Заказчик: "BƏRDƏ DÖVLƏT PEŞƏ TƏHSİL MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
У этого заказчика в той же категории 1 закупок сорвалось из-за нехватки участников. Конкуренция слабая.
3 закупок, 2 разных победителей
Чаще всех выигрывает: "RİGEL TƏCHİZAT" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 66.7%)
Основание: этот заказчик, эта категория
Победители опускались от сметы на 0.3-64.86%, медиана 15.34%.
Для этого тендера это от 178 430 AZN до 158 376 AZN.
Ниже 65 737 AZN не выигрывал никто.
275 AZN
Документы 25 AZN + участие 250 AZN
Сверху идут обеспечение заявки и время специалиста.
Документация платная, но позиции лота открыты. Разбор строится именно на них.
| # | Состав лота | Количество | Единица |
|---|---|---|---|
| 1 | İstilik pres maşını Minimum tələblər: Çoxfunksiyalı 8-i 1-də istilik pres maşını tələb olunur. Avadanlıq köynək, fincan, boşqab və papaq üzərində termo-transfer çap üçün uyğun olmalıdır. Əsas pres sahəsi minimum 29 × 38 sm olmalıdır. Avadanlıq yarıavtomatik idarəetməli, rəqəmsal ekranlı olmalıdır. Komplektə köynək üçün düz pres, papaq presi, minimum 2 ölçüdə boşqab presi və müxtəlif ölçülü fincanlar üçün pres elementləri daxil olmalıdır. Qidalanma gərginliyi 220 V olmalıdır | 2 | ədəd |
| 2 | Tikmə maşını Minimum tələblər: Avtomatik kompüterləşdirilmiş tikmə maşını tələb olunur. Avadanlıq 2 başlı və 12 iynəli olmalıdır. Hər başlıq üzrə tikmə sahəsi minimum 400 × 500 mm olmalıdır. Maksimum tikmə sürəti minimum 1200 RPM olmalıdır. İdarəetmə sistemi minimum 10 düymlük rəngli LCD ekranlı, ekran təsvir ölçüsü minimum 1280 × 800 olmalıdır. Yaddaş tutumu minimum 20.000.000 tikiş olmalıdır. İdarəetmə sistemi minimum 13 dili dəstəkləməlidir. USB vasitəsilə məlumat ötürülməsini dəstəkləməlidir. Avadanlıq avtomatik sap kəsmə, avtomatik rəng dəyişdirmə, sap qırılmasının aşkarlanması, tikmədən əvvəl dizaynın kontur üzrə yoxlanılması, təcili dayandırma və elektrik kəsildikdə cari iş məlumatlarının saxlanılması funksiyalarına malik olmalıdır. Elektrik təchizatı 110 V/60 Hz və ya 220 V/50 Hz olmalıdır. Düz səth, papaq və hazır geyim, o cümlədən köynək üzərində tikmə işlərini dəstəkləməlidir. Papaq tikməsi üçün minimum 270° papaq çərçivəsi dəstəklənməlidir. MAF sənədi tələb olunur. | 1 | ədəd |
| 3 | Noutbuk Minimum tələblər: Yüksək qrafik performans tələb edən tətbiqlər üçün noutbuk tələb olunur. Prosessor minimum 12 fiziki nüvəli və 16 hesablama axınlı, maksimal takt tezliyi minimum 4,6 GHz, keş yaddaşı minimum 20 MB olmalı və ya hesablama performansı baxımından ekvivalent və ya daha yüksək səviyyəli müasir mobil prosessor istifadə edilməlidir. Operativ yaddaş minimum 16 GB DDR5, effektiv işləmə sürəti minimum 4800 MT/s olmalıdır. Daxili yaddaş minimum 1 TB M.2 PCIe NVMe SSD, PCIe 4.0 və ya daha yeni/ekvivalent interfeysli olmalıdır. Diskret qrafik adapter minimum 6 GB GDDR6 və ya daha yeni/ekvivalent ayrılmış video yaddaşa malik olmalıdır. Ekran diaqonalı minimum 15,6 düym, təsvir ölçüsü minimum 1920×1080, panel texnologiyası IPS və ya ekvivalent, parlaqlığı minimum 300 nit, yenilənmə tezliyi minimum 144 Hz, rəng əhatəsi minimum 100% sRGB və ya ekvivalent geniş rəng gamutuna malik olmalıdır. Ekran parıltı əleyhinə olmalıdır. Cihaz minimum HD veb-kamera, daxili mikrofon və stereo dinamiklərlə təchiz edilməlidir. Simsiz bağlantı minimum Wi-Fi 6 və Bluetooth 5.2 və ya daha yeni, simli şəbəkə bağlantısı minimum Gigabit Ethernet olmalıdır. Cihazda minimum 2 ədəd USB Type-A, minimum 1 ədəd USB Type-C, minimum 1 ədəd HDMI və ya ekvivalent rəqəmsal görüntü çıxışı, minimum 1 ədəd RJ-45 və 1 ədəd 3,5 mm kombinə edilmiş audio portu olmalıdır. Klaviatura arxa işıqlandırmalı olmalıdır. MAF sənədi tələb olunur. | 10 | ədəd |
