Bu sifarişçidə eyni kateqoriyada 2 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
3 satınalma, 3 müxtəlif qalib
Ən çox udan: "VAS TRADE" Məhdud Məsuliyyətli Cəmiyyəti (1, 33.3%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.05% ilə 91.69% arasında aşağı düşüblər, medianı 25.71%.
Bu tender üçün bu 21.311 ₼ ilə 16.963 ₼ arasıdır.
1.897 ₼ məbləğindən aşağı heç kim udmayıb.
71 ₼
Sənədlər 25 ₼ + iştirak 46 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Çəkmə dəridən
mühəndis üçün Təyinatı: mühəndis və texniki heyətin sahə və gündəlik iş şəraitində istifadəsi üçün; Üst hissəsi təbii dəri və ya təbii dəriyə ekvivalent istismar xüsusiyyətlərinə malik materialdan hazırlanmalıdır; Material möhkəm, aşınmaya və gündəlik istifadəyə davamlı olmalıdır; Ayağın və topuq nahiyəsinin qorunmasını təmin edən çəkmə tipli konstruksiyada olmalıdır; Altlıq sürüşməyə davamlı, aşınmaya davamlı və müxtəlif səthlərdə etibarlı tutuşu təmin edən materialdan hazırlanmalıdır; Altlıq konstruksiyası nəmli və hamar səthlərdə istifadə üçün uyğun olmalıdır; Burun və daban hissələri möhkəmləndirilmiş olmalıdır; İç hissəsi ayağın rahatlığını təmin edən və uzunmüddətli istifadəyə uyğun materialla işlənməlidir; İçlik ayağın rahat yerləşməsini və istifadəsi zamanı komfortu təmin etməlidir; Tikiş və birləşmələr möhkəm, səliqəli və istismar zamanı açılmaya davamlı olmalıdır; Çəkmə nəmə qarşı qoruyucu xüsusiyyətə malik olmalıdır; Bağlama sistemi bağcıq, fermuar və ya eyni funksiyanı təmin edən digər konstruksiyada ola bilər;Məhsul müxtəlif hava və iş şəraitində gündəlik istifadə üçün yararlı olmalıdır; Ölçülər: 39–46 ölçü diapazonunda, sifarişçinin tələbatına uyğun; Rəng: qara, qəhvəyi və ya digər tünd rənglər; Məhsul yeni, istifadə olunmamış və qüsursuz vəziyyətdə təqdim edilməlidir. Uyğunluq tələbi: Təklif olunan məhsul yuxarıda müəyyən edilmiş material, konstruksiya, altlıq, möhkəmlik, sürüşməyə və aşınmaya davamlılıq, həmçinin nəmdən qoruyucu xüsusiyyətlər üzrə tələblərə uyğun olmalıdır Ekvivalent texniki və funksional xüsusiyyətlərə malik məhsulların təqdim edilməsinə icazə verilir.Standarta uyğunluq: Məhsul ISO 20345:2021 və ya TS EN ISO 20345 standartının tələblərinə uyğun olmalı | 33 | cüt |
| 2 | Gödəkcə isti astarlı
mühəndis üçün Təyinatı: mühəndis və texniki heyətin soyuq hava şəraitində sahə və gündəlik işlər zamanı istifadəsi üçün; Xarici material: 100% poliester, parçanın səthi möhkəm, gündəlik istifadəyə və aşınmaya davamlı olmalıdır; Parçanın sıxlığı: minimum 300 q/m²; Astarlı və soyuq hava şəraitində istifadə üçün uyğun olmalıdır; İsidici təbəqə astara sırınmış şəkildə yerləşdirilməli və gödəkcənin istilik saxlama xüsusiyyətini təmin etməlidir; Ön hissədə zəncirbəndlə bağlanma və əlavə qoruyucu üst planka olmalıdır; Üst planka 3 ədəd metal sıxma düymə ilə bağlanmalıdır; Gödəkcənin hər iki yan tərəfində əlləri soyuqdan qorumaq üçün yan girişli ciblər olmalıdır; Döş hissəsində klapanlı cib nəzərdə tutulmalıdır; Başlıq ayrılan, isti astarlı və qaytan vasitəsilə sıxıla bilən konstruksiyada olmalıdır; Qollar, çiyinlər, döş cibinin klapanları, kürək və