Buyer: AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN MADDİ TEXNİKİ-TƏCHİZAT İDARƏSİ
3 of this buyer's procurements in this category collapsed because too few suppliers bid. Competition here is weak.
21 procurements, 17 different winners
Wins most often: "MİX PRO" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 9.5%)
Based on: this buyer, this category
Winners went 0.04% to 71.06% below the estimate, median 14.82%.
For this tender that is AZN 614,703 down to AZN 546,617.
Nobody has ever won below AZN 185,714.
AZN 475
Documents AZN 25 + participation AZN 450
The bid bond and your own time come on top of this.
The documentation is paywalled, but the lot items are public. The analysis is built on these.
| # | Lot items | Quantity | Unit |
|---|---|---|---|
| 1 | Paltaryuyan maşın Paltaryuyan maşının yuma tutumu minimum 10 kq, maksimal sıxma sürəti minimum 1400 dövr/dəqiqə, mühərrik tipi inverter, ön yükləməli, tam avtomatik, elektron idarəetməli və rəqəmsal displeyli olmalıdır. Maşında minimum 14 yuma proqramı, o cümlədən pambıq, sintetik, qarışıq parçalar, zərif parçalar, yun, sürətli yuma və anti-allergiya rejimi, həmçinin minimum 12 dəqiqəlik sürətli yuma proqramı olmalıdır. Temperatur seçimi, sıxma sürətinin ayrıca tənzimlənməsi, gecikdirilmiş start/taymer, qalan vaxt göstəricisi, proqramın gedişat indikatoru, Wi-Fi üzərindən idarəetmə, balanssız yükə nəzarət, köpük nəzarəti, daşmadan qorunma, qapının təhlükəsizlik kilidi, uşaq kilidi, avtomatik su səviyyəsinin tənzimlənməsi, nasazlıq göstəricisi, avtomatik yükləmə və proqram parametrlərinin elektron idarə olunması təmin edilməlidir. Elektrik qidalanması 220–240 V, 50 Hz olmalı, enerji səmərəliliyi qüvvədə olan yeni enerji etiketləmə sisteminə uyğun A–G şkalası üzrə minimum A sinfi olmalıdır. Ölçülər quraşdırılma üçün 83–87 × 58–62 × 58–62 sm diapazonunda olmalı, maşın su giriş və drenaj bağlantıları ilə təmin edilməlidir. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 1 | ədəd |
| 2 | Soyuducu İki kameralı, sərbəst quraşdırılan soyuducunun ümumi faydalı həcmi minimum 257 litr, soyuducu bölməsinin faydalı həcmi minimum 179 litr, dondurucu bölməsinin faydalı həcmi minimum 78 litr, dondurucu bölməsi aşağı hissədə yerləşən, iki qapılı və mexaniki idarəetməli olmalıdır. Soyutma sistemi Total No Frost olmalı, həm soyuducu, həm də dondurucu bölməsində ayrıca buz açma tələb etməyən No Frost sistemi tətbiq edilməlidir. Soyuducu bölməsində minimum 3 ədəd temperli şüşə rəf, qapı üzərində minimum 3 rəf, tərəvəz və meyvələrin saxlanması üçün ayrıca meyvə və tərəvəzlərin saxlanması üçün ayrıca, temperatur/rütubət nəzarətinə uyğun tipli bölmə, yumurta qabı, daxili LED işıqlandırma və temperaturun mexaniki tənzimlənməsi olmalıdır. Dondurucu bölməsində minimum 2 saxlama siyirməsi, dondurma qabiliyyəti minimum 4 kq/gün olmalıdır. Gərginlik 220–240 V, tezlik 50/60 Hz, soyuducu agent R600a, səs səviyyəsi maksimum 43 dB(A), iqlim sinfi N-ST olmalı, gərginlik dəyişmələrindən qorunma funksiyası təmin edilməlidir. Qapıların açılma istiqamətinin dəyişdirilməsi mümkün olmalı, xarici ölçülər minimum 167 × 60 × 62 sm, maksimum 176 × 66 × 70, çəkisi 60-72 kq olmalıdır. Enerji səmərəliliyi qüvvədə olan enerji etiketləmə sisteminə uyğun A–G şkalası üzrə minimum A sinfi olmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 41 | ədəd |
| 3 | Su nasosu Mərkəzdənqaçma tipli səthi su nasosunun maksimal məhsuldarlığı minimum 78 m³/saat, maksimal basqısı minimum 18,5 m, maksimal işçi təzyiqi minimum 3 bar, maksimal sorucu hündürlüyü minimum 7 m, mühərrik gücü minimum 2,2 kVt, qidalanma gərginliyi 220–240 V, tezlik 50 Hz, birfazalı və ya modelin elektrik sxeminə uyğun olmalıdır. Nasos təmiz su ilə işləməyə, maksimal maye temperaturu minimum 40°C-yə, pH 6,5–8,5 diapazonunda olan mayeyə uyğun olmalıdır. Giriş və çıxış bağlantıları DN80, yəni 4 düym olmalı, hidravlik hissə mərkəzdənqaçma prinsipində işləməli, mühərrik asinxron tipli, gövdə çuqun, çarx/pər materialı korroziyaya davamlı metal ərintidən olmalıdır. Mühərrik mühafizə dərəcəsi minimum IP44 olmalı, termiki qoruma və fasiləsiz iş rejimi təmin edilməlidir. Xarici ölçülər 416–460 × 228–252 × 296–328 mm, çəkisi 25–31 kq olmalıdır. Nasos suvarma, su təchizatı və təmiz suyun yüksək məhsuldarlıqla ötürülməsi üçün uyğun konstruksiyaya malik olmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 8 | ədəd |
| 4 | Su nasosu Mərkəzdənqaçma tipli səthi su nasosunun maksimal məhsuldarlığı minimum 78 m³/saat, maksimal basqısı minimum 18,5 m, maksimal işçi təzyiqi minimum 3 bar, maksimal sorucu hündürlüyü minimum 7 m, mühərrik gücü minimum 2,2 kVt, qidalanma gərginliyi 220–240 V, tezlik 50 Hz olmalıdır. Nasos təmiz su ilə işləməli, mayenin maksimal temperaturu minimum 40°C, icazə verilən pH diapazonu 6,5–8,5 olmalıdır. Giriş və çıxış bağlantıları DN100/4 düym, mühərrik asinxron tipli, gövdə çuqun, çarx latun materialdan, mühafizə dərəcəsi minimum IP44 olmalıdır. Nasosda mexaniki salnik, termiki mühərrik qoruması və davamlı iş rejimi təmin edilməli, suyun yüksək məhsuldarlıqla ötürülməsi üçün uyğun hidravlik konstruksiya tətbiq olunmalıdır. Xarici ölçülər 420–460 × 210–240 × 290–330 mm, çəkisi 34–38 kq olmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 3 | ədəd |
| 5 | Qızdırıcı fan Anqar, böyük həcmli qapalı sənaye və texniki sahələrin qızdırılması üçün nəzərdə tutulmuş elektrik isti hava qızdırıcısının nominal istilik gücü minimum 30 kVt olmalı, elektrik qızdırıcı elementləri vasitəsilə isti hava yaratmalı, məcburi hava üfürmə fanına, istilik gücünün tənzimlənməsinə, anqar temperaturunun nəzarətinə, termostatla avtomatik işə düşmə və dayanma funksiyasına, həddindən artıq qızmadan qoruyan təhlükəsizlik termostatına və qoruyucu ön barmaqlığa malik olmalıdır. Qurğu isti havanın istiqamətləndirilməsi üçün hava çıxış kanalına qoşulmağa uyğun olmalı, elektrik mühərriki və qızdırıcı elementlər davamlı sənaye istifadəsinə uyğun konstruksiyada hazırlanmalıdır. Elektrik qidalanması modelin nominal elektrik tələbinə uyğun 380–400 V, 50 Hz üçfazalı olmalı, qızdırıcının idarəetmə sistemi ayrıca temperatur nəzarətinə imkan verməlidir. Qurğunun daşınması və anqarda yerləşdirilməsi üçün möhkəm metal konstruksiya, təkərli və dayaq elementləri təmin edilməlidir. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 4 | ədəd |
| 6 | Darvaza üçün avtomatik qapı mexanizmi Darvaza və qapılar üçün avtomatik qapı mexanizmi giriş qruplarında tək qanadlı, ağır və böyük ölçülü yellənən qapıların tam avtomatlaşdırılması üçün nəzərdə tutulmuş sənaye tipli elektromexaniki qapı mexanizmi komplekti olmalıdır. Sözügedən komplektin tərkibinə 1 ədəd yellənən qapı mühərrik mexanizmi, 1 ədəd hərəkət təhlükəsizliyi və aktivasiya radarı, 1 komplekt məsafədən idarəetmə pultu və pult qəbuledicisi, 2 ədəd elektromaqnit kilid, həmçinin avadanlıqların montajı, sazlanması və quraşdırılması xidməti tam daxil olmalıdır. Qurğunun minimum hidravlik və ya mexaniki gücü tək qapı qanadı üçün maksimum 600 kq-a qədər çəkini daşıma qabiliyyətinə malik olmalı və uyğun gələn qapı qanadının eni minimum 800 mm ilə maksimum 1600 mm intervalında olan ölçüləri tam dəstəkləməlidir. Estetik montaj və qapı üstü sahəyə asan inteqrasiya üçün mexanizmin xarici korpus hündürlüyü 65–75 mm diapazonunda, dərinliyi 120–140 mm diapazonunda, minimal montaj uzunluğu isə 710–730 mm intervalında olmalıdır. Qapının rahat əl ilə açılmasını təmin edən, açılış zamanı fiziki müqaviməti və enerji sərfiyyatını minimuma endirən ağıllı yardımçı idarəetmə funksiyasına (Smart swing və ya ekvivalenti) malik olmalıdır. Qapı bağlayıcısının mexaniki gücü EN 4 ilə EN 7 diapazonunda rəqəmsal və ya mexaniki olaraq dəyişdirilə bilən və ya tənzimlənə bilən konstruksiyada olmalıdır. Qapının açılma və bağlanma sürətləri bir-birindən asılı olmayaraq, ayrıca fərdi şəkildə tənzimlənə bilməlidir. Şəbəkədə elektrik enerjisi kəsildikdə belə təhlükəsizliyi təmin edən mexaniki kilidləmə və normal iş rejimində avtomatik elektrik sürətləndirici və ya yavaşladıcı son zərbə mexanizminə malik olmalıdır. Təhlükəsizlik və maneələrin təyini funksiyasına, yəni maneə aşkarladıqda dərhal dayanma xüsusiyyətinə və iki ardıcıl qapının növbəli açılıb-bağlanmasını tənzimləyən tambur idarəetmə sisteminə malik olmalıdır. Qurğu sənaye standartlarına və yanğından mühafizə qapılarında tətbiq edilmə meyarlarına tam uyğun konstruksiyada olmalıdır. Təklif olunan avadanlıq komplekti tamamilə yeni, istifadə olunmamış, orijinal zavod istehsalı olmalı və zəmanət müddəti təhvil verildiyi tarixdən etibarən minimum 12 ay təşkil etməlidir.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 2 | ədəd |