| 4 | Monoblok Minimum tələblər: Monoblok tipli kompüter tələb olunur. Prosessor minimum 10 nüvəli və 16 hesablama axınlı, maksimal takt tezliyi minimum 5,0 GHz, keş yaddaşı minimum 20 MB olmalı və ya hesablama performansı baxımından ekvivalent və ya daha yüksək səviyyəli müasir prosessor istifadə edilməlidir. Operativ yaddaş minimum 16 GB DDR5, effektiv işləmə sürəti minimum 4800 MT/s olmalı və minimum 32 GB ümumi həcmədək genişləndirilə bilməlidir. Cihaz istifadəçi tərəfindən operativ yaddaşın genişləndirilməsinə imkan verən minimum bir yaddaş yuvasına malik olmalıdır. Daxili yaddaş minimum 512 GB M.2 PCIe NVMe SSD olmalı, PCIe 4.0 və ya daha yeni/ekvivalent interfeysi dəstəkləməlidir. Qrafik sistem inteqrasiya olunmuş və ya funksional ekvivalent olmalıdır. Ekran diaqonalı minimum 23,8 düym, təsvir ölçüsü minimum 1920×1080 piksel, panel texnologiyası IPS və ya ekvivalent geniş baxış bucaqlı texnologiya, parlaqlığı minimum 250 nit və parıltı əleyhinə səthə malik olmalıdır. Cihaz minimum Full HD və ya daha yüksək təsvir keyfiyyətli daxili kamera, daxili mikrofon sistemi və stereo dinamiklərlə təchiz edilməlidir. Simsiz bağlantı minimum Wi-Fi 6 və Bluetooth 5.2 və ya daha yeni standartları, simli şəbəkə bağlantısı minimum Gigabit Ethernet dəstəkləməlidir. Cihazda minimum 3 ədəd USB Type-A, minimum 1 ədəd USB Type-C, minimum 1 ədəd HDMI və ya ekvivalent rəqəmsal görüntü interfeysi, minimum 1 ədəd RJ-45 və 1 ədəd 3,5 mm kombinə edilmiş audio portu olmalıdır. USB Type-C portu minimum məlumat ötürülməsini dəstəkləməlidir. Komplektə USB və ya simsiz interfeysli klaviatura və siçan daxil edilməlidir. Cihaz TPM 2.0 və ya ekvivalent aparat/firmware əsaslı təhlükəsizlik funksiyasını dəstəkləməlidir. MAF sənədi tələb olunur. | 3 | ədəd |
| 5 | Şkaf tipli kondisioner Minimum tələblər: Şkaf tipli split kondisioner tələb olunur. Cihaz nominal olaraq minimum 60 000 BTU/saat sinfində olmalı, nominal soyutma gücü minimum 15,0 kW, nominal isitmə gücü minimum 17,0 kW olmalıdır. Enerji səmərəliliyi göstəriciləri soyutma rejimində EER minimum 2,9, isitmə rejimində COP minimum 3,2 olmalıdır. Cihaz R410A, R32 və ya funksional və ekoloji göstəricilər baxımından ekvivalent soyuducu agentlə işləməlidir. Daxili blokun hava sərfiyyatı minimum 1 800 m³/saat olmalıdır. Daxili blokun səs səviyyəsi maksimum 60 dB(A) olmalıdır. Xarici blok açıq hava şəraitində işləməyə uyğun olmalı və avadanlıq istehsalçı tərəfindən şkaf tipli kondisioner sistemi kimi komplektləşdirilməlidir. Elektrik təchizatı cihazın güc sinfinə uyğun üçfazalı 380–400 V, 50 Hz olmalıdır. Quraşdırılma, sazlama və tam işlək vəziyyətdə təhvil verilmə qiymət təklifinə daxil olunmalıdır. | 3 | ədəd |
