Заказчик: "LƏNKƏRAN DÖVLƏT PEŞƏ TƏHSİL MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
У этого заказчика в той же категории 4 закупок сорвалось из-за нехватки участников. Конкуренция слабая.
4 закупок, 4 разных победителей
Чаще всех выигрывает: "HƏDƏF BİR 2025" Məhdud Məsuliyyətli Cəmiyyəti (1, 25%)
Основание: этот заказчик, эта категория
Победители опускались от сметы на 0.07-70%, медиана 18.49%.
Для этого тендера это от 170 713 AZN до 145 629 AZN.
Ниже 53 599 AZN не выигрывал никто.
275 AZN
Документы 25 AZN + участие 250 AZN
Сверху идут обеспечение заявки и время специалиста.
Документация платная, но позиции лота открыты. Разбор строится именно на них.
| # | Состав лота | Количество | Единица |
|---|---|---|---|
| 1 | Dondurucu Minimum tələblər: Üfüqi tipli dondurucu tələb olunur. Dondurucunun ümumi tutumu minimum 500 litr olmalı, 2 ədəd yuxarı açılan qapağa malik olmalıdır. Korpusu ağ rəngdə hazırlanmalı, daxili kondensator sistemi ilə təchiz edilməlidir. Enerji təchizatı 220 V, 50 Hz olmalıdır. İşləmə temperaturu -18°C-dən -26°C-dək diapazonunda tənzimlənə bilməlidir. Daxili hissəsi ağ rəngdə olmalı və minimum 1 ədəd səbətlə komplektləşdirilməlidir. Qapaqlar tutacaq və kilidləmə mexanizmi ilə təchiz edilməlidir. | 3 | ədəd |
| 2 | Su nasosu Minimum tələblər: Təmiz su və nasosun komponentlərinə zərər verməyən, abraziv hissəciklərdən azad mayelərin vurulması üçün flanşlı, mərkəzdənqaçma tipli elektrik nasosu tələb olunur. Mühərrikin çıxış gücü minimum 7,5 kW (10 HP) olmalıdır. Nasos üçfazalı mühərriklə təchiz edilməli, enerji səmərəliliyi sinfi minimum IE3, izolyasiya sinfi minimum F, mühafizə dərəcəsi minimum IP54 olmalıdır. Nasosun hidravlik göstəriciləri minimum 75 m³/saat məhsuldarlığı təmin etməli, yüksək məhsuldarlıq rejimində basqı hündürlüyü minimum 18 m olmalıdır. Təxminən 60 m³/saat məhsuldarlıqda basqı hündürlüyü minimum 28 m, 48 m³/saat məhsuldarlıqda isə minimum 32 m olmalıdır. Sıfır axına yaxın rejimdə maksimal basqı hündürlüyü minimum 36 m olmalıdır. Təklif olunan nasosun Q-H xarakteristikası göstərilən iş diapazonunu əhatə etməli və göstəricilər istehsalçının rəsmi texniki sənədləri ilə təsdiq edilməlidir. Mayenin yol verilən maksimal işləmə temperaturu minimum +90°C, ətraf mühitin maksimal işləmə temperaturu minimum +40°C olmalıdır. Nasos korpusunun yol verilən maksimal iş təzyiqi minimum 10 bar olmalıdır. Nasos giriş və çıxış hissələrində flanşlı birləşməyə malik olmalı və sənaye tipli fasiləsiz istismar üçün nəzərdə tutulmalıdır. Quraşdırılma, sazlama və tam işlək vəziyyətdə təhvil verilmə qiymət təklifinə daxil olunmalıdır. | 3 | ədəd |
| 3 | Şlaqbaum Minimum tələblər: Nəqliyyat vasitələrinin giriş-çıxışının intensiv rejimdə idarə olunması üçün avtomatik şlaqbaum sistemi tələb olunur. Şlaqbaum korpusu xarici mühitdə uzunmüddətli istifadəyə uyğun, korroziyaya davamlı metal materialdan hazırlanmalı, metal korpusun qalınlığı minimum 1,5 mm olmalıdır. Sistem fırçasız DC mühərrik və ya istismar müddəti və iş rejimi baxımından ekvivalent uzunömürlü mühərrik texnologiyası ilə təchiz edilməlidir. Mühərrikin iş gərginliyi 24 V DC və ya ekvivalent təhlükəsiz aşağı gərginlikli DC həlli olmalıdır. Mexanizmin istehsalçı tərəfindən bəyan edilmiş istismar resursu minimum 2 000 000 açılma-bağlanma dövrü olmalı, sistem 100% iş dövrünü dəstəkləməli və ya istehsalçının rəsmi