Buyer: "AZƏRENERJİKOMPLEKTLƏŞDİRMƏ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
This buyer spreads work around: 5 different suppliers won its 7 procurements.
7 procurements, 5 different winners
Wins most often: "ELECTRO SERVİCE" QAPALI SƏHMDAR CƏMİYYƏTİ (3, 42.9%)
Based on: this buyer, all categories
Winners went 0.07% to 81.06% below the estimate, median 16.1%.
For this tender that is AZN 3,592,778 down to AZN 3,117,208.
Nobody has ever won below AZN 703,694.
AZN 1,025
Documents AZN 25 + participation AZN 1,000
The bid bond and your own time come on top of this.
The documentation is paywalled, but the lot items are public. The analysis is built on these.
| # | Lot items | Quantity | Unit |
|---|---|---|---|
| 1 | Kompressor yağı Mobil Gear-600 XP100 (kanistr 10-20 lt) | 400 | litr |
| 2 | Kompressor yağı Mobil Gear-600 XP220 (kanistr 10-20 lt) | 400 | litr |
| 3 | Sənaye yağı Mobil Delvac 1330 (çəllək 190-215 lt) | 600 | litr |
| 4 | Yastıq üçün yağ Mobil Polyrex EM (kanistr 10-20 kq) | 300 | kg |
| 5 | Hidravlik yağ Mobil DTE 25 ultra (çəllək 190-215 lt) | 1700 | litr |
| 6 | Hidravlik yağ Mobil DTE 24 ultra (çəllək 190-215 lt) | 1700 | litr |
| 7 | Hidravlik yağ Mobil Nuto H46 (çəllək 190-215 lt) | 1700 | litr |
| 8 | Turbin yağı Total Preslia GT 32 (çəllək 190-215 lt) | 20000 | litr |
| 9 | Turbin yağı Total Preslia 46 (çəllək 190-215 lt) | 24000 | litr |
| 10 | Generator yastıqları üçün yağ Total Azolla ZS46 (çəllək 190-215 lt) | 8000 | litr |
| 11 | Reduktor yağı Total Carter EP 220 (çəllək 190-215 lt) | 1800 | litr |
| 12 | Sənaye yağı Total Equivis ZS 68 (çəllək 190-215 lt) | 1800 | litr |
| 13 | Turbin yağı Total Preslia 32 (çəllək 190-215 lt) | 20000 | litr |
| 14 | Hidravlik yağ Total Equivis ZS 32 (çəllək 190-215 lt) | 1800 | litr |
| 15 | Hidravlik yağ Total Azolla ZS32 (çəllək 190-215 lt) | 1800 | litr |
| 16 | Transmissiya yağı Total Carter EP 320 (çəllək 190-215 lt) | 1000 | litr |
| 17 | Turbin yağı T-22 (qablaşma fərq etmir) | 34000 | litr |
| 18 | Turbin yağı T-30 (qablaşma fərq etmir) | 15000 | litr |
| 19 | Transformator yağı T-1500 (qablaşma fərq etmir) | 34000 | litr |
| 20 | Turbin yağı Castrol Perfecto XEP-46 (çəllək 190-215 lt) | 1000 | litr |
| 21 | Kompressor yağı Castrol Aircol SR 46 (kanistr 20 lt) | 80 | litr |
| 22 | Kompressor yağı Castrol Aircol SR 68 (kanistr 20 lt) | 350 | litr |
| 23 | Sürtkü yağı Castrol Spheerol EPL-3 (kanistr 10-20 kq) | 50 | kg |
| 24 | Sürtkü yağı Castrol Spheerol AP-2 (kanistr 10-20 kq) | 200 | kg |
| 25 | Sürtkü yağı Castrol Spheerol AP-3 (kanistr 10-20 kq) | 80 | kg |
| 26 | Sürtkü yağı Castrol Spheerol EPL00 (kanistr 10-20 kq) | 50 | kg |
| 27 | Hidravlik yağ Castrol Anvol PE 46B (çəllək 190-215 lt) | 4000 | litr |
| 28 | Turbin yağı Castrol Perfecto XPG 32 (çəllək 190-215 lt və ya IBC 1000 lt) | 12000 | litr |
| 29 | Kompressor yağı Castrol Aircol SN 100 (çəllək 190-215 lt və ya kanistr 10-20 lt) | 1000 | litr |
From 7 published results of its procurements.
last won 13 Oct 2026
last won 30 Sept 2026
last won 12 Aug 2026
last won 10 Jul 2026
last won 24 Jun 2026
What the buyer published about this procurement after announcing it. The label is our reading; the text under it is the buyer's, unedited.
"Dostluq H-EL MMC · AZN 3,427,824
“Azərenerjikomplektləşdirmə” MMC tərəfindən 22.06.2026-cı il tarixində “Elektrik stansiyalar üçün müxtəlif energetik yağların (istehsalçının tәlәbi vә istismar qaydalarına əsasən avadanlıqlarda mövcud olan yağlara әlavә olunması vә ya yenilәrinin) satınalınması” ilə əlaqədar dərc edilmiş açıq tender müsabiqəsində (2026/AT/04121/V1) Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev.4, blue office, mərt. 5 ünvanında qeydiyyatda olan "DOSTLUQ H - EL" MMC (VÖEN: 2007644391) qalib elan olunmuş və həmin şirkətlə 3 427 824,48 (üç milyon dörd yüz iyirmi yeddi min səkkiz yüz iyirmi dörd manat, 48 qəpik) AZN məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Gözləmə müddəti (təklifin akseptindən əvvəl təchizatçılara satınalmanın nəticələri ilə bağlı müraciət etmək, o cümlədən nəticələrdən şikayət etmək hüququnu verən müddət) 06.10.2026-cı il tarixində başlayır və 5 (beş) iş günü ərzində 12.10.2026-cı il günün sonunadək qüvvədə olacaq. Müsabiqə üzrə "UNIVERSAL PRO" QSC təqdim etdiyi 3 688 167,88 AZN qiymət təklifi ilə satınalma müsabiqəsində 2-ci yeri tutur. Hörmətlə, satınalma komissiyası.