| 6 | Split tipli kondisioner Minimum tələblər: Split tipli divar kondisioneri tələb olunur. Cihaz minimum 12 000 BTU/saat sinfində olmalı, inverter texnologiyalı kompressorla təchiz edilməli, soyutma, isitmə və havanın qurudulması rejimlərini dəstəkləməlidir. Nominal soyutma gücü minimum 3,2 kW, nominal isitmə gücü minimum 3,4 kW olmalıdır. Enerji səmərəliliyi sinfi soyutma rejimində minimum A++, isitmə rejimində minimum A+ və ya funksional olaraq ekvivalent mövsümi enerji səmərəliliyi səviyyəsində olmalıdır. Cihaz R32 və ya qüvvədə olan ekoloji və təhlükəsizlik tələblərinə cavab verən funksional ekvivalent soyuducu agentlə işləməlidir. Daxili blokun hava sərfiyyatı minimum 500 m³/saat olmalıdır. Daxili blokun maksimal səs səviyyəsi 40 dB(A)-dan, xarici blokun maksimal səs səviyyəsi isə 55 dB(A)-dan çox olmamalıdır. Cihaz Wi-Fi vasitəsilə uzaqdan idarəetmə funksiyasını dəstəkləməlidir. Avtomatik özünütəmizləmə və istilik, qurutma və ya funksional ekvivalent üsulla daxili hissələrin gigiyenik təmizliyinin təmin edilməsi funksiyası olmalıdır. Elektrik təchizatı 220–240 V, 50 Hz, birfazalı olmalıdır. Təklif olunan daxili və xarici blokların ölçü və çəkiləri standart divar tipli kondisionerin təhlükəsiz quraşdırılmasına uyğun olmalıdır. Quraşdırılma, sazlama və tam işlək vəziyyətdə təhvil verilmə qiymət təklifinə daxil olunmalıdır. | 10 | ədəd |
| 7 | Printer Minimum tələblər: A4 formatlı monoxrom lazer çoxfunksiyalı printer tələb olunur. Avadanlıq çap, surətçıxarma və rəngli skan funksiyalarını dəstəkləməlidir. Birtərəfli A4 çap sürəti minimum 28 səhifə/dəqiqə, çap təsvir ölçüsü minimum 1200 × 1200 dpi və ya ekvivalent çap keyfiyyəti səviyyəsində olmalıdır. Avtomatik ikitərəfli çap funksiyası dəstəklənməlidir. PCL5e, PCL6 və ya funksional ekvivalent çap dili dəstəyi olmalıdır. Surətçıxarma sürəti birtərəfli A4 formatında minimum 28 səhifə/dəqiqə, surət təsvir ölçüsü minimum 600 × 600 dpi, miqyaslama diapazonu minimum 25–400% olmalıdır. Çoxsəhifəli sənədlərin bir səhifədə birləşdirilməsi və şəxsiyyət sənədinin surətinin çıxarılması kimi əsas surətçıxarma funksiyaları dəstəklənməlidir. Skaner rəngli, planşet tipli və avtomatik sənədötürücülü olmalı, optik skan təsvir ölçüsü minimum 600 × 600 dpi, birtərəfli ağ-qara skan sürəti minimum 20 təsvir/dəqiqə, rəngli skan sürəti minimum 15 təsvir/dəqiqə olmalıdır. Skan edilmiş sənədlərin kompüterə ötürülməsi və TIFF, JPEG, PDF və ya funksional ekvivalent formatlarda saxlanılması dəstəklənməlidir. Avtomatik sənədötürücünün tutumu minimum 35 vərəq, standart kağız kasetinin tutumu minimum 250 vərəq, çıxış bölməsinin tutumu minimum 50 vərəq olmalıdır. Cihaz A4, A5, A6, B5, Legal, Letter və xüsusi kağız ölçülərini dəstəkləməlidir. Qoşulmalar minimum USB, Ethernet və Wi-Fi interfeyslərini, həmçinin birbaşa simsiz bağlantını əhatə etməlidir. TCP/IP əsaslı şəbəkə çapı və skanı dəstəklənməlidir. Şəbəkə təhlükəsizliyi üçün şifrələnmiş bağlantı, IP ünvan filtrasiyası, şəbəkə autentifikasiyası və təhlükəsiz idarəetmə mexanizmləri və ya funksional ekvivalent həllər dəstəklənməlidir. İdarəetmə paneli cihazın əsas çap, surətçıxarma, skan və şəbəkə funksiyalarının idarə edilməsinə imkan verən LCD ekranlı olmalıdır. Maksimal aylıq iş yükü minimum 30 000 səhifə olmalıdır. Enerji təchizatı 220–240 V, 50/60 Hz olmalıdır. | 6 | ədəd |
