Заказчик: "İÇƏRİŞƏHƏR" DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU İDARƏSİ PUBLİK HÜQUQİ ŞƏXSİ
У этого заказчика в той же категории 1 закупок сорвалось из-за нехватки участников. Конкуренция слабая.
33 закупок, 28 разных победителей
Чаще всех выигрывает: "COPY" Məhdud Məsuliyyətli Cəmiyyəti (3, 9.1%)
Основание: этот заказчик, все категории
Победители опускались от сметы на 0.25-64.83%, медиана 20%.
Для этого тендера это от 14 841 AZN до 12 528 AZN.
Ниже 5 508 AZN не выигрывал никто.
56 AZN
Документы 25 AZN + участие 31 AZN
Сверху идут обеспечение заявки и время специалиста.
Документация платная, но позиции лота открыты. Разбор строится именно на них.
| # | Состав лота | Количество | Единица |
|---|---|---|---|
| 1 | 12 saatlıq onlayn "Microsoft Excel" təlimi 20 nəfərlik qrup üçün nəzərdə tutulan təlim proqramı iştirakçıların bilik səviyyəsinə uyğun olaraq mərhələli şəkildə qurulmalı, ilkin olaraq Excel mühitində effektiv işləmə bacarıqlarının formalaşdırılmasını təmin etməlidir. Bu çərçivədə məlumatların daxil edilməsi, strukturlaşdırılması, formatlanması və vizual təqdimatı üzrə əsas biliklərin verilməsi vacib hesab olunur. Növbəti mərhələdə proqramın əsas diqqət istiqaməti məlumatların emalı və analizi olmalıdır. İştirakçıların funksiyalar, PivotTable, Power Query və digər alətlər vasitəsilə məlumatların təhlili, müxtəlif mənbələrdən məlumatların birləşdirilməsi və strukturlaşdırılması üzrə praktiki bacarıqlar əldə etməsi gözlənilir. Bu yanaşma təşkilat daxilində məlumat əsaslı qərarvermə proseslərinin gücləndirilməsinə xidmət etməlidir. Bununla yanaşı, təlim çərçivəsində makroslar və VBA vasitəsilə təkrarlanan əməliyyatların avtomatlaşdırılması, hesabatların hazırlanmasının optimallaşdırılması və daha effektiv iş axınlarının qurulması üzrə biliklərin verilməsi nəzərdə tutulur. Təlimin praktiki yönümlü olması, real iş ssenarilərinə əsaslanan tapşırıqlar üzərindən aparılması əsas tələblərdəndir. Ümumilikdə proqramın intensiv və nəticəyönümlü formatda təşkil olunması, nəzəri biliklərin praktiki tətbiqlərlə inteqrasiyası təmin edilməlidir. Təlimin sonunda iştirakçıların Excel alətlərindən daha effektiv istifadə etməsi və məlumatların təhlili üzrə müstəqil bacarıqlar əldə etməsi gözlənilir. Təlimlərin tədris prosesi, habelə iştirakçılara təqdim ediləcək bütün təqdimat və paylama (dərs) materialları Azərbaycan dilində olmalıdır. Onlayn təlimlər kəsintisiz (vaxt məhdudiyyəti olmayan) və lisenziyalı (premium) video-konfrans platforması (məsələn: Zoom, Microsoft Teams, Google Meet və ya ekvivalent platformalar) üzərindən təşkil edilməli və platformadan istifadə ilə bağlı yarana biləcək bütün xərclər Təchizatçı tərəfindən qarşılanmalıdır. Təlimin yekununda iştirakçıların biliyini yoxlamaq məqsədilə imtahan (qiymətləndirmə) təşkil edilməli və nəticələrə əsasən imtahandan uğurla keçənlər 'müvəffəqiyyət sertifikatı', digərləri isə 'iştirakçı sertifikatı' ilə təmin olunmalıdır. Təlimlər həftədə 2 dəfə 2 saat olmaqla 6 dərs şəklində keçirilməlidir. Təlimin keçiriləcəyi günlər və saatlar Satınalan təşkilatla razılaşdırılmalıdır. | 1 | ədəd |
| 2 | 4 saatlıq onlayn "İnformasiya təhlükəsizliyinin əsasları" təlimi 2 nəfərlik qrup üçün nəzərdə tutulan təlim proqramı çərçivəsində iştirakçıların informasiya təhlükəsizliyinin fundamental prinsiplərini mənimsəməsi və rəqəmsal mühitdə qarşılaşa biləcəkləri əsas riskləri tanıması tələb olunur. İlk mərhələdə informasiya təhlükəsizliyi anlayışının izahı, onun təşkilat üçün əhəmiyyəti və insan faktorunun bu sahədə rolu iştirakçılara aydın şəkildə çatdırılmalıdır. Xüsusilə istifadəçi davranışlarının təhlükəsizlik səviyyəsinə birbaşa təsiri nəzərə alınaraq, bu istiqamətdə praktik yanaşmaların təqdim olunması vacib hesab edilir. Təlimin davamında giriş məlumatlarının qorunması, güclü şifrə siyasətinin formalaşdırılması və autentifikasiya üsullarının düzgün tətbiqi üzrə biliklərin verilməsi gözlənilir. Bununla yanaşı, sosial mühəndislik hücumlarının mahiyyəti, bu tip manipulyasiya üsullarının necə tanınması və qarşısının alınması üzrə iştirakçıların məlumatlandırılması proqramın əsas komponentlərindən biri kimi nəzərdə tutulur. Təhlükəsiz internet istifadəsi, xüsusilə ictimai Wi-Fi şəbəkələrində risklərin idarə olunması və təhlükəsiz davranış qaydalarının tətbiqi də bu mərhələdə əhatə olunmalıdır. Təlimin ikinci günündə diqqət daha çox texniki və əməliyyat təhlükəsizliyi istiqamətlərinə yönəldilməlidir. İştirakçıların mobil cihazlar və kompüterlər üzərində təhlükəsizlik tədbirlərini tətbiq etməsi, proqram təminatlarının düzgün istifadəsi və yenilənməsi, həmçinin məlumatların qorunması və ehtiyat nüsxələrinin yaradılması üzrə praktik bacarıqlar əldə etməsi gözlənilir. Bu yanaşma təşkilat daxilində məlumat itkisi və kənar müdaxilə risklərinin minimuma endirilməsinə xidmət etməlidir. Eyni zamanda iş mühitində fiziki təhlükəsizlik qaydalarına riayət olunması, həssas məlumatların qorunması və iş yerində təhlükəsizlik protokollarının düzgün tətbiqi üzrə anlayışların formalaşdırılması