Buyer: "QƏBƏLƏ DÖVLƏT PEŞƏ TƏHSİL MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXS
1 of this buyer's procurements in this category collapsed because too few suppliers bid. Competition here is weak.
9 procurements, 7 different winners
Wins most often: "DİGİTALPARTNER" Məhdud Məsuliyyətli Cəmiyyəti (3, 33.3%)
Based on: this buyer, this category
Winners went 0.04% to 79.19% below the estimate, median 12.7%.
For this tender that is AZN 120,618 down to AZN 109,074.
Nobody has ever won below AZN 26,000.
AZN 275
Documents AZN 25 + participation AZN 250
The bid bond and your own time come on top of this.
The tender comprises three items: laptops (65 units) with high CPU and memory requirements, projectors (3 units) with at least 3000 ANSI lumens and suitable display tech, and an interactive whiteboard (1 unit) 65 inches with 4K display and high color performance.
Generated from the published lot items. Not a substitute for the tender documentation.
The documentation is paywalled, but the lot items are public. The analysis is built on these.
| # | Lot items | Quantity | Unit |
|---|---|---|---|
| 1 | Noutbuk Minimum tələblər: Noutbuk tipli kompüter tələb olunur. Prosessor minimum 6 nüvəli və 12 axınlı olmalı, maksimal takt tezliyi minimum 4,5 GHz, keş yaddaşı minimum 10 MB olmalıdır. Prosessor müasir mobil kompüterlər üçün nəzərdə tutulmuş və gündəlik ofis, çoxpəncərəli iş və multimedia istifadəsi üçün uyğun performans səviyyəsini təmin etməlidir.Operativ yaddaş minimum 16 GB olmalı, DDR4-3200, DDR5-4800 və ya daha yeni/ekvivalent yaddaş texnologiyası qəbul edilməlidir.Yaddaş qurğusu minimum 512 GB M.2 PCIe NVMe SSD olmalıdır. Cihazda minimum 1 ədəd M.2 SSD yuvası olmalıdır.Qrafik həll inteqrasiya olunmuş və/və ya diskret ola bilər və gündəlik ofis, multimedia və standart qrafik işlərin yerinə yetirilməsini təmin etməlidir.Ekran diaqonalı minimum 15 düym, təsvir ölçüsü minimum 1920 × 1080 (Full HD) olmalıdır. Panel IPS, IPS-level və ya ekvivalent geniş baxış bucaqlı texnologiyalı, parlaqlığı minimum 250 nit, ekran səthi isə parıltı əleyhinə olmalıdır.Batareyanın nominal tutumu minimum 40 Wh olmalıdır.Simsiz bağlantı minimum Wi-Fi 6 (802.11ax) və Bluetooth 5.2 və ya daha yeni standartlarını dəstəkləməlidir.Cihazda minimum 2 × USB Type-A, 1 × USB Type-C, 1 × HDMI və 1 × 3,5 mm qulaqlıq/mikrofon kombinə edilmiş audio portu olmalıdır. USB Type-C portu minimum məlumat ötürülməsini dəstəkləməlidir.SD və ya microSD kart oxuyucusu daxili şəkildə mövcud olmalı və ya cihazla birlikdə uyğun USB kart oxuyucu təqdim edilməlidir.Cihaz minimum HD (720p) kamera, inteqrasiya olunmuş mikrofon və stereo dinamiklərlə təchiz edilməlidir. Kamera məxfiliyinin təmin edilməsi üçün fiziki örtük və ya istehsalçı tərəfindən nəzərdə tutulmuş ekvivalent məxfilik həlli qəbul edilməlidir.Təklif olunan məhsul yeni, istifadə edilməmiş və istehsalçının seriyalı istehsal məhsulu olmalıdır. Təklif olunan məhsul üzrə istehsalçı tərəfindən verilmiş MAF (Manufacturer Authorization Form/Letter) sənədi təqdim edilməlidir. | 65 | ədəd |
| 2 | Proyektor |