| 8 | Printer Minimum tələblər: A4 formatlı rəngli lazer çoxfunksiyalı printer tələb olunur. Avadanlıq çap, surətçıxarma və rəngli skan funksiyalarını dəstəkləməlidir. Birtərəfli A4 çap sürəti ağ-qara və rəngli rejimdə minimum 30 səhifə/dəqiqə, çap təsvir ölçüsü minimum 1200 × 1200 dpi və ya ekvivalent çap keyfiyyəti səviyyəsində olmalıdır. Avtomatik ikitərəfli çap funksiyası dəstəklənməlidir. PCL5c, PCL6 və ya funksional ekvivalent çap dili/emulyasiyası dəstəklənməlidir. Təhlükəsiz çap, USB yaddaş qurğusundan sənədlərin birbaşa çapı və şəbəkə üzərindən çap funksiyaları dəstəklənməlidir. Surətçıxarma sürəti birtərəfli A4 formatında minimum 30 səhifə/dəqiqə, surət təsvir ölçüsü minimum 600 × 600 dpi, miqyaslama diapazonu minimum 25–400% olmalıdır. Avtomatik ikitərəfli surətçıxarma, çoxsəhifəli sənədlərin bir səhifədə birləşdirilməsi, çeşidləmə, sıxlıq və kəskinliyin tənzimlənməsi, şəxsiyyət sənədinin surətinin çıxarılması kimi əsas funksiyalar dəstəklənməlidir. Skaner rəngli, planşet tipli və avtomatik ikitərəfli sənədötürücülü olmalı, ikiüzlü sənədlərin bir keçiddə və ya funksional baxımdan ekvivalent yüksək sürətli texnologiya ilə skan edilməsini təmin etməlidir. Optik skan təsvir ölçüsü minimum 600 × 600 dpi, avtomatik sənədötürücü vasitəsilə birtərəfli skan sürəti minimum 30 təsvir/dəqiqə, ikitərəfli skan sürəti minimum 60 təsvir/dəqiqə olmalıdır. Sənədlərin elektron poçta, kompüterə, USB yaddaş qurğusuna və şəbəkə resurslarına skan edilməsi mümkün olmalıdır. TIFF, JPEG, PDF, sıxılmış PDF və ya funksional ekvivalent sənəd formatları dəstəklənməlidir. Standart kağız giriş tutumu minimum 250 vərəq, avtomatik sənədötürücü minimum 50 vərəq, çıxış tutumu minimum 150 vərəq olmalıdır. Müxtəlif ölçülü və xüsusi kağızların ayrıca və ya uyğun kağız ötürmə mexanizmi vasitəsilə verilməsi mümkün olmalıdır. Əlavə kağız kaseti və ya istehsalçının uyğun genişləndirmə modulu vasitəsilə ümumi kağız giriş tutumunun artırılması mümkün olmalıdır. Cihaz müxtəlif kağız növləri və sıxlıqları ilə işləməli, dəstəklənən kağız sıxlığı minimum 60 q/m²-dən başlamalı və uyğun kağız növü və/və ya kağız ötürmə bölməsi vasitəsilə minimum 200 q/m²-ə qədər kağızlarla işləməyə imkan verməlidir. A4, A5, A6, B5, Legal, Letter, zərf və xüsusi kağız ölçüləri dəstəklənməlidir. Qoşulmalar minimum USB, Gigabit Ethernet və Wi-Fi interfeyslərini, həmçinin birbaşa simsiz bağlantını əhatə etməlidir. TCP/IP əsaslı şəbəkə çapı və şəbəkə resurslarına skan funksiyaları dəstəklənməlidir. Şəbəkə təhlükəsizliyi üçün şifrələnmiş bağlantı, IP əsaslı məhdudlaşdırma, autentifikasiya, təhlükəsiz idarəetmə və müasir simsiz şəbəkə təhlükəsizliyi funksiyaları və/və ya funksional ekvivalent təhlükəsizlik mexanizmləri dəstəklənməlidir. İdarəetmə paneli minimum 10 sm rəngli sensor ekran olmalıdır. Cihaz minimum 1 GB operativ yaddaşa və çap, skan və şəbəkə funksiyalarının stabil işləməsini təmin edən prosessor və daxili yaddaş həllinə malik olmalıdır. Enerji təchizatı 220–240 V, 50/60 Hz olmalıdır. | ||
| 9 | Zərbəli drel Minimum tələblər: Elektrikli zərbəli drel tələb olunur. Mühərrik gücü minimum 750 W olmalıdır. Yüksüz fırlanma sürəti minimum 3000 dövr/dəqiqəyədək, yüksüz zərbə tezliyi minimum 45 000 zərbə/dəqiqəyədək olmalıdır. Fırlanma sürətinin elektron tənzimlənməsi və sağ/sol fırlanma funksiyası dəstəklənməlidir. Alət adi deşmə və zərbəli deşmə rejimlərində işləməlidir. Patronun maksimal tutumu minimum 13 mm olmalı, müxtəlif diametrli standart burğuların istifadəsini təmin etməlidir. Maksimal deşmə diametri ağacda minimum 25 mm, betonda minimum 16 mm, poladda minimum 12 mm olmalıdır. Alətin çəkisi maksimum 2,2 kq olmalıdır. | 2 | ədəd |
