Заказчик: "İNNOVASİYA VƏ TƏCHİZAT MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
У этого заказчика в той же категории 1 закупок сорвалось из-за нехватки участников. Конкуренция слабая.
20 закупок, 9 разных победителей
Чаще всех выигрывает: "VİTTA ELMİ-TEXNİKİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (5, 25%)
Основание: этот заказчик, эта категория
Победители опускались от сметы на 0.07-93.1%, медиана 9.49%.
Для этого тендера это от 5 414 265 AZN до 5 048 369 AZN.
Ниже 384 861 AZN не выигрывал никто.
1 525 AZN
Документы 25 AZN + участие 1 500 AZN
Сверху идут обеспечение заявки и время специалиста.
Документация платная, но позиции лота открыты. Разбор строится именно на них.
| # | Состав лота | Количество | Единица |
|---|---|---|---|
| 1 | C-arm skopiya (C-qolu) rəqəmsal 1. Sistem və klinik təyinat 1.1, Sistem mobil C-qollu rəqəmsal rentgen-flüoroskopiya sistemi olmalı, əməliyyatxana və müdaxilə prosedurlarında real vaxt görüntüləməni təmin etməlidir. 1.2, Sistem ortopediya, travmatologiya, ümumi cərrahiyyə, urologiya, ağrı prosedurları, onurğa və uyğun konfiqurasiyada damar müdaxilələri üçün istifadə oluna bilməlidir. 1.3, Sistem rəqəmsal impuls flüoroskopiya, tək kadr/rəqəmsal rentgen görüntüsü və son görüntünün saxlanması (Last Image Hold və ya ekvivalent) rejimlərini dəstəkləməlidir. 1.4, Sistem mobil, balanslaşdırılmış və əməliyyat otağında rahat manevr edilə bilən konstruksiyaya malik olmalıdır. 2. Flat Panel Detektor 2.1, Detektor Flat Panel Detector (FPD) tipli olmalıdır. Görüntü gücləndiricili (Image Intensifier) sistem qəbul edilməməlidir. 2.2, Detektor texnologiyası CMOS, amorf silisium (a-Si), IGZO/TFT və ya klinik cəhətdən ekvivalent rəqəmsal düz-panel texnologiyası ola bilər. 2.3, Aktiv görüntü sahəsi ən azı 20 × 20 sm olmalıdır. Daha böyük, o cümlədən təxminən 26 × 26 sm, 30 × 30 sm və daha geniş detektor sahələri qəbul edilməlidir. 2.4, Detektor matrisası ən azı 1340 × 1340 piksel səviyyəsində və ya daha yüksək olmalıdır. 2.5, Detektor piksel addımı (pixel pitch) maksimum 200 mikrometr olmalıdır. Daha kiçik piksel ölçüsü qəbul edilməlidir. 2.6, Rəqəmsal çıxış dərinliyi minimum 14 bit, üstünlük olaraq 16 bit və ya ekvivalent dinamik diapazon təmin etməlidir. 2.7, Sistem anatomik sahəyə uyğun elektron kollimasiya, böyütmə/zoom və görüntü sahəsinin seçilməsi funksiyalarına malik olmalıdır. 2.8, Detektor konstruksiyası cərrahi sahəyə yaxın yerləşməyə imkan verən kompakt profilə malik olmalıdır. 3. Rentgen generatoru və boru 3.1, Generator yüksək tezlikli olmalı və impuls flüoroskopiya üçün nəzərdə tutulmalıdır. 3.2, Generatorun maksimal çıxış gücü minimum 12 kW olmalıdır. 15 kW, 25 kW, 30 kW və daha yüksək güclü sistemlər qəbul edilməlidir. 3.3, Rentgen borusunun maksimal gərginliyi ən azı 110 kV olmalıdır; 120 kV və ya daha yüksək maksimal gərginlik üstünlük təşkil edir. 3.4, Sistem avtomatik ekspozisiya/doza idarəetməsi və anatomik proqramlara uyğun kV/mA optimallaşdırılmasını təmin etməlidir. 3.5, Rentgen borusu uzunmüddətli əməliyyatlarda işləməyə uyğun istilik idarəetmə/soyutma sisteminə malik olmalıdır. 3.6, İmpuls flüoroskopiya kadr tezliyi seçilə bilməli, sistem aşağı dozalı rejimləri dəstəkləməlidir. 4. C-qolun geometriyası və hərəkətləri 4.1, C-qol balanslaşdırılmış olmalı, orbital, angulyar, üfüqi və şaquli mövqeləndirmə imkanlarına malik olmalıdır. 4.2, Orbital hərəkətin ümumi diapazonu minimum 135° olmalıdır. 4.3, Angulyar/lateral fırlanma diapazonu klinik prosedurlar üçün kifayət etməli və ümumi hərəkət diapazonu minimum ±10° səviyyəsində olmalıdır; daha geniş diapazon qəbul edilməlidir. 4.4, C-qolun dərinliyi (immersion depth) minimum 65 sm olmalıdır. 4.5, Rentgen borusu ilə detektor arasında sərbəst məsafə minimum 75 sm olmalıdır. 4.6, Mənbə–detektor məsafəsi (SID) minimum 90 sm olmalıdır. 4.7, C-qolun şaquli qaldırılma və endirilmə hərəkəti elektrik motoru vasitəsilə həyata keçirilməli və operator tərəfindən idarə olunmalıdır. Şaquli hərəkət diapazonu minimum 40 sm olmalıdır. 