Sifarişçi: "SƏHİYYƏNİN İNFORMASİYALAŞDIRILMASI MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 5 satınalmanı 4 müxtəlif təchizatçı udub. Sahə açıqdır.
5 satınalma, 4 müxtəlif qalib
Ən çox udan: "AİSTGROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (2, 40%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.05% ilə 82.09% arasında aşağı düşüblər, medianı 12.49%.
Bu tender üçün bu 21.785 ₼ ilə 19.909 ₼ arasıdır.
4.075 ₼ məbləğindən aşağı heç kim udmayıb.
71 ₼
Sənədlər 25 ₼ + iştirak 46 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | İxtioz və Bullyoz Xəstələrinin Elektron Tibbi Reyestrinin proqram təminatı modulu Texniki Tapşırıq 1. Giriş Bu sənəd, ixtioz və bullyoz xəstəlikləri diaqnozu qoyulmuş xəstələr üçün elektron tibbi reyestrin yaradılması məqsədilə proqram təminatı modulunun hazırlanması üçün texniki tələbləri əhatə edir. Sistem, xəstələrin məlumatlarının, müalicə tarixçələrinin, tibbi test nəticələrinin və digər müvafiq məlumatların idarə olunması üçün mərkəzləşdirilmiş bir verilənlər bazası kimi xidmət edəcək. Reyestr yalnız səlahiyyətli tibb işçiləri tərəfindən əlçatan olacaq və xəstələrin izlənməsi və müalicəsinin təkmilləşdirilməsini təmin edəcək. 2. Məqsədlər Sistemin əsas məqsədləri: • Məlumatların mərkəzləşdirilməsi: Bütün müvafiq xəstə məlumatlarının təhlükəsiz və mərkəzləşdirilmiş şəkildə saxlanılmasını təmin etmək. • Əlçatanlıq: Səlahiyyətli tibb işçiləri real vaxt rejimində xəstə məlumatlarına çıxış əldə etməlidirlər. • Məlumatların məxfiliyi və təhlükəsizliyi: Tibbi məlumatların qorunması ilə bağlı tələblərə (məsələn, HIPAA, GDPR) uyğunluq təmin edilməlidir. • Xəstə idarəetməsinin təkmilləşdirilməsi: Xəstələrin vəziyyətinin, müalicələrinin və təqiblərinin izlənməsini asanlaşdırmaq. 3. Funksional Tələblər 3.1 İstifadəçi Rolları Sistem bir neçə istifadəçi rolunu dəstəkləyəcək: • Administrator: İstifadəçi rollarını, sistem parametrlərini və ümumi funksionallığı idarə edir. • Həkim: Xəstə məlumatlarını, diaqnozları və müalicə qeydlərini əlavə edir və yeniləyir. • Laborant: Laboratoriya testlərinin nəticələrini yükləyir və idarə edir. 3.2 Əsas Xüsusiyyətlər • Xəstə Qeydiyyatı və Profil İdarəetməsi o Xəstə profillərinin şəxsi məlumatlar və tibbi tarixçə ilə yaradılması və yenilənməsi. o İxtioz və bullyoz xəstəliklərinə aid xüsusi məlumatların toplanması. • Diaqnoz və Müalicə Qeydləri o Hər bir xəstə üçün diaqnoz və müalicə qeydlərinin saxlanması. o Tibb işçilərinə hesabatların (şəkillər, qeydlər və s.) yüklənməsi və idarə olunması imkanı. • Laboratoriya Testlərinin İnteqrasiyası o Laboratoriyalarla inteqrasiya edərək test nəticələrinin yüklənməsi. o Yeni nəticələr hazır olduqda həkimlərə avtomatik bildirişlər göndərilməsi. • Qəbul Planlaşdırma o Həkimlər və xəstələr qəbul görüşlərini təyin edib izləyə bilərlər. o Gələcək görüşlər üçün SMS/e-poçt vasitəsilə avtomatik xatırlatmalar. • Hesabat və Analitika o Xəstə məlumatlarına dair statistik hesabatların yaradılması (məsələn, xəstə sayı, müalicənin göstəriciləri). o Xəstələr üzrə xəstəliyin gedişatının izlənməsi. 3.3 Məlumatların Təhlükəsizliyi və Məxfiliyi • Şifrələmə: Bütün xəstə məlumatlarının ötürülmə zamanı şifrələnməsi. • İstifadəçi Doğrulaması: Tibb işçiləri “Digital Login” autentifikasiya tətbiqi. • Audit Jurnalları: Sistemdəki bütün hərəkətlərin izlənməsi şəffaflıq və hesabatlılıq üçün təmin edilməlidir. 3.4 Digər informasiya sistemləri ilə inteqrasiya Məlumatların təkrarlanmaması üçün və iş prosessinin təkmilləşdirilməsi üçün müvafiq sistemlərlə inteqrasiyalar təmin edilməlidir • Vahid Səhiyyə İnformasiya Sistemi • Daxili İşlər Nazirliyinin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi • Miqrasiya xidmətinin informasiya sistemi • Əhalinin dövlət reyestri Digər nazirlik və qurumların informasiya sistemləri ilə inteqrasiya “Digital Bridge” vasitəsi ilə aparılmalıdır. 4. Funksional Olmayan Tələblər 4.1 Performans • Sistem 1,000-ə qədər eyni vaxtda istifadəçini işləməni dəstəkləməlidir. • Məlumatların alınması və yenilənməsi real vaxtda həyata keçirilməli və maksimal gecikmə 2 saniyə olmalıdır. 4.2 İnkişaf • Sistem gələcəkdə xəstə və tibbi qeydlərin artmasını qarşılayacaq şəkildə genişlənə biləcək. 4.3 İstifadəçiyə Uyğunluq • İstifadəçi interfeysi intuitiv və istifadəçi dostu olmalı, texniki bacarıqları məhdud olan tibb işçiləri üçün rahat olmalıdır. 5. Texnologiyalar və Çərçivələr Proqram təminatı modulu aşağıdakı texnologiyalarla hazırlanmalıdır: • Backend: .net core . • Frontend: React.js NextJs. • Verilənlər Bazası: PostgreSQL. • Hosting: Hökümət buludu əsaslı (VMWare virtual maşınları, Docker sistemi dəstəkləməlidir). | 1 | ədəd |
Satınalmalarının 12 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 23 sen 2026
son qələbə 03 sen 2025
son qələbə 07 sen 2026
son qələbə 07 may 2026
son qələbə 08 dek 2025