| 10 | Soba Minimum tələblər: Elektrik sobası tələb olunur. Gücü minimum 1500 W, daxili həcmi minimum 45 litr olmalıdır. İdarəetmə mexaniki tipli olmalıdır. Maksimal temperatur minimum 350°C olmalıdır. Minimum 3 bişirmə proqramı olmalıdır. Soba minimum 2 şüşəli qapıya malik olmalıdır. Taymer funksiyası olmalı və taymer müddəti minimum 90 dəqiqə olmalıdır. Daxili işıqlandırma funksiyası olmalıdır. Komplektə minimum 2 ədəd tava daxil olmalıdır. | 1 | ədəd |
| 11 | Mikser Minimum tələblər: Qablı elektrik mikseri tələb olunur. Gücü minimum 800 W olmalıdır. Minimum 5 sürət pilləsini və Turbo rejimini dəstəkləməlidir. Qabın həcmi minimum 4 litr, qabın materialı paslanmayan polad olmalıdır. Korpus materialı plastik olmalıdır. İdarəetmə mexaniki tipli olmalıdır. Komplektə minimum 2 ədəd qarışdırıcı başlıq daxil olmalıdır. | 1 | ədəd |
| 12 | Mikrodalğalı soba Minimum tələblər: Mikrodalğalı soba tələb olunur. Mikrodalğa gücü minimum 700 W, daxili həcmi minimum 23 litr olmalıdır. Minimum 10 fərqli güc səviyyəsi olmalıdır. Donmuş qidaların əridilməsi üçün Defrost funksiyası olmalıdır. İdarəetmə sensor tipli, göstərici rəqəmsal LED tipli olmalıdır. Taymer funksiyası olmalıdır. Bişirmə prosesinin başa çatmasını bildirən səsli siqnal funksiyası olmalıdır. Daxili işıqlandırma olmalıdır. Dönər boşqab şüşə materialdan hazırlanmalıdır. Enerji təchizatı 230–240 V AC, 50 Hz olmalıdır. | 1 | ədəd |
| 13 | Ağac və mebel materiallarının dəqiq kəsilməsi üçün sürüşən tablalı format-kəsmə dəzgahı Minimum tələblər: Ağac və mebel materiallarının dəqiq kəsilməsi üçün sürüşən tablalı format-kəsmə dəzgahı tələb olunur. Dəzgah yüksək dəqiqlikli və stabil hərəkəti təmin edən alüminium sürüşmə tablası ilə təchiz edilməli, sürüşən tablanın faydalı hərəkət və kəsmə uzunluğu minimum 3800 mm olmalıdır. İdarəetmə və təhlükəsizlik sistemi sənaye istifadəsinə uyğun aşağı gərginlikli idarəetmə həlli ilə təmin edilməlidir. Əsas dairəvi mişarın diametri minimum 300 mm, mil diametri isə minimum 30 mm olmalıdır. Maksimal kəsmə hündürlüyü 90° mövqedə minimum 75 mm, 45° mövqedə minimum 50 mm olmalıdır. Paralel kəsmə eni minimum 1200 mm olmalıdır. Dairəvi mişarın əyilmə bucağı minimum 0°–45° diapazonunda tənzimlənə bilməlidir. Əsas mühərrikin gücü minimum 4 kW olmalıdır. Əsas mişarın fırlanma sürəti ağac və mebel panellərinin dəqiq kəsilməsi üçün uyğun olmalı və minimum 3500 dövr/dəqiqə səviyyəsini təmin etməlidir. Dəzgah ayrıca çizici/ön kəsici mişar sistemi ilə təchiz edilməli, bu sistem laminatlı və örtüklü panellərin alt səthində qopma və çapıq yaranmasının qarşısını almağa imkan verməlidir. Çizici mişarın diametri minimum 100 mm, mühərrik gücü minimum 0,5 kW olmalı və əsas kəsmə uzunluğu boyunca işləyə bilməlidir. İş masası və profil arabası iri ölçülü panellərin təhlükəsiz və sabit yerləşdirilməsini təmin edən konstruksiyaya malik olmalıdır. Toz sovurma sisteminə qoşulmaq üçün minimum 100 mm diametrli və ya ekvivalent effektivlik təmin edən çıxış olmalıdır. Dəzgah peşəkar və intensiv emalatxana istifadəsi üçün nəzərdə tutulmalı, təhlükəsizlik qoruyucuları və fövqəladə dayandırma funksiyası ilə təchiz edilməlidir. | 1 | ədəd |