vacib hesab edilir. Təlim proqramının yekun hissəsində isə informasiya təhlükəsizliyi insidentlərinə düzgün reaksiya verilməsi, ilkin tədbirlərin görülməsi və risklərin operativ idarə olunması üzrə iştirakçıların hazırlığı təmin edilməlidir.Təlimin real həyatdan nümunələr, qısa keys analizləri və interaktiv müzakirələr əsasında təşkil olunması əsas tələblərdəndir. İştirakçıların yalnız nəzəri biliklərlə deyil, eyni zamanda praktik situasiyalar üzərindən qərarvermə bacarıqları ilə təmin olunması gözlənilir. Təlimlərin tədris prosesi, habelə iştirakçılara təqdim ediləcək bütün təqdimat və paylama (dərs) materialları Azərbaycan dilində olmalıdır. Onlayn təlimlər kəsintisiz (vaxt məhdudiyyəti olmayan) və lisenziyalı (premium) video-konfrans platforması (məsələn: Zoom, Microsoft Teams, Google Meet və ya ekvivalent platformalar) üzərindən təşkil edilməli və platformadan istifadə ilə bağlı yarana biləcək bütün xərclər Təchizatçı tərəfindən qarşılanmalıdır. Təlimin yekununda iştirakçıların biliyini yoxlamaq məqsədilə imtahan (qiymətləndirmə) təşkil edilməli və nəticələrə əsasən imtahandan uğurla keçənlər 'müvəffəqiyyət sertifikatı', digərləri isə 'iştirakçı sertifikatı' ilə təmin olunmalıdır. Təlimlər həftədə 2 dəfə 2 saat olmaqla 2 dərs şəklində keçirilməlidir. Təlimin keçiriləcəyi günlər və saatlar Satınalan təşkilatla razılaşdırılmalıdır. | ||
| 3 | 2 saatlıq əyani komanda işi və əməkdaşlıq üzrə təlim (workshop formatında) 20 nəfərlik qrup üçün nəzərdə tutulan təlim proqramı çərçivəsində iştirakçıların komanda anlayışını daha dərindən mənimsəməsi, qrup və komanda arasındakı fərqləri aydın şəkildə dərk etməsi və effektiv komanda fəaliyyətinin əsas prinsiplərini tətbiq edə bilməsi əsas gözləntilər sırasındadır. Bu istiqamətdə yüksək performanslı komandanın xüsusiyyətləri, ortaq məqsəd və məsuliyyət bölgüsü, komanda daxilində fərqli davranış tipləri və bu müxtəlifliyin düzgün idarə olunması kimi mövzuların praktiki yanaşma ilə təqdim olunması vacib hesab edilir. Xüsusilə Belbin Team Roles modeli əsasında komanda üzvlərinin rollarının müəyyənləşdirilməsi və güclü-zəif tərəflərin düzgün qiymətləndirilməsi əməkdaşların birgə fəaliyyətinin optimallaşdırılması baxımından əhəmiyyətlidir. Təlimin ilk hissəsində komanda daxilində qarşılıqlı asılılıqların və ortaq məqsədlərin düzgün qurulması, eyni zamanda konfliktlərin yaranma səbəbləri və onların effektiv həlli mexanizmləri iştirakçılara real iş situasiyaları üzərindən izah olunmalıdır. Bu yanaşma əməkdaşların komanda daxilində daha konstruktiv münasibətlər qurmasına və münaqişələri idarə etmə bacarıqlarının inkişafına xidmət etməlidir. Proqramın ikinci hissəsində komandanın inkişaf mərhələləri və bu mərhələlərdə qarşıya çıxan çətinliklər üzərində fokuslanılması tələb olunur. İştirakçıların komandanın formalaşma, “tufan”, normallaşma və məhsuldarlıq mərhələlərinin xüsusiyyətlərini anlaması, hər mərhələyə uyğun davranış və idarəetmə yanaşmalarını tətbiq edə bilməsi vacib hesab edilir. Bununla yanaşı, komanda fəaliyyətinə mənfi təsir göstərən halların, o cümlədən “free rider” effekti, Apollon sindromu kimi faktorların izahı və bu halların qarşısının alınması yollarının təqdim olunması gözlənilir. Eyni zamanda Project Aristotle çərçivəsində müəyyən edilmiş effektiv komanda prinsiplərinin tətbiqi üzrə anlayışların formalaşdırılması da proqramın əhəmiyyətli komponentlərindəndir. Təlimin interaktiv vorkşop formatında təşkili, real iş keysləri, rol oyunları və qrup tapşırıqları vasitəsilə iştirakçıların aktiv cəlb olunması əsas tələblərdəndir. Bu yanaşma iştirakçıların yalnız nəzəri bilik əldə etməsini deyil, eyni zamanda komanda daxilində davranış və qərarvermə bacarıqlarını praktik mühitdə sınaqdan keçirməsini təmin etməlidir. Ümumilikdə təlimin nəticəyönümlü və praktik tətbiqə əsaslanan şəkildə təşkil olunması, əldə edilən bilik və bacarıqların birbaşa iş mühitinə transfer olunması əsas gözləntilər sırasındadır. Təlimlərin tədris prosesi, habelə iştirakçılara təqdim ediləcək bütün təqdimat və paylama (dərs) materialları Azərbaycan dilində olmalıdır. Təlimin yekununda iştirakçıların biliyini yoxlamaq məqsədilə imtahan (qiymətləndirmə) təşkil edilməli və nəticələrə əsasən imtahandan uğurla keçənlər 'müvəffəqiyyət sertifikatı', digərləri isə 'iştirakçı sertifikatı' ilə təmin olunmalıdır. Təlim 1 gün 2 saat olmaqla (ilk 1 saatdan sonra fasilə) keçirilməlidir. Təlimin keçiriləcəyi gün və saat Satınalan təşkilatla razılaşdırılmalıdır.Təchizatçı tərəfindən coffee break (20 nəfər üçün) təşkil edilməlidir. Coffee break zamanı çay, kofe və 3 fərqli şirniyyat növü təqdim edilməlidir. Təlim Təchizatçının təlim mərkəzində həyata keçirilməlidir. | ||