bel hissəsində işıqqaytaran zolaqlar yerləşdirilməlidir; İşıqqaytaran zolaqların eni 5 sm olmalıdır; Gödəkcənin bel hissəsində 25 × 10 sm ölçüdə ağ rəngli “ADSEA” yazısı olmalıdır; Sol döş cibinin üzərində 10 × 4 sm ölçüdə ağ rəngli “ADSEA” yazısı olmalıdır; Rəng: tünd göy; Xarici materialın rəngi yuyulma və sürtünmə nəticəsində solmaya qarşı davamlı olmalıdır; Parça hava keçiriciliyi xüsusiyyətinə malik olmalıdır; Tikişlər möhkəm, səliqəli və gündəlik istismar zamanı açılmaya davamlı olmalıdır; Gödəkcə müxtəlif bədən ölçülərinə uyğun ölçülərdə təqdim edilməlidir; Məhsul yeni, istifadə olunmamış və qüsursuz olmalıdır. Standarta uyğunluq: Gödəkcə EN ISO 13688 standartının və ya onun qüvvədə olan ekvivalent milli standartının müvafiq tələblərinə uyğun olmalıdır. | 33 | ədəd |
| 3 | Xalat ağ pambıq qadın Təyinatı: qadın işçilərin iş zamanı istifadəsi üçün; Material tərkibi: 65% poliester, 35% pambıq; Parçanın səthi möhkəm, gündəlik istifadəyə və yuyulmaya davamlı olmalıdır; Parçanın səthi və rəngi təkrar yuyulmalar zamanı əsas xüsusiyyətlərini və rəngini qoruyub saxlamalıdır; Parçanın kütləsi: minimum 190 q/m²; Rəng: ağ; Ön hissəsi tam açılan və düymələrlə bağlanan konstruksiyada olmalıdır; Bilək hissələri manjetli olmalı və manjetlər düymə vasitəsilə tənzimlənərək bağlanmalıdır; Ön hissədə 2 ədəd üstən tikilmiş yan cib olmalıdır Sol döş hissəsində 1 ədəd üstən tikilmiş cib olmalıdır; Ciblər möhkəm tikilməli və gündəlik istifadə zamanı qopmaya və tikişlərin açılmasına davamlı olmalıdır; Sol döş cibinin üzərində 10 × 4 sm ölçüdə ağ rəngli “ADSEA” yazısı olmalıdır; Yazı silinməyə və yuyulmaya davamlı üsulla tətbiq edilməlidir; Tikişlər səliqəli, möhkəm və istifadəyə davamlı olmalıdır; Xalat rahat hərəkəti təmin edən konstruksiyada hazırlanmalıdır; Məhsul müxtəlif bədən ölçülərinə uyğun ölçülərdə təqdim edilməlidir; Məhsul yeni, istifadə olunmamış və qüsursuz olmalıdır. Standarta uyğunluq: Xalat EN ISO 13688 standartının və ya həmin standarta texniki baxımdan ekvivalent olan qüvvədə olan milli və ya beynəlxalq standartın müvafiq tələblərinə uyğun olmalıdır. | 70 | ədəd |
| 4 | Xalat ağ pambıq kişi Təyinatı: işçi heyətin iş zamanı geyimi üçün nəzərdə tutulmuş olmalıdır; Material tərkibi: 65% poliester, 35% pambıq; Parçanın kütləsi: 190 q/m²; Rəng: ağ; Konstruksiya: kişi bədən quruluşuna uyğun, rahat hərəkəti təmin edən və iş şəraitində istifadəyə yararlı formada olmalıdır; Ön hissə: tam açılan və düymələrlə bağlanan konstruksiyada olmalıdır; Düymələr: möhkəm bərkidilmiş, təkrar açılıb-bağlanmaya davamlı olmalıdır; Bilək hissəsi: manjetli olmalı, manjetlər düymə ilə bağlanmalı və bilək ölçüsünə uyğun tənzimlənə bilməlidir; Yan ciblər: ön hissədə 2 ədəd üstən tikilmiş yan cib olmalıdır; Döş cibi: sol döş hissəsində 1 ədəd üstən tikilmiş cib olmalıdır; Ciblərin tikilişi: möhkəm və gündəlik istifadə zamanı qopmaya, tikişlərin açılmasına davamlı olmalıdır; Fərqləndirici yazı: sol döş cibinin üzərində 10 × 4 sm ölçüdə ağ rəngli “ADSEA” yazısı yerləşdirilməlidir; Yazının keyfiyyəti: yazı parça üzərində möhkəm bərkidilməli, yuyulma və sürtünmə nəticəsində