Buyer: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASI
6 of this buyer's procurements in this category collapsed because too few suppliers bid. Competition here is weak.
5 procurements, 5 different winners
Wins most often: "YENİ TEXNOLOGİYALAR" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (1, 20%)
Based on: this buyer, this category
Winners went 0.05% to 81.06% below the estimate, median 16.58%.
For this tender that is AZN 130,759 down to AZN 114,195.
Nobody has ever won below AZN 25,927.
AZN 275
Documents AZN 25 + participation AZN 250
The bid bond and your own time come on top of this.
The documentation is paywalled, but the lot items are public. The analysis is built on these.
| # | Lot items | Quantity | Unit |
|---|---|---|---|
| 1 | Ağıllı lövhə 75 düymlük interaktiv panel tələb olunur. Panel IPS və ya ekvivalent LCD tipli, DLED arxa işıqlandırmalı olmalı, 3840 × 2160 (4K UHD) təsvir ölçüsünə və 60 Hz yenilənmə tezliyinə malik olmalıdır. Panel ən azı 1,07 milyard rəng, ən azı 400 cd/m² parlaqlıq, ən azı 1200:1 statik kontrast, ən azı 178°/178° baxış bucağı və maksimum 8 ms cavab müddəti təmin etməlidir. Ekranın səthi Anti-Glare örtüklü, qoruyucu şüşəsi 9H sərtlikdə olmalı, ekranda bonding (optik birləşmə) və ya funksional baxımdan ekvivalent texnologiya tətbiq edilməli, arxa işıqlandırmanın istismar müddəti ən azı 50 000 saat olmalıdır. Panel ən azı 50 nöqtəli eyni vaxtda toxunmanı dəstəkləyən infraqırmızı (IR) toxunma texnologiyasına və ən azı 32767 × 32767 toxunma həlletmə qabiliyyətinə malik olmalı, yüksək dəqiqlik və sürətli cavabla işləməlidir. Panel lisenziyalı rəsmi tətbiq mağazasına çıxışı olan Android 14.0 və ya daha yeni əməliyyat sistemi ilə işləməli, ən azı 8 nüvəli prosessor, ən azı 8 GB operativ yaddaş və ən azı 128 GB daxili yaddaşla təchiz edilməlidir. Paneldə 4K video dəstəkləyən, ən azı 48 MP daxili kamera olmalıdır. Kamera avtomatik kadrlaşdırma, üz aşkarlama, səs/danışan izləmə və ya funksional baxımdan ekvivalent görüntü emalı funksiyalarından ən azı birini dəstəkləməlidir. Paneldə həmçinin səs-küyün azaldılmasını təmin edən və ən azı 8 m məsafədən səs qəbul edən, ən azı 8 elementli daxili mikrofon massivi və ən azı 2 × 20 W daxili dinamik olmalıdır. Panel ən azı 3 × HDMI girişinə (4K@60Hz), ən azı 1 × audio girişə, ən azı 1 × audio çıxışa, ən azı 1 × RS232 portuna, ən azı 2 × Touch USB portuna, ən azı 4 × USB Type-A portuna (onlardan ən azı 2-si USB 3.0 və ya daha yeni standartda), ən azı 1 × USB Type-C portuna, ən azı 2 × LAN (RJ45, 1000 Mbps) portuna, OPS slotuna və Wi-Fi bağlantısına malik olmalıdır. Panel işıq sensoruna malik olmalı, 100–240 V AC şəbəkədə və 0–40 °C temperatur şəraitində işləməli, VESA standartına uyğun divar montajını dəstəkləməlidir. Dəstə divar montaj kronşteyni, pult, ən azı 2 toxunma qələmi, qida kabeli, HDMI kabeli və Touch USB kabeli daxil olmalıdır. İstehsalçının standart dəstində olmayan aksesuarlar tədarükçü tərəfindən əlavə edilməli və panel komplekt şəkildə təhvil verilməlidir. Panelin çatdırılması, divara quraşdırılması, qoşulması və ilkin sazlanması tədarükçü tərəfindən həyata keçirilməli, bu xidmətlərin dəyəri təklif qiymətinə daxil edilməlidir. Tələb olunan məhsul üçün MAF sənədi və 12 ay yazılı zəmanət tələb olunur. | 5 | ədəd |
