraciət etməli olduğu aydın şəkildə göstərilməlidir. Təlimat praktik istifadə üçün nəzərdə tutulmalı, sadə və aydın dildə yazılmalı, mümkün hallara dair nümunələrlə zənginləşdirilməlidir. Hər bölmədə potensial risklər və onların idarə olunma yolları qeyd edilməli, vacib məqamlar üçün vizual nümunələr (sxem, forma nümunəsi, yadda saxla qutuları və s.) əlavə olunmalıdır. Sonda təlimat sənədinin qısa xülasəsi və tez-tez verilən suallar bölməsi təqdim edilməlidir. Təlimat kağız daşıyıcısı və elektron versiyada təqdim olunmalı, zərurət olduqda müsahibəçilər üçün qısa təlim (briefing) keçirmək üçün istifadə edilə biləcək təqdimat faylı (slayd formatında) da hazırlanmalıdır. | 1 | ədəd |
| 2 | Müsahibəçilərin və nəzarətçilərin müəyyən edilməsi, onların təlimatlandırılması, pilot sorğunun keçirilməsi və onun nəticələri əsasında sorğu vərəqinin təkmilləşdirilməsi Müsahibəçilərin və nəzarətçilərin müəyyən edilməsi: Sorğunun keyfiyyətlə həyata keçirilməsi üçün peşəkar nəzarətçilər və müsahibəçilərdən ibarət komanda formalaşdırılmalıdır. Seçim zamanı namizədlərin ünsiyyət bacarıqları, etik davranış qaydalarına riayət etmə qabiliyyəti və təcrübəsi, maraqların toqquşmaması nəzərə alınmalıdır. Müsahibəçilər və nəzarətçilər sorğu keçirdiyi region üzrə məktəbəqədər təhsil müəssisəsinin əməkdaşı ola bilməz. Müsahibəçilərin və nəzarətçilərin təlimatlandırılması: Formalaşdırılmış komanda üçün əhatəli təlim proqramı hazırlanmalıdır. Təlimlər Bakı şəhərində və regionlarda, iştirakçıların yerləşmə coğrafiyası nəzərə alınmaqla təşkil olunmalıdır. Təlim proqramı nəzəri və praktiki hissələri əhatə etməli, interaktiv formatda (rollu oyunlar, simulyasiyalar, qrup müzakirələri) keçirilməlidir. Təlimin əsas mövzuları: - Müsahibə texnikası və valideynlərlə düzgün ünsiyyət; - Sorğunun məqsəd və gözlənilən nəticələrinin izahı; - Sorğu metodologiyası və məlumatların toplanması üsulları; - Valideynlərlə ilkin təqdimatın aparılması və suallara cavab qaydaları; - Anket suallarının izahı və standartlara uyğun təqdimat qaydaları; - Müsahibəçilər və nəzarətçilər üçün xüsusi texniki və təşkilati təlimatlar; - Sınaq sorğusu və rolların dəyişdirilməsi ilə praktiki məşqlər. Pilot sorğunun keçirilməsi: Müsahibəçilər və nəzarətçilər sorğunun keyfiyyətlə həyata keçirilməsi məqsədilə peşəkar meyarlara əsasən seçilməli, onların sorğu aparma bacarıqları, etik davranış qaydalarına riayət etmə qabiliyyəti və ünsiyyət keyfiyyətləri nəzərə alınmalıdır. Formalaşdırılmış komanda üçün əhatəli təlim proqramı hazırlanmalı və Bakı şəhəri ilə yanaşı regionlarda da təşkil edilməlidir. Təlimlər iştirakçıların yerləşmə coğrafiyasına uyğun olaraq logistik baxımdan əlverişli şəkildə planlaşdırılmalıdır. Təlim proqramı nəzəri və praktiki komponentləri əhatə etməli, interaktiv formatda keçirilməlidir. Təlim zamanı aşağıdakılar təmin olunmalıdır: - Müsahibələrin peşəkar şəkildə aparılması; - Valideynlərlə effektiv ünsiyyətin qurulması; - Sorğunun məqsədi və gözlənilən nəticələrinin izahı; - Valideynlərə sorğunun tanıdılması qaydaları; - Rollu oyunlar vasitəsilə müsahibəyə hazırlıq; - Anket suallarının izahı və təqdimat standartları; - Nəzarətçi və müsahibəçilər üçün xüsusi texniki və təşkilati təlimatlar. Həmçinin təlim iştirakçıları arasında sınaq sorğusu keçirilməli, onlar real vəziyyətlərə uyğun praktiki məşqlər vasitəsilə rol dəyişərək hazırlıq səviyyələrini yoxlamalıdırlar. Təlimin sonunda hər bir nəzarətçi və müsahibəçi tərəfindən 1–2 valideynlə pilot sorğu aparılmalı, ümumilikdə Bakı və regionlarda 40–50 valideynlə müsahibə keçirilməsi təmin edilməlidir. Pilot sorğunun effektivliyi və praktikliyi aşağıdakı meyarlara uyğun qiymətləndirilməlidir: - Sualların məntiqi və düzgün ardıcıllıqla