| 7 | Nərdivan Teleskopik və ya iç-içə sürüşən alüminium nərdivanın açılmış vəziyyətdə uzunluğu minimum 8 m, çoxhissəli sürüşmə konstruksiyası, pillələrin sürüşməyə qarşı profilli səthi, hər hissənin təhlükəsiz kilidlənməsi, möhkəm alüminium yan dayaqları, sürüşməyə qarşı rezin ayaq ucluqları və yüksək hündürlükdə iş zamanı sabitliyi təmin edən konstruktiv dayaq sistemi olmalıdır. Nərdivan qatlanmış vəziyyətdə daşınmağa və saxlanmağa uyğun olmalı, hissələrin açılması və bağlanması zamanı mexaniki təhlükəsizlik kilidləri öz-özünə açılmaya qarşı qorunmalıdır. 8 m hündürlükdə istifadədə yan dayaq/dəstək elementlərinin tətbiqi mümkün olmalı, konstruksiya sənaye və texniki işlər üçün nəzərdə tutulmuş alüminium profillərdən hazırlanmalıdır. Pillələr və yan profillər istifadəçinin ağırlığı altında əyilmə və sürüşməyə qarşı möhkəmliyə malik olmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 1 | ədəd |
| 8 | Kontaktsız yuma üçün köpük mayesi püskürtmə aparatı Köpük generatorunun maye çəninin tutumu minimum 100 litr, işçi təzyiqi minimum 5 bar, köpük və maye püskürtmə üçün təzyiqli hava ilə işləyən sistemə malik olmalı, avtomobil, yük avtomobili, xüsusi texnika və müxtəlif səthlərin kontaktsız yuyulması üçün su əsaslı yuyucu vasitələrin köpük şəklində püskürdülməsini təmin etməlidir. Çən korroziyaya və işçi təzyiqə davamlı materialdan hazırlanmalı, təhlükəsizlik klapanı, təzyiq göstəricisi/manometr, doldurma qapağı, püskürtmə şlanqı, köpük püskürdücü başlıq və təzyiqli hava bağlantısı ilə təchiz edilməlidir. Şlanqın uzunluğu minimum 8 m, şlanqın daxili diametri 7,2–8,8 mm, aparatın boş çəkisi 23–28 kq, xarici ölçüləri 475–525 × 475–525 × 1035–1145 mm olmalıdır. Qurğu yuyucu və dezinfeksiyaedici məhlulların təzyiqli hava vasitəsilə səthə bərabər köpük şəklində tətbiqinə imkan verməlidir. MAF sənədi təqdim edilməlidir. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 2 | ədəd |
| 9 | Kondisioner Divar tipli split kondisionerin soyutma məhsuldarlığı minimum 24 000 BTU/saat və minimum 7,0 kVt, isitmə məhsuldarlığı minimum 7,0 kVt, nominal elektrik qidalanması 220–240 V, 1 faza, 50 Hz, inverter olmayan kompressorlu olmalıdır. Soyutma üzrə EER minimum 3,2, isitmə üzrə COP minimum 3,4 olmalı, soyuducu agent R410A istifadə edilməli, soyutma və isitmə funksiyaları, qurutma, avtomatik iş rejimi, gecə/yuxu rejimi, ventilyasiya, fan sürətinin tənzimlənməsi, taymer, uzaqdan idarəetmə pultu, temperaturun elektron tənzimlənməsi, hava axınının istiqamətləndirilməsi, avtomatik restart və nasazlıqdan qorunma funksiyaları təmin edilməlidir. Daxili blokun hava sərfi minimum 12,3 m³/dəqiqə, daxili blokun səs səviyyəsi maksimum 46 dB(A), xarici blokun səs səviyyəsi maksimum 56 dB(A) olmalıdır. Daxili blokun ölçüləri 1028–1136 × 314–347 × 221–245 mm, çəkisi 14,4–17,6 kq, xarici blokun ölçüləri 760–840 × 656–724 × 285–315 mm, çəkisi 45–55 kq olmalıdır. Kondisioner enerji səmərəliliyi üzrə qüvvədə olan enerji etiketləmə tələblərinə uyğun olmalı, soyutma və isitmə üzrə enerji sərfiyyatı və səmərəlilik göstəriciləri ayrıca müəyyən edilməlidir. DAF sənədi təqdim edilməlidir. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 15 | ədəd |
| 10 | Elektrik soba Elektrik sobasının daxili həcmi minimum 45 litr, elektrik gücü minimum 1500 Vt, qidalanması 220–240 V, 50 Hz, mexaniki idarəetməli, maksimum temperaturu minimum 350°C, minimum 3 bişirmə proqramlı, minimum 2 bişirmə tavası ilə komplektləşdirilmiş, ikiqat şüşəli qapıya və daxili işıqlandırmaya malik olmalıdır. Temperaturun mexaniki tənzimlənməsi, bişirmə vaxtının taymer vasitəsilə seçilməsi, avtomatik sönmə, qızdırıcı elementlərin ayrıca idarə olunması, üst və alt qızdırma rejimləri və müxtəlif temperaturda bişirməyə uyğun istilik nəzarəti təmin edilməlidir. Qurğuda qril və konveksiya funksiyası tələb edilmir; sobanın daxili səthi yüksək temperatura davamlı və təmizlənməsi asan materialdan hazırlanmalıdır. Xarici korpus istiliyədavamlı olmalı, qapı istifadə zamanı təhlükəsiz açılıb-bağlanmalı və ikiqat şüşə istilik itkisini azaltmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 5 | ədəd |
| 11 | Elektrik plitə İki bişirmə gözlü elektrik plitə olmalı, hər bir bişirmə zonasının müstəqil idarə edilməsi, qızdırma səviyyəsinin ayrıca tənzimlənməsi, həddindən artıq qızmadan qorunma, istilik indikatoru və sabit quraşdırmanı təmin edən konstruksiyaya malik olmalıdır. Elektrik qidalanması 220–240 V, 50 Hz olmalı, qızdırıcı elementlər gündəlik intensiv istifadəyə uyğun olmalıdır. İdarəetmə mexaniki və ya elektron tipdə olmaqla bişirmə zonalarının ayrıca işə salınmasına və söndürülməsinə imkan verməli, səth yüksək temperatura davamlı və asan təmizlənən materialdan hazırlanmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 20 | ədəd |
| 12 | Peşəkar tozsoran Yaş və quru təmizləmə üçün nəzərdə tutulmuş peşəkar tozsoranın konteyner tutumu minimum 70 litr, ümumi mühərrik gücü maksimum 3600 Vt, vakuum gücü minimum 254 mbar və ya 25,4 kPa, mühərrik sayı minumum 3 ədəd, hər mühərrik üzrə hava sərfi minimum 74 l/s olmalıdır. Elektrik qidalanması 220–240 V, 50–60 Hz, elektrik kabelinin uzunluğu minimum 10 m, səs səviyyəsi maksimum 83 dB(A) olmalıdır. Tozsoran eyni vaxtda yaş və quru çirkləndiricilərin sorulmasına uyğun olmalı, filtrasiya sistemi, çirkli su və quru tullantıların toplanması üçün möhkəm konteyner, sorucu şlanq, borular və müxtəlif təmizləmə başlıqları ilə komplektləşdirilməlidir. Konteynerin boşaldılması rahat olmalı, mühərriklərin həddindən artıq yüklənmədən və qızmadan qorunması təmin edilməlidir. Ölçülər 684–756 × 485–536 × 926–1024 mm diapazonunda olmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 1 | ədəd |
| 13 | Elektrik samovar Elektrik samovarın əsas su tutumu minimum 4 litr, dəmlik tutumu minimum 0,8 litr, elektrik gücü minimum 2300 Vt olmalıdır. Korpus və su ilə təmas edən əsas hissələr paslanmayan poladdan hazırlanmalı, qızdırıcı element suyun sürətli qızdırılmasını təmin etməlidir. Cihazda suyun isti saxlanması funksiyası, avtomatik sönmə, susuz qızmadan qorunma, termostat və temperaturun təhlükəsiz həddə saxlanması sistemi olmalıdır. Dəmlik ayrıca yerləşdirilməli, kran vasitəsilə isti suyun təhlükəsiz verilməsi təmin edilməli, elektrik kabeli və şəbəkəyə qoşulma sistemi təhlükəsiz istifadəyə uyğun olmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 12 | ədəd |
| 14 | Benzin generatoru Benzin mühərrikli generatorun nominal çıxış gücü minimum 5 kVA, maksimal çıxış gücü minimum 5,5 kVA olmalıdır. Generator 220–240 V, 50 Hz elektrik avadanlıqlarının qidalandırılması üçün uyğun olmalı, sabit gərginlik çıxışı, avtomatik və ya elektron gərginlik tənzimlənməsi, həddindən artıq yüklənmədən qorunma, aşağı yağ səviyyəsində mühərrikin qorunması və qısaqapanmadan mühafizə funksiyalarına malik olmalıdır. Benzin mühərriki 4-taktlı, hava ilə soyudulan tipdə, yanacaq çəni sahə şəraitində fasiləsiz istifadəyə uyğun həcmdə olmalı, generator mexaniki işə salma sisteminə malik olmalıdır. Çıxışlarda ən azı standart 220–240 V elektrik yuvaları və qoruyucu avtomat olmalıdır. Metal çərçivə generatorun daşınması və mexaniki təsirlərdən qorunmasını təmin etməli, vibrasiya və səs səviyyəsi təhlükəsiz istismar üçün qəbul edilən hədlərdə olmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 3 | ədəd |
| 15 | Benzinli qazonbiçən Benzin mühərrikli qazonbiçənin biçmə eni minimum 43 sm, mühərrik iş həcmi 185–207 sm³ sinfində, gövdəsi polad, ot toplama səbəti tor/parça materiallı və biçmə hündürlüyü tənzimlənən olmalıdır. Mühərrik 4-taktlı, hava ilə soyudulan, benzinlə işləyən tipdə olmalı, işə salma mexanizmi etibarlı və istifadə zamanı təhlükəsiz olmalıdır. Biçmə hündürlüyü bir neçə pillədə tənzimlənməli, otun toplanması üçün səbət, fırlanan bıçaq və bıçağı qoruyan konstruktiv elementlər olmalıdır. Tutacaq qatlanan və ya saxlanma üçün yığcamlaşdırıla bilən konstruksiyada olmalı, idarəetmə elementləri operatorun əlçatanlığında yerləşməlidir. Təkərlər qeyri-bərabər səthlərdə hərəkətə uyğun olmalı, bıçağın təsadüfi işə düşməsinin qarşısını alan təhlükəsizlik idarəetməsi təmin edilməlidir. MAF sənədi təqdim edilməlidir. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 2 | ədəd |
| 16 | Tibbi xərək Tibbi xərək pasiyentin təhlükəsiz daşınması üçün nəzərdə tutulmuş, möhkəm metal/alüminium konstruksiyalı, qatlanan və daşınan tipdə olmalıdır. Xərəkdə pasiyentin hərəkətinin qarşısını almaq üçün təhlükəsizlik qayışları və ya bərkidici elementlər, tutacaqlar, sürüşməyə qarşı dayaq elementləri və asan daşınmanı təmin edən konstruksiya olmalıdır. Xərək qatlandıqda daşınma və saxlanma üçün yığcam vəziyyətə gətirilə bilməli, açıldıqda konstruksiyanın təsadüfi qatlanmasının qarşısını alan təhlükəsizlik kilidləri olmalıdır. Yataq səthi pasiyentin daşınması zamanı rahat və təmizlənməsi asan materialdan hazırlanmalı, çərçivə korroziyaya davamlı olmalıdır. Təkərli konstruksiya olduqda təkərlər möhkəm və təhlükəsiz hərəkətə uyğun, əyləc mexanizmi ilə təchiz edilməlidir. Məhsul tibbi məqsədlə istifadəyə uyğun və təhlükəsiz istismar üçün nəzərdə tutulmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 5 | ədəd |