| 2 | Ağıllı lövhə üçün Wireless Dongle İnteraktiv panel üçün nəzərdə tutulmuş simsiz təqdimat və əlaqə sistemi tələb olunur. Sistem ən azı 1 ədəd USB Type-C ötürücüdən (dongle) ibarət olmalı, qəbuledici funksiyası panelin daxili sistemi və ya ayrıca qəbuledici qurğu vasitəsilə təmin edilməlidir. Sistem Windows və macOS əməliyyat sistemlərini dəstəkləməli, Plug-and-Play funksiyasına malik olmalı və 2.4 GHz və 5 GHz ikizolaqlı Wi-Fi bağlantısını dəstəkləməlidir. Sistem 1080p və 4K UHD (3840 × 2160) təsvir ölçüsünü, ən azı 30 fps kadr tezliyini və maksimum 350 ms ötürmə gecikməsini təmin etməli, AES/WPA2 və ya daha yüksək səviyyəli şifrələməni dəstəkləməlidir. Sistem simsiz ekran paylaşımını və Windows/macOS qurğularının interaktiv panelin ekranından idarə olunmasını (TouchBack və ya ekvivalent) təmin etməlidir. Ayrıca qəbuledici qurğu istifadə olunduqda, həmin qurğu ən azı 1 × HDMI çıxışına və toxunma siqnalının ötürülməsi üçün ən azı 1 × USB portuna malik olmalıdır. Sistem bu tender çərçivəsində təklif olunan interaktiv panellə tam uyğun işləməli, panelin daxili sistemi vasitəsilə birbaşa və ya ayrıca qəbuledici qurğu ilə HDMI və USB interfeysləri vasitəsilə əlaqələndirilməlidir. Lazımi kabellər və aksesuarlar dəstə daxil edilməli, quraşdırma və ilkin sazlanma tədarükçü tərəfindən həyata keçirilməli və bu xidmətlərin dəyəri təklif qiymətinə daxil edilməlidir.MAF sənədi və ən azı 12 ay yazılı zəmanət təqdim edilməlidir. | 5 | ədəd |
| 3 | Ağıllı lövhə qoruyucusu Təklif olunacaq ağıllı lövhəni (1-ci bənd) xarici təsirlərdən qorumaq üçün mexaniki qoruyucu konstruksiya tələb olunur. Qoruyucu 75 düymlük panelin ölçülərinə uyğun olmalı və bağlı vəziyyətdə ekranı tam örtməlidir. Konstruksiya metal və ya möhkəm mebel materialından (mdf, laminatlı lövhə və ya ekvivalent) hazırlanmalı və sabit divara montaj olunmalıdır. Qoruyucu panellər sürüşdürmə sistemi ilə açılıb bağlanmalıdır. Qoruyucu panellərin ön səthi marker lövhəsi kimi istifadə oluna bilməli, üzərində markerlə yazıb pozmaq mümkün olmalıdır. Qoruyucuda açarlı mexaniki kilid sistemi olmalıdır. Çatdırılma və quraşdırma təklif qiymətinə daxil olmalıdır. Məhsul üçün 12 ay yazılı zəmanət verilməlidir. | 5 | ədəd |