texniki sənədlərində fasiləsiz/intensiv istismar üçün nəzərdə tutulduğu göstərilməlidir. Şlaqbaum minimum 3,6 m-dən 6 m-dək keçidlərin bağlanmasına imkan verən düz qolla komplektləşdirilməlidir. Qol teleskopik, modul və ya eyni funksional nəticəni təmin edən ekvivalent konstruksiyalı ola bilər. Qol alüminium və ya ekvivalent yüngül, möhkəm və korroziyaya davamlı materialdan hazırlanmalı, nəqliyyat təhlükəsizliyi üçün yüksək görünürlüklü kontrast işarələnməyə malik olmalıdır. Təklif olunan qol uzunluğunda tam açılma və bağlanma müddəti maksimum 8 saniyə olmalıdır. Sistem avtomatik/gecikdirilmiş bağlanma funksiyasını dəstəkləməlidir. Sistem infraqırmızı sensor, fotosel, nəqliyyat vasitəsi detektoru, induktiv dövrə və/və ya radar tipli təhlükəsizlik qurğularından ən azı birinin qoşulmasını dəstəkləməli, maneə və nəqliyyat vasitəsinin aşkarlanması əsasında təhlükəsiz bağlanma funksiyasının təşkilinə imkan verməlidir. Xarici idarəetmə üçün açma, bağlama və dayandırma əmrlərinin verilməsi, həmçinin qolun son mövqeləri barədə siqnalın əldə edilməsi mümkün olmalıdır. Sistem minimum RS-485 və ya funksional baxımdan ekvivalent sənaye rabitə interfeysini dəstəkləməlidir. Uzaqdan idarəetmə funksiyası mövcud olmalı, minimum 50 pultun sistemə birbaşa və ya istehsalçı tərəfindən dəstəklənən uyğun qəbuledici modul vasitəsilə qoşulması mümkün olmalı, açıq şəraitdə idarəetmə məsafəsi minimum 20 m olmalıdır. Enerji təchizatı 220–240 V AC, 50 Hz elektrik şəbəkəsində işləməyə uyğun olmalıdır. Avadanlıq minimum -30°C-dən +60°C-dək və ya daha geniş temperatur diapazonunda işləməlidir. Xarici mühitdə istifadə üçün qorunma səviyyəsi minimum IP54 olmalıdır. Komplektə şlaqbaum mexanizmi, tələb olunan keçid eninə uyğun qol, zəruri bərkidici elementlər və sistemin normal istismarı üçün tələb olunan standart aksesuarlar daxil edilməlidir. Quraşdırılma qiymət təklifinə daxil edilməlidir. MAF və ya DAF sənədi tələb olunur. | 2 | ədəd |
| 4 | Dispenser Minimum tələblər: İsti və soyuq suyun verilməsi üçün döşəmə tipli su dispenseri tələb olunur. Cihaz minimum 2 ədəd krana malik olmalı, aşağı hissəsində saxlama üçün şkaf (kabinet) olmalıdır.Soyutma sistemində R134a tipli və ya ekvivalent soyuducu qazdan istifadə edilməlidir. | 15 | ədəd |
| 5 | Laminator Minimum tələblər: Sənədlərin laminasiyası üçün laminator tələb olunur. Cihaz A3 formatınadək sənədlərin laminasiyasını dəstəkləməli, ID kart ölçüsündən A3 formatınadək materiallarla işləyə bilməlidir. İsinmə müddəti maksimum 4 dəqiqə olmalıdır. A3 formatlı sənədin laminasiya müddəti maksimum 90 saniyə olmalıdır. Cihaz 75–125 mikron diapazonunda standart laminasiya paketləri ilə işləməyi dəstəkləməli, maksimal laminasiya qalınlığı minimum 0,6 mm olmalıdır. Özüyapışan və ya soyuq laminasiya paketləri ilə işləmək üçün soyuq laminasiya rejimi olmalıdır. Cihazın işə hazır vəziyyəti vizual və/və ya səs siqnalı ilə bildirilməlidir. Sənədin sıxılması və ya yanlış ötürülməsi zamanı materialın təhlükəsiz çıxarılmasına imkan verən buraxma, geriötürmə və ya ekvivalent mexanizm olmalıdır. Enerjiyə qənaət məqsədilə avtomatik sönmə və ya ekvivalent enerji qənaəti funksiyası olmalıdır. | 3 | ədəd |