4.8, Hərəkətlərin kilidlənməsi və təhlükəsiz fiksasiyası üçün mexaniki və/və ya elektromaqnit əyləc sistemi olmalıdır. 5. Monitor və görüntü sistemi 5.1, Sistem canlı və referens görüntülərin eyni vaxtda izlənməsini təmin edən monitor həllinə malik olmalıdır. 5.2, Monitor konfiqurasiyası minimum 2 ədəd 19 düymlük tibbi monitor və ya eyni vaxtda iki görüntünü göstərməyə imkan verən minimum 31,5 düymlük vahid yüksək ayırdetməli tibbi monitor ola bilər. 5.3, Monitor(lar) TFT/LCD/LED və ya ekvivalent rəqəmsal texnologiyalı, yüksək parlaqlıq və geniş baxış bucağına malik olmalıdır. 5.4, Vahid böyük monitor təklif edildikdə ayırdetmə minimum 4K UHD səviyyəsində olmalıdır; iki monitorlu sistemdə hər monitor diaqnostik/əməliyyat görüntüləməsi üçün uyğun native rəqəmsal ayırdetməyə malik olmalıdır. 5.5, Monitor arabası/daşıyıcısı əməliyyat otağında rahat yerləşdirilməli; monitorların hündürlüyü və baxış istiqaməti tənzimlənə bilməlidir. 5.6, Monitor sistemi canlı flüoroskopiya və saxlanmış/referens görüntünü yanaşı göstərməyi təmin etməlidir. 6. Kompüter, prosessor və yaddaş 6.1, Görüntü emalı sistemi tibbi real-vaxt flüoroskopiya üçün nəzərdə tutulmuş çoxnüvəli prosessora malik olmalıdır; prosessor minimum 6 fiziki nüvəli müasir arxitekturalı və ya istehsalçının ekvivalent xüsusi görüntü prosessoru olmalıdır. 6.2, Operativ yaddaş minimum 16 GB RAM və ya istehsalçının ekvivalent performanslı inteqrə olunmuş arxitekturası olmalıdır. 6.3, Sistem diski minimum 512 GB SSD və ya ekvivalent sürətli yaddaş texnologiyasına malik olmalıdır. 6.4, Sistem minimum 100 000 görüntünün lokal saxlanmasını təmin etməli və ya istehsalçının ekvivalent/yüksək yaddaş tutumlu həllinə malik olmalıdır. 6.5, Əməliyyat sistemi və görüntü emalı platforması istehsalçı tərəfindən tibbi istifadə üçün təsdiqlənmiş və dəstəklənən olmalıdır. 7. Görüntü emalı və proqram təminatı 7.1, Real vaxt səs-küy azaldılması, kənarların/detailin yaxşılaşdırılması və hərəkət artefaktlarının optimallaşdırılması funksiyaları olmalıdır. 7.2, Last Image Hold, rəqəmsal zoom, görüntünün çevrilməsi/rotasiyası, parlaqlıq-kontrast tənzimlənməsi, annotasiya və məsafə ölçmə funksiyaları olmalıdır. 7.3, Anatomiyaya/prosedura uyğun əvvəlcədən proqramlaşdırılmış ekspozisiya və görüntü emalı protokolları olmalıdır. 7.4, Dozanın azaldılması üçün impuls flüoroskopiya, aşağı doza rejimi, virtual/elektron kollimasiya və uyğun avtomatik doza optimallaşdırma funksiyaları olmalıdır. 7.5, Damar prosedurları tələb olunan konfiqurasiyada subtraction, roadmap və ya ekvivalent vaskulyar görüntüləmə proqramları təklif edilə bilməlidir. 8. İdarəetmə və iş axını 8.1, C-qol üzərində operatorun əsas çəkiliş parametrlərini idarə edə bildiyi inteqrə olunmuş idarəetmə paneli olmalıdır. 8.2, Əl açarı və ayaq pedalı ilə flüoroskopiyanın idarə olunması mümkün olmalıdır. 8.3, Əsas idarəetmə funksiyaları steril iş axınına uyğun şəkildə əlçatan olmalıdır. 8.4, Sistem pasiyent və müayinə məlumatlarının daxil edilməsi, protokol seçimi, görüntülərin nəzərdən keçirilməsi və arxivləşdirilməsi üçün istifadəçi interfeysinə malik olmalıdır. 9. DICOM və şəbəkə 9.1, Sistem DICOM 3.0 standartını dəstəkləməlidir. 9.2, DICOM Storage və DICOM Print funksiyaları olmalıdır. 9.3, DICOM Modality Worklist və MPPS funksiyaları standart və ya təklif olunan konfiqurasiyaya daxil edilməlidir. 9.4, PACS/RIS/HIS sistemlərinə inteqrasiya üçün Ethernet şəbəkə interfeysi olmalıdır. 9.5, USB və/və ya ekvivalent rəqəmsal ixrac interfeysi olmalıdır. WLAN istehsalçı tərəfindən dəstəkləndiyi halda qəbul edilməlidir. 9.6, Doza məlumatlarının DICOM Radiation Dose Structured Report (RDSR) və ya ekvivalent standart vasitəsilə ötürülməsi üstünlük təşkil edir. 10. Doza və təhlükəsizlik 10.1, Sistem xəstə və personal dozasının azaldılması üçün avtomatik doza optimallaşdırma funksiyalarına malik olmalıdır. 