| 4 | Monoblok All-in-One kompüterin prosessoru minimum 8 nüvə və 12 axına malik, maksimum Turbo tezliyi minimum 4.8 GHz olan prosessor olmalı, PassMark CPU Mark göstəricisi minimum 18 000, Single Thread göstəricisi minimum 3 500 olmalıdır. Operativ yaddaş minimum 16 GB DDR5, daxili yaddaş isə minimum 512 GB PCIe NVMe SSD olmalıdır. Ekran minimum 23.8 düym ölçüdə, FHD (1920×1080) təsvir ölçülü, IPS və ya IPS-level texnologiyalı və minimum 60 Hz yenilənmə tezlikli olmalıdır. Qrafik adapter inteqrasiya olunmuş olmalıdır. Veb-kamera minimum Full HD (1920×1080) keyfiyyətində, daxili mikrofon və stereo dinamiklər olmalıdır. Cihaz minimum Wi-Fi 6 (802.11ax) və Bluetooth 5.2 standartlarını dəstəkləməli, minimum 1 Gbps Ethernet (RJ-45) portuna malik olmalıdır. USB portları minimum 2 × USB Type-A və 1 × USB Type-C, video çıxışı isə minimum 1 × HDMI və ya DisplayPort olmalıdır. Həmçinin minimum 1 × 3.5 mm audio giriş/çıxışı və TPM 2.0 və ya ekvivalent təhlükəsizlik modulu olmalıdır. Əməliyyat sistemi FreeDOS olmalıdır. Komplektasiyaya klaviatura və optik siçan daxil edilməlidir. Məhsul üçün MAF və minimum 12 ay yazılı zəmanət təqdim edilməlidir. | 10 | ədəd |
| 5 | DDR3 RAM DDR3 ECC Registered (RDIMM) operativ yaddaş modulu, tutumu 16 GB, sürəti 1866 MHz, 240-pin, 2 ranklı (2Rx4) və ya server tərəfindən dəstəklənən ekvivalent rank konfiqurasiyası, gərginliyi 1.5V. Modul mövcud Dell PowerEdge R720 serveri və onda quraşdırılmış yaddaş modulları ilə tam uyğun olmalı, BIOS/UEFI tərəfindən tanınmalı və stabil işləməlidir. Modul yeni və istifadə olunmamış olmalıdır. Məhsul üçün 12 ay yazılı zəmanət təqdim olunmalıdır. | 2 | ədəd |
| 6 | DDR4 RAM DDR4 ECC Registered (RDIMM) operativ yaddaş modulu, tutumu 16 GB, PC4-2666V, 288-pin, tək ranklı (1Rx4), gərginliyi 1.2V. Modul mövcud HPE ProLiant DL160 Gen10 serveri və onda quraşdırılmış yaddaş modulları ilə tam uyğun olmalı, BIOS/UEFI tərəfindən tanınmalı, uyğunluq xəbərdarlığı verməməli və tam stabil işləməlidir. Modul yeni və istifadə olunmamış olmalıdır. Məhsul üçün 12 ay yazılı zəmanət təqdim olunmalıdır. | 4 | ədəd |
| 7 | SSD 256 gb Yaddaş tutumu: minimum 256 GB; Form-faktor: 2.5 düym; İnterfeys: SATA III (6 Gb/s); Ardıcıllı oxuma sürəti: minimum 520 MB/s; Windows, Linux və digər geniş yayılmış əməliyyat sistemləri ilə uyğun olmalıdır; Masaüstü və noutbuk kompüterlərdə istifadəyə yararlı olmalıdır. Məhsul üçün 12 ay yazılı zəmanət təqdim olunmalıdır. | 10 | ədəd |
| 8 | Proyektor Proyektor 3LCD, DLP (Digital Light Processing) və ya ekvivalent görüntü texnologiyası, Front / Rear / Ceiling mount dəstəyi ilə təmin olunmalıdır. İş mexanizmi Poly-silicon TFT (LCD), DMD (DLP üçün) və ya ekvivalent görüntü formalaşdırma texnologiyası olmalıdır. Rezolyusiya minimum XGA (1024×768) və ya ekvivalent, aspekt nisbəti 4:3, 16:10 və 16:9 dəstəkləməlidir. Dəstəklənən rezolyusiyalar: VGA, SVGA, WXGA, SXGA, SXGA+, WXGA+, UXGA və ekvivalent. Parlaqlıq minimum 3600 ANSI lm (İSO standartlarına uyğun) . Kontrast nisbəti minimum 15 000:1 (dinamik və ya tipik). Lampa gücü minimum ~200–220 W, ömrü minimum ECO rejimdə: 10 000 saat, Normal rejimdə minimum: 5 000 saat.Optik sistemdə Zoom və manual fokus mövcud olmalıdır.Keystone korreksiyası şaquli ±30°, üfüqi və ya avtomatik korreksiya üstünlükdür. Bağlantı interfeysləri minimum 1×HDMI (2×HDMI üstünlükdür), USB-A/B, Audio in/out mövcud olmalıdır. RS-232C və/və ya LAN idarəetmə interfeysi dəstəyi olmalıdır. Monitor Out çıxışı mövcud olduqda üstünlükdür. Wi-Fi daxili və ya əlavə modul vasitəsilə dəstəklənməsi üstünlükdür. Dinamik minimum 2–16 W mono. Avto start (Direct Power On) olmalıdır. Zəmanət minimum 1 il olmalıdır. MAF sənədi tələb olunur. | 5 | ədəd |