verilməsi; - Həssas mövzuların sondakı yerləşməsi; - Sualların aydın və eyni cür başa düşülməsi, hər bir sualın yalnız bir konkret fikri əhatə etməsi; - Sualların geniş valideyn qrupuna aid olması, cavab variantlarının əsas mümkün halları əhatə etməsi; - Cavab vermənin sadə və vaxt baxımından qənaətli olması, cavabların dəqiqliyini və etibarlılığını təmin etməsi. Pilot sorğudan əldə olunan məlumatlar proqram təminatı vasitəsilə təhlil olunmalı, nəticələr əsasında sorğu vərəqi məzmun və struktur baxımından təkmilləşdirilməli, uyğunsuz və ya anlaşılmaz suallar dəyişdirilməli və ya çıxarılmalı, zərurət yarandıqda yeni suallar əlavə edilməli, terminoloji və leksik düzəlişlər aparılmalı, cavab variantları dəqiqləşdirilməli və nəticə olaraq sorğu vərəqinin funksional, istifadəyə yararlı və metodoloji baxımdan tam uyğunlaşdırılmış versiyası hazırlanmalıdır. | ||
| 3 | Sorğuların keçirilməsi (müsahibələrin aparılması), aparılmış müsahibələrin keyfiyyətinin yoxlanılması və prosesə dair monitorinqlərin həyata keçirilməsi "Sorğu 4000 valideynlə “üzbəüz müsahibə” formatında keçirilməlidir. Ucqar və çətin keçilən ərazilərdə, sifarişçi ilə əvvəlcədən razılaşdırılmaqla, müsahibələr telefon vasitəsilə aparıla bilər. Bütün müsahibələr əvvəlcədən təsdiq edilmiş standartlaşdırılmış sorğu anketi əsasında həyata keçirilməli və alınan cavablar müvafiq qaydada anketə daxil edilməlidir. Müsahibələr əsasən Azərbaycan dilində, ehtiyac yarandıqda isə rus dilində aparılacaq. Hər bir müsahibənin orta müddəti 20–30 dəqiqə təşkil edəcək. Müsahibələr sahədə təlim keçmiş, seçilmiş nəzarətçi və müsahibəçilər tərəfindən icra olunmalıdır. Aparılmış müsahibələrin keyfiyyətinə nəzarət supervayzerlər tərəfindən həyata keçirilməlidir. Supervayzerlər hər bir müsahibə aparan şəxs üçün azı üç nəzarət ziyarəti təşkil edəcək, bu zaman təsadüfi seçilmiş respondentlər yenidən ziyarət olunacaq, onlarla qısa yoxlayıcı söhbət aparılacaq və yoxlama nəticələri müvafiq hesabat formasında sənədləşdiriləcək. Bu yanaşma vasitəsilə ilkin cavabların düzgünlüyü və müsahibə prosesinin keyfiyyəti qiymətləndiriləcək." Bundan əlavə, aparılmış müsahibələrin ən azı 5%-i üzrə valideynlərlə telefon vasitəsilə əlaqə saxlanılmalı, sorğunun reallığı və keyfiyyəti əlavə yoxlanılmalı, telefonla aparılan bu yoxlamalar da yoxlama hesabatı formasında qeyd olunmalıdır. Monitorinq və yoxlama tədbirlərinin nəticəsi olaraq sorğunun keyfiyyətinə dair ümumi hesabat formalaşdırılmalı və əldə edilən məlumatların etibarlılığı təmin edilməlidir. | 1 | ədəd |
| 4 | Məlumatların toplanması və daxil edilməsi üçün proqram təminatının müəyyənləşdirilməsi, daxil edilmə və emalı prosesinin icrası, məlumat bazasının formalaşdırılması və nəticələrin təhlili "Sorğu anketinin həcmi nəzərə alınaraq, məlumatların daxil edilməsində səhvlərin minimuma endirilməsi üçün xüsusi proqram təminatı hazırlanmalıdır. Proqram anketin strukturuna uyğun dizayn edilməli, məlumatların ardıcıl və düzgün daxil edilməsinə şərait yaratmalıdır. Proqram daxil etmə zamanı suallar arasındakı məntiqi əlaqələrin və kodlaşdırılmış cavabların dəqiq əks olunmasını təmin etməlidir. Məlumat daxil etmə prosesinin səmərəli və etibarlı həyata keçirilməsi üçün təlimat hazırlanmalıdır. Təlimatda məlumat daxil etmə ilə bağlı texniki məsələlər, anket sualları arasındakı məntiqi əlaqələrin məlumat bazasında düzgün əks etdirilməsi, səhv məlumatların daxil edilməsinin qarşısının alınması və kodlaşdırılmış cavabların standartlara uyğun dəqiq daxil edilməsinin təminatı izah olunmalıdır. Təlimat məlumat daxil etmənin keyfiyyətini artırmaq üçün əsas sənəd kimi istifadə olunacaq." Sorğu zamanı toplanan bütün məlumatlar proqram təminatı vasitəsilə vahid məlumat bazasına daxil