| 6 | Noutbuk Minimum tələblər: Noutbuk tipli kompüter tələb olunur. Prosessor minimum 10 nüvəli və 16 hesablama axınlı olmalı, maksimal takt tezliyi minimum 5,0 GHz, keş yaddaşı minimum 20 MB olmalıdır. Operativ yaddaş minimum 16 GB DDR5, effektiv işləmə sürəti minimum 5200 MT/s olmalı, yaddaş həcminin minimum 64 GB-a qədər genişləndirilməsi mümkün olmalıdır. Daxili yaddaş minimum 512 GB M.2 PCIe 4.0 NVMe SSD olmalı, sistem əlavə SSD quraşdırılması üçün minimum 2 ədəd M.2 yaddaş qurğusunu dəstəkləməlidir. Qrafik həll inteqrasiya olunmuş və/və ya diskret ola bilər. Ekran diaqonalı minimum 16 düym, təsvir ölçüsü minimum 1920×1200 piksel, panel texnologiyası IPS və ya ekvivalent geniş baxış bucaqlı texnologiya, parlaqlığı minimum 350 nit, yenilənmə tezliyi minimum 60 Hz olmalı və parıltı əleyhinə səthə malik olmalıdır. Cihaz minimum FHD 1080p daxili kamera, fiziki kamera məxfilik örtüyü və ya ekvivalent məxfilik həlli, daxili mikrofon sistemi və stereo dinamiklərlə təchiz edilməlidir. Batareyanın nominal tutumu minimum 45 Wh, enerji adapterinin gücü minimum 65 W olmalıdır. Klaviatura arxa işıqlandırmalı olmalıdır. Simsiz şəbəkə bağlantısı minimum Wi-Fi 6E və ya daha yeni, Bluetooth bağlantısı minimum 5.3 və ya daha yeni standartı dəstəkləməlidir. Cihaz minimum Gigabit Ethernet şəbəkə bağlantısına malik olmalıdır. Cihazda minimum 2 ədəd USB Type-A, minimum 2 ədəd USB Type-C, minimum 1 ədəd HDMI və ya ekvivalent rəqəmsal audio-video çıxışı, minimum 1 ədəd 3,5 mm kombinə edilmiş audio portu, minimum 1 ədəd RJ-45 və SD və ya microSD kart oxuyucusu olmalıdır. USB Type-C portlarından minimum biri məlumat ötürülməsi, enerji ötürülməsi və xarici görüntü çıxışını dəstəkləməli, minimum bir USB Type-C portu isə USB4, Thunderbolt 4 və ya ekvivalent minimum 40 Gbps yüksək sürətli bağlantını dəstəkləməlidir. Rəqəmsal görüntü çıxışı minimum 4K/60Hz görüntü ötürülməsinə imkan verməlidir. Təhlükəsizlik üçün minimum TPM 2.0 və ya ekvivalent aparat/firmware əsaslı təhlükəsizlik həlli, barmaq izi oxuyucusu və kamera məxfiliyi funksiyası olmalıdır. Korpus işgüzar istifadəyə uyğun möhkəm konstruksiyalı olmalı, üst örtük metal, alüminium və ya ekvivalent davamlı materialdan hazırlanmalıdır. Əməliyyat sistemi Windows 11 və ya funksional ekvivalent əməliyyat sistemi olmalıdır. MAF sənədi tələb olunur. | 6 | ədəd |
| 7 | Rəngli çoxfunksiyalı printer Minimum tələblər: A4 formatlı rəngli lazer çoxfunksiyalı printer tələb olunur. Cihaz çap, surətçıxarma, skan və faks funksiyalarını dəstəkləməlidir. Birüzlü A4 çap sürəti minimum 30 səh/dəq, çap təsvir ölçüsü minimum 1200 × 1200 dpi və ya ekvivalent keyfiyyət səviyyəsində olmalıdır. Avtomatik ikitərəfli çap və surətçıxarma dəstəklənməlidir. Surətçıxarma sürəti birüzlü A4 formatında minimum 30 səh/dəq, surət təsvir ölçüsü minimum 600 × 600 dpi, miqyaslama diapazonu minimum 25–400% olmalıdır. Skaner planşet və avtomatik ikitərəfli sənədötürücü tipli olmalı, ikiüzlü sənədlərin bir keçiddə və ya funksional baxımdan ekvivalent yüksək sürətli texnologiya ilə avtomatik skan edilməsini təmin etməli, optik skan təsvir ölçüsü minimum 600 × 600 dpi olmalıdır. Avtomatik sənədötürücü vasitəsilə ikitərəfli skan sürəti rəngli rejimdə minimum 50 təsvir/dəq olmalıdır. Skan edilmiş sənədlərin e-poçt, kompüter, USB yaddaş və şəbəkə resurslarına göndərilməsi dəstəklənməlidir. Faks modeminin sürəti minimum 33.6 Kbps olmalıdır. Standart kağız kasetinin tutumu minimum 250 vərəq, çoxməqsədli giriş minimum 50 vərəq, avtomatik sənədötürücü minimum 50 vərəq, çıxış tutumu minimum 