| 9 | Notebook Prosessor: minimum 8 nüvəli, minimum 12 axınlı və maksimum Turbo tezliyi minimum 4.5 GHz olan prosessor olmalı, PassMark CPU Mark göstəricisi minimum 16 500, Single Thread göstəricisi minimum 3 300 olmalıdır. Operativ yaddaş: minimum 16 GB olmalıdır. Daxili yaddaş: minimum 512 GB PCIe NVMe SSD olmalıdır. Ekran: minimum 15.6 düym, minimum Full HD (1920×1080) təsvir ölçüsünə malik olmalıdır. Qrafik adapter: inteqrasiya olunmuş olmalıdır. Veb-kamera: minimum HD 720p olmalıdır. Simsiz əlaqə: minimum Wi-Fi 6 (802.11ax), Bluetooth: minimum 5.1 olmalıdır. Şəbəkə: minimum 1 Gbps RJ-45 portu olmalıdır. USB portları: minimum 2×USB Type-A və 1×USB Type-C olmalıdır. Video çıxışı: minimum 1×HDMI olmalıdır. Audio: 3.5 mm kombinə edilmiş audio portu, stereo dinamiklər və mikrofon olmalıdır. TPM 2.0 olmalıdır. Əməliyyat sistemi: FreeDOS və ya OS-siz olmalıdır. Klaviatura: tam ölçülü, AZ/EN və ya beynəlxalq olmalıdır. Məhsul üçün minimum 12 ay yazılı zəmanət və MAF sənədi təqdim edilməlidir. | 5 | ədəd |
| 10 | L2+ Switch Tipi: L2+ Managed və ya daha yuxarı səviyyəli; PoE standartı: IEEE 802.3af/at və ya ekvivalent; ümumi PoE güc büdcəsi: minimum 150 W; port konfiqurasiyası: minimum 16 × 10/100/1000 Mbps Gigabit Ethernet PoE+ portu və minimum 2 × 1 Gbps SFP uplink portu; kommutasiya qabiliyyəti (Switching Capacity): minimum 36 Gbps; paket yönləndirmə qabiliyyəti: minimum 26 Mpps; MAC ünvan cədvəli: minimum 8K; Jumbo Frame dəstəyi: minimum 9000 bayt; QoS: IEEE 802.1p/DSCP və ya ekvivalent trafik prioritetləndirmə, minimum 8 prioritet növbəsi, SP (Strict Priority) və/və ya WRR (Weighted Round Robin) və ya ekvivalent növbələndirmə mexanizmləri, həmçinin Storm Control funksiyası; VLAN: IEEE 802.1Q dəstəyi və minimum 4094 VLAN ID; STP: IEEE 802.1D STP, IEEE 802.1w RSTP və IEEE 802.1s MSTP və ya ekvivalent; İdarəetmə: Web əsaslı idarəetmə, HTTPS, CLI və SSH/SSHv2 və ya ekvivalent təhlükəsiz idarəetmə interfeysləri, həmçinin mərkəzləşdirilmiş və/və ya bulud əsaslı şəbəkə idarəetmə sistemi ilə inteqrasiya imkanı; Məhsul üçün minimum 12 ay yazılı zəmanət verilməlidir. MAF sənədi tələb olunur. | 2 | ədəd |
| 11 | HDD SATA 3.5" (LFF) SATA sabit disk (HDD), tutumu 4 TB, fırlanma sürəti 7200 RPM, interfeys SATA 6 Gbit/s, server sinfi (24/7 iş rejimi üçün). Disk mövcud HPE ProLiant DL160 Gen10 serveri və onun disk kontrolleri ilə tam uyğun olmalı, kontroller tərəfindən tanınmalı və uyğunluq xəbərdarlığı verməməlidir. Disk Gen10 serverinin disk yuvasına fiziki olaraq uyğun kasetlə (tray/carrier) təqdim edilməlidir. Disk yeni və istifadə olunmamış olmalıdır.Məhsul üçün 12 ay yazılı zəmanət verilməlidir. | 4 | ədəd |