silinməyə, qopmağa və deformasiyaya davamlı olmalıdır; Tikişlər: səliqəli, möhkəm və istismar zamanı açılmaya davamlı olmalıdır; Parçanın xüsusiyyətləri: təkrar yuyulmaya və gündəlik istifadədən yaranan aşınmaya davamlı olmalı, normal istifadə və qulluq şəraitində formasını və rəngini qoruyub saxlamalıdır;Ölçülər: sifarişçinin tələbatına uyğun müxtəlif ölçülərdə təqdim edilməlidir; Məhsulun vəziyyəti: yeni, istifadə olunmamış və qüsursuz olmalıdır.Standarta uyğunluq: Məhsul EN ISO 13688 standartının və ya ona texniki baxımdan ekvivalent olan qüvvədə olan milli və ya beynəlxalq standartın tətbiq olunan tələblərinə uyğun olmalıdır. | 35 | ədəd |
| 5 | Plaş yağmurluq Təyinatı: mühəndis və digər işçi heyətin yağışlı hava şəraitində açıq sahələrdə və sahə işləri zamanı istifadəsi üçün; Material: sukeçirməz və yağışdan qoruyucu xüsusiyyətə malik poliester materialdan hazırlanmalıdır; Uzunluğu: dizə qədər və ya diz nahiyəsini örtəcək uzunluqda olmalıdır; Ön hissə: tam açılan və zəncirbəndlə bağlanan konstruksiyada olmalıdır; Tikiş yerləri: suyun tikişlərdən keçməsinin qarşısını almaq məqsədilə iç tərəfdən xüsusi lentlə yapışdırılmalı və ya eyni funksiyanı təmin edən üsulla sukeçirməzliyi təmin edilməlidir; Başlıq: yaxalıq hissəsində yerləşən, qaytan vasitəsilə sıxıla bilən və başın ölçüsünə uyğun tənzimlənə bilən konstruksiyada olmalıdır;Yan ciblər: 2 ədəd, kəsik ağızlı, klapanlı olmalı və hər biri 2 ədəd basma düymə ilə bağlanmalıdır; İşıqqaytaran zolaqlar: qollar, döş ətrafı, çiyinlər, kürək və bel hissəsində yerləşdirilməli, zolaqların eni 5 sm olmalıdır; İşıqqaytaran zolaqlar yağışlı, zəif işıqlı və gecə şəraitində istifadə zamanı istifadəçinin görünürlüğünü artırmalıdır; Yazı: bel hissəsində 25 × 10 sm, sol döş hissəsində isə 10 × 4 sm ölçüdə “ADSEA” yazısı olmalıdır; Adi işçi heyəti üçün: plaşın rəngi sarı, “ADSEA” yazısı tünd göy rəngdə olmalıdır; Rəhbər işçilər üçün: plaşın rəngi tünd göy, “ADSEA” yazısı isə ağ rəngdə olmalıdır; “ADSEA” yazısı parça üzərində möhkəm bərkidilməli, yuyulmaya, sürtünməyə və atmosfer təsirlərinə davamlı olmalıdır; Material yağış və digər normal atmosfer şəraitində istifadə zamanı suyun daxilə keçməsindən qorunmanı təmin etməlidir; Plaşın konstruksiyası istifadəçinin hərəkət sərbəstliyini məhdudlaşdırmamalı və üst geyimin üzərindən istifadəyə uyğun olmalıdır; Bütün tikiş və birləşmələr möhkəm və gündəlik istifadəyə davamlı olmalıdır; Məhsul yeni, istifadə olunmamış və qüsursuz vəziyyətdə təqdim edilməlidir; Ölçülər sifarişçinin tələbatına uyğun müxtəlif ölçülərdə təqdim edilməlidir. Uyğunluq tələbi: Təklif olunan məhsul yuxarıda müəyyən edilmiş sukeçirməzlik, material, konstruksiya, tikişlərin qorunması, başlıq, ciblər, işıqqaytaran zolaqlar, rəng və üzərindəki yazıların ölçü və yerləşdirilməsi üzrə tələblərə uyğun olmalıdır. | 40 | ədəd |
