Buyer: "AZƏRBAYCAN ELMİ TƏDQİQAT TİBBİ BƏRPA İNSTİTUTU" PUBLİK HÜQUQİ ŞƏXSİ
1 of this buyer's procurements in this category collapsed because too few suppliers bid. Competition here is weak.
14 procurements, 12 different winners
Wins most often: "NUR SUPPLIER" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 14.3%)
Based on: this buyer, all categories
Winners went 0.07% to 93.1% below the estimate, median 9.49%.
For this tender that is AZN 4,347,980 down to AZN 4,054,143.
Nobody has ever won below AZN 309,066.
AZN 1,025
Documents AZN 25 + participation AZN 1,000
The bid bond and your own time come on top of this.
The documentation is paywalled, but the lot items are public. The analysis is built on these.
| # | Lot items | Quantity | Unit |
|---|---|---|---|
| 1 | KT 128 slice+ (Kardio opsiyalı) +UPS+ İqlimləndirmə +Kontrast İnjektorla bərabər + Qurğuşunlu Şüşə 1. Skanlama bloku və detektor sistemi 1.1. Qantri açıqlığı minimum 72 sm olmalıdır. 1.2. Maksimal effektiv FOV minimum 50 sm olmalıdır. 1.3. Qantridə lazer mövqeləndirmə sistemi və xəstə ilə ikitərəfli səsli əlaqə/interkom sistemi olmalıdır. 1.4. Detektor sistemi solid-state və ya funksional ekvivalent rəqəmsal detektor texnologiyasına malik olmalıdır. 1.5. Sistem minimum 64 detektor sırası və minimum 128 kəsit əldə etmək imkanına malik olmalıdır. 1.6. Minimum 64 DAS kanalı və ya ekvivalent məlumat toplama arxitekturası olmalıdır. 1.7. Detektor sistemi minimum 50.000 detektor elementi və ya istehsalçı tərəfindən təsdiqlənən ekvivalent detektor arxitekturasına malik olmalıdır. 1.8. Detektorun z-oxu üzrə ümumi əhatə sahəsi minimum 40 mm olmalıdır. 1.9. Ən kiçik kəsit qalınlığı maksimum 0,625 mm olmalıdır. 1.10. Tam rotasiya müddəti maksimum 0,5 saniyə olmalıdır. 1.11. Sistem minimum 175 sm skanoqram/topoqram çəkmə imkanına malik olmalıdır. 1.12. Sistem Dual Energy, Spectral CT və ya funksional ekvivalent çoxenerjili görüntüləmə imkanına malik olmalıdır. 1.13. Doza hesabatları avtomatik yaradılmalı və DICOM vasitəsilə PACS/RIS sistemlərinə ötürülə bilməlidir. 2. Rentgen generatoru və borusu 2.1. Generator gücü minimum 48 kW olmalıdır. 2.2. Gərginlik diapazonu minimum 80–140 kV olmalıdır. 2.3. Maksimum boru cərəyanı minimum 500 mA olmalıdır. 2.4. Sistem yüksək tezlikli generator texnologiyasına malik olmalıdır. 2.5. Rentgen borusu minimum iki fokus ölçüsünə malik olmalı və kiçik fokus ölçüsü 0,8 mm və ya daha kiçik olmalıdır. 2.6. Anod istilik tutumu minimum 5 MHU olmalıdır. 2.7. Rentgen borusu yüksək yüklənməli ardıcıl müayinələr zamanı fasiləsiz klinik iş rejimini təmin edən effektiv soyutma sisteminə malik olmalıdır. 3. Xəstə masası 3.1. Masa hərəkət məsafəsi minimum 155 sm olmalıdır. 3.2. Masa daşıma qabiliyyəti minimum 227 kq olmalıdır. 3.3. Masa həm operator konsolundan, həm də qantri üzərindən idarə edilə bilməlidir. 