| 12 | HDD SAS 2.5" SAS sabit disk (HDD), tutumu 1.2 TB, fırlanma sürəti RPM 10K , interfeys SAS 6 Gbit/s. Disk mövcud Dell PowerEdge R720 serveri və onun PERC H310/H710/H710P RAID kontrolleri ilə tam uyğun olmalı, kontroller tərəfindən tanınmalı və uyğunluq xəbərdarlığı verməməlidir. Disk serverin disk yuvasına uyğun, isti qoşulma (hot-plug) dəstəkli kasetlə (tray/caddy) təqdim edilməlidir. Disk yeni və istifadə olunmamış olmalıdır. Məhsul üçün 12 ay yazılı zəmanət verilməlidir. | 2 | ədəd |
| 13 | Çoxistiqamətli yaxa mikrofonu (Omni Lavalier microphone) Dəst 1 ədəd 2 kanallı qəbuledicidən, 2 ədəd bodypack ötürücüdən, 2 ədəd yaxa mikrofonundan, antennalardan, rack montaj dəstindən və qidalanma elementlərindən ibarət olmalıdır. Sistem UHF diapazonunda, 630–695.25 MHz diapazonu daxilində işləməlidir; istehsalçının bu diapazona düşən tezlik variantı qəbul edilir, istifadə olunan tezliklər isə yerli tənzimləyici qurumun icazəsinə uyğun olmalıdır. Sistem üzrə minimum 200 seçilə və ya proqramlaşdırıla bilən tezlik/kanal imkanı və avtomatik tezlik skanı olmalıdır; ekvivalent tezlik və ya kanal sıxlığı rejimi də qəbul edilir. Qəbuledici minimum 2 antenna girişinə və hər kanal üçün True Diversity və ya ekvivalent diversity qəbul sisteminə malik olmalıdır. Sistemdə rəqəmsal və ya PLL tezlik sintezi, avtomatik skan və qəbuledici ilə ötürücünün avtomatik sinxronlaşdırılması (IR və ya ekvivalent) olmalıdır. Qəbuledicinin ön panelində tezlik, kanal və RF siqnal vəziyyətini göstərən rəqəmsal ekran (OLED, LCD və ya ekvivalent), antenna interfeysi kimi isə minimum 2 ədəd BNC (50 Ω) olmalıdır. Hər kanal üçün balanslaşdırılmış XLR çıxışı, həmçinin ümumi və ya hər kanal üçün ayrıca 6.35 mm jack çıxışı təmin edilməlidir. SNR minimum 70 dB və ya ekvivalent/üstün audio göstəricisi, audio tezlik cavabı isə minimum 120 Hz–15 kHz olmalıdır; daha geniş diapazon qəbul edilir. Qəbuledici 19" rack-ə 1U hündürlükdə quraşdırılmalı, montaj avadanlığı komplektə daxil olmalıdır. Sistem açıq ərazidə minimum 100 m ötürmə məsafəsi təmin etməlidir. Ötürücülər 2×AA batareya və ya istehsalçının akkumulyatoru ilə işləməli, bir dolumla minimum 8 saat fasiləsiz iş təmin etməlidir. Yaxa mikrofonları ötürücü ilə uyğun kondensator kapsula malik olmalı, klips və külək qoruyucusu komplektə daxil edilməlidir. Sistem RF müdaxilələrinə qarşı avtomatik tezlik seçimi/skanı, rəqəmsal ötürmə, pilot ton / tone-key squelch və ya ekvivalent qorunma mexanizminə malik olmalıdır..Tələb olunan məhsul üçün MAF sənədi və 12 ay yazılı zəmanət tələb olunur. Quraşdırılma təklifə daxil olmalıdır. | 2 | dəst |
| 14 | HDMI kabel 20 metrlik HDMİ kabel | 5 | ədəd |