150 vərəq olmalıdır. Əlavə kağız kaseti və ya istehsalçının uyğun genişləndirmə modulu vasitəsilə standart kağız giriş tutumunun artırılması mümkün olmalıdır. Cihaz minimum 60–200 q/m² diapazonunda müxtəlif kağız növləri ilə işləməyi və avtomatik ikitərəfli çap funksiyasını dəstəkləməlidir. Qoşulmalar minimum USB, Gigabit Ethernet və Wi-Fi bağlantılarını, həmçinin birbaşa simsiz bağlantını dəstəkləməlidir. İdarəetmə paneli minimum 10 sm rəngli sensor ekran olmalıdır. Cihaz minimum 1 GB operativ yaddaşa malik olmalı və çap, skan və şəbəkə funksiyalarının stabil işləməsini təmin edən daxili prosessorla təchiz edilməlidir. Şəbəkə təhlükəsizliyi üçün şifrələnmiş bağlantı, IP filtrasiya, şəbəkə autentifikasiyası və təhlükəsiz çap funksiyaları və ya funksional baxımdan ekvivalent təhlükəsizlik mexanizmləri dəstəklənməlidir.Cihaz rəngli toner kartriclərlə birlikdə təqdim olunmalıdır.Enerji təchizatı 220–240 V, 50/60 Hz olmalıdır. MAF və ya DAF sənədi tələb olunur. | 1 | ədəd |
| 8 | Çoxfunksiyalı A3 printer Minimum tələblər: A3 formatlı monoxrom lazer çoxfunksiyalı printer tələb olunur. Cihaz çap, surətçıxarma, skan və sənədlərin elektron göndərilməsi funksiyalarını dəstəkləməlidir. Prosessor minimum 1,2 GHz və ya ekvivalent performans səviyyəsində olmalı, operativ yaddaş minimum 2 GB olmalıdır. Daxili yaddaş minimum 32 GB və ya sənədlərin emalı, saxlanması, çap növbəsinin idarə olunması, skan və təhlükəsiz çap funksiyalarının stabil işləməsini təmin edən funksional ekvivalent yaddaş həlli olmalıdır. İdarəetmə paneli minimum 7 düym rəngli sensor ekran olmalıdır. Birüzlü çap sürəti A4 formatında minimum 25 səh/dəq, A3 formatında minimum 10 səh/dəq olmalı, avtomatik ikitərəfli çap dəstəklənməlidir. Çap təsvir ölçüsü minimum 1200 × 1200 dpi və ya ekvivalent keyfiyyət səviyyəsində, surətçıxarma təsvir ölçüsü minimum 600 × 600 dpi olmalıdır. Avtomatik ikitərəfli surətçıxarma dəstəklənməlidir. İlk surətin çıxma müddəti maksimum 10 saniyə, miqyaslama diapazonu minimum 25–400% olmalıdır. Skaner planşet və avtomatik ikitərəfli sənədötürücü ilə təchiz edilməli, ikiüzlü sənədlərin bir keçiddə və ya funksional baxımdan ekvivalent yüksək sürətli texnologiya ilə avtomatik skan edilməsini təmin etməlidir. Avtomatik sənədötürücünün tutumu minimum 100 vərəq olmalıdır. Skan təsvir ölçüsü minimum 600 × 600 dpi, birüzlü skan sürəti minimum 30 təsvir/dəq, ikitərəfli skan sürəti minimum 60 təsvir/dəq olmalıdır. Şəbəkəyə, USB yaddaşa, mobil cihazlara, e-poçta, FTP və SMB resurslarına skan və ya sənəd göndərilməsi dəstəklənməlidir. Standart kağız giriş tutumu minimum 300 vərəq olmalı, əlavə kaset və ya istehsalçı tərəfindən nəzərdə tutulmuş uyğun genişləndirmə modulu vasitəsilə minimum 500 vərəqədək artırıla bilməlidir. Çıxış tutumu minimum 200 vərəq olmalıdır. A3, A4, A5, B4 və B5 daxil olmaqla müxtəlif kağız formatları dəstəklənməlidir. Qoşulmalar minimum Gigabit Ethernet və USB interfeyslərini əhatə etməli, Wi-Fi bağlantısı cihazın daxili interfeysi və ya istehsalçı tərəfindən nəzərdə tutulmuş uyğun əlavə simsiz şəbəkə modulu vasitəsilə təmin edilməlidir. Təhlükəsiz çap, istifadəçi autentifikasiyası, IP və/və ya MAC ünvan filtrasiyası, şifrələnmiş şəbəkə bağlantısı və WPA3 və ya funksional ekvivalent müasir simsiz şəbəkə təhlükəsizliyi dəstəklənməlidir. Enerji təchizatı 220–240 V, 50/60 Hz olmalıdır. Cihaz minimum 1 ədəd qara toner kartrici ilə birlikdə təqdim olunmalıdır.MAF və ya DAF sənədi tələb olunur. | 1 | ədəd |