3.4. Spiral skanlama zamanı masanın fasiləsiz hərəkəti təmin edilməlidir. 3.5. Elektrik enerjisi kəsildikdə xəstənin təhlükəsiz şəkildə əl ilə çıxarılması mümkün olmalıdır. 3.6. Masa eni minimum 47 sm olmalıdır. 3.7. Baş, boyun, bədən və ekstremitələrin müayinəsi üçün bütün zəruri standart aksesuarlar təqdim edilməlidir. 4. Operator konsolu və kompüter sistemi 4.1. Operativ yaddaş minimum 32 GB RAM olmalıdır. 4.2. Sistem skanlama, rekonstruksiya, analiz və arxivləmə əməliyyatlarının paralel icrasını dəstəkləməlidir. 4.3. Xarici məlumat daşıyıcılarına görüntü və müayinə məlumatlarının ixracı mümkün olmalıdır. 4.4. Hazır anatomik protokollar və sürətli protokol seçimi funksiyası olmalıdır. 4.5. Avtomatik doza modulyasiyası və avtomatik mA seçimi funksiyası olmalıdır. 4.6. Uşaq və böyüklər üçün ayrıca doza optimallaşdırma protokolları olmalıdır. 4.7. Süni intellekt və/və ya avtomatlaşdırılmış alqoritmlərlə anatomik tanıma, xəstənin mövqeləndirilməsi və müayinə planlaşdırılması funksiyası olmalıdır. 4.8. Metal implant və protezlərdən yaranan artefaktların azaldılması üçün görüntü və/və ya raw data üzərində işləyən proqram təminatı olmalıdır. 4.9. Kardiyak müayinələr üçün prospektiv və retrospektiv EKQ-tetikləməli çəkiliş mümkün olmalıdır. 4.10. İterativ rekonstruksiya texnologiyası olmalıdır. 4.11. Deep Learning Reconstruction, AI əsaslı rekonstruksiya və ya funksional ekvivalent görüntü rekonstruksiya texnologiyası olmalıdır. 4.12. Rekonstruksiya sürəti minimum 50 görüntü/saniyə olmalıdır. 4.13. Yüksək kontrast rezolyusiyası minimum 15 lp/cm olmalıdır. 4.14. DICOM 3.0, RIS, HIS və PACS inteqrasiyası təmin edilməlidir. 4.15. Kardiyak KT üçün doza optimallaşdırılması funksiyası olmalıdır. 4.16. DICOM Modality Worklist funksiyası olmalıdır. 5. Klinik tətbiqlər və proqram təminatı 5.1. MPR, MPVR, MIP, MinIP və 3D Volume Rendering funksiyaları təqdim edilməlidir. 5.2. KT Angioqrafiya və çoxenerjili/spectral KT angioqrafiya tətbiqləri olmalıdır. 5.3. Avtomatik və/və ya yarı-avtomatik damar izləmə və stenoz analizi olmalıdır. 5.4. Bolus tracking və kontrast maddənin optimal/pik fazasının avtomatik müəyyənləşdirilməsi funksiyası olmalıdır. 5.5. Virtual Endoskopiya, Virtual Bronxoskopiya və Virtual Kolonoskopiya funksiyaları olmalıdır. 5.6. Koronar damar analizi, stent analizi və kalsium skorlaması olmalıdır. 5.7. Yüksək keyfiyyətli 3D/cinematic rendering funksiyası olmalıdır. 5.8. Beyin və bədən perfuziya analizləri aparılmalı, CBF, CBV və MTT xəritələri yaradıla bilməlidir. 5.9. Ağciyər düyünlərinin aşkarlanması, həcminin ölçülməsi və əvvəlki müayinələrlə müqayisəli analizi mümkün olmalıdır. 5.10. Süni intellekt əsaslı klinik tətbiqlər paketi təqdim edilməlidir. 6. İş stansiyası 6.1. Əsas konsoldan müstəqil işləyən post-processing iş stansiyası təqdim edilməlidir. 