10.2, Kollimasiya, impuls flüoroskopiya, aşağı doza rejimi və ekspozisiya parametrinin avtomatik tənzimlənməsi təmin edilməlidir. 10.3, Doza göstəriciləri ekranda göstərilməli və mümkün olduqda müayinə üzrə saxlanmalıdır. 10.4, Sistem IEC 60601 seriyasının tətbiq olunan elektrik və radiasiya təhlükəsizliyi standartlarına uyğun olmalıdır. 11. Komplektasiya 11.1, Flat Panel Detektorlu mobil C-qol əsas sistemi – 1 dəst. 11.2, Monitor sistemi/monitor arabası – istehsalçının təklif etdiyi tam klinik konfiqurasiyada. 11.3, Əl açarı və ayaq pedalı – 1 dəst. 11.4, Lazer nişangahı və ya ekvivalent mövqeləndirmə vasitəsi – mövcud olduğu halda. 11.5, DICOM şəbəkə interfeysləri və zəruri lisenziyalar. 11.6, Sistem üçün zəruri enerji, şəbəkə və əlaqə kabelləri. 11.7, İstifadəçi və servis sənədləri. 11.8, Quraşdırma, işə salma və istifadəçi təlimi. 12. Zəmanət və servis 12.1, Sistem yeni və istifadə olunmamış olmalıdır. 12.2, Minimum 12 ay tam zəmanət verilməlidir. 12.3, Zəmanət müddətində profilaktik texniki xidmət, nasazlıqların aradan qaldırılması və zəruri ehtiyat hissələri təmin edilməlidir. 12.4, Təklif olunan model üçün istehsalçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən texniki servis dəstəyi təmin edilməlidir. 19. İstehsalçıya və Təchizatrçıya dair tələblər 19.1. İstehsalçı təklif etdiyi C-qolu cihazının texniki servisini dəstəklənməsini ehtiyyat hissələrinin istehsalını satış sonrası ən azı daha 10 il müddətində təmin edə bilməlidir. 19.2. İstehsalçının təklif etdiyi avadanlıq beynəlxalq tibbi cihaz bazarında kommersiya istifadəsində olmalıdır. 19.3. Təklif olunan avadanlıq üçün Avropa İttifaqı tibbi cihaz qanunvericiliyinə uyğun CE uyğunluq sənədi və ya ekvivalent beynəlxalq uyğunluq sənədi təqdim edilməlidir. 19.4. İstehsalçı tibbi cihazların istehsalı üzrə ISO 13485:2016 keyfiyyət idarəetmə sistemi sertifikatına malik olmalıdır. 19.5. İstehsalçı tərəfindən təklif olunan model üçün beynəlxalq klinik istifadə və satış təcrübəsi olmalıdır. 19.6. Tender iştirakçısı təklif etdiyi avadanlığın istehsalçısı tərəfindən Azərbaycan Respublikasının ərazisində satış, quraşdırma, zəmanət və texniki servis xidmətlərini həyata keçirmək üçün rəsmi qaydada avtorizə edilmiş olmalıdır. 19.7. Təchizatçı şirkətin Azərbaycanda təklif C-qolu cihazı üzrə Servis xidməti və təlim keçmiş servis mühəndisi olmalıdır. | 6 | ədəd |
| 2 | KT üçün injektor pompası Komplektə 1 ədəd ikibaşlı KT kontrast injektor pompası, injektor başlığı, mobil dayaq/trolley, operator idarəetmə konsolu və ya sensor ekranlı idarəetmə bloku, kontrast maddə isitmə sistemi, 200 ml şpris/konteyner tutacaqları, enerji və bağlantı kabelləri, minimum 100 dəst birdəfəlik steril KT injektor şprisi və xəstə xətti, istifadəçi təlimatı və sistemin işləməsi üçün zəruri əsas aksesuarlar daxil olmalıdır. | 3 | ədəd |
| 3 | Rentgen stasionar tipli 1. Ümumi tələblər 1.1. Sistem stasionar, tam rəqəmsal, çoxməqsədli rentgenoqrafiya və flüoroskopiya (Digital R/F) sistemi olmalıdır. 1.2. Sistem ümumi rentgenoqrafiya, mədə-bağırsaq, uroloji, ortopedik, döş qəfəsi, udma aktı və digər uyğun flüoroskopik müayinələri dəstəkləməlidir. 1.3. Sistem əsasən bir ədəd əyilə bilən/hərəkətli R/F masası, hərəkətli rentgen borusu, dinamik FPD, generator, operator konsolu və görüntü işçi stansiyasından ibarət olmalıdır. 1.4. Tavandan asılan əlavə rentgen borusu (overhead/ceiling tube suspension) tələb olunmur və əsas konfiqurasiyanın məcburi hissəsi olmamalıdır. 1.5. Ayrıca divar tipli detektor dayağı (Wall Stand/Bucky Stand) tələb olunmur. 1.6. Sistem masa üzərində flüoroskopiya və rentgenoqrafiyanı, həmçinin konstruksiyanın imkan verdiyi halda masa şaquli vəziyyətdə və/və ya detektorun uyğun mövqeləndirilməsi ilə ümumi rentgen çəkilişlərini yerinə yetirməlidir. 1.7. Sistem buckler və pediatrik xəstələr üçün proqramlaşdırıla bilən anatomik/prosedur protokollarına malik olmalıdır. 2. Dinamik Flat Panel Detector 2.1. Əsas görüntü detektoru flüoroskopiya və rentgenoqrafiya üçün uyğun dinamik Flat Panel Detector (FPD) olmalıdır. 