| 14 | Drel (zaryatka ilə işləyən) Minimum tələblər: Akkumulyatorlu zərbəli drel-vintburan tələb olunur. Akkumulyator gərginliyi minimum 18 V olmalıdır. Maksimal fırlanma anı minimum 55 Nm olmalıdır. Avadanlıq minimum 2 sürət pilləsinə malik olmalı, birinci sürət pilləsində maksimal yüksüz fırlanma sürəti minimum 400 dövr/dəqiqə, ikinci sürət pilləsində minimum 1600 dövr/dəqiqə olmalıdır. Fırlanma sürətinin elektron tənzimlənməsi və sağ/sol fırlanma funksiyası dəstəklənməlidir. Patron açarsız tipli olmalı, maksimal patron tutumu minimum 13 mm olmalıdır. Fırlanma anının minimum 20 tənzimləmə mövqeyi olmalıdır. İş sahəsinin işıqlandırılması üçün inteqrasiya edilmiş işıqlandırma funksiyası olmalıdır. Avadanlıq adi deşmə, zərbəli deşmə və vintbərkitmə rejimlərini dəstəkləməli, ağac, metal və hörgü materiallarında işləməyə uyğun olmalıdır. Akkumulyator daxil olmaqla cihazın çəkisi maksimum 1,8 kq olmalıdır. Cihaz peşəkar istifadə üçün nəzərdə tutulmalı və mühərrik və akkumulyatorun həddindən artıq yüklənmədən və qızmadan qorunmasını təmin edən elektron qoruma sistemi və ya funksional ekvivalent təhlükəsizlik həllinə malik olmalıdır. | 5 | ədəd |
| 15 | Elektrik xarici yivaçan Minimum tələblər: Elektrikli boru yivaçan aləti tələb olunur. Avadanlıq peşəkar və intensiv istifadə üçün nəzərdə tutulmuş elektrik mühərriki ilə təchiz edilməlidir. Mühərrik kömürlü, kömürsüz (brushless) və ya funksional baxımdan ekvivalent texnologiyalı ola bilər. Mühərrikin nominal gücü minimum 2300 W olmalı və ya təklif olunan mühərrik texnologiyası daha aşağı enerji sərfiyyatı ilə tələb olunan iş məhsuldarlığını və yiv açma performansını tam təmin etməlidir. Avadanlıq 230–240 V, 50 Hz elektrik şəbəkəsində işləməlidir. | 2 | dəst |
| 16 | Elektrik dreli Minimum tələblər: Elektrikli drel tələb olunur. Mühərrik gücü minimum 550 W olmalıdır. Avadanlıq 220–240 V, 50/60 Hz elektrik şəbəkəsində işləməlidir. Yüksüz fırlanma sürəti 0–3300 dövr/dəqiqə və ya daha geniş diapazonda olmalıdır. Maksimal deşmə qabiliyyəti minimum 10 mm olmalıdır. Fırlanma sürətinin dəyişən tənzimlənməsi funksiyası olmalıdır. İrəli və geri fırlanma istiqamətinin dəyişdirilməsi funksiyası olmalıdır. | 2 | ədəd |
| 17 | Sterilizə aparatı Minimum tələblər: Termal sterilizator tələb olunur. Avadanlıq yüksək temperatur vasitəsilə sterilizasiya funksiyasını yerinə yetirməlidir | 3 | ədəd |
| 18 | Hava feni Minimum tələblər: Saç qurutma feni tələb olunur. Gücü minimum 1800 W, maksimal gücü minimum 2000 W olmalıdır. Minimum 2 sürət və minimum 3 temperatur rejimi olmalıdır. İonlaşdırma və soyuq hava üfürmə funksiyaları olmalıdır. Mühərrik AC tipli olmalıdır. Avadanlıq 220–240 V, 50/60 Hz elektrik şəbəkəsində işləməlidir. Komplektə hava axınını istiqamətləndirən konsentrator başlıq daxil olmalıdır. | 6 | ədəd |
