Buyer: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
This buyer spreads work around: 11 different suppliers won its 13 procurements.
13 procurements, 11 different winners
Wins most often: "ATTX TENDER" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 15.4%)
Based on: this buyer, all categories
Winners went 0.07% to 80.8% below the estimate, median 22.14%.
For this tender that is AZN 66,596 down to AZN 55,143.
Nobody has ever won below AZN 13,598.
AZN 167
Documents AZN 25 + participation AZN 142
The bid bond and your own time come on top of this.
The documentation is paywalled, but the lot items are public. The analysis is built on these.
| # | Lot items | Quantity | Unit |
|---|---|---|---|
| 1 | Ağıllı lövhə (smart board) 75 düymlük interaktiv panel tələb olunur. Panel IPS və ya ekvivalent LCD tipli, DLED arxa işıqlandırmalı olmalı, 3840 × 2160 (4K UHD) təsvir ölçüsünə və 60 Hz yenilənmə tezliyinə malik olmalıdır. Panel ən azı 1,07 milyard rəng, ən azı 400 cd/m² parlaqlıq, ən azı 1200:1 statik kontrast, ən azı 178°/178° baxış bucağı və maksimum 8 ms cavab müddəti təmin etməlidir. Ekranın səthi Anti-Glare örtüklü, qoruyucu şüşəsi 9H sərtlikdə olmalı, ekranda bonding (optik birləşmə) və ya funksional baxımdan ekvivalent texnologiya tətbiq edilməli, arxa işıqlandırmanın istismar müddəti ən azı 50 000 saat olmalıdır. Panel ən azı 50 nöqtəli eyni vaxtda toxunmanı dəstəkləyən infraqırmızı (IR) toxunma texnologiyasına və ən azı 32767 × 32767 toxunma həlletmə qabiliyyətinə malik olmalı, yüksək dəqiqlik və sürətli cavabla işləməlidir. Panel lisenziyalı rəsmi tətbiq mağazasına çıxışı olan Android 14.0 və ya daha yeni əməliyyat sistemi ilə işləməli, ən azı 8 nüvəli prosessor, ən azı 8 GB operativ yaddaş və ən azı 128 GB daxili yaddaşla təchiz edilməlidir. Paneldə 4K video dəstəkləyən, ən azı 48 MP daxili kamera olmalıdır. Kamera avtomatik kadrlaşdırma, üz aşkarlama, səs/danışan izləmə və ya funksional baxımdan ekvivalent görüntü emalı funksiyalarından ən azı birini dəstəkləməlidir. Paneldə həmçinin səs-küyün azaldılmasını təmin edən və ən azı 8 m məsafədən səs qəbul edən, ən azı 8 elementli daxili mikrofon massivi və ən azı 2 × 20 W daxili dinamik olmalıdır. Panel ən azı 3 × HDMI girişinə (4K@60Hz), ən azı 1 × audio girişə, ən azı 1 × audio çıxışa, ən azı 1 × RS232 portuna, ən azı 2 × Touch USB portuna, ən azı 4 × USB Type-A portuna (onlardan ən azı 2-si USB 3.0 və ya daha yeni standartda), ən azı 1 × USB Type-C portuna, ən azı 2 × LAN (RJ45, 1000 Mbps) portuna, OPS slotuna və Wi-Fi bağlantısına malik olmalıdır. Panel işıq sensoruna malik olmalı, 100–240 V AC şəbəkədə və 0–40 °C temperatur şəraitində işləməli, VESA standartına uyğun divar montajını dəstəkləməlidir. Dəstə divar montaj kronşteyni, pult, ən azı 2 toxunma qələmi, qida kabeli, HDMI kabeli və Touch USB kabeli daxil olmalıdır. İstehsalçının standart dəstində olmayan aksesuarlar tədarükçü tərəfindən əlavə edilməli və panel komplekt şəkildə təhvil verilməlidir. Panelin çatdırılması, divara quraşdırılması, qoşulması və ilkin sazlanması tədarükçü tərəfindən həyata keçirilməli, bu xidmətlərin dəyəri təklif qiymətinə daxil edilməlidir. Tələb olunan məhsul üçün MAF sənədi və 12 ay yazılı zəmanət tələb olunur. | 10 | ədəd |
| 2 | Ağıllı lövhə üçün Wireless Dongle İnteraktiv panel üçün nəzərdə tutulmuş simsiz təqdimat və əlaqə sistemi tələb olunur. Sistem ən azı 1 ədəd USB Type-C ötürücüdən (dongle) ibarət olmalı, qəbuledici funksiyası panelin daxili sistemi və ya ayrıca qəbuledici qurğu vasitəsilə təmin edilməlidir. Sistem Windows və macOS əməliyyat sistemlərini dəstəkləməli, Plug-and-Play funksiyasına malik olmalı və 2.4 GHz və 5 GHz ikizolaqlı Wi-Fi bağlantısını dəstəkləməlidir. Sistem 1080p və 4K UHD (3840 × 2160) təsvir ölçüsünü, ən azı 30 fps kadr tezliyini və maksimum 350 ms ötürmə gecikməsini təmin etməli, AES/WPA2 və ya daha yüksək səviyyəli şifrələməni dəstəkləməlidir. Sistem simsiz ekran paylaşımını və Windows/macOS qurğularının interaktiv panelin ekranından idarə olunmasını (TouchBack və ya ekvivalent) təmin etməlidir. Ayrıca qəbuledici qurğu istifadə olunduqda, həmin qurğu ən azı 1 × HDMI çıxışına və toxunma siqnalının ötürülməsi üçün ən azı 1 × USB portuna malik olmalıdır. Sistem bu tender çərçivəsində təklif olunan interaktiv panellə tam uyğun işləməli, panelin daxili sistemi vasitəsilə birbaşa və ya ayrıca qəbuledici qurğu ilə HDMI və USB interfeysləri vasitəsilə əlaqələndirilməlidir. Lazımi kabellər və aksesuarlar dəstə daxil edilməli, quraşdırma və ilkin sazlanma tədarükçü tərəfindən həyata keçirilməli və bu xidmətlərin dəyəri təklif qiymətinə daxil edilməlidir. MAF sənədi və ən azı 12 ay yazılı zəmanət təqdim edilməlidir. | 10 | ədəd |
| 3 | Ağıllı lövhə qoruyucusu Təklif olunacaq ağıllı lövhəni (1-ci bənd) xarici təsirlərdən qorumaq üçün mexaniki qoruyucu konstruksiya tələb olunur. Qoruyucu 75 düymlük panelin ölçülərinə uyğun olmalı və bağlı vəziyyətdə ekranı tam örtməlidir. Konstruksiya metal və ya möhkəm mebel materialından (mdf, laminatlı lövhə və ya ekvivalent) hazırlanmalı və sabit divara montaj olunmalıdır. Qoruyucu panellər sürüşdürmə sistemi ilə açılıb bağlanmalıdır. Qoruyucu panellərin ön səthi marker lövhəsi kimi istifadə oluna bilməli, üzərində markerlə yazıb pozmaq mümkün olmalıdır. Qoruyucuda açarlı mexaniki kilid sistemi olmalıdır. Çatdırılma və quraşdırma təklif qiymətinə daxil olmalıdır. Məhsul üçün 12 ay yazılı zəmanət verilməlidir. | 10 | ədəd |
From 13 published results of its procurements.
last won 08 Dec 2025
last won 05 Sept 2025
last won 07 Oct 2026
last won 01 Jul 2026
last won 19 Feb 2026