| 17 | Elektrik çaydan Elektrik çaydanının tutumu minimum 1,8 litr, istehlak gücü 2200 Vt olmalı, qidalanması 220–240 V, 50 Hz olmalı, paslanmayan polad qızdırıcı elementə malik olmalıdır. Cihazda suyun qaynaması başa çatdıqda avtomatik sönmə, susuz işləmədən qorunma, həddindən artıq qızmadan mühafizə və temperaturun təhlükəsiz idarə edilməsi funksiyaları olmalıdır. Korpus istiliyədavamlı və gündəlik istifadəyə uyğun olmalı, qapaq təhlükəsiz açılıb-bağlanmalı, su səviyyəsinin müşahidəsinə imkan verməli və tutacaq istilikdən qorunan materialdan hazırlanmalıdır. Elektrik kabeli təhlükəsiz qoşulma sistemi ilə təmin edilməli, cihaz sabit altlıq üzərində 360° yerləşdirilə bilməli və asan təmizlənən daxili səthə malik olmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 20 | ədəd |
| 18 | Elektrik samovar Cihaz suyun tez və effektiv şəkildə qızdırılmasını təmin etməli, qaynama tamamlandıqdan sonra avtomatik olaraq “isti saxlama” rejiminə keçərək temperaturun sabit qalmasını dəstəkləməlidir. Elektrik samovarın su tutumu minimum 4,5 litr, dəmlik tutumu minimum 0,9 litr olmalı, gücü 1350–1650 Vt səviyyəsində, daxili qazanı paslanmayan poladdan, xarici korpusu isə istiliyə davamlı metal materialdan hazırlanmalıdır. Qurğu avtomatik sönmə funksiyası, susuz işləməyə qarşı qoruma sistemi, termostat vasitəsilə temperaturun tənzimlənməsi, artıq qızmaya qarşı təhlükəsizlik mexanizmi və tam elektrik izolyasiya sistemi ilə təchiz olunmalıdır. Cihazda minimum 2 ədəd kran olmalı, kran mexanizmləri sızdırmaz və rahat istifadə üçün uyğun konstruksiyada hazırlanmalıdır. Tutacaqlar isə istilik keçirməyən materialdan hazırlanmalıdır. Cihaz minimum 50 stəkanlıq istifadə imkanını təmin etməli, dayanıqlı baza ilə təmin edilməli, sürüşməyə qarşı sabitlik verən konstruksiyaya malik olmalı və gündəlik məişət istifadəsində təhlükəsiz işləməyə uyğun olmalıdır. Məhsul korroziyaya qarşı davamlı, asan təmizlənən və uzunmüddətli istifadə üçün yararlı olmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 40 | ədəd |
| 19 | Çaydan dəsti İki hissəli elektrik çaydan dəsti olmalı, 1 ədəd əsas su qızdıran çaydan və 1 ədəd üzərində yerləşən dəmlik hissədən ibarət olmalıdır. Çaydanın ümumi tutumu minimum 1,7 litr, dəmlik hissəsinin tutumu minimum 0,8 litr olmalıdır. Elektrik gücü minimum 1800 Vt olmalıdır. Qızdırıcı element gizli (disk tipli) paslanmayan poladdan hazırlanmalı və sürətli qaynama funksiyasını təmin etməlidir. Korpus yüksək temperatura davamlı şüşə və paslanmayan polad kombinasiyasından hazırlanmalı, istilik izolyasiyalı və zərbəyə davamlı olmalıdır. Dəmlik hissə istiliyi uzun müddət saxlayan şüşə və ya istilik davamlı materialdan hazırlanmalı və çay filtr sistemi (süzgəc) ilə təchiz olunmalıdır. Cihazda avtomatik sönmə (boiling auto-off), susuz işləməyə qarşı qoruma, həddindən artıq qızmadan qorunma (overheat protection) və enerji kəsilmə təhlükəsizlik sistemi olmalıdır. Tutacaq istilik keçirməyən, erqonomik və sürüşməyən materialdan olmalı, qapaq təhlükəsiz kilidlənmə mexanizminə malik olmalıdır. Elektrik baza 360° fırlanan (cordless) tipdə olmalı və istənilən istiqamətdən yerləşdirilməyə imkan verməlidir. Temperatur göstəricisi və ya LED indikator sistemi, su səviyyə göstəricisi və sürətli qaynama rejimi olmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 3 | ədəd |
| 20 | Dolab tipli kondisioner Dolab tipli kondisioner olmalıdır. Soyutma məhsuldarlığı minimum 7,0 kW, isitmə məhsuldarlığı minimum 7,4 kW səviyyəsindən aşağı olmamalıdır. Qurğu elektron idarəetməli olmalı, uzaqdan idarəetmə pultu ilə təchiz edilməli, avtomatik rejim, ventilyasiya, qurutma, temperaturun tənzimlənməsi, fan sürətinin idarə olunması, hava axınının istiqamətləndirilməsi, taymer, yuxu rejimi və avtomatik yenidən işə düşmə funksiyalarına malik olmalıdır. Daxili blokun quraşdırılma ölçüləri genişliyi 500–530 mm, dərinliyi 300–330 mm, hündürlüyü isə 1700–1800 mm aralığında olmalıdır. Xarici blokun quraşdırılma ölçüləri (yan qoruyucu qapaqlar istisna olmaqla) genişliyi 850–910 mm, dərinliyi 320–360 mm, hündürlüyü isə 650–700 mm aralığında olmalıdır. Daxili blokun qutsuz xalis çəkisi minimum 35 kq, maksimum 42 kq təşkil etməlidir. Xarici blokun qutsuz xalis çəkisi minimum 52 kq, maksimum 60 kq təşkil etməlidir. Daxili və xarici bloklar ayrı konstruksiyada yerləşməli, bir-biri ilə soyuducu xətt vasitəsilə birləşdirilməlidir. Daxili blokun maksimal səs təzyiqi səviyyəsi 46 – 50 dB(A) intervalında olmalıdır, xarici blokun maksimal səs təzyiqi səviyyəsi 56 – 60 dB(A) intervalında olmalıdır. Kompressor sistemi həddindən artıq yüklənmə, yüksək temperatur və gərginlik dəyişmələrinə qarşı qorunma funksiyasına malik olmalı, sistem otaq temperaturunu avtomatik sabit saxlamalıdır. İdarəetmə panelində seçilmiş rejim və temperatur göstəricisi əks olunmalıdır. Enerji səmərəliliyi müasir məişət kondisionerləri üçün qəbul edilmiş minimum A sinfi tələblərinə uyğun olmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 6 | ədəd |
| 21 | Paltaryuyan maşın Öndən yükləməli tam avtomatik paltaryuyan maşının yuma tutumu minimum 8 kq, maksimal sıxma sürəti minimum 1200 dövr/dəqiqə olmalı, elektron idarəetmə və rəqəmsal displeylə təmin edilməlidir. Maşında çoxsaylı yuma proqramları, pambıq, sintetik, qarışıq parçalar, zərif parçalar, yun, sürətli yuma və gündəlik yuma rejimləri, temperaturun seçilməsi, sıxma sürətinin tənzimlənməsi, gecikdirilmiş start, qalan vaxt göstəricisi və proqramın gedişat indikatoru olmalıdır. Uşaq kilidi, qapının təhlükəsizlik kilidi, balanssız yükə nəzarət, köpük nəzarəti, daşmadan qorunma, su səviyyəsinin avtomatik tənzimlənməsi, nasazlıq göstəricisi və mühərrikin həddindən artıq yüklənmədən qorunması təmin edilməlidir. Elektrik qidalanması 220–240 V, 50 Hz olmalı, enerji səmərəliliyi qüvvədə olan yeni A–G enerji etiketləmə şkalası üzrə müəyyən edilməlidir. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 1 | ədəd |
| 22 | Özüyeriyən benzin qazonbiçən Özüyeriyən benzin mühərrikli qazonbiçənin biçmə eni minimum 46 sm, mərkəzi biçmə hündürlüyü tənzimləmə mexanizmi, ot toplama səbəti və bir neçə biçmə rejimi olmalıdır. Mühərrik 4-taktlı benzin mühərriki, hava ilə soyudulan tipdə olmalı, bıçağın işə salınması və dayandırılması operatorun təhlükəsizliyini təmin edən idarəetmə ilə həyata keçirilməlidir. Biçmə hündürlüyü bir neçə pillədə mərkəzi mexanizmlə tənzimlənməli, otun toplanması üçün çıxarıla bilən səbət, polad və ya möhkəm metal gövdə, iri təkərlər və operator üçün qatlanan tutacaq təmin edilməlidir. Özüyeriyən ötürmə sistemi operatorun fiziki yükünü azaltmalı, müxtəlif səthlərdə sabit hərəkətə imkan verməlidir. MAF sənədi təqdim edilməlidir. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 1 | ədəd |
| 23 | Motodəryaz Benzin mühərrikli əl motodəryazı/otbiçəni olmalı, mühərrik iki və ya dörd taktlı benzin mühərriki ilə işləməli, biçmə başlığı, qoruyucu örtük, operator üçün rahat tutacaq və çiyin qayışı ilə təchiz edilməlidir. Qurğuda mühərrikin təhlükəsiz işə salınması, qazın tənzimlənməsi, mühərrikin dayandırılması və operatorun idarəetməsini təmin edən idarəetmə elementləri olmalıdır. Biçmə başlığı ot və alaq otlarının kəsilməsinə uyğun, qoruyucu örtük isə operatoru kəsilən materialların sıçramasından qoruyacaq konstruksiyada olmalıdır. Çiyin qayışı qurğunun çəkisini operatorun bədənində təhlükəsiz paylamalı, tutacaq uzunmüddətli iş zamanı rahat idarəetməyə imkan verməlidir. Yanacaq sistemi sızmaya qarşı təhlükəsiz, mühərrik hava ilə soyudulan və gündəlik texniki xidmətə əlçatan olmalıdır. MAF sənədi təqdim edilməlidir. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 9 | ədəd |
| 24 | Əl fənəri Təkrar doldurulan əl fənərinin əsas LED işıq mənbəyinin gücü minimum 1 Vt, əlavə SMD LED işıqlandırması olmalı və minimum 3 ayrı işıqlandırma rejimi təmin edilməlidir. Fənər daxili təkrar doldurulan akkumulyatorla işləməli, akkumulyatorun doldurulması üçün uyğun enerji girişinə, doldurulma indikatoruna və həddindən artıq boşalma/yüklənmədən qorunma sisteminə malik olmalıdır. Korpus zərbələrə və gündəlik istismara davamlı, tutacaq rahat və sürüşməyə qarşı olmalıdır. Əsas LED uzaq məsafəli işıqlandırmanı, əlavə LED-lər isə yaxın sahənin işıqlandırılmasını təmin etməlidir. İşıq rejimləri ayrıca seçilə bilməli, fənər elektrik enerjisindən ayrıldıqda daxili akkumulyator hesabına işləməlidir. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 5 | ədəd |