6.2. Minimum 19 düym tibbi monitor təqdim edilməlidir. 6.3. DICOM 3.0 dəstəklənməlidir. 6.4. Bütün post-processing proqramları tam lisenziyalı təqdim edilməlidir. 7. Aksesuarlar 7.1. Minimum 160 kVA UPS təqdim edilməlidir. 7.2. Minimum bir ədəd iki başlı kontrast maddə inyektoru təqdim edilməlidir. 7.3. Operator, avadanlıq və müayinə otaqları üçün uyğun iqlimləndirmə sistemi təmin edilməlidir. 7.4. Minimum bir ədəd EKQ monitoru təqdim edilməlidir. 7.5. Kalibrasiya və keyfiyyətə nəzarət üçün fantom dəsti təqdim edilməlidir. 7.6. Kardiyak KT müayinələri üçün EKQ və hemodinamik monitorinq imkanları təmin edilməlidir. 7.7. Süni intellekt və klinik post-processing proqram paketi təqdim edilməlidir. 8. Təlim, servis və zəmanət 8.1. Həkimlər, texniklər və biomedikal mühəndislər üçün minimum 3 günlük təlim keçirilməlidir. 8.2. Təlim materialları çap və elektron formada təqdim edilməlidir. 8.3. Quraşdırma, kalibrləmə, sınaq çəkilişləri və dozimetriya ölçmələri təchizatçı tərəfindən yerinə yetirilməlidir. 8.4. Sistem tam işlək vəziyyətdə təhvil verilməli və istismara qəbul aktı tərtib edilməlidir. 9. Texniki uyğunluğun təsdiqi 9.1. Təklif olunan hər bir texniki göstərici istehsalçının rəsmi texniki sənədi və/və ya datasheet-i ilə təsdiqlənməlidir. 9.2. Daha yüksək texniki göstəriciyə malik sistemlər minimum tələblərə uyğun hesab edilir. 9.3. Fərqli texnologiya ilə eyni və ya daha yüksək klinik nəticə əldə edən sistemlər funksional ekvivalent hesab edilə bilər. 9.4. Təklif olunan bütün proqram təminatı və klinik tətbiqlər təhvil zamanı tam lisenziyalı və istifadəyə hazır olmalıdır. | 1 | ədəd |
| 2 | Floroskopiya cihazı rəqəmsal RƏQƏMSAL ÇOXFUNKSİYALI RENTGENOQRAFİYA VƏ FLÜOROSKOPİYA SİSTEMİ 1. Cihaz tam rəqəmsal tipli olmalı, eyni sistemdə rentgenoqrafiya, real vaxt rejimində flüoroskopiya və kontrastlı dinamik müayinələrin aparılmasını təmin etməlidir. Sistem ümumi radiologiya, mədə-bağırsaq, uroloji, döş qəfəsi və sümük-oynaq müayinələri üçün nəzərdə tutulmalıdır. 2. Sistem yüksək gərginlikli generator, rentgen tüpü, kollimator, dinamik yastı panel detektoru, motorlaşdırılmış mövqeləndirmə mexanizmi, səpələnmə əleyhinə tor, xəstə masası, idarəetmə konsolu və rəqəmsal iş stansiyasından ibarət tam komplektdə təqdim edilməlidir. 3. Sistem motorlaşdırılmış U-arm/UC-arm və ya uzaqdan idarə olunan inteqrə edilmiş RF masa konstruksiyasında ola bilər. Təklif olunan konstruksiya xəstənin uzanmış və ayaqüstə vəziyyətlərində müayinələrin aparılmasını təmin etməlidir. Bu məqsədlə tələb olunan bütün əlavə komponentlər komplektə daxil edilməlidir. 4. Yüksək tezlikli generatorun nominal gücü minimum 55 kW olmalıdır. Daha yüksək güclü generatorlar qəbul edilir. Sistem üçfazalı 380/400 V, 50 Hz elektrik şəbəkəsinə uyğun təqdim edilməli, tələb olunan elektrik uyğunlaşdırıcıları komplektə daxil edilməlidir. 