| 4 | 6 saatlıq onlayn "Məlumatların düzgün toplanması və emalı" təlimi 5 nəfərlik qrup üçün nəzərdə tutulan təlim proqramı çərçivəsində iştirakçıların ilk növbədə məlumatların toplanması prinsiplərini dərindən mənimsəməsi tələb olunur. Bu istiqamətdə müxtəlif məlumat növlərinin fərqləndirilməsi, birincil və ikincil mənbələrin düzgün seçilməsi, eləcə də sorğu, anket, müsahibə və fokus qrup kimi metodların effektiv tətbiqi üzrə biliklərin formalaşdırılması vacib hesab edilir. Xüsusilə sualların düzgün qurulması və məlumatın məqsədəuyğun şəkildə əldə olunması təşkilat üçün keyfiyyətli məlumat bazasının formalaşmasında əsas şərt kimi qiymətləndirilir. Növbəti mərhələdə məlumatların toplanması alətlərindən düzgün istifadə bacarıqlarının inkişaf etdirilməsi gözlənilir. Bu çərçivədə rəqəmsal platformalar vasitəsilə sorğuların hazırlanması, məlumatların strukturlaşdırılmış şəkildə toplanması, müxtəlif sistemlərdən məlumatların ixracı və mənbələrin etibarlılığının qiymətləndirilməsi kimi bacarıqların praktiki şəkildə öyrədilməsi tələb olunur. Mənbələrin düzgün seçilməsi və məlumatın etibarlılığının yoxlanılması təşkilat daxilində düzgün analiz və qərarvermənin əsasını təşkil edir. Təlim proqramında xüsusi diqqət yetirilən istiqamətlərdən biri məlumatların emalı və təmizlənməsi mərhələsidir. İştirakçıların məlumatlarda olan səhvlərin, dublikatların və çatışmazlıqların aşkar edilməsi, məlumatların strukturlaşdırılması və analiz üçün hazır vəziyyətə gətirilməsi üzrə praktiki bacarıqlar əldə etməsi gözlənilir. Bu prosesin effektiv təşkili məlumatların keyfiyyətini birbaşa müəyyən edən əsas amillərdən biri kimi nəzərdən keçirilir. Son mərhələdə isə məlumatların təhlili və təqdimatı üzrə bacarıqların formalaşdırılması prioritet təşkil edir. İştirakçıların əsas statistik göstəricilərdən istifadə etməklə məlumatları analiz etməsi, vizual alətlər vasitəsilə nəticələri aydın və anlaşılan formada təqdim etməsi, həmçinin məlumatlara əsaslanan qərarvermə yanaşmalarını tətbiq etməsi tələb olunur. Təlimin real iş nümunələri və praktiki tapşırıqlar əsasında qurulması xüsusi əhəmiyyət kəsb edir. Ümumilikdə təlim proqramının intensiv və praktiki yönümlü formatda təşkil olunması, əldə edilən biliklərin birbaşa iş mühitinə tətbiq oluna bilməsi əsas gözləntilər sırasındadır. Təlimlərin tədris prosesi, habelə iştirakçılara təqdim ediləcək bütün təqdimat və paylama (dərs) materialları Azərbaycan dilində olmalıdır. Onlayn təlimlər kəsintisiz (vaxt məhdudiyyəti olmayan) və lisenziyalı (premium) video-konfrans platforması (məsələn: Zoom, Microsoft Teams, Google Meet və ya ekvivalent platformalar) üzərindən təşkil edilməli və platformadan istifadə ilə bağlı yarana biləcək bütün xərclər Təchizatçı tərəfindən qarşılanmalıdır. Təlimin yekununda iştirakçıların biliyini yoxlamaq məqsədilə imtahan (qiymətləndirmə) təşkil edilməli və nəticələrə əsasən imtahandan uğurla keçənlər 'müvəffəqiyyət sertifikatı', digərləri isə 'iştirakçı sertifikatı' ilə təmin olunmalıdır. Təlimlər həftədə 3 dəfə 2 saat olmaqla 3 dərs şəklində keçirilməlidir. Təlimin keçiriləcəyi günlər və saatlar Satınalan təşkilatla razılaşdırılmalıdır. | ||
| 5 | 4 saatlıq onlayn "AI/Süni intellektlə işləmək bacarığı" təlimi 10 nəfərlik qrup üçün nəzərdə tutulan təlim proqramı çərçivəsində iştirakçıların ilk növbədə süni intellekt anlayışını düzgün və real kontekstdə mənimsəməsi tələb olunur. Bu istiqamətdə AI texnologiyalarının sadə və anlaşılan şəkildə izahı, mövcud miflərin və reallıqların fərqləndirilməsi, eləcə də bu texnologiyaların iş mühitinə təsiri üzrə aydın baxışın formalaşdırılması vacib hesab edilir. Eyni zamanda ChatGPT, Google Gemini və Claude kimi alətlər arasında fərqlərin izah olunması və onların istifadə ssenarilərinin təqdim edilməsi gözlənilir. Bu kontekstdə əməkdaşların süni intellektin onların iş roluna təsiri ilə bağlı düzgün gözləntilərə malik olması da mühüm əhəmiyyət daşıyır. Təlimin əsas hissəsində süni intellektin gündəlik iş fəaliyyətinə inteqrasiyası üzərində fokuslanılması tələb olunur. İştirakçıların AI alətləri vasitəsilə e-poçtların, hesabatların və təqdimat mətnlərinin hazırlanması, böyük həcmli məlumatların xülasə edilməsi, sənədlərin analiz olunması və müxtəlif formatlı məlumatlarla işləməsi üzrə praktiki bacarıqlar əldə etməsi gözlənilir. Bu mərhələdə əsas məqsəd AI-nin sadəcə informasiya mənbəyi kimi deyil, iş proseslərini sürətləndirən və keyfiyyətini artıran effektiv alət kimi istifadə olunmasının təmin edilməsidir. Bununla yanaşı, təlim proqramında “prompt yazmaq” bacarığı xüsusi diqqət mərkəzində olmalıdır. İştirakçıların düzgün və məqsədyönlü sorğular formalaşdırmaq, istənilən nəticəni daha dəqiq əldə etmək üçün AI ilə effektiv ünsiyyət qurmaq bacarıqlarına yiyələnməsi əsas tələblərdən biridir. Bu bacarıq süni intellekt alətlərindən maksimum fayda əldə olunmasının əsas şərti kimi qiymətləndirilir. Eyni zamanda müxtəlif AI alətlərinin funksional imkanlarının ümumi icmalı təqdim olunmalı, onların konkret iş ssenarilərində necə tətbiq oluna biləcəyi praktiki nümunələrlə izah edilməlidir. Bu yanaşma iştirakçıların fərqli alətlər arasında seçim etmə və onları iş proseslərinə uyğun şəkildə tətbiq etmə bacarığını formalaşdırmalıdır. Ümumilikdə təlim proqramının qısa müddətdə intensiv və praktiki yönümlü formatda təşkil olunması, əldə olunan biliklərin dərhal iş mühitində tətbiq edilə bilməsi əsas