| 25 | Avtomobil təkər kompressoru Portativ avtomobil hava kompressoru avtomobil təkərlərinin şişirdilməsi üçün nəzərdə tutulmalı, elektrik qidalanmasına, hava şlanqına, təkər ventilinə qoşulma başlığına və manometrə malik olmalıdır. Təzyiq göstəricisi bar və ya PSI vahidlərində oxunaqlı olmalı, təkər təzyiqinin nəzarətdə saxlanılmasına imkan verməlidir. Kompressor daşınma üçün kompakt və möhkəm korpusda, vibrasiyaya davamlı konstruksiyada hazırlanmalı, mühərrik həddindən artıq qızmadan qorunmalıdır. Elektrik kabeli avtomobil elektrik sisteminə qoşulmağa uyğun olmalı, kabel və hava şlanqının uzunluğu avtomobil təkərinə rahat çatmağa imkan verməlidir. Avtomatik təzyiqə çatma funksiyası olduqda təyin edilmiş təzyiqə çatdıqda kompressorun dayanması təmin edilməlidir. MAF sənədi təqdim edilməlidir. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 1 | ədəd |
| 26 | Məişət tozsoranı Quru təmizləmə üçün nəzərdə tutulmuş məişət elektrik tozsoranı olmalı, mühərrikin istehlak gücü 2400 Vt, toz tutma torbasının həcmi minimum 3 litr olmalı, çoxmərhələli filtrasiya sistemi, mühərrik qoruyucu filtr və çıxış havasının təmizlənməsi üçün zərif təmizləmə filtri elementinə malik olmalıdır. Toz tutumunun boşaldılması asan olmalı, sorucu şlanq, teleskopik metal boru, döşəmə və xalça üçün əsas başlıq, dar sahələr üçün ucluq və digər standart təmizləmə aksesuarları ilə komplektləşdirilməlidir. Elektrik mühərriki həddindən artıq qızmadan qorunmalı, idarəetmə elementi vasitəsilə işə salınma və söndürülmə, korpus üzərində sorucu gücün tənzimlənməsi təmin edilməlidir. Kabelin avtomatik yığılması, təkərlər və daşınma üçün tutacaq olmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 3 | ədəd |
| 27 | Avtomobil tozsoranı Avtomobil salonunun, oturacaqların, xalçaların və dar sahələrin quru təmizlənməsi üçün portativ elektrik tozsoranı olmalıdır. Cihaz kompakt korpusa, filtrli toz konteynerinə, sorucu şlanq və ya birbaşa sorucu başlığa, dar sahələr və oturacaqlar üçün əlavə ucluqlara malik olmalıdır. Qidalanma avtomobilin elektrik sistemindən və ya daxili akkumulyatordan təmin edilməli, avtomobil elektrik sistemi ilə işləyən variantda 12 V qidalanmaya uyğun olmalıdır. Filtr yuyula bilən və ya dəyişdirilə bilən tipdə olmalı, toz konteyneri alətsiz və rahat boşaldılmalıdır. Mühərrik həddindən artıq qızmadan qorunmalı, cihazın işə salınması və söndürülməsi ayrıca idarəetmə düyməsi ilə həyata keçirilməlidir. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 2 | ədəd |
| 28 | Təkərli benzin qazonbiçən Benzin mühərrikli təkərli qazonbiçənin biçmə eni minimum 51 sm, mühərrik iş həcmi 185–207 sm³, ot toplama səbətinin tutumu minimum 70 litr, biçmə hündürlüyünün tənzimlənməsi 25–75 mm diapazonunda minimum 6 pillə, gövdəsi polad olmalıdır. Mühərrik 4-taktlı OHV tipdə, gücü minimum 4,2 kVt sinfində olmalı, hava ilə soyudulmalı və benzinlə işləməlidir. Qurğu 4-in-1 biçmə imkanına, yəni otun toplanması, arxa tərəfə atılması, yan tərəfə atılması və mulçlama rejimlərinə uyğun olmalıdır. Hündürlük tənzimlənməsi mərkəzi və ya bütün təkərləri eyni vaxtda idarə edən mexanizmlə həyata keçirilməli, ot səbəti çıxarıla bilən və asan boşaldılan konstruksiyada olmalıdır. Təkərlər qeyri-bərabər səthlərdə hərəkətə uyğun, tutacaq qatlanan, gövdə mexaniki zərbələrə davamlı olmalıdır. MAF sənədi təqdim edilməlidir. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 1 | ədəd |
| 29 | Avtomatik baxıl aparatı Avadanlıq daxili mikroçip vasitəsilə idarə olunan tam avtomatik və təmassız işləmə sisteminə malik olmalıdır; istifadəçinin əyilməsinə ehtiyac qoymadan ayaqqabı üzlüyünü avtomatik geyindirməlidir; gövdəsi üzərində qalan baxıl sayını və texniki xəta kodlarını əks etdirən rəqəmsal LED/LCD displey paneli olmalıdır; ayaq yerləşdirilən daxili bölmə avtomatik LED işıqlandırma sistemi ilə təchiz edilməlidir; xarici korpusu zərbəyə və dezinfeksiyaedici maddələrə davamlı ABS plastik materialdan, daxili ötürücü mexanizmləri isə paslanmaz poladdan olmalıdır; daxili baxil xəznəsi təkfədə minimum 200 ədəd (100 cüt) xüsusi kancalı hazır baxil paketini qəbul etmək tutumuna malik olmalıdır; cihaz həm standart polietilen (PE/CPE), həm də toxunmamış (non-woven) materialdan olan xüsusi kasetli baxillərlə tam uyğun işləməlidir; maksimal işlək gücü 60W-dan çox olmamalıdır; cihazın ümumi ölçüləri erqonomik olaraq hündürlüyü 70-75 sm, uzunluğu 60-65 sm, eni isə 30-32 sm aralığında olmalıdır; istifadə zamanı sürüşməməsi üçün cihazın xalis çəkisi minimum 18-20 kq olmalıdır; hərəkət mexanizmində sıxılma və ya maneə algılandıqda sistemi dərhal dayandıran ağıllı mühafizə sensoru olmalıdır; mexaniki sıxılmaları və ya baxil tükənməsini avtomatik müəyyən edərək displeydə xəta siqnalları ilə göstərməlidir; təklif olunan avadanlıq tamamilə yeni, istifadə olunmamış olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 2 | ədəd |
| 30 | Buxarlı ütü sistemi Tekstil və dərzilik sənayesində professional istifadə üçün nəzərdə tutulmuş, dar konstruksiyalı, özündən avtomatik su bəsləməli buxar qazanlı və inteqrasiya olunmuş dar qol aparatlı ütü sistemi olmalıdır. Cihazın ümumi rezistans gücü 5.5–7.5 kW, qazan rezistansı 4.0–5.0 kW təşkil etməli, ütüləmə səthinin rütubətlənməsinin qarşısını alan, termostatla idarə olunan daxili masa isidici rezistans gücü 1.0–1.6 kW intervalında olmalıdır. İş prosesində parçanın masaya fiksasiyası və nəmin sürətlə çəkilməsi üçün inteqrasiya olunmuş vakum motorunun gücü 0.35–0.75 kW daxilində, vakum hava sorma gücü isə yüksək məhsuldarlıqlı iş dövrünü təmin edən sənaye standartlarında olmalıdır. Avadanlıq sənaye tipli müəssisələrin infrastrukturuna tam uyğun olaraq 380 V elektrik gərginliyi ilə işləmə imkanına malik olmalıdır. Cihaz fasiləsiz iş rejimini təmin etmək üçün daxili su nasosu və avtomatik su bəsləmə xüsusiyyətinə malik, ümumi su çəni/qazan tutumu 25–35 litr intervalında olan yüksək tutumlu sənaye tipli olan buxar generatoru ilə təchiz edilməli, buxarın işçi təzyiqi minimum 3.5 bar olmalıdır. Ütüləmə masasının ümumi konstruktiv ölçüləri standartlara uyğun ölçü intervallarında, təqribən (150–155) x (45–55) x (90–100) sm hədlərində olmalı və dar platforma strukturunu qorumalıdır. Avadanlıq dəstinə sənaye tipli elektrikli buxar əl ütüsü, parlamaya və yanmağa qarşı qoruyucu teflon altlıq, yüksək temperatura davamlı xüsusi masa örtüyü və köynək qollarının rahat ütülənməsi üçün dar qol aparatı birlikdə daxil edilməlidir. Məhsul tamamilə yeni, istifadə olunmamış və orijinal zavod qablaşdırmasında təhvil verilməlidir. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 1 | ədəd |
| 31 | Distillə aparatı Su distillə və təmizləmə aparatı gündəlik minimum 200 litr su emal etmə gücünə malik olmalı, suyun distillə/təmizləmə prosesini avtomatik və ya yarıavtomatik şəkildə həyata keçirməlidir. Su ilə təmas edən çən, borular, qızdırıcı hissələr və digər komponentlər korroziyaya davamlı və suyun keyfiyyətinə mənfi təsir göstərməyən materiallardan hazırlanmalıdır. Aparatda suyun qızdırılması, buxarın kondensasiya edilməsi və distillə olunmuş suyun ayrıca toplanması üçün uyğun sistem olmalıdır. Su səviyyəsinə nəzarət, həddindən artıq qızmadan qorunma, susuz işləmənin qarşısının alınması, temperatur nəzarəti və avtomatik dayanma funksiyaları təmin edilməlidir. Aparatın gündəlik məhsuldarlığı minimum 200 litr olmalı və davamlı iş üçün uyğun konstruksiyaya malik olmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 1 | ədəd |
| 32 | Su təzyiq tənzimləyicisi Su təzyiq tənzimləyicisinin nominal qoşulma ölçüsü 1 düym olmalı, su xəttində giriş təzyiqinin azaldılmasını və çıxış təzyiqinin sabit saxlanılmasını təmin etməlidir. Qurğu tam mexaniki və hidravlik dinamika prinsipi ilə işləməli və su təchizatı sistemlərində fasiləsiz istifadəyə uyğun olmalıdır. Gövdəsi korroziyaya, ərpə və mexaniki gərginliklərə davamlı latun və ya nikelləşdirilmiş xüsusi metal ərintisindən, daxili yay-porsşen mexanizmi isə paslanmaz poladdan hazırlanmalıdır. Məhsulun maksimal giriş təzyiqinə dözümlülüyü minimum 16–25 bar və ya daha yuxarı diapazonda, işçi temperatur həddi isə minimum +80°C ilə +110°C və ya daha geniş temperatur intervalında olmalıdır. Qurğu çıxış təzyiqini minimum 1–6 bar və ya daha geniş diapazonda mexaniki olaraq tənzimləyə bilən xüsusi konstruksiyaya malik olmalı, tənzimlənmiş təzyiqin sabitliyini təmin etməlidir. Üzərində texnoloji nəzarət məqsədilə manometr qoşulması üçün minimum 1/4 düym ölçüsündə xüsusi yuva mövcud olmalıdır. Axın istiqaməti gövdə üzərində silinməz vizual işarə ilə göstərilməli, giriş və çıxış bağlantıları 1 düym ölçüdə, sökülə bilən sferik konussuz birləşmə muftaları ilə təchiz olunmalı və yüksək sızdırmazlığı təmin etməlidir. Qurğu magistral su təchizatı xətlərində, həmçinin nasos və hidrofor sistemlərində işləməyə tam uyğun olmalı, normal iş rejimində nominal su buraxma qabiliyyəti saatda minimum 3.5–4.0 m³ və ya daha yüksək təşkil etməli, sistemdəki ani təzyiq dəyişmələrini amortizasiya etməlidir. Tədarük olunacaq məhsul tamamilə yeni, istifadə olunmamış və orijinal zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay təşkil etməlidir.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 2 | ədəd |