| 6 | Kostyum 1. Pencək- Təyinatı: xadimə və təmizlik işləri üzrə çalışan qadın işçilərin iş zamanı istifadəsi üçün; Konstruksiya: qadın bədən quruluşuna uyğun, rahat hərəkəti təmin edən və gündəlik iş şəraitində istifadəyə yararlı olmalıdır; Ön hissə: düymələrlə bağlanan konstruksiyada olmalıdır; Ciblər: ön hissədə 2 ədəd üstən tikilmiş yan cib olmalıdır; Material tərkibi: 60% pambıq, 40% poliester; Parçanın kütləsi: 190 q/m²; Rəng: açıq göy; Yazı: sinə hissəsinin sol tərəfində 10 × 4 sm ölçüdə tünd göy rəngli “ADSEA” yazısı olmalıdır; Yazı parça üzərində möhkəm bərkidilməli, yuyulma və sürtünmə nəticəsində silinməyə, qopmağa və rəngini itirməyə davamlı olmalıdır; Tikişlər möhkəm, səliqəli və gündəlik istifadəyə davamlı olmalıdır; Məhsul təkrar yuyulma zamanı forma və rəng xüsusiyyətlərini qoruyub saxlamalıdır. 2. Şalvar Konstruksiya: qadın bədən quruluşuna uyğun və iş zamanı rahat hərəkəti təmin edən formada olmalıdır; Bel hissəsi: elastik manjetli və istifadə zamanı rahat oturuşu təmin edən konstruksiyada olmalıdır; Material tərkibi: 60% pambıq, 40% poliester; Parçanın kütləsi: 190 q/m²; Rəng: açıq göy; Tikişlər möhkəm və gündəlik iş şəraitində istifadəyə davamlı olmalıdır; Şalvar təkrar yuyulma zamanı forma və rəng xüsusiyyətlərini qoruyub saxlamalıdır.Ümumi tələblər- Pencək və şalvar eyni rəng tonunda və uyğun parça xüsusiyyətlərində olmalıdır; Parça gündəlik iş şəraitində istifadəyə, sürtünməyə və təkrar yuyulmaya davamlı olmalıdır; Məhsul istifadə zamanı rahat hərəkəti təmin etməli və işçinin fəaliyyətinə mane olmamalıdır; Məhsul yeni, istifadə olunmamış və qüsursuz vəziyyətdə təqdim edilməlidir; Ölçülər sifarişçinin tələbatına uyğun müxtəlif ölçülərdə təqdim edilməlidir. Standarta uyğunluq: Kostyumun materialı və hazırlanması EN ISO 13688 standartının və ya ona texniki baxımdan ekvivalent olan qüvvədə olan milli və ya beynəlxalq standartın tətbiq olunan tələblərinə uyğun olmalıdır. | 20 | dəst |
| 7 | Tərlik laboratoriya üçün qadın Laboratoriya şəraitində istifadə üçün nəzərdə tutulmalıdır; Üst hissəsi rahat, möhkəm və asan təmizlənən materialdan hazırlanmalıdır; Altlıq sürüşməyə və aşınmaya davamlı olmalıdır; Ayağı rahat saxlamalı və uzunmüddətli istifadəyə uyğun olmalıdır; Bağlanma və ya ayaqda sabit qalma konstruksiyası olmalıdır; Ölçülər: sifarişçinin tələbatına uyğun; Məhsul yeni və istifadə olunmamış olmalıdır; ISO 20345:2021 və ya TS EN ISO 20345 standartının tələblərinə uyğun olmalıdır; | 62 | cüt |
| 8 | Tərlik laboratoriya üçün kişi Laboratoriya şəraitində istifadə üçün nəzərdə tutulmalıdır; Üst hissəsi rahat, möhkəm və asan təmizlənən materialdan hazırlanmalıdır; Altlıq sürüşməyə və aşınmaya davamlı olmalıdır; Ayağı rahat saxlamalı və uzunmüddətli istifadəyə uyğun olmalıdır; Bağlanma və ya ayaqda sabit qalma konstruksiyası olmalıdır; Ölçülər: sifarişçinin tələbatına uyğun; Məhsul yeni və istifadə olunmamış olmalıdır; ISO 20345:2021 və ya TS EN ISO 20345 standartının tələblərinə uyğun olmalıdır; | 32 | cüt |