gözləntilər sırasındadır. Təlimlərin tədris prosesi, habelə iştirakçılara təqdim ediləcək bütün təqdimat və paylama (dərs) materialları Azərbaycan dilində olmalıdır. Onlayn təlimlər kəsintisiz (vaxt məhdudiyyəti olmayan) və lisenziyalı (premium) video-konfrans platforması (məsələn: Zoom, Microsoft Teams, Google Meet və ya ekvivalent platformalar) üzərindən təşkil edilməli və platformadan istifadə ilə bağlı yarana biləcək bütün xərclər Təchizatçı tərəfindən qarşılanmalıdır. Təlimin yekununda iştirakçıların biliyini yoxlamaq məqsədilə imtahan (qiymətləndirmə) təşkil edilməli və nəticələrə əsasən imtahandan uğurla keçənlər 'müvəffəqiyyət sertifikatı', digərləri isə 'iştirakçı sertifikatı' ilə təmin olunmalıdır. Təlimlər həftədə 2 dəfə 2 saat olmaqla 2 dərs şəklində keçirilməlidir. Təlimin keçiriləcəyi günlər və saatlar Satınalan təşkilatla razılaşdırılmalıdır. | ||
| 6 | 16 saatlıq əyani rəqəmsal marketing təlimi 2 nəfərlik qrup üçün nəzərdə tutulan təlim proqramı çərçivəsində iştirakçıların ilk növbədə marketinqin əsas prinsiplərini və bazarın işləmə mexanizmlərini dərindən mənimsəməsi, brend anlayışı, vizual kimlik elementləri və onların düzgün qurulması üzrə biliklər əldə etməsi tələb olunur. Bu mərhələdə əməkdaşların brendin bazarda düzgün mövqeləndirilməsi üçün fundamental yanaşmaları anlaması vacib hesab edilir. Növbəti mərhələdə proqramın əsas diqqət istiqaməti bazar və müştəri analizinə yönəlməlidir. İştirakçıların SWOT analiz, rəqib analizi və 4P modeli kimi alətlər vasitəsilə bazarı qiymətləndirməsi, hədəf auditoriyanı düzgün müəyyən etməsi və bu məlumatlar əsasında effektiv marketinq strategiyaları formalaşdırması gözlənilir. Bu yanaşma təşkilatın daha dəqiq hədəflənmiş və nəticəyönümlü marketinq fəaliyyətini təmin etməyə xidmət etməlidir. Təlim çərçivəsində kontent strategiyasının hazırlanması, düzgün mesajın formalaşdırılması və müxtəlif platformalar üçün uyğun kontent planlarının qurulması üzrə praktiki bacarıqların inkişaf etdirilməsi də prioritet istiqamətlərdəndir. Eyni zamanda brief hazırlanması və komanda daxilində effektiv kommunikasiya prinsiplərinin öyrədilməsi əməkdaşlar arasında koordinasiyanın gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur. Bununla yanaşı, proqramda satış kanallarının düzgün seçilməsi və idarə olunması, sosial media platformaları üzərindən effektiv marketinq fəaliyyətinin təşkili xüsusi yer tutur. İştirakçıların Instagram, Facebook və WhatsApp kimi platformalarda düzgün strategiya qurmaq, auditoriya ilə effektiv ünsiyyət yaratmaq və satışa yönəlik yanaşmalar tətbiq etmək bacarıqlarına yiyələnməsi gözlənilir. Təlim proqramının mühüm hissəsini rəqəmsal reklam alətlərinin öyrədilməsi təşkil edir. Bu çərçivədə Meta Ads Manager üzərindən reklam kampaniyalarının qurulması, düzgün auditoriya seçimi, kampaniya strukturunun planlanması, büdcənin idarə olunması və nəticələrin analiz edilməsi üzrə praktiki biliklərin verilməsi tələb olunur. İştirakçıların əsas performans göstəricilərini (KPI) düzgün təhlil etməsi və kampaniyaların optimizasiyasını həyata keçirməsi xüsusi əhəmiyyət kəsb edir. Ümumilikdə təlim proqramının praktiki yönümlü və interaktiv formatda təşkil olunması, real nümunələr və tapşırıqlar əsasında həyata keçirilməsi əsas tələblərdəndir. Təlimin sonunda iştirakçıların rəqəmsal marketinq sahəsində müstəqil fəaliyyət göstərə biləcək səviyyədə bilik və bacarıqlara yiyələnməsi gözlənilir. Təlimlərin tədris prosesi, habelə iştirakçılara təqdim ediləcək bütün təqdimat və paylama (dərs) materialları Azərbaycan dilində olmalıdır. Təlimin yekununda iştirakçıların biliyini yoxlamaq məqsədilə imtahan (qiymətləndirmə) təşkil edilməli və nəticələrə əsasən imtahandan uğurla keçənlər 'müvəffəqiyyət sertifikatı', digərləri isə 'iştirakçı sertifikatı' ilə təmin olunmalıdır. Təlimlər həftədə 2 dəfə 2 saat olmaqla 8 dərs şəklində keçirilməlidir. Təlimin keçiriləcəyi günlər və saatlar Satınalan təşkilatla razılaşdırılmalıdır. Təchizatçı tərəfindən coffee break (2 nəfər üçün) təşkil edilməlidir. Coffee break zamanı çay, kofe və 3 fərqli şirniyyat növü təqdim edilməlidir. Təlim Təchizatçının təlim mərkəzində həyata keçirilməlidir. | ||
| 7 | 2 saatlıq əyani "Emosional intelekt" təlimi (workshop formatında) 20 nəfərlik qrup üçün nəzərdə tutulan təlim proqramı çərçivəsində iştirakçıların emosional zəka anlayışını sistemli şəkildə mənimsəməsi, onun intellektual qabiliyyətlərdən fərqləndirilməsi və həm iş, həm də şəxsi həyatda oynadığı rolun düzgün dərk olunması əsas prioritetlərdəndir. Bu mərhələdə yüksək və zəif emosional zəka göstəricilərinin fərqləndirilməsi, emosiyaların növləri və onların davranışa təsiri, eləcə də fərdi emosional reaksiyaların (triggers) müəyyənləşdirilməsi üzrə anlayışların formalaşdırılması vacib hesab edilir. İştirakçıların öz emosional vəziyyətlərini izləmək və analiz etmək üçün praktik alətlərdən istifadə etməsi, o cümlədən emosional refleksiya yanaşmalarını tətbiq etməsi gözlənilir. Təlimin növbəti mərhələsində özünü tanıma və özünü idarəetmə bacarıqlarının