| 15 | Kronşteyn Həm tavana, həm də divara montaj imkanı olan universal proyektor kronşteyni. Tənzimlənən qollar (hörümçək tipli bərkidici) ilə əksər proyektor modellərinə uyğun olmalıdır. Uzunluğu tənzimlənən (teleskopik) dirək, ən azı 40–65 sm aralığında. Əyilmə (tilt) ən azı ±15°, fırlanma (swivel) 360°, proyektorun öz oxu ətrafında düzləndirilməsi (rotate) imkanı olmalıdır. Daşıma qabiliyyəti ən azı 15 kq. Polad gövdə, korroziyaya davamlı örtük; kabellərin dirək daxilindən və ya kabel tutucularla gizli keçirilməsi imkanı. Montaj üçün bütün bərkidici elementlər (dübel, bolt, vint) dəstə daxil olmalıdır. | 5 | ədəd |
| 16 | Konfrans sistemi Sistem mərkəzi idarəetmə blokundan, 1 sədr və 19 nümayəndə konfrans qurğusundan, daisy-chain kabellərindən və idarəetmə proqram təminatından ibarət olmalıdır. Komplektə daxil olan bütün komponentlər bir-biri ilə tam uyğun, vahid sistem kimi işləməli, əlavə adapter və ya konverter tələb etməməlidir. Sistem IEC 60914 beynəlxalq standartına uyğun olmalı, istehsalçının ISO 9001 keyfiyyət idarəetmə sertifikatı olmalıdır. Avadanlıq yeni, istifadə olunmamış və orijinal olmalı, qidalanma 220–240V AC, 50 Hz olmalıdır. Mərkəzi idarəetmə bloku – 1 ədəd. Blok ən azı 40 konfrans qurğusunu qidalandırmalı və idarə etməli, qurğulara ayrıca enerji mənbəyi tələb olunmamalıdır. Daisy-chain qoşulma üçün ən azı 2 port olmalı, hər zəncir ən azı 10 qurğunu dəstəkləməlidir. Ən azı 4 danışıq rejimi (FIFO, normal, səslə aktivləşmə, müraciət rejimi və s.) olmalı, eyni vaxtda açıq mikrofon sayı ən azı 1-dən 4-ə qədər tənzimlənməli, danışıq vaxtının məhdudlaşdırılması (taymer) funksiyası olmalıdır. Blokda ən azı 1 audio giriş və ən azı 2 kanallı audio çıxış olmalı, çıxışlardan ən azı biri balanslı (XLR və ya TRS) olmalıdır. Blokda 1 ədəd USB port olmalı, iclasların MP3 formatında USB yaddaş qurğusuna yazılması blokun özü tərəfindən təmin edilməlidir. Blokda 1 ədəd RJ45 (TCP/IP) şəbəkə portu olmalı, sistem PC proqram təminatı və ya veb brauzer vasitəsilə uzaqdan idarə olunmalıdır; idarəetmə mikrofonları, danışıq rejimini, səsyazmanı və kamera parametrlərini əhatə etməlidir. Blokda daxili rəqəmsal səs emalı (DSP) və akustik əks-əlaqənin (fit səsinin) avtomatik aşkarlanması və aradan qaldırılması funksiyası olmalıdır. Blok kamera izləmə funksiyasını dəstəkləməlidir: gələcəkdə PTZ kamera qoşulduqda mikrofon aktivləşəndə kameranı avtomatik olaraq həmin iştirakçının mövqeyinə yönəltmək imkanı olmalıdır. Bu məqsədlə blokda kamera idarəetmə interfeysi (RS-232/RS-485 və/və ya IP) olmalı, PTZ kameraların idarə edilməsi üçün ən azı bir açıq protokolu (məsələn, VISCA və ya Pelco-D/P) dəstəkləməlidir. Plug and Play funksiyası olmalı, sistem işlək vəziyyətdə olarkən qurğular qoşula və ya ayrıla bilməli və avtomatik tanınmalıdır. Blok 19 düymlük rack montajına uyğun olmalı, montaj dəsti daxil olmalıdır. Sədr mikrofon qurğusu – 1 ədəd. Qurğu stolüstü dizaynda olmalı, mikrofon qazboyun (gooseneck) tipli kardioid kondensator, qazboyun uzunluğu ən azı 40 sm, tezlik diapazonu ən azı 50 