2.2. FPD-nin nominal ölçüsü 17 × 17 düym sinfində, yəni təxminən 43 × 43 sm olmalıdır. Aktiv sahədə istehsalçı konstruksiyasından irəli gələn cüzi fərqlər qəbul edilməlidir. 2.3. Detektor texnologiyası amorf silisium/CsI, TFT və ya klinik cəhətdən ekvivalent rəqəmsal düz-panel texnologiyası ola bilər. 2.4. Rentgenoqrafiya rejimində detektorun piksel addımı maksimum 200 mikrometr olmalıdır; daha kiçik piksel ölçüsü üstün hesab olunur. 2.5. Detektor matrisi minimum 2000 × 2000 piksel və ya ekvivalent/yüksək məkan ayırdetməsini təmin edən matrisaya malik olmalıdır. 2.6. Rəqəmsal görüntü dərinliyi minimum 12 bit olmalı, 14/16 bit və daha yüksək sistemlər qəbul edilməlidir. 2.7. Flüoroskopiya rejimində müxtəlif görüntü sahələrinin (FOV) və böyütmə rejimlərinin seçilməsi mümkün olmalıdır. 2.8. FPD sistemə inteqrə olunmuş və ya istehsalçı konstruksiyasına uyğun çıxarıla bilən/detachable tipli ola bilər. Çıxarıla bilən detektor simsiz rentgenoqrafiyanı dəstəkləyə bilər. 3. R/F masası və mexaniki hərəkətlər 3.1. Masa motorlaşdırılmış əyilmə (tilting) funksiyasına malik olmalı və horizontal vəziyyətdən xəstənin ayaqüstü/şaquli vəziyyətinə qədər hərəkət etməlidir. 3.2. Masanın şaquli istiqamətdə maksimal əyilməsi minimum +85° olmalıdır; +90° sistemlər qəbul edilməlidir. 3.3. Trendelenburg istiqamətində əyilmə minimum −20° olmalıdır; daha geniş mənfi bucaq diapazonu qəbul edilməlidir. 3.4. Masa üstü və/və ya görüntüləmə sistemi xəstənin anatomik sahəsinin uzununa və eninə əhatəsi üçün motorlaşdırılmış və/və ya sərbəst hərəkət imkanına malik olmalıdır. 3.5. Masanın uzunluğu minimum 2000 mm, eni minimum 600 mm olmalıdır. İstehsalçı konstruksiyasına uyğun daha böyük ölçülər qəbul edilməlidir. 3.6. Masa minimum 180 kq xəstə yükünü daşımalıdır; 200 kq və daha yüksək yük qabiliyyəti üstün hesab olunur. 3.7. Masanın hərəkətləri təhlükəsiz başlanma/dayanma, fövqəladə dayandırma və toqquşmanın qarşısının alınması funksiyaları ilə təmin edilməlidir. 3.8. Masa xəstəyə rahat giriş, xəstənin fiksasiyası və prosedur aksesuarlarının qoşulması üçün uyğun konstruksiyaya malik olmalıdır. 4. Rentgen borusu və mövqeləndirmə 4.1. Rentgen borusu R/F masasının görüntüləmə zənciri ilə inteqrə olunmuş hərəkətli konstruksiyada olmalı, flüoroskopiya və rentgenoqrafiya çəkilişlərini təmin etməlidir. 4.2. Rentgen borusunun və/və ya görüntüləmə zəncirinin hərəkəti müxtəlif anatomik sahələrin görüntülənməsinə imkan verməlidir. 4.3. Sistem konstruksiyası imkan verdiyi halda borunun fırladılması/angulyasiyası ilə masa xaricində və ya masa şaquli vəziyyətdə ümumi rentgenoqrafiya çəkilişləri aparıla bilməlidir. 4.4. Fokus–detektor məsafəsi (SID) standart R/F müayinələri üçün minimum 100 sm olmalıdır və sistemin konstruksiyasına uyğun dəyişdirilə bilməlidir. 4.5. Ayaqüstü/döş qəfəsi çəkilişləri nəzərdə tutulduqda sistem minimum təxminən 150 sm SID əldə etməyə imkan verməlidir və ya istehsalçının ekvivalent həlli təqdim edilməlidir. 4.6. Kollimator işıqlı sahə göstəricisinə malik, əl ilə və/və ya avtomatik idarə olunan olmalıdır. 4.7. Kollimasiya sahəsinin son saxlanılmış görüntü üzərindən ekspozisiyasız tənzimlənməsi (virtual collimation və ya ekvivalent) üstünlük təşkil edir. 5. Rentgen generatoru 5.1. Generator yüksək tezlikli inverter tipli və ya ekvivalent müasir yüksək tezlikli generator olmalıdır. 5.2. Generatorun nominal gücü minimum 65 kW olmalıdır. 80 kW və daha yüksək güclü sistemlər qəbul edilməlidir. 5.3. Rentgenoqrafiya üçün boru gərginliyi diapazonu minimum 40–150 kV və ya bu klinik diapazonu əhatə edən ekvivalent diapazonda olmalıdır. 5.4. Maksimal rentgenoqrafik boru cərəyanı minimum 600 mA olmalıdır; daha yüksək göstəricilər qəbul edilməlidir. 5.5. mAs diapazonu standart pediatrik və böyüklər rentgenoqrafiya protokollarını əhatə etməlidir. 5.6. Sistem avtomatik ekspozisiya idarəetməsi (AEC) və/və ya detektor dozasına əsaslanan avtomatik ekspozisiya optimallaşdırmasını dəstəkləməlidir. 