inkişafı əsas diqqət mərkəzində olmalıdır. İştirakçıların öz davranış və reaksiyalarını analiz etməsi, daxili motivasiya mənbələrini müəyyənləşdirməsi, çətin situasiyalarda daha balanslı və düşünülmüş qərarlar verməsi üçün praktiki alətlərlə təmin olunması tələb olunur. Bu çərçivədə STOP technique kimi yanaşmalar vasitəsilə emosional reaksiyaların idarə olunması, stress və impulsların nəzarətdə saxlanılması üzrə bacarıqların formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Proqramın son mərhələsində empatiya və sosial bacarıqların inkişafı prioritet istiqamət kimi müəyyən edilir. İştirakçıların başqalarının emosiyalarını anlamaq, aktiv dinləmə üsullarını tətbiq etmək və effektiv kommunikasiya qurmaq bacarıqlarının gücləndirilməsi gözlənilir. Bu kontekstdə çətin insanlarla ünsiyyət, konstruktiv geribildirim vermə və qəbul etmə, eləcə də münaqişələrin idarə olunması üzrə praktik yanaşmaların təqdim olunması vacib hesab edilir. Xüsusilə SBI model və Thomas-Kilmann Conflict Mode Instrument kimi modellərin tətbiqi iştirakçıların gündəlik iş mühitində daha effektiv davranış sərgiləməsinə xidmət etməlidir. Təlimin interaktiv və praktiki yönümlü formatda təşkil olunması, fərdi refleksiya, qrup müzakirələri, rol oyunları və real iş situasiyalarına əsaslanan keyslər üzərindən həyata keçirilməsi əsas tələblərdəndir. Bu yanaşma iştirakçıların yalnız nəzəri bilik əldə etməsini deyil, eyni zamanda bu bilikləri real iş mühitində tətbiq edə biləcək səviyyəyə çatmasını təmin etməlidir. Ümumilikdə təlim proqramının nəticəyönümlü olması, iştirakçıların emosional zəka bacarıqlarını gündəlik iş fəaliyyətində effektiv şəkildə tətbiq etməsi əsas gözləntilər sırasındadır. Təlimlərin tədris prosesi, habelə iştirakçılara təqdim ediləcək bütün təqdimat və paylama (dərs) materialları Azərbaycan dilində olmalıdır. Təlimin yekununda iştirakçıların biliyini yoxlamaq məqsədilə imtahan (qiymətləndirmə) təşkil edilməli və nəticələrə əsasən imtahandan uğurla keçənlər 'müvəffəqiyyət sertifikatı', digərləri isə 'iştirakçı sertifikatı' ilə təmin olunmalıdır. Təlim 1 gün 2 saat olmaqla (ilk 1 saatdan sonra fasilə) keçirilməlidir. Təlimin keçiriləcəyi gün və saat Satınalan təşkilatla razılaşdırılmalıdır. Təchizatçı tərəfindən coffee break (20 nəfər üçün) təşkil edilməlidir. Coffee break zamanı çay, kofe və 3 fərqli şirniyyat növü təqdim edilməlidir. Təlim Təchizatçının təlim mərkəzində həyata keçirilməlidir. | ||
| 8 | 2 saatlıq əyani "Müştəri xidməti və etik davranış" təlimi 9 nəfərlik qrup üçün nəzərdə tutulan təlim proqramı çərçivəsində iştirakçıların vətəndaşla işin təşkili sahəsində praktiki bilik və bacarıqlarının artırılması, ünsiyyət prosesində peşəkar yanaşmaların formalaşdırılması və xidmət zamanı operativliyin təmin edilməsi əsas prioritetlər kimi müəyyən edilmişdir. Bu kontekstdə əməkdaşların müxtəlif vətəndaş tipləri ilə düzgün ünsiyyət qurmaq, müraciətlərin effektiv idarə olunmasını təmin etmək və çətin situasiyalarda çevik qərarvermə bacarıqlarına yiyələnməsi gözlənilir. Təlimin məzmunu xidmət anlayışının mahiyyəti və mərhələləri, vətəndaş məmnuniyyətinə təsir edən əsas faktorlar, ünsiyyətin effektiv təşkili, eləcə də etiraz və şikayətlərlə iş mexanizmlərini əhatə etməlidir. İştirakçıların vətəndaş psixologiyasını anlamaq, düzgün ilk təəssürat yaratmaq, etik davranış qaydalarına riayət etmək və xidmətin keyfiyyətinə təsir edən amilləri düzgün qiymətləndirmək bacarıqları xüsusi diqqət mərkəzində olmalıdır. Bununla yanaşı, təlim çərçivəsində səmərəli ünsiyyətin əsas komponentləri, o cümlədən verbal və qeyri-verbal ünsiyyət üsulları, aktiv dinləmə və məlumatın aydın təqdim edilməsi kimi bacarıqların inkişaf etdirilməsi tələb olunur. Əməkdaşların vətəndaşla ünsiyyət prosesini daha operativ və nəticəyönümlü qurması, vaxtdan səmərəli istifadə etməsi də gözləntilər sırasındadır. Təlim proqramında çətin vətəndaşlarla iş, etiraz və şikayətlərin idarə olunması, aqressiv davranışlarla düzgün yanaşma və nəzakətli şəkildə imtina etmə kimi mövzuların praktiki aspektdə öyrədilməsi vacib hesab edilir. Eyni zamanda xidmət zamanı yaranan stres faktorlarının idarə olunması, münaqişəli vəziyyətlərin səbəblərinin müəyyənləşdirilməsi və bu halların effektiv şəkildə həll edilməsi üzrə bacarıqların formalaşdırılması da proqramın əsas tərkib hissələrindəndir. Təlimin interaktiv və praktiki yönümlü formatda təşkil olunması, real iş vəziyyətlərini əks etdirən keyslər, tapşırıqlar və müzakirələr üzərindən həyata keçirilməsi əsas tələblərdəndir. İştirakçıların əldə etdikləri bilikləri dərhal tətbiq edə bilməsi və gündəlik iş fəaliyyətində istifadə etməsi proqramın effektivliyinin əsas göstəricisi kimi qiymətləndirilir. Təlimlərin tədris prosesi, habelə iştirakçılara təqdim ediləcək bütün təqdimat və paylama (dərs) materialları Azərbaycan dilində olmalıdır. Təlimin yekununda iştirakçıların biliyini yoxlamaq məqsədilə imtahan (qiymətləndirmə) təşkil edilməli və nəticələrə əsasən imtahandan uğurla keçənlər 'müvəffəqiyyət sertifikatı', digərləri isə 'iştirakçı sertifikatı' ilə təmin olunmalıdır. Təlim 1 gün 2 saat olmaqla (ilk 1 saatdan sonra fasilə) keçirilməlidir. Təlimin keçiriləcəyi gün və saat Satınalan təşkilatla razılaşdırılmalıdır. Təchizatçı tərəfindən coffee break (9 nəfər üçün) təşkil edilməlidir. Coffee break zamanı çay, kofe və 3 fərqli şirniyyat növü təqdim edilməlidir. Təlim Təchizatçının təlim mərkəzində həyata keçirilməlidir. | ||