| 9 | Monoxrom çoxfunksiyalı printer Minimum tələblər: A4 formatlı monoxrom lazer çoxfunksiyalı printer tələb olunur. Cihaz çap, surətçıxarma, skan və faks funksiyalarını dəstəkləməlidir. Birüzlü A4 çap sürəti minimum 40 səh/dəq, çap təsvir ölçüsü minimum 1200 × 1200 dpi və ya ekvivalent çap keyfiyyəti səviyyəsində olmalıdır. İlk səhifənin çıxma müddəti maksimum 8 saniyə olmalıdır. Avtomatik ikitərəfli çap və surətçıxarma dəstəklənməlidir. Surətçıxarma sürəti birüzlü A4 formatında minimum 40 səh/dəq, surət təsvir ölçüsü minimum 600 × 600 dpi, miqyaslama diapazonu minimum 25–400% olmalıdır. Skaner rəngli, planşet və avtomatik ikitərəfli sənədötürücü tipli olmalı, ikiüzlü sənədlərin bir keçiddə və ya funksional baxımdan ekvivalent yüksək sürətli texnologiya ilə avtomatik skan edilməsini təmin etməli, optik skan təsvir ölçüsü minimum 600 × 600 dpi olmalıdır. Avtomatik sənədötürücü vasitəsilə birüzlü skan sürəti minimum 40 təsvir/dəq, ikitərəfli skan sürəti minimum 70 təsvir/dəq olmalıdır. E-poçt, kompüter, USB yaddaş və FTP, SMB və ya ekvivalent şəbəkə resurslarına skan funksiyası dəstəklənməlidir. Faks modeminin sürəti minimum 33.6 Kbps olmalıdır. Standart kağız təchizatı minimum 250 vərəqlik əsas kaset və minimum 50 vərəqlik çoxməqsədli girişdən ibarət olmalı, avtomatik sənədötürücünün tutumu minimum 50 vərəq, çıxış tutumu minimum 150 vərəq olmalıdır. Əlavə kağız kaseti və ya istehsalçının nəzərdə tutduğu uyğun genişləndirmə modulu vasitəsilə ümumi kağız giriş tutumunun minimum 800 vərəqədək artırılması mümkün olmalıdır. Qoşulmalar minimum USB, Gigabit Ethernet və Wi-Fi interfeyslərini əhatə etməli, birbaşa simsiz bağlantı dəstəklənməlidir. İdarəetmə paneli minimum 10 sm rəngli sensor ekran olmalıdır. Cihaz minimum 1 GB operativ yaddaşa və çap, skan, faks və şəbəkə funksiyalarının stabil işləməsini təmin edən prosessor və daxili yaddaş həllinə malik olmalıdır. Aylıq maksimum iş yükü minimum 70 000 səhifə olmalıdır. Təhlükəsiz çap, şifrələnmiş şəbəkə bağlantısı, IP ünvan filtrasiyası və şəbəkə autentifikasiyası və ya funksional ekvivalent təhlükəsizlik mexanizmləri dəstəklənməlidir. Enerji təchizatı 220–240 V, 50/60 Hz olmalıdır. Cihaz minimum 1 ədəd qara toner kartrici ilə birlikdə təqdim olunmalıdır.MAF və ya DAF sənədi tələb olunur. | 6 | ədəd |
| 10 | Noutbuk Minimum tələblər: Noutbuk tipli kompüter tələb olunur. Prosessor minimum 10 nüvəli və 16 hesablama axınlı, maksimal takt tezliyi minimum 4,5 GHz, keş yaddaşı minimum 20 MB olmalıdır. Operativ yaddaş minimum 16 GB DDR5, effektiv işləmə sürəti minimum 4800 MT/s olmalıdır. Operativ yaddaş minimum 32 GB ümumi həcmədək genişləndirilə bilməli və cihaz istifadəçi tərəfindən operativ yaddaşın genişləndirilməsinə imkan verən minimum bir yaddaş yuvasına malik olmalıdır. Daxili yaddaş minimum 512 GB M.2 PCIe 4.0 NVMe SSD olmalı, əlavə SSD quraşdırılması və ya ümumi yaddaş həcminin genişləndirilməsi mümkün olmalıdır. Qrafik sistem minimum 6 GB ayrılmış video yaddaşa malik diskret qrafik adapterlə təchiz edilməlidir. Ekran diaqonalı minimum 15,6 düym, təsvir ölçüsü minimum 1920×1080 piksel, panel texnologiyası IPS və ya ekvivalent geniş baxış bucaqlı texnologiya, parlaqlığı minimum 300 nit, yenilənmə tezliyi minimum 120 Hz, rəng