5. Rentgenoqrafiya rejimində gərginliyin aşağı həddi maksimum 50 kV, yuxarı həddi minimum 150 kV olmalıdır. Flüoroskopiya rejimində gərginliyin aşağı həddi maksimum 50 kV, yuxarı həddi minimum 120 kV olmalıdır. 6. Rentgenoqrafiya rejimində maksimum tüp cərəyanı minimum 800 mA olmalıdır. Flüoroskopiyada impuls rejimi və müayinəyə uyğun ekspozisiya parametrlərinin tənzimlənməsi təmin edilməlidir. Təklifdə hər rejimin cərəyan diapazonu və generatorun yük məhdudiyyətləri ayrıca göstərilməlidir. 7. Rentgenoqrafiya rejimində ekspozisiya müddətinin aşağı həddi maksimum 5 ms, yuxarı həddi minimum 5000 ms, maksimum cərəyan-zaman hasilinin seçilə bilən həddi minimum 600 mAs olmalıdır. Anatomik proqramlar, ekspozisiya parametrlərinin avtomatik əlaqələndirilməsi və həddindən artıq yüklənmədən qorunma funksiyaları təqdim edilməlidir. 8. Rentgen tüpü fırlanan anodlu və minimum iki fokus nöqtəli olmalıdır. Kiçik fokus maksimum 0,6 mm, böyük fokus maksimum 1,2 mm, anodun istilik tutumu minimum 300 kHU olmalıdır. Tüpün istilik yüklənməsi və qorunması sistem tərəfindən idarə edilməlidir. 9. Kollimator çoxyarpaqlı tipli, əl ilə və/və ya motorlaşdırılmış idarəetməyə malik olmalıdır. İşıqlı görüntü sahəsi indikatoru təqdim edilməli və detektorun tam aktiv sahəsindən istifadə mümkün olmalıdır. 10. Əsas görüntü qəbuledicisi həm statik rentgenoqrafiya, həm də dinamik flüoroskopiya üçün nəzərdə tutulmuş CsI sintilyatorlu dinamik yastı panel detektoru olmalıdır. Eyni və ya daha yüksək görüntü performansını təmin edən ekvivalent detektor texnologiyası qəbul edilir. Yalnız statik detektora və ya görüntü gücləndiricisi (Image Intensifier) texnologiyasına əsaslanan sistemlər uyğun hesab edilmir. 11. Detektorun aktiv görüntü sahəsi hər iki istiqamətdə minimum 42 sm, nominal ölçüsü 17×17 düym sinfində olmalıdır. Detektor sistemə inteqrə edilmiş, naqilli və ya naqilsiz ola bilər. 12. Detektorun fiziki piksel ölçüsü maksimum 150 μm, statik rentgenoqrafiya üçün əldəetmə matrisi minimum 2800×2800 piksel, analoq-rəqəmsal çevrilməsi minimum 16 bit olmalıdır. Proqram interpolasiyası ilə artırılmış matris fiziki əldəetmə matrisi əvəzinə qəbul edilmir 13. Dinamik görüntü əldəetmə tezliyi minimum 15 kadr/saniyə olmalıdır. Dinamik və statik rejimlər arasında keçid, əldə edilmiş dinamik seriyaların saxlanması və təkrar baxışı mümkün olmalıdır. Hər rejim üzrə matris və kadr tezliyi təklifdə ayrıca göstərilməlidir. 14. Statik görüntünün əldə olunma müddəti maksimum 7 saniyə, ilkin görüntüyə baxış müddəti maksimum 5 saniyə olmalıdır. Görüntülərin böyüdülməsi və maraq sahəsinin seçilməsi mümkün olmalıdır. 