| 9 | 2 saatlıq əyani "Vaxtın idarə olunması" təlimi 20 nəfərlik qrup üçün nəzərdə tutulan təlim proqramı çərçivəsində iştirakçıların vaxtın idarə olunması anlayışını yalnız texniki alət kimi deyil, strateji düşünmə və qərarvermə bacarığının ayrılmaz hissəsi kimi mənimsəməsi tələb olunur. Bu istiqamətdə vaxt itkilərinə səbəb olan amillərin (vaxt “oğruları”) müəyyənləşdirilməsi, iş və şəxsi fəaliyyətlər arasında balansın qurulması, həmçinin məhsuldarlığa təsir edən enerji faktorlarının düzgün idarə olunması üzrə biliklərin verilməsi vacib hesab edilir. Xüsusilə Pareto Principle çərçivəsində prioritetləşdirmə yanaşmasının tətbiqi və Deep Work yanaşması ilə diqqətin idarə olunması kimi konseptlərin praktiki izahı gözlənilir. İştirakçıların gündəlik fəaliyyətlərini analiz etməsi, vaxt cədvəlləri və “time audit” yanaşması vasitəsilə mövcud iş rejimini qiymətləndirməsi proqramın əsas tələblərindəndir. Təlimin ikinci hissəsində isə zamanın idarə olunması üçün konkret və praktik alətlərin tətbiqi ön plana çıxarılmalıdır. İştirakçıların fərdi məhsuldarlıq planı hazırlaması, prioritetləri düzgün sıralaması və işləri daha effektiv şəkildə təşkil etməsi üçün müxtəlif metodların öyrədilməsi nəzərdə tutulur. Bu çərçivədə Pomodoro Technique, Eisenhower Matrix, Eat That Frog və Two-Minute Rule kimi yanaşmaların praktiki tətbiqi, eləcə də time blocking və ABCD prioritetləşdirmə metodlarının iş mühitinə uyğun şəkildə inteqrasiyası tələb olunur. Təlimin interaktiv və praktik yönümlü formatda təşkil olunması, iştirakçıların fərdi və qrup tapşırıqları, real iş situasiyalarına əsaslanan keyslər və təqdimatlar vasitəsilə aktiv şəkildə prosesə cəlb olunması əsas şərtlərdəndir. Bu yanaşma əməkdaşların yalnız nəzəri bilik əldə etməsini deyil, eyni zamanda gündəlik iş fəaliyyətində tətbiq oluna bilən konkret alətlər və vərdişlər formalaşdırmasını təmin etməlidir. Ümumilikdə təlim proqramının nəticəyönümlü olması, iştirakçıların vaxtdan daha səmərəli istifadə etməsi, iş yükünü daha effektiv idarə etməsi və məhsuldarlığını artırması əsas gözləntilər sırasındadır. Təlimlərin tədris prosesi, habelə iştirakçılara təqdim ediləcək bütün təqdimat və paylama (dərs) materialları Azərbaycan dilində olmalıdır. Təlimin yekununda iştirakçıların biliyini yoxlamaq məqsədilə imtahan (qiymətləndirmə) təşkil edilməli və nəticələrə əsasən imtahandan uğurla keçənlər 'müvəffəqiyyət sertifikatı', digərləri isə 'iştirakçı sertifikatı' ilə təmin olunmalıdır. Təlim 1 gün 2 saat olmaqla (ilk 1 saatdan sonra fasilə) keçirilməlidir. Təlimin keçiriləcəyi gün və saat Satınalan təşkilatla razılaşdırılmalıdır. Təchizatçı tərəfindən coffee break (20 nəfər üçün) təşkil edilməlidir. Coffee break zamanı çay, kofe və 3 fərqli şirniyyat növü təqdim edilməlidir. Təlim Təchizatçının təlim mərkəzində həyata keçirilməlidir. | 1 | ədəd |
| 10 | 40 saatlıq əyani "TOT" təlimi 16 nəfərlik qrup üçün nəzərdə tutulan təlim proqramı çərçivəsində iştirakçıların peşəkar təlimçi kimliyini formalaşdırması, təlimçi, fasilitator, kouç və müəllim rollarını düzgün fərqləndirməsi, eləcə də bu rollara uyğun kompetensiyaları mənimsəməsi əsas prioritetlər sırasındadır. Bu mərhələdə təlimçi etikası, peşəkar davranış standartları, şəxsi imic və etibarlılığın qurulması kimi məsələlərin praktiki yanaşma ilə izah olunması vacib hesab edilir. Proqramın davamında böyüklərin öyrənmə prinsipləri və təlim psixologiyası üzrə biliklərin formalaşdırılması tələb olunur. İştirakçıların Andragogy prinsiplərini, öyrənmə motivasiyasını və fərqli öyrənmə üslublarını anlaması, həmçinin Kolb Experiential Learning Cycle kimi yanaşmalar əsasında təlim proseslərini qurmaq bacarığı əldə etməsi gözlənilir. Bu yanaşma təlimlərin daha effektiv və iştirakçı yönümlü təşkilinə xidmət etməlidir. Təlim ehtiyaclarının düzgün müəyyənləşdirilməsi proqramın əsas komponentlərindən biridir. Bu çərçivədə iştirakçıların təşkilati ehtiyacları analiz etməsi, kompetensiya boşluqlarını müəyyənləşdirməsi və performans problemləri ilə təlim ehtiyaclarını düzgün fərqləndirməsi tələb olunur. Məlumat toplama üsulları – sorğu, müsahibə, fokus qrup və digər metodların tətbiqi üzrə praktiki bacarıqların inkişaf etdirilməsi vacib hesab edilir. Təlim dizaynı mərhələsində isə proqramların strukturlaşdırılması və effektiv planlaşdırılması üzrə biliklərin verilməsi nəzərdə tutulur. İştirakçıların ADDIE Model əsasında təlim proqramları hazırlaması, məqsədlərin SMART criteria prinsiplərinə uyğun yazılması, sessiya planlarının və təlim materiallarının hazırlanması üzrə bacarıqlar əldə etməsi gözlənilir. Bununla yanaşı, müasir təlim metodlarının tətbiqi proqramın vacib