| 33 | Su dispenseri Avadanlıq döşəməüstü tip quraşdırılma quruluşuna və su qabının yuxarıdan yerləşməsi sisteminə malik olmalıdır; isti, soyuq və otaq temperaturunda su təmini üçün minimum 3 ədəd su buraxma kranı ilə təchiz edilməlidir; daxili su çənləri SUS304 standartlı paslanmaz poladdan hazırlanmalıdır; kompressor tipli soyutma sisteminə malik olmalıdır; isti su kranının üzərində uşaqların qorunması üçün mexaniki təhlükəsizlik kilidi mövcud olmalıdır; cihazın qızdırma qabiliyyəti saatda minimum 4.8 litr olmaqla temperaturu minimum 85°C təmin edilməlidir; soyutma qabiliyyəti saatda minimum 2 litr olmaqla temperaturu maksimum 10°C təşkil etməlidir; daxili qızdırıcısının maksimal işlək gücü maksimum 420W, soyutma gücü isə maksimum 100W olmalıdır; cihazın alt hissəsində daxili saxlama dolabı mövcud olmalıdır; xarici ölçüləri hündürlüyü 860-910 mm, eni 280-315 mm, dərinliyi 280-310 mm aralığında, ağ rəngli olmalıdır; avadanlıq tamamilə yeni, istifadə olunmamış olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 5 | ədəd |
| 34 | Qazla işləyən kombi Qazla işləyən kombinin nominal istilik gücü minimum 32 kVt olmalı, həm istilik sistemi, həm də məişət isti suyu hazırlama funksiyasını eyni qurğuda təmin etməlidir. Qurğu yüksək səmərəlilikli kondensasiya texnologiyasına uyğun olmalı, elektron alışdırma, alovun elektron nəzarəti, qaz təchizatının avtomatik idarə edilməsi, isitmə temperaturunun tənzimlənməsi və isti su temperaturunun ayrıca tənzimlənməsinə imkan verməlidir. Minimum iş təzyiqinin nəzarəti, həddindən artıq temperaturdan qorunma, su təzyiqinin azalmasına qarşı qoruma, alovun sönməsi zamanı qazın avtomatik kəsilməsi, nasosun bloklanmadan qorunması və donmadan mühafizə funksiyaları təmin edilməlidir. Qurğuda rəqəmsal və ya elektron displey vasitəsilə temperatur, iş rejimi və nasazlıq kodlarının göstərilməsi təmin edilməlidir. Məişət isti suyu hazırlanması ani rejimdə həyata keçirilməli, isti su axını sabit temperaturda saxlanılmalıdır. Enerji səmərəliliyi isitmə və isti su hazırlama üzrə qüvvədə olan enerji etiketləmə tələblərinə uyğun olmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 1 | ədəd |
| 35 | Su nasosu Su nasosunun mühərrik gücü minimum 0,55 kVt, qoşulma ölçüsü 1,4-1,55 düym, maksimal və ya nominal basqı göstəricisi minimum 25 m olmalıdır. Nasos suyun çəkilməsi və ötürülməsi üçün mərkəzdənqaçma və ya eyni məhsuldarlıq sinfində uyğun hidravlik konstruksiyaya malik olmalı, mühərrik 220–240 V, 50 Hz elektrik şəbəkəsinə uyğun işləməlidir. Hidravlik hissələr korroziyaya davamlı materiallardan hazırlanmalı, val və mexaniki salnik su ilə uzunmüddətli təmasa uyğun olmalıdır. Mühərrikdə həddindən artıq qızmadan və yüklənmədən qorunma təmin edilməli, nasos fasiləsiz və ya uzunmüddətli iş rejiminə uyğun konstruksiyaya malik olmalıdır. Giriş və çıxış bağlantıları sızdırmaz birləşməyə uyğun olmalı, nasos suvarma, su təchizatı və məişət su sistemlərində istifadəyə yararlı olmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 5 | ədəd |
| 36 | Böyük həcmli elektrik samovar Sənaye tipli elektrik samovarın ümumi su tutumu minimum 20 litr olmalı, gövdə üzərində quraşdırılmış minimum iki ədəd su/çay paylama kranı və daxilində paslanmayan poladdan çıxarıla bilən daxili süzgəc xəzinəsi olmalıdır. Qurğunun elektrik qızdırıcı elementinin gücü minimum 2000–2200 Vt intervalında olmalı, gövdə üzərində isə su/çay səviyyə göstəricisi (şəffaf boru) mövcud olmalıdır. Cihaz tənzimlənən temperatur nəzarətinə, isti saxlama rejiminə, susuz qızmadan qorunma blokuna və həddindən artıq qızmaya qarşı təhlükəsizlik termostatına malik olmalıdır. Xarici korpusu və su çəni AISI 304 və ya ekvivalent keyfiyyətli paslanmayan polad materialdan istehsal olunmalı, tutacaqları istilik keçirməməlidir. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay təşkil etməlidir.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 3 | ədəd |
| 37 | Televizor Televizor tamamilə yeni, zavod istehsalı, orijinal qablaşdırmada və istehsal tarixi minimum 2025–2026-cı illər aralığında (və ya daha yeni) olmalıdır. Ekran ölçüsü minimum 65 düym (164–165 sm), panel texnologiyası LCD / LED / Direct LED / VA / IPS (və ya geniş rəng çalarlı ekvivalent ekran texnologiyalı) və təsvir dəqiqliyi minimum 3840 × 2160 piksel (4K Ultra HD) standartında olmalıdır. Ekranın əsas yenilənmə tezliyi minimum 50–60 Hz, optimallaşdırılmış dinamik tezliyi isə minimum 120 Hz-ə qədər dəstəklənməlidir. Cihaz minimum 4K rəqəmsal / 4K Süni İntellekt prosessor, HDR / HDR10+ texnologiyaları və rənglərin geniş diapazonda reproduksiyası ilə təmin olunmalıdır. Daxili səs sisteminin gücü minimum 20 Vt (2.0 kanal) olmalı, audio hərəkəti izləmə / obyekt yönümlü səs effektləri və xarici səs sistemləri ilə sinxronizasiya funksiyalarını (və ya ekvivalentini) dəstəkləməlidir. Lisenziyalı əməliyyat sisteminə (Tizen OS / WebOS və ya ekvivalenti) malik Smart TV platforması internet əsaslı tətbiq (YouTube, Netflix və s.) və video xidmətlərindən tam istifadəyə imkan verməlidir. Cihaz daxili Wi-Fi (minimum Wi-Fi 5) və Bluetooth (minimum versiya 5.0–5.2) modulları ilə təchiz olunmalıdır. İnterfeys olaraq üzərində minimum 3 ədəd HDMI, minimum 1–2 ədəd USB, 1 ədəd LAN və 1 ədəd Optik rəqəmsal audio çıxış portu mövcud olmalıdır. Rəqəmsal və analoq siqnalların qəbulu üçün daxili tuner (DVB-T2 / C / S2 daxil olmaqla) və avtomatik kanal axtarışı funksiyası olmalıdır. Səs/ekran parametrlərinin tənzimlənməsi, yuxu taymeri və avtomatik sönmə funksiyalarını dəstəkləməlidir. Komplektasiyaya dayaq altlıqları (ayaqları), qida kabeli və orijinal uzaqdan idarəetmə pultu daxil olmalıdır. Zəmanət müddəti minimum 12 ay təşkil etməlidir.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 28 | ədəd |
| 38 | Nərdivan Dördayaqlı, açılıb-bağlanan alüminium və ya möhkəm metal konstruksiyalı nərdivan olmalı, minimum 10 pilləyə, 270–300 sm ümumi/iş hündürlüyünə, pillələrdə sürüşməyə qarşı səthə, bütün ayaqlarda sürüşməyə qarşı rezin dayaqlara və açıq vəziyyətdə konstruksiyanın öz-özünə bağlanmasının qarşısını alan təhlükəsizlik kilidləmə mexanizminə malik olmalıdır. Nərdivan dörd dayağın hamısı üzərində sabit dayanmalı, pillələr yan profillərə möhkəm bərkidilməli, qatlandıqda daşınması və saxlanması mümkün olmalıdır. Konstruksiya məişət və texniki yüksəklik işlərində istifadəyə uyğun, operatorun ağırlığı altında əyilmə və dayaq nöqtələrində sürüşmə riskini minimumlaşdıran möhkəmlikdə olmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 25 | ədəd |
| 39 | Nərdivan Dördayaqlı, açılıb-bağlanan nərdivan minimum 7 pilləli, 227–251 sm ümumi/iş hündürlüklü olmalı, möhkəm metal konstruksiyaya, sürüşməyə qarşı profilli pillələrə, bütün ayaqlarda rezin və ya analoji sürüşməyə qarşı dayaqlara və açıq vəziyyətdə təhlükəsiz kilidləmə mexanizminə malik olmalıdır. Nərdivan qatlanan vəziyyətdə daşınmağa və saxlanmağa uyğun olmalı, açıldıqda dörd dayağın sabitliyini qoruyaraq təsadüfi bağlanmanın qarşısını alan mexaniki kilid sistemi ilə təmin edilməlidir. Pillələr operatorun ağırlığı altında əyilməyən, yan profillər isə uzunmüddətli istifadəyə uyğun möhkəmlikdə olmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 6 | ədəd |
| 40 | Qaz plitəsi Mebelüstü 4 gözlü qaz plitəsi olmalı, bişirmə səthi keramika materiallı, 3 ədəd qaz bişirmə zonası və 1 ədəd elektrik qızdırıcı zonasından ibarət olmalıdır. Hər bir bişirmə zonasının ayrıca idarə edilməsi, qaz alovunun səviyyəsinin tənzimlənməsi və elektrik qızdırıcı zonasının müstəqil idarə edilməsi təmin edilməlidir. Qaz gözlərində alovun təsadüfən sönməsi zamanı qazın avtomatik kəsilməsini təmin edən qaz təhlükəsizlik sistemi olmalıdır. İdarəetmə elementləri əlçatan yerləşdirilməli, keramika səth yüksək temperatura davamlı, asan təmizlənən və gündəlik istifadəyə uyğun olmalıdır. Qaz bağlantısı standart məişət qaz xəttinə qoşulmağa uyğun olmalı, elektrik zonası 220–240 V, 50 Hz şəbəkə ilə işləməlidir. Bişirmə zonalarının dayaqları qabların sabit yerləşdirilməsini təmin etməlidir. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 1 | ədəd |
| 41 | Aspirator Mətbəx mebeli daxilində quraşdırılan aspiratorun eni standarta uyğun olaraq 60 sm, korpusu paslanmayan poladdan, hava sovurma məhsuldarlığı minimum 450 m³/saat, mühərrik sayı 1 ədəd, sürət sayı minimum 3 olmalıdır. İdarəetmə düyməli olmalı, həm havanın dövriyyəsi, həm də xaricə çıxarılması rejimlərini dəstəkləməli, daxili işıqlandırma sistemi ilə təmin edilməlidir. Elektrik sərfiyyatı 207–253 Vt, elektrik qidalanması 220–240 V, 50 Hz olmalıdır. Yağ filtrinin çıxarılması və təmizlənməsi mümkün olmalı, filtr mətbəx buxarı və yağ hissəciklərinin tutulmasına uyğun konstruksiyada hazırlanmalıdır. Aspirator mebel daxilində quraşdırmaya uyğun ölçüdə, hava çıxış kanalına qoşulmağa imkan verən konstruksiyada olmalı və mühərrik həddindən artıq yüklənmədən qorunmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 22 | ədəd |