15. Sistem əsas klinik proyeksiyalar üçün motorlaşdırılmış mövqeləndirməni təmin etməlidir. U-arm konstruksiyasında qolun və görüntü qəbuledicisinin hərəkətləri, RF masa konstruksiyasında isə masanın əyilməsi və görüntü zəncirinin hərəkətləri vasitəsilə tələb olunan müayinələr aparılmalıdır. İdarəetmə pultu, konsol və/və ya xəstə yanında idarəetmə paneli təqdim edilməlidir. 16. Fokus–detektor məsafəsinin dəyişdirilməsi mümkün olmalıdır. Sistem minimum 100 sm müayinə məsafəsini və döş qəfəsi rentgenoqrafiyası üçün minimum 150 sm məsafəni təmin etməlidir. Bu imkan əsas görüntü zənciri və ya komplektə daxil edilmiş əlavə radiografiya komponentləri vasitəsilə təmin edilə bilər. 17. Xəstə masası ayrıca hərəkətli və ya sistemə inteqrə edilmiş ola bilər. Uzunluğu minimum 1900 mm, eni minimum 600 mm, yükdaşıma qabiliyyəti minimum 200 kq olmalıdır. Ayrıca hərəkətli masa kilidlənən təkərlərlə təchiz edilməlidir. İnteqrə edilmiş masanın hərəkətləri idarə olunan və təhlükəsiz olmalıdır. 18. Sistemə uyğun səpələnmə əleyhinə tor təqdim edilməlidir. Torun nisbəti minimum 10:1, xətt sıxlığı minimum 40 xətt/sm olmalıdır. Torun fokuslanma xüsusiyyətləri təklif olunan müayinə məsafələrinə uyğun olmalıdır. 19. İdarəetmə konsolu xəstə məlumatlarını və ekspozisiya parametrlərini göstərməli, anatomik proqramların seçilməsini və kV, mA, ms, mAs parametrlərinin tənzimlənməsini təmin etməlidir. Xəstə yanında idarəetmə vasitəsi təqdim edilməlidir; onun mütləq qol üzərində yerləşməsi tələb olunmur. 20. İş stansiyası istehsalçı tərəfindən təsdiqlənmiş kompüter konfiqurasiyasında, minimum 8 GB operativ yaddaş, minimum 1 TB məlumat saxlama tutumu və minimum 21,5 düymlük monitor ilə təqdim edilməlidir. Xəstə ilə operator arasında səs səviyyəsi tənzimlənən ikitərəfli rabitə və ekspozisiyanın idarə edilməsi üçün əl və/və ya ayaq açarı olmalıdır. 21. Proqram təminatı aşağıdakı funksiyaları dəstəkləməlidir: • HIS/RIS və ya lokal məlumat bazasından xəstə məlumatlarının alınması; • mətn və işarələrin əlavə edilməsi; • məsafə və bucaq ölçmələri; • pəncərə səviyyəsi və eninin tənzimlənməsi; • görüntünün böyüdülməsi, çevrilməsi, kəsilməsi və müqayisəsi; • səs-küyün azaldılması, kontrast və toxuma detallarının optimallaşdırılması; • pediatrik görüntülərin optimallaşdırılması; • DICOM vasitəsilə görüntülərin ötürülməsi, çapı və arxivləşdirilməsi. 22. Tam onurğa və uzun sümük görüntülərinin avtomatik birləşdirilməsi — Automatic Stitching — və ya eyni klinik nəticəni təmin edən slot radiografiya texnologiyası təqdim edilməlidir. Tələb olunan proqram lisenziyaları, aksesuarlar və mövqeləndirmə komponentləri komplektə daxil edilməlidir. 23. Sistem avtomatik ekspozisiya idarəetməsi — AEC — və ya istehsalçının təsdiqlədiyi ekvivalent funksiyaya, doza göstəricilərinin ölçülməsi və/və ya hesablanmasına, görüntü keyfiyyətinin optimallaşdırılması və dozanın azaldılması üçün virtual tor, səpələnmə korreksiyası, əlavə filtrasiya və/və ya ekvivalent texnologiyaya malik olmalıdır. Doza göstəricisinin ölçülmüş və ya hesablanmış olması təklifdə göstərilməlidir. Sistem xəta bildirişləri və texniki diaqnostika imkanları ilə təmin edilməlidir. 