əhatəsi minimum 100% sRGB və ya rəng həcmi baxımından ekvivalent geniş rəng gamutuna malik olmalıdır. Ekran parıltı əleyhinə səthə malik olmalıdır. Kamera minimum FHD 1080p, mikrofon sistemi daxili, dinamiklər stereo olmalıdır. Simsiz bağlantı minimum Wi-Fi 6 və Bluetooth 5.2 və ya daha yeni, simli şəbəkə bağlantısı minimum Gigabit Ethernet olmalıdır. Cihazda minimum 2 ədəd USB Type-A, minimum 1 ədəd USB Type-C, minimum 1 ədəd HDMI və ya ekvivalent rəqəmsal görüntü çıxışı, minimum 1 ədəd RJ-45 və 1 ədəd 3,5 mm kombinə edilmiş audio portu olmalıdır. USB Type-C portu yüksək sürətli məlumat ötürülməsini və xarici görüntü çıxışını dəstəkləməlidir. Rəqəmsal görüntü çıxışı minimum 4K/60Hz görüntü ötürülməsini dəstəkləməlidir. Batareyanın nominal tutumu minimum 55 Wh olmalıdır. Təklif olunan enerji adapteri cihazın prosessor və diskret qrafik sisteminin tam performansda işləməsi üçün istehsalçı tərəfindən nəzərdə tutulmuş gücə malik olmalıdır. Klaviatura arxa işıqlandırmalı olmalıdır. Cihaz TPM 2.0 və ya ekvivalent aparat/firmware əsaslı təhlükəsizlik funksiyasını dəstəkləməlidir. Əməliyyat sistemi Windows 11 və ya funksional ekvivalent əməliyyat sistemi olmalıdır. Əməliyyat sisteminin quraşdırılması, cihazın ilkin sazlanması və işə hazırlanması qiymət təklifinə daxil edilməlidir. MAF sənədi tələb olunur. | 20 | ədəd |
| 11 | Fotoaparat Minimum tələblər: Rəqəmsal güzgüsüz fotoaparat tələb olunur. Kamera APS-C və ya daha böyük ölçülü CMOS və ya ekvivalent görüntü sensoruna, minimum 24 MP effektiv təsvir ölçüsünə malik olmalıdır. İşığa həssaslıq diapazonu minimum ISO 100–32000 olmalıdır. Fotoşəkillərin JPEG və RAW formatlarında saxlanılması dəstəklənməli, HEIF və ya ekvivalent yüksək səmərəli foto formatının dəstəklənməsi qəbul edilməlidir. Davamlı çəkiliş sürəti mexaniki və/və ya elektron çekim rejimində minimum 12 kadr/saniyə olmalıdır. Elektron çekim rejimində daha yüksək çəkiliş sürətinin dəstəklənməsi qəbul edilməlidir. Video çəkilişi minimum 4K UHD (3840 × 2160) təsvir ölçüsündə minimum 25/30 kadr/saniyə, Full HD rejimində minimum 50/60 kadr/saniyə dəstəklənməlidir. Kamera HDR, HLG, Log profili və ya yüksək dinamik diapazonun saxlanılmasına imkan verən funksional ekvivalent video çəkiliş rejimini dəstəkləməlidir. Çekim sürəti minimum 30 saniyədən 1/4000 saniyəyədək, elektron çekim rejimində isə minimum 1/8000 saniyəyədək sürəti əhatə etməlidir. Kamera minimum 2.9 düym rəngli LCD ekrana malik olmalıdır. Yaddaş kartı kimi SD, SDHC və SDXC formatları dəstəklənməlidir. Simsiz bağlantı üçün Wi-Fi və Bluetooth olmalıdır. Qoşulmalar minimum USB, HDMI və ya Micro HDMI tipli rəqəmsal görüntü çıxışı və xarici mikrofon üçün 3.5 mm audio girişini əhatə etməlidir. Fotoaparat geniş bucaqdan standart fokus məsafəsinədək istifadə diapazonunu əhatə edən zoom obyektivlə komplektləşdirilməlidir. APS-C sensorlu kamera üçün obyektivin fokus diapazonu təxminən 18–45 mm və ya daha geniş, daha böyük sensorlu kamera üçün isə baxış bucağı baxımından funksional ekvivalent diapazonda olmalıdır.MAF və ya DAF sənədi tələb olunur. | 1 | ədəd |