6. Rentgen borusu və istilik idarəetməsi 6.1. Rentgen borusu yüksək yüklənməli R/F müayinələrinə uyğun fırlanan anodlu olmalıdır. 6.2. Boru qurğusunun istilik tutumu minimum 500 kHU olmalı və ya istehsalçı tərəfindən uzunmüddətli flüoroskopiya/rentgenoqrafiya iş yükü üçün klinik cəhətdən ekvivalent istilik idarəetməsi təmin edilməlidir. 6.3. Sistem borunun temperaturunun/istilik yükünün monitorinqini və təhlükəsiz iş rejimini təmin etməlidir. 7. Flüoroskopiya 7.1 Sistem davamlı və/və ya impuls flüoroskopiya rejimlərini dəstəkləməlidir. 7.2. İmpuls flüoroskopiyada müxtəlif kadr tezlikləri seçilə bilməli, minimum olaraq aşağı doza üçün 2 fps və klinik dinamik görüntüləmə üçün ən azı 15 fps rejimi mövcud olmalıdır. 7.3. Sistem avtomatik parlaqlıq/doza idarəetməsi və xəstənin qalınlığına uyğun ekspozisiya optimallaşdırmasını təmin etməlidir. 7.4. Dozanın azaldılması üçün Cu/Al və ya ekvivalent əlavə filtrasiya texnologiyası olmalıdır. 7.5. Last Image Hold/Last Image Freeze və ekspozisiyasız kollimasiya və ya ekvivalent doza qənaət funksiyaları olmalıdır. 7.6. Flüoroskopik görüntülərin saxlanması və cine/sequence qeydinin aparılması mümkün olmalıdır. 8. Rentgenoqrafiya və seriyalı çəkiliş 8.1. Sistem FPD vasitəsilə rəqəmsal spot rentgenoqrafiya və standart rentgenoqrafik çəkilişləri dəstəkləməlidir. 8.2. Flüoroskopiyadan rentgenoqrafiyaya keçid klinik iş axınını ləngitməyən avtomatlaşdırılmış və ya sürətli rejimdə həyata keçirilməlidir. 8.3. Sistem seriyalı görüntü əldəetmə funksiyasına malik olmalıdır; tələb olunan maksimal sürət ən azı 7,5 fps olmalıdır. Daha yüksək sürətlər qəbul edilməlidir. 8.4. DSA və Roadmap funksiyaları klinik ehtiyac olduqda standart və ya opsional proqram paketi kimi təklif edilə bilər; bu funksiyalar ümumi R/F sisteminin baza uyğunluğunu məhdudlaşdırmamalıdır. 9. Görüntü emalı 9.1. Sistem real vaxt rəqəmsal görüntü emalı, səs-küyün azaldılması, kənarların/detailin gücləndirilməsi və dinamik diapazonun optimallaşdırılması funksiyalarına malik olmalıdır. 9.2. Parlaqlıq/kontrast, zoom, görüntünün çevrilməsi, 90° rotasiya, inversiya və annotasiya funksiyaları olmalıdır. 9.3. Məsafə və bucaq ölçmə funksiyaları olmalıdır. 9.4. Çoxtezlikli emal, rekursiv filtr və ya istehsalçının klinik cəhətdən ekvivalent görüntü emalı alqoritmləri qəbul edilməlidir. 9.5. Eyni müayinəyə aid bir neçə görüntünün ekranda eyni vaxtda müqayisəli baxışı mümkün olmalıdır. 10. İşçi stansiya və monitor 10.1. Sistem tibbi görüntülərin əldə edilməsi, emalı, baxışı və DICOM ötürülməsi üçün inteqrə olunmuş işçi stansiya ilə təchiz edilməlidir. 10.2. İşçi stansiya çoxnüvəli müasir prosessor və ya istehsalçının ekvivalent tibbi görüntü emalı platformasına malik olmalıdır. 10.3. Operativ yaddaş minimum 16 GB RAM və ya ekvivalent performanslı inteqrə olunmuş arxitektura olmalıdır. 10.4. Yaddaş minimum 512 GB SSD və ya ekvivalent/yüksək sürətli yaddaş həlli olmalıdır. 10.5. Əməliyyat sistemi istehsalçı tərəfindən tibbi sistem üçün təsdiqlənmiş və dəstəklənən aktual əməliyyat sistemi olmalıdır; konkret Windows versiyası məcburi tutulmamalıdır. 10.6. Əsas baxış monitoru minimum 19 düym tibbi LCD/LED monitor olmalı, minimum 1280×1024 və ya daha yüksək ayırdetməni təmin etməlidir. 10.7. Operatorun xəstəni və canlı flüoroskopik görüntünü rahat izləməsi üçün sistemin konfiqurasiyasına uyğun əlavə monitor/monitorlar təqdim edilməlidir. 11. Doza idarəetməsi 11.1. Hesablanmış və/və ya ölçülmüş doza göstəriciləri real vaxtda göstərilməlidir. 11.2. Sistem DAP/KAP və ya ekvivalent doza göstəricilərinin qeydiyyatını dəstəkləməlidir. 11.3. Doza məlumatları DICOM RDSR, MPPS və/və ya uyğun DICOM mexanizmi vasitəsilə saxlanıla və ötürülə bilməlidir. 11.4. Pediatrik və aşağı doza protokolları dəstəklənməlidir. 12. DICOM və şəbəkə 12.1. Sistem DICOM 3.0 standartını dəstəkləməlidir. 12.2. Ən azı DICOM Storage, Print, Modality Worklist və MPPS funksiyaları təmin edilməlidir. 