| 19 | Ütü feni Minimum tələblər: Saç düzləşdirici tələb olunur. Gücü minimum 50 W olmalıdır. Avadanlıq 100–240 V, 50/60 Hz elektrik şəbəkəsində işləməlidir. Minimum 4 temperatur rejimi olmalı, maksimal isitmə temperaturu minimum 230°C olmalıdır. İsinmə müddəti maksimum 30 saniyə olmalıdır. Saçların buxar vasitəsilə düzləşdirilməsi funksiyası və temperatur göstəricisi olmalıdır. İsitmə lövhələri keramika örtüklü, ölçüsü minimum 100 × 25 mm olmalıdır. Su qabının tutumu minimum 13 q, buxar verilişi minimum 0.025 q/san olmalıdır. Avtomatik sönmə funksiyası olmalı və cihaz maksimum 45 dəqiqədən sonra avtomatik sönməlidir. Elektrik kabeli 360° fırlanma imkanına və asmaq üçün ilgəyə malik olmalıdır. | 3 | ədəd |
| 20 | Balvanka Minimum tələblər: Süni materialdan hazırlanmış balvanka tələb olunur | 3 | ədəd |
| 21 | Qaldırıcı Minimum tələblər: Hidravlik şüşə tipli domkrat tələb olunur. Yükqaldırma qabiliyyəti minimum 10 ton olmalıdır. Minimum qaldırma hündürlüyü maksimum 230 mm, maksimal qaldırma hündürlüyü minimum 460 mm olmalıdır. Domkratın çəkisi maksimum 6.2 kq olmalıdır | 2 | ədəd |
| 22 | Saç kəsmə aparatı Minimum tələblər: Akkumulyatorlu saç və saqqal trimmeri tələb olunur. Kəsici bıçağın eni minimum 40 mm olmalıdır. Komplektə minimum 3 ədəd daraq başlığı daxil olmalıdır. Akkumulyatorla fasiləsiz işləmə müddəti minimum 240 dəqiqə, tam doldurulma müddəti maksimum 2.5 saat olmalıdır. | 6 | ədəd |
| 23 | Dırnaq frezer aparatı Minimum tələblər: Manikür və pedikür üçün elektrik frezeri tələb olunur. Gücü minimum 65 W, maksimal fırlanma sürəti minimum 35 000 dövr/dəqiqə olmalıdır. Fırlanma sürəti tənzimlənə bilməlidir | 3 | ədəd |
| 24 | İnteraktiv lövhə Minimum tələblər: İnteraktiv sensor ekran tələb olunur. Ekranın diaqonalı minimum 75 düym, təsvir ölçüsü minimum 3840 × 2160 (4K UHD), tərəflər nisbəti 16:9, parlaqlığı minimum 350 cd/m², yenilənmə tezliyi minimum 60 Hz və baxış bucaqları üfüqi və şaquli istiqamətlərdə minimum 178° olmalıdır. Ekranın səthi parıltı əleyhinə emal edilmiş, təhsil və iş mühitində intensiv istifadəyə uyğun temperli qoruyucu şüşə ilə təchiz edilməlidir. Arxa işıqlandırmanın istismar müddəti minimum 50 000 saat olmalıdır. İnteraktiv idarəetmə minimum 20 nöqtəli eyni vaxtda toxunma və yazma imkanını təmin etməli, barmaq və passiv qələmlə işləməli, toxunma dəqiqliyi maksimum 2 mm olmalıdır. Təklif olunan toxunma texnologiyasının növündən asılı olmayaraq yazı, annotasiya, obyektlərin seçilməsi və çoxnöqtəli idarəetmə funksiyalarının stabil işləməsi təmin edilməlidir. Cihaz daxili hesablama platformasına malik olmalı, minimum 8 nüvəli prosessor, minimum 8 GB operativ yaddaş və minimum 128 GB daxili yaddaşla təchiz edilməlidir. Daxili əməliyyat sistemi və ya platforma interaktiv lövhə, təqdimat, veb-brauzer, fayl idarəetməsi, simsiz ekran paylaşımı və videokonfrans funksiyalarının istifadəsini təmin etməlidir. Simsiz bağlantı minimum Wi-Fi 6 səviyyəsində və ya funksional ekvivalent olmalı, həm 2,4 GHz, həm də 5 GHz diapazonlarını dəstəkləməli, Bluetooth bağlantısı minimum 5.2 və ya daha yeni səviyyədə olmalıdır. İstifadəçi identifikasiyası və giriş nəzarəti üçün NFC və ya funksional ekvivalent autentifikasiya həlli qəbul edilməlidir. Cihaz minimum 4K video çəkilişini dəstəkləyən daxili kamera ilə təchiz edilməli, avtomatik kadrlaşdırma və danışanın və ya səs mənbəyinin izlənməsi funksiyalarını və ya funksional ekvivalent ağıllı videokonfrans imkanlarını dəstəkləməlidir. Daxili mikrofon sistemi otaq daxilində danışığın qəbulunu, daxili dinamik sistemi isə videokonfrans