| 42 | Mikrodalğalı soba Mikrodalğalı sobanın daxili faydalı həcmi minimum 23 litr, mikrodalğa çıxış gücü minimum 700 Vt, elektrik qidalanması 230–240 V, 50 Hz, güc səviyyələrinin sayı minimum 10 olmalıdır. Soba sensor idarəetməli rəqəmsal panelə və LED displeyə malik olmalı, defrost rejimi, bişirmə prosesinin sonunda səsli siqnal, daxili işıqlandırma və maksimum 99 dəqiqə 99 saniyə taymer funksiyası təmin edilməlidir. Daxili dönər boşqab şüşədən hazırlanmalı və mikrodalğanın daxili kamerasında bərabər qızdırmanı təmin etməlidir. Qapı təhlükəsiz bağlanmalı, qapı açıldıqda mikrodalğa generasiyasını avtomatik dayandıran təhlükəsizlik sistemi olmalıdır. Ölçülər 471–521 × 336–372 × 277–307 mm diapazonunda, ümumi çəkisi 10,5–12,8 kq olmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 20 | ədəd |
| 43 | Elektrik su qızdırıcısı Elektrik su qızdırıcısının nominal tutumu minimum 200 litr, elektrik qızdırıcı elementinin gücü minimum 3 kVt, elektrik qidalanması 220–240 V, 50 Hz olmalıdır. Qurğu döşəməüstü quraşdırmaya uyğun, daxili çəni şüşə-emallı, qızdırıcı elementi paslanmayan polad tipli, korroziyadan qorunma üçün maqnezium anodlu və istilik itkisini azaltmaq üçün istilik izolyasiyalı olmalıdır. Temperaturun mexaniki tənzimlənməsi, termometr, temperatur göstəricisi, elektrik qızdırma indikatoru, təhlükəsizlik/boşaltma klapanı və artıq təzyiqdən qorunma sistemi olmalıdır. Çənin konstruksiyası məişət isti su sistemində uzunmüddətli istifadəyə uyğun olmalı, su giriş və isti su çıxış bağlantıları standart boru sisteminə qoşulmağa imkan verməlidir. 200 litrlik sinif üçün nominal gücün 3 kVt olması, şüşə-emallı çən, paslanmayan polad qızdırıcı element və maqnezium anod kimi xüsusiyyətlər istehsalçı məlumatlarında göstərilir. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 3 | ədəd |
| 44 | Kondisioner Avadanlıq divar tipli split-sistem quruluşunda olmalı, soyutma və isitmə rejimlərində işləməlidir; ümumi soyutma/isitmə gücü minimum 18000 BTU, maksimum 18500 BTU aralığında olmalıdır; soyutma gücü minimum 5.3 kVt, isitmə gücü isə minimum 5.4 kVt təşkil etməlidir; R410A tipli freon qazı ilə çalışmalı və freon həcmi daxil tam doldurulmuş vəziyyətdə təhvil verilməlidir; soyutma və isitmə rejimlərində enerji səmərəliliyi sinfi minimum "A" (Class A) olmalıdır; daxili blokun səs səviyyəsi maksimum 45 dB, xarici blokun səs səviyyəsi isə maksimum 55 dB həddində olmalıdır; daxili blokun ölçüləri hündürlüyü 290-320 mm, eni 880-920 mm, dərinliyi 200-235 mm aralığında olmalıdır; xarici blokun ölçüləri hündürlüyü 500-540 mm, eni 770-815 mm, dərinliyi 270-305 mm aralığında olmalıdır; daxili blokun xalis çəkisi 11-13 kq aralığında, xarici blokun xalis çəkisi isə 35-39 kq aralığında olmalıdır; avtorestart, gizli rəqəmsal displey, pultda temperatur sensoru və ağıllı özünüdiaqnostika sistemlərinə malik olmalıdır; istilikdəyişdiriciləri antikorroziya örtüklü olmalıdır; avadanlıq tamamilə yeni, istifadə olunmamış olmalı və beynəlxalq keyfiyyət standartına malik olmalıdır. DAF sənədi təqdim edilməlidir. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 45 | ədəd |
| 45 | Ot biçən maşın Özüyeriyən benzin mühərrikli qazonbiçənin biçmə eni minimum 508 mm, mühərrik iş həcmi 196 sm³, mühərrik 4-taktlı OHV, nominal gücü minimum 4,2 kVt, işə salma sistemi mexaniki/recoil, biçmə hündürlüyü 25–75 mm diapazonunda minimum 6 pilləli, ot toplama səbəti minimum 70 litr olmalıdır. Qurğu özüyeriyən ötürmə sisteminə malik olmalı və arxa tərəfə atma, yan tərəfə atma, mulçlama və otun səbətdə toplanması daxil olmaqla 4-in-1 biçmə imkanlarını təmin etməlidir. Gövdə polad konstruksiyalı, tutacaq yumşaq tutuşlu, operatorun mövcudluğuna nəzarət edən təhlükəsizlik sistemi ilə təmin edilməlidir. Mühərrik 2800 dövr/dəqiqə nominal sürətində işləməli, yanacaq çəninin tutumu 0,9–1,1 litr, mühərrik yağının tutumu 540–660 ml olmalıdır. Qurğuda təmizləmə üçün şlanq bağlantısı, qatlanan tutacaq və ön/arxa müxtəlif diametrli təkərlər olmalıdır. Ölçülər 1501–1659 × 523–578 × 998–1103 mm, çəkisi 35–41 kq olmalıdır. MAF sənədi təqdim edilməlidir. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 5 | ədəd |
| 46 | Boyler Boylerin nominal su tutumu minimum 1000 litr, iki ayrı istilik dəyişdirici spiral/serpantinlə təchiz edilmiş, isti suyun hazırlanması və müxtəlif istilik mənbələrindən qızdırılması üçün nəzərdə tutulmuş şaquli döşəməüstü konstruksiyalı olmalıdır. Çən yüksək temperatura və təzyiqə davamlı polad materialdan hazırlanmalı, daxili səth korroziyaya qarşı qorunmalı, xarici səth istilik izolyasiyası ilə örtülməlidir. İki serpantinin hər biri ayrıca giriş və çıxış bağlantılarına malik olmalı, isti su çıxışı, soyuq su girişi, drenaj və təhlükəsizlik bağlantıları təmin edilməlidir. Çəndə temperaturun ölçülməsi üçün termometr/temperatur sensoru yerləşdirməyə uyğun bağlantı, təzyiqdən qorunma üçün təhlükəsizlik klapanı və texniki xidmət üçün boşaltma imkanı olmalıdır. Konstruksiya uzunmüddətli isti su sistemlərində istifadəyə və minimum 1000 litr həcmli suyun təhlükəsiz saxlanmasına uyğun olmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 1 | ədəd |
| 47 | Su çəni Su çəninin nominal tutumu minimum 200 litr olmalı, yağış suyunun və texniki suyun saxlanması üçün uyğun, izolyasiyalı, ultrabənövşəyi şüalara, temperatur dəyişmələrinə və atmosfer təsirlərinə davamlı materialdan hazırlanmalıdır. Çən içməli və ya texniki suyun saxlanmasına uyğun səth xüsusiyyətinə malik olmalı, su ilə təmas edən material korroziyaya uğramamalı və suyun keyfiyyətinə mənfi təsir göstərməməlidir. Üst hissədə doldurma/texniki xidmət üçün qapaq və ya giriş, aşağı hissədə suyun boşaldılması və boru xəttinə qoşulması üçün çıxış bağlantısı olmalıdır. Çənin konstruksiyası dolu vəziyyətdə formasını saxlamalı, günəş altında uzunmüddətli istifadəyə uyğun olmalı və quraşdırıldığı səthdə sabit dayana bilməlidir. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 15 | ədəd |
| 48 | Su çəni Plastik su çəninin nominal tutumu minimum 2000 litr, konstruksiyası şaquli və ya yerüstü quraşdırmaya uyğun, materialı yüksək sıxlıqlı polietilen və ya analoji mexaniki davamlı plastik olmalı, ultrabənövşəyi şüalara və atmosfer təsirlərinə davamlılıq təmin edilməlidir. Çən yağış suyu və texniki suyun saxlanması üçün uyğun olmalı, divar qalınlığı və konstruktiv möhkəmliyi 2000 litr suyun hidrostatik yükünə davam gətirməlidir. Üst hissədə geniş doldurma və texniki xidmət qapağı, aşağı hissədə su çıxışı və boru bağlantısı, lazım olduqda daşmanın qarşısını almaq üçün daşma bağlantısı olmalıdır. Çən korroziyaya davamlı, asan təmizlənən və açıq havada uzunmüddətli istifadəyə uyğun olmalıdır. Çənin xarici ölçüləri istehsal konstruksiyasından asılı olaraq 135–195 sm diametr və 135–235 sm hündürlük diapazonunda ola bilər. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 13 | ədəd |
| 49 | Elektrik su qızdırıcısı Elektrik su qızdırıcısının nominal tutumu minimum 100 litr, elektrik qızdırıcı elementi minimum 1500 Vt, elektrik qidalanması 220–240 V, 50 Hz olmalıdır. Çən şüşə-emallı və korroziyaya qarşı qorunan, istilik itkisini azaltmaq üçün yüksək sıxlıqlı istilik izolyasiyalı olmalıdır. Qurğuda maqnezium anod, termostat, xarici temperatur göstəricisi/termometr, qızdırma indikatoru, temperaturun tənzimlənməsi, təhlükəsizlik termostatı və artıq təzyiqdən qoruyan klapan olmalıdır. Su giriş və isti su çıxış bağlantıları standart məişət su xəttinə qoşulmağa uyğun, divar tipli quraşdırma üçün möhkəm dayaqlara malik olmalıdır. Təhlükəsizlik termostatı əsas termostat nasazlığı zamanı qızdırıcının həddindən artıq qızmasının qarşısını almalıdır. 100 litrlik sinif üçün 1500 Vt, 230 V və istilik/enerji göstəriciləri istehsalçı texniki məlumatlarında göstərilən parametrlərə uyğun olmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 20 | ədəd |
| 50 | Yağ radiatoru Elektrik yağ radiatoru minimum 11 seksiyalı, maksimum elektrik gücü minimum 2300 Vt, minimum 3 istilik rejimli və mexaniki termostatlı olmalıdır. Qızdırma gücü mərhələli şəkildə tənzimlənməli, termostat seçilmiş temperaturun saxlanılmasını təmin etməli, həddindən artıq qızmadan qorunma sistemi olmalıdır. Radiatorun alt hissəsində hərəkət və daşınmanı asanlaşdıran təkərlər, yuxarı hissədə daşınma tutacağı olmalı, elektrik kabeli təhlükəsiz izolyasiyalı və saxlanma üçün uyğun uzunluqda olmalıdır. Korpus yüksək temperatura davamlı metal konstruksiyada hazırlanmalı, seksiyalar istilik ötürülməsini artıran formaya malik olmalıdır. Qurğuda 3 istilik rejimi və 2300 Vt maksimum güc tələb olunur; məhsulun 22,5–33 m² sahəli otaqlar üçün istifadə sinfinə uyğun olması nəzərdə tutulmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 70 | ədəd |