| 9 | Uzunboğaz rezin çəkmə Təyinatı: sahə və açıq hava şəraitində, o cümlədən nəm və su ilə təmasda olan işlər zamanı istifadə üçün; Çəkmə uzunboğaz, ayaq və baldır nahiyəsini qoruyan konstruksiyada olmalıdır; Xarici materialı su keçirməyən rezin və ya ekvivalent elastik polimer materialdan hazırlanmalıdır; Çəkmənin altlığı sürüşməyə və aşınmaya davamlı olmalı, müxtəlif iş səthlərində etibarlı tutuş təmin etməlidir; Burun hissəsi mexaniki zərbələrdən qorunmanı təmin edən təhlükəsizlik burunluğu ilə təchiz olunmalıdır; Ayaq və baldır üçün rahatlıq təmin etməli, uzunmüddətli istifadəyə uyğun olmalıdır; İç hissəsi ayağın rahatlığını təmin edən və istifadəyə uyğun materialla işlənməlidir;Altlıq çəkmənin gövdəsinə möhkəm birləşdirilmiş olmalı və normal istismar zamanı ayrılmamalıdır; Çəkmə nəm, su və palçıq şəraitində istifadəyə yararlı olmalıdır; Ölçülər: sifarişçinin tələbatına uyğun müxtəlif ölçülərdə; Rəng: qara və ya tünd rəng; Məhsul yeni, istifadə olunmamış və qüsursuz olmalıdır. Standarta uyğunluq: Məhsul ISO 20345:2021 və ya TS EN ISO 20345 standartının tətbiq olunan tələblərinə uyğun olmalıdır. ISO 20345:2021 təhlükəsizlik ayaqqabıları üçün mexaniki risklər, sürüşmə, istilik və digər ümumi təhlükəsizlik tələblərini müəyyən edir. | 40 | cüt |
| 10 | Əlcək Təyinatı - Digər sahələrdə çalışan işçilər üçün, istiyə davamlı Tikişsiz əlcək, material - trikotaj, Lateks örtüklü, Üst xarici hissəsi örtüksüz, Manjetlər trikotaj material. EN 420, EN 388. AZS İSO 21420 və ya beynəlxalq | 20 | cüt |
| 11 | Əlcək Təyinatı: turşular və digər kimyəvi maddələrlə işləyən işçilərin əllərinin kimyəvi təsirlərdən qorunması üçün; Əlcək turşulara və kimyəvi maddələrin təsirinə davamlı materialdan hazırlanmalıdır; Material maye və kimyəvi maddələrin əlcəyin daxili səthinə keçməsinin qarşısını təmin etməlidir; Əlcək bilək nahiyəsini tam örtən, maye keçirməyən konstruksiyada olmalıdır; Əlcəyin materialı normal iş şəraitində cırılmaya, deşilməyə, çatlamaya və aşınmaya davamlı olmalıdır; Əlcək istifadə zamanı əl və barmaqların hərəkətini məhdudlaşdırmamalı, işin rahat və təhlükəsiz yerinə yetirilməsinə imkan verməlidir; Əlcəyin daxili səthi uzunmüddətli istifadədə rahatlıq təmin etməli və dəriyə zərərli təsir göstərməməlidir; Bilək hissəsi əlcəyin əldə sabit qalmasını təmin etməlidir; Əlcək təkrar istifadəyə yararlı olduğu halda, istehsalçının təlimatına uyğun yuyulma və təmizlənmədən sonra qoruyucu xüsusiyyətlərini saxlamalıdır; Ölçülər: sifarişçinin tələbatına uyğun müxtəlif ölçülərdə; Məhsul yeni, istifadə olunmamış və qüsursuz olmalıdır. Standarta uyğunluq- Əlcək AZS ISO 21420:2024 standartının ümumi tələblərinə və ISO 374-1:2024 standartının kimyəvi risklərə qarşı qoruyucu əlcəklər üçün tələblərinə və ya onlara texniki baxımdan ekvivalent qüvvədə olan milli və ya beynəlxalq standartlara uyğun olmalıdır. AZS ISO 21420 əlcəklərin konstruksiyası, təhlükəsizliyi, rahatlığı, ölçüləri, işarələnməsi və ümumi tələbləri əhatə edir; ISO 374-1:2024 isə təhlükəli kimyəvi maddələrə qarşı qoruyucu əlcəklər üçün xüsusi tələbləri müəyyən edir. | 50 | cüt |