| 12 | İnteraktiv lövhə Minimum tələblər: İnteraktiv sensor ekran tələb olunur. Ekranın diaqonalı minimum 75 düym, təsvir ölçüsü minimum 3840 × 2160 (4K UHD), tərəflər nisbəti 16:9, parlaqlığı minimum 350 cd/m², yenilənmə tezliyi minimum 60 Hz və baxış bucaqları üfüqi və şaquli istiqamətlərdə minimum 178° olmalıdır. Ekranın səthi parıltı əleyhinə emal edilmiş, təhsil və iş mühitində intensiv istifadəyə uyğun temperli qoruyucu şüşə ilə təchiz edilməlidir. Arxa işıqlandırmanın istismar müddəti minimum 50 000 saat olmalıdır. İnteraktiv idarəetmə minimum 20 nöqtəli eyni vaxtda toxunma və yazma imkanını təmin etməli, barmaq və passiv qələmlə işləməli, toxunma dəqiqliyi maksimum 2 mm olmalıdır. Təklif olunan toxunma texnologiyasının növündən asılı olmayaraq yazı, annotasiya, obyektlərin seçilməsi və çoxnöqtəli idarəetmə funksiyalarının stabil işləməsi təmin edilməlidir. Cihaz daxili hesablama platformasına malik olmalı, minimum 8 nüvəli prosessor, minimum 8 GB operativ yaddaş və minimum 128 GB daxili yaddaşla təchiz edilməlidir. Daxili əməliyyat sistemi və ya platforma interaktiv lövhə, təqdimat, veb-brauzer, fayl idarəetməsi, simsiz ekran paylaşımı və videokonfrans funksiyalarının istifadəsini təmin etməlidir. Simsiz bağlantı minimum Wi-Fi 6 səviyyəsində və ya funksional ekvivalent olmalı, həm 2,4 GHz, həm də 5 GHz diapazonlarını dəstəkləməli, Bluetooth bağlantısı minimum 5.2 və ya daha yeni səviyyədə olmalıdır. İstifadəçi identifikasiyası və giriş nəzarəti üçün NFC və ya funksional ekvivalent autentifikasiya həlli qəbul edilməlidir. Cihaz minimum 4K video çəkilişini dəstəkləyən daxili kamera ilə təchiz edilməli, avtomatik kadrlaşdırma və danışanın və ya səs mənbəyinin izlənməsi funksiyalarını və ya funksional ekvivalent ağıllı videokonfrans imkanlarını dəstəkləməlidir. Daxili mikrofon sistemi otaq daxilində danışığın qəbulunu, daxili dinamik sistemi isə videokonfrans və multimedia istifadəsi üçün kifayət edən səs gücünü təmin etməli, ümumi çıxış gücü minimum 40 W olmalıdır. Cihaz xarici kompüter, USB yaddaş qurğuları, şəbəkə və audio-video avadanlıqlarının qoşulmasını təmin edən HDMI, USB Type-A, USB Type-C, toxunma üçün USB və Gigabit Ethernet interfeyslərinə malik olmalıdır. USB Type-C interfeysi bir kabel vasitəsilə ən azı görüntü, səs, toxunma məlumatlarının və minimum 65 W enerji təchizatının ötürülməsini dəstəkləməlidir. Xarici mənbədən minimum 4K@60Hz görüntünün qəbul edilməsi mümkün olmalıdır. Cihazın xarici kompüterlə interaktiv toxunma funksiyasının istifadəsinə imkan verən interfeysi olmalıdır. Ekran parlaqlığının istifadə şəraitinə uyğun tənzimlənməsi mümkün olmalı, yaxınlıq və/və ya ətraf işıq sensoru və ya funksional ekvivalent avtomatik idarəetmə həlli qəbul edilməlidir. Enerji təchizatı 100–240 V AC, 50/60 Hz olmalı, maksimum enerji sərfiyyatı 450 W-dan, gözləmə rejimində isə 1 W-dan çox olmamalıdır. İş temperaturu minimum 0°C-dən +40°C-dək diapazonu əhatə etməlidir. Cihaz standart divar montaj sisteminə uyğun olmalıdır. Təklif edilən fərqli texnologiya, konstruksiya və ya interfeys həlli yalnız tələb olunan funksiyanı və minimum performans səviyyəsini tam təmin etdiyi halda ekvivalent hesab edilməlidir. Ekvivalentliyin təsdiqi istehsalçının rəsmi texniki sənədləri ilə aparılmalıdır. MAF sənədi tələb olunur. | ||