24. Təlim, quraşdırma, servis və zəmanət 24.1. Həkimlər, texniklər və biomedikal mühəndislər üçün minimum 3 günlük nəzəri və praktiki təlim keçirilməlidir. 24.2. Təlim və istifadə materialları çap və elektron formada təqdim edilməlidir. 24.3. Quraşdırma, kalibrləmə, sınaq çəkilişləri, görüntü keyfiyyəti və dozimetriya ölçmələri təchizatçı tərəfindən yerinə yetirilməlidir. 24.4. Sistem tam işlək vəziyyətdə təhvil verilməli və istismara qəbul aktı tərtib edilməlidir. | ||
| 3 | MRT 1.5 T + Faradey Qəfəsi+ UPS +Chiller 2 eded 1,5 TESLA MAQNİT-REZONANS TOMOQRAFİYA (MRT) SİSTEMİ ÜZRƏ TEXNİKİ ŞƏRTLƏR 1. Maqnit Sistemi 1.1. Maqnit gücü 1,5 Tesla olmalıdır. Maqnit sistemi Zero Helium, BlueSeal, Freelium və ya ekvivalent helium-sərfiyyatını minimuma endirən/tamamilə aradan qaldıran qapalı maqnit texnologiyasına malik olmalıdır. Normal istismar şəraitində müntəzəm maye helium doldurulmasına ehtiyac olmamalıdır. 1.2. Maqnit sistemi Quench Pipe tələb etməyən və ya ekvivalent ventless/sealed magnet konstruksiyasına malik olmalıdır. 1.3. Maqnitin çəkisi maksimum 5.000 kq olmalıdır. 1.4. Xarici maqnit interferensiyalarını azaldan aktiv və/və ya passiv maqnit ekranlama sistemi olmalıdır. 1.5. Gantri açıqlığı minimum 60 sm olmalıdır. 1.6. 5-Gauss xəttinin radial istiqamətdə maksimum 2,5 m, aksial istiqamətdə maksimum 4 m olması təmin edilməlidir. 1.7. Gantridə işıqlandırma, havalandırma sistemi və kranial müayinələr üçün güzgü və ya ekvivalent görüntüləmə sistemi təqdim edilməlidir. 2. Qradiyent Sistemi 2.1. Qradiyent gücü hər üç ox üzrə minimum 30 mT/m olmalıdır. 2.2. Slew Rate hər üç ox üzrə minimum 120 T/m/s olmalıdır. 2.3. Daha yüksək göstəriciyə malik gradient sistemi uyğun hesab edilir. 2.4. Qradiyent sistemi su ilə və/və ya istehsalçı tərəfindən nəzərdə tutulmuş ekvivalent effektiv soyutma sistemi ilə təmin edilməlidir. 2.5. Qradiyent sistemi aktiv ekranlanmış (actively shielded) və ya ekvivalent konstruksiyada olmalıdır. 2.6. MRT sistemi akustik səs səviyyəsini minimuma endirən SoftSound, SilentScan, Quiet/Acoustic Noise Reduction və ya ekvivalent texnologiya ilə təchiz edilməlidir. 3. RF Sistemi 3.1. RF sistemi tam rəqəmsal idarəetmə və rəqəmsal siqnal emalı sisteminə malik olmalıdır. 3.2. RF gücü minimum 16 kW olmalıdır. 3.3. Hər kanal üzrə qəbul zolağı minimum 1 MHz olmalıdır. 3.4. FOV hər üç əsas istiqamət üzrə minimum 50 sm olmalıdır. 3.5. Minimum 15 müstəqil qəbul kanalı olmalıdır. 3.6. Daha yüksək sayda müstəqil qəbul kanallarına malik sistemlər tam uyğun hesab edilir. 3.7. Active Shimming, Auto Shimming və ya ekvivalent funksiyası mövcud olmalıdır. 