Заказчик: "CƏLİLABAD DÖVLƏT PEŞƏ TƏHSİL MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Этот заказчик распределяет работу: 19 закупок выиграли 17 разных поставщиков.
19 закупок, 17 разных победителей
Чаще всех выигрывает: "GARA TRADE" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 10.5%)
Основание: этот заказчик, все категории
Победители опускались от сметы на 0.5-57.45%, медиана 13.4%.
Для этого тендера это от 57 811 AZN до 53 419 AZN.
Ниже 26 247 AZN не выигрывал никто.
148 AZN
Документы 25 AZN + участие 123 AZN
Сверху идут обеспечение заявки и время специалиста.
Документация платная, но позиции лота открыты. Разбор строится именно на них.
| # | Состав лота | Количество | Единица |
|---|---|---|---|
| 1 | Kənd təsərrüfatı təyinatlı pilotsuz uçuş aparatı (Aqrodron) 1.Məhsulun Vəziyyəti - Yeni, istifadə edilməmiş və zavod istehsalı olmalıdır, 2.İstehsal İli - Minimum 2025-ci il, 3.Təyinatı və Funksionallığı - Maye pestisidlərin, herbisidlərin, fungisidlərin və maye gübrələrin püskürdülməsi; xüsusi çən vasitəsilə dənəvər gübrələrin və toxumların səpilməsi 4.Uçuş Rejimləri - Tam avtomatik (əvvəlcədən proqramlaşdırılmış marşrut üzrə) və yarımavtomatik / mexaniki, 5.Batareyasız Çəki - Minimum 30 kq, 6.Batareya Daxil Olmaqla Çəki - Minimum 35 kq, 7.Ölçülər (Açılmış vəziyyətdə, pərlər daxil) - Minimum 2500 x 2500 x 750 mm, 8.Ölçülər (Qatlanmış vəziyyətdə)- Minimum 1000 x 700 x 900 mm, 9. İşçi Tezlik Diapazonları - 2,4000–2,4900 GHz və 5,720–5,900 GHz, 10.RTK Rejimi və Dəstəklənən Tezliklər - GPS L1/L2, QLONASS F1/F2, BeiDou B1I/B2I/B3I, Galileo E1/E5b, GNSS L1/L2 və ya buna ekvivalent, 11.Maksimum Uçuş / İdarəetmə Radiusu - Minimum 2 km (maneəsiz və açıq sahədə), 12.Külək Davamlılığı - Minimum 6 m/s sürətli küləyə qarşı dayanıqlı, 13.İşçi Mühit Temperaturu - 0°C-dən +45°C-yə qədər temperatur aralığında və fasiləsiz iş, 14.Püskürtmə Performansı (2 nozzle ilə) - Minimum 10 l/dəq, 15.Püskürtmə Performansı (4 nozzle ilə) - Minimum 15 l/dəq və ya buna ekvivalent yüksək təzyiqli sistem, 16.Dəstə Daxil Olan Avadanlıqlar (Komplektasiya) - Dron gövdəsi, Batareya, Doldurucu qurğu, Generator, Quru maddələr üçün bak (çən), 17.Rəsmi Zəmanət - Minimum 12 ay rəsmi zavod zəmanəti, 18.Servis və Ehtiyat Hissələri Təminatı - Azərbaycan Respublikası ərazisində rəsmi servis xidməti və ehtiyat hissələri anbarı mövcud olmalıdır, 19.Tələb Olunan Sənəd - İstehsalçı icazəsi MAF (Manufacturer Authorization Form) və ya DAF (Distributor Authorization Form). Eyni zmanda bütün minimum tələbləri ödəyən ekvivalent məhsul qəbul edilir. | 1 | dəst |
| 2 | Multispektral xəritələndirmə və monitorinq təyinatlı pilotsuz uçuş aparatı (PUA) 1. Təyinat və Ümumi Müddəalar - 1.1. Malın vəziyyəti: Satınalınacaq pilotsuz uçuş aparatı (PUA) tamamilə yeni, istifadə edilməmiş, zavod istehsalı olmalı, üzərində heç bir fiziki defekt, cızıq və ya mexaniki zədə olmamalıdır. 1.2. İstehsal ili: Avadanlığın istehsal ili minimum 2025-ci il olmalıdır. Tədarükçü bunu məhsulun zavod pasportu və ya sertifikatı ilə sübut etməlidir. 1.3. İstifadə sahəsi: Cihaz kənd təsərrüfatı, meşə təsərrüfatı, torpaq ehtiyatlarının qiymətləndirilməsi, bitki örtüyünün monitorinqi, yüksək dəqiqlikli xəritələndirmə və geodeziya işlərində fasiləsiz istifadəyə uyğun funksionallığa malik olmalıdır. 1.4. Avtomatlaşdırma: PUA tam avtomatik uçuş planlaşdırılması (missiya planlanması) və əvvəlcədən proqramlaşdırılmış marşrut üzrə tam avtomatik uçuş/qayıdış imkanlarını dəstəkləməlidir. 