“Azərenerji” ASC tərəfindən 24.08.2026-cı il tarixində dərc edilmiş “Elektrik stansiyalar üçün müxtəlif energetik yağların satınalınması” (2026/AT/04121/V1 nömrəli müsabiqə) üzrə təchizatçı tərəfindən aşağıda qeyd olunan sorğu ünvanlanmışdır. Sorğu: Hörmətli Satınalan təşkilat, Şərtlər toplusu ilə tanış olduq. Tələblərinizdə Total, Castrol və Mobil markaları qeyd etmisiniz. Və bu markallarda olan məhsullar üzrə də çatdırılma müddəti 20-25 gün tələb edilmişdir. Məhsulların Azərbaycana gəlməsi üçün 20-25 gün çox az bir müddətdir. Bu məhsulların da əksəriyyəti Azərbaycan bazarında olmayan məhsullardır. İlk məhsulun tələbatı Müqavilə bağlanıldıqdan sonra 60 gün sonra verilməsi tələb olunacaqsa 20-25 gün tələbiniz uyğun gəlir. Əgər sifariş 60 gündən az müddət ərzində veriləcəksə 20-25 gün tələbiniz uyğun deyil. Əsasən də birbaşa marka tələbiniz olduğu üçün. Əgər marka tələbiniz olmasaydı yerli məhsulların təqdim edilməsi üçün 20-25 gün çatdırılma müddəti tələbini düzgün hesab etmək olardı. Çatdırılma müddəti ilə bağlı açıqlama vermənizi xahiş edirik. Cavab: Hörmətli təchizatçı. Əsas şərtlər toplusunda malların çatdırılma müddəti (20-25 gün) ilə bağlı göndərdiyiniz sorğuya baxılmışdır. Bildirmək istərdik ki, qeyd olunan müddətlərin reallığını və tərəfimizdən müəyyən edilən şərtlərin əsaslı olduğunu diqqətinizə çatdırmaq üçün aşağıdakı amilləri nəzərə almağınızı xahiş edirik: Sözügedən malların böyük əksəriyyətinin, təcrübəmizə və indiyədək əməkdaşlıq etdiyimiz tərəfdaş şirkətlərin yerli anbar göstəricilərinə əsasən, daxili bazarda hazır vəziyyətdə mövcud olduğu müəyyən edilmişdir. Siyahıda qeyd olunan hər hansı spesifik məhsul yerli bazarda tapılmasa belə bu növ mallar xarici istehsalçıların anbarlarında hazır vəziyyətdədir və logistika baxımından heç bir risk yaratmır. Mövcud logistik göstəricilər qonşu ölkələrdən (məsələn, Türkiyə və ya Rusiya) çatdırılma üçün təxminən 10 gün, Avropa ölkələrindən isə ortalama 15-18 günün kifayət etdiyini təsdiqləyir. Bu reallıq bütövlükdə nəzərdə tutulan 20-25 günlük tədarük müddətinin tamamilə real, əsaslı və icraolunan olduğunu sübut edir. Marka tələbimiz haqqında bildiririk ki, tender müsabiqəsində göstərilən malların, əsasən mövcud avadanlıqlar üçün alınması nəzərdə tutulmuşdur. Həmin avadanlıqların bir hissəsi zəmanət müddətində, digər hissəsi isə servis öhdəliyində olması səbəbindən avadanlıqların istehsalçı şirkəti tərəfindən qətiyyətlə və birmənalı olaraq siyahıda qeyd olunan yağlardan istifadə edilməsi tələb olunur, əks halda həmin avadanlıqlar üzrə istehsalçının zəmanət və servis öhdəlikləri birtərəfli qaydada ləğv edilir. Bundan başqa qeyd etmək istərdik ki, hal-hazırda mövcud avadanlıqlardan bəzilərində siyahıda göstərilən yağlar istifadə olunarkən, təbii hal olaraq yağ itkisi baş verir və həmin avadanlıqlara yağ əlavə edilməsi (Top-up/Доливка масла) tələb olunduqda eyni marka-model yağdan istifadə etmək zəruridir. Əks halda, analoq yağ istifadəsi üçün, avadanlıq tam şəkildə mövcud yağdan azad edilərək yuyulmalı, daha sonra analoq olaraq nəzərdə tutulan yağ ilə əvəz edilməlidir. Bu da öz növbəsində maliyyə cəhətdən səmərəli deyildir. Nümunə izah: Hər hansı bir avadanlığın tutumunun 20 000 litr olduğunu nəzərə alsaq, itki və azalma baş verdiyi üçün 1 000 litr əlavə olunmalıdır. Lakin analoq yağ mövcud yağın əvəzinə istifadə olunacaqsa, 20 000 litr yağ boşaldılmalı, avadanlığın yağ sistemi xüsusi kimyəvi maddələr ilə yuyulmalı və sonra yenidən 20 000 litr nəzərdə tutulan yeni analoq yağ satınalınmalıdır. Hörmətlə, satınalma komissiyası.