12.3. PACS və RIS/HIS sistemləri ilə inteqrasiya mümkün olmalıdır. 12.4. Görüntülərin standart şəbəkə vasitəsilə arxivləşdirilməsi və ixracı mümkün olmalıdır. 12.5. USB və/və ya istehsalçının dəstəklədiyi digər rəqəmsal media vasitəsilə görüntü ixracı mümkün olmalıdır. 13. Elektrik və quraşdırma 13.1. Sistem Azərbaycan Respublikasında istifadə olunan elektrik şəbəkəsinə uyğun, 50 Hz tezlikli üçfazalı qidalanma ilə işləməlidir. 13.2. Təchizatçı təklif olunan sistemin faktiki elektrik gücü, giriş gərginliyi, qoruyucu avtomat və kabel tələblərini layihələndirmə sənədlərində göstərməlidir. 13.3. Sistemin quraşdırılması üçün otaq planı, radiasiya mühafizəsi və avadanlığın yerləşmə çertyojları təqdim edilməlidir. 13.4. Cihazın elektrik təchizatına dair qoruyucu Avtomat, elektrik paneli, panelə qədər bağlıantı kabelləri və s komplektə daxil olmalıdır. 14. Komplektasiya, zəmanət və servis 14.1. Əsas R/F sistemi, dinamik 43×43 sm sinifli FPD, generator, rentgen borusu, R/F masası, kollimator, operator konsolu, işçi stansiya və monitorlar komplektə daxil olmalıdır. 14.2. Sistemin işləməsi üçün tələb olunan bütün əsas proqram lisenziyaları, kabellər, interfeyslər və standart aksesuarlar təqdim edilməlidir. 14.3. İstifadəçilər üçün tətbiqi təlim keçirilməlidir. 14.4. Cihaza ehtiyat hissələri və servis daxil olmaqla minimum 12 ay zəmanət verilməlidir. 14.5. Təchizatçı istehsalçı tərəfindən satış, quraşdırma və servis üçün səlahiyyətləndirilməsini təsdiq edən sənəd təqdim etməlidir. 14.6. Azərbaycanda təklif olunan sistem üzrə təlim keçmiş və sertifikatlı servis mühəndisinin/mühəndislərinin mövcudluğu təsdiq edilməlidir. 14.7. İstehsalçı ISO 13485 və ya ekvivalent tibbi cihaz keyfiyyət idarəetmə sistemi üzrə qüvvədə olan sertifikata malik olmalıdır. 14.8. Təklif olunan model üçün CE uyğunluğu və/və ya ekvivalent beynəlxalq tibbi cihaz bazara çıxış sənədi təqdim edilməlidir. 14.9. İstehsalçı tibbi rentgen sistemlərinin istehsalı sahəsində minimum 10 il təcrübəyə malik olmalıdır. 14.10. İstehsalçı təklif etdiyi Rentgen sisteminin texniki servisini dəstəklənməsini ehtiyyat hissələrinin istehsalını satış sonrası ən azı daha 10 il müddətində təmin edə bilməlidir. 14.11. İstehsalçının təklif etdiyi Rentgen sistemi beynəlxalq tibbi cihaz bazarında kommersiya istifadəsində olmalıdır. 14.12. İstehsalçı tərəfindən təklif olunan Rentgen sisteminin FDA tərəfindən tibbi cihaz kimi təsdiqini (FDA clearance/approval) təsdiq edən müvafiq sənəd, tələb olunduğu halda, təqdim edilməlidir. 14.13. Ehtiyac olduğu halda mövcud köhnə və istismara yararsız Rentgen cihazının demontajı və yeni Rentgenin montajı təchizatçı şirkət tərəfindən həyata keçirilməlidir. 14.14. Tender iştirakçısı təklif etdiyi Rentgen sisteminin istehsalçısı tərəfindən Azərbaycan Respublikasının ərazisində satış, quraşdırma, zəmanət və texniki servis xidmətlərini həyata keçirmək üçün rəsmi qaydada avtorizə edilmiş olmalıdır. 14.15. Təchizatçı Azərbaycanda təklif olunan Rentgen sistemi üzrə istehsalçı tərəfindən təlim keçmiş və müvafiq sertifikata malik servis mühəndislərinin mövcudluğunu təsdiq edən sənədləri təqdim etməlidir. | ||
| 4 | Rentgen film printeri Rentgen film printeri termal — tibbi dry imager, minimum 1 ədəd film kaseti/tray, şəbəkə bağlantısı üçün LAN interfeysi,DİCOM, enerji kabeli, istifadəçi təlimatı və cihazın işləməsi üçün zəruri əsas aksesuarlar daxil olmalıdır.Cihaz ən azı 14 x 17 düym, 10 x 12 düym və 8 x 10 düym tibbi dry film ölçülərini dəstəkləməlidir. | 4 | ədəd |