istiqamətlərindəndir. Case study, rol oyunları, simulyasiyalar və problem əsaslı öyrənmə kimi aktiv metodların düzgün seçilməsi və tətbiqi iştirakçıların öyrənmə prosesinə daha effektiv cəlb olunmasına şərait yaratmalıdır. Təlimçi üçün fasilitasiya və təqdimat bacarıqları, ictimai çıxış, bədən dili, səs tonunun idarə olunması, hekayə danışma və effektiv geribildirim mexanizmləri üzrə biliklərin verilməsi də proqramın əsas hissələrindəndir. Eyni zamanda qrup dinamikasının idarə olunması, çətin iştirakçı davranışlarının düzgün yönləndirilməsi və müqavimətin aradan qaldırılması üzrə praktiki yanaşmaların təqdim olunması tələb olunur. Bu kontekstdə qrup inkişaf mərhələlərinin, o cümlədən Tuckman Stages of Group Development modelinin tətbiqi üzrə biliklərin formalaşdırılması əhəmiyyətli hesab edilir. Təlim proqramında qiymətləndirmə mexanizmləri də xüsusi yer tutur. İştirakçıların təlim nəticələrinin ölçülməsi, qiymətləndirmə planlarının hazırlanması, pre-test və post-test alətlərinin tətbiqi, eləcə də Kirkpatrick Model əsasında təlim effektivliyinin qiymətləndirilməsi üzrə bacarıqlar əldə etməsi gözlənilir. Bundan əlavə, təlimdə rəqəmsal alətlərin istifadəsi də proqramın tərkib hissəsidir. İştirakçıların Miro, Mentimeter və Kahoot kimi alətlərdən istifadə edərək interaktiv və müasir təlim mühiti yaratmaq bacarıqları inkişaf etdirilməlidir. Proqramın yekun mərhələsində iştirakçıların əldə etdikləri bilikləri praktik olaraq nümayiş etdirməsi məqsədilə mikro təlim sessiyaları təşkil olunmalıdır. Hər bir iştirakçının qısa təlim təqdimatı keçməsi, strukturlaşdırılmış geribildirim alması və kompetensiya əsaslı qiymətləndirilməsi proqramın nəticəyönümlülüyünü təmin etməlidir. Ümumilikdə təlim proqramının praktik, interaktiv və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilməsi, iştirakçıların peşəkar təlimçi kimi fəaliyyət göstərə biləcək səviyyəyə çatdırılması əsas gözləntilər sırasındadır. Təlimlərin tədris prosesi, habelə iştirakçılara təqdim ediləcək bütün təqdimat və paylama (dərs) materialları Azərbaycan dilində olmalıdır. Təlimin yekununda iştirakçıların biliyini yoxlamaq məqsədilə imtahan (qiymətləndirmə) təşkil edilməli və nəticələrə əsasən imtahandan uğurla keçənlər 'müvəffəqiyyət sertifikatı', digərləri isə 'iştirakçı sertifikatı' ilə təmin olunmalıdır. 40 saatlıq təlim proqramı hər biri 8 saat olmaqla 5 tam iş günü (fasilələr daxil) ərzində keçirilməlidir. Təlimin keçiriləcəyi günlər və saatları Satınalan təşkilatla razılaşdırılmalıdır.Təchizatçı tərəfindən coffee break (16 nəfər üçün) təşkil edilməlidir. Coffee break zamanı çay, kofe və 3 fərqli şirniyyat növü təqdim edilməlidir. Təlim Təchizatçının təlim mərkəzində həyata keçirilməlidir. | ||
| 11 | 1 nəfər üçün 60 saatlıq əyani "ACCA Management Accounting (MA)" təlimi (fərdi və ya qrup formatında)
İngilis dilində Nəzərdə tutulan təlim proqramı iştirakçının ACCA Management Accounting (MA) beynəlxalq imtahanına hazırlanmasını təmin etməlidir. Təlim proqramı ACCA-nın aktual kurikulumu əsasında təşkil olunmalıdır. Təlimçi minimum 3 (üç) illik ACCA tədris təcrübəsinə və ACCA Member (ACCA), ACCA və ya Fellow (FCCA), yaxud ACCA EDUHUB tərəfindən akkreditə olunmuş rəsmi təlimçi statusuna malik olmalıdır. Təchizatçı tərəfindən iştirakçıya ACCA-nın aktual kurikulumu üzrə ACCA tərəfindən təsdiqlənmiş kontent provayderi (ACCA Approved Content Provider) tərəfindən nəşr olunmuş, cari imtahan sessiyası üçün aktual redaksiyalı nəzəri tədris materialı (Study Text və ya ekvivalent) və imtahana hazırlıq üzrə tapşırıq toplusu (Exam Kit / Practice & Revision Kit və ya ekvivalent) — orijinal çap və elektron formatda təqdim edilməli, təlim müddətində praktiki tapşırıqlar, ev tapşırıqları və minimum 2 sınaq (Mock) imtahanı təşkil edilməli, hər sınaq imtahanı Təchizatçı tərəfindən yoxlanılmalı və iştirakçıya fərdi yazılı geribildirim təqdim edilməlidir. Təlimlərin tədris prosesi, habelə iştirakçıya təqdim ediləcək bütün təqdimat və paylama (dərs) materialları ingilis dilində olmalıdır. Təlimin yekununda iştirakçının biliyini yoxlamaq məqsədilə imtahan (qiymətləndirmə) təşkil edilməli (Yekun imtahan sınaq (Mock) imtahanlarının hesabına aparıla bilməz) və nəticələrə əsasən imtahandan uğurla (imtahanda ən azı 50 % nəticə göstərdikdə) keçdikdə "müvəffəqiyyət sertifikatı", əks halda "iştirakçı sertifikatı" ilə təmin olunmalıdır. Təlimlər həftədə 2 dəfə 2 saat olmaqla 30 dərs şəklində keçirilməlidir. Təlimin keçiriləcəyi günlər və saatlar Satınalan təşkilatla razılaşdırılmalıdır. Təlimlər əsas etibarilə əyani formatda nəzərdə tutulsa da, Satınalan təşkilatla əvvəlcədən razılaşdırılmaqla dərslərin tam və ya qismən onlayn formatda keçirilməsinə yol verilir. Həmçinin, iştirakçı hər hansı səbəbdən (işgüzar zərurət, səhhət və s.) əyani dərsdə iştirak edə bilmədikdə, Təchizatçı həmin dərsin dayandırılmaması üçün iştirakçının dərsə məsafədən (onlayn/hibrid formatda) qoşulması üçün müvafiq texniki şəraiti təmin etməlidir. | 1 | ədəd |
| 12 | 1 nəfər üçün 80 saatlıq əyani "ACCA Financial Reporting (FR)" təlimi (fərdi və ya qrup formatında)