edilməli, ilkin məntiqi yoxlamalardan keçirilərək səhvlər və uyğunsuzluqlar təmizlənməlidir. Məlumatların daxil edilməsində vahid kodlaşdırma tətbiq olunmalı, sorğu anketlərinin hamısı kod kitabına uyğun standartlaşdırılmalıdır. İlkin yoxlama və təmizlənmədən sonra vahid məlumat bazasında təhlillər aparılmalı, müəyyən edilmiş istiqamətlər üzrə göstəricilər əsasında cədvəllər hazırlanmalıdır. Bu cədvəllər və kod kitabı təqdimat üçün tam və düzgün formada təqdim edilməlidir. Nəticədə, məlumatların etibarlılığı təmin edilərək sorğu nəticələrinin analizində və qərar qəbuletmə prosesində istifadə üçün hazır vəziyyətdə olmalıdır. | 1 | ədəd |
| 5 | Hesabatın hazırlanması Hesabatda sorğunun aparılması ilə bağlı ümumi məlumat (metodologiya), respondentlərin məmnunluq səviyyəsi üzrə əldə olunan nəticələr, sistemin güclü və zəif tərəfləri, eləcə də mövcud vəziyyətin yaxşılaşdırılması üçün təkliflər ətraflı şəkildə əks olunmalıdır. Metodologiyada sorğunun keçirilməsi qaydaları, nümunənin seçilməsi və məlumatların toplanması üsulları göstərilməlidir. Nəticələrdə istifadəçilərin ümumi məmnunluq dərəcəsi, üstünlüklər və problemli sahələr barədə obyektiv qiymətləndirmələr yer almalıdır. Güclü tərəflər sistemin effektivliyi və istifadəsinin rahatlığı ilə bağlı, zəif tərəflər isə inkişaf etdirilməsi vacib olan aspektlər üzrə təqdim edilməlidir. Təkliflərdə isə sistemin funksionallığının və istifadəçi təcrübəsinin artırılması məqsədilə konkret addımlar göstərilməlidir. Dinamika təhlili Hesabatda 2025 və 2026-cı illər üzrə nəticələrin müqayisəli təhlilini əhatə edən ayrıca “Dinamika təhlili” bölməsi təqdim edilməlidir. Bölmədə aşağıdakı məsələlər əks olunmalıdır: Əsas göstəricilər üzrə (ümumi məmnunluq səviyyəsi, infrastruktur, qidalanmanın təşkili, uşağın inkişafına dəstək, pedaqoji və inzibati heyətin münasibəti, təhlükəsizlik, kommunikasiya və digər müvafiq istiqamətlər) 2025 və 2026-cı illərin nəticələrinin müqayisəli cədvəl və qrafiklər vasitəsilə təqdim edilməsi; Göstəricilərdə müşahidə olunan dəyişikliklərin statistik əhəmiyyətliliyinin qiymətləndirilməsi və dəyişikliklərin təsadüfi yoxsa real tendensiyanı əks etdirməsinin müəyyənləşdirilməsi; Əvvəlki illə müqayisədə yaxşılaşma və ya pisləşmə qeydə alınmış sahələrin ayrıca qeyd olunması, dəyişikliklərin miqyasının və mümkün səbəblərinin təhlili; Regional müqayisələrin aparılması, o cümlədən paytaxt və regionlar üzrə nəticələrin, eləcə də 2025–2026-cı illər üzrə dəyişmə dinamikasının təqdim edilməsi; Demoqrafik göstəricilər (valideynlərin təhsil səviyyəsi, məşğulluq statusu, uşağın yaş qrupu və digər müvafiq göstəricilər) üzrə nəticələrin və onların illərarası dəyişmə dinamikasının təhlili; Açıq tipli suallara verilmiş cavabların tematik təhlilinin aparılması, 2025-ci ildə ən çox qeyd olunan məmnunluq və narazılıq mövzularının 2026-cı ilin nəticələri ilə müqayisə edilməsi, yeni yaranan və ya aktuallığını itirən mövzuların müəyyənləşdirilməsi. | 1 | ədəd |
| 1 |
| ədəd |
Sifarişçinin elandan sonra bu satınalma üzrə dərc etdikləri. Başlıq bizim oxunuşumuzdur, altındakı mətn isə sifarişçinindir, dəyişilmədən.
29.890 ₼
“Məktəbəqədər təhsil müəssisələrində məmnunluğun qiymətləndirilməsi üzrə sorğunun keçirilməsi” predmeti üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş tenderdə İBRAHİM ƏLİ OĞLU ƏSKƏROV Satınalma Komissiyası tərəfindən qalib elan edilmiş və həmin fiziki şəxslə 29.890,00 AZN məbləğində müvafiq satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulmuşdur. Gözləmə müddəti 5 iş gününə başa çatır.
Satınalmalarının 43 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 31 avq 2026
son qələbə 15 may 2026
son qələbə 18 may 2026
son qələbə 12 may 2026
son qələbə 13 may 2025