| 12 | Eynək plastik analiz üçün Təyinatı: laboratoriya şəraitində iş zamanı gözlərin mexaniki hissəciklərdən, tozdan və maye sıçramalarından qorunması üçün; Eynəyin çərçivəsi və linzaları möhkəm, zərbəyə davamlı və laboratoriya şəraitində istifadəyə yararlı materialdan hazırlanmalıdır; Linzalar gözləri ön və yan istiqamətlərdən qoruyacaq konstruksiyada olmalıdır; Linzalar şəffaf, optik görmə qabiliyyətinə mane olmayan və iş zamanı görmə sahəsini məhdudlaşdırmayan olmalıdır; Linzaların səthi asan təmizlənə bilən və normal istifadə zamanı cızılmaya qarşı davamlı olmalıdır; Eynək üzə rahat oturmalı, uzunmüddətli istifadə zamanı narahatlıq yaratmamalıdır; Burun və qulaq dayaqları eynəyin üzərində sabit qalmasını təmin etməlidir; Eynək istifadə zamanı buxarlanmanı minimuma endirən konstruksiyaya malik olmalıdır; Məhsul yeni, istifadə olunmamış və qüsursuz olmalıdır; Ölçü və konstruksiya müxtəlif istifadəçilərin rahat istifadəsini təmin etməlidir. Standarta uyğunluq: Məhsul EN ISO 16321-1 və ya BS EN ISO 16321-1 standartının qüvvədə olan nəşrinin tələblərinə və ya ona texniki baxımdan ekvivalent beynəlxalq/milli standartın tələblərinə uyğun olmalıdır. Standart peşəkar istifadə üçün göz və üz qoruyucularına, o cümlədən uçan hissəciklər və maye sıçramaları kimi risklərə qarşı ümumi tələbləri müəyyən edir. | 60 | cüt |
| 13 | Maska respirator Təyinatı: laboratoriya, istehsalat və sahə şəraitində toz, bərk və maye aerozol hissəciklərindən tənəffüs yollarının qorunması üçün; Filtrli yarımmaska tipində olmalıdır; Filtrasiya effektivliyi yüksək səviyyədə olmalı və FFP3 qoruma sinfinə uyğun olmalıdır; Nəfəsvermə klapanlı və ya klapansız konstruksiyada ola bilər; Burun və üz nahiyəsinə kip oturmalı, kənarlardan hava sızmasını minimuma endirən konstruksiyaya malik olmalıdır; Burun sıxıcı elementi istifadəçinin üz quruluşuna uyğun tənzimlənə bilməlidir; Baş və qulaq arxasında sabit bərkidilməni təmin edən elastik qayışlara malik olmalıdır; Uzunmüddətli istifadə zamanı rahatlıq təmin etməli və tənəffüsü əhəmiyyətli dərəcədə çətinləşdirməməlidir; Maska birdəfəlik və ya istehsalçının təlimatına uyğun təkrar istifadə edilən tipdə ola bilər; Ölçü və konstruksiya müxtəlif istifadəçilərin üz quruluşuna uyğun olmalıdır; Məhsul yeni, istifadə olunmamış və fərdi qablaşdırmada olmalıdır. Standarta uyğunluq: Məhsul EN 149:2001+A1:2009 və ya ona texniki baxımdan ekvivalent qüvvədə olan beynəlxalq/milli standartın tələblərinə uyğun olmalı və FFP3 qoruma sinfini təmin etməlidir. | 33 | ədəd |
| 14 | Qaloş Təyinatı: laboratoriya, təsərrüfat və digər iş şəraitində ayaqların nəm, su və çirklənmədən qorunması üçün; Konstruksiya: qadın ayaq quruluşuna uyğun, topuq nahiyəsini tam örtən formada olmalıdır; Xarici materialı su keçirməyən, elastik və davamlı polimer materialdan hazırlanmalıdır; Altlıq sürüşməyə və aşınmaya davamlı olmalı, müxtəlif səthlərdə etibarlı tutuş təmin etməlidir; Material nəm və su ilə təmas zamanı öz formasını və qoruyucu xüsusiyyətlərini saxlamalıdır; Ayaqda rahat və sabit qalmalı, gündəlik istifadə zamanı hərəkəti məhdudlaşdırmamalıdır; Asan təmizlənə bilən və dezinfeksiyaya uyğun materialdan hazırlanmalıdır; Ölçülər: sifarişçinin tələbatına uyğun müxtəlif ölçülərdə; Rəng: qara, ağ və ya tünd rəng; Məhsul yeni, istifadə olunmamış və qüsursuz olmalıdır. | 10 | cüt |
Satınalmalarının 11 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 28 avq 2026
son qələbə 18 avq 2026
son qələbə 14 avq 2026
son qələbə 11 avq 2026
son qələbə 20 iyl 2026