Hz – 16 kHz olmalıdır. Qurğuda bir toxunuşla digər aktiv mikrofonları susduran prioritet düyməsi, mikrofon açıq olduqda avtomatik susan daxili dinamik və səs həcmi tənzimlənən 3.5 mm stereo qulaqlıq yuvası olmalıdır. Mikrofonun statusu (danışır, söz istəyir) işıq indikatoru ilə göstərilməlidir. Qurğu mobil telefon (GSM) müdaxiləsinə qarşı qorunmalı və mərkəzi blokdan qidalanmalıdır. Nümayəndə mikrofon qurğusu – 19 ədəd. Qurğu stolüstü dizaynda olmalı, mikrofon qazboyun tipli kardioid kondensator, qazboyun uzunluğu ən azı 40 sm, tezlik diapazonu ən azı 50 Hz – 16 kHz olmalıdır. Qurğuda danışıq və söz istəmə düyməsi, mikrofon açıq olduqda avtomatik susan daxili dinamik və səs həcmi tənzimlənən 3.5 mm stereo qulaqlıq yuvası olmalıdır. Mikrofonun statusu işıq indikatoru ilə göstərilməlidir. Hər qurğunun unikal ID nömrəsi olmalı və mərkəzi blok vasitəsilə konfiqurasiya olunmalıdır. Qurğu mobil telefon (GSM) müdaxiləsinə qarşı qorunmalı və mərkəzi blokdan qidalanmalıdır. Daisy-chain kabelləri. Bütün qurğuların bir-birinə və mərkəzi bloka qoşulması üçün lazım olan sistemin öz birləşdirici kabelləri – 1 komplekt. Əlavə olaraq 10 metrlik uzatma kabeli – 1 ədəd: sistemin öz daisy-chain kabeli ilə eyni tipdə olmalı və zəncirə adapter və ya konverter olmadan birbaşa qoşulmalıdır. İdarəetmə proqram təminatı. Sistemi kompüterdən idarə etmək üçün proqram təminatı və ya veb interfeysi təqdim olunmalı, istifadə müddəti məhdudlaşdırılmamalı və əlavə illik ödəniş tələb etməməlidir. Quraşdırma, sınaq və təlim. Bütün avadanlığın quraşdırılması, konfiqurasiyası və işə salınması podratçı tərəfindən həyata keçirilməlidir. Kabellər masa altından və ya kabel kanalları ilə gizli və təhlükəsiz çəkilməli, dinamiklər divara və ya tavana təhlükəsiz bərkidilməlidir. Quraşdırmadan sonra sistem tam sınaqdan keçirilməli, səs balansı, fit səsi (feedback) və səsyazma yoxlanılmalı, sistem qəbul aktı ilə təhvil verilməlidir. İstifadəçilərə ən azı 1 dəfə təlim keçirilməlidir. Bütün avadanlığa zəmanət müddəti ən azı 12 ay olmalı, zəmanət müddətində texniki dəstək təmin edilməlidir. MAF sənədi tələb olunur. | ||
| 17 | Gücləndirici( konfrans sisteminin komponenti) Çıxış gücü ən azı 240 W RMS olmalı, 100V xətt çıxışına malik olmalıdır. Ən azı 1 balanslı (XLR/TRS) giriş, 19 düymlük rack montaj imkanı, həddindən artıq yüklənmə, qızma və qısaqapanmadan qorunma olmalıdır. Qidalanma 220–240V AC. Konfrans sisteminin mərkəzi bloku və təklif olunan divar dinamikləri ilə tam uyğun işləməlidir. 12 ay yazılı zəmanət. Quraşdırılma təklifə daxil olmalıdır. | 1 | ədəd |
| 18 | Divar dinamiki( konfrans sisteminin komponenti) Hər biri ən azı 40 W RMS gücündə, 100V xətt transformatorlu, güc seçimi (tap) imkanlı divar dinamiki. Təklif olunan gücləndirici ilə tam uyğun işləməlidir. Divar montaj kronşteyni dəstə daxil olmalıdır. Dinamiklər zalda bərabər səs paylanmasını təmin etməlidir. 12 ay yazılı zəmanət. Quraşdırılma təklifə daxil olmalıdır. | 4 | ədəd |