| 51 | Çaydan Elektrik çaydanının tutumu minimum 2 litr, elektrik gücü minimum 2200 Vt, elektrik qidalanması 220–240 V, 50 Hz olmalıdır. Korpus şüşə və paslanmayan polad materialların kombinasiyasından hazırlanmalı, daxili su səthi şüşə olmalıdır. Cihazda suyun qaynaması tamamlandıqda avtomatik sönmə, susuz qızmadan qorunma və həddindən artıq qızmadan mühafizə funksiyaları təmin edilməlidir. Qapaq təhlükəsiz açılıb-bağlanmalı, tutacaq istilikdən qorunan və sürüşməyən materialdan hazırlanmalı, su səviyyəsinin müşahidəsinə imkan verən şəffaf hissə olmalıdır. Elektrik altlığı 360° yerləşdirməyə imkan verməli, kabel təhlükəsiz izolyasiyalı olmalı və cihazın sabit dayanmasını təmin etməlidir. 2 litr, 2200 Vt, şüşə/paslanmayan polad korpus və susuz qızmadan qorunma göstəriciləri məhsul məlumatlarında təsdiqlənir. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 5 | ədəd |
| 52 | Samovar Elektrik samovarının əsas su tutumu minimum 10 litr, minimum 2 ədəd isti su kranı və ayrıca dəmlik yerləşdirmək üçün üst hissə olmalıdır. Qurğu böyük həcmdə suyun qızdırılması və uzun müddət isti saxlanılması üçün nəzərdə tutulmalı, elektrik qızdırıcı elementinə, termostata və temperaturun avtomatik nəzarət sisteminə malik olmalıdır. Susuz qızmadan qorunma, həddindən artıq qızmadan mühafizə, avtomatik temperatur nəzarəti və elektrik təhlükəsizlik sistemi təmin edilməlidir. İki kran suyun iki ayrı nöqtədən təhlükəsiz götürülməsinə imkan verməli, kranlar yüksək temperaturda isti suyun sızdırmadan verilməsinə uyğun olmalıdır. Dəmlik samovarın üst hissəsində sabit yerləşməli, korpus paslanmaya və yüksək temperatura davamlı materialdan hazırlanmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 25 | ədəd |
| 53 | Nərdivan 5 pilləli, 162–178 sm hündürlüklü, açılıb-bağlanan nərdivan olmalı, möhkəm metal/alüminium konstruksiyaya, sürüşməyə qarşı pillə səthinə, sürüşməyə qarşı ayaq dayaqlarına və açıq vəziyyətdə təhlükəsiz kilidləmə mexanizminə malik olmalıdır. Pillələrin yan profillərə möhkəm bərkidilməsi, açıq vəziyyətdə dayaqların öz-özünə bağlanmasının qarşısını alan mexaniki məhdudlaşdırıcı və qatlandıqda rahat daşınma imkanı təmin edilməlidir. Nərdivan məişət və texniki xidmət işlərində operatorun təhlükəsiz qalxıb-enməsinə uyğun sabitlik və möhkəmliyə malik olmalıdır. Ayaq dayaqları sərt və hamar səthlərdə sürüşməni azaltmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 1 | ədəd |
| 54 | Televizor Televizor tamamilə yeni, istifadə olunmamış, zavod istehsalı, orijinal qablaşdırmada və istehsal tarixi minimum 2025–2026-cı illər aralığında (və ya daha yeni) olmalıdır. Ekran ölçüsü (diaqonalı) minimum 75 düym (190–191 sm) aralığında, panel matrisi texnologiyası LCD / LED / VA / Direct LED / Dual LED, təsvir dəqiqliyi isə minimum 3840 × 2160 piksel (4K Ultra HD) standartında olmalıdır. Ekran formatı 16:9, əsas ekran yenilənmə tezliyi isə minimum 60 Hz olmalıdır. Ekran yüksək dinamik diapazonlu məzmunun ötürülməsi üçün minimum HDR / HDR10 formatlarını dəstəkləməlidir. Daxili səs sisteminin çıxış gücü minimum 20 Vt (2.0 kanal) olmalı və rəsmi Dolby Audio standartını dəstəkləməlidir. Cihaz lisenziyalı Android / Android TV (minimum Android 13 və ya ekvivalent) əməliyyat sistemli Smart TV platformasına malik olmalı, internet əsaslı rəsmi video xidmətlərindən (YouTube, Netflix və s.) istifadəyə və yeni tətbiqlərin rəsmi rəqəmsal mağazadan (Google Play Store və ya ekvivalent) quraşdırılmasına tam imkan verməlidir. İnternetə və kənar rəqəmsal cihazlara simsiz qoşulmaq üçün daxili Wi-Fi (Dual Band) və daxili Bluetooth modulları mövcud olmalıdır. Fiziki qoşulma interfeysləri olaraq cihaz üzərində minimum 3 ədəd HDMI (minimum HDMI 2.0) portu, minimum 2 ədəd USB portu, minimum 1 ədəd LAN, 1 ədəd AV və 1 ədəd Optik rəqəmsal audio çıxış portu olmalıdır. Rəqəmsal və analoq siqnalların qəbulu üçün daxili tuner dəstəyi (DVB-T2 / C / S2 daxil olmaqla) və avtomatik kanal axtarışı funksiyası olmalıdır. Səs və ekran parametrlərinin fərdi tənzimlənməsi, yuxu taymeri və avtomatik sönmə funksiyalarını dəstəkləməlidir. Komplektasiyaya daxili dayaq altlıqları, qida kabeli, standart pult və səsli idarəetməni dəstəkləyən ağıllı pult və ya ekvivalent uzaqdan idarəetmə pultu daxil olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 2 | ədəd |
| 55 | Qaynaq aparatı İnvertor tipli MMA qaynaq aparatı IGBT texnologiyalı, birfazalı, 160–265 V giriş gərginliyi diapazonunda işləyən, 50/60 Hz tezlikli, maksimal qaynaq cərəyanı minimum 200 A, minimal qaynaq cərəyanı maksimum 30 A, boş gediş gərginliyi 80 V olmalıdır. Qurğu 1,6 mm-dən 5,0 mm-dək MMA elektrodları ilə işləməyə uyğun olmalı, qaynaq cərəyanının tənzimlənməsi, Hot Start, Arc Force, Anti-Stick, termiki qoruma, gərginlik sıçrayışlarından qorunma və məcburi hava ilə soyutma funksiyalarına malik olmalıdır. Qaynaq cərəyanı indikatoru, elektrod tutacağı, kütlə sıxaclı kabel, torpaqlama kabeli və şlak təmizləmə üçün tel fırça/çəkic komplektdə olmalıdır. Effektivlik minimum 83%, iş dövrü minimum 40% olmalı, çıxış iş gərginliyi 20–30 V diapazonunda tənzimlənməlidir. Mühafizə dərəcəsi IP21S, izolyasiya sinfi H olmalı, ölçüləri 371–410 × 252–278 × 271–299 mm, çəkisi 5,5–6,7 kq olmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 10 | ədəd |
| 56 | Avtomobil yuma aparatı Peşəkar yüksək təzyiqli avtomobil yuma aparatı minimum 250 bar nasos təzyiqinə, 30–250 bar tənzimlənən işçi təzyiqinə, minimum 15 l/dəqiqə su sərfinə və maksimum 120°C su/buxar temperaturuna uyğun olmalıdır. Qurğunun mühərrik gücü minimum 7,5 kVt, elektrik qidalanması 380 V, 3 faza olmalı, nasos 3 silindrli keramika porşenli konstruksiyada hazırlanmalıdır. Qurğu dizel yanacaqla işləyən qızdırma sistemi, 3–6 l/saat yanacaq sərfiyyatı, minimum 12 m yüksək təzyiqli şlanq, yüksək təzyiqli tapança və püskürdücü başlıqla təmin edilməlidir. İşçi təzyiqinin tənzimlənməsi, su axınının idarə olunması, yüksək temperaturdan, həddindən artıq təzyiqdən və mühərrikin yüklənməsindən qorunma funksiyaları olmalıdır. Avtomobil və xüsusi texnikanın yuyulması, köpük və yuyucu kimyəvi vasitələrin tətbiqi üçün uyğun giriş və çıxış bağlantıları təmin edilməlidir. MAF sənədi təqdim edilməlidir. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 32 | ədəd |
| 57 | Elektrik peçi Elektrik peçi 4 gözlü, dolablı və 760–840 × 855–945 × 808–893 mm ölçülü olmalıdır. Üst hissədə minimum 4 müstəqil elektrik qızdırıcı zonası, hər zonanın ayrıca idarə edilməsi və qızdırma səviyyəsinin tənzimlənməsi təmin edilməlidir. Aşağı hissədə qapalı soba/dolab bölməsi yerləşməli, sobada üst və alt qızdırıcı elementlər, temperaturun termostatla tənzimlənməsi, mexaniki idarəetmə və istilikdən qorunma sistemi olmalıdır. Qızdırıcı zonalar və soba eyni vaxtda istifadəyə uyğun elektrik sisteminə malik olmalı, elektrik qidalanması 220–240 V, 50 Hz və ya üçfazalı quraşdırmaya uyğun olmalıdır. Korpus paslanmayan və ya yüksək temperatura davamlı metal materialdan hazırlanmalı, bişirmə səthləri asan təmizlənməli, soba qapısı istiliyədavamlı olmalıdır. Qurğuda həddindən artıq qızmadan qorunma və elektrik təhlükəsizlik sistemi təmin edilməlidir. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 1 | ədəd |
| 58 | Köpük aparatı üçün kompressor Köpük generatorunun işlədilməsi üçün hava kompressoru minimum 50 litr hava çəninə, avtomatik təzyiq nəzarətinə, manometrə, təzyiq tənzimləyicisinə, təhlükəsizlik klapanına və köpük generatoruna sıxılmış hava verməyə uyğun çıxış bağlantısına malik olmalıdır. Kompressorun mühərrik gücü köpük generatorunun tələb etdiyi hava sərfini və işçi təzyiqini təmin etməli, hava çəni təzyiq altında təhlükəsiz işləməyə uyğun konstruksiyada olmalıdır. Kompressorda təzyiq müəyyən həddə çatdıqda mühərriki avtomatik dayandıran və təzyiq azaldıqda yenidən işə salan avtomatika, həddindən artıq təzyiqdən qorunma və mühərrikin termiki qorunması təmin edilməlidir. Manometr operatora çəndəki təzyiqi real vaxtda izləməyə, reduktor isə köpük generatoruna verilən təzyiqi tənzimləməyə imkan verməlidir. Qurğu mobil istifadə üçün təkərli və ya daşınması asan konstruksiyada olmalı, hava çıxışı köpük çəninin girişinə uyğunlaşdırıla bilməlidir. MAF sənədi təqdim edilməlidir. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 8 | ədəd |
| 59 | Su nasosu Su nasosu çoxpilləli şaquli tipdə olmalı, təmiz suyun təzyiqli ötürülməsi və su təchizatı sistemlərində istifadəyə uyğun konstruksiyada hazırlanmalıdır. Nasosun hidravlik hissələri paslanmayan və korroziyaya davamlı materialdan, çarxlar və su ilə təmas edən əsas hissələr AISI 304 və ya analoji korroziyaya davamlı materialdan hazırlanmalıdır. Mühərrik asinxron tipli, ikiqütblü, fasiləsiz iş rejiminə uyğun, IPX5 mühafizə dərəcəli və F izolyasiya sinifli olmalı, birfazalı variantda daxili termiki qoruma təmin edilməlidir. Nasos təmiz suyun maksimum 40°C temperaturda ötürülməsinə uyğun olmalıdır. Hidravlik hissədə mexaniki salnik, NBR/EPDM sızdırmazlıq elementləri və alüminium mühərrik korpusu tətbiq edilməlidir. Giriş və çıxış bağlantıları boru xəttinə möhkəm və sızdırmaz qoşulmaya uyğun olmalıdır. Məhsulun məhsuldarlığı və basqısı seçilmiş nasosun texniki iş nöqtəsini təmin etməli, uzunmüddətli su təchizatı və təzyiq artırılması üçün uyğun olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 2 | ədəd |