İngilis dilində Nəzərdə tutulan təlim proqramı iştirakçının ACCA Financial Reporting (FR) beynəlxalq imtahanına hazırlanmasını təmin etməlidir. Təlim proqramı ACCA-nın aktual kurikulumu əsasında təşkil olunmalıdır. Təlimçi minimum 3 (üç) illik ACCA tədris təcrübəsinə və ACCA Member (ACCA) və ya Fellow (FCCA) , yaxud ACCA EDUHUB tərəfindən akkreditə olunmuş rəsmi təlimçi statusuna malik olmalıdır. Təchizatçı tərəfindən iştirakçıya ACCA-nın aktual kurikulumu üzrə ACCA tərəfindən təsdiqlənmiş kontent provayderi (ACCA Approved Content Provider) tərəfindən nəşr olunmuş, cari imtahan sessiyası üçün aktual redaksiyalı nəzəri tədris materialı (Study Text və ya ekvivalent) və imtahana hazırlıq üzrə tapşırıq toplusu (Exam Kit / Practice & Revision Kit və ya ekvivalent) — orijinal çap və elektron formatda təqdim edilməli, təlim müddətində praktiki tapşırıqlar, ev tapşırıqları, Case Study tapşırıqları və minimum 2 sınaq (Mock) imtahanı təşkil edilməli, hər sınaq imtahanı Təchizatçı tərəfindən yoxlanılmalı və iştirakçıya fərdi yazılı geribildirim təqdim edilməlidir. Təlimlərin tədris prosesi, habelə iştirakçıya təqdim ediləcək bütün təqdimat və paylama (dərs) materialları ingilis dilində olmalıdır. Təlimin yekununda iştirakçının biliyini yoxlamaq məqsədilə imtahan (qiymətləndirmə) təşkil edilməli (Yekun imtahan sınaq (Mock) imtahanlarının hesabına aparıla bilməz) və nəticələrə əsasən imtahandan uğurla (imtahanda ən azı 50 % nəticə göstərdikdə) keçdikdə "müvəffəqiyyət sertifikatı", əks halda "iştirakçı sertifikatı" ilə təmin olunmalıdır. Təlimlər həftədə 2 dəfə 2 saat olmaqla 40 dərs şəklində keçirilməlidir. Təlimin keçiriləcəyi günlər və saatlar Satınalan təşkilatla razılaşdırılmalıdır. Təlimlər əsas etibarilə əyani formatda nəzərdə tutulsa da, Satınalan təşkilatla əvvəlcədən razılaşdırılmaqla dərslərin tam və ya qismən onlayn formatda keçirilməsinə yol verilir. Həmçinin, iştirakçı hər hansı səbəbdən (işgüzar zərurət, səhhət və s.) əyani dərsdə iştirak edə bilmədikdə, Təchizatçı həmin dərsin dayandırılmaması üçün iştirakçının dərsə məsafədən (onlayn/hibrid formatda) qoşulması üçün müvafiq texniki şəraiti təmin etməlidir. | 1 | ədəd |
| 13 | 1 nəfər üçün 60 saatlıq əyani "ACCA Financial Accounting (FA)" təlimi (fərdi və ya qrup formatında)
Azərbaycan dilində Nəzərdə tutulan təlim proqramı iştirakçının ACCA Financial Accounting (FA) beynəlxalq imtahanına hazırlanmasını təmin etməli, Azərbaycan dilində tədris olunmalı və ACCA-nın aktual kurikulumu əsasında təşkil edilməlidir. Təlimçi minimum 3 (üç) illik ACCA tədris təcrübəsinə və ACCA Member (ACCA) və ya Fellow (FCCA), yaxud ACCA EDUHUB tərəfindən akkreditə olunmuş rəsmi təlimçi statusuna malik olmalıdır. Təchizatçı tərəfindən iştirakçıya Orijinal ingilis dilli nəzəri tədris materialı (Study Text və ya ekvivalent) və imtahana hazırlıq üzrə tapşırıq toplusu (Exam Kit / Practice & Revision Kit və ya ekvivalent), habelə Təchizatçı tərəfindən hazırlanmış Azərbaycan dilli konspekt və köməkçi materiallar — çap və elektron formatda təqdim edilməli, təlim müddətində praktiki tapşırıqlar, ev tapşırıqları və minimum 2 (iki) sınaq (Mock) imtahanı təşkil edilməli, hər sınaq imtahanı Təchizatçı tərəfindən yoxlanılmalı və iştirakçıya fərdi yazılı geribildirim təqdim edilməlidir. Tədris prosesi və iştirakçıya təqdim ediləcək bütün təqdimat və paylama (dərs) materialları Azərbaycan və ingilis dillərində olmalıdır. Beynəlxalq maliyyə uçotu və ACCA terminologiyası ingilis dilində saxlanılmalı və Azərbaycan dilində izah edilməlidir. Təlimlərin tədris prosesi, habelə iştirakçıya təqdim ediləcək bütün təqdimat və paylama (dərs) materialları ingilis və Azərbaycan dillərində olmalıdır. Təlimin yekununda iştirakçının biliyini yoxlamaq məqsədilə imtahan (qiymətləndirmə) təşkil edilməli (Yekun imtahan sınaq (Mock) imtahanlarının hesabına aparıla bilməz) və nəticələrə əsasən imtahandan uğurla (imtahanda ən azı 50 % nəticə göstərdikdə) keçdikdə "müvəffəqiyyət sertifikatı", əks halda "iştirakçı sertifikatı" ilə təmin olunmalıdır. Təlimlər həftədə 2 dəfə 2 saat olmaqla 30 dərs şəklində keçirilməlidir. Təlimin keçiriləcəyi günlər və saatlar Satınalan təşkilatla razılaşdırılmalıdır. Təlimlər əsas etibarilə əyani formatda nəzərdə tutulsa da, Satınalan təşkilatla əvvəlcədən razılaşdırılmaqla dərslərin tam və ya qismən onlayn formatda keçirilməsinə yol verilir. Həmçinin, iştirakçı hər hansı səbəbdən (işgüzar zərurət, səhhət və s.) əyani dərsdə iştirak edə bilmədikdə, Təchizatçı həmin dərsin dayandırılmaması üçün iştirakçının dərsə məsafədən (onlayn/hibrid formatda) qoşulması üçün müvafiq texniki şəraiti təmin etməlidir. | 1 | ədəd |
| 1 |
| ədəd |
| 1 |
| ədəd |
| 1 |
| ədəd |
| 1 |
| ədəd |
| 1 |
| ədəd |
| 1 |
| ədəd |
| 1 |
| ədəd |
| 1 |
| ədəd |
По 33 опубликованным результатам его закупок.
последняя победа 10 сент. 2025 г.
последняя победа 07 июл. 2026 г.
последняя победа 29 апр. 2026 г.
последняя победа 22 нояб. 2024 г.
последняя победа 06 окт. 2026 г.