2. Uçuş Platformasının Texniki Göstəriciləri - 2.1. Maksimum qalxma çəkisi: Minimum 800 qram (RTK modulu və batareya daxil olmaqla). 2.2. Uçuş müddəti: Tam doldurulmuş 1 ədəd batareya ilə minimum 20 dəqiqə (optimal hava şəraitində). 2.3. Maksimum uçuş məsafəsi: Minimum 15 km (təhlükəsiz siqnal itkisiz marşrut diapazonu). 2.4. Külək davamlılığı: Minimum 5 m/s sürətli küləyə qarşı dayanıqlı olmalı və havada sabit dayana bilməlidir. 2.5. Maksimum uçuş hündürlüyü: Dəniz səviyyəsindən minimum 3000 metr yüksəkliyə qalxma imkanı olmalıdır. 2.6. İş mühitinin temperaturu: Minimum -10°C-dən maksimum +40°C-yə qədər temperatur aralığında fasiləsiz işləməyi dəstəkləməlidir. 3. Naviqasiya və Yüksək Dəqiqlikli Mövqeləndirmə - 3.1. RTK Dəstəyi: Cihaz Real-Time Kinematic (RTK) texnologiyasını dəstəkləməli, daxili və ya dəstə daxilində ayrıca inteqrasiya olunan RTK modulu vasitəsilə işləməlidir. 3.2. Mövqeləndirmə dəqiqliyi: RTK rejimi aktiv olduqda, koordinatların təyin edilməsində santimetr səviyyəsində dəqiqliyi təmin etməlidir. 3.3. GNSS Dəstəyi: Minimum 3 qlobal peyk naviqasiya sistemini eyni vaxtda dəstəkləməlidir. Dəstəklənən sistemlərə GPS, GLONASS, Galileo, BeiDou və ya funksional cəhətdən bunlara ekvivalent olan qlobal şəbəkələr daxil olmalıdır. 4. Optik və Multispektral Kamera Sistemi - 4.1. RGB Kamera Sensoru: Minimum 1 düymlük CMOS sensor və ya texniki göstəricilərinə görə ekvivalent yüksək ayırdetməli performans təmin edən sensor olmalıdır. 4.2. Çəkiliş Mexanizmi: Yüksək sürətli uçuş zamanı görüntülərdə təhriflərin (rolling shutter distortion) qarşısını almaq üçün mexaniki (mechanical) və/və ya elektron shutter sisteminə malik olmalıdır. 4.3. Fayl Formatları: Foto çəkilişləri minimum JPEG və/və ya RAW formatlarından ən azı birində yaddaşa köçürə bilməlidir. 4.4. Video keyfiyyəti: Minimum 4K ultra yüksək ayırdetməli (UHD) video çəkilişi təmin etməlidir. 4.5. Multispektral sensor: Bitki örtüyünün və kənd təsərrüfatı sahələrinin spektral məlumatlarının toplanması üçün daxili və ya inteqrasiya olunmuş multispektral kamera sisteminə malik olmalıdır. 4.6. Spektral Analiz və İndekslər: Toplanmış görüntülər əsasında minimum NDVI (Normalized Difference Vegetation Index) indeksinin hesablanmasını, vizuallaşdırılmasını və xəritələndirilməsini proqram təminatı səviyyəsində dəstəkləməlidir. Sistem bitki stressinin, vegetasiya vəziyyətinin və inkişaf göstəricilərinin analiz edilməsinə imkan verməlidir. 5. Rabitə, Yaddaş və Sahə Performansı - 5.1. Rabitə məsafəsi: Müvafiq regionun tezlik normativlərinə (CE/FCC) uyğun olaraq maneəsiz və açıq sahədə minimum 5 km rəqəmsal rabitə məsafəsini və real vaxt rejimində rəqəmsal görüntünün pulta ötürülməsini təmin etməlidir. 5.2. Avtomatik Missiya: Bir uçuş və ya ardıcıl avtomatik missiyalar vasitəsilə sahənin xəritələndirilməsini icra etməlidir. 5.3. Məlumat Toplanması (Ortofoto/3D): Toplanmış uçuş məlumatları əsasında avtomatik ortofoto xəritələrin yaradılması, 2D xəritələndirmə və 3D rekonstruksiya proqramları üçün tam yararlı dataların toplanmasını dəstəkləməlidir. 5.4. Daxili Yaddaş: PUA sistemində və/və ya məsafədən idarəetmə pultunda daxili minimum 30 GB yaddaş və ya funksional baxımdan ekvivalent məlumat saxlama imkanı olmalıdır. 