| 60 | Su nasosu Çoxpilləli səthi su nasosu su təchizatı və təzyiq artırılması üçün nəzərdə tutulmalı, maksimum məhsuldarlığı 175 l/dəqiqəyə qədər olan, 2900 dövr/dəqiqə nominal fırlanma sürətli konstruksiyada olmalıdır. 10N sinfi üçün mühərrikin nominal çıxış gücü minimum 4 kVt, giriş gücü 4,4–5,4 kVt, üçfazalı 230/400 V elektrik qidalanması, 50 Hz tezlik və uyğun termiki mühərrik mühafizəsi təmin edilməlidir. Nasosun maksimal basqısı minimum 134 m, məhsuldarlığı iş nöqtəsindən asılı olaraq minimum 17 l/dəqiqədən 175 l/dəqiqəyə qədər olan diapazonda işləməlidir. Hidravlik hissə çoxpilləli, çarxlar AISI 304 paslanmayan poladdan, val AISI 420 paslanmayan poladdan, diffuzorlar texnopolimer materialdan, nasos gövdəsi korroziyaya qarşı qorunmuş çuqundan hazırlanmalıdır. Mühərrik IPX5 mühafizə dərəcəli, F izolyasiya sinifli, asinxron 2 qütblü və fasiləsiz iş rejiminə uyğun olmalıdır. Nasosun uzunluğu 673–743 mm, eni 175–193 mm, giriş/çıxış bağlantıları 1,35–1,65 düym, çəkisi 35,5–43,3 kq olmalıdır. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 4 | ədəd |
| 61 | Genişləmə çəni Genişlənmə çəninin nominal həcmi minimum 500 litr, nominal iş təzyiqi minimum 10 bar, konstruksiyası şaquli və membranlı olmalı, istilik və su təchizatı sistemlərində təzyiqin kompensasiyası üçün nəzərdə tutulmalıdır. Çən polad konstruksiyalı, korroziyaya qarşı qorunan və 10 bar işçi təzyiqində təhlükəsiz istifadəyə uyğun olmalıdır. Daxilində dəyişdirilə bilən elastik membran yerləşməli, membran su ilə metal gövdənin birbaşa təmasını məhdudlaşdırmalıdır. Çəndə su xəttinə qoşulma üçün aşağı və ya yan bağlantı, ilkin təzyiqin yoxlanılması və tənzimlənməsi üçün hava klapanı, təzyiqin vizual nəzarəti üçün manometr və çənin şaquli vəziyyətdə sabit saxlanması üçün dayaq ayaqları olmalıdır. Konstruksiya istilik sistemlərində suyun temperatur və təzyiq dəyişmələrindən yaranan həcm artımını kompensasiya etməli, membran uzunmüddətli təzyiq dəyişmələrinə davamlı olmalıdır. Çənin xarici ölçüləri istehsal konstruksiyasından asılı olaraq 630–990 mm diametr və 1350–1980 mm hündürlük diapazonunda ola bilər. Məhsul yeni, istifadə olunmamış və zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay olmalıdır.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 6 | ədəd |
| 62 | Su nasosu Suya batırılan çirkab/faydalı su nasosu ağır iş şəraitində, çirkab, kütləli və ya təmiz sənaye/məişət sularının yüksək məhsuldarlıqla ötürülməsi üçün nəzərdə tutulmuş, suya batırılan tipli mərkəzdənqaçma prinsipli olmalıdır. Nasosun maksimal və ya nominal məhsuldarlığı minimum 90 m³/saat, maksimal basqı hündürlüyü minimum 24 m olmalıdır. Daxili elektrik mühərrikinin nominal gücü minimum 5,5 kVt təşkil etməlidir. İşçi nominal gərginliyi 380 V, tezliyi 50 Hz olmalı, mühərrik davamlı sənaye tipli iş rejiminə tam uyğun olmalıdır. Nasosun əsas xarici gövdəsi mexaniki zərbələrə və korroziyaya qarşı yüksək dərəcədə davamlı çuqun materialdan hazırlanmalıdır. Su giriş və çıxış bağlantı flansının nominal ölçüsü DN100 olmalıdır. Sızdırmazlığı təmin edən daxili mexaniki salnik sisteminə, mühərrikin həddindən artıq yüklənmədən və gərginlik sıçrayışlarından qorunma funksiyalarına malik olmalıdır. Elektrik mühafizə dərəcəsi suya batırılma şərtlərinə tam uyğun olmalıdır. Məhsul yeni, istifadə olunmamış və orijinal zavod istehsalı olmalıdır. Zavod istehsalı ilə birlikdə rəsmi zəmanət müddəti minimum 12 ay təşkil etməlidir.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 2 | ədəd |
| 63 | Su nasosu Yüksək təzyiqli mərkəzdənqaçma su nasosu məişət və ya sənaye obyektlərində su təchizatı, suvarma və təzyiqin artırılması üçün nəzərdə tutulmuş mərkəzdənqaçma prinsipli səthi tipli olmalıdır. Nasosun maksimal işçi məhsuldarlığı minimum 70 m³/saat təşkil etməlidir. Nominal basqı və hidravlik konstruksiya modelin standart qoşulma xüsusiyyətlərinə tam uyğun gəlməlidir. Mühərrik standart sənaye şəbəkəsinə uyğun olaraq 220–240 V və ya 380 V elektrik qidalanması ilə işləməli, hidravlik hissəni təyin olunmuş maksimal məhsuldarlıq rejimində fasiləsiz işlətməyə imkan verən nominal mühərrik gücü ilə təchiz edilməlidir. Nasos gövdəsi korroziyaya və yüksək hidravlik daxili təzyiqə davamlı metaldan hazırlanmalıdır. Giriş və çıxış bağlantı flansları sızdırmaz birləşməyə uyğun olmalıdır. Hidravlik hissədə mexaniki salnik tətbiq olunmalıdır. Elektrik mühərriki minimum IP44 və ya daha yüksək mühafizə dərəcəsinə malik olmalı, həddindən artıq qızmaya və mühərrik yüklənməsinə qarşı avtomatik daxili termiki mühafizə sistemi ilə təmin edilməlidir. Fasiləsiz iş rejimində işləmə imkanına malik olmalıdır. Məhsul yeni, istifadə olunmamış və orijinal zavod istehsalı olmalıdır. Zəmanət müddəti minimum 12 ay təşkil etməlidir.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 2 | ədəd |
| 64 | Sənaye kompressoru Soyutma, sənaye tipli havalandırma sistemlərində soyuducu agentin yüksək səmərəli sıxılması və dövr etdirilməsi üçün nəzərdə tutulmuş, hermetik spiral konstruksiyalı sənaye tipli elektrik mühərrikli kompressor olmalıdır. Qurğunun nominal mühərrik gücü minimum 12 HP təşkil etməli, konstruktiv işçi həcmi 203–208 sm³/dövr intervalında olmalıdır. R407C soyuducu agenti ilə orta və yüksək buxarlanma temperaturu (MBP/HBP) iş rejimində cihazın nominal soyutma gücü minimum 34,5 kVt (və ya minimum 118.000 BTU/saat) göstəricisini tam təmin etməlidir. Cihaz R407C qazı ilə yanaşı, sənaye standartlarına uyğun digər alternativ soyuducu agentlərlə də işləmə imkanını dəstəkləməlidir. İşçi nominal gərginliyi 380–415 V, tezliyi 50 Hz olmalı, mühərrik davamlı sənaye tipli ağır iş şəraitinə tam uyğun konstruksiyada olmalıdır. Kompressor daxili mühərrik qorunmasına, həddindən artıq qızmaya və gərginlik fərqlərinə qarşı avtomatik termal mühafizə sisteminə malik olmalıdır. Mexaniki montaj və mövcud platformaya asan inteqrasiya üçün cihazın ümumi xalis çəkisi 68–73 kq diapazonunda olmalıdır. Sistem üçün tələb olunan freon qazı bu komplektə daxil deyil və ayrıca alınmalıdır. Sözügedən avadanlığın mövcud sahəyə montajı, sazlanması, mövcud xətlərə inteqrasiyası və quraşdırılması xidməti tam şəkildə təklif qiymətinə daxil olmalıdır. Təklif olunan avadanlıq komplekti tamamilə yeni, istifadə olunmamış, orijinal zavod istehsalı olmalı və zəmanət müddəti quraşdırılıb təhvil verildiyi tarixdən etibarən minimum 12 ay təşkil etməlidir.(Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 1 | ədəd |
| 65 | Su nasosu sistemi Horizontal konsol tipli mərkəzdənqaçma nasos aqreqatlarından ibarət 2 dəst tam hidravlik və elektrik sistem tədarük edilməlidir. Sistemə daxil olan nasosların nominal giriş bağlantısı minimum 80 mm (DN 80), çıxış bağlantısı isə minimum 50 mm (DN 50) ölçüdə flanslı qoşulmaya malik olmalı, nominal su vurma qabiliyyəti minimum 35–50 m³/saat intervalında, nominal basma hündürlüyü isə minimum 32–38 metr aralığında təşkil etməlidir. Nasosların elektrik mühərriklərinin gücü minimum 15 kW, valın fırlanma tezliyi minimum 2400–3000 dövr/dəq intervalında olmalı, şəbəkə boru xəttində axının kəsilməsi və nizamlanması məqsədilə sistem daxilində minimum PN16 təzyiq sinfinə dözümlü DN 100 ölçülü kəpənək vanalar və DN 100 ölçülü siyirtmə vanalar nəzərdə tutulmalıdır. Nasosların DN 80 giriş və DN 50 çıxış bağlantıları ilə magistral DN 100-lük xətt arasında hidravlik əlaqəni təmin etmək üçün tələb olunan ölçülərdə flanslı keçid reduksiyaları və əks-klapanlar sistem dəstinə daxil edilməlidir. Avadanlıqların avtomatik idarə edilməsi və elektrik mühafizəsi üçün güc paneli yığılmalı, panel daxilində güc dövrələrinin kommutasiyası üçün 25 A kontaktorlar, mühərriklərin cərəyan yüklənməsindən qorunması üçün 6-10 A tənzimlənən termik avtomatlar, faza itkisi və ya gərginlik disbalansına qarşı 02F tipli faza qoruma relesi və idarəetmə dövrələri üçün 10A elektrik qoruyucuları quraşdırılmalıdır. Panelin ümumi güc xətlərinin mühafizəsi üçün üçfazalı 3x32 B tipli avtomat, 3x63 C tipli avtomatlar və köməkçi daxili dövrələr üçün 1x32 B tipli avtomatlar təmin edilməlidir. Elektrik və hidravlik montaj üçün tələb olunan bütün güc kabelləri, fitinqlər, bərkidici muftalar və digər materiallar dəst şəklində təmin edilməlidir. Bütün sistem avadanlıqlarının təyin olunmuş ünvana çatdırılması və yeni sistemin tam funksional şəkildə quraşdırılması, eləcə də işəsalınma-sazlama və sınaq işləri podratçı tərəfindən vahid xidmət kimi yerinə yetirilməlidir. Minimum 12 ay rəsmi zəmanət verilməlidir. (Tələb olunan göstəricilərə uyğun və ya ekvivalenti) | 2 | dəst |
From 56 published results of its procurements.
last won 20 Aug 2026
last won 30 Jun 2026
last won 08 May 2026
last won 07 May 2026
last won 23 Dec 2025