3.8. Paralel görüntüləmə və/və ya AI/Deep Learning əsaslı sürətli görüntü rekonstruksiyası texnologiyası təqdim edilməlidir. 4. Bobinlər və Elektronika Sistemi 4.1. İnteqrə olunmuş bədən bobini (Integrated Body Coil) təqdim edilməlidir. 4.2. Minimum 16 kanallı baş-boyun bobini və ya daha yüksək kanal sayına malik ekvivalent bobin təqdim edilməlidir. 4.3. Kardiyak müayinələr üçün uyğun çoxkanallı bobin sistemi təqdim edilməlidir. 4.4. Abdomen və pelvis müayinələri üçün uyğun çoxkanallı bədən bobini təqdim edilməlidir. 4.5. Bobinlər üçün bütün interfeyslər, kabellər və standart aksesuarlar təqdim edilməlidir. 4.6. Eyni anda minimum 4 bobinin/anatomik bobin elementinin qoşulmasını dəstəkləyən coil-management sistemi olmalıdır. 5. Operator Konsolu və Kompüter Sistemi 5.1. Operator konsolu xəstə ilə operator arasında ikitərəfli rabitəni təmin edən interkom sistemi ilə təchiz edilməlidir. 5.2. Minimum 24 düym LCD monitor təqdim edilməlidir. 5.3. Operativ yaddaş minimum 16 GB, yaddaş tutumu minimum 1 TB olmalıdır. 5.4. CD/DVD yazıcı və ya ekvivalent rəqəmsal məlumat ixrac/arxivləşdirmə sistemi təqdim edilməlidir. 5.5. Sistem real multitasking xüsusiyyətinə malik olmalıdır. 5.6. 3D Rendering, MPR, MinIP və MIP funksiyaları mövcud olmalıdır. 5.7. Sistem Deep Learning əsaslı və ya ekvivalent görüntü rekonstruksiyası və görüntü yaxşılaşdırma texnologiyasına malik olmalıdır. 5.8. Süni intellekt əsaslı və ya ekvivalent görüntü optimallaşdırılması və səs-küyün azaldılması funksiyaları təqdim edilməlidir. 5.9. AI/Deep Learning və ya ekvivalent texnologiya ilə çəkiliş müddətinin əhəmiyyətli dərəcədə azaldılmasını təmin edən sürətləndirmə proqramı təqdim edilməlidir. 5.10. Beyin və onurğanın avtomatik planlaşdırılması və avtomatik anatomik mövqeləndirmə funksiyası və ya ekvivalenti olmalıdır. 5.11. Diffuziya və ADC xəritələmə proqramları təqdim edilməlidir. 5.12. DICOM 3.0 aşağıdakı funksiyalarla dəstəklənməlidir: • Print; • Send/Receive; • Query/Retrieve; • Worklist; • MPPS. 6. Proqram Təminatı Paketi 6.1. 2D və 3D görüntüləmə imkanları olmalıdır. 6.2. SE, FSE, IR, GRE, EPI və digər standart MRT sekansları təqdim edilməlidir. 6.3. TOF, Phase Contrast və kontrastlı MR Angioqrafiya tətbiqləri mövcud olmalıdır. 6.4. 4D MR Angioqrafiya tətbiqləri mövcud olmalıdır. 6.5. Süd vəzi MRT proqramları təqdim edilməlidir. 6.6. T1, T2 və FLAIR sekansları mövcud olmalıdır. 6.7. DIXON və ya ekvivalent yağ-su ayrışdırma texnologiyası dəstəklənməlidir. 6.8. Koronar arter görüntüləmə tətbiqləri mövcud olmalıdır. 6.9. 3D volumetrik T2 sekansları təqdim edilməlidir. 6.10. MR Mieloqrafiya, MR Xolanjioqrafiya, MR Uroqrafiya və MR Flüoroskopiya tətbiqləri mümkün olmalıdır. 6.11. Hərəkət artefaktlarını azaldan proqram təminatı, AI/Deep Learning və ya ekvivalent texnologiya təqdim edilməlidir. 