| 5 | Rentgen portativ (detektorla birlikdə) 1. Ümumi tələblər 1.1 Sistem portativ/mobil rəqəmsal rentgen sistemi olmalı və rentgen generatoru, rentgen borusu, kollimator, təkərli trolley/mobil dayaq sistemi, rəqəmsal flat panel detektor, görüntü əldəetmə və emal sistemi ilə komplekt təqdim edilməlidir. 1.2 Sistem palata, təcili yardım, reanimasiya, intensiv terapiya, əməliyyatönü/əməliyyatsonrası və digər mobil rentgen müayinələrində istifadə üçün nəzərdə tutulmalıdır. 1.3 Sistem döş qəfəsi, qarın, çanaq, onurğa, yuxarı və aşağı ətraflar və digər standart ümumi rentgenoqrafik müayinələrin aparılmasını təmin etməlidir. 1.4 Sistem rəqəmsal görüntünün ekspozisiyadan sonra qısa müddətdə əldə edilməsini, emalını, saxlanılmasını və PACS sisteminə ötürülməsini təmin etməlidir. 2. Trolley, mobil dayaq və pozisiyalama mexanizmi 2.1 Sistem təkərli, dayanıqlı və əyləc mexanizminə malik trolley/mobil dayaq sistemi ilə komplekt təqdim edilməlidir. 2.2 Rentgen generatoru və boru bloku trolleyə inteqrə edilmiş və ya istehsalçının nəzərdə tutduğu təhlükəsiz mexanizm vasitəsilə trolley üzərində quraşdırılmış konstruksiyada olmalıdır. 2.3 Trolley və boru dayağı rentgen borusunun müxtəlif hündürlük və bucaqlarda rahat və dəqiq pozisiyalanmasını təmin etməlidir. 2.4 Boru dayağının şaquli və üfüqi hərəkəti, fırlanması və ya teleskopik uzanması xəstə çarpayısı, reanimasiya çarpayısı və əlil arabasında müayinələrin aparılması üçün kifayət edən iş diapazonunu təmin etməlidir. 2.5 Sistem xəstəxana daxilində daşınma zamanı təhlükəsiz manevr etməyə imkan verən tutacaq, təkər və əyləc konstruksiyasına malik olmalıdır. 2.6 Sistemdə rəqəmsal detektorun təhlükəsiz saxlanması və daşınması üçün xüsusi bölmə və ya detektor tutacağı olmalıdır. 3. Yüksək tezlikli rentgen generatoru 3.1 Generator yüksək tezlikli inverter texnologiyalı olmalı və nominal/maksimal çıxış gücü minimum 20 kW olmalıdır. 3.2 Rentgen borusu gərginliyi diapazonu minimum 40–125 kV və ya daha geniş olmalıdır. 3.3 Generatorun maksimal boru cərəyanı minimum 200 mA olmalıdır. 3.4 mAs diapazonunun aşağı həddi 0,5 mAs və ya daha aşağı olmalı, yuxarı həddi isə minimum 200 mAs təmin etməlidir. 3.5 Generator anatomik nahiyə və pasiyent xüsusiyyətinə uyğun ekspozisiya parametrlərinin seçilməsi üçün APR (Anatomically Programmed Radiography) və ya ekvivalent protokol sistemi ilə təchiz olunmalıdır. 3.6 Ekspozisiya parametrləri idarəetmə panelindən və ya sistemin rəqəmsal istifadəçi interfeysindən seçilə və izlənilə bilməlidir. 4. Rentgen borusu və kollimator 4.1 Rentgen borusu peşəkar mobil rentgenoqrafiya tətbiqləri üçün nəzərdə tutulmuş olmalı və generatorun tələb olunan güc diapazonunda sabit işləməni təmin etməlidir. 4.2 Rentgen borusunun fokus nöqtəsi yüksək məkan ayırdetməli ümumi rentgenoqrafiya üçün uyğun olmalıdır. 4.3 Kollimator işıq sahəsi göstəricisi ilə təchiz olunmalı və rentgen sahəsinin ölçüsünün əl ilə və ya avtomatik tənzimlənməsini təmin etməlidir. 4.4 Rentgen borusu və kollimator sistemi 35 × 43 sm detektor sahəsinin klinik iş məsafələrində tam örtülməsini təmin etməlidir. 4.5 Sistemin ümumi filtrasiya səviyyəsi qüvvədə olan IEC tələblərinə uyğun olmalıdır. 5. İdarəetmə və istifadəçi interfeysi 5.1 Sistem ekspozisiya parametrlərinin seçilməsi, APR protokollarının idarə edilməsi və sistem statusunun izlənilməsi üçün rəqəmsal idarəetmə interfeysinə malik olmalıdır. 5.2 İdarəetmə ekranı və ya iş stansiyası rəngli olmalı və klinik iş axınının rahat idarə edilməsini təmin etməlidir. 5.3 Sistem müxtəlif anatomik nahiyələr üçün çoxsaylı əvvəlcədən proqramlaşdırılmış APR protokollarını dəstəkləməlidir. 6. Rəqəmsal flat panel detektor 6.1 Komplektə 1 ədəd simsiz rəqəmsal Flat Panel Detector (FPD) daxil olmalıdır. 6.2 Detektor a-Si TFT və ya ekvivalent tibbi rəqəmsal rentgen detektor texnologiyasına, CsI və ya GOS sintillyatoruna malik olmalıdır. 6.3 Detektorun nominal formatı 14 × 17 düym / təxminən 35 × 43 sm olmalıdır. 6.4 Detektorun aktiv görüntüləmə sahəsi minimum 35 × 43 sm olmalıdır. 6.5 Detektorun piksel ölçüsü maksimum 150 µm olmalıdır. 6.6 A/D çevirmə dərinliyi minimum 16 bit olmalıdır. 6.7 Detektor ümumi rentgenoqrafiyada sümük strukturlarının, ağciyər sahələrinin və yumşaq toxuma konturlarının diaqnostik qiymətləndirilməsi üçün yüksək məkan ayırdetməsi və geniş boz şkala diapazonu təmin etməlidir. 