| 19 | Dinamik kabeli( konfrans sisteminin komponenti) 2×0.75 mm² və ya daha qalın, mis keçiricili; kabel kanalları və bərkidici materiallar daxil.Quraşdırılma təklifə daxil olmalıdır. | 200 | m |
| 20 | Balanslı XLR audio kabel( konfrans sisteminin komponenti) Mərkəzi blokun balanslı audio çıxışından gücləndiriciyə qoşulma üçün; uzunluğu ən azı 15 metr, hər iki ucunda XLR konnektor. Konfrans sistemi ilə tam uyğun işləməlidir. | 1 | ədəd |
| 21 | 3.5 mm AUX adapter kabeli Mərkəzi blokun audio çıxışından 3.5 mm AUX-a adapter, 2 metr kabellə (kompüter və ya yazı qurğusuna qoşulma üçün). Konfrans sistemi ilə tam uyğun işləməlidir.Quraşdırılma təklifə daxil olmalıdır. | 1 | ədəd |
| 22 | USB yaddaş qurğusu( konfrans sisteminin komponenti) Həcmi ən azı 64 GB; iclasların MP3 formatında yazılması üçün mərkəzi blokla uyğun işləməlidir. | 1 | ədəd |
| 23 | Şəbəkə kommutatoru (switch) Konfrans sisteminin komponenti Ən azı 5 port, sürəti 10/100/1000 Mbit/s, onlardan ən azı 1-i IEEE 802.3at (PoE+) dəstəkli olmalıdır. Konfrans sisteminin mərkəzi blokunun, idarəetmə kompüterinin və gələcəkdə qoşulacaq PTZ kameranın eyni şəbəkəyə, həmçinin Akademiyanın lokal şəbəkəsinə qoşulması üçün nəzərdə tutulur. Switch idarə olunan (smart) olmalı, VLAN (IEEE 802.1Q), QoS və IGMP Snooping funksiyalarını dəstəkləməli, veb interfeys vasitəsilə idarə olunmalıdır. Səssiz (fanless) və metal korpuslu olmalıdır. Quraşdırılma və ilkin konfiqurasiya təklifə daxil olmalıdır. MAF tələb olunur. Ən azı 12 ay yazılı zəmanət verilməlidir. | 1 | ədəd |
| 24 | Wi- Fi Access point Wi-Fi Access Point (simsiz giriş nöqtəsi) Cihaz tavana montaj (ceiling mount) üçün uyğun olmalı, montaj aksesuarları komplektə daxil olmalıdır. Wi-Fi standartı minimum Wi-Fi 6 (IEEE 802.11ax) olmalıdır. Radio arxitekturası ən azı dual-band (2.4 GHz və 5 GHz) olmalı, MU-MIMO və OFDMA texnologiyalarını dəstəkləməlidir. Cihazda minimum 1 ədəd 2.5GbE Ethernet uplink portu olmalıdır. Qidalanma PoE vasitəsilə (IEEE 802.3af/at və ya ekvivalent) təmin olunmalıdır. Cihaz 802.11k/v/r roaming standartlarını, WPA3-Personal və WPA3-Enterprise təhlükəsizlik rejimlərini dəstəkləməlidir. Cihaz özü və ya istehsalçının idarəetmə proqramı vasitəsilə autentifikasiya üçün Captive Portal, voucher (qonaq) autentifikasiyası və PPSK/MPSK (Private/Multiple PSK) və ya ekvivalent dəstəyi olmalıdır. Performans 5 GHz diapazonunda minimum 1300 Mbps, 2.4 GHz diapazonunda minimum 450 Mbps təşkil etməlidir. Təkmilləşdirilmiş şəbəkə idarəetməsi üçün idarəetmə VLAN-ı (management VLAN) dəstəklənməlidir. Cihaz mühitdən asılı olaraq minimum 140 m² sahəni əhatə edə bilməlidir. MAF tələb olunur. Cihaza ən azı 12 ay müddətinə yazılı zəmanət verilməlidir. | 10 | ədəd |
| 1 |
| dəst |
From 13 published results of its procurements.
last won 08 Dec 2025
last won 05 Sept 2025
last won 07 Oct 2026
last won 01 Jul 2026
last won 19 Feb 2026