6.12. Diffuziya görüntüləmə üçün maksimum b dəyəri minimum 10.000 s/mm² olmalıdır. 6.13. Beyin, onurğa və bədən nahiyələri üzrə diffuziya görüntüləmə tətbiqləri olmalıdır. 6.14. Perfuziya proqramı vasitəsilə rCBF, rCBV və MTT xəritələrinin yaradılması mümkün olmalıdır. 6.15. Tam bədən diffuziya (Whole Body DWI), tam bədən anjioqrafiya və post-kontrast görüntüləmə mümkün olmalıdır. 6.16. Tam bədən görüntülərinin avtomatik birləşdirilməsi (Automatic Stitching və ya ekvivalenti) proqramı təqdim edilməlidir. 6.17. Yağ, su, In-Phase və Out-of-Phase görüntüləri tək çəkilişdə əldə edilə bilməlidir. 6.18. Dinamik oynaq (Kinematik) müayinələri aparılmalıdır. 7. Xəstə Masası 7.1. Xəstənin təcili çıxarılması funksiyası olmalıdır. 7.2. Masa hər iki tərəfdən idarə edilə bilməlidir. 7.3. Masa minimum 50 sm aşağı enə bilməlidir. 7.4. Eyni anda minimum 4 bobinin qoşulmasını dəstəkləməlidir. 7.5. Xəstə masasının daşıma qabiliyyəti maksimum göstəricisi minimum 180 kq olmalıdır. 8. Aksesuarlar 8.1. Sistemə uyğun aşağıdakı aksesuarlar təqdim edilməlidir: • 1 ədəd minimum 160 kVA UPS enerji təchizatı sistemi; • MRT sistemi üçün tələb olunan Chiller və ya ekvivalent soyutma sistemi; • RF qəfəs sistemi (Faraday Cage); • Səs sistemi ilə birlikdə 1 ədəd proyektor; • Süni İntellekt (AI) proqram paketi; • Bütün zəruri kabellər, interfeyslər və standart aksesuarlar. 9. Təlim, Quraşdırma, Servis və Zəmanət 9.1. Həkimlər, MRT texnikləri və biomedikal mühəndislər üçün minimum 3 günlük təlim keçirilməlidir. 9.2. Təlim materialları çap və elektron formada təqdim edilməlidir. 9.3. Quraşdırma, kalibrləmə, sınaq çəkilişləri, keyfiyyətə nəzarət ölçmələri və sistemin texniki yoxlanılması təchizatçı tərəfindən həyata keçirilməlidir. 9.4. Sistem tam işlək vəziyyətdə təhvil verilməli və istismara qəbul aktı tərtib edilməlidir. 9.5. Təchizatçı site-planning, elektrik, soyutma, RF qəfəsi, ventilyasiya və digər mühəndislik tələblərinə dair sənədləri təqdim etməlidir. 9.6. Minimum 12 ay zəmanət verilməlidir. 9.7. Zəmanət müddətində planlı texniki xidmət və nasazlıqların aradan qaldırılması təmin edilməlidir. 9.8. Ehtiyat hissələrinin və texniki servisin təmin olunması imkanları təqdim edilməlidir. 9.9. Təklif olunan bütün texniki göstəricilər istehsalçının rəsmi texniki sənədləri ilə təsdiqlənməlidir. 9.10. Texniki şərtlərdə göstərilən texnologiya adları həmin funksiyanı eyni və ya daha yüksək texniki/klinik səviyyədə təmin edən ekvivalent texnologiyalarla əvəz edilə bilər. 9.11. Təklif olunan sistem tam inteqrasiya olunmuş, klinik istifadəyə hazır və istehsalçı tərəfindən dəstəklənən konfiqurasiyada təqdim edilməlidir. |
| 1 |
| ədəd |
| 1 |
| ədəd |
From 14 published results of its procurements.
last won 26 Feb 2026
last won 18 Nov 2025
last won 25 Sept 2026
last won 21 Jul 2025
last won 03 Jul 2025