| 13 | Proyektor Minimum tələblər: Multimedia proyektor tələb olunur. Proyeksiya sistemi 3LCD, DLP və ya ekvivalent texnologiyalı olmalıdır. Proyektorun yerli təsvir ölçüsü minimum WXGA (1280 × 800) olmalıdır. Nominal işıq çıxışı minimum 3000 ANSI lümen və ya ekvivalent standart üzrə ölçülmüş göstəriciyə malik olmalıdır. İşıq mənbəyi lampa, LED, lazer və ya ekvivalent texnologiyalı ola bilər. Lampa tipli işıq mənbəyi istifadə edildikdə normal rejimdə istismar müddəti minimum 5000 saat, qənaət rejimində isə minimum 10 000 saat olmalıdır. LED və ya lazer işıq mənbəyi təklif edildikdə işıq mənbəyinin istismar müddəti minimum 20 000 saat olmalıdır. Rəng ötürülməsi minimum 16,7 milyon rəng olmalıdır. Proyektorda minimum şaquli Keystone korreksiyası ±30° və ya daha geniş diapazonda olmalıdır. Fokuslama əl ilə və ya avtomatik həyata keçirilə bilməlidir. Proyektor standart məsafədən proyeksiya üçün nəzərdə tutulmalı və proyeksiya olunan təsvir ölçüsü diapazonu minimum 60–150 düym intervalını əhatə etməlidir. Böyütmə funksiyası minimum 1,1× optik və/və ya rəqəmsal olmalıdır. Bağlantılar minimum 1 × HDMI və minimum 1 × USB (Type-A, Type-B, Mini-B və ya ekvivalent funksiyalı USB interfeysi) portunu əhatə etməlidir. Proyektor daxili dinamiklə təchiz edilməli və təsvirin müvəqqəti söndürülməsi (Blank/A/V Mute və ya ekvivalent) funksiyasını dəstəkləməlidir. Normal iş rejimində maksimal enerji sərfiyyatı 300 W-dan çox olmamalı, gözləmə rejimində enerji sərfiyyatı maksimum 0,5 W olmalıdır.Komplektə əsas cihaz, elektrik kabeli, batareyaları ilə birlikdə uzaqdan idarəetmə pultu və istifadəçi/ilkin quraşdırma sənədləri daxil olmalıdır. Məhsul yeni və istifadə edilməmiş olmalıdır. MAF və ya DAF sənədi tələb olunur. | 6 | ədəd |
| 14 | Tozsoran Minimum tələblər: Yaş və quru təmizləmə üçün simsiz şaquli döşəmə təmizləyicisi tələb olunur. Cihazın sovurma gücü minimum 18 000 Pa olmalı və yaş və quru çirklərin eyni keçiddə təmizlənməsini təmin etməlidir. Batareya bir tam şarjla minimum 40 dəqiqə işləmə müddətini təmin etməlidir. Cihaz çirklənmə səviyyəsini avtomatik müəyyən edən və təmizləmə gücünü funksional olaraq uyğunlaşdıran ağıllı təmizləmə sisteminə malik olmalıdır. Minimum avtomatik/ağıllı, yüksək güc və yalnız sovurma rejimləri və ya funksional ekvivalent iş rejimləri dəstəklənməlidir. Təmiz su çəninin tutumu minimum 700 ml, çirkli su çəninin tutumu minimum 600 ml olmalıdır. Cihaz maksimum 14 sm hündürlükdə mebel altlarının təmizlənməsinə imkan verməlidir. Fırça minimum bir kənar boyunca divara yaxın təmizləməni təmin etməli, saç və liflərin fırçaya dolaşmasını azaltmaq üçün daraq, kəsici və ya funksional ekvivalent anti-tangle mexanizminə malik olmalıdır. Özünütəmizləmə funksiyası olmalı, fırçanın isti su, isti hava və ya funksional baxımdan ekvivalent termal təmizləmə texnologiyası ilə yuyulması və qurudulması təmin edilməlidir. Sürətli qurutma rejimi maksimum 10 dəqiqə olmalıdır. Komplektə əsas cihaz, tutacaq, şarj və özünütəmizləmə stansiyası, təmizləmə aksesuarları, minimum 1 ədəd ehtiyat fırça valı və minimum 1 ədəd ehtiyat filtr daxil olmalıdır.MAF və ya DAF sənədi tələb olunur. | 2 | ədəd |
| 15 | Proyektor pərdəsi Minimum tələblər: Proyektor üçün tripod tipli portativ ekran tələb olunur. Ekranın işçi sahəsinin ölçüsü minimum 200 × 200 sm (79 × 79 düym), tərəflər nisbəti 1:1 olmalıdır. Ekran səthi mat ağ rəngli olmalıdır. Ekranın kənarlarında təxminən 4 sm enində qara çərçivə olmalıdır. | 6 | ədəd |
| 10 |
| ədəd |
По 14 опубликованным результатам его закупок.
последняя победа 22 сент. 2026 г.
последняя победа 05 окт. 2026 г.
последняя победа 29 сент. 2026 г.
последняя победа 23 сент. 2026 г.
последняя победа 08 сент. 2026 г.