7. Detektorun simsiz bağlantısı və ekspozisiya aşkarlanması 7.1 Detektor simsiz işləmə imkanına malik olmalı və görüntü əldəetmə sistemi ilə Wi-Fi vasitəsilə əlaqə saxlamalıdır. 7.2 Simsiz əlaqə 2,4 GHz və/və ya 5 GHz tezlik diapazonunu dəstəkləməlidir. 7.3 Detektor kabel vasitəsilə məlumat ötürülməsi, servis və ya sinxronizasiya üçün Ethernet/Gigabit Ethernet, istehsalçı interfeysi və ya ekvivalent bağlantı imkanına malik olmalıdır. 7.4 Detektor AED (Automatic Exposure Detection), auto-trigger və ya ekvivalent avtomatik ekspozisiya aşkarlama funksiyasına malik olmalıdır. 7.5 Avtomatik ekspozisiya aşkarlama sistemi rentgen şüasını aşkar etdikdə görüntü qəbulunu avtomatik başlatmalıdır. 7.6 Detektor təkrar doldurulan daxili və ya dəyişdirilə bilən batareya ilə avtonom işləməlidir. 8. Görüntü əldəetmə və emal sistemi 8.1 Sistem rentgen görüntülərinin əldə edilməsi, emalı, saxlanılması, baxışı və PACS sisteminə ötürülməsi üçün inteqrə olunmuş iş stansiyası və ya minimum 15 düym ekranlı notebook ilə təchiz olunmalıdır. 8.2 Notebook təqdim edildiyi halda minimum 16 GB RAM və 512 GB SSD yaddaşa, müasir çoxnüvəli prosessora və lisenziyalı əməliyyat sisteminə malik olmalıdır. 8.3 Detektorla işləmək üçün istehsalçı tərəfindən uyğunlaşdırılmış lisenziyalı görüntü toplama və emal proqram təminatı quraşdırılmalıdır. 8.4 Proqram təminatı pasiyent məlumatlarının daxil edilməsini, müayinə növünün seçilməsini, görüntünün əldə edilməsini, önbaxışını, böyüdülməsini, çevrilməsini, window/level tənzimlənməsini, markerlərin əlavə edilməsini və görüntülərin saxlanılmasını təmin etməlidir. 8.5 Sistem anatomik nahiyəyə uyğun görüntü emal alqoritmləri və görüntü keyfiyyətinin optimallaşdırılması funksiyalarına malik olmalıdır. 9. DICOM və PACS inteqrasiyası 9.1 Proqram təminatı DICOM 3.0 standartına uyğun olmalıdır. 9.2 Sistem DICOM Store vasitəsilə rentgen görüntülərinin PACS sisteminə göndərilməsini təmin etməlidir. 9.3 Sistem PACS sisteminə LAN və/və ya Wi-Fi şəbəkəsi üzərindən qoşula bilməlidir. 9.4 PACS serverinin IP ünvanı, portu, AE Title və digər əsas DICOM bağlantı parametrlərinin konfiqurasiyası mümkün olmalıdır. 9.5 Sistem DICOM Modality Worklist və ya ekvivalent xəstə/müayinə məlumatlarının şəbəkədən qəbul edilməsi funksiyasını dəstəkləməlidir. 10. Elektrik qidalanması və mobil istifadə 10.1 Sistem 220–240 V AC, 50 Hz elektrik şəbəkəsində işləməyə uyğun olmalıdır. 10.2 Sistem xəstəxana daxilində mobil istifadəyə uyğun elektrik və mexaniki təhlükəsizlik konstruksiyasına malik olmalıdır. 10.3 Sistem batareya ilə hərəkət, ekspozisiya və ya iş axını funksiyalarını təmin edirsə, müvafiq batareya və şarj sistemi təklif edilən konfiqurasiyaya daxil edilməlidir. 11. Komplektasiya 11.1 Komplektə portativ/mobil rentgen generatoru və rentgen borusu bloku daxil olmalıdır. 11.2 Komplektə təkərli trolley/mobil dayaq sistemi daxil olmalıdır. 11.3 Komplektə 1 ədəd 35 × 43 sm simsiz flat panel detektor daxil olmalıdır. 11.4 Komplektə görüntü əldəetmə və emal iş stansiyası və ya tələb olunan konfiqurasiyada notebook daxil olmalıdır. 11.5 Komplektə detektor batareyası, şarj vasitələri, bağlantı kabelləri, enerji kabelləri və sistemin tam işləməsi üçün zəruri standart aksesuarlar daxil olmalıdır. 12. Təhlükəsizlik, zəmanət və servis 12.1 Təklif olunan sistem yeni, istifadə olunmamış və istehsalçının rəsmi satış və servis dəstəyi olan model olmalıdır. 12.2 Minimum 12 ay zəmanət verilməli və zəmanət müddətində texniki servis təmin edilməlidir. 12.3 İstehsalçı və ya səlahiyyətli nümayəndə tərəfindən istifadəçi təlimi təmin edilməlidir. 12.4 Təklif olunan sistem üçün CE uyğunluğu və ya ekvivalent tanınmış tibbi cihaz bazara çıxış/uyğunluq sənədi təqdim edilməlidir. |
| 8 |
| ədəd |
| 5 |
| ədəd |
По 183 опубликованным результатам его закупок.
последняя победа 17 сент. 2026 г.
последняя победа 17 авг. 2026 г.
последняя победа 04 мая 2026 г.
последняя победа 29 сент. 2025 г.
последняя победа 12 дек. 2025 г.