6. Komplektasiya Tələbləri (Tədarük Dəsti) Təqdim olunan dəstə minimum aşağıdakı avadanlıq və aksesuarlar daxil olmalıdır: 1 ədəd - Multispektral və RGB kameralı Pilotsuz Uçuş Aparatı (PUA); 1 ədəd - Daxili ekranlı və ya monitor qoşula bilən uzaqdan idarəetmə pultu; 1 ədəd - Santimetr dəqiqlikli RTK modulu; Minimum 3 ədəd - Orijinal uçuş batareyası; 1 ədəd - Batareya doldurma stansiyası (Hub) və müvafiq enerji adapteri; 1 dəst - Ehtiyat pərlər (pər dəsti); 1 ədəd - Minimum 30 GB tutumlu microSD yaddaş kartı; 1 ədəd - Avadanlıqların sahədə təhlükəsiz daşınması üçün zərbəyə davamlı xüsusi daşıma çantası ( keys ); 1 ədəd - İstifadəçi təlimatı və zəmanət talonu. 7. Zəmanət, Servis və Hüquqi Sənədləşmə - 7.1. Zəmanət müddəti: Avadanlıqların təhvil-təslim aktı imzalandığı gündən etibarən minimum 12 ay rəsmi zavod zəmanəti olmalıdır. 7.2. Yerli Servis Dəstəyi: Avadanlığın uzunmüddətli işləməsini təmin etmək üçün Azərbaycan Respublikası ərazisində rəsmi və ya səlahiyyətli texniki servis xidməti, həmçinin zəruri ehtiyat hissələrinin (qol, mühərrik, pər, kabel və s.) anbar təminatı mövcud olmalıdır. 7.3. Hüquqi Avtorizasiya: Tender iştirakçısı məhsulların saxta və ya qeyri-rəsmi yollarla gətirilməsinin qarşısını almaq üçün istehsalçıdan və ya istehsalçının rəsmi regional nümayəndəsindən alınmış MAF (Manufacturer Authorization Form - İstehsalçı İcazə Məktubu) və ya DAF (Distributor Authorization Form - Distribütor İcazə Məktubu) sənədini mütləq təqdim etməlidir. Eyni zmanda bütün minimum tələbləri ödəyən ekvivalent məhsul qəbul edilir. | ||
| 3 | Lisenziya -1 illik Aqrodron və multispektral pilotsuz uçuş aparatlarının uçuş planlaşdırılması, xəritələndirmə, multispektral məlumatların emalı və vegetasiya indekslərinin hesablanması üçün nəzərdə tutulmuş proqram təminatı təqdim edilməlidir. Təqdim edilən proqram təminatı minimum 1 (bir) il müddətinə rəsmi lisenziyalı olmalıdır. Lisenziya istehsalçı və ya onun rəsmi tərəfdaşı tərəfindən təqdim edilməlidir. Lisenziya müddəti ərzində proqram təminatının yenilənməsi (update) və texniki dəstək xidmətləri təmin edilməlidir. Lisenziya ən azı satın alınan avadanlıqların tam funksional istifadəsini təmin etməli və xəritələndirmə, ortofoto hazırlanması, 2D/3D emal, NDVI, GNDVI, NDRE və digər vegetasiya indekslərinin hesablanması funksiyalarını dəstəkləməlidir. Lisenziya aktivləşdirilmiş vəziyyətdə, istifadəçi hesabı və bütün giriş məlumatları ilə birlikdə satınalan təşkilata təhvil verilməlidir. Lisenziyanın qanuni istifadəsini təsdiq edən sənədlər (lisenziya sertifikatı, aktivasiya kodu və ya istehsalçının təsdiq məktubu) təhvil-təslim zamanı təqdim edilməlidir. | 1 | ədəd |
| 4 | Təlim xidməti Təlim satınalan təşkilatın göstərdiyi ərazidə keçirilməlidir; Təlim nəzəri və praktiki hissələrdən ibarət olmalıdır; Təlim müddəti minimum 3 (üç) iş günü olmalıdır; Təlimdə 1 nəfər əməkdaş iştirak etməlidir; Praktiki məşğələlər təqdim edilən avadanlıqlar üzərində keçirilməlidir. | 1 | nəfər |
| 5 | Konsaltinq xidməti Təchizatçı avadanlıqların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun istismarını təmin etmək məqsədilə onların qeydiyyatı, istismara buraxılması və istifadə olunması üçün tələb olunan sənədlərin hazırlanmasını və müvafiq dövlət qurumlarından zəruri icazələrin alınmasını təmin etməlidir. | 1 | ədəd |
| 1 |
| dəst |
По 19 опубликованным результатам его закупок.
последняя победа 03 сент. 2026 г.
последняя победа 09 февр. 2026 г.
последняя победа 22 сент. 2026 г.
последняя победа 08 сент. 2026 г.
последняя победа 04 авг. 2026 г.