və multimedia istifadəsi üçün kifayət edən səs gücünü təmin etməli, ümumi çıxış gücü minimum 40 W olmalıdır. Cihaz xarici kompüter, USB yaddaş qurğuları, şəbəkə və audio-video avadanlıqlarının qoşulmasını təmin edən HDMI, USB Type-A, USB Type-C, toxunma üçün USB və Gigabit Ethernet interfeyslərinə malik olmalıdır. USB Type-C interfeysi bir kabel vasitəsilə ən azı görüntü, səs, toxunma məlumatlarının və minimum 50 W enerji təchizatının ötürülməsini dəstəkləməlidir. Xarici mənbədən minimum 4K@60Hz görüntünün qəbul edilməsi mümkün olmalıdır. Cihazın xarici kompüterlə interaktiv toxunma funksiyasının istifadəsinə imkan verən interfeysi olmalıdır. Ekran parlaqlığının istifadə şəraitinə uyğun tənzimlənməsi mümkün olmalı, yaxınlıq və/və ya ətraf işıq sensoru və ya funksional ekvivalent avtomatik idarəetmə həlli qəbul edilməlidir. Enerji təchizatı 100–240 V AC, 50/60 Hz olmalı, maksimum enerji sərfiyyatı 450 W-dan, gözləmə rejimində isə 1 W-dan çox olmamalıdır. İş temperaturu minimum 0°C-dən +40°C-dək diapazonu əhatə etməlidir. Cihaz standart divar montaj sisteminə uyğun olmalıdır. Təklif edilən fərqli texnologiya, konstruksiya və ya interfeys həlli yalnız tələb olunan funksiyanı və minimum performans səviyyəsini tam təmin etdiyi halda ekvivalent hesab edilməlidir. Ekvivalentliyin təsdiqi istehsalçının rəsmi texniki sənədləri ilə aparılmalıdır. MAF sənədi tələb olunur | ||
| 25 | Skaner Minimum tələblər: Əl tipli portativ 3D skaner tələb olunur. Skan dəqiqliyi maksimum 0,02 mm və ya daha yaxşı olmalıdır. Cihaz əl ilə real vaxt rejimində stabil skan və obyekt izləmə funksiyasını təmin etməlidir. Minimum skan edilə bilən obyekt ölçüsü 10 × 10 × 10 mm və ya daha kiçik olmalı, kiçik, orta və iri ölçülü obyektlərin skan edilməsini dəstəkləməlidir. Rəngli tekstura xəritələmə və ya funksional ekvivalent rəngli 3D skan funksiyası dəstəklənməlidir. Müxtəlif forma və teksturaya malik obyektlərin skan edilməsi, geometriya, marker və/və ya tekstura əsasında izləmə və hizalama üsulları ilə təmin edilməlidir. Marker vasitəsilə skan rejimi dəstəklənməlidir. Cihaz strukturlaşdırılmış işıq, lazer, infraqırmızı və ya funksional ekvivalent optik 3D skan texnologiyasından istifadə etməli, işıq mənbəyi göz üçün təhlükəsiz və tətbiq olunan təhlükəsizlik standartlarına uyğun olmalıdır. Skan nəticələrinin minimum OBJ, STL və PLY və ya funksional ekvivalent geniş istifadə olunan 3D fayl formatlarında ixracı mümkün olmalıdır. Windows və macOS əməliyyat sistemləri dəstəklənməlidir. Cihazın çəkisi maksimum 500 qram olmalıdır | 1 | ədəd |
| 3 |
| ədəd |
| 15 |
| ədəd |
По 20 опубликованным результатам его закупок.
последняя победа 27 июл. 2026 г.
последняя победа 12 февр. 2026 г.
последняя победа 27 июл. 2026 г.
последняя победа 19 июн. 2026 г.
последняя победа 17 июн. 2026 г.
Что заказчик опубликовал по этой закупке после объявления. Подпись это наше прочтение, текст под ней заказчика, без правок.
“BƏRDƏ DÖVLƏT PEŞƏ TƏHSİL MƏRKƏZİ” PUBLİK HÜQUQİ ŞƏXSİ tərəfindən keçirilən “Maşın və avadanlıqların satın alınması” satınalması üzrə təchizatçı tərəfindən təqdim edilmiş sorğu əsasında Şərtlər Toplusunun iş həcmləri cədvəlinə dəyişiklik edilmişdir. Təkliflərin təqdim edilməsinin son müddəti 16.10.2026-cı il, saat 18:00 müəyyən edilmişdir.