Minimum tələblər: Multimedia proyektor tələb olunur. Proyeksiya sistemi 3LCD, DLP və ya ekvivalent texnologiyalı olmalıdır. Proyektorun yerli təsvir ölçüsü minimum WXGA (1280 × 800) olmalıdır. Nominal işıq çıxışı minimum 3000 ANSI lümen və ya ekvivalent standart üzrə ölçülmüş göstəriciyə malik olmalıdır. İşıq mənbəyi lampa, LED, lazer və ya ekvivalent texnologiyalı ola bilər. Lampa tipli işıq mənbəyi istifadə edildikdə normal rejimdə istismar müddəti minimum 5000 saat, qənaət rejimində isə minimum 10 000 saat olmalıdır. LED və ya lazer işıq mənbəyi təklif edildikdə işıq mənbəyinin istismar müddəti minimum 20 000 saat olmalıdır. Rəng ötürülməsi minimum 16,7 milyon rəng olmalıdır. Proyektorda minimum şaquli Keystone korreksiyası ±30° və ya daha geniş diapazonda olmalıdır. Fokuslama əl ilə və ya avtomatik həyata keçirilə bilməlidir. Proyektor standart məsafədən proyeksiya üçün nəzərdə tutulmalı və proyeksiya olunan təsvir ölçüsü diapazonu minimum 60–150 düym intervalını əhatə etməlidir. Böyütmə funksiyası minimum 1,1× optik və/və ya rəqəmsal olmalıdır. Bağlantılar minimum 1 × HDMI və minimum 1 × USB (Type-A, Type-B, Mini-B və ya ekvivalent funksiyalı USB interfeysi) portunu əhatə etməlidir. Proyektor daxili dinamiklə təchiz edilməli və təsvirin müvəqqəti söndürülməsi (Blank/A/V Mute və ya ekvivalent) funksiyasını dəstəkləməlidir. Normal iş rejimində maksimal enerji sərfiyyatı 300 W-dan çox olmamalı, gözləmə rejimində enerji sərfiyyatı maksimum 0,5 W olmalıdır.Komplektə əsas cihaz, elektrik kabeli, batareyaları ilə birlikdə uzaqdan idarəetmə pultu və istifadəçi/ilkin quraşdırma sənədləri daxil olmalıdır. Məhsul yeni və istifadə edilməmiş olmalıdır. Təklif olunan məhsul üzrə istehsalçı tərəfindən verilmiş MAF (Manufacturer Authorization Form/Letter) sənədi təqdim edilməlidir.
| 3 |
| ədəd |
| 3 | İnteraktiv lövhə Minimum tələblər: Ekran diaqonalı minimum 65 düym olan interaktiv panel tələb olunur. Ekranın təsvir ölçüsü minimum 3840×2160 (4K UHD), tərəf nisbəti 16:9, kontrast nisbəti minimum 5000:1, yenilənmə tezliyi minimum 60 Hz, baxış bucağı üfüqi və şaquli istiqamətlərdə minimum 178° olmalıdır. Ekran minimum 1,07 milyard rəngin göstərilməsini dəstəkləməlidir. Ekranın səthi parıltı əleyhinə emal edilmiş temperli qoruyucu şüşə ilə təchiz olunmalıdır. Arxa işıqlandırmanın istismar müddəti minimum 50 000 saat olmalıdır.İnteraktiv idarəetmə infraqırmızı və ya ekvivalent toxunma texnologiyası ilə təmin edilməli, minimum 20 nöqtəli eyni vaxtda toxunmanı və ekran üzərində yazma funksiyasını dəstəkləməlidir. Toxunma dəqiqliyi maksimum 2 mm olmalı, barmaq və passiv stilusla idarəetmə mümkün olmalıdır.Cihaz minimum 4 nüvəli prosessora, minimum 4 GB operativ yaddaşa və minimum 32 GB daxili yaddaşa malik olmalı, Android 11 və ya daha yeni əməliyyat sistemi ilə işləməlidir. Panel 2,4 GHz və 5 GHz diapazonlarında Wi-Fi, minimum Bluetooth 5.0 və ümumi çıxış gücü minimum 30 W olan daxili stereo dinamiklərlə təchiz edilməlidir. Ekran parlaqlığının tənzimlənməsi mümkün olmalıdır.Qoşulmalar minimum 2 ədəd HDMI girişi, minimum 2 ədəd USB Type-A portu, o cümlədən minimum 1 ədəd USB 3.0 və ya daha yeni versiyalı port, minimum 1 ədəd USB Type-C portu, RJ45 şəbəkə bağlantısı, audio çıxışı və toxunma funksiyasının xarici kompüterlə istifadəsini təmin edən USB interfeysini əhatə etməlidir. USB Type-C vasitəsilə audio, video, toxunma məlumatlarının və enerjinin ötürülməsi dəstəklənməlidir.Cihaz 220–240 V, 50 Hz elektrik şəbəkəsində işləməyə uyğun olmalıdır. Maksimum enerji sərfiyyatı 350 W-dan, gözləmə rejimində enerji sərfiyyatı isə 1 W-dan çox olmamalıdır. Panel VESA və ya ekvivalent standart üzrə divara montaj imkanına malik olmalıdır.Təklif olunan məhsul üzrə istehsalçı tərəfindən verilmiş MAF (Manufacturer Authorization Form/Letter) sənədi təqdim edilməlidir. | 1 | ədəd |
From 33 published results of its procurements.
last won 06 Oct 2026
last won 01 Oct 2025
last won 01 Jun 2026
last won 05 Oct 2026
last won 28 Sept 2026